Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1801 - 1860 of 12. 697 NƏTİCƏLƏR
Mədəniyyət

Əkbər Qoşalının Astanada qazaxcaya çevrilmiş şeirlər kitabının təqdimatı olub

Post Views: 54 Azərbaycanlı tanınmış şair-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Məsləhət Şurasının başqanı Əkbər Qoşalı Qazaxıstanda “Qaraqanda Yazı – 2023” Poeziya festivalında və Astanada keçirilən VI Avrasiya Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib. AZƏRTAC xəbər verir ki, Astanada keçirilən nüfuzlu Kitab Sərgi-Yarmarkasında Əkbər Qoşalının qazaxcaya çevrilmiş, “Foliant” Nəşriyyatında nəfis tərtibatla …

Mədəniyyət

Kitabxanada Mir Möhsün Nəvvabın 190 illiyi münasibətilə virtual sərgi hazırlanıb

Post Views: 53 XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvabdır. Bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mir Möhsün Nəvvabın 190 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb. …

Publisistika

Vüsalə VƏTƏNXAN MEHRİ.Məqalə

Post Views: 72 Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, mədəniyyəti, irsi təfəkkürü, ürfü-ənənəsi, milli mənəvi dəyərləri ilə digər xalqlardan daim seçilmişdir. Əlbəttə, hər bir xalqın özünəxas mədəniyyəti və tarixi vardır. Azərbaycan xalqının da tarixi mədəniyyəti və dəyərləri aşkarda olduğu kimi batində də öz əksini tapır.Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığında ən qədim …

Mədəniyyət

Ulu Öndərin 100 illiyinə həsr edilmiş kitab – “Vətən oğulsuz olmasın”

Post Views: 56 “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Vətən oğulsuz olmasın” adlı kitab nəşr olunub. Kitabın redaktoru və “Ön söz” müəllifi “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlıdır. Bu barədə AZƏRTAC-a müəllif özü məlumat verib. “Elm və təhsil” nəşriyyatında …

Mədəniyyət

Bakıda “Moskva Günləri” keçiriləcək

Post Views: 45 Mayın 3-dən 5-dək Bakıda “Moskva Günləri” keçiriləcək. Proqrama sərgilər, konsertlər, yaradıcılıq görüşləri və başqa mədəni tədbirlər daxildir. Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən məlumat veriblər. “Moskva Günləri” çərçivəsində Azərbaycan Dillər Universitetində “Müasir pyes məktəbi” teatrının rəhbəri, teatr və kino rejissoru, aktyor Dmitri Astraxan ilə yaradıcılıq görüşü olacaq. Heydər Əliyev Mərkəzində Rusiya …

Mədəniyyət

Tbilisidə Xalq yazıçısı İsa Hüseynovun və gürcü şairi David Şemokmedelinin kitablarının təqdimat mərasimi keçirilib

Post Views: 51 Dövlət Tərcümə Mərkəzinin Gürcüstan Yazıçılar Birliyi ilə əməkdaşlığı çərçivəsində Tbilisidə işıq üzü görmüş Xalq yazıçısı İsa Hüseynovun “Ömür karvanı” və tanınmış gürcü şairi David Şemokmedelinin Bakıda nəşr olunmuş “Astananın iki üzü” kitablarının təqdimat mərasimi keçirilib. Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbiri Gürcüstan Elmlər Akademiyasının Rustaveli komitəsinin sədri, akademik Avtandil Arabuli giriş sözü ilə …

Mədəniyyət

“Rakurs”un növbəti nömrəsində…

Post Views: 41 Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb. AKİ-dən AZƏRTAC-a verilən məlumata görə, 2023-cü ilin yanvar, fevral, mart aylarında görülən işlərin hesabatının yer aldığı rüblük informasiya bülleteninin bu nömrəsində, eyni zamanda, ölkəmizdə kino sahəsində görülən işlərdən də bəhs olunub. Azərbaycanda gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, əlamətdar kino …

Mədəniyyət

Xətai Sənət Mərkəzində növbəti sərgi – “Türküstan nağılı”

Post Views: 44 Mayın 3-də Xətai Sənət Mərkəzində rəssam Afaq Həbi və tələbələrinin əsərlərindən ibarət sərgi açılacaq. Bu barədə AZƏRTAC-a sənət mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib. “Türküstan nağılı” adlı sərgi bir neçə gün ziyarətçilər üçün açıq qalacaq. Sərgidə 30-dan çox sənət əsərinin nümayişi nəzərdə tutulur. Mənbə: https://azertag.az/

Azərbaycan ədəbiyyatı

Vüsalə VƏTƏNXAN MEHRİ.Yeni şeirlər (II hissə)

Post Views: 81 ***(Şəhid Şəhriyar Əsgərovun xatirəsinə) Bu gün göyərçinin qanadlarında,Yüksələn ruhuma baxır vətənim.Üç rəngli bayrağın ayparasında,Şəhidlik rəmzini taxır vətənim. Anam nalə çəkib diz çökən anda,Tutun qollarından, qaldırın onu.Mənsiz bükülməyə izn verməyin,Şəhriyar oğlutək qoruyun onu. Vətənə qanımı halal etmişəm,Bu haq belə asan verilməz ələ.Qalmasın düşməndə bu pak torpağım,Yoxsa yaralarım ağrayar hələ. Allaha əmanət qoyub sizləri,Əbədi …

Azərbaycan ədəbiyyatı

Vüsalə VƏTƏNXAN MEHRİ.Yeni şeirlər (I hissə)

Post Views: 76 ***XOCALIM Susun, sakit durun!Dünyanın dərinliyindən bir səs gəlir, körpə səsi,Boğur insanlığı, qopur göylərdəki ah-naləsi.Duyun, ölmüş vicdanların qətl etdiyi məzlum kəsi,Vermiş həyat bətnindəki doğulmamış son nəfəsi. Susun, sakit durun!Günəştək qalxsa da erkən, bu erkən yatma dünyası,Mənafe uğruna neyçün tükənməz qanlı dəryası?Ürəklər ürpədən fəryadı duymaq gec, nə faydası?Bəşər dönmüş müqəvvaya? Nədəndir yoxdur ehsası? Susun, …

Publisistika

“Ulu öndərlə muzeydə keçirdiyimiz 2 saatlıq görüş ömürlük yaddaşıma yazıldı” – Lütviyyə Əsgərzadə ilə müsahibə – FOTOLAR

Post Views: 59 – Lütviyyə xanım, Ümummilli lider Heydər Əliyevin 100 illiyini yaşadığımız bir zamanda onunla bağlı xatirələri olan ziyalılarla söhbət etməyi düşünürük. Belə şəxslərdən biri sizsiniz. Bilirik ki, Naxçıvanda Heydər Əliyev muzeyində çalışdığınız illəri ömrünüzün ən əziz və şərəfli dövrü hesab edirsiniz. – Söhbətimizə dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin Moskvadan Bakıya, Bakıdan …

Publisistika

Ulu öndər öz müəllimlərinin xatirəsini həmişə uca tuturdu

Post Views: 48 Azərbaycanın dövlətçilik tarixinə adını qızıl hərflərlə yazan dünya şöhrətli siyasətçi, Ümummilli lider Heydər Əliyev dövlət quruculuğu prosesində, xüsusən də gənc nəslin yetişdirilməsində müəllimləri özünün “əsl silahdaşları” kimi dəyərləndirirdi. Ulu öndər Azərbaycan Müəllimlərinin XI qurultayındakı (1998) nitqində demişdir: “Doğrudur, siz məni də müəllim hesab edirsiniz. Burada müəyyən əsas var. Siz mənim təhsilimə əsaslanaraq …

