Author: Delphi7

  • “Aşıq deyişmələri” adlı kitab işıq üzü görüb

    ” Aşıq deyişmələri” adlı Azərbaycan Aşıqlar Birliyində (AAB) ərsəyə gətirilmiş daha bir kitab işıq üzü görüb. Bu barədə AZƏRTAC-a məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Aşıq deyişmələri” adlanan bu antologiya Azərbaycan aşıq ədəbiyyatının tarixində ən fəal və işlək bir sənət axarını – aşıq deyişmələrinin xronoloji mənzərəsini ortaya qoyan ilk mükəmməl və sistemli nəşr işidir. Topluda orta çağların Yetim Aydın, Aşıq Qərib, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Abdalgülablı Valeh kimi nəhəng ustadları və onlardan sonrakı dönəmlərdə yaşayıb fəaliyyət göstərmiş Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Molla Cuma, Aşıq Şenlik, Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Növrəs İman, Mikayıl Azaflı və digər saz-söz ustadlarının yaradıcılıq nümunələri yer alıb.Dastanlarda, dastan-rəvayətlərdə, eləcə də dastandankənar əhvalatlarda yer alan aşıq deyişmələri və onun poetik strukturu (qarşılaşmaya gətirən səbəb, məktub-dəvət, hərbə-zorba, müəmma və qıfılbəndlərlə bir-birini sınağa çəkmək və s.), eləcə də aşıqlarla şairlərin deyişmələri, məktublaşma şəklində olan şeirləşmə-deyişmələr, bayatı üstündə qurulan bağlamalar və onların cavabları, duet-deyişmələr sırasından olan çoxsaylı örnəklər də antologiyanın müvafiq bölmələrində geniş yer alıb.Geniş saz-söz ictimaiyyəti, aşıq sənəti ilə məşğul olan mütəxəssislər, doktorant, magistr və tələbələr, eləcə də, saz-söz aləminə qədəm qoymaq istəyən yeniyetmə və gənclər üçün nəzərdə tutulan topluda dastanlarda, dastan-rəvayətlərdə, eləcə də dastandankənar əhvalatlarda yer alan aşıq deyişmələri və onun poetik strukturu (qarşılaşmaya gətirən səbəb, məktub-dəvət, hərbə-zorba, müəmma və qıfılbəndlərlə bir-birini sınağa çəkmək və s.), eləcə də aşıqlarla şairlərin deyişmələri, məktublaşma şəklində olan şeirləşmə-deyişmələr, bayatı üstündə qurulan bağlamalar və duet-deyişmələr sırasından olan çoxsaylı örnəklər yer almışdır.Antologiyanın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, professor Mahmud Allahmanlı, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilovadır.

    Mənbə: https://azertag.az

  • Kamran Murquzovu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cu il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin VƏ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktorunu , Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) və “kenanaydinoglu.com” saytının Mətbuat xidmətinin rəhbərini, “Kümbet”, eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisini, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olmaq diləyi ilə İnşAllah!

    Mətbuat xidməti

    Kamran MURQUZOV (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2013-cü ilin avqust ayının 28-də etibarən, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktorudur. 2012- ci il fevral ayının 14-dən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Şeirləri, məqalələri, hazırladığı xəbərlər, araşdırmalar “Möhtəşəm Azərbaycan”, “Sözün sehri” “Azad qələm”, “Azad Azərbaycan” “, “Olaylar”” “, “Təzadlar”, “Kaspi, “Şərq”, “Kredo”, “Respublika gəncləri” qəzetlərində, “Azad qələm” dərgisində, “kenanaydinoglu.com”, “edebiyyat-az.comв”, “gundelik.info” “koseyazilarimiz.com” “olaylar.az”, “kultur.az”, “artkaspi.az”, “sherg.az”, “carci.az”, “edebiyyatqazeti.az”, “mediaxeberleri.az” “azxeber.com”, “oxu.az” və s. saytlarda yayınlanıb.

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstəkв” ” layihəsi çərçivəsində şeirləri, məqalələri “Kümbet”, “Usare”, “Kardelen”, “Hece Taşları”, “Alkış” dərgilərində, “Önce Vatan” qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdıırlıb.

  • Kənan Aydınoğlunu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cu il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin VƏ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Mətbuat xidmətinin rəhbərini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunu, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olmaq diləyi ilə İnşAllah!

    Mətbuat xidməti

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir. Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorudur. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.

  • Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayının nümayəndələri – Siyahı

    Azərbaycan Yazıçılar Birliyinin ötən XII Qurultayında qəbul olunmuş Nizamnaməsinə görə (V bənd, 54-cü maddə) növbəti Qurultaya nümayəndələr aşağıda göstərilən qaydayla seçilir:

    Sədr, Birinci katib, sədrin müavini, katiblər

    Ağsaqqallar Şurasının üzvləri (Xalq şairləri, Xalq yazıçıları, Akademiyanın həqiqi və müxbir üzvləri)

    Bundan əvvəlki Qurultayda seçilmiş İdarə Heyətinin üzvləri

    Gənclər Şurasının üzvləri, seksiyaların və regional bölmələrin rəhbərləri

    Qurultaya digər nümayəndələr AYB-nin seksiyalarında və yerli bölmələrində (o cümlədən Naxçıvan Yazıçılar Birliyində) hər on nəfərdən biri olaraq seçilir.

    XIII Qurultayın nümayəndələri

    AYB rəhbərliyi

    1. Anar

    2. Çingiz Abdullayev

    3. Elçin Hüseynbəyli

    4. İlqar Fəhmi

    5. Rəşad Məcid

    6. Səlim Babullaoğlu

    Ağsaqqallar Şurasının üzvləri

    7. Afaq Məsud

    8. Elçin

    9. Elmira Axundova

    10. Əbülfəz Quliyev

    11. İsa Həbibbəyli

    12. Kamal Abdulla

    13. Möhsün Nağısoylu

    14. Mövlud Süleymanlı

    15. Muxtar İmanov

    16. Natiq Rəsulzadə

    17. Nərgiz Paşayeva

    18. Nəriman Həsənzadə

    19. Nizami Cəfərov

    20. Rafael Hüseynov

    21. Ramiz Rövşən

    22. Sabir Rüstəmxanlı

    23. Teymur Kərimli

    24. Tehran Əlişanoğlu

    25. Vahid Əziz

    İdarə Heyətinin üzvləri

    26. Aqil Abbas

    27. Asim Cəlilov

    28. Asim Yadigar

    29. Azər Mustafazadə

    30. Azər Turan

    31. Çingiz Əlioğlu

    32. Elşad Ərşadoğlu

    33. Əsəd Cahangir

    34. Firuzə Məmmədli

    35. Hidayət Orucov

    36. Hüseynbala Mirələmov

    37. Xəyal Rza

    38. İntiqam Qasımzadə

    39. Qulu Ağsəs

    40. Musa Urud

    41. Pərvin Nurəliyeva

    42. Seyran Səxavət

    43. Solmaz İbrahimova

    44. Vaqif Bayatlı Odər

    45. Vaqif Bəhmənli

    46. Vaqif Əlixanlı

    47. Vidadi Babanlı

    48. Vilayət Quliyev

    49. Zahid Xəlil

    Gənclər Şurasının üzvləri

    50. Allahşükür Ağa

    51. Cavid Zeynallı

    52. Elmar Vüqarlı

    53. Elmin Nuri

    54. Emin Piri

    55. Fərid Hüseyn

    56. Fuad Cəfərli

    57. Günel Şamilqızı

    58. Gülnar Səma

    59. Humay Nağıyeva

    60. Xəlil Adıgözəl

    61. İntiqam Yaşar

    62. Mehman Həsənov

    63. Nərgiz İsmayılova

    64. Ramil Əhməd

    65. Şahanə Müşfiq

    66. Şəfa Vəliyeva

    67. Şəhla Aslan

    68. Şəhriyar Del Gerani

    69. Türkan Turan

    70. Ulucay Akif

    Seksiya rəhbərləri

    71. Bəsti Əlibəyli

    72. Firuz Mustafa

    73. İbrahim İlyaslı

    74. Kamran Nəzirli

    75. Qəşəm Nəcəfzadə

    76. Səyyad Aran

    77. Abuzər Bağırov

    Bölmə rəhbərləri

    77. Arif Buzovnalı

    78. Asim Yadigar

    79. Aydın Tağıyev

    80. Barat Vüsal

    81. Elçin İsgəndərzadə

    82. Fazil Əsəd

    83. Fəxrəddin Əsəd

    84. Gülnarə Cəmaləddin

    85. Xəzangül

    86. İsmayıl İmanzadə

    87. Qafar Cəfərli

    88. Namiq Əliyev

    89. Nəbi İbrahimli

    90. Orxan Fikrətoğlu

    91. Ramiz Qusarçaylı

    92. Sərvaz Hüseynoğlu

    93. Şəhla Ağbulud

    94. Vaqif Aslan

    95. Vüsal Oğuz

    Bölmələrdən seçilənlər

    96. Ağamir Cavad

    97. Aqil Kəngərli

    98. Aliq Nağıoğlu

    99. Aləmzər Əlizadə

    100. Arif Ərşad

    101. Akif Amal

    102. Aydın Murovdağlı

    103. Bayram Apoyev

    104. Bəsti Bərdəli

    105. Cəlalətdin Budatoğlu

    106. Elbrus Dünyamalıyev

    107. Elnur Uğur

    108. Etibar Vəliyev

    109. Elşən Əzim

    110. Ehtiram İlham

    111. Elman Eldaroğlu

    112. Əli Cəfəroglu

    113. Əvəz Mahmud Lələdağ

    114. Ələsgər Əlioğlu

    115. Gülbala Teymur

    116.Günay Ümid

    117. Hüseyn Əsgərov

    118. Xanlar Həmid

    119. Xəqani Verdiyev

    120. Həsən Göyçəli

    121. Hümbət Həsənoğlu

    122. Kərim Kərimli

    123. Qafar Qənbərov

    124. Qanun Məmmədov

    125. Qurban Yaquboğlu

    126. Maarif Həsənoğlu

    127. Mehrəli Qulu

    128. Meyxoş Abdulla

    129. Məhsəti Musa

    130. Mustafa Rasimoğlu

    131. Nəcməddin Mürvətov

    132. Pənah Dumanoğlu

    133. Rafiq Oday

    134. Raquf Budaqlı

    135. Ramilə Qardaşxanlı

    136. Rəfiqə Sadıqova

    137. Rizvan Nəsiboğlu

    138. Sabir Əsədov

    139. Sahib İbrahimli

    140. Səxavət Tağlar

    141. Səmayə Şahmarova

    142. Şahməmməd Bəydəmirli

    143. Təbrizə Pünhan

    144. Ünbülbanu Hacıyeva

    145. Valeh Bahaduroğlu

    146. Yəhya Paşazadə

    147. Zabil Pərviz

    148. Zahid Avşar

    Seksiyalardan seçilmiş nümayəndələr

    149. Adil Cəmil

    150. Arifə Əliyeva

    151. Almaz Sahilə Bəyazid

    152. Ayaz Arabaçı

    153. Ağasəfa

    154. Arzu Nehrəmli

    155. Allahverdi Məmmədli

    156. Akif Əhmədgil

    157. Akif Hüseynov

    158. Ağacəfər Həsənli

    159. Aləmzar Sadıqqızı

    160. Alina Talıbova

    161. Abid Tahirli

    162.Ayaz Vəfalı

    163. Aydın Xan

    164. Avdı Qoşqar

    165. Azad Yaşar

    166. Asif Rüstəmli

    167. Baba Vəziroğlu

    168. Bahar Bərdəli

    169. Balayar Sadiq

    170. Cavanşir Yusifli

    171. Çingiz Abdullayev (publ.)

    172. Dilsuz

    173. Dəyanət Osmanlı

    174. Dayandur Sevgin

    175. Damət Salmanoğlu

    176. Etimad Başkeçid

    177. Esmira Nəzərli

    178. Eyvaz Borçalı

    179. Elçin Şıxlı

    180. Elxan Elatlı

    181. Elxan Zal

    182. Elnarə Akimova

    183. Eldar Şərifov

    184. Elmar Şeyxzadə

    185. Elvin Paşa

    186. Elvin Əlizadə

    187. Elşad Barat

    188. Emil Rasimoğlu

    189. Əli Əmirli

    190. Əli Nəcəfxanlı

    191. Əkbər Qoşalı

    192. Əlabbas

    193. Əlizadə Nuri

    194. Əlirza Xələfli

    195. Əlisəmid Kür

    196. Əmir Pəhləvan

    197. Əyyub Qiyas

    198. Əşrəf Veysəlli

    199. Əhməd Qəşəmoğlu

    200. Ələmdar Cabbarlı

    201. Əbülfət Mədətoğlu

    202. Fəxri Uğurlu

    203. Faiq Balabəyli

    204. Fəxrəddin Teyyub

    205. Gülhüseyn Kazım

    206. Gülxani Pənah

    207. Günel Anarqızı

    208. Güləmail Murad

    209. Xeyrəddin Qoca

    210. Xanım İsmayılqızı

    211. Xanəmir

    212. Xatirə Fərəcli

    213. Xosrov Natil

    214. İlham Qəhrəman

    215. İmir Məmmədli

    216. İlqar Türkoğlu

    217. İlham Əzizov

    218. İslam Sadıq

    219. İnqilab İsaq

    220. İradə Tuncay

    221. Leyla Əliyeva

    222. Jalə Əliyeva

    223. Qəzənfər Paşayev

    224. Qənirə Paşayeva

    225. Qəşəm İsabəyli

    226. Qərib Mehdi

    227. Qoca Xalid

    228. Kənan Hacı

    229. Kəmalə Abıyeva

    230. Kamil Əfsəroğlu

    231. Musa Ələkbərli

    232. Məqsəd Nur

    233. Murad Köhnəqala

    234. Maarif Soltan

    235. Mahir Qabiloğlu

    236. Mahir Qarayev

    237. Mehriban Vəzir

    238. Mehman Qaraxanoğlu

    239. Mahirə Abdulla

    240. Məlahət Yusifqızı

    241. Mübariz Cəfərli

    242. Məmməd Oruc

    243. Marat Şəfiyev

    244. Mətanət Vahid

    245. Məti Osmanoğlu

    246. Minayə Əliyeva

    247. Mustafa Çəmənli

    248. Məmməd İsmayıl

    249. Natavan Faiq

    250. Nadir Məmmədli

    251. Nazim Əhmədli

    252. Narıngül Nadir

    253. Natəvan Dəmirçioğlu

    254. Nizaməddin Şəmsizadə

    255. Nigar Həsənzadə

    256. Nuranə Nur

    257. Nazim Muğanlı

    258. Nərgiz Cabbarlı

    259. Ofelya Babayeva

    260. Oqtay Əhmədov

    261. Oqtay Şamil

    262. Paşa Qəlbinur

    263. Paşa Kərimov

    264. Rahid Ulusel

    265. Rəhim Əliyev

    266. Rafiq Yusifoğlu

    267. Rafiq Həşimov

    268. Rəfail Tağızadə

    269. Rəfail İncəyurd

    270. Ramiz Məmmədzadə

    271. Ramiz Fətəliyev

    272. Rüstəm Behrudi

    273. Rüstəm Kamal

    274. Rəfiqə Nuray

    275. Reyhan Yusifqızı

    276. Ramiz Əsgər

    277. Sayman Aruz

    278. Səfər Alışarlı

    279. Sahib Məmmədov

    280. Saday Budaqlı

    281. Sadıq Elcanlı

    282. Səhər

    283. Sona Vəliyeva

    284. Salatın Əhmədli

    285. Sona Xəyal

    286. Sevinc Nuruqızı

    287. Solmaz Amanova

    288. Sevil Gültən

    289. Südabə Sərvi

    290. Südabə Ağabalayeva

    291. Süleyman Abdulla

    292. Süleyman Hüseynov

    293. Sərvinaz Həsənli

    294. Seyfəddin Hüseynli

    295. Səxavət Sahil

    296. Şahnaz Şahin

    297. Şahin Musaoğlu

    298. Şirindil Alışanlı

    299. Şəlalə Həsənova

    300. Şəfəq Sahibli

    301. Tariyel Ümid

    302. Tahir Taisoğlu

    303. Tərlan Əbilov

    304. Taleh Şahsuvarlı

    305. Tofiq Məlikli

    306. Telman Vəlixanlı

    307. Təranə Vahid

    308. Tofiq Nurəli

    309. Taleh Mansur

    310. Ülviyyə Heydərova

    311. Umud Rəhimoğlu

    312. Vaqif Yusifli

    313. Vaqif Nəsib

    314. Vüqar Əhməd

    315. Varis

    316. Vaqif Sultanlı

    317. Vüsal Nuru

    318. Yasif Nəsirli

    319. Yusif Həsənbəy

    320. Yusif Nəğməkar

    321. Yunus Oğuz

    322. Yavuz Cəlil

    323. Yelizaveta Qasımova

    324. Yaşar Əliyev

    325. Zülfüqar Şahsevənli

    326. Zahid Sarıtorpaq

    327. Zirəddin Qafarlı

    328. Zakir Fəxri

    329. Zemfira Məhərrəmli

    330. Zöhrə Əsgərova

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2022-ci ildə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanovun anadan olmasının 130 ili tamam olur.

    Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşatmışdır. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilmiş və ölkənin mədəni həyatında yaxından iştirak etmişdir. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan milli ifaçılıq məktəbinin inkişafında, xalq musiqisinin, muğamların tədrisi və təbliğində xüsusi xidmətlərini nəzərə alaraq, görkəmli sənətkar Əhməd Bakıxanovun anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Əhməd Bakıxanovun 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 21 oktyabr 2022-ci il

    Mənbə: https://president.az/

  • Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2022-ci ilin dekabr ayında Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur.

    Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş “Qeyrət” mətbəəsinin və Yaxın Şərq ölkələri ədəbiyyatında demokratik meyillərin güclənməsinə qüvvətli təsir göstərmiş məşhur “Molla Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir. Ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparmışdır. Ümumxalq əhəmiyyəti daşıyan bütün taleyüklü məsələlərin zamanın qabaqcıl ideyaları fonunda daim azərbaycançılıq məfkurəsi cəbhəsindən işıqlandırılması Ömər Faiq Nemanzadənin milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna malik publisistik irsinin başlıca leytmotivini təşkil etmişdir.

    Dövrün vətənpərvər ruhlu bir çox şəxsiyyətləri kimi Ömər Faiq Nemanzadə də totalitar sovet rejiminin 1930-cu illər repressiyasının qurbanlarından olmuşdur.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan milli mətbuatının inkişafına dəyərli töhfələr vermiş görkəmli maarifçi-ziyalı Ömər Faiq Nemanzadənin anadan olmasının 150-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 3 oktyabr 2022-ci il

    Mənbə: https://president.az/

  • Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

    Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

    Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

    Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

    Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

    Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

    Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

    Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

    Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilsin.

    2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 29 sentyabr 2022-ci il

    Mənbə: https://president.az/

  • Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 140 ili tamam olur.

    Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmişdir. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur. Parlaq xarakterlərlə zəngin olub, bir neçə nəslin estetik zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran bu dramaturgiya milli teatr salnaməsində “Cavid teatrı” kimi özünəməxsus layiqli yer tutur. Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olmuşdur.

    Hüseyn Cavid sovet rejiminin ən sərt təzyiqləri şəraitində belə, mənən sarsılmayaraq şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qorumuşdur. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılması adı sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş sənətkarın və 1930-cu illərdə repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna rol oynamış böyük söz ustası Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 24 sentyabr 2022-ci il

    Mənbə: https://president.az/

  • Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçiriləcək

    Oktyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçiriləcək.

    Qeyd edək ki, bundan öncə sentyabr ayının 30-da keçirilməsi nəzərdə tutulmuşdu.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycan Yazıçılar Birliyi seksiyalarının birgə və geniş toplantısı keçiriləcək

    Sentyabr ayının 2-də Poeziya və uşaq ədəbiyyatının, 9-da nNəsr və dramaturgiya, 16-da isə Tənqid və tərcümə seksiyalarının birgə və geniş toplantısı keçiriləcək.

    Qeyd edək ki, bu barədə qərar avqust ayının 29-da Azərbaycan Yazıçılar Birliyində keçirilən toplantıda qəbul olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Özbəkistan Respublikasının mədəniyyət xadimlərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Özbəkistan Respublikasının mədəniyyət xadimlərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Dostluq” ordeni ilə təltif edilsinlər:

    İsmayılov Haşimjon

    Nəsirli Əli Heydər oğlu

    Urinbayev Kamoliddin Turdimuratoviç.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 30 avqust 2022-ci il 

    Mənbə: https://president.az/

  • N.M.Abdullayevaya “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    N.M.Abdullayevaya “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 30 avqust 2022-ci il 

    Mənbə: https://president.az/

  • “Prezident Mükafatçılarımızı (2022) tanıyaq!” rubrikasının qonağı Azər Ruslan oğlu Əliyev

    Azər Ruslan oğlu Əliyev – 1993-cü il sentyabrın ayının 11-də Gəncə şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr, hazırda isə layihələrin idarəedilməsi ixtisası üzrə magistr təhsili alır. 2012-2014-cü illərdə AIESEC Azərbaycan gənclər təşkilatında beynəlxalq mübadilə proqramının rəhbəri olub. 2014-cü ildə CELT Təhsil Mərkəzində “Xaricdə Təhsil üzrə koordinator”, 2017-ci ildə isə Gəncə şəhərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində Könüllülər üzrə koordinator vəzifəsində çalışıb. 2018-2019-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında Proqram koordinatoru, daha sonra isə Yerli layihələr üzrə katib, 2019-cu ildə Baş katib, 2020-ci ildən isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir. 2021-ci ilin avqust ayından Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədridir.

    Mənbə: https://mys.gov.az

  • “Prezident Mükafatçılarımızı (2022) tanıyaq!” rubrikasının qonağı Emiliya Polad qızı Bayramova

    Emiliya Polad qızı Bayramova – 1998-ci il dekabr ayının 13-də Bakı şəhərində anadan olub. 2016-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. 2016-2017-ci illərdə “ASAN xidmət” – də könüllü olub. 2017-2020-ci illərdə “AVO MUN” 2017, “Könüllülər Parlamenti-Azərbaycan”, “Hərbiyyə” 2018, “TÜRKSOY-un l Beynəlxalq Simulyasiyası”, “Woman Participation Program (WPP), “Hərbiyyə” 2019 kimi layihələrin və Pandemiya dövründə sosial layihələrin koordinatoru olub. 2017-2018-ci illərdə “ASAN Könüllüləri” Təşkilatında Beynəlxalq Əlaqələr Departamentinin Təşkilatlarla iş şöbəsinin müdiri olub. 2018-ci ildən Gənclər Fondu tərəfindən elan edilən Avropada təcrübə proqramının qalibidir. 2018-ci ildə “ASAN Könüllüləri” Təşkilatında Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri olub. 2020-2021-ci illərdə “Xəzəri qoruyaq”, “Fövqəladə hallarda uşaq müdafiəsi”, “Bir sifariş, bir sevinc”, “Təmiz Sumqayıt”, “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi”, “Çövkən oyunu”, Gənclər Simpoziumu, “Dəmir Yumruq” intellektual liqası, “Sən elə bir Zirvəsən”, lll “Neftçili Yay”, ASAN Könüllülərinin lV Yay Məktəbi, Nizami Gəncəvi ilinə həsr olunmuş “ASAN Teatr Festivalı”, “YAŞAT” düşərgəsi, “FotoMən 3”, “Xəzəri qoruyaq”, “ASAN Könüllülərinin Diplomatiya Günləri, “AVO MUN” 2021 kimi layihələrin təşkilat komitəsinin sədri olub. 2019-cu ildə UEFA Avropa Liqasının final oyununda Tamaşaçı Xidmətləri və Təcrübə şöbəsində Supervayzer olmuşdur. 2020-ci ildə “Mətbuat Səngəri” platformasının təsisçisi olub. 2020-ci ildən Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi seçilib.

    Mənbə: https://mys.gov.az

  • “Prezident Mükafatçılarımızı (2022) tanıyaq!” rubrikasının qonağı Səyyarə Müşfiq qızı Gülaliyeva

    Səyyarə Müşfiq qızı Gülaliyeva – 1998-ci il iyun ayının 23-də Beyləqan rayonunda anadan olub. 2015-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə bakalavr təhsili alıb. 2020-ci ildən Sapienza Roma Universitetində beynəlxalq inkişaf və kooperasiya elmləri ixtisası üzrə magistr təhsili alır. 2017-ci ildən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən təşkil olunan müxtəlif təlim, seminar və layihələrdə iştirak edərək diplom və sertifikatlarla təltif olunub. 2018-ci ildə Rumıniya Respublikasında keçirilmiş beynəlxalq ERASMUS+ layihəsində iştirak edib. 2018-ci ildən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyində könüllülük fəaliyyətinə başlayıb, müxtəlif inkişaf və təcrübə proqramlarında, təlim və seminarlarda, regionlarda həyata keçirilən sosial və tibbi aksiyalarda, layihələrdə fəal iştirak edib. 2019-cu ildə Rusiya Federasiyasının Soçi şəhərində keçirilmiş Dünya Könüllülük Forumunda iştirak edib. 2019-cu ilin sentyabr ayından etibarən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyində mütəxəssis vəzifəsində işləyir.

    Mənbə: https://mys.gov.az

    Mənbə: https://mys.gov.az

  • “Prezident Mükafatçılarımızı (2022) tanıyaq!” rubrikasının qonağı Lalə Əhməd qızı Axundova

    Lalə Əhməd qızı Axundova – 1993-il avqust ayının 23-də Bakı şəhərində anadan olub. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində biologiya fakültəsi bakalavr pilləsi, 2015-2017-ci illərdə Hollandiyanın Wageningen Universitetinin “Molekulyar biologiya” fakültəsində magistr təhsili üzrə təhsil alıb. 2018-ci ildə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Molekulyar biologiya” üzrə doktorantura pilləsinə qəbul olunub. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Populyasiya genomiksi laboratoriyasında kiçik elmi işçi adına layiq görülüb. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi münasibətilə 30 yaşa kimi gənc alim və mütəxəssislər arasında keçirilən müsabiqədə birinci yer tutub. Elmi jurnallarda 4 məqaləsi və konfrans toplularında 2 tezisi nəşr edilib.

    Mənbə: https://mys.gov.az

  • Şuşada “Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihənin açılış mərasimi təşkil edildi

    “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 25-ci bəndinə əsasən həyata keçirilən “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihənin açılış mərasimi təşkil edildi.

    Mərasimdə UNESCO-nun xoşməramlı səfiri Hedva Ser çıxış edərək “Youth ArtCamp Shusha and Baku” layihəsinin məhz Şuşa şəhərində təşkilinin əsas məqsədinin davamlı sülhün təbliğ edilməsi olduğunu vurğuladı. Hedva Ser həmçinin sözügedən layihənin mədəni dialoqların qurulmasına şərait yaradacağını bildirdi.

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin eksperti Murad Məmmədov tədbirdə çıxış edərək Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün sözügedən layihənin mühüm əhəmiyyətindən bəhz etdi.

    Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının ikinci katibi Emil Əhmədov çıxış edərək Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihənin xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edildiyini qeyd etdi.

    Tədbirdə həmçinin Azərbaycanlı rəssam Əsmər Nərimanbəyova çıxış etdi və layihənin işğaldan azad olunmuş ərazilərdə təşkilinin tarixi hadisə olduğunu vurğuladı.

    Mənbə: https://culture.gov.az

  • “Muzeyi peşəkardan öyrənək” adlı layihə Ağdaş rayonunda təşkil olundu

    “Muzeyi peşəkardan öyrənək” adlı layihə üzrə növbəti təlim-seminar Ağdaş Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün Ağdaş Heydər Əliyev Mərkəzində keçirilib. Layihədə ümumilikdə 12 mədəniyyət müəssisəsindən 30 əməkdaş iştirak etmişdir.

    Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və elmi fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən aparılan təlim-seminarda “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar keçirildi.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.

    Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.

  • “Şuşa mədəniyyətinin inciləri”: Mamayı məscidi

    Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir. Layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Mamayı məscidinə həsr olunub.

    Qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq var idi.

    Mamay məhəlləsi Şuşanın mərkəzi hissəsində yerləşir. XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş eyniadlı məscidin memarı Kərbalayı Səfixan Qarabaği olub. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamayı məscidinin dam örtüyündə azançı üçün “güldəstə” quraşdırılmışdır.

    Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib.

    Mənbə: https://culture.gov.az

  • DokuBaku Festivalı münsiflər heyətinin üzvlərini elan edir

    21-25 sentyabr 2022-ci il tarixlərində keçiriləcək DokuBaku Beynəlxalq Sənədli Film Festivalı  6-cı buraxılışı üçün müxtəlif ölkələrdən on beş ekspertdən ibarət  beynəlxalq münsiflər heyətini elan edir. Münsiflər filmləri üç kateqoriya üzrə qiymətləndirəcəklər: Ən Yaxşı Tammetrajlı Sənədli Film, Ən Yaxşı Qısametrajlı Sənədli Film və Əsas Müsabiqədən Kənar.

    Hər kateqoriya üzrə filmlər təyin olunmuş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Bu il münsiflər heyətinə tanınmış sənədli kino rejissorları, kino və foto dünyasının  nümayəndələri daxildir. Onların arasında çoxsaylı mükafatlar laureatı, Kann Film Festivalının qalibi və Amerika Kino Akademiyasının münsiflər heyətinin üzvü Sergey Dvortsevoy, fransalı fotojurnalist, çoxsaylı beynəlxalq mükafatların, o cümlədən UNİCEF mükafatının laureatı, Fransanın Milli Fəaliyyət Ordeni sahibi Reza Deqati və EMMY mükafatı laureatı, Oskar mükafatına namizəd olan prodüser Kirstin Barfod vardır.

    Builki festivalın xüsusi qonağı polşalı sənədli film rejissoru və senaristi, bir çox kino festivallarının laureatı Pavel Lozinskidir. O, festival çərçivəsində özünün rejissor, həyat yoldaşı Aqneşka Mankieviçin isə prodüseri olduğu “Balkon” filmini təqdim edəcək.

    Səsvermə proseduru onlayn və şəxsən baş tutacaq, daha sonra birgə müzakirə aparılacaq və hər bir kateqoriya üzrə qaliblər seçiləcək. Qaliblər festival günlərində elan olunacaq.

    Qeyd edək ki, DokuBaku Azərbaycanda ilk və yeganə müstəqil Beynəlxalq Sənədli Film Festivalıdır. 2017-ci ildə təsis edildiyi gündən festivalın məqsədi beynəlxalq proqramda dünyanın müxtəlif ölkələrindən xüsusi seçilmiş sənədli filmlərin nümayişini, eləcə də yerli kinorejissorları və bu janrın istehsalına dəstək olmaq məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdən ibarətdir.

    Mənbə: https://culture.gov.az

  • Şair-publsist Rafiq ODAY.”Böyük görünür”

    Tanrım, bu qızın ədası
    Böyundan böyük görünür.
    Böyük oyunlar oynayır,
    Oyundan böyük görünür.

    Qız deyirəm – qızmı yəni?
    (Soruşsan da, qızmır yəni)
    Bu qədər soysuzmu yəni,
    Soyundan böyük görünür?!

    Burda boyluq birşey yoxdu,
    Burda soyluq birşey yoxdu.
    Daha toyluq birşey yoxdu, –
    Toyundan böyük görünür.

  • Şair-publsist Rafiq ODAY.CINAS BAYATILAR

    Əzizim, dərd aşına,
    Qonağam dərd aşına.
    Nə ola bircə kərə
    Yar gülə, dərd aşına*.
    *aşınmaq – yox olmaq


    Əzizim, yad aşına,
    Göz dikmə yad aşına.
    Soysuzdan qonşu olmaz,
    Ya qala, ya daşına.


    Əzizim, dost aşına,
    Qonaq ol dost aşına.
    Elə otur, elə dur –
    Sevinsin dost-aşina.


    Əzizim, dərdə sına,
    Kim istər dərdə sına?!
    Narın necəliyini
    Bağından dər də, sına.


    Əzizinəm, şirəyə,
    Ağzım batıb şirəyə.
    Çətin eşq dəlisinin
    Biləyini şir əyə.


    Əzizim, qar daşıyam,
    Buz qıram, qar daşıyam.
    Harda bir dərviş varsa,
    Mən onun qardaşlyam.


    Əzizim, dərdə sinəm,
    Tuş oldu dərdə sinəm.
    Şah vüqarım qoyarmı
    Əyiləm dərdə, sinəm?!


    Əzizim, dərd işinə,
    Girişib dərd işinə.
    Dərdiş də kəf gələrmi,
    A dərdiş, dərdişinə?!


    Əzizinəm, cinasa,
    Könül verdim cinasa.
    Oğul odu nəfsindən
    Şeytan asa, cin asa.


    Əzizim, arabada,
    Köç gəlir arabada.
    Aşiqsən, elə davran,
    Getməsin ara bada.


    Əzizinəm, zəmindən,
    Həm təməl, həm zəmindən.
    Toxumu vaxtında səp,
    Tuta bilsin zənin dən.


    Əzizinəm, qılçıxdı,
    Bu, arpa yox, qılçıxdı.
    Bir tikə yemək verdin,
    Arasından qıl çıxdı.


