“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri

Nə vaxtdır gələ bilmirəm,
O, el-obalar necədir?
Cüt doğulub, cüt qarıyan,
Nənə-babalar necədir?

Yurda sahib duran quşlar,
Bəlkə, haqqa qovuşmuşlar?
Dimdiyiylə qaranquşlar,
Quran yuvalar necədir?

Olsa belə şər etdiyi,
Dildə gəzib hər etdiyi…
“Köhnə kişilər” etdiyi,
“Köhnə davalar” necədir?
‌
Gəldi fevral, bitdi yanvar,
Çox qəribədir ruzigar…
Nə yağış var, nə də qar var,
Orda havalar necədir?

13.02.2021