"Yeni nəşrlər"

Azərbaycanın el şairəsi Sona İNTİZARın “Kitab dolu qadın” adlı ilk şeirlər kitabı işıq üzü görüb

Post Views: 64 “Şirvannəşr” tərəfindən Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, istedadlı gənc xanım yazar Sona İNTİZARın “Kitab dolu qadın” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Naşir  Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü  şair, nasir Qəşəm İSABƏYLİDİR. Kitabın üz qabığının rəssamı isə …

Mədəniyyət

Gənc ədəbiyyatşünas Sərvanə Dağtumasın məqaləsi “Türkay” aylıq ədəbiyyat dərgisinin May sayında dərc olunub

Post Views: 63 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Bakı Slavyan Universitetinin əməkdaşı, gənc xanım yazar Sərvanə Dağtumasın “Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi” adlı məqaləsi Bakı şəhərində fəaliyyət göstərən “Türkay” aylıq ədəbiyyat dərgisinin May sayında dərc olunub. http://hecetaslari.com/turkaydergisi/turkay1sayi5may2023.pdf Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

Mədəniyyət

Azərbaycanlı şairə Nigar Arifin şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin May sayında işıq üzü görüb

Post Views: 53 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, gənc xanım yazar Nigar Arifin “Gedək üzü küləyə” adlı şeiri Bakı şəhərində fəaliyyət göstərən “Türkay” aylıq aylıq dərgisinin May sayında dərc olunub. http://hecetaslari.com/turkaydergisi/turkay1sayi5may2023.pdf Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

Mədəniyyət

Mir Cəlal Paşayevin “Ədəbiyyatda romantizm” əsərinin yeni nəşri haqqında

Post Views: 39 XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, Əməkdar elm xadimi, ədəbiyyatşünas-alim, professor Mir Cəlal Paşayev çox erkən yaşlarında ədəbi tənqidə gəlmiş və 20 yaşında ilk sanballı ədəbi-tənqidi qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsərini 1928-ci ildə yazaraq Dağıstanın Maxaçqala şəhərində nəşr olunan “Maarif yolu” jurnalında dərc etdirib. 20 yaşında bir gəncin bu …

Mədəniyyət

Mədəniyyət nazirinin Qobustanda vətəndaşları qəbul edəcəyi tarix dəyişdirilib

Post Views: 45 Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Qobustan rayonu Heydər Əliyev Mərkəzində (Qobustan şəhəri, Elyar Vəliyev küçəsi, 162) əsasən Qobustan, Şamaxı şəhərləri, Ağsu rayonundan olan vətəndaşları qəbulunun vaxtı dəyişdirilib. Bu barədə AZƏRTAC-a nazirlikdən bildirilib. Nazirlikdən verilən məlumata görə, …

Mədəniyyət

Baş İdarənin Heydər Əliyev mərkəzlərinə ekskursiyalar davam edir

Post Views: 38 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Heydər Əliyev mərkəzlərinə məktəb şagirdlərinin ekskursiyası təşkil olunub. AZƏRTAC xəbər verir ki, Yasamal rayon Heydər Əliyev Mərkəzində 153 və 38, Qaradağ rayon Heydər Əliyev Mərkəzində isə 288 və 180 nömrəli tam orta məktəblərin şagirdləri ekskursiyada olublar. Ekskursiya zamanı məktəblilərə …

Mədəniyyət

“Danışan gəlincik” Şuşa Teatrında yenidən nümayiş olunacaq

Post Views: 42 Aprelin 29-da Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşası növbəti dəfə nümayiş olunacaq. AZƏRTAC xəbər verir ki, nağıl içində nağıl üslubu ilə davam edən tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı, Əməkdar artist Azad Məmmədovdur. Qeyd …