    Əzizim, qalxışmada,
    Yatanlar qalxışmada.
    Ya dəmir yumruğa dön,
    Ya sıxıl qal xışmada.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ədibin evi” (Poema)

    Atam çox vaxt ciddi sözü zarafatla deyirdi.

    Hafiz Paşayev

    I

    İçərişəhərdə köhnə bir ünvan,

    divarda bir yazı: “Ədibin evi”.

    Orda nə təmtəraq, nə dəstgah-filan,

    gör kimin evidir,

    o, kimin evi.

    Fikrim uzaqlara uçdu bu dəmdə,

    ayları, illəri dəyişdi tamam.

    Gördüm, mən yerimdən tərpənməsəm də,

    başqa bir aləmdə,

    həsb-haldayam…

    Bizim Yazıçılar İttifaqında

    şeir məclisinə düşmüşdü yolum.

    Əsgər şinelində getmişdim onda,

    mən də o kürsüdən

    şeir oxudum.

    Mir Cəlal müəllim qabaq sırada,

    məni alqışlayıb gülümsəyirdi.

    O nəsə deyirdi dönüb arada,

    ona da, kim isə,

    nəsə deyirdi.

    Havası tutmuşdu bəlkə də sözün,

    doğmalıq görürdüm mən o gözlərdə.

    Mirzə İbrahimov[1] ordaydı o gün,

    ordaydı,

    tənqidçi Məmməd Cəfər də.

    Mən onda itirdim anamı, onda,

    nə deyim taleyin qəfil qəsdinə.

    Bir gün əsgərlikdən buraxılanda,

    bilmədim, heç kimin

    gedim üstünə.

    Nə əlimi qızdırmağa bir ocaq,

    nə arxamda söykənməyə bir qaya!

    Gözləyirdim,

    günəş nə vaxt doğacaq,

    onda baxıb sevinirdim dünyaya.

    Düzü, düz görsə də, düz deməyiblər,

    əzbər öyrəndiyim bəzi kitablar.

    Mənə ağıl verən,

    dözsün bir qədər,

    həyatda tale də, təsadüf də var.

    II

    Mir Cəlal kimiydi!

    Allah tərəfi,

    tanıdığım kimsəsizlər kimsəsi.

    Ona İttifaqdan[2] verilən evi

    o da mənə verdi,

    atam əvəzi.

    Tələbəni səbrlə dinləyirdi,

    eşitdiyi xahiş olsun, ya sual.

    – İş axtarma, adam axtar, – deyirdi

    biləndə ki, mən işsizəm,

    Mir Cəlal.

    Bir dəfə rektora o məndən dedi,

    – Dedim ki, şairdi, xoş oldu ona.

    Sonra bir dəfə də kömək elədi,

    apardı məni öz

    kafedrasına.

    Mənim pedaqoji fəaliyyətim,

    o vaxtdan başlayır bəlkə nə deyim.

    O vaxtdan qalxdım mən o pillələri,

    Bakı

    Dövlət

    Universitet illəri!

    Orda qardaş dedim, o kafedrada,

    Xalidə, Təhsinə, Abdullaya da.

    Nəzifə bacıydı laborantımız,

    cədvəli, əzbərdən bilərdi o qız.

    III

    – Sizin Yazıçılar İttifaqının

    səhvini düzəltdi Mir Cəlal əmi…

    O evdə aldığım xeyir-duanın

    açdı, varaqladı sözü qəlbimi.

    Aidə xanımı[3] mən unutmadım,

    bir şeyə mat qaldım, bilmədim nədən, –

    Hardakı əlimdən alındı haqqım,

    o səs – qulağıma gəldi yenidən.

    Tanrı gücündədi deyirlər insan,

    onun verdiyi nə, aldığı nəydi?

    Atasıgildəydi Arif o zaman, –

    ailə içində, bir ailəydi.

    Bir gün eşitdim ki, dedilər mənə,

    Mir Cəlal borc alıb kimdənsə, yəqin,

    Tikilən evlərin gedib birinə,

    adını yazdırıb oğlu Arifin.

    Eyvana çıxmışdı körpə qızları,

    tale qismətiydi,

    halal ruziydi.

    Göyə boylanırdı yer ulduzları,

    hərəsi bir gəncin bəxt ulduzuydu.

    Qaşıq gətirmişdi Mir Cəlal bizə,

    hamısı çəkilmişdi qızıl suyuna.

    Bilmədim nə oldu, sonra nə isə,

    evdən yoxa çıxdı, mat qaldım buna.

    Mənası başqaydı o hədiyyənin,

    duyduğum gizli bir ağrı-acıydı.

    “Alıb gətirərəm, şairə deyin”, –

    Arif müəllimin ismarışıydı.

    Məndən soruşmayın, neçəydi yaşım,

    hələ yaş gəlirdi yaşımın üstə.

    Üç yaş məndən kiçik, böyük qardaşım,

    şah çinar kimiydi başımın üstə.

    Keldış[4] Moskvadan gəlmişdi o vaxt,

    diqqət də başqaydı rəsmi qonağa.

    Cavan alimiydi Akademiyada,

    Arif özü çıxdı onda qabağa.

    Onların görüşü, elmi söhbəti,

    soruşsan, indi də yadında durur.

    Nəin ki, cümlənin bir epiteti,

    bəzən bir eyham da heç unudulmur.

    Adi görünməsin, bu adi deyil,

    uçur o illərə indi də fikrim.

    Bu, təkcə xatirə söhbəti deyil,

    insan taleyidi,

    mən dediklərim.

    IV

    Ədibə[5] sadəydi mərhum atanız,

    bir az qürurluydu, bir az da məğrur.

    Sən də, Elmira[6] da oxşayıbsınız,

    oğul-qız, nə fərqi, gözdən oxunur.

    Beləcə, hər səhər o işə gedib,

    onun hər salamı, bir gül töhfəsi.

    O, iki dəfə də xahişə gedib,

    bir Kəbə yoluydu, məncə, hərəsi.

    Mənə ev verəndə – birinci xahiş,

    Püstə[7] xanımıydı, özüydü və mən.

    Mir Cəlal Mehdiylə[8] köhnə dost imiş,

    mən belə anladım söhbətlərindən.

    – Mir Cəlal, adların siyahısını

    gecdi, göndərmişik.

    – Yox, Mehdi…

    – Gecdi.

    – Mehdi, gənc şairdi, unutma onu.

    – Mir Cəlal…

    – Yox, Mehdi,

    – Gecikib…

    – Yox, Mehdi gəncdi.

    İndi də o anı xatırlayıram,

    hökm ona yadıydı, o an da mənə.

    O son imtahanı xatırlayıram,

    order ona qaldı, ünvan da mənə.

    Mən onda gördüm ki, nə daş, nə dəmir,

    insan dözdüyünə dözməz o dəmdə.

    Bütün sevindiyim yadıma gəlmir,

    heç vaxt, ümidimi itirməsəm də.

    Ancaq eşitmişəm, axtaran tapar,

    gözün ya ağında, ya qarasında.

    Özünə inansa, insan dağ çapar,

    bu söz də yaşayır, el arasında.

    V

    Bir musiqi məktəbinə müdirə! –

    Elmira xanımın ilk vəzifəsi.

    Sonra görürlər ki, qızın o yerə

    nə meyli varıymış, nə də həvəsi.

    Evdə Mir Cəlala gedib deyirlər,

    qız da öz sözünü çatdırır: – Ata,

    Məndən qabaqkını həbs eləyiblər,

    işləyə bilmərəm, gedib mən orda.

    Qızının sözünü ata dinlədi,

    evdə də, işdə də o, həssasıydı.

    – Necə, musiqiçi?!

    Sual deyildi,

    bəlkə cəmiyyətə istehzasıydı.

    Onu tutmasaydı görülən bir iş,

    bir az incisəydi, kimdənsə bəzən, –

    Üzündə təbəssüm, gözündə gülüş,

    sözü sətiraltı deyərdi üzə.

    – Hər kəs belə getsə, tutular, – dedi,

    eşidən olmadı səsini onun.

    – İdeal bir dövlət qurmaq istədi,

    qədimdə İskəndər, sonra Əflatun.

    O odun üstəydi, o közün üstə,

    yadına düşmüşdü qabaqkı çağlar.

    – Başa düşmədiyi bir sözün üstə,

    başsızlar, milləti başsız qoydular.

    Niyə unudulub Nargin adası,

    niyə Xəzər laldı, dalğaları lal.

    Qatilə – dedilər ellər atası,

    əsl el atası, budur, Mir Cəlal.

    Sərraf gözlərində oxunan fikir

    elə bilirdim ki, bir yox, ikiydi.

    O da Konfusitək[9] bir mütəfəkkir,

    o da Qandi[10] kimi,

    bir müdrikiydi.

    O gün qəbuluna getdi nazirin,

    başqa çıxış yolu daha yoxuydu.

    – Qızımı o işdən azad eləyin,

    ikinci,

    ən ağır xahişi buydu.

    Nazir Mir Cəlala hörmət elədi,

    əvvəl otağına dəvət elədi,

    yer təklif elədi, çay gətizdirdi,

    – Siz xoş gəlibsiniz, –

    o bir də dedi.

    Nazir asta dedi sözü bir qədər,

    istədi sınmasın bu gəlişindən.

    – Xahişə gələndə, iş istəyəllər,

    siz xahiş etdiniz

    çıxardın işdən.

    Nazirin sonuncu sözləri buydu,

    nazir Mir Cəlalın oxucusuydu.

    O, bir avtoqrafla, kitab istədi,

    – Məndə də qoy olsun əlyazmanızdan.

    Sonra təbəssümlə:

    – Göndərin, dedi,

    işdən azad olan o qızınızdan.

    O vaxtdan çox keçib, dəyişib zaman,

    həyatda nə qədər kəsir görmüşəm.

    Nə Mir Cəlal kimi gözütox insan,

    nə o nazir kimi,

    nazir görmüşəm.

    VI

    “Ədibin evi”ndə başqaydı həyat,

    sağ ol, Şəfəq xanım,

    bu cah-bu cəlal,

    əllərin toxunan hər eksponat,

    dil açıb deyir ki, sağdı Mir Cəlal.

    Ona hörmət qoyub akademiklər,

    nə qədər əsəri, mühazirəsi…

    Çox şeyi soruşub öyrənibdilər,

    hələ,

    ADU-dakı adicə dərsi…

    Baxıb gülümsədi arada bir dəm,

    Hafiz, oyaq idi fikri, diqqəti.

    Məni Şəfəq xanım ayıltdı desəm,

    inan,

    etiraf da səmimiyyətdi.

    – Şair, unutmaram mən bu diqqəti,

    daim salırsınız bu evi yada.

    Sizə Mir Cəlalın münasibəti,

    bir əfsanə kimi yaşayır o da.

    Gördüm ki, sinəsi doludur qızın,

    bəlkə, ürəyində ağrı-acı var?

    Mən də dinmədim ki, qoy o danışsın,

    hər qəlbin,

    bir sözə ehtiyacı var.

    – Bir də bir insanlıq dərəcəsi var,

    elmi dərəcələr hardasa tutmur.

    Burda insan kimi xatırlayırlar,

    onu,

    Mir Cəlalı,

    hörmət də budur.

    İnsan əvəzsizdi dedim dünyada,

    cəmiyyət – bir seldi səsli-soraqlı.

    İnsan axtarıbdı qoca Sokrat da,

    insanlar içində,

    əliçıraqlı.

    Heç kəsin könlünə qız toxunmadı,

    işıqla doluydu könül aləmi.

    Gözündən bir qərəz, kin oxunmadı,

    yenə gülümsədi əvvəlki kimi.

    İşıqla doluydu,

    könül aləmi.

    VII

    Açılıb-örtülən bir çarpayıda,

    qatlayıb yatmışdın ayaqlarını,

    Üstün açılmışdı,

    örtdüm arada,

    Mir Cəlal görürmüş sən demə, bunu.

    Mənə minnətdarlıq elədi Hafiz,

    durub ayaq üstə o boyda alim.

    Mənim diqqətimdən çox dedi Hafiz,

    diqqətim tutubmuş,

    bəlkə də Hafiz.

    Qəlbimdə nə qədər hisslər oyandı,

    açıb söyləyərdim,

    danış, desəydin.

    Onda Mir Cəlalın mən aspirantı,

    sən də Moskvanın tələbəsiydin.

    Bilmədim, hayandan əsdi o yellər,

    o baş əyilmədi şöhrətə, ada;

    Fəxri xiyabanda dəfn elədilər,

    fəxrimiz,

    bir fəxri ad almasa da.

    – Mir Cəlal, hansıdı ən şah əsərin?

    Dedi: ailəmdi,

    fəxri adıyla!

    Bir qələm sahibi mütəfəkkirin,

    bəlkə də şifahi

    hesabatıydı.

    Ərdəbil deyilən səfalı bir yer,

    Arazdan o yana – bir mahal olub.

    Arazdan bu yana keçiribdilər,

    Gəncədə böyüyüb,

    Mir Cəlal olub.

    Xeyirdə kimsəsiz, şərdə təkiydim,

    harda axtarırdın o gün sən məni.

    İnsanlar içində,

    yerdə təkiydim,

    göydənmi gəlmişdin, gördün sən məni.

    Bir fikir tapanda, sevinirəm mən,

    deyirəm, bax budur sözlərin şahı.

    Onu pozanda da sevindirirsən,

    Tanrım,

    yeni fikir verirsən axı.

    Mənim düşündüyüm o cür deyilmiş,

    şairlik taledir,

    ömür deyilmiş.

    VIII

    Yaxın dostlarının çıxmaz yadından,

    Mir Cəlal –

    xəlvətdə şamtək yanırdı.

    O zaman “Füzuli” tədqiqatından,

    Bertels[11], Moskvada maraqlanırdı.

    Sonralar Bakıda olanda belə,

    deyirlər görüşə daim tələsib.

    Gəlib akademik Mir Cəlalgilə,

    orda çay da içib,

    çörək də kəsib.

    Onun damarında başqaydı qanı,

    tale qismətiydi Araz-Kür boyu.

    O Taylı, bu Taylı Azərbaycanı,

    bir canda yaşatdı,

    bir ömür boyu.

    Mir Cəlal, necəsən, deyən olmadı,

    həyata, dünyaya nə dedin, ustad?

    O Tayda, bu Tayda yiyən olmadı,

    sən mənə

    yiyəlik elədin, ustad.

    Hardan biləydin, qız nəvən bir gün,

    Qalib Sərkərdənin sevdiyi mələk, –

    Qalxacaq üstünə

    Xudafərinin,

    o Taya, bu Taya əl eləyəcək!

    Haqqın dərgahında, bu nədi, şair,

    bu sirli dünyada niyə sirr olmur.

    Bu da taledimi?

    Taledir, şair,

    bir an sonranın da hökmü bir olmur.

    Şanlı çağırışı beləydi onun,

    eyham səmimiydi, söz səmimiydi.

    Ən çətin anlarda,

    Dəmir yumruğun,

    44 Gün – tarixi bir təqvimiydi.

    Min il ömür sürdü o Tayda millət,

    gərdi sinəsini alova, oda.

    Dilindən düşmədi İslam, Şəriət,

    minbərdən deyilən,

    duaları da.

    Məndən soruşursan, qoy deyim nədir,

    o qədim dünyanın ilk yadigarı.

    Bir – Həzrət Əlinin dedikləridi,

    bir də –

     Peyğəmbərin şah kəlamları.

    Böyükçöl[12] gör, harda düşdü yadıma,

    yarı işıqdadı, yarı kölgədə.

    O da bir ruh kimi yaşayır, amma

    görünən tərəfi,

    mənəm, bəlkə də?!

    Sözümü sən eşit, səsimi göylər,

    “mütləq” olan yerdə, bir “nisbət” də var.

    Əsrdən-əsrə bir söz, bir xəbər,

    nəsildən-nəsilə,

    əmanət də var.

    IX

    Yaşayır insanın qan yaddaşında,

    nədirsə, bilmirəm, amma əvəzsiz.

    O evdə,

    o halal süfrə başında,

    mənim də öz yerim varıydı, Hafiz.

    Onda səfiriydin, ilk səfirimiz,

    dünyanın qarışıq zəmanəsiydi.

    Sənin də öz yerin varıydı, şəksiz,

    o da –

    Klintonun[13] ailəsiydi.

    Biz səni görürdük televizordan,

    gəldi məktubun da, Bakıya bir gün.

    Mənə, darıxıram, – yazırdın ordan,

    burdakı,

    ədəbi söhbətlər üçün.

    Yaxşı yadımdadı, qoy indi deyim,

    dəvət eləmişdin, görüşə bizi.

    Hikmətiydi[14],

    Məmmədiydi[15],

    məniydim,

    gəl, qaytar o şeir məclisimizi.

    Sən axı rəssamsan, əlində fırça,

    bir sağlam gülüşə xalq acdı, Hafiz.

    Atan Mir Cəlalın satirası da

    sənin şarjlarına

    möhtacdı, Hafiz.

    Vaxt da – keçdiyimiz ömür yoludur,

    ana südü kimi o halalındı.

    Mənim ilk şeirlər kitabım durur,

    onun da ön süzü,

    Mir Cəlalındı.

    Çoxu, Mir Cəlalı xatırlayırdı,

    oğlanlar içində, qızlar içində.

    Onu, atalılar ata sayırdı,

    mən təkiydim,

    atasızlar içində.

    O, harda olsaydı, haqqın səsiydi,

    gündüz dincliyi yox, gecə yuxusu.

    Millətin yarısı – tələbəsiydi,

    qalan yarısı da –

    öz oxucusu.

    X

    Bir məktub yazmışdım, bir az sevincək,

    İran səfirliyi çağırdı məni.

    Bakıda – Şəhriyar günü keçirəm,

    orda,

    Təbrizdə də – Mir Cəlal günü.

    Şəkil də seçmişdim, kitab da verdim,

    bir əlyazması da apardım o gün.

    Bir də,

    Mir Cəlala həsr elədiyim,

    mənim şerim idi, o görüş üçün.

    Deyirdim, qırx milyon Azərbaycanın,

    səkkiz milyonu da üstünə gəlsək, –

    bizi görəcəkdi gözü, dünyanın,

    Tehran da

    Bakıya əl eyləyəcək.

    Onda tariximiz çıxacaq üzə,

    doğma balasıyıq, biz də Arazın.

    Bu şanlı günlərdən o günümüzə,

    mənim misralarım

    salam aparsın!

    Bakıdan Tehrana məktub getmədi,

    gözləyə-gözləyə qaldıq burda biz.

    Mənə, Abbasəli müəllim dedi, –

    bizim

    İrandakı öz səfirimiz.

    Arazı, sərhədi bizdən qorudu,

    fars da yorulmadı,

    bu tayda rus da.

    İki bölünməkdən Söhrab[16] da qorxdu,

    onun cavan dostu,

    Sayman Aruz[17] da.

    Mən indi bildim ki, dünya yuxuymuş,

    o kimin evidir,

    gör, kimin evi?!

    Mənim alın yazım bəlkə də buymuş,

    Allahım, nə deyir,

    “Ədibin evi”?

    O deyir: yaxşılıq itmir dünyada,

    əbədi əkilir torpağa, daşa.

    Yaşa, yaxşıların haqqıdı, yaşa,

    Mir Cəlal müəllim,

    məndən sonra da.

    İyun-iyul, 2022


    [1] O illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq yazıçısı

    [2] Azərbaycan Yazıçılar Birliyi

    [3] Arif Paşayevin xanımı

    [4] 4 – SSRİ Elmlər Akademiyasının o vaxtkı Prezidenti

    [5] Mir Cəlalın ortancıl qızı

    [6] Mir Cəlalın böyük qızı

    [7] Püstə xanım – Mir Cəlalın xanımı

    [8] Mehdi Hüseyn – Azərbaycan Yazıçılar İttifaqının o illərdəki sədri, Xalq yazıçısı

    [9] Çin filosofu

    [10] Hind filosofu

    [11] SSRİ Elmlər Akademiyasının həqiqi üzvü

    [12] Gənc yazıçı

    [13] ABŞ-ın o illərdəki Prezidenti

    [14] Hikmət Ziya

    [15] Məmməd Araz

    [16] Cənubi Azərbaycan şairi Söhrab Tahir

    [17] Cənubi Azərbaycanın gənc şairi Sayman Aruz

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Bayquş yuxular “

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Yadımda nənəmin bir sözü qalıb,
    Deyirdi bayquşun səsi gələndə,
    O yerdən bir ölü çıxar, ay bala.
    Bir uşaq marağı olardı məndə,

    O gecə yatmazdım mən də az qala…
    Eyvanda oturub qalardım elə,
    Dinləyib bayquşun səsin sübhədək.
    Axır yazıq nənəm gələrdi dilə,

    O yerdə məni də tutardı əsnək.
    Bir də oyanardım günorta vaxtı,
    Baxardım hər bir şey öz yerindədi.
    Təkcə nənəmincə boş qalıb taxtı,

    Soranda dedilər yas yerindədir.
    Bayquşun əlləri boş qayıtmayıb,
    Bir ölü aparıb demə, o gecə.
    Mənimtək bəlkə də çoxu yatmayıb,

    Almayıb bir damcı çimir, o gecə.
    İndi bayquşların səsi kəsilib,
    Çıxıbdı ortaya yuxu bayquşlar.
    İnsanın ömrünə qənim kəsilb,
    Bayquş adamlarla, bayquş yuxular.

  • Şəfa VƏLİYEVA.”Ayaqlarım qatran olar”

    Ayaqlarım qatran olar
    Izlərinə yapışar…
    Vəhşiləşər cığırlar;
    Gedişinçün qapışar.

    Keçib getdiyin vədə
    Heykəlləyər zamanı…
    Təsəllidi şəklin də.
    “Saxlayıram samanı”…

    Qulağım səsə düşər
    Böcəklər ötüşəndə…
    Barmaqlarım öpüşər
    Kirpiklər sevişəndə…

    Ah…
    Nə xoş mənzərədi
    Yenə yuxu görürəm…
    Adın əzbərimdədi
    Adından ev hörürəm..

    Hərf-hərf ucalan
    Bəxtin qızıl sarayı.
    Sənsiz kimdi qocalan
    Axı məndən savayı?!

    Yaxşı ki, gedişlərin
    Dadı-duzu kəm olur..
    Fələyin əl işləri
    Əzəlindən nəm olur…

    Yoxsa bağrım çatlardı
    Bu səhra yoxluğunda…
    Başınımı ağrıtdım?
    Əfv et…
    Sənsiz qorxuram.

    (2017)

  • “Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihəyə start verildi

    “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 25-ci bəndinə əsasən həyata keçirilən “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihəyə start verildi.

    Layihə çərçivəsində xarici ölkələrin UNESCO üzrə Milli Komissiyalarının təqdim etdiyi namizədlərin arasından münsiflər heyəti tərəfindən seçilmiş 16 gənc rəssamın Ağdam rayonuna səfəri təşkil olundu.

    Türkiyə, Amerika Birləşmiş Ştatları, Belarus, Kuba, İran, Qazaxıstan, Latviya, Malta, Pakistan, Slovakiya, İspaniya, İordaniya, Meksika, Qətər, eləcə də ölkəmizi təmsil edən rəssamlar Ağdam rayonunda Cümə Məscidi, Şahbulağ qalası, İmarət, Mədəniyyət evini, həmçinin Şəhidlər xiyabanını ziyarət etdilər. Rayonun təbiəti və tarixi məkanlarından ilhamlanaraq rəssamlar öz əsərlərini yaratmağa başlamışlar.

    Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə çərçivəsində Ağdamla yanaşı, Şuşa, Füzuli və Cəbrayıl rayonlarına səfər planlaşdırılır.

    Layihə çərçivəsində gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.

    Mənbə: https://culture.gov.az

  • “Şuşa yaradıcılıq emalatxanası” layihəsinin iştirakçıları mədəniyyət paytaxtımızla tanış olublar

    Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 26-28 avqust tarixində Azərbaycanın mədəniyyət paytaxtında yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihə həyata keçirilib.

    Layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşada bir araya gəldilər.

    28 avqust tarixində Şuşaya gələn media mənsubları da layihənin iştirakçıları – Azərbaycanın Xalq artistləri, bəstəkarlar Sərdar Fərəcov və Salman Qəmbərov, Əməkdar incəsənət xadimi , musiqişünas Zümrüd Dadaşzadə və başqaları, həmçinin Türkiyədən gələn tanınmış bloqerlərlə birlikdə Yuxarı Gövhər Ağa məscidi və Şuşa Realnı məktəbi, Cıdır düzü, Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin “güllələnmiş heykəllər”i yerləşən mərkəzi meydanı, Şuşa qala divarlarını ziyarət etdilər, şəhərdə aparılan təmir-bərpa işləri ilə tanış oldular.

    Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin musiqi sektorunun müdiri Vüqar Hümbətov bildirdi ki, üç gün ərzində 30-a yaxın yaradıcı şəxs –bəstəkar, musiqişünas, yazıçı, fotoqraf, rəssam və digər sənət sahibləri Şuşa ilə yaxından tanışlıq imkanı qazanıblar. Layihənin nəticəsi olaraq ilin sonuna kimi iştirakçıların Şuşaya səfər təəssüratları altında yaranan əsərlərin təqdimatı, qala gecənin keçirilməsi planlaşdırılır.

    Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin “güllələnmiş heykəllər”i yerləşən  meydandan başlayan ziyarətdə Xalq artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov dahi bəstəkarın şəxsiyyəti və yaradıcılığı, eləcə də bu abidələrin tarixi barədə iştirakçılara məlumat verdi. Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Bülbül və Xan qızı Natəvanın yaradıcılığından söz açdı, bu il Bülbülün 125, Natəvanın 190 illik yubileylərinin geniş şəkildə qeyd edildiyini vurğuladı. Çıxışlardan sonra iştirakçılar Şuşanın görməli yerlərini gəzdilər.

    Qeyd edək ki, layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda otuz ilə yaxın sürən işğal dövründə törədilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında ictimaiyyəti bir daha məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihəyə qatılan yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.

    MMənbə: https://culture.gov.az

  • Mərkəzi Elmi Kitabxanaya yeni nəşrlər daxil olub

    AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) beynəlxalq əlaqələrin genişlənməsi çərçivəsində “Из Азербайджана На Фронт. История Южной Трассы Ленд-Лиза” (В.Филиппов) (Azərbaycandan cəbhəyə) və “100 il Azərbaycan Respublikasının Diplomatik Xidməti” (100 years Diplomatic Service Republic of Azerbaijan. M.Sultanov) adlı nəşrlər daxil olub.

     “Azərbaycandan cəbhəyə” adlı kitab 1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində lend-liz proqramı çərçivəsində İran və Azərbaycan vasitəsilə ABŞ-dan SSRİ-yə hərbi texnikanın tədarükü və tranzit yüklərin daşınmasının təşkilinə dair tarixi-publisistik nəşrdir. Aviasiya tarixçisi Vyaçeslav Filippovun müəllifi olduğu bu kitab Krasnoyarsk diyarının elmi-tədqiqat kitabxanasında layiqli yer tutur.

    Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin I katib-konsulu Mirdavud Sultanovun müəllifi olduğu “100 il Azərbaycan Respublikasının Diplomatik Xidməti” (100 years Diplomatic Service Republic of Azerbaijan) adlı kitabda Azərbaycan diplomatiyasının müstəqillik dövründə əsas vəzifə və prioritetləri, dünya ölkələri ilə münasibətləri, Ermənistan-Azərbaycan Qarabağ münaqişəsilə əlaqədar məlumatlar öz əksini tapıb.

    Qeyd edək ki, hər iki kitab Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin təşəbbüsü ilə MEK-ə daxil olub.

    Mənbə: https://science.gov.az

  • AMEA-nın müxbir üzvü Məsumə Məmmədovanın biblioqrafik göstəricisi çap olunub

    Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən AMEA-nın müxbir üzvü Məsumə Məmmədovanın həyatı, elmi-pedaqoji fəaliyyəti və əsərləri, kitab, elmi məqalə, dərc olunmuş məruzə, rəhbərlik və opponentlik etdiyi dissertasiyalar və s. məlumatları özündə əks etdirən biblioqrafik göstərici işıq üzü görüb.

    Göstəricinin elmi redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev, redaktoru Biblioqrafiya şöbəsinin müdiri Xuraman İsmayılova, tərtibçisi isə Könül Məmmədəlilidir.

    Biblioqrafik göstəricisi geniş oxucu kütləsi, xüsusilə informasiya texnologiyaları sahəsində çalışan alim və mütəxəssislər, bakalavr və magistrlar, gənc tədqiqatçılar üçün nəzərdə tutulub.

    Mənbə: https://science.gov.az

  • TÜRKSOY 2023-cü ildə türk dünyasının rəssamlarını Şuşada bir araya gətirmək niyyətindədir

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Rəssamlar Görüşməsi layihəsi çərçivəsində türk dünyası rəssamlarının 23-cü görüşünü Şuşada keçirmək niyyətindədir.

    AZƏRTAC-ın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının katibliyindən əldə etdiyi məlumata görə, 23-cü Rəssamlar Görüşməsinin Şuşada təşkil olunması məsələsi hazırda fəal şəkildə müzakirə olunur.

    Bildirilir ki, Şuşa 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçildiyi üçün növbəti rəssamlar görüşməsinə ev sahibliyi etməyə ən uyğun məkandır. Şuşanı görmək türk dünyasının rəssamları üçün də böyük arzu və istəkdir.

    Qeyd edək ki, rəssamlar görüşməsi TÜRKSOY-un həyata keçirdiyi strateji mədəniyyət layihələri arasında mühüm yerə sahibdir. Hər il təşkil olunan bu görüş çərçivəsində türk dünyasının fırça ustaları bir araya gəlir, rəssamlarımız arasında yeni-yeni əməkdaşlıq körpülərinin təməli atılır. Rəssamlara ev sahibliyi etmək Şuşanın inci gözəlliyini əks etdirən tabloların kətan üzərindən dünyaya çatdırılması baxımından da mühüm məsələdir.Sabir ŞahtaxtıAZƏRTAC-ın xüsusi müxbiri

    Ankara

    Mənbə: https://azertag.az

  • Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin doğum günüdür

    Kitabları hər zaman böyük tirajla çap edilən görkəmli yazıçı Əlibala Hacızadənin bu gün anadan olmasının 87-ci ili tamam olur.

    AZƏRTAC xəbər verir ki, ötən əsrin 60-cı illərində, durğunluq adlandırdığımız dövrdə artıq SSRİ Yazıçılar İttifaqının üzvü olan gənc yazıçı oxucular tərəfindən böyük maraqla qarşılanan bir sıra hekayə, povest və romanların müəllifi olub. Bunlar “Heykəl gülür”, “Məhəbbət olmayan evdə”, “Unutmaq olmur”… əsərləridir. Əlibala Hacızadənin qəhrəmanları müəllifin özü kimi sadə, təmkinli, sevməyi, həyəcanlı hisslər keçirməyi bacaran insanlardır.

    Əlibala Hacızadə ədəbiyyata 1956-cı ildə gəlmişdi. Həmin vaxt Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) şərqşünaslıq fakültəsinin tələbəsi olan Ə.Hacızadənin təxminən 20 yaşı vardı.

    Partiya üzvü olmayan şərqşünas alim bir neçə illiyə Əfqanıstana ezam edilib və orada tərcüməçi işləyib. Həmin illər Əlibala müəllim bir-birinin ardınca bədii əsərlərini yazıb. Tezliklə onun “Qürbətdə” adlı hekayələr toplusu, “Təyyarə kölgəsi” romanı, daha sonra isə Əfqanıstanda cərəyan edən hadisələrdən bəhs edən “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası işıq üzü görüb. Deyirlər ki, o vaxtlar Əlibala Hacızadənin əsərləri “Azərkitab”ın mağazalarında digər yazıçıların kitabları əlavə olunmaqla satılırdı.

    Bu maraqlı əsərlər arasında müəllifin Əfqanıstanda yaşayarkən qələmə aldığı və sonralar özünün yaradıcılığının zirvəsi adlandırdığı “İtkin gəlin”i daha çox əl-əl gəzirdi. O deyirdi: “Oxucular “Təyyarə kölgəsi” romanımı mənim yaradıcılığımın “şah əsəri” hesab edirlər. Mən özüm isə “İtkin gəlin” romanını yaradıcılığımın zirvəsi hesab edirəm. Mən “İtkin gəlin”i Azərbaycanda yox, Əfqanıstanda olanda yazmışam. Senzuradan kənarda bütün ürəyimdə olanları demişəm bu əsərdə. Buna görə də bu roman mənə daha doğma, daha əzizdir”.

    Görkəmli ədibin “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə 1993-1994-cü illərdə 12 seriyalı bədii televiziya filmi çəkilib.

    Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi əməkdaşı, filologiya elmləri namizədi Əlibala Hacızadə bir çox elmi tədqiqat əsərlərinin də müəllifidir. Onu ciddi alim kimi tanıdan “Fərruxi Yəzdinin poeziyası” əsəri ötən əsrin 60-cı illərinin sonunda işıq üzü görüb. Ə.Hacızadə fars dilindən bir sıra elmi və bədii əsərlərin tərcüməçisi kimi də tanınır. Bunlardan “Quranın 30-cu Surəsinin təfsiri” (iki cilddə), Jan Junyerin “Unudulmuş qəhrəmanlar”, Əli Əkbər Vilayətinin “Səfəvilər dövründə İranın xarici siyasəti tarixindən” və başqa əsərləri misal çəkmək olar.

    Əlibala Hacızadə ədəbiyyatı həyatının ayrılmaz hissəsi hesab edirdi. 2004-2005-ci illərdə yazıçının müasir Azərbaycan ədəbiyyatı xəzinəsinə layiqli töhfə olan seçilmiş əsərlərinin on cildliyi nəşr edildi. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları ilə elm adamlarının o vaxtadək bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdıra bilib.

    “Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də… Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!..” Görkəmli yazıçımız Əlibala Hacızadənin “Təyyarə kölgəsi” romanının qəhrəmanı Nadirənin gündəliyindəndir bu sözlər. Onun əsərlərini və özünü xatırladıqca bu sözlərin yazıçının obraz dili ilə dediyi öz kredosu olduğunu anlayırsan. Öz kredosuna layiqli olaraq yaşamış Ə.Hacızadə ruhən öz romanlarının səhifələrində yaşamaqdadır. Onun romanları sevginin, səmimiyyətin daşıyıcılarıdırsa, bu səhifələri hər zaman oxumaq gərəkir.

    İllər ötsə də onun yazdığı əsərlər nəinki aktuallığını itirmir, həm də böyük məhəbbətlə oxunur.

    Mənbə: https://azertag.az

  • “40 min illik tariximdən silinməyən izəm mən”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Prezident mükafatçısı

    Günəş doğana qədər…

    İlahi, nədir bu dərdlər, nə bu tükənməz kədər,
     Bumu ömür dedikləri, bumu yazılan qədər?!
     Bu gecəni oyaq qalıb, Günəş doğana qədər,
     Qoşulub dəli çaylara çağlamaq istəyirəm,
     İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

     Elə bil ki dünyamızın  ağır-ağır dərd-qəmi,
     Boylanaraq yollarıma min il gözləmiş məni,
     Acılarım dərin dərya, ucsuz-bucaqsız zəmi,
     Dərdlərimdən min-min dastan bağlamaq istəyirəm,
     İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

     Cərgə-cərgə, dəstə-dəstə dərdlərimi çinləyib,
     Kaman kimi nalə çəkib, bir ney kimi inləyib,
     “Apardı sellər saranı” havasını dinləyib,
     Minbir yerdən sinəmi dağlamaq istəyirəm,
     İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

     40 min illik tariximdən silinməyən izəm mən,
     Heç kölə olmadım ki, köləlikdən bezəm mən.
     Nədən qul sifətində görünəm mən, gəzəm mən?
     Əyilmiş qamətimi şaxlamaq istəyirəm,
     İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

      Qalaq-qalaq kədər-qəm sinəmdə daşlaşıbdı,
      Türküstanın elləri yamanca yadlaşıbdı.
      İki yüz ildi taleyim  dərdlə qardaşlaşıbdı.
      Bəla gələn yolları bağlamaq istəyirəm,
      İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

     Orda Göyçə  əl edir, burda Dərbənd üzülür,
     Göz dağıtək Borçalı, Təbriz səf-səf düzülür,
     Qəzəbli Qarabağın gözündən qan süzülür,
     Tərs gedən bu gedişi saxlamaq istəyirəm,
     İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

     İlahi, nədir bu dərdlər, nə bu tükənməz kədər,
     Bumu ömür dedikləri, bumu yazılan qədər?
     Bu gecəni oyaq qalıb, Günəş doğana qədər,
     Qoşulub dəli çaylara çağlamaq istəyirəm,
     İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

    Mən elə SƏNəm

    Sənin gözlərində kədər gizlənib,

    Aç söylə dərdini, qarşında mənəm.

    Sən yurdun qoynunda bir şah dağısan,

    Mən sənin qoynunda dumanam, çənəm;

    Birdənəm, Birdənəm!

    O mənəm, dünyaya Birdən boylanan,

    Sirri axtarana sirdən boylanan…

    Mən sənin eşqinlə yerdən boylanan

    Günəşə can atan toxumam, dənəm

    Birdənəm, Birdənəm!

    Dəryasan, çay olub sənə axmışam,

    Səni tanıyandan yoxa çıxmışam.

    Bilmirəm, heç bəlkə başdan yoxmuşam…

    Məndə mən qalmayıb, mən elə SƏNəm;

    Birdənəm, Birdənəm!

    Ey insan…

    Tora düşən balıqtək,

    Hey çırpınar ruhumuz.

    Göyə çıxmaz, 

    qayıdıb,

    Qəlbə çökər ahımız.

    Önümüz dağ, dərədi,

    Bu yol hansı yerədi?

    …Bələdçimiz törədi,

    Ədalətdi şahımız.

    Cahan hayqırır bar-bar:

    “Ey insan, məni qurtar”?!

    Hər dövrün bir Nuhu var,

    Kimdir bizim Nuhumuz?!

    Mənbə: https://ovqat.com/

  • Bu gün Xalq artisti Tofiq Tağızadənin anım günüdür

    Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik böyük rejissor idi. O, ötən sərin 50-ci illərində çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoymuşdu. Tofiq Tağızadə həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaq. Çünki onun yaradıcılığı bənzərsiz, çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin məhsuludur…

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Tofiq Tağızadənin anım günüdür.

    Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-cu ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. O, 1938-ci ildə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsinə qəbul olub. Amma bu institutda təhsilini başa çatdıra bilmədi. Müharibə Tofiq Tağızadənin də həyatını məcrasından çıxardı. Üçüncü kursda təhsilini yarımçıq qoyaraq cəbhəyə yollandı. 1941-ci ildə Rostov yaxınlığında gedən döyüşlərdən birində ağır yaralandı. Döyüş yolu bununla bitsə də, o dəhşətli günlərin xatirələri yaddaşından heç zaman silinmədi…

    Geri döndükdən sonra Sənaye İnstitutunda təhsilini davam etdirmədi və 1946-cı ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsinə daxil oldu. Arzusunda olduğu bir aləmə düşdü. Bu ali təhsil ocağında məşhur kino xadimlərindən və pedaqoqlardan dərs aldı.

    Bir müddət Moskvada çalışdı. Ancaq Tofiq Tağızadə vətəninə xidmət etmək arzusundaydı. Bu istək onu 1954-cü ildə Bakıya gətirdi. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başladı.

    Tofiq Tağızadə “Görüş”lə gəldi sənətə. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən bu film rejissora uğurlu bir yolun qapısını açdı.

    Tofiq Tağızadə müharibənin odundan, alovundan keçmiş, ağrı-acılarını çəkmişdi. Milyonlarla insanın həyatına son qoyan, şəhərləri, kəndləri xarabalığa çevirən bu dəhşətli bəlanı təsvir edən film çəkmək fikri onu rahat buraxmırdı. Çox gözləməli olmadı. Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmiş “Uzaq sahillərdə” həm rejissora, həm ssenari müəlliflərinə, həm də aktyorlara böyük şöhrət gətirdi.

    Bundan sonra Tofiq Tağızadə “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Babamın babasının babası”, “Bağ mövsümü”, “Evin kişisi”, “O dünyadan salam” və başqa filmlərə quruluş verdi.

    Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaradıb. Lakin amansız əcəl onun işlərini yarımçıq qoyub. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.

    Mənbə: https://azertag.az

  • Bu gün Seyfəddin Dağlının anadan olmasından 101 il ötür

    Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərmiş yazıçılardan biri də nasir və dramaturq Seyfəddin Dağlı olub.

    AZƏRTAC xəbər verir ki, bu gün yazıçı, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlının anadan olmasından 101 il ötür.

    Seyfəddin Dağlı ( Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də də Azərbaycana Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz, Zeynəb Xanlarova, Şəfiqə Eyvazova kimi söz və sənət ustalarını bəxş etmiş Xızıda anadan olub.

    Seyfəddin Abbasov yaradıcılığa məktəbdə oxuyarkən şeir və satirik hekayələrlə başlayıb. Sənaye texnikumunda oxuyanda “Kommunist” qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin ədəbi işçisi, şöbə müdiri, məsul katibi olub.

    Böyük Vətən müharibəsi başlayanda o, Sovet Ordusu sıralarına çağırılıb və ömrünün on beş ilini hərbi xidmətə həsr edib. “Ordu” qəzetinin ədəbi işçisi, “Diviziya” qəzetinin redaktoru olub. 1944-1946-cı illərdə sovet qoşun hissələrinin tərkibində İranda xidmət keçib.

    Seyfəddin Abbasov jurnalistikaya 1938-ci ildə maraqlı felyetonları ilə gəlib. İlk kitabı “Dəniz kəşfiyyatçısı” on il sonra, 1948-ci ildə işıq üzü görüb. Onun əsərləri ilk gündən geniş oxucu kütləsinin rəğbətini qazanıb. İkinci Dünya müharibəsi dövründə felyetonları və satirik hekayələri “Vətən uğrunda” jurnalında, “Ədəbiyyat”, Təbrizdə çıxan “Vətən yolunda” qəzetlərində çap olunurdu.

    S.Dağlı 1952-1956-cı illərdə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının Redaktorluq fakültəsinin müdavimi olub. 1956-cı ildə Moskvada təhsilini başa vurandan sonra ordu sıralarından tərxis olunub və Vətənə qayıdıb. Bakıda o, jurnalist və ədəbi fəaliyyətini davam etdirib. 1956-1959-cu illərdə Dövlət Radio Komitəsinin baş redaktoru, Bakı televiziya studiyasının baş redaktoru, sədr müavini işləyib.

    Seyfəddin Dağlı həmkarlarından özünəməxsus üslubu ilə seçilirdi. Onun yaradıcılığı zəngin və çoxşaxəli idi. O, bir çox hekayə, oçerk, povest, romanın müəllifi idi. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır”, “Bahar oğlu” romanı (Cəfər Cabbarlının həyatı haqqında), “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” adlı ədəbi şedevrlər yaratdı. Lakin çoxşahəli yaradıcılığında o, satirik-yumoristik janra üstünlük verirdi. Bu sahədə o, müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi tanınırdı. Onun pyesləri bir çox teatrlarda dəfələrlə səhnəyə qoyulub.

    S.Dağlı həm satirik, həm də yumoristik povestlər, hekayələr ustası idi. Onun əsərləri oxucuda şüurlu və mənalı gülüş yaradır, ona görə də onların süjet xətti, quruluşu, ifadə tərzi, dilinin sadəliyi və şirinliyi ilə yadda qalırdı. Onun yaradıcılığında məhz satirik axar xüsusilə seçilir. Yazıçının tənqid və satira hədəfi müasir cəmiyyətin eybəcərlikləri idi, bütün qəhrəmanları həyatdan götürülüb. Müəllif tərəfindən yaradılmış hər bir obrazın öz bədii xüsusiyyətləri var və bir-birindən xeyli fərqlənir.

    Yazıçının fəaliyyətinin ən mühüm mərhələsi “Kirpi” satirik jurnalına rəhbərlik etdiyi dövr olmuşdu. O, 1959-cu ildən 1976-cı ilədək bu jurnalın baş redaktoru kimi fəaliyyət göstərib. Jurnal zamanın tələbinə uyğun olaraq 1952-ci ildə məşhur “Molla Nəsrəddin” ənənələrinin davamçısı kimi çıxmağa başlayıb. Məhz bu jurnalda işlədiyi illərdə yazıçının istedadı özünü daha parlaq göstərib.

    Ömrünü ədəbiyyata, oxuculara həsr etmiş insanın əsl mükafatı isə onun yaradıcılığına olan ümumxalq məhəbbəti, kitabları, ölkənin teatrlarında tamaşaya qoyulan pyesləri, “Kirpi” jurnalının bir-birindən maraqlı onlarla nömrəsidir.

    Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.

    Mənbə: https://azertag.az

  • Nazir Anar Kərimov Tamara Sinyavskayaya “Şərəf” ordenini təqdim edib

    Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2018-ci il tarixində Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə SSRİ Xalq artisti Tamara Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    26 avqust tarixində mədəniyyət naziri Anar Kərimov böyük sənətkar, vokal sənətinin unudulmaz səsi Tamara Sinyavskayaya ordeni təqdim edib. Nazir görkəmli opera müğənnisinə gələcək işlərində uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə ölkə başçısına dərin təşəkkürünü bildirib.

    Sonda böyük sənətkarla xatirə şəkli çəkilib.

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət naziri Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri ilə görüşüb

    Mədəniyyət naziri Anar Kərimov avqustun 25-də Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşüb.

    Qonağı salamlayan Anar Kərimov Azərbaycan ilə Dünya Bankı arasında əlaqələrin yüksək templə inkişaf etdiyini və bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın vacibliyini vurğulayıb.

    2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının Ermənistanın otuzillik işğalından azad edildiyini qeyd edən Anar Kərimov Mədəniyyət Nazirliyinin Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasında Dünya Bankı ilə birgə müştərək layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

    Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası haqqında məlumat verən nazir deyib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir. Bu çağırış həm də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş vandalizmin dünyaya çatdırılması məqsədi daşıyır. O, Dünya Bankının bu qlobal kampaniyaya dəstək verməsinin əhəmiyyətli olacağını diqqətə çatdırıb.

    Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. Dünya Bankının mədəniyyətin inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsində hər zaman hazır olduğunu qeyd edib.

    Sara Maykl “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasının həyata keçirilməsini yüksək qiymətləndirib və Dünya Bankının da bu təşəbbüsə qoşulmaqda maraqlı olduğunu vurğulayıb.

    Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

    Mənbə: https://culture.gov.az/

  • “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihə həyata keçirilir

    “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 25-ci bəndinə əsasən ölkəmizdə cari ilin 26 avqust – 5 sentyabr tarixlərində “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihə həyata keçiriləcəkdir.

    “Youth ArtCamp” beynəlxalq proqramı çərçivəsində təşkil ediləcək bu layihə 2008-ci ildə Andorranın UNESCO üzrə Milli Komissiyasının təşəbbüsü ilə mədəni fərqləri aradan qaldırmaq, təcrübə və dəyərləri bölüşmək, beynəlxalq harmoniya, birgəyaşayış, qarşılıqlı hörmət və əməkdaşlığı təşviq etmək məqsədilə təsis edilmişdir.

    Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edilmişdir. UNESCO-nun xoşməramlı səfiri xanım Hedva Serin himayəsi altında olan bu beynəlxalq layihənin əsas məqsədi xarici rəssamların yaratdığı sənət əsərlərinin nümayiş olunması ilə yanaşı, UNESCO-nun fundamental dəyərlərini, o cümlədən davamlı sülhü və mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqini təbliğ etməkdir.

    Xarici ölkələrin UNESCO üzrə Milli Komissiyalarının təqdim etdiyi namizədlərin arasından münsiflər heyəti tərəfindən 16 gənc rəssam seçilərək “Youth ArtCamp Shusha and Baku” layihəsinə cəlb olunub.

    Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün sözügedən layihə mühüm əhəmiyyət kəsb edir. Tanınmış yerli sənət xadimlərinin, şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların, memarların yaradıcılığında Şuşa kifayət qədər tərənnüm olunsa da, xarici mütəxəssislərin gözü ilə ona yeni bir baxış zəruridir. Xarici mütəxəssislərin Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaqdır. Dəvət olunan rəssamların yaratdığı əsərlər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq və müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılaraq daha geniş tamaşaçı kütləsinə xitab edəcəkdir.

    Layihə çərçivəsində Şuşa ilə yanaşı, Ağdam, Füzuli və Cəbrayıl rayonlarına səfər planlaşdırılır.

    Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Andorranın UNESCO üzrə Milli Komissiyası tərəfindən sözügedən layihə çərçivəsində gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin keçirilməsi nəzərdə tutulur.

    Mənbə: https://culture.gov.az/

  • “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinin yekununa dair mətbuat konfransı keçirilib

    Qobustan Milli Tarix-Bədii Qoruğunda  xarici tərəfdaşlarla müştərək elmi-tədqiqat layihələri çərçivəsində 2019-cu ildən icrasına başlanılan “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinin son  mərhələsi başa çatır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Qobustan Milli Tarix-Bədii Qoruğunun, Madrid Komplutense Universitetinin  (İspaniya) və Ferrara Universitetinin (İtaliya) dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Qobustanda ilkin məskunlaşma prosesinin tədqiqi, xronometrik üsulla qayaüstü təsvirlərin xronoloji çərçivəsinin müəyyən edilməsi və  üzəri təsvirli qayalarla insan məskənləri arasındakı əlaqəni müəyyən etməkdir.  Layihədə Qobustan Milli Tarix-Bədii Qoruğu, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Madrid Komplutense Universiteti (İspaniya), Milli Elmi Tədqiqatlar Mərkəzi (Fransa), Ferrara Universiteti (İtaliya), Milli Araşdırma Şurası (İtaliya), Rovira və Virgili Universiteti (İspaniya), Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutu (İspaniya), Barselona Universiteti (İspaniya), Milano Universiteti (İtaliya) və Neapol l’Orientale Universiteti (İtaliya) iştirak edib.
    Konfransı giriş nitqi ilə açan qoruğun direktoru Vüqar İsayev öncə “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsi haqqında ətraflı məlumat verib, 2019-cu ildən icrasına  başlanılan  tədqiqat işinin COVID-19 pandemiyası ilə əlaqədar  fasilələrlə davam etdiyini diqqətə çatdırıb.

    Qeyd edib ki, layihə çərçivəsində qoruq ərazisindəki Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən Ana zağa sığınacağının qayaüstü təsvirlərinin qeydiyyatı aparılıb, 1960, 1970 və 1980-ci illərdə arxeoloqlar İ.Cəfərzadə, C.Rüstəmov və F.Muradova tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı qeydə alınmış mədəni təbəqə  və  qoruğun fondunda saxlanılan üzəri təsvirli daşlar  müasir elmi metodlarla öyrənilib. Təsvirlərin minimum yaşının müəyyənləşdirilməsi üçün təsvirli qayalarla birbaşa əlaqədə olan1977-ci ildə C.Rüstəmov tərəfindən arxeoloji qazıntı işləri aparılmış kiçik sahədə qeydə alınmış mədəni təbəqəyə baxış keçirilib.

    Bildirib ki, ərazidə ilkin mərhələdə  aparılan tədqiqatlar zamanı insan fəaliyyəti ilə bağlı olan Mezolit dövründən (təxminən 10,000 il əvvəl) Orta əsrlərə (XV əsr) qədərki dövrü əhatə edən 5 arxeoloji təbəqə  qeydə alınıb. Son zamanlar əcnəbi mütəxəssislər tərəfindən  qoruğa elmi tədqiqat məqsədi ilə çoxsaylı müraciətlərdən bəhs edən Vüqar  İsayev Qobustan abidələrinin  artıq dünya mütəxəssislərinin diqqət mərkəzində olan   elmi tədqiqat obyektinə çevrildiyini bildirib. Qoruq rəhbəri eyni zamanda xarici ölkələrdə aparılacaq elmi tədqiqat layihələrində qoruq əməkdaşlarının iştirak etməsi barədə ilkin razılığa gəlindiyini də bəyan edib.

    Sonra söz İspaniyanın  Rovira və Virginiya  universitetinin professoru Manuel Vaquero Rodrigezə  verilib.  Qobustanı qayaüstü incəsənətinin əhatə etdiyi tarixi çərçivənin genişliyi, mövzu müxtəlifliyi, ayrı-ayrı dövrlərin həyat səhnələrini əks etdirməsi, təsvirlərinin müxtəlif texniki üsullarla real çəkilməsi cəhətdən tayı-bərabəri olmayan qədim abidələr kompleksi adlandıran mütəxəssis apardıqları tədqiqat işindən danışıb. Qeyd edib ki, aparılan son elmi tədqiqatlar nəticəsində  ərazidən daş materiallar, insanlar tərəfindən ovlanmış heyvan sümükləri (qoyun, keçi, at və  iribuynuzlu), bəzək əşyaları, keramika və son 10,000 il ərzində  ətraf mühitin necə dəyişdiyini anlamağa imkan verən kömür qalıqları aşkar olunub.

    Tədqiqatçı qeydə alınan ən maraqlı tapıntılardan biri- Mezolit dövrünə aid edilən 5-ci təbəqədə aşkar olunan insana məxsus osteoloji  qalıqlar barədə ətraflı məlumat verib. O bildirib ki, aşkar olunan sümüklər azyaşlı bir şəxsin (4-8 yaş arası uşaq) ayağına aiddir. Ərazidə aşkar olunan  və  bu tapıntı haqqında daha çox məlumat əldə etməyə kömək edəcək əlavə təhlil gözləyən artefaktların insan qalıqlarının dəfnə aid olduğunu fərz etməyə imkan verir. Qobustanın uzun dövrlü qayaüstü təsvirlərinin burada  yaşayan insanların mənəvi aləmini, incəsənət duyumunu öyrənmək üçün əvəzsiz xəzinə olduğunu deyən ispan mütəxəssis gələcəkdə aparılacaq tədqiqatların aşkar olunmuş osteoloji qalıqların yaşını daha yaxşı müəyyənləşdirməyə, C.Rüstəmov və F.Muradova tərəfindən aşkar olunan digər skelet qalıqları ilə əlaqəni müəyyən etməyə imkan verəcəyini bildirib.O qeyd edib ki,  Ana zağadakı insan qalıqları son ovçu-yığıcı cəmiyyətinin ənənəvi rituallarının və simvolik davranışlarının öyrənilməsində açar rolunu oynayır.

    “Sonrakı tədqiqatlar bu uşağın DNT-sini və onun daha çox ovçu-yığıcı Avrasiya populyasiyaları ilə əlaqələrini müəyyən etməyə imkan verəcək. Eyni zamanda izotopik analiz bu insanların gündəlik qidalanması haqqında məlumat əldə etməyə şərait yaradacaqdır”.

    Sonra iştirakçılar  mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Sonda media nümayəndləri üçün infotur təşkil olunub.

    Qeyd edək ki, tədqiqatlarda  Markos Qarsiya Diez (Madrid Komplutense Universiteti, İspaniya), Manuel Vaquero Rodriges (Rovira və Virgili Universiteti, İspaniya), Bianka Oçoa Freyl (Basklar Ölkəsi Universiteti, İspaniya), Dario Siqari (İtaliyanın Ferrara Universiteti, Portuqaliyanın Koimbra Universiteti) və Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşı Sevinc Şirinli iştirak edib.

    Qoruq əməkdaşları Günay Verdiyeva, Turan Yunus və Rəfael Bəkirov  tədqiqatlara köməkçi qismində cəlb olunublar.

    Mənbə: https://culture.gov.az/

  • Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək

    Cari ilin 7 avqust tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak etmiş, onlardan 482 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanmışdır.

    Test imtahanında uğurlu nəticə göstərərək müsahibə mərhələsinə buraxılan namizədlər topladıqları bala və ixtisaslarına uyğun olan  vakant vəzifələr üzrə müsahibələrdə iştirak etmək üçün 25 avqust 2022-ci il saat 09:00-dan 29 avqust 23:59-dək “Müsahibə mərhələsi üzrə vakansiya seçimi Müraciət Forması”nı (https://bit.ly/3pJmaZL) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

    Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə daxil etdiyi məlumatların tamlığı, həqiqiliyi və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu yoxlanılır, məlumatların düzgünlüyü təsdiq edildikdən sonra namizədə müsahibələrin keçirilmə yeri və vaxtı barədə məlumat veriləcəkdir.  

    Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab ediləcəkdir. 

    Müsahibə mərhələsi 5-9 sentyabr 2022-ci il tarixlərində keçiriləcək.

    Qeyd: Hər bir namizəd ixtisasına uyğun olaraq maksimum 5 vakant yer seçə bilər. Topladığı bala və müvafiq ixtisasa uyğun vakant yer olmadığı halda namizəd test imtahanı nəticələrinə uyğun olaraq 2 il ərzində Nazirlik tərəfindən təşkil olunan müsahibələrdə iştirak etmək hüququna malikdir. 

    Mənbə: https://culture.gov.az/

  • Şuşada “Şuşa yaradıcılıq emalatxanası” layihəsi keçiriləcək

    23Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 26-28 avqust tarixində Mədəniyyət paytaxtımız Şuşa şəhərində yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsi həyata keçiriləcək.

    Layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşa qalasına, Üzeyir bəyin dağıdılmış evinə, Bülbülün ev muzeyinə, Vaqifin məqbərəsinə, Güllələnmiş abidələrə, Cıdır düzünə səfər edəcəklər.

    Layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda həyata keçirilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında dünya və yerli ictimaiyyəti incəsənət əsərləri vasitəsilə daha ətraflı məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihə iştirakçısı olacaq bəstəkar, şair, musiqişünas, misgər, keramika rəssamı, fotoqraf, qiraətçi və bir çox sahəni təmsil edən 30-a yaxın yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.

    Belə ki, səfər təəssüratlarından ilhamlanaraq ərsəyə gələcək əsərlər bir müddət sonra Bakıda təşkil olunacaq qala tədbirdə geniş auditoriyaya təqdim olunacaq.

    Mənbə: https://culture.gov.az/

  • “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda fotomüsabiqə işlərin qəbulu davam edir

    Müsabiqə şərtləri:

    Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, yaradılmasının 30 illik yubileyinə həsr olunmuş “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda fotomüsabiqə keçirir. Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan fotomüsabiqəyə hər iştirakçı maksimum 10 fotoşəkillə qatıla bilər. İştirakçılar 08 avqust- 01 oktyabr 2022-ci il tarixinə qədər serhedsiz_idman@mail.ru elektron ünvanına (jpg/jpeg formatında, 300 dpi, uzun tərəfi 3000 pikseldən aşağı  və ölçüsü 3 mb-dan az olmamaq şərti ilə)   rəngli və ya ağ-qara formatda  şəkillər göndərə bilərlər. Fotoşəkillərin üzərində heç bir ad, simvol, loqo qoyulmasına icazə verilmir. Kompüter və ya digər texnologiya vasitələrinin imkanları ilə hazırlanmış foto işlər qəbul edilmir. Fotolar real idman hadisəsini əks etdirməklə yanaşı, müsabiqə mövzusunun tələblərinə cavab verməlidir.

    Müsabiqədə Azərbaycan Respublikası vətəndaşları olan peşəkar və həvəskar fotoqraflar iştirak edə bilərlər. İştirakçılar öz işlərini təşkilat komitəsinə (serhedsiz_idman@mail.ru) göndərdikdən sonra MOK-a yaxınlaşmalı və “İştirakçı anketi”-ni dolduraraq təqdim etməlidirlər.

    Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyevin rəhbərlik edəcəcyi münsiflər heyəti 10 ballıq (ən yüksək 10 bal, ən aşağı 1 bal) qiymətləndirmə sistemindən istifadə edəcəklər.  Birinci, ikinci ( iki qalib) üçüncü (üç qalib) yerin qaliblərinə pul mükafatı və diplom veriləcək. Müsabiqədə iştirak edən hər kəsə “iştirakçı sertifikatı”  təqdim olunacaq.

    Qeyd: Müsabiqə başa çatdıqdan sonra növbəti ayda müsabiqədə iştirak edən fotoqrafların işlərindən ibarət fotosərgi keçiriləcəkdir.

    Əlaqə telefonları: +99412 465-13-12; +99412 465-84-38

    Müsabiqə ilə bağlı əlavə sual yaranarsa müsabiqənin məsul katibi Nazir Rəhimova zəng edə bilərsiniz: +99450 981-41-31.

    Ünvan: AZ 1072, Olimpiya küçəsi, 9 (Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi)

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı gələn ay keçiriləcək

    Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının vaxtı açıqlanıb.

    AYB-nin yaydığı xəbərə görə qurultay bu il sentyabrın 30-da Bakıda keçiriləcək.

  • Xalq şairi Zəlimxan YAQUBun şeiri “Hece Taşları” dərgisində işıq üzü görüb

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi, Fərdi Prezident təqaüdçüsü Zəlimxan Yaqubun “Zarafat gəlməsin sənə bu dünya” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq şeir dərgisinin 90-cı sayında dərc olunub. 

      “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
    Koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovdur.

    Qeyd edək ki, bundan öncə gerçəkləşdirilən eyniadlı layihə çərçivəsində Sevimli Xalq şairimiz Zəlimxan Yaqubun şeirləri “Usare” (Ebrar Vakfı Kültür yayın organı) və “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycanın media nümayəndələrinə

    Hörmətli media nümayəndələri!

    Əziz jurnalistlər!

    Sizi Azərbaycan milli mətbuatının yaranmasının ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

    Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.

    Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir.

    XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.

    Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

    Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.

    Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

    Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.

    Bir daha peşə bayramınız münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 22 iyul 2022-ci il.

    Mənbə: https://president.az/

  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti Yusif Huşkla görüş keçirilib

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, professor Yusif Huşkla görüş keçirilib. Öncə Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Pakistan Ədəbiyyat Mərkəzi ilə tanışlıq olub.

    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli görüşdə əlaqələrin inkşafından ətraflı söz açıb: “Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan-Pakistan əlaqələrinin əsasını qoyub. Prezidentimiz İlham Əliyev isə müstəqillik illərindən Azərbaycan-Pakistan əlaqələrini bütün sahələrdə sürətlə inkişaf etdirir. Bilirik ki, Pakistan dövlətinin də eyni dərəcədə Azərbaycana münasibəti vardır. Azərbaycan dövlət müstəqilliyi quranda Azərbaycanı ilk tanıyan dövlət Türkiyədən sonra Pakistan olmuşdur. Artıq münasibətlərimizin 30 illiyi tamam olur. Bizim bu tədbirlər Azərbaycan – Pakistan diplomatik əlaqələrinin 30 illiyinə həsr olunur. Sizin gəlişiniz də eyni vaxta təsadüf edir.

    Universitetlərdə təhsil, akademiyada elm birincidir. Siz Pakistanın ən nüfuzlu ədəbiyyat qurumunun rəhbərisiniz. Azərbaycanda ən böyük ədəbiyyat mərkəzi Ədəbiyyat İnstitutudur. Sizin akademiya ilə bizim institutun funksiyaları demək olar ki, eynidir. Artıq Ədəbiyyat İnstitutunun 90 yaşı tamam olur. Ədəbiyyat İnstitutu ilk növbədə Azərbaycan ədəbiyyatını öyrənir. Azərbaycan folklorunu öyrənən ayırıca institut var. Biz daha çox yazılı ədəbiyyatı öyrənirik, bu da yeddinci yüzillikdən başlayır.

    Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyat tarixi haqqında xroniki məlumat verdikdən sonra Ədəbiyyat İnstitutunun fəaliyyəti və şöbələri haqqında da tanıtım bilgisi verib. Şərqdə və türk-müsəlman dünyasında ilk dəfə Azərbaycanda yaranan janrlar haqqında danışıb.

    Əlavə edib ki, “biz bütün dünya ilə əməkdaşlıq edirik. Hətta 44 günlük müharibədə qazandığımız zəfərdən sonra Ermənistanla sülh müqaviləsi bağlamaq fikrindəyik. Buna baxmayaraq, iki ölkə Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir, Türkiyə və Pakistan. Azərbaycanın müstəqilliyinin bütün illərində Pakistan bütün beynəlxalq təşkilatlarda Azərbaycanının ərazi bütövlüyünü tanıyıb. Pakistan öz ölkəsində Ermənistana səfirlik açmağa icazə verməyib. Buna görə münnətdarıq. 44 günlük Vətən müharibəsində də bizə ən çox kömək edən Türkiyə və Pakistan olub. Bu gün də cənab prezident Qarabağa böyük Qayıdış elan edib. Qarabağ yenidən qurulur, bu prosesdə də Türkiyə və Pakistan yaxından iştirak edir. Möhkəm siyasi əlaqə digər sahələrdə də əməkdaşlıq üçün rahat imkan yaradır. Biz elm sahəsində əlaqələri inkişaf etdirməyə maraqlıyıq. Bu gün də elmi əlaqələrin möhkəm əsasları qurulur. Səkkizinci mərtəbədə Pakistan Ədəbiyyat Mərkəzi yaratmışıq. Həmin mərkəz üçün Pakistan ədəbiyyatı tarixi kitabına ehtiyac var, urdu dilini öyrənmək üçün kurs təşkil etməyi düşünürük. Bildirmək istəyirəm ki, Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bialal Hayne və onun müavini Müəzzəm Əli də institumuzda olub. Pakistan ədəbiyyatına aid kitablarımız çap olunub. Bunlardan Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər”, “Dünya ədəbiyyatı” dərgisinin Pakistan sayı, Məhəmməd İqbalın “Seçilmiş əsərləri”, Bəsirə Əzizəlinin “Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitablarının təqdimatını keçirdik. Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyətinin ölkəmizə və akademiyaya səfəri baş tutdu. Pakistanda Azərbaycan ədəbiyyatı tarixinə aid kitab çap olunmasını istərdik. Biz də Pakistan ədəbiyyat tarixinə aid kitab çap etməyi düşünürük. Birgə tədqiqatlar aparıb, konfranslar keçirə bilərik”.

    Akademik İsa Həbibbəyli bir neçə başqa nəşr haqqında məlumat verərək qonaqlara hədiyyə edib. Eyni zamanda professor Yusif Huşka Ədəbiyyat İnstitunun “Fəxri dostu” diplomunu təqdim edib.

