Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Barat Vüsalın “Xətadı qeyri-eşq” adlı yeni kitabı işıq üzü görüb.
Meracda Cəbrayıl Məhəmməd peyğəmbərə: “Mən burdan belə gedə bilmərəm, çünki qanadlarım yanar. Sən daha tək getməlisən” -dedikdə, Peyğəmbərimiz soruşmuşdu:
- Bəs, mən necə gedəcəm?
-Eşqlə! – deyə yolda onu tək buraxmışdı Allahın baş Mələyi.
Məhəmməd Füzuli də “Ey Füzuli, hər əməl qılsan, xətadı qeyri-eşq!” deməklə İlahi işıqdan – Allah eşqindən başqa nə varsa xətadı, söyləmək istəmişdi.
Şair Barat Vüsalın “Xətadı qeyri-eşq” adlı esselər kitabında da həmin İlahi Eşqdən – İlahi Qüdrətdən söhbət açılır.
Səbinə YUSİF,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazax-Ağstafa Bürosunun Rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.