Mədəniyyət

Milli Kitabxanada “Akademik Zərifə Əliyeva – 100” adlı toplu hazırlanıb

Post Views: 47 Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətli Milli Kitabxananın əməkdaşları tərəfindən “Akademik Zərifə Əliyeva – 100” adlı toplu (daycest) hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan topluda görkəmli alim ilə bağlı 2019-2023-cü illərdə dövri mətbuat səhifələrində dərc …

Mədəniyyət

Milli Dram Teatrının may repertuarı zəngindir

Post Views: 50 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı may ayında klassik əsərlər əsasında səhnələşdirilmiş maraqlı tamaşalarla çıxış edəcək. AZƏRTAC sənət ocağının may repertuarını təqdim edir. 1 may –“Çippollino” 2 may – “Göyçək Fatma” 3 may – “Buratino axmaqlar ölkəsində” 5 may – “Anamın kitabı” 6 may – “Mənim günahım” 7 may – “Ah, bu uzun …

Mədəniyyət

Haaqada general Polad Həşimova həsr edilmiş kitabın təqdimatı keçirilib

Post Views: 51 Niderland Krallığındakı Azərbaycan səfirliyinin və Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və bu ölkədəki “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Rotterdam şəhərində yaşayan şair Yasəmən Qaranın şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimova həsr etdiyi “Əfsanəvi General” adlı kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdə Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü …

Mədəniyyət

Musiqili Teatr “Məchul pilləkən” balet tamaşasını göstərəcək

Post Views: 50 Aprelin 29-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Məchul pilləkən” balet tamaşası oynanılacaq. Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu baletmeysteri, həm də baş rolun ifaçısı, gənc balet artisti Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Vüsal Rəhimdir. Səhnə əsərində əsas qadın rolunu Aynurə Əsgərova, solo partiyaları isə Məhəmməd Abdullayevlə Roman Krasnov ifa edirlər. …

Mədəniyyət

Respublika Gənclər Kitabxanasında görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Post Views: 52 Bu gün XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, yüzlərlə tələbənin qəlbində, hafizəsində silinməz gözəl xatirələr ilə qalmış, görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 115 il ötür. AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin həyat və yaradıcılığından bəhs edən silsilə …

Müsabiqə

Məmməd İsmayıl Şeir Yarışmasının mükafatları açıqlandı

Post Views: 66 “Güfte Edebiyat” Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl Şeir Yarışmasının mükafatları elan edilib. 1. Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl şeir yarışması ildə bir dəfə elan edilən tarixlərdə “Güste edebiyat” mədəniyyət, sənət və ədəbiyyat dərgisi tərəfindən türk dünyasının böyük şairi Prof. Dr. Məmməd İsmayıl adına böyük şairin də fikir dünyasının bünövrəsi olan ortaq mədəniyyət …

Mədəniyyət

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert

Post Views: 49 Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli Uşaq İncəsənət Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Muğam dünyamıza səyahət” adlı konsert təşkil olunub. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan muğamı haqqında məlumat verilib. Bildirilib ki, muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir …

Mədəniyyət

“Əbədi ömrün yüz ili” kitabı çap olunub

Post Views: 38 Ulu Öndər Heydər Əliyevin yüz illiyinə həsr olunmuş “Əbədi ömrün yüz ili” kitabı nəşr olunub. Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, kitaba Heydər Əliyev haqqında tanınmış söz adamlarının bədii-publisistik məqalələri, esse və xatirələri daxildir. Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan müəlliflərin əksəriyyəti bu böyük və müdrik insanı şəxsən tanıyıb, onunla yaxından təmasda olublar. …

Mədəniyyət

Akademik Zərifə Əliyeva haqqında elektron resurs hazırlanıb

Post Views: 63 Zəngin mənəviyyata, yüksək intellektə və insani keyfiyyətlərə malik olan, milyonların xatirəsində yaşayan Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Zərifə Əliyeva” elektron resursu bu gün istifadəçilərin ixtiyarına verilib. Bu barədə AZƏRTAC-a Prezident Kitabxanasından bildirilib. Azərbaycan xalqına mənsub elə qadın simalar vardır ki, …

