Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, “Unutmadıq, xatırlayırıq, yaşadırıq” adlı tədbirdə faciə qurbanlarının xatirəsi yad olunacaq, onların qəhrəmanlıqlarının tarixi əhəmiyyətindən bəhs ediləcək.

Tədbir çərçivəsində açılacaq sərgidə 20 Yanvar faciəsi şəhidlərinin şəxsi əşyaları nümayiş olunacaq.

Mənbə: https://azertag.az