TƏRCÜMEYİ-HAL
Abbasova Fidan Elman qızı 1986-cı ildə Ucar rayonunda anadan olub.1993-204-cü illərdə Ucar rayon 1 saylı orta məktəbdə təhsil alıb.Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Mühasibat uçotu və audit fakültəsini qırmızı fərqlənmə diplomu ilə bitirib. Hal – hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı ərazi şöbəsində Aparıcı Komputer Mütəxəssisi işləyir.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri və Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında olan poeması “Ziyalı”, “Vətəndaş Həmrəyliyi”, “Abşeron” qəzetlərində dərc olunub.Rayon üzrə iki dəfə birinciyiliyə layiq görülüb və Fəxri fərmanla təltif olunub.Azərbaycan Dövlət Konservatoriyasında fərdi müəllim yanında muğam dərdləri üzrə təhsil alıb.2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.
Mən nə söyləyim ki yaraşsın sənə
Nifrətə çevirdin baxışlarımı
Mən belə deyildim nə olub mənə
Öldürdün qəlbimdə arzularımı
Mən nə söyləyim ki, yaraşsın sənə.
Nə bir söz tapıram nədə bir kəlmə
Söyləyim ürəyim bir az boşalsın
Qəlbsizi gətirmə imana dinə
Qoy elə əbədi qəlbsiz də qalsın.
Hər səni görəndə sorub qəlbimə
Mən harda səf etdim harda yanıldım?
İndi hər baxdıqca sənin əlinə
Mənmi tutdum onu məhəttəl qaldım.
Bumuydu verdiyin qərarın sözün
Oynadın sən mənim o hisslərimlə
Bir zaman sən belə saxta deyildin
Görünür bir yalan dolub qəlbinə.
Düz deyib atalar bunu əzəldən
İnsana güvənmə sevgiyə güvən
Vaxt olar tapılar itmiş həqiqət
Artıq olmayacaq sevirəm deyən.
Mən hələ sabaha inanacamda
Həyat tək səninlə bitmir anladım
Bəlkə başqasına alışacamda
Səndən uzaq olan boş dünyamdaydın.
Vəfası olmayır ilk məhəbbətin
Sonradan gələndə vəfasız olur
Gözündə ucalan tək həqiqətin
Bu gün var olmayır bir gün yox olur
Sevgi nifrətə də çevrilir bir gün
Bunu mən etmədim bunu sən etdin
Ötüb bir anlığa mənim yanımdan
Necə gəlmişdinsə elədə getdin.
Fidan ötür günlər zamana bağlı
Sən daha inama o xoş gözlərə
Kim sevib ayrılıb ürəyi dağlı
Rast gələ bilərik həmin izlərə.
Artıq unutmuşam deməli səni.
Bəzən yoxluğuna alışsamda mən
sanki bir il olur görüşmiyəli
tamamən dəyişib üz cizgilərin
artıq unutmuşam deməli səni.
Bəlkəmdə bu sözlər oxuduğun an
qəlbinə bir bıçaq saplayacaqdır
o mənli günlərdən xatirimizdə
ən acı ən, iyrənc gün qalacaqdır.
Nə qədər taleyi bədbəxt olanlar
sonradan ayağa qalxıb dirilib
deməli bir insan sevmir yalandır
onun məhəbbəti kinə çevrilib.
Ehtiyac duyduğun zamanlarda mən
sənin yorğanındım soyuqdan kəsə
deməli başqası gəlib qəlbinə
mənim əvəzimdən doğmadır nəsə.
Nə deyə bilirəm acı bir kəlmə
nə etdin qarşılıq olacaq bir gün
bir arzum qalıbdır heç vaxt sevilmə
peşman ol yaşayıb sən hər gün deyin.
Bitirib cümləmi sona yazıram
bəlkə bu sözlərdə artıqdır sənə
verdiyim əhdimi indi pozuram
o saxta xəyallar yaraşmır mənə.
Fidan sanma səni xatırlayacaq
bu gediş son gediş ağılında tut
mənim əvəzimdə mən olmayacaq
onunçun ömürlük sən məni unut………………