1533150_672733326111760_899121006_n

Mayisə Əsədullaqızı Bakının Əmircan kəndində anadan olub.
Ağa Musa Nağıyev adına Milli Dəyərlərin Qorunması təşkilatının Fəxri jurnalistidir. “Əsrin ziyalısı-ilin şairəsi” fəxri diplom təltifçisidir. “Qızıl qələm” mükafatçısıdır.2014-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.

Əlim sənə çatmır

Bir axşam xəyala daldım sakitcə,
Sanki hisslərimlə həmdərddi gecə,
Qanadsız arzular,şirin röyalar,
Biləsən ruhuma axır gizlicə.

Sevgi bir qismətdi tanrıdan qismət,
Çəkilər həm cəfa, möhnət, əziyyət,
Qəlbdə bir kövrəklik, dildə məhəbbət,
Yetər istəyimiz getməsin heçə.

Uçunan ruhuma gizlicə hopdun,
Sanki şimşək idin, səmadan qopdun,
Sualsız qəlbimin hakimi oldun,
Kənardan qınaqlar gəlməyir vecə.

YURDUMUN

Cavanşirlər yetiribdi, bu torpaq,
Mübarizdi hər döyüşdə, üzüağ,
Öndərlərin yolu bizə bir çıraq,
Gəlin, bu yollarda, birlikdə olaq.
Yüksəlir sədası hər gün ordumun,
Həzisi var, Mehdisi var yurdumun!!

Dərəsinə, dağına qəlb aşıqdı,
Cizgiləri zəngindi, qarışıqdı,
Əcəmisi, Səttarı yaraşıqdı,
Könlüm bu gözəlliyə sarmaşıqdı,
Məhsətidi pak amalı arzumun,
Natavanı, Nigarı var yurdumun!!

Düşmənlərin ağlın lərzəyə salan,
Xalqın yaddaşında şərəflə qalan,
Sinəsində Vətənə sevgi yanan,
Ölümdən qorxmayıb, torpağın anan,
Ürəyimdə ən imanlı andımın,
Mübarizi, Ramili var, yurdumun!!

İrəvan, Göyçədi, ümid yerimdi,
Dəmirqapı Dərbənd öz Vətənimdi,
Təbriz, Borçalıdı, doğma elimdi,
Bakı, Naxçıvandı, qaşı yurdumun,
Ucalıb göylərə başı yurdumun,
Qızıldı, yaqutdu daşı yurdumun!!

Ana ceyran su içəndə bulaqdan,
Qoca ovçu peşman baxar uzaqdan,
Bir “can “ sözü eşidəndə dodaqdan,
Bu zəif vücudum gələrmiş gücə.

Hərdən şirin xəyallara dalaram,
Özümü bəxtəvər, huri sanaram,
Əlim sənə çatmır, bunu anıram,
Sənli xəyallardan ayrılım necə.

ZİRVƏLƏR

Ürəyim köklənib sevgi siminə,
Bülbülün yerini verməz qarğa, sar,
Bu qəlbim kölədir eşq həvəsinə,
Səslənir könlümdə muğam, kaman, tar.

Hər bir işimizə yol verən Allah,
Qoy giley etməyim, nə də ahu-zar,
Yalançı namərddən uzaq gəz, vallah,
Olmaz o insanda nə qeyrət, nə ar.

Şəlalə sədası, bulağın gözü,
Görürəm dağların sinəsində qar,
Qorxuram zirvəyə qalxmaqdan düzü,
Axı, zirvələrdən yıxılmaq da var!

NAXÇIVAN

Düşmənin köksünü yandırıb yaxan,
Üçrəngli bayrağa ümidlə baxan,
Baxışından alov yağan, od çaxan,
Vücudundan Nuh doğulan, Nuh çıxan,
Qədirbilən, şanlı elim Naxçıvan!

Şahbuz, Babək, Culfa,Şərur, Sədərək,
Hələ düşmən, gələ bilməyib kələk,
Başın qaldıranda, alır dəyənək,
Bundan sonra lap olacaq firavan,
Qədirbilən, şanlı elim, Naxçıvan!

“Əshabi-Kəhf “iman, güman qalası,
Gümüşgölü görsən, lövbər salası,
Badamlı bir cənnət, yatıb qalası,
Yüz illərdi “Cəngi “di sənin havan,
Qədirbilən, şanlı elim Naxçıvan!

Ordubadda, gözəl meyvəli bağlar,
Çeşməsindən bal süzülər, bal axar,
Düşmənlərin anası ağlar baxar,
Koroğlu qeyrətli, işi düz, rəvan,
Qədirbilən, şanlı elim, Naxçıvan!