Mədəniyyət

Bakıda Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş sərgi açılıb

Post Views: 90 Rus dahisi Sergey Raxmaninov – tayı-bərabəri olmayan çox gözəl pianoçu, bütün həyatı boyu vətəninə və musiqiyə sevgi bəsləyən və bunu zəngin yaradıcılığında əks etdirən bəstəkardır. Bakıdakı Rus Evində (RİMM) həm tanınmış rəssamlar, həm də bu incəsənət növünün gənc istedadlı nümayəndələrinin əsərlərindən ibarət sərgi açılıb. Bakıdakı Rus Evinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sərginin …

Mədəniyyət

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Ana tarla” tamaşasının premyerası keçiriləcək

Post Views: 55 Aprelin 26-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun 95 illiyi münasibətilə ədibin “Ana tarla” povestinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası keçiriləcək. Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib. Fond tərəfindən “Heydər Əliyev İli” çərçivəsində bu səhnə əsrinin premyerasının təşkili …

Mədəniyyət

Belqradda Gülnarə Xəlilovanın “Qarabağ” milli geyimlərinin ekspozisiyası uğurla təqdim olunub

Post Views: 38 Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar aprelin Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Belqrad şəhərində Azərbaycan Mədəniyyət Günləri keçirilib. AZƏRTAC xəbər verir ki, “Odlar Yurdu, Azərbaycan – Azerbaijan, The Land Of Fire” Mədəni İrs layihəsi çərçivəsində Belqraddakı “Madlena Art Palace”da tanınmış …

Mədəniyyət

Rus Dram Teatrının səhnəsində premyera – Otelloya xəyanət

Post Views: 55 Mayın 13-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Xalq yazıçısı Elçinin pyesi əsasında hazırlanmış “Otelloya xəyanət” tamaşasının premyerası olacaq. AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Umay Həsənova, dekor üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Səmra Axundova, xoreoqrafı …

Mədəniyyət

“Arşın mal alan” Opera və Balet Teatrının səhnəsində

Post Views: 45 Aprelin 26-da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası nümayiş olunacaq. Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində əsas rolları Əməkdar artist Fatimə Cəfərzadə və aparıcı solist Atəş Qarayev canlandıracaq. Digər rollarda Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural Ağasıyev, Səbinə Vahabzadə və xor artisti Sadiq Məlikovdur. Rejissoru …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVAnın “Dərgizan” dərgisində dərc olunan şeirləri

Post Views: 50 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Eşqdən Oxuma Ay qırmızı papaqlı,Ay hamıdan küsən qız…Əlləri umacaqlı,Boy-buxunu süsən qız… Yenə kimə inandın?Aldadan tapıldımı?“Dağ haqqı”ydımı andın,Dağlarda haqq qaldımı? Yazdığın “son mesajla”Hansı qarğış yol aldı?Bir sərçə …

Mədəniyyət

Habil Yaşarın “Yeddinci ayın yeddisi” adlı kitabının təqdimat mərasimi keçiriləcək

Post Views: 34 26 aprel 2023-cü il tarixində saat 12:00-da Habil Yaşarın “Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxanasında” “Yeddinci ayın yeddisi” adlı kitabının təqdimat mərasimi keçiriləcəkdir. Maraqlananlar dəvətlidir. Dəvət üçün “Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxanasına” Təşəkkürlər!Hörmətlə Habil Yaşar

Azərbaycan ədəbiyyatı

Güldərən VƏLİYEVA.”Baxma, falçı”

