Şirindir zoğalın meyvəsi, payı,
Onun ləzzətini şəkərdə duydum.
Zoğal mürəbbəsi, somovar çayı…
Meşənin ətrini şəhərdə duydum.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.