
“Qanun” nəşriyyatı tərəfindən “Azərbaycan poeziyası” seriyasından çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nigar Rəfibəylinin “Seçmə şeirlər” adlı yeni kitabı işıq üzü görüb
Lirik qəlbli insan, bəşəri hisslərə könül verən, bir ana kimi yaddaşlarda yaşayan unudulmaz xalq şairi, tərcüməçi Nigar Rəfibəylinin adı, xatirəsi və yaradıcılığı yenə də sevilir və seviləcək. “Qanun” nəşriyyatının yeni layihəsi olan “Azərbaycan şairlərinin seçmə şeirləri” seriyasında sizə təqdim etdiyimiz bu kitaba Nigar xanımın müxtəlif illərdə qələmə aldığı və oxucular tərəfindən maraqla qarşılanan poetik nümunələri toplanıb.
Mənbə: https://www.qanun.az/