Gənc yazar Nicat Hunalpın İranda “Bəxtim qumlar arasında” adlı şeirlər kitabı işıq üzü görüb

Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc yazar Nicat Hunalpın İran İslam Respublikasında fəaliyyət göstərən “Yağış” nəşriyyatı tərəfindən “Bəxtim qumlar arasında” adlı şeirlər kitabı işıq üzü görüb.

Kitab müəllifin oxucularıyla sayca üçüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bundan öncə gənc yazar Nicat Hunalpın “Şaman yozur yuxumu”, “Ayaqqabı Tənhalığı” adlı şeirlər kitabı ictimiyyətin nəzərinə çatdırılmışdı.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir