Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2018-ci il tarixində Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə SSRİ Xalq artisti Tamara Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

26 avqust tarixində mədəniyyət naziri Anar Kərimov böyük sənətkar, vokal sənətinin unudulmaz səsi Tamara Sinyavskayaya ordeni təqdim edib. Nazir görkəmli opera müğənnisinə gələcək işlərində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə ölkə başçısına dərin təşəkkürünü bildirib.

Sonda böyük sənətkarla xatirə şəkli çəkilib.

Mənbə: https://culture.gov.az/