Post Views: 74 Anam məndən böyük şairdi… Bir ömür payımdı vermişəm yelə,Təzədən nəyimə baxırsan, falçı?Yelkənim dəryada çalxanır hələArzum ürəyimdə olub harayçı.Könül sazım qəmli ötər, dərdi nə?Görən kimlər dərman tapar dərdiməSəsim çata, dərd danışa, dərd dinə,Deməyəsən bu eşqimə yalançı.Üzüdönmüş, bir dön, mənə bax, bax…Şimşək olub ürəyimə çax, çax.Güldərənəm, getdi gənclik, ax…Ax!Özüm öz ömrümə oldum talançı…

"Yeni nəşrlər"

Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Çərxi-fələk” adlı yeni kitabı işıq üzü görüb

Post Views: 47 “Mücrü” Nəşriyyatı tərəfindən “Roman” seriyasından Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Çərxi-fələk” (Roman) kitabı işıq üzü görüb. Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Gənc xanım yazar Şəfa Vəlidir. Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə …

"Yeni nəşrlər"

Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Şeytan oyunu” adlı yeni kitabı işıq üzü görüb

Post Views: 59 “Mücrü” Nəşriyyatı tərəfindən “Roman” seriyasından Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Şeytanın oyunu” (Roman) kitabı işıq üzü görüb. Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Gənc xanım yazar Şəfa Vəlidir. Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən …

Azərbaycan ədəbiyyatı

Vüsalə VƏTƏNXAN MEHRİ.”Əyyami-bahar gəldi, yenə fəsli-xəzan getdi”

Post Views: 75 Əyyami-bahar gəldi, yenə fəsli-xəzan getdi, Çıx seyrə könül, bağu gülüstanda çiçək bitdi. Bülbül sevinib şura gəlib ney kimi dilləndi,Solmuş bu bağın guşəsi min şövq ilə gülləndi. Don geydi çəmən rəngi yaşıl, nəqşi al-əlvan gül,Verməkdə nigarın sənə çün şadlığı əylən, gül. Bundan belə tut könlünü xoş, eyləmə dərdü qəm,Eşq əhli yetib vəslə, bahar …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2023)

Post Views: 51 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri * * * Nə ürəyim, nə ağlımSəndən əlini üzdü.Təkliyə düşən kimiDarıxdığım da düzdü. Baxma səsim hüzünlü,Baxma gözlərim yaşdı.Ah, səni xatırlamaqBilirsən necə xoşdu? Hamı bir az təsəlli,Hamı könül boşluğu.Hamı zaman israfı,Unutmaq …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.Yeni şeirlər

Post Views: 52 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Üşütmədi şaxta məni, qar məni,Düşmən etdin hər kəsə aşkar məni,Yıxılmadım satanda dostlar məni,Sən kənarda durdun deyə ağladım. Dayaz dedin, dərinlikdə üzmədik,Nə illahsa dərdimizi çözmədik,Beş on günlük çətinliyə dözmədik,Ayrılaqmı sordun deyə ağladım. Qürür etdim, nə edirsən et dedim,Bir dedinsə cavabında …

Mədəniyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş virtual sərgi hazırlanıb

Post Views: 58 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər  linklərindən istifadə edə bilərlər. Qeyd edək ki, 23 Aprel – Ümumdünya Kitab və …

Mədəniyyət

Milli Muğam Müsabiqəsinin seçim turunun birinci mərhələsi başlayıb

Post Views: 46 Aprelin 24-də Azərbaycan Milli Konservatoriyasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayıb. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqənin 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-da keçiriləcək. Aprelin 30-da isə müsabiqənin yekun konserti …

Mədəniyyət

Miniatür Kitab Muzeyinin yaranmasından 21 il ötür

Post Views: 60 Dünyada bənzəri olmayan Miniatür Kitab Muzeyi Azərbaycan tarixinin və mədəniyyətinin canlı nümunəsi olaraq 21 ildir ki, İçərişəhərdə fəaliyyət göstərir. AZƏRTAC xəbər verir ki, Miniatür Kitab Muzeyi 2002-ci il aprelin 23-də UNESCO-nun qərarı ilə bütün dünyada hər il qeyd edilən Dünya Kitab və Müəlliflik Hüququ Günündə fəaliyyətə başlayıb. Muzeyin təsisçisi və yaradıcısı, Respublika “Kitab” …