    Görüşdə Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, professor Yusif Huşk təmsil etdiyi akademiyanın fəaliyyəti və tarixi haqqında hazırladığı slaydı təqdim edərək, görülən işlər haqqında geniş məlumat verib. Onun həyat yoldaşı, Urdu dili və ədəbiyyatı mütəxəsisi Sofiya Huşk da çıxış edərək xoş qarşılanma və ətraflı tanışlıqdan məmnun qaldıqlarını bildirib.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Azərbaycan Jurnalistlər Birliyinin
    Şərqi Zəngəzur Regional təşkilatı təsis edildi

    Bu il Milli Mətbuatımızın qaranquşu olan “Əkinçi” qəzetinin ilk sayının nəşr olunma-sının 147-ci ili tamam olur. Bu, eyni zamanda Azərbaycan Milli Mətbuatının tarixidir. Milli Mətbuatımız 147 illik tarixi boyu Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayıb. Bu tarix qələmi müqəddəs bilən, onun saflığını, təmənnasızlığını qoruyub saxlayan bütün söz adamlarının bayramıdır. Artıq 2-ci ildir ki, Milli Mətbuat günü respublikamızda Zəfər müjdəli bayram kimi qeyd edilir. İkinci Qarabağ müharibəsi bir daha sübut etdi ki, ön cəbhədə döyüşən güclü, mütəşəkkil və müzəffər ordu ilə bərabər haqq səsimizi dünyaya çatdıra biləcək çevik, operativ və güclü jurnalist ordusuna da ehtiyac var. Azərbaycan jurnalistlərinin bu fədakarlığı 44 gün ərzində bir daha özünü təsdiq etdi. Bu deyilənləri nəzərə alaraq, Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatının yaradılması zərurəti ortaya çıxdı. Milli Mətbuat günü ərəfəsində aparılan söhbətlər, keçirilən müzakirələr və nəhayətdə təsis yığıncağının keçirilməsi bu təşəbbüsü reallaşdırdi. Beləliklə, Qubadlı, Kəlbəçər, Laçın, Zəngilan və Cəbrayıl rayonlarını əhatə etməklə, bu ilin iyun ayında Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatı yaradıldı və təşkilata sədr Qubadlı Rayon İcra hakimiyyətinin mətbu orqanı olan “Bərgüşad” qəzetinin baş redaktoru, müstəqil “Sözün sehri” qəzetinin təsisçisi, AYB və AJB üzvü, şair, jurnalist Qafqaz Əvəz oğlu Dəmirov seçildi.

    Regional təşkilatın yaradılmasında əsas məqsədlərdən biri də Ali Baş Komandan, möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun 44 günlük II Qarabağ Müharibəsində əldə etdiyi Zəfər nəticəsində işğal altında olan torpaqlarımızın azad olunması və insanların dədə-baba yurdlarına qayıtması ilə əlaqədar o bölgədə yaşayıb fəaliyyər göstərəcək jurnalistlətin koordinasiyasını yaratmaq olduğundan regional təşkilata daxil olan rayonlarda bölmələrin yaradılması zərurəti ortaya çıxırdı. Bu baxımdan bir müddət sonra pegional təşkilatın nəzdində ilkin olaraq Kəlbəcər bölməsi yaradıldı və bölməyə sədr şair, jurnalist AYB və AJB üzvü, “Manevr.az” Media Qrupunun rəhbəri Namiq Dəlidağlı seçildi.

    21 iyul 2022-ci il tarixində Sumqayıt şəhərində Azərbaycan Jurnalistlər Birliyinin və Qubadlı Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən geniş yığıncaqda Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatının sədri Qafqaz Əvəzoğlu və Kəlbəcər bölməsinin sədri Namiq Dəlidağlı ictimaiyyətə təqdim olunmuşdur.

    İctimaiyyət nümayəndələrinin, müvafiq rayonları təmsil edən jurnalistlərin, elm və təhsil nümayəndələrinin iştirak etdiyi tədbirin aparıcısı, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti Rafiq Oday regional təşkilatın hansı zərurətdən yaradlması haqqında geniş məlumat vermişdir.

    Ölkə mətbuatının, müasir jurnalistikamızın mövcud vəziyyətindən, görülmüş və görüləcək işlərdən, həyata keçirlən tədbirlərdən danışan Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev təmsil etdiyi qurumun Şərqi Zəngəzur Regional təşkilatının yaradılması təşəbbüsünü müsbət qarşıladıqlarını və normal fəaliyyət göstərə bilmələri üçün lazımi köməkliyin göstəriləcəyini vurğuladı.

    Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva və Yeni Azərbaycan Partiyası Qubadlı rayon Təşkilatının sədri Təhmasib Rüstəmov çıxışlarında ölkəmizdə demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin olunduğununu vurğulamaqla, Şərqi Zəngəzur Regional təşkilatının yaradılmasını müsbət addım kimi dəyərləndirdilər. Prezident İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqətdən, mətbuatın fəaliyyəti və inkişafı üçün yaradılan münbit şəraitdən söz açdılar.

    Filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, professorlar Razim Əliyev və Əliağa Cəfərov, Əməkdar jurnalist Eyruz Məmmədov, Əməkdar müəllim Ədalət Əsədov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşı Şamil Məmmədov, Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov, ”Sözün sehri” qəzetinin baş redaktoru Sevda Qafqazqızı, şair, publisist Sevinc Qərib və digər natiqlər çıxış edərək Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatının gələcək fəaliyyətinə uğurlar dilədilər.

    Sonda Qafqaz Əvəzoğlu və Namiq Dəlidağlı təqdimat mərasiminin yüksək səviyyədə təşkilinə və verilən dəstəyə görə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova, göstərilən etimada görə isə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıya minnətdarlıqlarını ifadə etmişlər.

    Nigar Nəriman

  • Bəsti Müəlliməni doğum günü münasibətilə təbrik edirik!

    https://www.youtube.com/watch?v=bcjUZpLESes

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Rəhbərliyinin Milli Mətbuat Günü münasibətilə təbriki

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı haqqı, ədaləti özünə bayraq edən, bütün məqamlarda qərəzsiz və vicdanlı mövqedə dayanan, dövlətimizin, millətimizin və xalqımızın mənafeyini hər şeydən üstün tutan, qələmin müqəddəsliyinə sadiq qalan bütün jurnalistləri, yaxından, uzaqdan mətbuatla əlaqəsi olan bütün KİV nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edir, ən xoş arzu və ən səmimi duyğularını yetirir.
    Qələminiz iti, sözünüz kəsərli, başınız uca, alnınız açıq, vicdanınız təmiz olsun həmişə, dəyərli həmkarlar!

    Dərin hörmətlə,

    Rafiq ODAY,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və
    direktoru, Respublikanın Əməkdar jurnalisti.

  • Rafiq Odayı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1960-cı il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədrini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktorunu, Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Ећairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanını, respublikanın Əməkdar jurnalisti, şair-publisistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

    Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Ећairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Nəcibə İlkini doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1961-ci il)

    https://www.youtube.com/watch?v=bcjUZpLESes

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Şəfa Vəliyevanı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1988-ci il)

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg
    https://www.youtube.com/watch?v=bcjUZpLESes

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Yunus Oğuzu doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1960-cı il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi “Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin rəhbəri, yazıç-pulisist, türkoloq alim, əziz dostumuz Yunus Oğuzu
    doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Yunus Oğuz (azərb. Yunus İsaxan oğlu Əliyev) — 1960-cı il iyunun 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. 1978-1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. 1979-1981-ci illərdə sovet ordusunda xidmət edb. Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıq təmizləmə zavodunda mülkü müdafiə qərargahının rəisi vəzifəsində çalışıb.

    Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakultəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutuna göndərilib və burada kiçik elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildən də Milli Azadlıq hərəkatına aktiv qoşulub. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı 1989-cu ildən 1991-ci ilədək Azad söz qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1990-ci ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib.

    1991-1992-cı illərdə Ordu qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1990-cı ildə AXC Ali Məclisinə, sonra AXC idarə heyətinə üzv seçilib. 1992-ci ildə AXC idarə heyəti ləğv olunduqdan sonra AXC sədrinin müavini təyin olub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müavini təyin edilib. 1994-cü ildə AXC –ni tərk edərək Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və onun sədri seçilib. Yunus Oğuzun təşəbbüsü ilə 1997-ci ildə ABUP və XAP birləşib və o, Xalq Azadlıq Partiyasınin sədri seçilib.

    1998-ci ildə XAP və Vəhdət Partiyası birləşib və bu dəfə partiya sədrinin birinci müavini seçilib. 2000-ci ildən Vəhdət Partiyası adını Milli Vəhdət Partiyası elan edib ve qurultayda Yunus Oğuz Milli Vəhdət Partiyasının sədri seçilib. 1995-ci ildən bu günə qədər “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. Yüzlərlə elmi və publisistik məqalələrin müəllifidir. 15 oktyabr 2003-cü ildə keçirilən prezidenti seçkilərində namizədliyi qeydə alınmışdır.

    Kitabları Redaktə
    Qarabağ nəzarətsiz zona (1993) (ingiliscə)
    Siyasi hakimiyyətin idarəetmə prinsipləri (1994)
    Qadın ulduzu (1996)
    Qədim Anadolu və Azərbaycan türkləri (2002)
    Türkün tarixinə yeni bir baxış (2006)
    Atilla pyesi (2007)
    Nadir Şah (tarixi roman) (2008)
    Təhmasib şah (tarixi roman) (2009)
    Türkün gizli tarixi (2010)
    Əmir Teymur zirvəyə doğru (2011)
    Qədim Türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatlarında (2011)
    Əmir Teymur dünyanın hakimi (2012)
    “Şah arvadı və Cadugər” tarixi romanı (2013)
    Sultan Alp Arslan (tarixi roman) (2015)
    Azərbaycanın geosiyasəti (2016)
    Atabəy Eldəniz (tarixi roman) (2017)
    Ovçu (2018)[1]

  • Rüfət AXUNDLU.”Üç alma”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri

    Tale məndən üz döndərib,
    Geriyə gəlmək istəmir.
    Bir gözü ağlar gedibdir,
    Kiriyib, gəlmək istəmir.

    Sən də taleyim kimisən,
    Getdin, geriyə baxmadan.
    Qalmadın, tələsik getdin,
    Ömrün sonuna çıxmadan.

    Axı sənin qəsdin məni,
    Əridib yox etmək idi…
    İstək, arzuya çatmamış,
    Bu nə yersiz getmək idi?

    Bəlkə məni həsrətinlə,
    Öldurməyə can atırsan?
    Səhv edirsən, böyük bir səhv.
    Sən özünü aldadırsan.

    Sənin məkrin, qüruruna,
    Özüm baş əyməyim deyə,
    Sözüm baş əyməsin deyə,
    Gəlmədim mən hüzuruna.

    Əksinə, söz qarşısında,
    Sən acizsən, sınamışam.
    Bu acizlik timsalında,
    Mən özümü qınamışam.

    Getdin, hər addım izində,
    Bir xatirə yada düşdü.
    Göydən “üç alma” gözlədik,
    Payımıza o da düşdü.

  • Rüfət AXUNDLU.”Necədir?”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri

    Nə vaxtdır gələ bilmirəm,
    O, el-obalar necədir?
    Cüt doğulub, cüt qarıyan,
    Nənə-babalar necədir?

    Yurda sahib duran quşlar,
    Bəlkə, haqqa qovuşmuşlar?
    Dimdiyiylə qaranquşlar,
    Quran yuvalar necədir?

    Olsa belə şər etdiyi,
    Dildə gəzib hər etdiyi…
    “Köhnə kişilər” etdiyi,
    “Köhnə davalar” necədir?

    Gəldi fevral, bitdi yanvar,
    Çox qəribədir ruzigar…
    Nə yağış var, nə də qar var,
    Orda havalar necədir?

    13.02.2021

  • Rüfət AXUNDLU.”Keçir”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Açıb, bağladıqca kitab ömrümü,
    Varaqlar günah tək əlimdən keçir.
    Gecələr gündüzü sayaqlayıram,
    Yuxumdan süzülüb, dilimdən keçir.

    Daha dada çatmır “simurq tükləri”,
    Daha aşmaq olmur çətinlikləri…
    Həyatın ən ağır, qəliz yükləri,
    Belimə yüklənir, belimdən keçir.

    Ruhumu ən zərif kəlmə oxşayır,
    Ən zərif kəlmə də zülmə oxşayır…
    Həyatım ağ-qara filmə oxşayır,
    Hər kadr ayımdan, ilimdən keçir.

    Sonunda “ölüm” var deyə, qorxum ki?!
    Bu sadə, bu adi şeyə qorxum ki?
    Axı mən ölümdən niyə qorxum ki?
    Onsuz, bütün yollar ölümdən keçir.

    12.02.2021

  • Rüfət AXUNDLU.”Getdin”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Fələk aman vermədi,
    Candan can aldı, getdin!
    Qəfil ömrün sonuncu-
    -Zəngini çaldı, getdin!

    O, sənli illər yandı,
    Qönçəydi güllər, yandı…
    Ağızda dillər yandı,
    Ahh, bu nə haldı, getdin!!!

    Arzuların bitməmiş,
    Övlad toyu etməmiş,
    Muradına yetməmiş,
    Axı nə oldu, getdin?!

    Ömür dərddir, ömür yük,
    Ürəyə dərd gömürük…
    Sənin ömrün, ömürlük,
    Xatirə qaldı, getdin!!!

    11.07.2021

  • Şair Qafqaz Əvəzoğlu Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Bölməsinin sədri seçilib

    Qafqaz Əvəzoğlu

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri, şair-publisist Qafqaz Əvəzoğlu Dəmirov Azərbaycan jurnalistlər birliyinin Şərqi Zəngəzur Regional Bölməsinin (mərkəzi Qubadlı rayonu olmaqla, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl) sədri seçilib.

    Növbəti təqdimatı 21 iyul 2022-ci il tarixində saat 15:00-da Qubadlı rayon Təhsil şöbəsinin akt zalında keçiriləcək.

    Hörmətli şairimiz Qafqaz Əvəzoğlunu təbrik edirik, işlərində uğurlar arzulayırıq !

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”HÜSEYN SARAÇLININ SONUNCU ŞƏYİRDİ”

    Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
    Murad Kövrək (Murad Əli oğlu Sarıyev) 1952-ci il iyulun 7-də Borçalıda – Bolnisi rayonunun Dəllər (Muşevani) kəndində anadan olub. Burada orta məktəbi bitirib. Ustad aşıq Hüseyn Saraçlının sonuncu şəyirdidir. Bu gün dədə-baba aşıqlarını xatırlayanda ilk növbədə yada düşənlərdən biri də Kövrək Muraddır. XX əsr Azərbaycan aşıq sənətinin çox böyük simalarından olan Hüseyn Saraçlı kimi bir aşıqdan dərs alan sənətkar ustadından öyrəndiklərini bu gün də sinəsində yaşadır. O qədər şirin, kolorotli danışır ki, saatlarla qulaq assan da, söhbətindən doymaq olmur. Ustadı ilə el şənliklərində çıxış edən, ağır məclislər yola salan Murad Kövrək bu gün həm də tanınmış sazbəndlərdəndir. Hazırda Bakıda yaşayır və sazbənd kimi fəaliyyətini uğurla davam etdirir.Bu sənətə gəlişini və Hüseyn Saraçlı kimi bir sənətkara qulluq eləməsini belə xatırlayır Kövrək Murad: “Ustad bizim kəndə toya gəlmişdi, ustaddan xahiş etdilər ki, icazə ver, bu uşaq da bir hava oxusun. Mən də saz çalmağı kəndçimiz aşıq Əhədin yanında öyrənmişdim. Ustad icazə verəndən sonra mən çox çəkinə-çəkinə sazımı götürdüm. Bunu görən Hüseyn Saraçlı – “ziyan yoxdu, sən hələ cavansan, aşıq deyilsən”, – dedi. Bir hava çaldım, xoşuna gəldi. Dedim, məni şəyird götürərsinizmi? “Niyə götürmürəm, səndən yaxşı durnaboğaz aşıq olar”, – dedi. Elə həmin ilin, yəni 1964-cü ilin payızında onun yanına şəyird getdim”.Bu gün təkcə Borçalıda yox, həm də Azərbaycanda və onun hüdudlarından kənarlarda – sazın səsi gələn hər yerdə həm də məşhur bir sazbənd kimi tanınan Muradın atası Əli kişi dülgər olub, əsasən kənd yerində lazım olan araba, boyunduruq və s. kimi alətlər düzəldib. Uşaqlıqdan saza böyük marağı olduğundan 3-4-cü siniflərdə oxuyarkən atasının alətlərindən istifadə edərək cır ar-mud ağaclarının içini yonub özünə saz düzəldib. Bəzən alətlərini korladığına görə atasının ona əsəbiləşdiyi vaxtlar da olub. Amma Murad fikrindən dönməyib. Elə bu həvəs də onu aşıqlıqla yanaşı, həm də sazbəndliyə gətirib çıxarıb. Xoşbəxtlikdən ustadı Hüseyn Saraçlı həm də sazbənd idi. Doğrudur, bu işlə mütəmadi məşğul olmurdu, amma dosttanışının, yaxın adamlarının sazını gətirib evində düzəldirdi, sim salırdı, kökləyirdi və Murada həm də sazbəndliyin sirlərini öyrədib.Aşıqlıqda olduğu kimi, sazbəndlikdə də ilk xeyir-duanı Hüseyn Saraçlıdan alıb: “Şəyird olan vaxt Hüseyn Saraçlının yanına getməkdə bir həftə gecikmişdim. Dedi niyə gec gəldin? Balaca bir cürə göstərdim, bunu düzəldirdim, Hüseyn əmi, – dedim. Cürəni bəyəndi. Səndən yaxşı sazbənd çıxar, bu sənəti də buraxma, dedi. Ondan sonra mənlə məşğul olmağa başladı, gördü ki, sazbəndliyi də bacarıram. Yavaş-yavaş sənətin sirlərini öyrətdi, ustalaşdırdı”.Murad Kövrək deyir ki, ustad aşığa saz bağlamaq hər sazbən-din işi deyil: “Aşıqlar hər ustaya saz bağlatmırlar, ancaq kamil ustalara müraciət edirlər. Aşıqlar üçün ən əsası sazın səsidir, gözəlliyidir”.O, həm də qədim sazları da bərpa edib: “Çox qədim sazları bərpa etmişəm. Məsələn, Hüseyn Saraçlının ustadının – Quşçu İbrahimin sazını gətirmişdilər yanıma. Yeni üz saldım, bərpa elədim. Aşıq Musa Qaraçöplünün sazını bərpa etmişəm, bəlkə də o sazın yüzdən çox yaşı vardı”.Son illərdə sazbəndliyə marağın artdığını vurğulayan ustad deyir ki, bu gün Borçalıda məşhur sazbənd kimi tanınan Bafəli və onun qardaşı Qəribə, özünün qardaşı İmdata və digərlərinə də öyrədib sazbəndliyin sirlərini. Bundan sonra da maraq göstərənlərə bu sənətin sirlərini böyük həvəslə öyrətmək istədiyini deyir: “İndi hamı əsasən yaxınlarını öyrədir. Mən yanıma gələn gənclərə təklif edirəm, şagirdə ehtiyacım var, yaşımın bu vaxtımda sənətimi öyrətməliyəm ki, məndən sonra kimsə qalsın”.Bu gün həm aşıq, həm də sazbənd kimi tanınan Murad Kövrəkdən bu iki sənətdən hansına daha çox üstünlük verirsiniz deyə soruşduqda deyir ki, mənim üçün hər ikisi eynidir, çox xoşdur ki, bir-birinə bağlı olan bu iki sənətlə qoşa məşğul oluram: “Hal-hazırda gücümü daha çox sazbəndliyə verirəm, çünki müraciət edənlər çoxdur. Məndən İrandan, Türkiyədən də saz istəyənlər çoxdu. Yeri gələndə aşıq kimi də fəaliyyət göstərirəm, televiziya verilişlərinə, məclislərə dəvət olunuram”.Murad Kövrək bu gün sözün əsl mənasında ustad görmüş, ustada qulluq etmiş tək-tək aşıqlarımızdandır. Hüseyn Saraçlı kimi nəhəng bir ustada qulluq etmək hər aşığa qismət olmayan bir xoşbəxtlik olmaqla yanaşı, həm də bir məsuliyyətdir. Təsadüfi deyil ki, bu haqda danışanda Aşıq Murad deyir ki, şəyird gərək hər şeydən əvvəl öz ustadından ədəb-ərkanı öyrənsin. Ustadının öyüd-nəsihətini isə heç zaman unutmur: “Aşıqlıq çox incə sənətdir. Rəhmətlik Hüseyn Saraçlı deyərdi ki, sən bir nəfərsən, məclis əhli 200-300 nəfərdir, hamısının nəzəri bir nəfərdə, aşıqda olar. Ona görə ədəb-ərkanın kamil olmalıdır”.Ustadından danışanda onsuz da kövrək olan Kövrək Murad bir qədər də kövrəlir: “Həmişə o yadıma düşəndə gözlərim dolur. Çox gözəl ustad, geniş dünyagörüşlü bir şəxsiyyət idi.O, aşıq de-yil, hər hansı peşənin sahibi də olsa, yenə tanınmış bir şəxsiyyət olardı. Çox kamil insan idi, aşıqlıqla yanaşı bütün sənətlərdən başı çıxırdı. Hər şeyin yerini bilən adam idi. Beş il evində şəyirdlik etdim, Saraçlı camaatının hamısı bunu bilir, hamısı məni tanıyır. Ailə qurandan sonra onun xeyir-duası ilə sərbəst aşıqlığa başladım. Ömrünün sonuna kimi də onunla əlaqəmi kəsmədim, həmişə ondan nəsə öyrənməyə çalışdım. Onunla bərabər el şənliklərində və digər tədbirlərdə çıxışlarım həyatımın ən unudulmaz analrı kimi yazılıb yaddaşıma. Allah ustada rəhmət eləsin”.Hazırda Bakıda yaşayıb fəaliyyət göstərən Murad Kövrək kamil sənətkar kimi Borçalı aşıq ənənələrinin yaşadılması üçün əlindən gələni edir, həm aşıq, həm də sazbənd kimi bildiklərini ona mürqaciət edənlərə böyük həvəslə öyrədir.

    Mənbə: https://adalet.az

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”ŞEİRLƏRİNDƏN KƏNDİN QOXUSU GƏLƏN ŞAİR”

    Şakir Nadiroğlunu çoxdan tanıyıram. Tanışlığımızın kökündə xalqımızın özü qədər qədim tarixə malik olan SAZ durur. Uzun illərdir ki, İctimai televiziyada çalışır, aşıq sənəti ilə bağlı radio və televiziya verilişlərinin hazırlanmasında böyük xidmətləri var. Təbii ki, bizi bir-birimizə bağlayan saza, aşıq sənətinə və bütövlükdə folklorumuza olan münasibətimizlə yanaşı, həm də hər ikimizin Borçalıdan olmağımızdır. Hər görüşümüzdə nə qədər sazdan-sözdən danışsaq da, sonda söhbətimiz mütləq fırlanıb Borçalının üzərinə gəlir. Bu qədim Türk yurdunun dünəni ilə nə qədər öyünsək də, bu günkü durmuna biganə qalmır, sabahını daha parlaq görmək arzumuzu ifadə edirik.

    Şakir dağlar oğludur. Başkeçidin ucqar Lök-Candar kəndində dünyaya gəlib. Orta təhsilini doğma yurdda başa vurduqdan sonra çoxlarımız kimi, o da Bakıya gəlib, burada ali təhsil alıb, bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda isə, yuxarıda da qeyd etdiyim kimi, İctimai televiziyada çalışır. Onunla kiçik bir söhbət belə kifayətdir ki, xalqımızın adət-ənənəsinə, aşıq sənətinə və bütövlükdə zəngin folklorumuza nə qədər dərindən bələd olduğunun şahidi olasan. 

    Şakir Nadiroğlu olduqca təvazökar və səmimidir. Hay-küydən uzaqdır, yeri gəldi-gəlmədi etdiyini gözə soxmağa çalışanlardan deyil. Özünün varlığını əməlləri ilə təsdiq edən ziyalıdır. 

    Şakir Nadiroğlu özünün və sözünün yerini bilən, düşündüyü hər şeyi danışan yox, danışdığı hər şeyi əvvəlcə düşünəndir. 

    Şakir Nadiroğlu həm də şairdir! Sözü hər şeydən uca tutan və urvatdan salmayan şair. Sonradan şairlik həvəsinə düşənlərdən yox, şair doğulanlardandır. Yazdığının mürəkkəbi qurumamış nəşriyyat və redaksiyaların qapısını yağır etməyən, özünün və sözünün abırını qoruyan, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan şair! 

    Professor Nizaməddin Şəmsizadənin çox haqlı olaraq qeyd etdiyi kimi,  “şair üçün birinci və dəyişməz şərt istedadın ifadəsi sayılan ilhamın olmasıdır” ki, bunlar da Şakir Nadiroğlunda var. O, “öz şəxsiyyətindən doğulan, qəlbindən pərvazlanan lal duyğunu hər yetən sözə təslim” etmir,  sözün ona yaraşanını seçməyi bacarır.                         

    Tez-tez kitab nəşr etdirməyə meyilli olmayan (buna həm də maddi imkanı olmayan) və indiyədək cəmisi bir neçə kitabı işıq üzü görən Şakir Nadiroğlu bəziləri kimi bu kitablara təmtəraqlı təqdimatlar da keçirməyib. Düşünüb ki, yazdıqları oxucunun zövqünü oxşayıb, qəlbinə yol tapacaqsa, bundan böyük təqdimat olmaz. Qənaətində yanılmayıb da. Şeirləri nəinki oxucuların, eyni zamanda respublikamızın dəyərli elm adamlarının, görkəmli ədəbiyyatşünas alimlərin də diqqətini çəkib. Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə və digər elm adamları onun yaradıcılığı haqqında qiymətli fikirlər söyləyib, kitablarına ön söz yazıblar.

    Şakir Nadiroğlunun yaradıcılığında diqqəti daha çox çəkən bu gün poeziyada o qədər də rastlaşmadığımız alliterasiyaların mühüm yer tutmasıdır. Onun şeirlərində alliterasiya mətnə daha həssas və ifadəli güc verməklə yanaşı, eyni zamanda bu səslilik elementi nitqi bəzəyir və biz burada dinamizm, özünəməxsusluq və yeni yaradıcılıq keyfiyyətlərini görürük. Müəllifin bir hərf üstündə (bir şeirdə işlənən bütün sözlərin eyni hərflə başlaması) yaratdığı gəraylıları, dodaqdəyməzləri var. Təcniz yazmağın – yaratmağın şairdən böyük ustalıq, zəngin söz ehtiyatı və dilin incəliklərini mükəmməl bilmək tələb etdiyini bilməyən yoxdur. Üstəlik bu janrda yeni söz demək ikiqat məsuliyyət tələb edir. Şakir Nadiroğlu  bu janrda da qələmini sınayır və gözəl poetik nümunələr yarada bilir. Görünür, burada onun aşıq sənətinin incəliklərinə dərindən bələd olması da mühüm rol oynayır. Və onun özəlliyi bir də odur ki, bir hərf üstə də təcnislər – dodaqdəyməz təcnislə yanaşı, ilk dəfə olaraq dodaqbüzən-dodaqdəyməz təcnislər də yaradıb:

    Gözəl gözlər gözəllikdi güləndə,

    Görən görür: gül gözəldi güləndə…

    Gözəllikdə gül gəzən də, gülən də,

    Gördülər güllükdə gözəl də güldü.

    Bu barədə Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə belə yazır: “Təcnis lirik növün, heca şeirinin, aşıq poeziyasının əsas janrlarından biridir. Bu janrda söz oynatmaq, yeni ifadə tərzləri tapmaq sayəsində cığalı təcnis, ayaqlı təcnis, dodaqdəyməz təcnis şeirimizdə mövcud idi. 

    Bir hərf üstə dodaqdəyməz təcnisi Şakir Nadiroğlu yaradıb. Onun bu janrda gətirdiyi daha bir yenilik var: dodaqbüzən-dodaqdəyməz təcnis!”

    Bütün söz adamları kimi, Şakir Nadiroğlu da “Həyat nədir?” sualına cavab axtarır və bu qənaətə gəlir ki, “bu fani dünyaya uymağa dəyməz”, həyat “olumnan ölümə qədərdi”, bu dünyaya bir gün gələn bir gün də köçəcək:

    Şakir, bu dünyada olsan da xaqan,

    Uyma var-dövlətə, qəflətdən oyan.

    Üryan gələn üryan gedər dünyadan,

    Bir anlıq sevincdi, kədərdi dünya. 

    Pul qazananlardan yox, “pulun qazandığı” adamlardan, sözü üzə deyən dostdan yox, üzə gülüb, ayaq altı qazanlardan qorxmağa çağırır.

    Şakir Nadiroğlunun yaradıcılığında bütöv Azərbaycan və Türk dünyası mövzusu mühüm yer tutur. Əsrlər boyu tarix yaradan Türkün fitnəyə, böhtana qəbir qazaraq düşmənlərin hiyləsini pozub, yenidən tarix yazacağına inanır:

    Bugünkü fidanlar böyüyəcəklər,

    Qardaşlar əl-ələ yürüyəcəklər,

    Düşməni Turandan kürüyəcəklər,

    Axacaq selimiz Turana doğru!

    Azərbaycanın hər guşəsini vəsf etməkdən doymayan Şakir Nadiroğlunun Borçalı və  “dilimin ən şirin sözü Başkeçid” dediyi doğulub boya-başa çatdığı Başkeçidin əsrarəngiz təbiət gözəlliklərinə, bu yerlərdə insanların mərdliyinin, qonaqpərvərliyinin tərənnümünə həsr olunmuş şeirləri xüsusilə diqqəti çəkir. “Borçalı xəritəsi” şeirində ayağı Sınıq Körpü, başı Başkeçid – bütün Borçalını, Qarayazını, Qaraçöp ellərini tərənnüm etməklə, gözlərimiz önündə bu qədim türk yurdunun xəritəsini sözlə yaradır:

    “Sınıq Körpü” yurdun giriş qapısı,

    Tarixin tərpənməz sirri Borçalı.

    Kürüstü kəndləri cənnət qapısı,

    O səkkiz cənnətin biri Borçalı.

    Özünün də dediyi kimi, onun şeirlərindən kənd iyi gəlir. Dağların, çəmənlərin, suyu diş göynədən bulaqların iyi gəlir, motal pendirinin, sac çörəyinin iyi gəlir. Misralarının “biri qulançar, biri quzqulaq, biri dağ çayıdır, biri buz bulaq, biri kərəntidi, biri də oraq”. Çünki “o kənddi Şakirin çörəyi, duzu”: 

    Sözüm nəmər alan at belindədi,

    Bulaqdan süzülən dağ gölündədi,

    Yazdığım kəlmələr el dilindədi,

    Mənim şeirimdən kənd iyi gəlir.

    Şəhərdə yaşasa da, könlü daim kənddədir. Onu kəndə bağlayan isə təkcə təbiət gözəlliyinin əsiri olması deyil, həm də kənd adamlarının sədaqəti, qədim adət-ənənənin qorunub yaşadılması, mərifətə, təriqətə, həqiqətə olan inam və hər kəsdə gördüyü kəramətdir. 

    Bəs, dostundan istədiyi nədir – Əyriqarın xar qarı, quzqulaq, kəkotu, cincilim kətəsi, turşəng, qazayağı, əvəlik, təzə pendir, nəhrə yağı:  

    Dostum, mənə dağ sovqatı

    Əyqiqardan xar qar ola.

    Quzqulaqla kəklikotu,

    Buzbulaqdan lilpar ola.  

    Ana təbiəti, böyüyüb boya-başa çatdığı doğma Başkeçidin az qala hər dağını, hər daşını, dərəsini, bəndini, bərəsini, gül-çiçəyini vəsf etməkdən doymur və bu mövzuda çox yazmasının səbəbini isə belə izah edir ki, yamacında yatmayanlar, dağda şehə batmayanlar, yağışında islanmayan, Günəşdən tez oyanmayan, quzqulaq, baldırğan, qantəpər yığmayanlar və nəhrə yağ yeməyənlər  dağ həsrəti çəkə bilməz.

    Bəli, Şakir Nadiroğlu şairdir. Özü də şeirlərini tanıtmağa (oxutmağa) çalışan şair yox, şeirləri ilə tanınan şair. Və mən inanıram ki, bu şeirlər bundan sonra onu daha çox tanıdacaq, ona şöhrət qazandırcaq. 

    Şakir Naidroğlunun şəxsiyyəti və yaradıcılığı ilə bağlı təəssüratlarımı hələlik burada bitirir və sözlərimi “Kəlilə və Dimnə”dən bu qiymətli kəlamlarla tamamlayıram: “İstedadlı və bacarıqlı adamın vəzifəsi kiçik, nüfuzu az, düşməni çox olsa da, o, əql və kəlamı sayəsində özünü büruzə verər, şöhrət tapar. Belə adamlar çıraq kimidirlər, fikir verməmisinizmi ki, çırağı söndürmək istərkən, o, yüksəyə qalxmağa meyil göstərir”.

    Mənbə: https://adalet.az