Türk sevdalısı, aşıq-ozan törənli, milli dəyərlərimizin yorulmaz təbliğatçısı, Azərbaycan folklorunun bilicisi ustad şair Məmməd Aslanın bu kitabına müəllifin müxtəlif illərdə qələmə aldığı seçmə şeirləri daxil edilib. “Qanun” nəşriyyatının yeni layihəsi “Azərbaycan poeziyasından seçmə şeirlər” adlanır. Ümid edirik ki, kitabda toplanmış şeirlər poetik ovqatınıza işıq tutacaq, Məmməd Aslan yaradıcılığı ilə yaxından tanış olmağınız üçün sizə yol yoldaşı olacaq. Kitabdakı şeirlər “Dəlidağ” ədəbi məclisinin sədri, şair Namiq Dəlidağlının təqdim etdiyi nümunələr arasından seçilib.

Mənbə: https://www.qanun.az/