Türkiyə ədəbiyyatı

Debüt: CAN KARDEŞİMİZ TÜRKİYEDEN Murat YURDAKUL

Post Views: 64 MURAT YURDAKUL, Adana’da doğdu (1983). Anadolu Üniversitesi İngilizce İşletme Bölümü’nü tamamladı. Çeşitli dergilerde şiir, öykü, çevirileri yayımlandı. Britanya’da Modern Poetry Translation Dergisi’nde en iyi çevirmen seçildi (2018). İtalya’da XIII uluslararası Premio Vitruvio Şiir Ödülü’ne (2018), İtalya’da VI uluslararası Città Del Galateo Edebiyat Öykü Ödülü’ne değer görüldü (2018). İtalya’da Casa Editrice Cento Verba …

Azərbaycan Prezidenti

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Post Views: 53 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik Hörmətli həmvətənlər! Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. Bəşər övladını əxlaqi paklığa, humanizmə, birlik və bərabərliyə dəvət edən, insanların ruhunu və mənəviyyatını saflaşdıran mübarək Ramazan ayında müsəlmanlar Uca Yaradan qarşısında öz borcunu ləyaqətlə yerinə yetirmək fürsəti əldə …

Mədəniyyət

Gənc ədəbiyyatşünas Sərvanə Dağtumasın məqaləsi “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 214-cü sayında fars dilində dərc olunub

Post Views: 42 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Bakı Slavyan Universitetinin müəllimi, gənc xanım yazar Sərvanə Dağtumasın məqaləsi İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 214-cü sayında fars dilində dərc olunub. “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi …

"Yarpuz" dergisi

Azərbaycanlı şairə Nigar Arifin “Xatirələr otağı” adlı yeni şeirlər kitabı İranda nəşrə hazırlanır

Post Views: 56 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan III “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəri, Azərbaycanlı şairə, gənc xanım yazar Nigar Arifin Xatirələr otağı” adlı …

Azərbaycan ədəbiyyatı

Qəmər SÖZAY.Yeni şeirlər

Post Views: 80 Bütün ümidlərin kökü kəsilib,Bütün ümidlərim məzar qoxuyur.İllərdir qəlbimdə yatan arzularSabah oyanmaqçün dua oxuyur. Yaddaşım köksünü ötürür yenə,Keçmişin kölgəsi alır başımı.Dünənlər dağ çəkir qəlbimin üstə,Sabahlar gənclikdən çalır yaşımı. Sənsizlik qoynunda quruyur ömrüm,Ölümlə qalımın savaşındayam.Həsrət adlı dərddən zarıyır ömrüm,Həyatın qaranlıq libasındayam. Bu bəxtin nazıyla çox oynamışam,Susamış göz yaşım yanaqlarına.Mən Allah deyiləm, fəqət yenə dəSəni …

Mədəniyyət

Banu Muharremi doğum günü münasibətilə təbrik edirik! (20 aprel 1993-cü il)

Post Views: 45 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

Mədəniyyət

Kitabxana Tarixi Abidələrin Mühafizəsi Gününü qeyd etdi

Post Views: 56 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları və oxucular 18 aprel – Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar olaraq İçərişəhər Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil etdilər və “İnformasiya saatı” keçirdilər. Kitabxananın əməkdaşları Təranə İsgəndərova, İradə Hüseynova, Gülnar Allahverdiyeva, Elvira Məmmədova, Elnarə Qarayeva və oxucular İçərişəhər …

Mədəniyyət

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə videoçarx hazırlandı

Post Views: 53 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş “Akademik Zərifə Əliyeva – 100” adlı videoçarx hazırladı. Qeyd edək ki, 2023-cü il 28 apreldə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü …