Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının yaydığı məlumata görə, 14 dekabr 2013–cü il saat 17:00-da Elmi Araşdırmalar Mərkəzi İctimai Birliyi, Milli Düşüncə İnstitutu İctimai Birliyi, Alp nəşrləri və eqoist.net – in birgə təşkilatçılığı ilə yazıçı Cəlaləddinin “27 ildən sonra” kitabının müzakirəsi keçiriləcək. Kitab XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımını bütün dünyaya çatdırmaq üçün qələmə alınmışdır.
Giriş sərbəstdir.
Ünvan: Klassik Kafe
Həsən Əliyev( keç.İnqilab) küçəsi 57
tel: 0515132609, 0709027097, 0552001428
Category: Azərbaycan ədəbiyyatı
-
Yazıçı Cəlaləddinin “27 ildən sonra” kitabının müzakirəsi
-
“Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısının vaxtı məlum oldu
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Gənc Ədiblər Məktəbi”nin Məsul katibi Emin Piriyə istinadən yaydıığı məlumata görə, dekabr ayının 13-ü saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gənc Ədiblər Məktəbinin növbəti toplantısı keçiriləcək.
Bu görüşdə şair, “Ulduz” jurnalının redaktor müavini Qulu Ağsəsin iştirakıyla, digər ədəbiyyat adamlarıyla “Ulduz” jurnalının gənclər dərc etdirdiyi noyabr sayının müzakirəsi olacaq.
İştirak etmək istəyənlər dəvətlidir. -
Debüt: Mais TƏMKİN (Lerik).”İlhamlı günlərin nəğməsi” (Poema)
Tərcümeyi-hal
Əsədullayev Mais Əsəd oğlu Mais Təmkin. 15 oktyabr 1968-ci ildə Lerik rayonun Livədirqə kəndində fəhlə ailəsində dünyaya göz açmışdır. Hələ orta məktədə oxuduğu dövrdə əədəbiyyata, poeziyaya böyük həvəs göstərmişdir. 1986-1988-ci illərdə Ukrayna respublikasında hərbi xidmətdə olmuşdur. Ilk şeirlər kitabı ,, Bu gecə ulduzlar yaman seyrəlib,, 2003-cü ildə işıq üzü görmüşdür. Respublika Prezidenti Cənab İlham Əliyeva ithaf olunmuş ,,İlhamın gücü,, poeması 2005-ci ildə ,,Avropa,, nəşriyyatında çapdan çıxmışdır. Lerik rayon İcra Hakimiyyətinin vəsaiti hesabına nəşr olunmuş ,,Hikməti sözündə axtar,, şeirlər kitabı 2009-cu ildə ,,Nurlan,, nəşryatında oxucuların ixtiyarına verilmişdir. Hal-hazırda qələmə aldığı ,,İlhamlı günlərin nəğməsi,, poeması müəllifin sayca dördüncü kitabıdır. 1993-cü ildən dövri mətbuatda poeziya nümunələrilə bərabər publisistik yazılarla çıxışlar edən Mais Təmkin həm də ,,Azad Təfəkkür,, qəzetinin əməkdaşıdır. Ailəlidir, üç övladı var.
,,Ey könül,böyuklük almadan ələ,
Böyüklər yerində oturma hələ,
Dünyada böyüklük görmək istəsən,
Al ələ qələmi yaz böyuklərdən.
Yazmalı elə bir uğurlu dastan,
Ondan bir incəlik duysun oxuyan.Nizami Gəncəvi
İlhamlı günlərin nəğməsi
Üzümü tutmuşam haqq dərgahına,
Ey külli aləmi yaradan Allah.
Layiq bil, üz qoyum səcdəgahına,
Sənə gətirmişəm ürəkdən pənah.Özümü həyatda xoşbəxt sanıram,
Sənin dərgahına sığınmaq ilə.
Quş kimi göylərə qanadlanıram,
O uca adını gətirib dilə.Gərək bağışiasın, əfv etsin məni
Nizami-o böyük dahi sənatkar,
Sındırıb üzməsin incə qəlbimi,
Deməsin, mən onu edirəm təkrar.Əsl sənatkarlar, əsl şairlər
Böyüklər haqqında dastan yazanda
Həmişə dünyada özündən qabaq
Sənə güvəniblər həmin o anda.Baxma ki yazmağa həvəsim çoxdur,
Mən nə Nizamiyəm, nə də Füzuli.
İlahi, bilirsən qüdrətim yoxdur,
Onlar tək yaradım seiri, qəzəli.Tutduğum yol ki var, deyldir asan.
Mənim baş vurduğum dərin dəryadır.
Haqqı, ədaləti nəzmə çəkirəm,
Yazdığım Tanrıdan ğələn sədadır.Həyacan içində çırpınır ürək,
Sözün dəryasında üzürəm indi
Şairlər Allahı Şeyx Nizami tək
Dəryada mirvari ğəzirəm indi.Sən özün şahidsən, böyük yaradan,
Hələ bu dastanı başlamamışdan.Sənə əl uzadıb, durdum salama,
Sənsən zinət verən hər bir kəlama.Müqəddəs arzumla,saf niyyətimlə,
İstərəm başlayım bir ğözəl işə.
Böyük şəxsiyyətə məhəbbətimlə,
Bir dastan ərməğan edim gərdişəYazdığım, qoşduğum səbəbsiz deyil,
Zamanın hökmüdür məni dindirən,
Uca şəxsiyyətin saf əməlidir,
Könlümü coşdurub, hey sevindirən.Məramı müqəddəs olan bir dahi,
Qəlbimə hakimdir çoxdan, İlahi.Yurdumun bu günü, həm sabahıdır,
Xoşbəxt ğələcəyin, xoş rifahıdır.Yazıram ilhamla,açıq beyinlə,
Arzumu, duyğumu sən özün dinlə.Heydər atamızın əzəmətindən,
Varisi İlhamın xoş niyyətindən,
Yazmaq istəyirəm gözəl bir əsər,
Yazdığım hər sözə özün sal nəzər.Həm ondan söyləyim, həm varisindən,
Könüllər kam alsın haqqın səsindən.Onsuz gülüstanım olardı xəzan,
Yolunu itirmiş neçə yol azan,
Hərəsi özünü bir şah sanardı.
Heydər tək hünərvər ər olmasaydı,
Bu vətən yüz yerə parçalanardı.Bir səda yetişdi uca Allahdan,
,,Rəhbər göndərirəm sizə sabahdan.Elə bir rəhbər ki şir ürəklidr,
Qəlbi xoş arzulu, xoş diləklidir.Ona arxa olun, dayaq olun siz,
Onunla şad olar sizin qəlbinizOnunla fəxr edər, öyünərsiniz,
Onsuz dərdə-qəmə bürünərsiniz.Bu xalqı, milləti tanıdan gərək,
Eşqi haqdan gərək,Tanrıdan gərək.O elə rəhbərdir, zəkası nurlu,
Qartal tək vüqarlı, dağ tək qürurlu.Nurlu gələcəyə aparır xalqı,
Bacarır seçməyi haqqı, nahqqı.Tanrının səsini eşidən bir xalq
Daim zəfər çalar, əlində bayraq.’’Xalq, millət yığışdı hamı bir yerə,
Qəlbdən dəstək oldu Ulu Öndərə.Tək Azərbaycanmı səs veri ona,
Xalqımın qəhrıman, cəsur oğluna?Bütün Türk dünyası, İslam dünyası,
Dedi; Rəhbər olsun elin atası.Xalqı nicat tapdı xoş gəlişindən,
Hamı razı qaldı onun işindən.Millətin yolunda can fəda etdi,
Xalqa güvənməklə kamına yetdi.Amalı tanrıydı. Bir də Peyğəmbər,
Onunçün adına deyildi; Heydər.Peyğəmbər buyurub; ,,İtaət edin,
Sizi sevənlərin ardınca gedin.’’Zəka sahibləri mində biridi,
Rəhbərlər Allahın elçiləridir??Xalqı əsarətdən qurtaran oldu,
Fərhad tək dağ çapıb, dağ yaran olduDoğdu ömrümüzə bir günəş kimi,
Yaşatdı qəlbində elin eşqini.Millətin səsinə qarışdı səsi,
Düşmədi dilindən ,,Vətən’’ kəlməsi.Ayağa qaldırdı xalqı, milləti,
Mat qoydu özünə bəşəriyyəti.Gəzdi qarış-qarış bütün cahanı,
Tanıtdı dünyaya Azərbacanı.Dirçəldi ölkədə mədəniyyəti,
Yüksəltdi göylərə incəsənəti.Sözünün mənası dərindən-dərin,
Bilirdi hər sözün məqmın yerin.Bütün elmlərdən xəbərdar idi,
Arzusu gül açan xoş bahar idi.Xalqını sanmaqla könül sirdaşı,
Haqqın dərgahına ucaldı başı.Haqsızı susdurdu haqqın səsiyilə,
Vətən sevgisiylə, Xalq sevgisiyə.Xalqın ürəyiydi, vuran nəbziydi,
O haqdan gəlmişdi,haqqın səsiydi.Hər sözündə hikmət, hökmündə kəsər,
Ömrünü xalqına bəxş etdi getdi.
Azərbaycan adlı böyük bir əsər,
Xalqın tarixinə nəqş etdi getdi.***
Nə etmək ucalar ucası Allah,
Bəyənib sevdiyi güiü aparır.
Əzrayıl baxsa da ölüm işinə,
Yaxşısı Allahın özü aparır.Bənzərsiz ölmüylə, pak məramıyla.
Tanrı dərgahına apardı onu.
Müqəddəs atanın ölüm xəbəri,
Sarsıtdı bir anda vətən oğluna.Qəlbləri sarsidan buacı xəbər,
Yayıldı bir anda bütün cahana.
Millətin bir məsud, xoş məqamında*
Müsübət üz verdi Azərbaycana.Doğradı qəlbləri ağrı-acılar,
Dənizə çevrildi insan axını.
Göz yaşı axıtdı ana-bacılar,
Dərd-kədər bürüdü uzaq-yaxını.Bu qoca dünyanın hər bir bucağı,
Şərikdir xalqımın ağır qəminə.
Didərgin yurdların sönmüş ocağı,
Alışdı, odlandı el matəminə.Matəmə qərq olub güllər, çiçəklər,
Ağlayır, sızlayır yolların üstə,
Gedir son mənzilə uca babamız
Xalqın bükülməyən qolları üstə.Xiyaban içində durub mükəddər,
Ürəyi qubarlı nəvə ağlayır.
Baba həsrətinə , baba dərdinə,
Göz yaşı tökdügcə ürək dağlayır.
Inanmır hələ də Baba hüznünə,
Kədəri qəlbindən axır dilinə:-Bu ellər səninlə nə bəxtiyardır,
Hə anı ətirli güllü bahardır.
Hələ qəlbimizdə çox arzu vardır,
Getmə, şanlı baba, getmə, sən Allah.Əgər olmasaydı zəhmətin, səyin,
Sönərdi ahəngi min-min ürəyin.
Sən-xalqı, milləti düşünən beyin,
Getmə, şanlı Baba, getmə, sən Allah!Yol alır cənnətə bir ulu insan,
Haqqın, ədalətin mücəssəməsi.
Torpağa tapşırır onu bu cahan,
Yüksəlir göylərə “Yasin” surəsi.Susur ehtiramla insan axını,
Ətrafa nur saçır “Quran”ayəsi.
Cismi aramızdan getsədə onun,
Millətin üstündən getmız sayəsi.Xalqımın, millətimin
sevgili sultanı Baba,
Ölümün üzdü tamam
Azərbaycanı Baba.Hüznə qərq oldu təmamən
elimiz,millətimiz
Edir ziyarət hər il “Fəxri-
Xiyaban”ı, Baba.Millət ağ günlərə çıxdı
işıqlı ağlın ilə,
Bizə sən bəxş elədin bir
belə dövranı, Baba!“ Həcər-ül-Əsvədi” öpdün
dolanıb Kəbəni sən
Qazanıbsan sağ ikən
cənnəti-rizvanı, Baba.Cəng meydanına ər
tək atılıb cəng elədin,
Qəhrəman ölkəmizin, ey
Şiri-Aslanı, Baba.Ömrünün hər anı
səlnamələrə həkk oldu,
Həm yazan sənsən onu,
həm də qəhrəmanı Baba.Böyük oldun böyüyə, həm
kiçik oldun kiçiyə,
Hamının sevgilisi, dostu-
mehribanı Baba.Sən kimi dahini dünya
daha kəşf etməyəcək,
Iki əsrin ən uca, ən nəcib
insanı Baba!Ata sevgisinin alqışındayıq ,
Şəninə nəğmələr yarışındayıq.
Müqəddəs ruhunun işığındayıq,
Şad görüm rhunu, ey Heydər Ata.Sən elin qəlbində sonsuz həvəsdin,
Göydən nazil olmuş ilahi səsdin.
Əzmin, hünərinlə biryolluq kəsdin
Zəka silahını, ey Heydər Ata !Onda ki müsibət ərşə dayandı,
Yatan dünya haqq səsindən oyandı.
Gecəli-gündüzlü düşündün, andın
Yurdun sabahını, ey Heydər Ata.Xalqın haqq səsini dünyaya yaydın,
Sən xalqa Tanrıdan verilmiş paydın.
Nizıdən, qılıncdan kəsərli saydın
Zəka silahını, ey Heydər Ata!Gül çiçəkdən xəbər aldım:
-Xəzan düşsə solmazsan ki?
-Mən solsam da, yaz gələndə
Min-min çiçək bitər, – dedi.Sual verdim şən bülbülə:
-Güllər sussa, susmazsan ki?
-Bu torpaqda çiçək solmaz,
Dilim hər vaxt ötər, -dedi.Dedim: – günəş, hey yanırsan,
Bu yanmaqla sönməzsən ki?
– Bu atəşim, hərarətim
Məhşərəcən yetər, -dedi.Dedim: – dağlar, nə ucasan,
Qürürundan enməzsən ki?
-Kim əbədi qalandır ki?
Gələn bir gün gedər, -dedi.Əl çəkmədim həvəsimdən,
Dönüb sordum ürəyimdən?
– Heç əbədi olan varmı?
Bunu mənə deməzsən ki?
Qəlbim coşdu bir ilhamla,
Qətiyyətlə, ehtiramla,
“ Heydər” – dedi, “Heydər” –dedi !Ulu rəhbər! Sənsən əzbər
Milyonların dilndə
Sən əbədi bir günəşsən
Azərbaycan elində.
Nəfəsinlə ətir saçır
Bu müqəddəs torpağın,
Göy üzünün Kəbəsidir
Əzəmətli bayrağın.Bu gün sevinc gül açırsa
Körpələrin dodağında,
Nəmələrin ruzi varsa
Təknəsində, tabağında,
Xoş səadət parlayırsa
Millətimin sabahında,
Min şeiriyyət çağlayırsa
Ilhamımın söz bağında…
Dünya yaşamağa dəyər,
Ömür yaşamağa dəyər!Ulu rəhbər! Sənsən zəfər
Yenilməzdir qüvvətin.
Sən əbədi rəhbərisən
Bu xalqın, bu millətin.
Sən bir tale günəşisən.
İşığından nur alır,
Al geyinir asiman.
İşığınla açılır
Sabahımız hər zaman.Bu gün şükran oxunursa
Süfrələrin duasında,
Saf diləklər boy atırsa
Anaların laylasında,
Əsrarəngiz məna varsa
Ömrümüzün hər anındaAzadlığım bərq vurursa
Ağ göyərçin qanadında…
Ömür yaşamağa dəyər!Ulu rəhbər! Ey hünərvər,
Sən vətənin özüsən.
Onun xoşbəxt taleyində
Qızıl xətli yazısan.
Dünyama nur yağar ki,
Inanc dolu həyatda
Yaşamağa nə var ki!
Göyər arzularım, göyər!
Ömür yaşamağa dəyər!
Dünya yaşamağa dəyər!Cismən tərk etsə də bizi atamız,
Qoyduğu doğru yol , məram duracaq.
Dönməz iradəsi, dəmir əzmiylə
Indi önümüzdə İlham duracaq…Millətin taleyi, Xalqın rifahı,
Daim düşündürür onu dərindən.
Vətənin, torpağın xoş sabahını
Dönmədən qoruyur düşmən şərindən.Məqsədi, məramı əmin-amanlıq,
Qan-qada istəmir , sülhə can atır.
Hərbin xislətindən deyilmi məgər,
Torpaqda nə qədər günahsız yatır?Xalqın istəyiylə istəyi təndir,
Daim xidmət edir Azərbaycana.
Dərin zəkasıyla, iradəsiylə,
Zəfər müjdəsini yayır hər yana.Olsa da kədəri hamıya bəlli,
Yenə də özüdür Xalqa təsəlli.
Rəbbin bəndəsinə budur köməyi,
Qadir əllərdədir Xalqın taleyi.Sönməz işığsan elin, obanın,
Qeyrət simvolusan Azərbaycanın.
Ruhu pərvaz edir Heydər Atanın,
Oldun yurda layiq ərən, İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey xalqın önündə duran İlhamım!Odlar diyarının nurlu sabahı,
Xoşbəxt gələcəyin əmin rifahı.
Darda qalanların ümid, pənahı.
Zülmətin bağrını yaran İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım.Alqışa yüksələn əl səninlədir,
Ürək səninlədir, dil səninlədir,
Ellər pənahısan,el səninlədir,
Xalq səni əzizlər hər an, İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamımƏlacsız dərdlərin sənsən dərmanı,
Səndə qayalaşıb Xalqın gümanı
Daha da yüksəltdin Azərbaycanı,
Hər zaman yaradıb-quran İlhanım.
Qoy uca amalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım!Nə qədər qursa öz hiyləsini,
Haqsız boğa bilməz haqqın səsini.
Xeyirin şər üstə qələbəsini
Gördü gözləriylə cahan, İlhamım.
Qoy ucaamalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım!Köksümə sığmayır nəşəm, şadlığım,
Şairəm, haqdadır qoşub-yazdığım.
Sizə kömək olsun o əl basdığın
Kəlamı müqəddəs “Quran” İlhamım.
Qoy ucaamalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım!Zəkalı Öndərə layiqli varis,
Məramı müqəddəs, diləyin təmiz.
Səninlə öyünüb, fəxr edirik biz,
Safdır könıündəki məram, İlhamım.
Qoy ucaamalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım!O, zirvələr hökmdarı
Bir dahinin balasıdır.
Ucalıq var xislətində,
Ucalarda qalasıdır
Millətin gənc Prezidenti!Təmsl edir Avropada,
Şanlı odlar ölkəsini.
Gur səsiylə hayqiracaq,
Bir dün zəfər nəğməsini.
Millətin dənc Prezidenti!Ucalıqda haqq səsimiz,
Dünya bizə açır qucaq.
Xoş günümüz hələ öndə,
Çırağımız gur yanacaq…
Millətin gənc Prezidenti!Yurdumun zəfər sorağı
Bürüyəcək kainatı.
Uca göydən Ata ruhu,
Seyr edəcək bu busatı,
Millətin gənc Prezidenti!Boğa bilməz böhtan, şər
Xalqımın azadlığını.
Mən ,,Azadlıq’’ deyəndə
Düşünürəm hər zəman
Yurdumun abadlığını.Istəyirəm vətənim
Azad olsun yağıdan.
Lənətə dücar olsun,
Yurdumu talan edən,
Viran qoyan, dağıdan!Xalqımızı ağ günə
Çıxaran oğul gərək.
Böyük zəka sahibi,
Düşüncə, ağıl gərək.Azadlığı görürəm;
Millətimin ər oğlu,
Qeyrətli Heydər oğlu,
Ilhamın timsalında,
Müqəddəs arzusnda,
Gözəl, xoş amalında.
Vətənin yenilməyən
Üçrəngli bayrağında.
Qarabağ torpağında,
Şuşa-Cıdır düzündə,
Bir dahi mərdzadənin
Əməlində, sözündə.O, Heydər Atamızın
Layiqli Varisidir.
Xalqımın zirvələrdən
Yüksələn haqq səsidir.Arzusu ülvi, təmiz,
Xalqına həmdəm, əziz,
Qəlbi çağlayan dəniz.
Iradəli, dözümlü,
Azadlığın yolunda
Cəsur, mətin dayanan,
Xalqla coşub-qaynayan,
Vüsəti eldən alıb
Elə sevinc paylayan,
Azərbaycan Xxalqımın
O, hünərvər oğludur.
Çünki Heydər oğludur.
Bu millətin köksündə
Bir döyünən ürəkdir.
Azərbaycan Xalqına
Vurən ürək gərəkdir.
Xalqın sərkərdəsidir,
Koroğludur, Babakdir.
Vətənin haq səsidir,
,,Haqq’’deyən nəfəsidir.Haqq səsinə səs verən
Xalq var,milləti var.
Bu xalqın qüdrəti var
Bu ağlın, bu zəkanın
Çücü var, qüvvəyi var
əyilməyən qolunda.
Çünəş kimi sönməzdi,
Şəəq saçar hər zaman
Bu millətin yolunda.Həqiqət yolunda verib səs-səsə,
Uğura, zəfərə səs verdi Xalqım.
Ülvu bir insanın dəyanətinə-
Qeyrətə, hünərə səs verdi Xalqım.Günəş tək nur saçan kəndə, şəhərdə,
Əyilməz, yenilməz, sarsılmaz ərə,
Zülmət gecələri yaran səhərə,
Işıqlı günlərə səs verdi Xalqım.Heydər Varisinə məhəbbətiyilə,
Xaş arzu, istəyi, saf niyyətiylə.
Göydəki Allahın mərhəmətiylə,
Yerdəki Rərbərə səs verdi Xalqım.Müqədəs,,Quran’’a and içən zaman,
Sonsuz qəhər qondu məsud anınaa.
Bir qüssə qəlbində qövr etdi yaman,
Yollandı ,,Şəhidlər Xiyabaı’’na.Süzür xiyabanı göz yaşlarıyla,
Məzarlar üstünə səpir gül-çiçək.
Hüzünlü, nigaran baxışlarıyla,
Söyləyir; -,,Unutmaz sizləri ürək.’’Tərk etmək istəmir o, xiyabanı,
Niskli süzülür daş məzarlara.
Ən böyük səcdəgah sanır bu yeri,
Əyir ehtiramla baş-məzarlara.Hər məzar önündə əyildikcə o,
Qopur ürəyində min ağrı, min ah.
Başını qaldırır uca göylərə,
Bir nida göndərir qeybdən Allah.Ər igidlər, qəhrəmanlar ,
Elin dərdinə yananlar,
Əbədiyyət qazananlar
Bu dünyada ölməz olur.Şəhid olub köçənlərim,
Yağıları biçənlərim,
Vətən andı içənlərim
Öz əhdindən dönməz olur!Torpaq udub çox ərləri,
At oynadan ərənləri,
Ülviyyətin şölələri
Daim yanar , sönməz olur!Vətən üçün töküb qanlar,
Vətənləşdi qəhrəmanlar.
Şan –şöhrətə ucalanlar
Zirvələrdən enməz olur!Ömrünün –gününün cavan çağında,
Əyləşib rəhbərim iş otağında.Fərman imzalayır xeyrinə xalqın,
Qalır hər dərdinə-sərinə xalqın.Xalqın rifahını düşünür daim,
Yurd eşqi qəlbinə kəsilib hakim.Millətin dərdinə odur qatlaşan,
Elin qəlbincədir əməli, işi.
Sənədlər masada qalaq-qalaqdır,
Bu milyon iş yeri, bu neft sazişi.Dünyanı özünə heyran eylədi,
Rəngi qara, özü qızıl neftimiz.
Böyük siyasətdə fantan edibdir,
Rəngi qara, özü qızıl neftimiz.Torpağıma verir vüsət, yaraşıq,
Bakı –Ceyhan bir millət, bir qardaşıq.
Bu günümdən sabahıma gur işıq,
Rəngi qara, özü qızıl neftimiz.Sazişlərə Heydər Ata çəkib qol,
Tanrım , eylə bu sərvəti daim bol.
Xalqın əmin sabahına açır yol,
Rəngi qara, özü qızıl neftimiz.Dolanıb dünyanı o, qarış-qarış,
Sadiq yol-yoldaşı Vətən sevgisi.
Zəfərə qol atıb hər səfərində,
Qalibdir yurdumuz – Odlar ölkəsi!Qeyrətə səsləyir əzmiylə eli,
Səsinə səs verir hər Vətən oğlu.
Bu ana torpağın ər igidləri,
Hərəsi bir Babək, bir qoç Koroğlu!Dərin düşüncələr, fikirlər onu
Alır ağuşuna dalğalar kimi.
Gərir dalğalara polad köksünü,
Xilaskar yelkənli nəhəng bir gəmi.Haqqın yolundadır gənc Prezident,
Sadiqdir Öndərin siyasətinə.
Böyüyə ehtiram bəsləyən bir kəs,
Dünyada heç vədə düşməz çətinə.Düşmür Şah atanın adı dilindən,
Daim yad eyləyir Ulu Öndəri.
,,Balaca,, Heydərin tutub əlindən,
Gəlir ziyarətə Böyük Heydəri.Məzarlar önündə dalır sükuta,
Yad edir atalı keçən günləri.
Atalı anları xatırladıqca,
Titrəyir qəlbinin incə telləriSon qoydun xalqın ahına,
Nur çilədin sabahına.
Ucaldın haqq dərgahına,
Şanlı atam!Sən Ustad, mən şagird oldum,
Sevgin ilə yaşa doldum.
Yol-ərkanı səndən aldım,
Şanlı atam!Heyif, vaxtsız köçüb getdin,
Köçüb ürəklərdə bitdin.
Kamalınla kama yetdin,
Şanlı atam!Eşqin uca, zəkan dərin,
Qürurusan nəsillərin.
Müstəqillik şah əsərin,
Şanlı atam!Dalır sonsuz xəyallara
Gənc rəhbərim hüzn içində.
Haray çəkir duyğuları
Ana heykəli önündə.Yad eyləyir anasını,
Həyatının mənasını.
Cana gəlir sanki heykəl,
Xiyabana nur çilənir.
Ananın saf çöhrəsində
Məlakələr güzgülənir.O özü də bir mələkdir,
Eşqi təmiz, qəlbi zərif.
Ülviyyətdir ana torpaq,
Yerdən göyə nur ələnib.Nur verib gözündən neçə gözlərə,
Şöləsi əridib qaranlıqları.
Bəşər övladına məhəbbətiylə
Günəşə döndərib dumanlıqları.Cənnət bəxş eyləyib saysız qəlblərə,
Indi öz məkanı cənnətə dönüb.
Dillərdə söylənən ,,Zərifə’’adı,
Bitib-tükənməyən sərvətə dönüb.Dayanıb məzarlar önündə rəhbər,
Burda sevgi bütöv, məzar qoşadır.
Əbədi yaşamın tək bir yolu var,
Insanı xeyirxah əməl yaşadır…Dayanıb rəhbərim-gözlərində qəm,
Neyləmək, əzəldən belədir aləm.Tanrının hikməti dərsdir insana,
Qəm-sevinc qol-qola gəlib cahana.Bu dünya üzündə hər şey qoşadır,
Insanı xeyirxah əməl yaşadır…
——————————————-
O böyük ananın, şanlı atanın
Adı qoşalaşıb dillərə düşdü.
Şükür Allahıma, xalqın taleyi
Yenə də sarsılmaz əllərə düşdü.Ey uca millətin uca rəhbəri,
Əsil-nəsəbdəndir xeyirxahlığın.
Sələfindən gəlir üzü ağlığın,
Sənin rəhbərliyin, sənin şahlığın
Mən ,,şair,, olduğum illərə düşdü.Bu gündən boylanıb baxdım dünənə,
Varmış bəxtimizdə ilahi məna.
Uca Tanrımızın seçimi sənə-
Əbədi səadət ellərə düşdü.Xeyir-duasını Tanrıdan aldı,
Hünər meydanında qələbə çaldı.
Amalı, eşqiylə daim ucaldı
Günəş tək göylərdə doğan Prezident.,,Hə,, dedi millətdən gələn seçimə,
Inandı qeyrətli xalqın gücünə.
Xoş arzu , ilhamla xalqın içinə
Həmişə üzüağ çıxan Prezident.Qorunub şərindən bədnəfəslərin,
Kəsir sədasını ,,bayquş,, səslərin.
Sədaqət andına dönük kəslərin
Başında şimşək tək çaxan Prezident!Dağlar tək vüqarı, qüruru ilə,
Hər yeni səfəri, uğuru ilə,
Həqiqət işığı, haqq nuru ilə
Azman yağıları yıxan Prezident.
Şəri , qaranlığı boğan Prezident.Xalqına , elinə bir həmdəm kimi,
Qəlini millətə edib şəm kimi.
Dərdə şəfa verən saf zəm-zəm kimi,
Yanar ürəklərə axan Prezident.Millət,xalq sevgisi hopduqca qana,
Məhəbbət nurunu saçır hər yana.
Nura qərq etdiyi Azərbaycana
Heydər zirvəsindən baxan Prezident!!!
………………………………………………………………Vətən bizim and yerimiz,
Bu vətəni hər birimiz
Gülüstana çevirməli,
Yağıları devirməli,
Bizə xəyanət edəni,
Bizlə ədavət edəni
Yolumuzdan götürməli,
Zibil kimi süpürməli
Xəyanətkar cəlladları,
Vəhşiləri, manqurdları!!!
Sən adamda bir üzə bax,
Söylədiyi bəd sözə bax.
Nə həya, nə ar eyləyir,
Öz adına car eyləyir,Üzeyirin nəğməsini,
Nizaminin ,,Xəmsə,,sini.
Məni məndən alana bax,
Bu böhtana, yalana bax!Bu hiyləsi , yalanıyla,
Yurdumdakı talanıyla
Düşmən mənə verir dərdi ,
Başdan-ayaq bu ki şərdi!
Bu vətəni bölmək istər,
Sonra durub gülmək istər,
Içimizdən bizi yıxan,
ətimizi şişə çəkən
Harınlara, azğınlara,
Leş axtaran quzğunlara!
Susayıb xalqın qanına,
Duşmənin dəyirmanına
Su tökənə nə ad verək
Belə dərdə dözmür ürək.
Nə söyləyim yağıları,
Rəzil, nankor dığaları
Üstümüzə hayqırana,
Xocalıda soyqırıma
əldə badə nuş eyləyən,
baharımı qış eyləyən
rəzillərə, alçaqlara,
yurdu satan yaltaqlara?
Düşmənlərin qədəminə
Açılırsa qapı məndən,
Demək özgə baltasının
Yonulubmuş sapı məndən.
Bu torpağa xor baxanlar,
Gözü varkən kor baxanlar,
Birdəfəlik eşitsinlər
Nə qədər ki bu vətənin,
Bu torpağın, məmləkətin
Koroğlusu, Babəkləri
Çin eyləyir könüllərdə
Xoş arzuyla diləkləri,
Xətailər qeyrətiylə
Coçdurursa ürəkləri,
Sola bilməz bu vətənin
Cülüstanda çiçəkləri!
Bu torpağı sevənlərin,
Igidlərin, ərənlərin
Qeyrətini, hünərini,
Uğurunu , zəfərini
Alqışlayıb, əzizləyib
Oxşayacaq Azərbaycan,
Xoş arzular qovşağında,
Həqiqətın işığında
Yaşayacaq Azərbaycan!
Yaşayacaq Azərbaycan!!!
………………………………………Baxmayır çovğuna, baxmayır qara,
Gah Gəncəbasarda, gah Arandadır.
Baş çəkir Ağdaşa,Qaxa, Ucara,
Gah da Astarada,Lənkərandadır.Gəzir bölgələri o, qarış-qarış,
Toy-bayram eşqi var hər səfərində.
Xalqın sevgisidir coşub –çağlayan
Könül arzusunda, diləklərində.Vətənin başına Cənab Prezident,
Şam-səhər dolanan bir pərvanədir.
Qəlbləri coşduran hər xoş söhbəti
Özü tək ucadır, bir şahanədir.Elin şad günündə şadlanır-gülür,
Qəmli günlərində qəmlidir, gülmür.
Milləti səsləyir xoş gələcəyə,
Olub –keçənləri unuda bilmir:Büllur bulaqların qaynar çeşməsi,
Yurdumun çəməni,dağı,dərəsi,
Mavi dalğaların bəyaz ləpəsi,
Kür –Arazım , Göy Xəzərim –Vətəndir.Ulu babalardan milyon il qabaq,
Nəsillərə əmanətdir bu torpaq.
Döyünən ürəyim Şuşa, Qarabağ,
Göyçə eli, Zəngəzurum Vətəndir,Doğrunu deməkdə çaşmayıb zəndim,
Ruhuma nəşədir şəhərim-kəndim.
Borçalı ,İrəvan, qədim Dərbəndim,
Xəyallarım, duyğularım Vətəndir.Hər qynar bulaqda, hər axar çayda,
Bir qurtum dadmasam, axı nə fayda?
Bakım bu taydadır, Təbriz o tayda,
Ortadan bölünən yarı-Vətəndir.…………………………………………………………..
Anıb keçmişini eylədikcə yad,
Yadına qırğınlar, talanlar düşür.
Sağalmaz yaramız Xocalı dərdi ,
Yurdundan didərgin olanlar düşür.Əminəm, xaraba yurdlar yerində,
Çiçəkli bağçalar salınacaqdır.
Günahsız tökülən nahaq qanların
Bir gün intiqamı alınacaqdır!!!Seçib ağı qaradan
Haqqı nahaqqa qıymaz .
Ümidimiz Yaradan
Bu qanı yerdə qoymaz!Bilir , haqq- nədir- Allah,
Doğruya təndir Allah.
Əlçatmaz qadir Allah
Bu qanı yerdə qoymaz!Gözdən axan yaşları,
Dildən qopan ahları,
Əfv olmaz günahları,
Görən o qəhhar Tanrı
Bu qanı yerdə qoymaz!Görmüş viran elləri,
Itkin düşmüş ərləri,
Şəhid düşmüş ərləri,
O bənövşə boyunlu
Qızları , gəlinləri…Gün gələr , bitər ahım,
Çünki o bir Allahım ,
O dar gündə pənahım
Bu qanı yerdə qoymaz!Tarixən, zaman-zaman
Bizə gəlib hər bəla.
Olmayıb, üstümüzdən
əskilsin qəm, dərd-bəla.
Şəhidlərin məskəni
Azərbaycan –Kərbəla!..
Görürsə bu fəğanı,
Ölmüş qoca-cavanı,
Sızlayan Ələsgəri,
Ağlayan Natəvanı,
Görürsə qan içində
Yurdum Azərbaycanı,
əminəm ki, Yaradan
yerdə qoymaz bu qanı,
yerdə qoymaz bu qanı!!!
…………………………………………..Hara qədəm basır Cənab Prezident,
O yer çiçək açır, o yer gül açır.
Dilindən süzülən şirin kəlamlar
Qəlbə fərəh verir, min könül açır.Verir bəhrəsini çəkdiyi zəhmət,
Məktəblər tikilir, yollar açılır.
Hansı kənd-şəhərdə olursa-olsun,
Onun pişvazına qollar açılır.Doğma Lerikimə ayaq basanda,
Yurduma xoş ahəng, təravət gəldi.
Dağların başından duman çəkildi,
Dağlara bir yeni hərarət gəldi.Heydər ziyasından, İlham nurundan,
Hər tərəf al geyib, nura boyandı.
Ata bir xilaskar, oğul sərkərdə,
Ata-oğul,millət- bütöv bir candı.Qartal baxışıyla, dağ vüqarıyla
Dağlara əzəmət, vüqar gətirdi.
Gəlsə də Lerikə bir payız günü,
Özüylə gül açan bahar gətirdi.Heydər zirvəsində səsləyir bizi,
Ucalmaq hər kəsin deyildir işi.
O böyük dahiyə layiqdir, əlbət,
Ata Heydər yolu gedən bir kişi.Həqiqət yoluyla gedən Prezident
Gücünü həmişə Haqdan alıbdır.
Qəlbində xoş arzu, ülvi bir niyyət,
Haqqı deyə-deyə o ucalıbdır.Istərsə xaricdə, istə daxildə
Amalı, məramı həqqət olub.
Köksündə döyünən saf ürəyində
Vətənə, torpağa məhəbbət olub.Qəlbində vətənin ağrı-acısı,
Vətəndir gözünün ağı-qarası.
Qövr edir köksündə hər an, hər saat
Qarabağ həsrəti, Şuşa yarası.Hər Ali məclisində, tribunalarda
Gündəmə gətirir o, Qarabağı.
Kökündən qoparıb atmaq istəyir
Xalqın sinəsinə çəkilmiş dağı.Dəf edir düşmənin fitnə-şərini,
Ədalət rəhbərin haqq səsindədir.
Xalq ilə bərabər, millətə birgə
Zəfər sorağında. həvəsindədir.
————————————–Yanar ürəklərin alar odunu,
Tükənməz, çağlayn bulaqdır İlham.
Yenilməz,əlçatmaz uca dağ kimi
Bu xalqa, bu ələ dayaqdır İlham.Dillərdə dolaşır şöhrəti, şanı,
Axır damarından ər Heydər qanı.
Böyük bir millətin Baş Komandanı,
Vətən keşiyində oyaqdırİlham.Bu xalqa, bu elə dar gündə yardı,
Etdiyi yaxşılıq aləmə cardı.
Millətə ömrünə zinətdi, nurdu,
Sönməyən işıqdır, mayakdır İlham.
——————————————–Ellər anasıdır Mehriban xanım,
Min alqış, afərin yaraşır ona.
Xalqı öz kökünə qaytaran ana
Yeni bir can veri muğamatıma.Dünyani dolaşir,,Zabul’’, ..Cahargah’’,
Muğam dünyasına qərq edib bizi.
Kişi qeyrətiylə, ər hünəriylə
Yaratdı Bakıda ,,Muğam mərkəzi,,Bu Mərkəz Bakının zinət tacıdır,
Seyrinə dalana bir tamaşadır.
Çalışır İlhamla çiyin-çiyinə,
Koroğlu Nigarla sanki qoşadır.Şairlər adına dastan yzmalı,
Şəninə təriflər, alqışlar azdır.
Dirçəltdi ölkədə muğamatımı,
Növbədə Qorquddn yadigar sazdır.Qeyrətdə Nigara, Həcərə taydı,
Xoş zəfər müjdəli səsdi, haraydı.
Zülmət gecələrdə parlayan aydı,
Gündüzlər günəşdən ziyası vardır.Tanrı öz lütfünü göstərib ona,
Qəlbi xəzinədir ali-ürfana.
Hünərdə bənzəyir Burla Xtuna,
Ismətdən yoğrulmuş çöhrəsi vardır.Azəri yurdumun hər bucağında,
Qızılgül bitirir Vətən bağında.
Fidan balaların qönçə çağında
Mehriban adında anası vardır.
…………………………………………….Uzaq deyil, o xoş çağım,
Çin olacaq umacağım.
Qurtulacaq qəm əlindən
Cənnətməkan Qarabağım.
Prezdentin sayəsində!
Yox olacaq qüssə-kədər,
Üzümüzə gülür səhər…
Abadlaşır rayon-şəhər
Prezdentin sayəsində!Xalqım hər əmrə müntəzir,
Vətənçün can deyib nəzir.
Azərbaycan dünya gəzir
Prezdentin sayəsində!Vicdanı saf, qəli təmiz.
Xalq yanında xətri əziz.
Dalğalanan coşan dəniz-
Prezdentim ,Prezdentim!Qaranlığı yara-yara
Gedir nurlu sabahlara.
Kimsəsizə məlhəm-çara-
Prezdentim , Prezdentim!Xalqa bəlli qeyrət, arı,
Yenilməzdir dağ vüqarı.
Ulu Heydər yadigarı-
Prezdentim , Prezdentim!
…………………………………………..Gecəsi yox, gündüzü yox,
Axşam –səhər xalqı anır.
Sevincini öz sevinci,
Dərdini öz dərdi sanır.Əməliylə olub bizim
Ömrümüzə işıq saçan.
Laləzara döndəribdir,
Gülüstandır Azərbaycan!Qürur duyur hər bir zaman
Millətimin xoş günündə.
Danılmazdır xidmətləri,
Uğurları göz önündə.Sevgisi el sevgisidir,
Qəlbi eşq ilə doludur.
Haqq-ədalət carçısıdır,
Yolu həqiqət yoludur.
………………………………………..Qəlbi sevgi, nəğmə dolu,
Gül-çiçəkdir sağı-solu.
Xalqın ,elin işıq yolu,
Nur yaranıb, nur doğulub.Hər kəlamı canlı əsər,
Xoş günlərə xalqı səslər.
Zəhmətini danan kəslər
Bu dünyada kor yaranıb.Alqış xalqa hörmətinə,
Qayğısına , diqqətinə.
Arxa durub millətinə,
Tur doğulub, Tur yaranıb.Vətən üçün can yandıran,
Haqla nahaqqı sındıran,
Dağ əzmiylə öndə duran,
Haqq səsiylə Sur yaranib!
…………………………………………Sənətə ehtiram, sənətə qiymət,
Tükənməz istəyi, amalı olub.
Həyatda qaradan ağı ayıran
Dərin düşüncəsi, kamalı olub.Alar ilhamını hər an, hər zaman
Gözəl musiqidən, gözəl əsərdən.
Verər qimətini istedadlara,
Şairi , alimi qoymaz nəzərdən.Deyirəm, Füzuli kaş sağ olaydı,
Vaxtında alardı öz qiymətini.
Sənətə ehtiram bəslənən yerdə
Itirməz heç zaman söz qiymətini.Bu dünya durduqca daim var olsun,
Qüdrəti dağlardan uca rəhbərim.
Yaradan hər zaman ona yar olsun.
Layiqdir bu taxta-taca rəhbərim.
………………………………………………………..Heydər bağı…cənnət guşə…
Həyat eşqi coşub-daşır.
Burda hamı gözəlliklə,
Səaətlə salamlaşır.Bu səfalı dilbər guşə
Vətnin bir parçasıdır.
Təbiətə min rəng vuran
Ilahinin fırçasıdır.Qoca-cavan şövq içində,
Odur, gəlir axın-axın.
Nəvəsinə can-can deyən
O qocaya siz də baxın.Baba müdrik ərliyimiz,
Nəvə məsud gəncliyimiz.
Bir sarsılmaz özül üstə
Qərar tutub dincliyimiz.Qövsü-quzeh təravətli
Gül-çiçəklər min rəng çalır.
Baba çılğın nəvəsinə
Bəxtiyarca nəzər salır.Nəvə şən-şən oynadıqca
Daş döşəmə üzərində
Ömür, həyat gözəlləşir
Ixtiyarın gözlərində.Fəvvarələr saçaqlanıb
Salxım söyüd budağıtək.
Azadlıqda keçən illər
Bir-birindən xoş gələcək.Doğma yurdun səmasında
Nə çiskin var, nə duman var.
Azadlığı pay verməzlər,
Azadlığı qazanan var.O kimdir ki,həyatını
Öz xalqına bağışladı?
Xilaskarı yerdə bəşər,
Göydə mələk alqışladı.Hər yaranan bəşər oğlu
Yaradana minnətdardır.
Hər möhtəşəm bir sarayın
Öz memarı, bil ki, vardır.
———————————-
Ey böyük sərkərdə, ey böyük insan,
Şəninə söz demək deyildir asan.Asan olmasa da, yazdim şeirimi,
Yaratdım ilhamla, duydum ürəklə.
Amalın müqəddəs, niyyətin təmiz,
Yaşa qəlbindəki arzu,diləklə,Vətən bağçasının bağbanı sənsən,
Gülüstan görünür önüm, İlhamım!
Xalqın komandanı, rəhbəri sənsən,
Anbəan xoş gəlir günüm, İlhamım!Ata Heydər yolu hər yoldan haqdır,
Sevgisi qəlblərdə sönməz ocaqdır.
Səninlə boyaboy ucalacaqdır.
Bayrağım, məsləkim, dinim, İlhamım!Əbədi bahardır xoş təbiətin,
Vətənə xidmətdir işin, sənətin.
Hünərin sarsılmaz, iradən mətin,
Olubsan düşmənə qənim, İlhamım!Sən mənim rəhbərim, havadarımsan,
Mərdliyim, qürurum, iftixarımsan.
Mənim sərvətimsən, mənim varımsan,
Mənim İlhamımsan, mənim İlhamım!
……………………………………………………..
Duyğumu, hissimi çevirib şeirə,
Göylərə boylanıb dalıram seyrə.
Orda hər kəsin öz bəxt ulduzu var.
Tanı ulduzunu,ey ürək, tanı,
Indi üfüqlərdən günəş doğacaq,
Durum qarşılayım Heydər Atanı !!!son 2003-2010.
-
“Əbədi insan” (Poema)
Əbədi insan
(Poema)SƏNİN KİMİ BİR DAHİ
BİR DAHA YER ÜZÜNƏ
BƏLKƏ DƏ GƏLMƏYƏCƏK.
AZƏRBAYCAN SƏNİNTƏK
BÖYÜK ZƏKA SAHİBİ
BƏLKƏ DƏ GÖRMƏYƏCƏK.
ŞƏXSİYYƏT OLMAQ ÜÇÜN,
BİR TƏK İNSAN OLMAĞIN
HEÇ DƏ ÖNƏMLİ DEYİL
HƏR ADDIMDA AD ALMAQ,
HƏR ADDIMDA UCALMAQ
HEÇ DƏ HƏQİQƏT DEYİL.
HƏQİQƏT ODUR Kİ, SƏN
BU MİLLƏTİN, BU XALQIN,
SƏSİNƏ SƏS VERƏSƏN.
HƏQİQƏT ODUR Kİ, SƏN,
HƏR İNSANIN ÖMRÜNÜ
ÖZ ÖMRÜNTƏK BİLƏSƏN.
BUSA SƏNİN AMALIN
ƏMƏLİNDƏ GÖRÜNDÜ.
AZƏRBAYCAN SƏNİNLƏ
BİR SIRADA DÖYÜNDÜ.
İNDİ SƏNİN UĞURUN,
MİLLƏTİNƏ GÜC VERİR
GÖRDÜYÜN ƏMƏLLƏRİN
QÜDRƏTİNDƏN SÖZ VERİR.
“HEYDƏR BABA”ADINI,
SƏNƏ OLAN MƏHƏBBƏT
BU TORPAQDA BÖYÜYƏN,
YETİŞƏN KÖRPƏN DEYİR.
SƏN BU GÜN BİZİM ÜÇÜN
BİR ƏBƏDİ MAYAKSAN.
HƏLƏ İNSANLARINDA QƏLBİNDƏ
ƏSR-ƏSR DAİM UCALACAQSAN.
AĞLINA, QÜDRƏTİNƏ ÇOXLARI
HEYRAN QALIB
NEÇƏ ÖLKƏ BAŞÇISI
NEÇƏ BÖYÜK ŞƏXSİYYƏT
SƏNDƏN BİR İLHAM ALIB
SƏNDƏN SONRA YETİRMƏN
İLHAMIMIZ VAR BİZİM
SABAHLARA APARAN
DÜZ YOLUMUZ VAR BİZİM
SƏNDƏN İLHAM ALMIŞDIR
AZƏRBAYCAN HƏR ZAMAN.
OĞLUNLA FƏXR EDİRİK
UCALIRIQ HƏR BİR AN
SƏN TARİXİN ÖZÜSƏN
SƏNİ ÖYRƏNMƏLİYİK
SƏNİN UĞURLARINLA
İRƏLİ GETMƏLİYİK.
SƏN BƏŞƏRİN BİZLƏRƏ
BƏXŞ ETDİYİ DÜHASAN!
SƏN ZİRVƏYƏ UCALIB,
ZİRVƏLƏRDƏN DƏ UCASAN
YENİLMƏZ BİR XİLASKAR,
SÖNMƏYƏN BİR ÇIRAQSAN.
ƏBƏDİLİK BİZİMLƏ
TARİXDƏ QALACAQSAN! -
“Nə qələm, nə varaq, nə vaxt bəs eylər!”
NƏ QƏLƏM, NƏ VARAQ, NƏ VAXT BƏS EYLƏR!
Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyinə.
Bir dövrün, zamanın astanasında,-
Xalq “Heydər”-söylədi, Heydər “Xalq”-dedi.
Doğma diyarının ulu öndəri,-
Hayanda oldusa yenə haqq dedi.Bu ulu torpağa, ulu diyara,
Öndərin sevgisi bitmədi şükür.
Sevincdən gözləri dolan torpaqda,
Rəhbərin zəhməti itmədi şükür.Yenə tarix boyu göyə ucalan,
Bayrağın önündə əyilməyi var.
Ruhunun önündə əyilən dünya,
Tanrıdı öndərə yenə, yenə yar.Bir dastan qoşulsa, ulu öndərə,
Böyük bir diyarda-yurdda səs eylər.
Ömrünü qələmə almaq istəsəm,
Nə qələm, nə varaq, nə vaxt bəs eylər.Şərəfli bir ömrü yurdda yaşamaq,-
Mən indi bildim ki, asan deyilmiş.
Gözünə baxanda gördüm ki, göz də,-
“Yaşa, AZƏRBAYCAN, yaşa!”-deyirmiş.Kənan AYDINOĞLU.
“Hüseyn Arif” Ədəbi Birliyinin üzvü.
2 fevral-2 aprel 2013.Bakı şəhəri -
DGTYB: “Çağdaş Azərbaycan ədəbi qurumları” kitablaşdırıldı
Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Gənc yazarların Bakı görüşü” layihəsi çərçivəsində “Çağdaş Azərbaycan ədəbi qurumları” kitabının növbəti sayı 180 səhifə olmaqla, 1035 tirajla işıq üzü gördü.Layihənin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin Təsisçilər Şurasının başqanı Əkbər Qoşalıdır.Layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən peşəkar ədəbi yaradıcılıqla məşğul şəxsləri birləşdirən qurumlar, dərgilər, qəzetlər; saytlar; ədəbiyyatşünaslıq üzrə istisaslaşmış elm-tədqiqat ocaqları; ədiblərin ev muzeyləri, Poeziya Evləri; nəşriyyatlar; eləcə də represiya qurbanı olmuş Azərbaycanlı ədiblər, şəhid Azərbaycan şairləri barədə bilgilər “Çağdaş Azərbaycan Ədəbi Qurumları”nda kitablaşdırıldı.
Qeyd edək ki, “Çağdaş Azərbaycan Ədəbi Qurumları” kitabının I nəşri 2009-cu ildə “Turan evi” nəşriyyatı tərəfindən 118 səhifə olmaqla, 450 tirajla dərc olunmuşdu.DGTYB başqanı Əkbər Qoşalının hazırladığı kitabın redaktorları Rəsmiyyə Sabir, İlqar İlkin və Namiq Hacıheydərli olmuşdu. -
BÖLGƏ ŞAİRLƏRİ BAKIDA TOPLANIR
DGTYB-nin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Gənc yazarların Bakı görüşü” adlı layihə çərçivəsində, dekabrın 10-da Bakıdakı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Şeir Axşamı” keçiriləcək (Qeydiyyat: s.16.00, açılış: s.17.00). “Şeir Axşamı”nda bölgələrdən gəlmiş gənc şairlər öz şeirlərini oxuyacaq vəmünsiflər heyətinin müəyyənləşdirəcəyi 3 nəfər ödülləndiriləcək. “Münsifər heyəti”nə Rəşad Məcid (AYB Gənclər katibi, “525-ci qəzet”in baş redaktoru), İbrahim İlyaslı (Sumqayıtdakı Əli Kərim adına Poeziya Evinin direktoru), Dəyanət Osmanlı (Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru), Rüstəm Kamal (BSU Yaradıcılıq fakültəsinin dekanı), Qulu Ağsəs (“Ulduz” dərgisinin baş redaktor müavini), Ramiz Qusarçaylı (Qubadakı “Ay işığı” Ədəbi Məclisinin başçısı), İlqar İlkin (“Birlik” dərgisinin baş redaktoru) daxildir.
“Şeir Axşamı”na DGTYB mənsubları və donor təmsilçiləri ilə yanaşı şairlər, yazıçılar, jurnalistlər, QHT nümayəndələri, şeir və kitab dostları dəvətlidir (Giriş sərbəstdir).***
Bakıya gəlmiş gənc şairlər 11 dekabr, günün birinci yarısında Azərbaycan Yazıçılar Birliyində respublika ədəbiyyat ictimaiyyətinin nümayəndələri və AYB rəhbərliyi ilə, günün ikinci yarısında isə Atatürk Mərkəzində Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərovla görüşəcəklər.
Gənc yazarların Bakı Görüşü iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanı, Bakı Türk Şəhidliyini və “Güllələnmiş heykəlləri” ziyarət edəcəklər. Gənclərin həmçinin paytaxtdakı muzeylərdə, o cümlədən N.Gəncəvi adına Ədəbiyyat Muzeyində olmaları da nəzərdə tutulub.
Qeyd edək ki,DGTYB bu ilin yayında Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Türk Dünyası Gənc Yazarlarının Bakı Toplantısı”, eləcə də Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyasında Ədəbiyyat… Ədəbiyyat(ımız)da Türk Dünyası…” layihələrini də həyata keçirib. Artıq başa çatmış bu layihələr çərçivəsində (uyğun olaraq) “NAKAM ŞAİRLƏR” və “TÜRK DÜNYASINDA ƏDƏBİYYAT…” kitabları işıq üzü görüb. Hazırda davam edən “Gənc yazarların Bakı görüşü” layihəsi çərçivəsində isə “ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİ QURUMLARI” adlı tanıtım kitabı hazırlanıb.
Əlaqə tel.: 050 529 28 33, 055 350 32 22, 050 545 68 98, 055 573 11 98; E-mail: dgtyb@box.az, yazar55@rambler.ruDövlət Mahnı Teatrının ünvanı: Bakı, R.Behbudov küçəsi -12, AZ1000.
-
Yeni layihə: “Dastana çevrilən rəhbərin ömrü”.
Salam, Əziz və Hörmətli Dostlar!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı “Dastana çevrilən rəhbərin ömrü” adlı yeni bir layihə həyata keçirir.Layihənin rəhbəri Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və “Şərq bölgəsinin ədəbiyyatı” bölməsinin redaktoru, “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycanın istedadlı gənc xanım yazarı Elnurə Ağazadədir.Layihə çərçivəsində dekabrın 12-də Ümummilli Lider Heydər Əlirza oğlu Əliyev haqqında qələmə alınan ədəbi-bədii nümunələr, poeziya örnəkləri, poemalardan parçalar, məqalələr, publisitik qeydlər dərc olunaraq facebook sosial şəbəkəsi vasitəsilə ictimaiyyətin nəzərinə çatdırılacaq.
Yazılarının dərc olunmasını istəyən əziz və hörmətli sayğıdəyər dostlarımız dekabr ayının 11-i saat 22:00-q qədər aşağıda göstərilən ünvanlara müraciət edə bilərlər:Üvnan: Azərbaycan Respublikası, Bakı şəhəri.
E-mail: edebiyyat-az.com@mail.ru
Əlaqə telefonları: (051) 785 44 33; (055) 260 98 90 -
Debüt: Azər ABBASOV (Naxçıvan Muxtar Respublikası).Yeni şeirlər
Azər ARİFOĞLU (Abbasov Azər Arif oğlu) 1975-ci il sentyabr ayının 12-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.1982-1992-ci illərdə Naxçıvan şəhər 3 saylı orta məktəbdə təhsil alıb.Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı Nümayəndə Heyətlərinin Fəxri üzvü və “Naxçıvan Muxtar Respublikasının ədəbiyyatı” bölməsinin Redaktorudur.* * *
Axşamçağı gördüm səni bulvarda, gözəl qız…..
Qalmışdı gözün sanki uzaqlarda, gözəl qız….Bir uykuya dalmışdı dəniz sanki o axşam…..
Yatmışdı o nisgilli baxışlar da, gözəl qız…….Hərdən də üzən zülfünü oxşardı küləklər…..
Sandım ki, vurulmuş sana onlar da, gözəl qız……Bir ani göz atdın mənə birdən….yenə bir bax…..
Heç baxmadın amma daha…..yalvar da…..gözəl qızAzər sana ya sanki vurulmuş….bu həqiqət
Getdin, buraxıb Azəri sən darda, gözəl qız* * *
Ey gözüm, qan ağlamaqdan çeşmi-giryanım vətən
Sən mənim cismimdə canımsan, pərişanım vətənBir anamdır, bir də sənsən, başqa bir şey istəməm
İstərəm olsun fəda uğrunda bir canım, vətənÇox da şairlər gözəllərdən qəzəl yazmaqdadır,
Başqa bir yar yox mənim qəlbimdə, cananım vətənLeylinin uğrunda Qeysin əqli olmuşdur fəda
Leylilərdən gül açıb qoynun, gülüstanım vətənHər zaman bir halə düşdüm, sən səbəb oldun buna
Həm sevincimsən mənim, həm ahu- əfğanım vətənGər adım Azər mənim, sən ərməğan etdin onu
Həm adımsan sən mənim, həm şöhrətim, şanım vətən -
Debüt: Ruhiyyə BAHAR (Sumqayıt).Hekayə
TƏRCÜMEYİ-HAL
Ruhiyyə BAHAR (Əliyeva Ruhiyyə Səfərxan qızı) 1976-cı il noyabr ayının 12-də Sumqayıt şəhərində anadan olub.1983-1993-cü illərdə Sumayıt şəhər 10 saylı orta təhsil, 1993-1998-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
2005-2007-ci illərdə “Hakimiyyət və Zaman” qəzetinin redaktoru olub.2007-ci ildən “Bahar” uşaqlar üçün ədəbi-bədii əyləncəli jurnalın və 2010-cu ildən “Bahar çiçəyi” uşaqlar üçün ədəbi-bədii əyləncəli qəzetin təsisçisi və baş redaktorudur.
2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin Fəxri üzvü və “Uşaq ədəbiyyatı” bölməsinin redaktorudur.sLalələr
Dağları əzəmətinə görə sevir insanlar. Özü boyda sirr dünyası olan dağlar bəşəri canlılar üçün bir beşik, bir yuvadır. Güneyi gül-çiçəkli, qüzeyi ağaclı,kollu, biçənəkli olur dağların. Həm də insanlar dağlara sevgisindən çoxlu əfsanələr, rəvayətlər söyləmiş dağlara.
Deyirlər belə dağlardan birində sarı qaya zirvəsindən aşağılarda, dərəyə yaxın bir yerdə kənddən xeyli aralıda bir koma varmış. Komada Yaxşı nını ilə bir yerdə Lalə adlə gözəl bir qız yaşayarmış. Bu iki varlığı eldən-obadan uzaq salan bir dərd varmış. Toy günündən bir neçə ay sonra Yaxşı adlı gözəlin sevgilisi Böyük Vətən müharibəsinə gedir. Il ötsə belə sevgilisindən xəbər olmur. Amma sevgilisindən gözəl-göyçək bir qız uşağı dünyaya gəlir. Illər ötür. Müharibə qurtarır. Lalə böyüdükcə Yaxşının ər intizarı yavaş-yavaş yoxa çıxır. Axşam günəş kimi sönür…
Lalə yaşadığı komadan meşəyə doğru gedən cığırın qurtaracağında çökəkdə bir bulaq qaynayırmış. Bulağın yuxarı tərəfində sıldırım qayalar, qayaların sinəsində içərisində qurt-quş yaşayan böyük meşə varmış. Bulağa su içməyə gələn cüyürlər özləri ilə cığırlar gətirmiş və həmin cığırlarla yoxa cıxarmışlar.
Daha Lalə böyümüş, seviləsi bir qiz olmuşdu. Incə beli, ceyran yerişi, gül taxılmış sinəsi zamanın sürətlə ötdüyündən xəbər xerirdi. Lalənin ən çox sevdiyi dağlar gülü lalə idi. Burada bitən lalələrin bir rəngi vardı,qırmızı….
Bir dəfə Lalə səhəngi götürüb bulağa gələndə gördüyündən təlaşlandı. Başında buxara papaq,qara qaşlı, qara gözlü, qara bığlı bir cavan yerə sərilmişdi. O, bir əlində tüfəng olduğundan o biri əli su icmək üçün bulağın gözünə doğru sürünsədə taqətdən düşmüş halda zarıyırdı. Ayağının baldırından axan qan laxtalanmışdı. Lələ bu ovçu oğlanı komalarına naecə gətirdiyini özu də bilmədi. O,gücü haradan aldığını belə duymadı.
Anası Yaxşı qarı güllərin,çiçəklərin sirrini dərindən bildiyinə görə tez otlardan məlhəm düzəltdi. Ovçu oğlanın yarasını yuyub sonra sarıdı.
Bir neçə gün keçdi. Bu günlər Lalə üçün zindan oldu. Ovçu oğlanın qarsılmış dodaqlarından su və gül şirəsindən başqa hec nə keçmədi. Bir səhər bu gözəl oğlan gözlərini açdı və:
-Mən hardayam?- deyə soruşdu.
Heç bir cavab olmasa da ətrafında nurani bir qarı ilə gözəl bir mələk gördü. Qara gözlü su sonası oğlanlın gözünü günəş kimi qamaşdırdı.
Beləcə ovçu oğlan bir neçə gündən sonra tamam sağaldı və ayağa qalxdı.
Onu xilas edənlərlə yaxından tanış oldu. Başına gələnləri, ayı ilə döyüşən zaman gülləsinin qurtarmasını, yaralanıb ayının əlindən qaçmasını söylədi.
Ovçu nə söyləsə belə Lalə sanki yuxuda idi. Onu iki duyğu odlandırırdı. Biri özgə, tanımadığı yaralı oğlanı sevdiyi idi, ikincisi isə…
Daha ovçu tam sağalmışdı. Günün birində oğlan üzünü həm Yaxşı nənəyə, həm də Laləyə tutub getməli olduğunu söylədi. Ona etdikləri yaxşılığı heç bir zaman unutmayacağını dedi.
Lalənin dili tutulmuşdu. Icazəsiz sevdiyi bu oğlana deməyə sözü daşa dönmüşdü. Oğlanda sanki cadugər kimi qızın dil ağzını bağlamışdı.
Ovçu komadan uzaqlaşar-uzaqlaşmaz hava qəflətən dəyişdi. Göy guruldadı, şimşək çaxdı. Ele bir yağış yağdı ki, sel suya qarışdı. Indiyə dək bu tərəflərə belə bir yağış yağmamışdı. Dağlardan gələn güclü sel, koma qarışıq Yaxşı nənəni, Laləni ağuşuna alıb sıldırım dərələrə görünməz etdi.
Yeni ildə adamlar gözlərinə inanmadılar. Dağlarda əvvəllər qıp-qırmızı bitən lalə güllərin indi bağrı qara idi. -
Ruhiyyə BAHAR.”Şirinçayı çək başıva” (Hekayə)
Şirin çayı çək başıva.
Baharın 5 yaşı var, o, evin tək qızıdı. Hər səhər anası onu min bir zülümə yuxudan oyadıb, səhər yeməyini yedirdib bağçaya aparırdı.
Bir səhər də yenə yuxudan qışqırda-qışqırda, ağlaya-ağlaya yuxudan oyatdılar.
-Ay qızim, dur da axı mən işə gecikirəm. Səhər yeməyini ye səni bağçaya qoyum, tez işə gedim. Bax işdən gələndə sənə çoxlu konfetlər, oyuncaqlar alacam-deyə anası dilləndi.
Oyuncaq, konfet eşidən kimi Bahar yerindən durdu və dilləndi:
-Onda səhər yeməyini yemirəm.
-Yox, olmaz yeməsən konfet də görməyəcəksən-dedi anası.
Bahar əl-üzünü yudu, anası saçlarını darayıb hördü. Tənbəl-tənbəl gəlib stolda oturdu. Anası ona çay süzüb, şirin elədi. Çörəyi xırda kubiklərə ayırıb üstünə cem, yağ sürtüb qarşısına qoydu. Bahar gah şirinçaya baxır, gah da qarşısına yığılan çörəklərə. Güclə birini ağzına qoyub şirinçaydan bir qurtum aldı. Yavaş-yavaş öz dünyasında danışa-danışa yeyir, gah sağa baxır, gah sola baxır gah da stolun altına. Anası yenə dilləndi:
-Bahar, mən işə gecikirəm axı tez ol ye yeməyini gedək.
Anası bir dedi, iki dedi amma, Bahar öz aləmində idi. Anası hirsləndi:
-Yemirsən yemə heç olmasa şirin çayı çək başıva gedək.
Bahar içi şirin çayla dolu stəkanı başının üstünə qaldırıb başından aşağı süzdü. Başdan ayağa oldu su içində. Anası bunu görüb bərk qəzəbləndi:
-Ay Bahar, neylədin?
-Demədin şirincayı çək başına, mən də çəkdim də. -
“Bölgələrdən səslər” kitabının ikinci hissəsi nəşrə hazırlanır
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” adlı layihə çərçivəsində “Bölgələrdən səslər” kitabının ikinci hissəsi nəşrə hazırlanır.Layihənin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyi Təsisçilər Şurasının başqanı Əkbər Qoşalıdır.Lahiyə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan istedadlı gənc yazarların özkeçmişləri, ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanaraq “Bölgələrdən səslər” də kitablaşdırılacaq.
Qeyd edək ki, “Bölgələrdən səslər” kitabının birinci hissəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” adlı layihə çərçivəsində 2012-ci ildə “Bilik” Poliqrafiya Mərkəzi tərəfindən 240 səhifə olmaqla 500 tirajla dərc olunub.Layihə rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı, tərtibçisi Dünya Gənc Türk Yazarlar Birliyinin Baş katibi Rəsmiyyə Sabir, redaktorları Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İbrahim İlyaslı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşən Əzim, məsləhətçilər Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlirza Həsrət, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Məmməd Alim, Azərbaycan Yazıçılar Birliyinin Şəki Bölməsinin sədri Vaqif Aslan, Azərbaycan Yazıçılar Birliyinin Quba Bölməsinin sədri Ramiz Qusarçaylı, texniki redaktoru Bahar İsmayılova, üz qabığının tərtibçisi Nəvai Metindir.Kitabda 28 rayon və şəhərimzdən 75 gənc qələmin yazıları yer alıb. Onların bir çoxu respublika səviyyəsində ilk dəfə təqdim olunub.“Bölgələrədn səslər” respublikanın aparıcı kitabxanalarına pulsuz paylanıb. -
Debüt: Günel GÜN (Bakı şəhəri).Yeni şeirlər
Günel GÜN
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İdarə Heyətinin üzvüGünel GÜN (Lətifova Günel İzzət qızı) 1985- ci il avqust ayının 3-də Bakı şəhərində anadan olub. Bakı şəhəri F.Nəcəfov adına 266 saylı orta məktəbin məzunu olub. 2007-ci ildə Bakı Biznes Kooperasiya Universitetinin Maliyyə-Vergi Hüququ fakultəsini bitirib. Azərbaycan ,rus, türk, ingilis və digər dünya yazarlarının yaradıcılığı ilə tanışdır. 600- ə yaxın şeirin, 3 essenin və 1 dedektiv romanın müəllifidir. Musiqiyə olan həvəsindən dolayı 15-dən çox həvəskar bəstələri var, bəstələdiyi musiqilərin sözləri də Günel xanımın özünə məxsusdur. Bundan əlavə 2013 cü il aprel ayında Unisef və Gənclər Turizm Nazirliyinin birgə təşkil etdiyi ”Qısametrajlı filmlər”layihəsində, ssenarisi Günel xanıma məxsus olan “Səadət” filmi 3 yer almışdır. Günel xanım televiziya kanallarında dublyaj səslənməsində işləyir,Lider tv-nin efirində “Qida-mədəniyyətimiz”adlı layihənin baş redaktoru olmuşdur, eyni zamanda öz dilimizlə yanaşı rus, ingilis və türk dillərini bilir, şeirlərinin 200-dən çoxu türkcədir . Gənc şairəmizin yaradıcılığı fəlsəfi fikirləri ilə fərqlənir. Onun şeirlərində tanrıya inamı, həyatın fərqli hadisələrinə fərqli zəmində yanaşmasını sezmək mümkündür. Artıq Günel xanım “Günel Gün” təxəllüsü ilə oxucularını salamlamaq istəyindədir. Və bu ləqəbin izahını belə təhlil edir.”Hər yaradıcının fərqli dünyası var o dünya, kainatımızın günəşi ilə deyil öz günəşi ilə doğar və doğrular. Mənim dünyamı doğruldan günəşsə, məs adımdan sonra təxəllüsüm etibarilə doğan Gün ifadəsini təsdiq edən günəşdir. Ancaq bu təxəllüs mənim fikirlərimdə doğrulmasına baxmayaraq, öz ideyam deyil. Çox böyük və xüsusi hörmətim olan ,insanlığını çox sevdiyim, ən yaxın və ən əziz ifadələrini layiqincə qazanmış dostumdan hədiyyədir”.2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İdarə Heyətinin üzvüdür.
Düşüncələr.
Düşünürəm… bu anda mən nə görürəm?
Görmək hissi düşüncəyə aid deyil.
Düşüncədə hərflərdə samit deyil, sait deyil,
Düşüncənin sonuda heç sabit deyil!Düşünürəm gün gələcək…
Bu sözləri yazan bamaqlar məhv olaraq gedecək.
Nəyinki bu barmaqları, bu vücudu, bu varlığı
Hər kəs yaddaşdan siləcək.Bircə yad daş, görünəcək
Soyuq daşlar arasında
Rəsmi vardır daş başında
Ismi vardır başdaşında.Tək bununla, o kimsənin kimliyi kim?
Xatirlərdə bilinəcək.Düşünürəm … düşüncəmin soyuq düşüncələri ilə üşüyürəm.
Bəs bu nədir? Bəlkə yox olmaq qorxusu
Bəlkədə aşkar yuxusu, düşüncələr həyatimın
Tək cavabı, tək sorğusu,
Düşüncələr hisslərimin, söylədiyim sözlərimin
Vardır onlarda qorxusu.
Düşüncələr göz yumduqca yalnız görüntüyə gələr,
Onların məkanı dəniz, rəngi şəffaf, meyyarı su?Yoxsa dənizlərmi verdi, düşüncələri bizlərə?
Ağlamaq hissi nə imiş biz hələ bilmirdik hələ
Dəniz düşüncəni verdi,düşüncə dərdə çevrildi,
Dərdsə qərq oldu gözlərə, deyə bilmədi sözlərə
Dərd yenə suya çevrildi, göz yaşları süzülərək
Bənzədilər üzdəki, qırışlar ilə yanağ dağından asaraq
Görünən dolğun sellərə,
Yenə sellər aşdı – daşdı, töküldülər dənizlərə.
Düşüncələri dənizlər, dənizlər verdi bizlərə..?
Düşüncələr ağıllını dəli edər.
Düşüncələr insanı öz – özü üçün zəlil edən
Düşüncələr vardan yoxlar, yoxdan heçlər
Düşünsən ki, düşüncələr gəldi – gedər
Dərin düşün! Düşüncəni, verən bizə, vermədiki düşün hədər.
Rəbbim bizə bəxş etdiki düşüncəni,
Yaşamaq üçün hər günü maraq olsun təzə yeni.
Rəbbim bizə bəxş etdiki düşüncəni,
Dərk edək biz yaradanı, dərk edək həvva – adəmi.Həyat üstümüzə gəlir fərəhlə…
Həyat üstümüzə gəlir fərəhlə.
Bizsə gedəcəyik addımba-adım
Bu gün dalaşarsan daşla- kəsəklə
Dön! Və üzür istə addımba-addımDünən dili laldı, bugün gözü kor
Sabahsa qulağı eşitməyəcək.
Artıq pislikləri cin, şeytan deyil
onların yerinə insan edecək.Kiçik bir uşağa sual verirəm,
Cavabında mənə “bilmirəm” deyir!
Atası örgətmiş yoxsa anası,
Ancaq bilirəmki bu belə deyil
Bugunki zamanda bugün doğulan,
Dündən bətinində şeytanlıq edir.Dostum bu sözləri məcazi dedim,
Insanı gözü kor lal və kar dedim
Indidə izin ver dediyim sözün
Bildiyim qədərlə izahın edim.Dedim:- gözü kordur demədim görmür
Sən bugün gördüyün o dünən görmüş
Elə bir əməllə durub qarşında
Sən sabahda onu görməyəcəksən
Bəlkə görə bildin ahıl yaşında.Dedim:- dili laldı demədim dinmir
Sən dediklərinə o qulaq asır
Məgər bilmirsənmi ağıl hey susur
Danışanda yalnız hiylə danışırDostum deyəcəksən axı eşitmir
Mənim dediklərim hardan duyacaq.
Ona duyduğunu qulaqlar deyil,
Yenədə yenədə hiylə deyəcək.Həyat üstümüzə gəlir fərəhlə
Bizsə gedəcəyik addımba- addım
Bugün dalaşarsan daşla kəsəklə
Dön! Və üzr istə addımba-addım.Dostum bu dünyada hiylələr qurma
O dünyada yerin cəhənnəm olar
Daşı kəsəyidə incitmə, qırma
Rəbbim yaratmışsa haqqını sorar.Qorxu
Keçmişdən bu günə bir sirrlə gəldim,
Içimi içimdə mən hər an yedim,
Həqiqəti dandım, dana bilmədim,
Qorxduğum fikirlər məndən qaçsa da,
Mən nə qədər qaçdım, qaça bilmədim.
Istədim söyləyim qorxularımı,
İstədim toplayım yaxınlarımı.
Istədim o qorxunc yuxularımı,
Qışqırım ətrafa səs-səda kimi.
Çiskin yağış kimi, coşqun çay kimi,
Canlı təbiətə açım sirrimi.
Nə qədər istədim aça bilmədim,
Sıçraya bilmədim, saça bilmədim,
Qorxular! Bəzən çox bəsitlər, bəzən dolğunlar,
Qorxular! Insanın beynini gəmirir onlar,
Qorxular! O aləmdə qalma, səni boğarlar.
Bir qorxu məhv olsa, biri doğular.
Mən nədən qorxuram, niyə qorxuram?
Bəlkə bunu bilsəm, mən heç qorxmaram.
Doğulub-yaşayıb, mən yox oluram,
Ən böyük qorxum da bu yoxluqdadır.
Elə bu səbəbdir mən hey qorxuram,
Müxtəlif qorxular sarır qəlbimi,
Müxtəlif şübhələr tutur dilimi.
Bir də görürəm ki, əyib belimi,
Artıq nə etsəm də mən heç qorxmuram,
Qorxumun yerinə günlər sayıram.
O anda bir şeyi dərk edir insan,
Nəyi dərk etmişsə, qanmışsa əgər,
Nələr yaşamışdır bu günə qədər.
Demə, qorxu imiş bunu səbəbkar,
Sevgi də qorxudur, nifrət də qorxu.
Dərk etmək də qorxu, iffət də qorxu.
Həyatda yaşamaq, var olmaq qorxu,
Ölümə hazırlıq, yox olmaq qorxu.
Bütün hissilərə sızmış bu qorxu,
Bəzisi anlayır, anlamır çoxu,
Elə bilirlər ki, ötər bir hissdir.
Elə bilirlər ki, zamanla keçir.
Bu qorxu insana nələri deyir,
Hətta düşmənin də hirsdən oyansa,
Qarşında acıqla, kinlə dayanssa.
Qəlbindəki qorxu daha qorxuncdur,
Onun dediyini düşmən deyəmməz.
Bax, budur! Qorxumdan hər an qorxuram,
Qorxumu özümə bəyan edirəm.
Qaçıram qorxumdan, hey qorunuram,
Nə qədər qaçsam da, hara gedirəm?
Yenə də özümlə, qorxumla birəm,
Qorxunun da azı, çoxu var, inan!
Ən böyük qorxumuz Uca Allahdan!
Tək qorxum budur ki, ondan qorxmağı,
Bir gün silər, alar kiçik ağlımdan.
Dua edirəm ki, uca Rəbbimə,
Bu müdrik qorxunu çox görmə mənə.
Qoy qorxu yaşatsın bir ömür məni.
Qoy qorxu səslənsin ömrün dilqəmi,
Qorxu – qəlbdə yara, dildə dil qəmi.
Qorxudan dərs aldım hər düşüncəmi,
Qorxuyla qazandım itirdiyimi.
Qorxuyla yaratdı, yaşatdı məni,
Qorxuyla bitəcək həyatın dəmi.
Unutma! Allahdan gələn qorxunu,
Unutma! əvvəli, nə də sonunu! -
Nəcibə İLKİN.Yeni şeirlər
Dözmürəm soyuqluğuna
Nədəndi bu qədər soyuqsan mənə.
Yoxsa eşqimizi kədərmi uddu?
Dedin: «hər kəlmənlə dayaqsan mənə»,
Yoxsa sözlərin də sənə yad oldu?Bəlkə günahkaram, bəlkə suçunam?
Düşmüşəm ömrünün sevgi payına.
Mən həsrət qoxulu vüsal acınam,
Nə zaman çağırsan gəlləm hayına.Sənli yuxular da şaxtaya düşüb,
Taleyin boranlı yolları kimi.
Bəxtimin əlindən qismət şürüşüb,
Həsrətin bəmbəyaz ilqarı kimi.Payız libasında çiçəkli yazam.
Nağıla dönmüşəm qış gecəsində.
Bu eşqin önündə qəm dolu nazam,
Qalmışam taleyin bilməcəsində.Yenə qəm gecəsi, yenə gileylər,
Yenə ümidimə kəmənd atmışam.
Qınama, məni də yorub bəlkələr,
Özümlə-özümü çox aldatmışam.Məni hey isladır ümid yağışı,
Qorxuram bu eşqin buz nəfəsindən.
Üstümə zillənən soyuq baxışı,
Bir anda duyuram isti səsindən.Ərköyün sevginəm, götür ərkimi,
Sevgi dəlisiyəm, inan sən buna.
Sən yalan bir sözə dözməyən kimi,
Mən də ki, dözmürəm soyuqluğuna.Bu yağış
Döyür pəncərəmi payız yağışı,
Dəli sevgimizin göz yaşı kimi,
Səni arzulayır kövrək baxışım,
Neçə min illərin sirdaşı kimi.Elə möhtacam ki, bax bu an sənə,
Qəlbimin ağrısın yağış da duyur.
Səngimək bilməyə bu yağış yenə
Bəlkə sevgimizin günahın yuyur.Həsrət ünvanlıdı, vüsal gileyli,
Mənə gizli-gizli baxan bu yağış.
Baxışı Məcnundu, gedişi Leyli,
Sevdalı qəlbimə axan bu yağış.Gəl tut əllərimdən ürəyimizi –
Yağışın altında boşaldıb, doyaq.
Gizlədək, yağışdan gileyimizi,
Özümüz sevginin günahın yuyaq. -
Fazilə QAFARQIZI.”Tüpürcək” (Felyaton)
Tüpürcək
(Felyaton)
Dördüncü sinifdə oxuyurdum. Nə yaxşı oxuyurdum, nə də pis. Sentyabr ayı idi. Havalar çox soyuq keçirdi. Sinifdə də paltolu, yaylıqlı otururduq. Müəllimlərimiz də bizə qalın geyinməyimizi tapşırırdılar. Xəstələnəndə neçə gün dərsə getmirdik. Dərslərimiz yüklənirdi boynumuza. Bir gün dərsdə olanda sinfin qapısı döyüldü. Məktəbin direktoru və bir də tanımadığımız bir kişi içəri girdilər. Hamımız ayağa qalxdıq. Direktor “Salam uşaqlar”, dedi. Sinfin hamısı xorla, “Salam” dedik. Oturun, oturduq. Direktor həm müəlliməyə, həm də sinfə üz tutub özüylə gətirdiyi kişini bizə təqdim etdi:
-Uşaqlar bu gündən etibarən sizə rus dili fənnini Talış müəllim keçəcək. Çalışın diqqətlə öyrənin. Çünki rus dili dünya dilidir, dedi və getdi. Müəllim də onunla getdi. Böyük tənəffüsdən sonra birinci dəfə idi ki, rus dilini keçəcəkdik. Müəllim gəldi, jurnalı açdı. Tanışlıq üçün adlarımızı oxudu. Biz də, yəni 30 nəfər bir-bir ayağa qalxıb “Burda” dedik. Həyacanlı idik. Rus dilində danışacaqdıq. Bu mənim üçün möcüzə olacaqdı. Neçə ay keçməsinə baxmayaraq, tək mən yox, bütün sinif yaddaşsız olmuşdu. Bu rus dilini öyrənə bilmirdik ki, bilmirdik. Düzdü, bəzi sözləri öyrənmişdik, amma cümlə qura bilmirdik. Bir dəfə müəllim qarşımıza məqsəd qoydu ki, kim dərsə cavab verməsə yanında oturan şagird onun üzünə tupurəcək. Səylə hazırlaşırdıq. Lakin yenə üzümüz tüpürcəkli idi, çünki oxuya bilmirdik. Neçə illər keçdi, böyük qız olmuşdum. Ürəyimdən keçirdi ki, kaş məni bir xaxol oğlan ala. Mən də ondan öyrənəm bu rus dilini.
Həyət evində yaşayırdıq. Lap balaca vaxtlarımdan həyətdə, küçədə uşaqlarla oynayanda sözümüz çəp gələndə bir-birimizin üzünə tüpürürdük. Əlim ev işlərinə çatanda, nəyinsə yerini dəyişəndə, ya səhf edəndə anam “tfu, həyana” deyərək üzümə tüpürərdi. Bu tüpürcək mənim üçün adi hala çevrilmişdi. Bir gün avtobusda yol gedirdik. Yanımda oturan sapsarı saçlı bir qadın gözlərini yumub yatmışdı. Ürəyimdən keçdi ki, kaş bunun oğlu ola, məni ala. Çünki qadın rusa oxşayırdı. Çoxmu getdik, bilmirəm. Fikirləşdim ki, arvad yatdı qaldı. Bunu durquzmaq üçün mehribanlıq göstəmək istədim. Yavaşca ona toxundum və çox ərkyanalıqla qadın”Skatina???” dedim. Heç demə qadın yatmayıbmış. Sadəcə gözlərini yumubmuş. Demə bu qadın heç rus da deyilmiş. Çönüb mənə baxdı. Ağzı dolu saxladığı tüpürcəyi birbaşa üzmü atdı və özünsən dedi. Yapışqanlı tüpücək sol gözümün üstündən aşağı axdı. “Bağışlayın xanım, mən nə dedim ki, belə etdiniz. Üzümü dəsmalımla silib. (həmişə əlimin arxasıyla silərdim), qadının üzünə baxıb dedim, mən elə bildim siz yatmısınız. Düşəcəyiniz yer arxada qalıb. Ona görə sizi durquzdum. Qadın az qalırdı ki, məni döysün. Mənə skatina deyirsən, ləçərin biri, ləçər. Allaha and içdim ki, sizə düşmürsünüz, deyə rus dilində müraciət etmək istəyirdim. Qadının səsi svtobusu başına almışdı. Bu biri yanımda oturan oğlandan soruşdum ki, qardaş düşürsünüz sözü rus dilində necə deyilir? Dedi ki, “Sxodite”. Mən dedim bəs skatina nə deməkdir. Cavab verdi ki, rusların söyüşüdü. Mən qadından bir də üzr istədim. Nə isə…
Qapımıza tez-tez elçilər gəlir. Mənim isə fikrim rus xaxoluna getməkdi. Bir dəfə anamın yanında bu fikrimi dedim. Arvad üzümə tüpürüb, “boyununu yerə soxum, oğlan qəhətdi ki, xaxola getmək istəyirsən”. Açıb-ağarda bilmirdim ki, mən rus dilini öyrənmək istəyirəm.
Soyuqlamışdım, qızdırmam çoxalmışdı. Evdə telefonumuz yox idi. Qonşumuz rus idi. Getdim dedim, olar təcili yardıma zəng edim. “Pajalusta”, dedi. Telefonu və stulu verdi ki, “sidite, qovorite”. Mən 103-ü yığdım. Bir qız götürdü. Dedim, “Alo sto tri”. Dedi “da”. Dedim “Ya umerla”. O dedi, “çto s toboy”. Dedim “temperatur mnoqo yes”. O, soruşdu, skolko?. Mən dedim “devenosto tri”. O, isə “maya daraqaya, vı nropali suda. Luçşe vı pozvonite pojarnı”, dedi və trubkanı üstünə qoydu. Mən əlimi qoynuma qoyub sakitcə oturdum. Qonşu gəldi ki, “çto sluçilos”. Dedim ona adboy verdi. Dedi, zaçem. Dedim, neznayu. Tez nömrəni yığdı və əsəbi vəziyyətdə nə isə danışdılar. Sonradan bilmişəm ki, mən qızdırmam üçün 39 əvəzinə 93 demişəm. Görürsünüz də bu da mənim rus dilində danışmağım.
Ailə qurdum, qarşıma meşədə böyümüş bir oğlan çıxdı. Çox döyüldüm, söyüldüm. Üzümdən də tüpürcək əskik olmurdu. Nə isə..
Beləcə, bünövrəsi məktəbdə rus dili müəllimimiz tərəfindən qoyulan bu tüpücək mənim yol yoldaşım oldu. Rus dilini bizə yaxşı öyrətmək əzvəzinə üzümü tüpürcəyə öyrətdi. Allahın bir xaxolunu da tapa bilmədim ki, bu tüpücəkdən üzüm qurtaraydı…Amma onu da deyim ki, üzüm elə öyrəşdi ki, tüpücək olmayanda darıxırdı… -
Hikmət MƏLİKZADƏ.Şeirlər
* * *
Səsim ərşi titrədir,
İpi çürük zəng kimi.
Tanrıya tuşlanıbdı
əlim boş tüfəng kimi.Kefimə dəysə külək,
Bulud yeri daşlayar.
Odun düşdüyü yerdən,
Təzə sevda başlayar.Kimsə yox damın altda
məndən savayı, tez gəl.
Tale baha satılır,
Ömür havayı, tez gəl.1995
***
İki bacanaq (o, varlı, mən kasıb)
qonaq getdik qaynata evinə.
Onu öpdülər, qucaqladılar,
ədəblə ehtiram göstərdilər…
…Və yuxarı başa çəkdilər.
(Dövrəsində quş kimi səkdilər).
Mənə sadəcə –
“xoş gəlmisən” dedilər.
Burda otur, ya ora keç demədilər.
Hamı onun başına yığışdı –
Biri çay süzdü,
Biri ayaqlarını sərinlətmək üçün
su gətirdi…
Biri də onun
bahalı maşınını sildi
kosmik sayıqlıqla.
Mən bir anlıq (xəyalən)
paxıl görkəmdə
özümlə taleyin arasındakı
boşluqlara göz apardım.
Bəlkə də orada
bir ümid işığı tapardım,
Bu an kimsə dedi:
– Dəyərli kürəkən!
O xoruzların hansını gözün tutur,
göstər, kəsim?! -
Kənan AYDINOĞLU.Şeirlər
ULU XALQIN GÖRÜŞÜNƏ BİR XİTABLA GƏLMİŞƏM MƏN!
Gözəllərin yanağından damla-damla süzüləndən,
Bir qələmlə, bir varaqla, bir kitabla gəlmişəm mən!
YUNUSUMLA bu torpağa təsbih kimi düzüləndən,
Ulu yurdda həm günahla, həm savabla gəlmişəm mən!Dastanlardan gözlərinə ələnəndə bir qar kimi,
Dərdlərindən Ana yurdda inildəyən bir tar kimi,
Səhralarda MƏCNUN təki eşq arayan bir yar kimi,
Ömrü boyu min iztirab, bir əzabla gəlmişəm mən!Kim deyir ki, mənim dərdim daşlarından süzülməzdi,
Kim deyir ki, ruhum yurdda YUNUS kimi düzülməzdi?!
Kim deyir ki, HAQQ NURUNDAN dodaqlar da büzülməzdi,
MÖVLAM kimi dastan qoşub bir rübabla gəlmişəm mən?!Ömrü boyu sevməliyəm ərşə çatan harayımı,
Nə dağlardan, nə daşlardan hörənmərəm sarayımı.
Sevməliyəm ram olunan həm günəşi, həm ayımı,
“QURAN” adlı hikmət dolu bir kitabla gəlmişəm mən!Ruhum, anım, canım özü əzizlənən qucaqdadı,
Ərşə çatan harayım da min közərən ocaqdadı.
HAQQ şairi KƏNAN özü Ana yurdda, torpdadı,
Ulu xalqın görüşünə bir xitabla gəlmişəm mən!YORULMAQ BİLMƏDƏN ÇALIŞMALIYAM
Səhərdən-axşama bəndəyəm deyə,
Yorulmaq bilmədən çalışmalıyam.
Körpəlik çağlarım arxada qaldı,
Bu yeni həyata alışmalıyam.Haqqın dərgahından süzülüb gəldim,
Sonda da torpağa qarışmalıyam.
Allahın mərhəmət sahibliyini,
Dünyada bəndəyə danışmalıyam.Küsülü qalanla gözəl dünyada,
Əlimi uzadıb barışmalıyam.
Yaxşı əməllərdə mən öz növbəmdə,
Bəndəylə hər zaman yarışmalıyam. -
Debüt: Ruslan DOST ƏLİ (Bərdə).Yeni şeirlər
Əliyev Ruslan 1993-cü ildə Bərdə rayonunun Xanərəb kəndində doğulmuşdur.Orta məktəbi ele həmən kənddə 2010-cu ildə bitirmişdir.Uşaq vaxtlarından poeziyaya marağı olsa da, sərbəst yazmağa on səkkiz yaşından başlamışdır. Dəfələrlə müxtəlif qəzetlərdə, saytlarda şeirləri dərc olunmuşdur.2011-ci ildə Heydər Əliyev adına Zirvədən-Zirvəyə ŞÖHRƏT diplomu ilə təltif olunmuşdur.2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü, “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.
GÖZÜMƏ
Yola tikmirəm gözümü,
Yol özün tikir gözümə.
Kimi görmək istəmirəm,
Gözlərin dikir gözümə…Bu ağrıdan ayır məni,
Ki, yola salmayır məni.
İlan da çalmayır məni,
Zəhərin tökür gözümə…Çiynim ağır yük götürüb,
Kömək də yox, tək götürüb.
Bəxtim ağ lələk götürüb,
Qarasın çəkir gözümə…Gecə şam da yanır gedir,
Ölürsə, qazanır, gedir.
Işıqlar uzanır, gedir,
Qaranlıq çökür gözümə…YER ÜZÜNDƏN
Bir dəli şeytan deyir,
Çıx get bu yer üzündən.
Ölüb getməyə nə var,
Sağ get bu yer üzündən…Hərə bir yönə üzür
Bu gün toy, sabah hüzür.
Üzü ağ gəldin, üzü
Ağ get bu yer üzündən…Dalda qalmasın gözün,
Hər şeyi gördün özün…
Yola səpdiyin gözü
Yığ get bu yer üzündən….SOL QOLUM NƏ VAXTI SÖZÜMƏ BAXMIR…
Bəxtin ağ atında gəzə bilmədim,
Qara bəxt gəzdirdim ağ qolum üstə.
Dağların qolları saxlamır məni,
Bəs necə dayanıb dağ qolum üstə…O bağlı gözləri tükdənmi qorxur?
Yoxuşdanmı qaçır, dikdənmi qorxur?
Dünya bir çiyinlik yükdənmi qorxur?
Dünyanın yükünü yığ qolum üstə!Zülmətin əllərin çıraqdan salın,
Bu dəfə yolunu uzaqdan salın.
Yorğunam, yerimi torpaqdan salın,
Məni yatizdırın sağ qolum üstə…Kisələ
Ağzı bulaşıq adamın
Ağzın aç,dilin kisələ.
Ayaqqabısız ayağın,
Əlcəksiz əlin kisələ.Bu adama yatmaz əlin,
Baxma gözün,tutmaz əlin.
İçəriyə çatmaz əlin,
Kisələ, çölün kisələ.Çəkin yüngül, yükün ağır,
Əlin qabar, çiynin yağır.
Haçan gördün yağış yağır
Dünyanın belin kisələ… -
Debüt: Tural ADIŞİRİN (Şəki).Yeni şeirlər
Tural Adışirin 1990-cı il fevral ayının 26-da Şəki şəhərində anadan olub.1996-2007-ci illərdə Şəki şəhər 9 saylı orta məktəbdə təhsil alıb.2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Elmi və bədii yaradıcılıqla məşğuldu. Dövri mətbuatda publisistik yazılarıyla müntəzəm çıxış edir. Şeirləri “Region Şəki”, “Şəki təhsili”, “Oğuz yurdu”, “Ədalət”, “Söz odası” mətbuat orqanlarında müntəzəm çap edilir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı. Həmçinin şeirləri Türkiyədə çap olunmuş “Türk dünyası şairləri antologiyası”na da salınmışdır. “20-21-ci əsr Şəki ədəbi-mədəni mühiti”(Səbuhi ədəbi məclisi) elmi işi üzərində tədqiqat aparır.2013-cü ildə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü seçilmişdir.Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Sən kimsən?
Sən kimsən?-bu sual yerinə düşdü,
Özünü ələ al tələsmə bir an.
Bu sənin özünlə qəfil görüşdü,
Sən kimsən? Özünlə üz-üzə dayan.Gör, kimin eşqiylə döyünür ürək,
Gör, kimin odunda bu qəlb isinər”
Sən öz kimliyini biləsən qərək,
Kimsə kimliyini soruşa bilər.Ovçumda çığırlar ömür yolusa,
Əllərim bilir ki,sabah mən kiməm.
Əgər sonralardan xəbərim olsa,
Mən öz kimliyimə bilki hakiməm.Sən kimsən?-bu fikrin tərkinə mindim,
Sən kimsən?-bu fikiri çəkdim ortaya.
Torpaqdan boyumca dərinə endim,
Baxdım uzaqlara,baxdım sonraya.Mən elə Fərhadam-qayalar yaran,
Ya da,haqq yolunda güllə hədəfi,
Mən öz kimliyimi unudammaram,
Mən elə hər yerdə düzün tərəfi.Sən ana südündən halallıq istə,
Özünə məhrəm bil,mənim ərkimi.
Heykəl oğullar var bu torpaq üstə,
“Kimsən” sualına bir cavab kimi.Sevinc, kədər…
Tale dənizində qaldırıb yelkən,
Ömür uzaqlara üzüb gedəndir.
Dünya başdan-başa bir nəğmə ikən,
Bu kədər hardandır, bu qəm nədəndir?Yəqin xoşbəxtliyin yolu daş-kəsək,
Yəqin bədbəxtliyin yolu düz-hamar.
Əgər qarış-qarış dünyanı gəzsək,
Görərik sevincdən artıq kədər var.Qara saçlara da vaxtsız salar dən,
Sevinc bir üzlüdü, kədər min yönlü.
Qəm elə hissdir ki, özün bilmədən,
Ağlada-ağlada ovudar könlü.Sevinc qəm içində kiçik bir ada,
Kədər təlatümlü,dalğalı ümman.
Bir cür sevinsə də hər kəs dünyada,
Başqa cür qəmlənir, qəmlənən zaman.Sevinclər hardasa uyuyar, yatar,
Hiss edər nə vaxtsa qəmi qovacaq.
Günəş də belədir, axşamlar batar,
Bilər ki, səhərlər bir də doğacaq. -
Debüt: Ramin CİLOVDARLI (Tovuz).Yeni şeirlər
Ramin CİLOVDARLI (Qasımov Ramin) 1983-cü ildə Tovuz rayonunun Cilovdar kəndində anadan olub.1989-2000-ci illərdə orta məktəbdə, 2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2011-ci ildə “Dərdə şükür” adlı şeirlər kitabı işıq üzü görüb.Ailəlidir, bir övladı var.
Halalın olsun
Ömrümü yollarına
Sərdim, halalın olsun.
Könül nədi, ruhumu
Verdim, halalın olsun.Həyat uşaq nağlımı?
Könül qapın bağlımı?
Aparanda ağlımı
Gördüm, halalın olsun.Baxışların nə laldı?
Nə verdisə məlaldı.
Nə verdimsə halaldı,
Dərdim halalın olsun.Getdim
Hardasa qərib səsdim,
Gəldim dünyaya küsdüm.
Bir dərimlik nəfəsdim,
Bir udum suydum, getdim.Arım, sənə çiçəkdim,
Yarım, sənə göyçəkdim.
Nə bildiniz, nə çəkdim,
Ya da nə duydum getdim.Nə ucuzdu, nə baha?
Dindim, batdım günaha.
Ömür yaşamadım ha,
Günümü saydım, getdim. -
Fidan ABBASOVA.Yeni şeir
* * *
Bilirəm darıxır ürəyin mənsiz
qürurun qoymayır yazasan mənə
gizlin bir duyğudur içində səssiz
aman vermir ürək bir anlıq dinə.Nə bilim bəlkəmdə yalnış zamanın
yalnış qonağıyıq hər ikimizdə
sənə bəslədiyim doğru yalanın
mənası qalmadı bitirdik bizdə.Deyirəm bir anlıq isdək ölürmüş
çünkü sevgi diqqət nəvaziş isdər
kim getsə yerinə biri gəlirmiş
əbədi qalansa sədaqət isdər.Fidan sonu deyil zamanla keçir
həsrət bir günlükdür kədər bir anlıq
yaxşını hər zaman göydəki seçir
ölüb bu dünyada daha insanlıq………………. -
Əziz MUSA.Yeni şeirlər
Payız
Əsir payız yeli, sınır havalar,
Günəş də nurunu azaldır bir az.
Həzin nəğmə deyir durduru sular,
Üşüdür körpəcə otları sular.Yır-yığış eyləyir köçəri quşlar,
Ürəyi titrədir durna harayı.
Dəyişir rəngini qayalar, daşlar,
Çoxalır bağların sovqatı, payı.Zirvələr gəlinlik paltarı geyir,
Vağzalı od salır neçə ürəyə.
Yarpaqlar göylərə əlvida deyi,
Çən düşür hər səhər dağa-dərəyə.Yanağı çırtlayır gülöyşə narın,
Qış quzeydə durub fürsət gözləyir.
Nəfəsi duyulur soyuğun, qarın,
Köçəni, gedəni qürbət gözləyir.Dərəni-təpəni yağışlar yuyur,
Qaralır yaylaqda ocaq yerləri.
Bir çiçək gözündə arı uyuyur,
Çapır öz atını payız yelləri.İndi köhnə daxma, köhnə paltar da,
İsti bir bürk kimi yarıyır bizə.
Payız təbi ölmüş qoca şairtək,
Köhnə şeirləri sırıyır bizə.Bu restoranlar
Toylara xərclənir kasıbın varı,
Artıq gündən-günə dərdi azalır.
Pul çatmır maaşdan maşa barı,
Daha söz-söhbətdən durulmur qanlar.
Milləti talayır bu restoranlar.Fikri pulda qalır toy günü bəyin,
Dəvətnamə verir salam verdiyin.
Toyların əlindən neyləyək deyin,
Min oyundan çıxır toy aparanlar,
Milləti talayır bu restoranlar.Düzülür süfrəyə min cürə salat,
Bilmirsən təzədir, yoxsa ki, boyat.
Ye ki, yeyəcəksən bir neçə saat.
Doymur pul-paradan bu qan sovuranlar,
Milləti talayır bu restoranlar.Bildirçin qalmayır dərədə, düzdə,
Cibdən pul aparır deyilən söz də.
Kefimiz qalxanda coşuruq biz də,
Durub dingildəyir arsız cavanlar,
Milləti talayır bu restoranlar.Balıq qoymadılar dənizdə, çayda,
Dünya nə haydadır, gör biz nə hayda.
Millətə tələdi vallah bu toy da,
Yüz oyundan çıxır bu pul yığanlar,
Milləti talayır bu restoranlar.Çoxları şərikdi, yığılar paya,
Qarabağ elə bil köçüb Bakıya.
Biz müftə yeməyə gedirik güya,
Alır ağlımızı lüt-üryan canlar,
Milləti talayır bu restoranlar.Hələ xınayaxdı, tanışlıq, söhbət,
Nişan, toy məclisi, ad günü, sünnət.
Bu nə ənənədir, bu nə adət,
Yıxdı evimizi yersiz oyunlar,
Milləti talayır bu restoranlar.Bir deyən yoxdur ki, dayanın bəsdi,
Bu nə musiqidi, bu necə səsdi.
Yenə dəvət gəldi, ürəyim əsdi,
Cibimi soyacaq canı yananlar,
Milləti talayır bu restoranlar. -
Aliyə ƏSƏDOVA.Şeirlər
Titrək-titrək
Titrək-titrək…..
əllər yarı uzanıqlı….
nəfəs daralır təngiməkdən….
Yarpaqlar qorxur vaxtsız tökülməkdən
hey əsdikcə…
meh gələn kimi…
insan qorxudan, ya sətəlcəmdən
titrəyir titrədikcə
qəzəbindən yanıqlı….
sətrin cümləsi, nidası
titrək-titrək…. titrək-titrək….Ovuc- ovuc
Ovuc-ovuc…
Günəşin nuru, Ay işığı…
taleyin bir xoşbəxt günü
ömrün naxışı ….
qışın qarı
buz kimi dondurucu,
əriyəndə
yağış olur, dolur əllərimə
isladır,
ağladır adamı qədərincə
hıçqırıq, göz yaşı…..
ovuc-ovuc…… ovuc-ovuc….Əlim gəlmir
Götür-qoy elədim
sən deyən kimi,
bilirsən nə qədər
yormuşam başımı
fikirləşməkdən,
nəticəsi də bu olub;-
əlimdən gəlir,
amma səninçün etməyə
əlim gəlmir.Gecikdiklərim, tələsdiklərim
Ümidi yığılmış soyuqların
üstünə çəkilər GECİKDİKLƏRİM,
barmaqlarını qatlaya-qatlaya
hesablaya-hesablaya
xatırlayarkən
dönüb sağa-sola-
dəyişən, dəyişməyən çevrəyə
baxarkən
bir az gecikər TƏLƏSDİKLƏRİM.Həftələr
Deyilmək istəyir
açıb söyləmədiklərim
həftənin sıxıb-sıxılan üzündən
o biri üzünə adlayan kimi
danışacaq deyə bilmədiklərim,
deyəcəm nəsə
eşidəcəksən nəsəni,
üstümdən qoparacaq nələrinsə
ağırlığını
həftənin o biri üzü.
Yaman üzə düşəndi bu həftələr.
Üzdən-üzə düşəndi bu həftələr.
Üz-üzünə dəyişəndi bu həftələr.
Danışacaq deyə bilmədiklərim
eşidəcəklər sizdən birinizi,
ya ONU, ya da SƏNİ,
ya ÜZÜ ya HƏFTƏNİ.Yorğanıma
Mənə bürünüb də
sinən yorğanım,
yuxulusanmış hələ,
eh, dünyadan bixəbər…
qulağımı dəlib-deşən
şütüyən maşınların
səsinə oyanır insanlar,
səhərlər…
sənsə …..
yatmısan,
hələ də yuxudasan,
mənsə……
üşüyürəm
gözləyirəm , haçan oyanırsan,
sən yox , mən səni bürümüşəm–
qucaqlamışam.Səhra sakinləri
Qum dənələri
təpə-təpə
yarğan-yarğan
qırmızı, boz , sarı…
Qara yel əsməsi–
yenə….yenə
burulğan.
Uzun yol sənələri
üzü günəşə sarı
səhra gəmiləri–
asta-asta, usta-usta
keçir səhra şəhərinin
əbədi sakinləri–
nə qum , nə yel, nə günəş–
keçir dəvə karvanı.Mücərrəd
Hissimə hakim bir şey
ağlımın diktəsiylə tutdum o an
fikri,
o bir qapalı,
o bir bağlı
içimdə o qədər boğucu
ata bilsəm başımdan,
bəlkə udqunum?,
bu da heç
asqırım, öskürüm?
ən yaxşısı durum
əl-üzümü yuyum–
başdan-ayağa yuyunum. -
Əlirza HƏSRƏT.Yeni şeirlər
SÖZƏ SÖYKƏNDİM
Bir sevən ürəyin mülküdür hər eşq,
Hər eşqdən od alıb,közə söykəndim.
Yıxılmayım deyə qalxdığım dağdan,
Cığıra əl atdım,izə söykəndim.Vurulmaq qorxusu varsa canında,
Coşar damarında axan qanın da.
Nadan qabağında,naşı yanında,
Dosta arxalandım,sözə söykəndim.Elə yaraşır ki dağlar bu kəndə,
Bu kəndə kim gəlsə,düşər kəməndə.
Nağıl danışanda,dastan deyəndə,
Qələmə üz tutdum,saza söykəndim.AHIM DODAQLARDA TUMURCUQLAYIB
Ahım dodaqlarda tumurcuqlayıb,
Əyibdir başını dar ağacları.
Əlvida deməyə yol ayrıcında,-
Divanə ruhumu saxlayın barı.Payız havasına köklənib deyə,
İçində oxuyur hər sarı yarpaq.
Qürub Günəşinin şəfəqlərini,-
Bağrına nə gözəl basıbdir torpaq.Üz tutub qürbətə durna köçü də,
Gülüb göz eləyir çən,duman dağa.
Yaşanmış günlərdən gəl ocaq çataq,-
Bahar sevdamızı qarşılamağa…SOLĞUN ÇİÇƏKLƏRDƏN EV QURUB KEÇDİN
Belə çox qınadım bu ötən yaşı,
Gələn günlərimdən xeyir tapınca.
Çox qələm dəyişdim,çox varaq cırdım,
Bir ulu,ilahi şeir tapınca.Bir dastan yaratmış hər sevgi andı,
Lalənin bağrı da sevgidən qandı.
Könlüm qəhərləndi,gözüm sulandı,
Özgə baxışında sehr tapınca.Adıma çıxınca bu qürub,keçdin,
Solğun çiçəklərdən ev qurub keçdin.
Könlümə neçə yol baş vurub keçdin,
Eşq nəzir qoymağa sən pir tapınca. -
Kənan AYDINOĞLU.Yeni şeirlər
SƏN MƏNİM QƏDRİMİ BİLMƏDİN, DÜNYA!
Mən sənin nəyinə inanmalıyam,
Sən mənim qədrimi bilmədin, dünya?!
Nə vaxtı tökdümsə gözüm yaşını,
Gözümün yaşını silmədin, dünya!Şükür ki, dayaqdı mənə YARADAN,
Seçmədin heç zaman ağı qaradan.
Bir gün dağılassan onsuz aradan,
Sevinci mənimlə bölmədin, dünya!Kəlmənə aldanmaq bilirəm hədər,
Sənə aldanmaq da özü bir kədər.
Yenə yaranışdan bu günə qədər,
De, niyə ölmədin, ölmədin, dünya?!Doğrunu gizlətdin doğru gözündə,
Ucaltdın özünü oğru gözündə.
Həqiqət yox imiş bircə sözündə,
Doğrunu heç doğru görmədin, dünya!Daşlardan başına gərək min dəyə,
Gah dağa çevrildin, gah da kündəyə.
Haqqın yolun tutan mömin bəndəyə,
Sevinc sarayını hörmədin, dünya!MƏNİ AYIRMAYIN ŞEİR DÜNYAMDAN!
Dastanlar torpağa düzülən zaman,
Göz yaşım dodaqla büzülən zaman,
Qəlbimdən incilər süzülən zaman,
Məni ayırmayın şeir dünyamdan!Torpağa gətirsəm, yurdun daşını,
Salamat görərsiz şair başını.
Həsrətdən tökdümsə, gözüm yaşını,
Məni ayırmayın şeir dünyamdan!Torpağım canına hopdumsa, yenə,
Tufana çevrilib qopdumsa, yenə,
Özümü özümdə tapdımsa, yenə,
Məni ayırmayın şeir dünyamdan!Sarayda dan kimi sökülən kimi,
Qəlbimdən nəğmələr tökülən kimi,
Dağı görən belim bükülən kimi,
Məni ayırmayın şeir dünyamdan! -
Sevinc HƏMZƏYEVA.Həyatı və Yaradıcılığı
Sevinc Həmzəyeva(Sevinc Səyyad qızı Həmzəyeva) 1977 – ci il oktyabr ayının 29-da anadan olmuşdur. 1984-1994 – cü illərdə orta məktəbdə oxumuş, 1995 – ci ildə ADPU–nun Filologiya fakültəsinə daxil olmuş, 1999 – cu ildə həmin universitetin bakalavr pilləsini, 2001–ci ildə isə “Antik ədəbiyyat” ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
Hələ orta məktəb illərindən poeziyaya maraq göstərir.Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış edib.Şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri” qəzetlərində dərc olunub.2012-ci ilin oktyabr ayının 6-dan Azərnbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin Fəxri üzvüdür.
2001 – ci ildən Sumqayıt Dövlət Universitetində Filologoiya fakültəsində işləyir.2003 – cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsində əyani aspiranturasına qəbul olmuş, 2006 – cı ildə prof. Vaqif Arzumanlının rəhbərliyi ilə “Azərbaycan – ingilis ədəbi əlaqələrinin inkişafında bədii tərcümənin rolu” adlı dissertasiyasını aspirantura müddətində tamamlamış və şöbəyə təqdim etmişdir. Hazırda həmin şöbənin əməkdaşıdır. Eyni zamanda Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsində dekan müavinidr, filologiya üzrə fəlsəfə doktorudur. Onlarla elmi məqalənin müəllifidir. Həmçinin dövri mətbuatda da yazıları ilə çıxış edir.* * *
Rəqs edək…
Musiqisiz, çalğısız,
Qəlbimizin ahənginə…
Əvvəl baxışların
baxışımı qucaqlasın…
Nəzərlərdə qovuşaq…
Çəkmə məndən gözünü
Həkk olunum bəbəyinə…
Sonra…
əllərimdən tut…
barmaqlarını
bircə –bircə oxşayım…
Bircə – bircə öpüm baxışlarımla…
Yanağına toxunum
Ovcumun istisinə
Alışsın üzün, eşq ilə…
Sonra…
Rəqs edək
Qəlbindən süzülən nəğməyə
Dodaqların incə –incə təmasında
Duyğularımla baş – başa
Sarmaşıb sənin duyğularına
Rəqs edək…
Sonra, içimə çəkim səni bir udum nəfəs kimi
Sonra, içinə çək məni
Sənə həyat verən
Bir məlhəm kimi…2008
* * *
İçimi didən həsrətin
Könlümü üzən həsrətin
Az qala…
Məni sevdi həsrətin
Səndən də çox…Yarım oldun
Bağrımı yaran oldun
Xatirəmə həkk olunub
yadım oldun
Hərdən doğmadan doğma…
Hərdən ögey, yadım oldun…Hər anımda anılan…
Hər yanımda duyulan
Yandırdıqca…
Həsrətinə sarılan
Nəvazişim, mehrim, şəfqətim…
Sənə həsrət
Özüm kimi…2008
* * *
Sən – həsrətlər içindən
Sevgiyə bürünüb gəldin
Sən – hicranın içindən
vüsala çönüb gəldin
Ayaz vurmuş budaq üstə
Tumurcuğa dönüb gəldin
Günəş boyda şəfəq olub
zülmətləri dağıtdın…Fərəh olub qəhərimi
bir gülüşlə yox etdin
Nəğmə olub hər sözümü
musiqinlə dindirdin
Ruhum olub bu canımda
varlığımı diriltdin
İnam oldun! Öz eşqinlə
şübhələri dağıtdın…2010
-
Kənan AYDINOĞLU.Şeirlər
Bu gün Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin Fəxri üzvü Yolçuyev MƏHƏMMƏD Yolçu oğlunun doğum günüdür.
Bu gün Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri,Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü Yolçuyev MƏHƏMMƏD Yolçu oğlunun doğum günüdür..Bu münaisbətlə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya Heyəti Portalın Rəhbəri MƏHƏMMƏD qardaşımızı təbrik edir, ona orta təhsil illərində bol-bol uğurlar arzulayır!
DOĞUM GÜNÜNÜZ KUTLU OLSUN! ALLAH SİZİ KORUSUN! AMİN!TANRI SƏNİ QORUYUB KAMİLLİYƏ ÇATDIRSIN!
Gözəlliklər içində doğuldun doğuldun deyə. qardaş,
Ömrü boyu sevdin sən Ana yurdda qadını.
Xoşbəxtsən ki, seçdilər ata-ana səninçün,
Peyğəmbər Əfəndimiz MƏHƏMMƏDİN adını.TANRI SƏNİ QORUSUN GÖZƏL OLAN DÜNYADA!
Sən atanın,ananın gözünün nuru oldun,
Tanrı səni qorusun gözəl olan dünyada!
Gözzəl ata,ananın şükür, qüruru oldun,
Tanrı səni qorusun gözəl olan dünyada!Doğum günün mübarək olsun, olsun, MƏHƏMMƏD,
Sevincdən ömrü boyu gözün dolsun, MƏHƏMMƏD!
Nurunun damlasından çiçək solsun, MƏHƏMMƏD,
Tanrı səni qorusun gözəl olan dünyada!Kənan AYDINOĞLU.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri.
29 oktyabr, 2012.Bakı şəhəri. -
Aşıq ədəbiyyatında işlənən şeir janrları
Qoşma
Aşıq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri də Qoşmadır.Hər bəndi dörd misradan və hər misrası on bir hecadan ibarət olan şeir şəklinə Qoşma deyilir.Ədəbiyyatşünaslıqda qoşmaya
“məhəbbət şeiri” və ya “aşiqanə şeir” də deyilir.Qoşmanın ilk bəndində birinci və üçüncü misralar sərbəst olur.İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir:abcb.Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir:çççb,dddb…Qoşmada bəndlərin sayə tək və cüt olur.Azərbaycan Ədəbiyyatında bəzi qoşmalar 3,5,7; bəziləri isə 2,4,6,8 bənddən ibarət olur.Qoşmanın son bəndində müəllif adətən öz təxəllüsünü göstərir.Həmin bənd “möhürbənd” adlanır.Ədəbiyytaşünüslıqda son bəndə bəzən “tapşırma” da deyilir.Qoşma əsasən heca vəznində olur.Misra daxili bölgü 6+5,5+6,4+4+3 şəklində olur.Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.
Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan görkəmli xalq şairlərimizin də yaardıclığında qoşma janrında yazılmış şeirlərə rast gəlinir.Məsələn,Nəriman Həsənzadənin “Mən”,”Ay Həkim”,Zəlimxan Yaqubun “Gəlib”, “Dəli olmağıma bir addım qalıb”,Bəxtiyar Vahabzadənin “Bakıyla Təbrizin ararsındayam”,”Səninlə dünyada bəxtiyram mən” vəGəraylı
Aşıq ədəbiyyatının ən geniş yayılmış şeir janrlarından biri də gəraylıdır.Hər bəndi dörd misradan, hər misrası 8 hecadan ibarət olan şeir şəklinə Gəraylı deyilir.Gəraylının ilk bəndində birinci və üçüncü misralar sərbəst olur.İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir:abcb.Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir:çççb,dddb… Gəraylıda bəndlərin sayə tək və cüt olur.Azərbaycan Ədəbiyyatında bəzi gəraylıda 3,5,7; bəziləri isə 2,4,6,8 bənddən ibarət olur.Gəraylının son bəndində müəllif adətən öz təxəllüsünü göstərir.Həmin bənd “möhürbənd” adlanır.Ədəbiyytaşünüslıqda son bəndə bəzən “tapşırma” da deyilir.Gəraylı əsasən heca vəznində olur.Misra daxili bölgü 4-4, 5-3, 3-5 şəklində olur.Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.
-
Saqif QARATORPAQ.Həyatı və Yaradıcılğı
Saqif QARATORPAQ (Babayev Saqif Qnyaz oğlu) 1963-cü il oktyabr ayının 26-da Qazax (indiki Ağstafa) rayonunun Köçəsgər kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb.1982-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olub.1986-cı ildə həmin Universiteti bitirib.1999-2003-cü illərdə Qazax Müəllimlər İnsitutunun Tarix fakültəsində ali təhsil alıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvdür.”Hüseyn Arif” Ədəbi Birliyinin sədridir.”Şamın kölgəsi” (Bakı, “Adiloğlu”, 2006) və “Bir könül varağında” (Bakı, “Ünsiyyət”, 2012) şeirlər kitabının müəllifidir.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Şeirləri “Ziyalı Ocağı”,“Ulduz”, “Azərbaycan”, “Gənclik” jurnallarında, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”,”Elimiz.günümüz”, “Kaspi”, “Avrasiya”, “Yol”, “Ədəbiyyat və İncəsənət”, “Ekspress” qəzetlərində, “Türkün səsi” dərgisində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2001-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri sədridir.XƏNCƏR
O ki dar ayaqda qoruyub bizi,
Paxıl ürəklərə tuşlamışıq biz.
Bəlkə də birinci döyüşümüzü
Xəncər davasıyla başlamışıq biz.Gümüş dəstəyində barmaq izləri,–
Bilirəm, qorxağın əlinə yatmaz.
Görsə ürəksizin əsər dizləri,
Belinə bağlasa, belinə yatmaz.Doğrusu, bir azca parıltımız var,
Qorxub qınımızdan çıxa bilmirik.
Eh, elə quruca qaraltımız var,
Bərkə düşən kimi gözdən itirik.Tiyəsiz xəncərlər göz qamaşdırır,
Gizləyə bilmirik «heyrətimizi».
Yaltaqlar yığılıb «muzey» açdırır,
Rəflərə qoyuruq qeyrətimizi.İtir yavaş-yavaş sözün ovxarı,
Korşala-korşala tiyəsiz qalır.
Üstündən ötdükcə vaxtın axarı,
Gümüş xəncərimiz yiyəsiz qalır.Deşir ürəyimi bir dərd xəncəri,
Dəvanın-dərmanın əsəri olmur.
Qardaş, korşalanda qeyrət xəncəri;
Gümüş xəncərlərin kəsəri olmur.ÇIYINLƏR
Çiyinlər öyrəşib həmişə yükə,
Baharı daşıyıb, qışı daşıyıb.
Sevdası, qovğası özündən yekə
Ağıllı, ağılsız başı daşıyıb.Çiyinlər öyrəşib həmişə yükə,
Yorulmaz yollarda dəvələr kimi.
Gedərik yol boyu tər tökə-tökə,
Gedər çiynimizdə dünyanın qəmi.Gedərik dayanıb, dinşəyib bir az,–
Torpağın qarğışı tutana kimi,
Çiynimiz tabuta çatana kimi
Boyumuz uzanar, ömür uzanmaz.Çiynimiz tabuta çatıb dayanar,
Yox olar dünyanın nağılı birdən,
Hardasa baxtımız yatıb dayanar,
İtirrik ümidi, ağılı birdən.Yapışar yollara ayaqlarımız,–
Torpaq ilğım kimi çəkər adamı.
Çatlayar qəfilcə dodaqlarımız,
Bir anlıq unudar adını hamı.Bir qorxu qıvrılıb yatar ürəkdə,
Açıb ağartmarıq ancaq heç kimə.
Sevinci hamıyla bölə bilsək də,
Dərd var–bölünəsi deyilmiş demə.Yaxın olanmazmış heç vaxt özgəsi,
Hər kəsin bir mərhəm kədəri varmış.
Hərənin çiynində bir qəm heyvəsi,–
Hərə öz dərdini tək aparırmış.QABAĞIMI KƏSƏN VAR
Daha səni qaçırası deyiləm,
Daha yoxdu yollarının qorxusu.
Anan bilsə çəkməyəcək daha qəm,
Qaçmayacaq innən belə yuxusu.
Yuxularım çin olmadı, neyləyim?!
Nədən oldu?
Ya taledən, ya baxtdan,
Sinəm dolu, üzüm gəlmir söyləyim,
Köks ötürüb boylanıram uzaqdan.Arzularım, diləklərim, şüşəydi,
Sındı qəfil, qəlpə-qəlpə töküldü.
Səni tale, məni də ki vaxt əydi,
Sınan qəlbi bacarırsan tik indi!Görən sənmi, görən mənmi günahkar,
Ya ağlımla dil tapmayan ürəyim?!
Göstər mənə günahsız bir Adam var,
Tanrı deyim, ulu deyim, pir deyim.Daha səni qaçırası deyiləm,
Daha məndən hər gün uman-küsən var.
Daha səni ötürəsi deyiləm,
Bilirsənmi, qabağımı kəsən var.DÖYÜŞ
Döyüşdü…
Baş düşür yerə:
insan başı, at başı.
Meydanda düşən papaqlar
gəzirlər yiyəsini.
Meydanda düşən papaq kimi
düşüb qaldı yurd yeri,
dönüb də Kim götürər?!* * *
Sən də, mən də
iki damla göz yaşıydıq.
Axdıq, axdıq
bir həsrətin yanağıyla,
bir vüsalın daş ovcuna
düşənmədik.
Nə sən mənə,
Nə mən sənə küsənmədik.
Axdıq, axdıq
ömrümüzdən
bulud kimi ötüb keçən
günü, ayı saya-saya,
Sən bir çaya,
mən bir çaya,
bir həsrətin yanağıyla…GÖRÜNMƏZ
Bu sevdanın payızı
Gətirdimi ayazı?
Gözlərimdə qəm buzu,
Əriməz ki, əriməz.Bilirdimmi bu istək,
Çən-dumana düşəcək.
Qəm düzündə bəxt köşək,
Yeriməz ki, yeriməz.O çağıran kim idi?!
İtirdimmi ümidi?
Ürək uşaq kimidi,
Kiriməz ki, kiriməz.Sevda ulu, eşq əzəl,
Töküldüm xəzəl-xəzəl,
İtirdiyim o gözəl
Görünməz ki, görünməz.SƏN GEDƏN YOLLARIN
Sən gedən yolların üzü qürbətə,
Bir də bu yerlərə gələcəkmisən?!
Sən gedən yolların üzü həsrətə,
Geriyə qayıda biləcəkmisən?!Üz tutub gedirsən bəs birnəfəsə,
Axı, bu getməyin qayıtmağı var.
Hayıf, ayrılığın yolları kəsə,
Hayıf, ayrılığın yolları hamar.Payızda köç edən durna deyilsən,
Geriyə dönəsən yaz gələn kimi,
Qəm səni tanıyar, qəmə əyilsən,–
Tənha bilən kimi, tək bilən kimi.Gözlərin yol çəkər, yollar uzanar,–
Baxdıqca ürəyin sıxılacaqdır.
Sən gedən yollara qollar uzanar,
Sən dönən yollara kim çıxacaqdır?Üz tutub gedirsən, getməyə nə var;
Getmək əzab deyil qayıda bilsən.
Gedirsən, bir ovuc torpaq da apar,
Gözünə tökərsən məhəbbət ölsə.ASFALTA ÇƏKILƏN ŞƏKIL
O gecə rəssamıydı,
naşı bir rəssam,
fırçası dəmirdən,
Bakının sinəsinə çəkdi şəklimi,
Ən böyük küçəsinə çəkdi şəklimi.
Tək bircə şəklim var,–
nə dostlara yollaya bilirəm,
nə qohumlara;
nə də sevgilimə.
Tək bircə şəklim var,–
Sinəsində gəzdirəcək vətən.ocaq,1990
AĞI
Nə vaxtdı bir qəmin başdaşıyam mən,
Bir qız sevdiyitək qucammaz məni.
Bir yetim sevginin göz yaşıyam mən,
O şana kirpiklər tutanmaz məni.Qəlbin heyrətindən bir haray doğar,–
Heyrətim bir kövrək sözü gətirər.
Yenə Günəş çıxar, Yenə Ay doğar,–
Sərsəri küləklər yazı gətirər.O külək köksümə sığına bilsə,
Ötən buludları saxladı bəlkə.
Buludlar məni də yaxını bilsə,
Sıxıb gözlərini ağladı bəlkə.Sonra göy üzündə bir göy qurşağı
Görüb də qəfilcə dillənəcəksən.
Sonra da bir ömrün dağdan aşmağı,
Sonra, sonrasını nə biləcəksən?Hərənin öz dərdi öz içindədir,
Ya mavi təbəssüm, ya gözlərdə yaş.
Dünya öz işində öz, gücündədir,–
Yolçu yolda gərək, gəl gedək qardaş!19.02.1990
ÖZKEÇMİŞİM
Dinc durmayıb dincliyimə daş atdım,
Mələklərin qanadını qanatdım.
Arzuların yüyənini boşaltdım
Sınıq-salxaq arabanın içində.Öz ağlımın ucbatından ağrıdım,
Uzandığım budaqları doğradım.
Baxtım döndü, bəy quşunu qarğadım
Tozu qopan xarabanın içində.Bu dünyada tənha qalan qurdmuşam.
Öz səsimi eşidəndə qorxmuşam.
Yüz keçinin dərisini yırtmışam
Neçə-neçə barabanın içindən. -
Debüt: Kənan AYDINOĞLU (Bakı şəhəri, Qaradağ rayonu).Yeni şeirlər
Murquzov Kənan Aydın oğlu — şair-junalist,”Hüseyn Arif” Ədəbi Birliyinin üzvü (2012), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri (2012), Tokat Şairler ve Yazarlar Derneğinin Fəxri üzvü (2013), “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azerbaycan temsilcisi (2013), Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri (2013)
Həyatı
Kənan Aydınoğlu 1989-cu il oktyabrın 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.1996-cı ildə Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 274 saylı orta məktəbin birinci sinfinə daxil olub.Üç ildən sonra həmin məktəbin üçüncü sinfini bitirmişdir.1999-cu il yaşayış yerini dəyişdirdikləri üçün orta təhsilini Lökbatan qəsəbəsindəki 166 saylı orta məktəbdə davam etdirib.2007-ci ildə həmin məktəbi bitirmişdir.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
Yaradıcılığı
Şeirləri və məqalələri “Azərbaycan bələdiyyəsi”,”Azad Press”,”Cəmiyyət”,”Yeni Bəşər”,”Möhtəşəm Azərbaycan”, “Sumqayıt Universiteti”, “Yeganə yol”, “Sözün Sehri”,“Yeni Azərbaycan”,“Respublika gəncləri”, “Elimiz, günümüz”, “Yenilik Press”, “Vışka”, “Elin sözü”,“İlham çeşməsi”,”Vedibasar”, “Təzadlar”, “Yeni Axtarış”, “İrəvan Press”, “Azad Qələm”, “Azad Azərbaycan” qəzetlərində, “Ziyalı Ocağı” İctimai Birliyinin mətbu orqanı ”Ziyalı Ocağı”,”Ali Ziya” ədəbi-bədii, elmi-publisistik, Tokat Şairler ve Yazarlar Derneğinin mətbu orqanı “Kümbet”, Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları “Ulduz” jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında çap olunub.2006-cı ildən respublika mətbuatında Kənan AYDINOĞLU imzası ilə şeirləri və məqalələri ilə çıxış edir.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Tokat Şairler ve Yazarlar Derneğinin Fəxri üzvü seçilmişdir.Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda Müasir Azərbaycan dili və Ədəbiyyatı sahəsində məqalələri dərc olunub.
2007-ci ildə “Adiloğlu” nəşriyyatı tərəfindən “Ömürdən bir səhifə” adlı ilk şeirlər kitabı işıq üzü görüb.2010-cu ildə “MK” nəşriyyatı tərəfindən”Ömrün yarı yolunda” adlı ikinci şeirlər kitabı çap olunmuşdur.”Hüseyn Arif” Ədəbi Birliyinin üzvüdür.
2012-ci il oktyabr ayının 6-da Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Portal Rəhbəri seçilmişdir. Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar İncəsənət Xadimi Nəriman Həsənzadə gənc yazar Kənan Aydınoğlunun ədəbi-bədii yaradıcılığını yüksək qiymətləndirib.
2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” layihəsi çərçivəsində Salyan və Cəlilabad səfərlərinin iştirakçısıdır.Gənc yazar olaraq Türkiyəyə dəfələrlə dəvət alıb.
“Türkçülük dəftəri” silsiləsindən olan şeirləri və “Türkün türkçülük dastanı” poeması dərc olunmaq üçün qardaş Türkiyəyə göndərilib.Yıldırım Beyazit Universitetinin dosenti dr.Salih Yılmazın təklifi ilə şeirləri Türkiyənin müxtəlif dərgilərində, o cümlədən portallarda dərc olunaraq həm azərbaycanlı, həm də türkiyəli oxuculara çatdırılıb.
2013-cü ildə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən “Dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi xidmətlərə görə” diplom ilə təltif olunmuş və mükafatlandırılmışdır.Qaradağ rayonu Gənclər və İdman İdarəsinin elektron orqanının “Aktiv gənclər” bölməsinə tərcümyi-halı, şeirləri, məqalələri, poeması yerləşdirilmişdir.
2013-cü ilin avqust ayından-noyabr ayına qədər Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin “Yeni Axtarış” həftəlik ictimai-siyasi qəzetin “Mədəniyyət və Ədəbiyyat” bölməsinin əməkdaşı kimi çalışıb. 2013-cü il sentyabr ayının 1-dən Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.
2013-cü ilin dekabr ayının 28-də Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun 132 nömrəli sərəncamına əsasən, Qaradağ rayonunda Dölvət gənclər siyasətinin fəal iştirakına və ədəbiyyatımızın inkişafında qazandığı xidmətlərə görə “Fəxri fərman”la təltif olunmuş və mükafatlandırılmışdır.Kitabları
1.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007)
2.”Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010)Poemaları
1.”Allahdan savayı sığınacaq yox” ( Azərbaycan və Türk dilində)
2.”Türkün türkçülük dastanı” ( Azərbaycan və Türk dilində)Məqalələri
1.Nəriman Həsənzadə bayatılarında Qarabağ mövzusu
2.Zəlimxan Yaqub yaradıclığında Türk-İslam əxlaqı
3.Bütün aləmlərə bütöv bir nursan ( “Qurani-Kərim” haqqında)
4.Yunus Əmrə yaradıcılığında Allah və Quran inamı
5.Mövlana Cəlaləddin Rumi yaradıcılığında İnsan və din anlayışı
6.Tələbəlik haqqında düşüncələrim
7.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı haqqında bilgilərTezisləri
1.Nəriman Həsənzadə yaradıcılığında antonim sözlər
2.Zəlimxan Yaqub yaradıclığında yaradıclığında sinonim sözlərÖn sözləri
1.Günel İsrailqızının şeirlər kitabına ön söz
2.Aysel Cəfərovanın şeirllər kitabına ön söz
3.Elçin Əlizadənin şeirlər kitabına ön söz
4.Əziz Muğaninin şeirlər kitabına ön söz
5.Kənan Aydınoğlunun şeirlər kitabına ön söz
6.Kənan Aydınoğlunun şeirlər kitabına ön söz
7.Samirə Nurun şeirlər kitabına ön sözPublisistik qeydləri
1.İlham Mikayıl haqqında düçüncələr
2.Orxan Zaman haqqında düşüncələr
3.Günel İsrailqızı haqqında düşüncələr
4.Xəyalə Alıyeva haqqında düşüncələr
5.Aysel Cəfərova haqqında düşüncələr
6.Elçin Əlizadə haqqında düşüncələr
7.Samirə Nur haqqında düşüncələrToplayıb, tərtib edib, nəşrə hazırladıqları
1.Sumqayıt Dövlət Universiteti.-50.”Pöhrə” Ədəbi Birliyi qonağımızdır.”Sözün Sehri” qəzeti,3 yanvar-3 fevral, 2012.
2.Sumqayıt Dövlət Universiteti-50.”Gənc Yazarlar” Ədəbi Birliyinin üzvlərindən bir neçəsi qonağımızdır.”Sözün Sehri” qəzeti, 3 sentyabr-3oktyabr, 2012.Xarici mətbuat səhifələrində dərc olunan əsərləri
1.”Türkçülük dəftəri” silsiləsindən olan şeirləriAzərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunan əsəri
1.”Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib”.Şeirlər kitabı.
Tərcümə: Kamran AYDINOĞLU.Müəlliflə əlaqə:
http: // facebook.com/ Kənan Murquzov
http:// twitter.com/ Kənan AYDINOĞLU
Vebsayt: http://edebiyyat-az.com
E-mail: office@edebiyyat-az.com
Tel: ( 051) 785 44 33; ( 055) 260 98 90Türkiyə Ədəbi Elektron Məkanı
Tokat Şairler ve Yazarlar Derneğinin elektron orqanı
http://tosayad.org/ Kənan AYDINOĞLU
Münevver Düver Sanatevi Sitesi
http://munevverduver.com.tr/ Kenan AYDINOĞLUAzərbaycan Ədəbi Elektron Məkanı
http://edebiyyat-az.com/ Kənan AYDINOĞLU]
http://gundelik.info/ Kənan AYDINOĞLU]
[http://qaradag-gii.com/ Kənan Aydıoğlu]
http://dgtyb.org/ Kənan AYDINOĞLU]
http://bizimyazi.com/ Kənan AYDINOĞLU]
http://eqoist.net/ Kənan AYDINOĞLU]
http://azyb.net/ Kənan AYDINOĞLU]
http://uluturk.info/ Kənan Murquzov.]
http://tezadlar.az/ Kənan AYDINOĞLU]
http://reportyor.tv/ Kənan AYDINOĞLU]Türkiyə Ədəbi Elektron Məkanı
http://tosayad.org/ Kənan AYDINOĞLU.Tokat Şairler ve Yazarlar Derneğinin elektron orqanı]
http://munevverduver.com.tr/ Münevver Düver Sanatevi Sitesi]* * *
Günəş boylanmasa, səhər sübh çağı,
Görünməz, inan ki, divarda kölgə.
Çoxdandı gəlmirik üz-üzə yenə,
Bölərdim dərdimi səninlə birgə.Görəydin dərdindən illər uzunu,
Şair qələmimlə nələr çəkmişəm.
Əridib həsrətdən yerin üzünü,
Kim bilir bəlkə də başa çəkmişəm?!Leylini gözləyən bir Məcnun kimi,
Səni düşünmüşəm, səni anmışam.
Sevgini yollarda axtaran gündən,
Yenə də eşqinlə alovlanmışam.Dolsa da, qəlbimə qəribəliklər,
Güc tapıb yanından mən düz keçmişəm.
Gör neçə döyünən qəlbin içində,
Həsrətli gözündə səni seçmişəm.AXI SƏN GƏLƏNDƏ BAŞQADI DÜNYA
Sən gələn yollara gərək sevinib,
Xəbəri göndərim özümdən qabaq.
Gəl, harda qalmısan darıxdım sənsiz,
Ürəyim söyləyir gözümdən qabaq?!Axı sən gələndə başqadı dünya,
Narahat duyğular yerdə qalmayır.
Kim sənə dedi ki, sənin gözündən,
Şairin qələmi ilham almayır?!Gəlməsən, yolları şair ilhamım,
Özümdən də əvvəl fəryad qoparar.
Nə bilim, bəlkə də sənin göz yaşın,
Mənim hisslərimi haqqa aparar?!TƏBİƏT KÖNLÜMÜ ÖZÜ ALIBDI
Yenə səssizlikdi mənim könlümdə,
Elə bil dərdimi soruşan yoxdu.
Misralar içndə, kəlmə içində,
Adından bir dastan danışan yoxdu.Baxma ki, keçibdi gün qatar kimi,
Yenə də qəlbimdə həsrət qalıbdı.
Yolun gözləyəndən bir körpə kimi,
Könlümü təbiət özü alıbdı.Bir də bilirsənmi sənin yolunu,
Yenə gözləməkdən yorulmadım heç?!
Qəlbimi sevgiyə, şeri sevgiyə,
Bu gün səsləməkdən yorulmadım heç.Dastan söylədiyim həmin o əsər,
Əslində sözünün kəsəriymiş, eh.
Bəlkə də dilindən çıxan bir kəlmə,
Şairin ən böyük əsəriymiş, eh.GÖYNƏYİR QƏLBİMİN YARASI SƏNSİZ
Hər dəfə baxanda ulduza, aya,
Göynəyir qəlbimin yarası sənsiz.
Bütün varlığıyla fəryad qoparır,
Gözümün gah ağı, qarası sənsiz.Şeir sarayımın uçub tökülür,
Çələngdən hörülmüş parası sənsiz.
Tarixi bir ana bərabər olur,-
Gecəylə gündüzün arası sənsiz.Tökür göz yaşını bil, gilə-glə,
Dəli Koroğlunun narası sənsiz.
Yolun gözləməkdən usanıb artıq,
Yeni dərdlərimin çarası sənsiz. -
Kənan AYDINOĞLU.Şeirlər
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya Heyəti Rəhimova Aylin Murad qızının “4″yaşı tamam olması münasibətilə Aylini təbrik edir, ona dünyada ən gözəl nemət olan-can sağlığı arzulayır.Bu şeirlər Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri Kənan Aydınoğlu tərəfindən “3″ yaşı tamam olan Aylin Rəhimovaya həsr olunur.
* * *
Körpə Aylinə.
Şərəfli bir ömrü yaşamaq, düzü,
Bəlkə hər bəşərə qismət olmayır.
Axı kim dedi ki, övlad güləndə,
Atanın, ananın gözü dolmayır?!Təzəcə dan yeri sökülən kimi,
Qayğılar aləmə tökülən kimi,
Günəş də dağ kimi bükülən kimi,
Bir ömür körpənin könlün almayır?!UŞAQ RÜBAİLƏRİ
(Körpə Aylinə.)
Tökülür çiynindən ömürün daşı,
Yanaqdan süzülür gözünün yaşı.
Sağına-soluna baxıb güləndə,
Sevincin özü də durur yanaşı.Dağılır gözündən kədər qəm kimi,
Yuxular düzülür qətrə nəm kimi.
Qədəmin atanda Ana torpaqda,
Gözylərə yüksəlir ünü bəm kimi.Doğanda al günəş kaman inləyir,
Göynəyən saz susur, min tar inləyir.
Yanında olmasa həsrətli gözü,
Hər səhər ananı yenə ünləyir.Gözündə nə qüssə, nə kədər olur,
Sevinci bir anda su qədər olur.
Üzündən, gözündən dürr tökülməyi,
Narahat bir ömrə xoş xəbər olur. -
Debüt: Tural ADŞİRİN (Şəki).Yeni şeirlər
TƏRCÜMEYİ-HAL
Tural Adışirin 1990-cı il fevral ayının 26-da Şəki şəhərində anadan olub.1996-2007-ci illərdə Şəki şəhər 9 saylı orta məktəbdə təhsil alıb.2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Elmi və bədii yaradıcılıqla məşğuldu. Dövri mətbuatda publisistik yazılarıyla müntəzəm çıxış edir. Şeirləri “Region Şəki”, “Şəki təhsili”, “Oğuz yurdu”, “Ədalət”, “Söz odası” mətbuat orqanlarında müntəzəm çap edilir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı. Həmçinin şeirləri Türkiyədə çap olunmuş “Türk dünyası şairləri antologiyası”na da salınmışdır. “20-21-ci əsr Şəki ədəbi-mədəni mühiti”(Səbuhi ədəbi məclisi) elmi işi üzərində tədqiqat aparır.2013-cü ildə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü seçilmişdir.Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Sən kimsən?
Sən kimsən?-bu sual yerinə düşdü,
Özünü ələ al tələsmə bir an.
Bu sənin özünlə qəfil görüşdü,
Sən kimsən? Özünlə üz-üzə dayan.Gör, kimin eşqiylə döyünür ürək,
Gör, kimin odunda bu qəlb isinər”
Sən öz kimliyini biləsən qərək,
Kimsə kimliyini soruşa bilər.Ovçumda çığırlar ömür yolusa,
Əllərim bilir ki,sabah mən kiməm.
Əgər sonralardan xəbərim olsa,
Mən öz kimliyimə bilki hakiməm.Sən kimsən?-bu fikrin tərkinə mindim,
Sən kimsən?-bu fikiri çəkdim ortaya.
Torpaqdan boyumca dərinə endim,
Baxdım uzaqlara,baxdım sonraya.Mən elə Fərhadam-qayalar yaran,
Ya da,haqq yolunda güllə hədəfi,
Mən öz kimliyimi unudammaram,
Mən elə hər yerdə düzün tərəfi.Sən ana südündən halallıq istə,
Özünə məhrəm bil,mənim ərkimi.
Heykəl oğullar var bu torpaq üstə,
“Kimsən” sualına bir cavab kimi.Sevinc, kədər…
Tale dənizində qaldırıb yelkən,
Ömür uzaqlara üzüb gedəndir.
Dünya başdan-başa bir nəğmə ikən,
Bu kədər hardandır, bu qəm nədəndir?Yəqin xoşbəxtliyin yolu daş-kəsək,
Yəqin bədbəxtliyin yolu düz-hamar.
Əgər qarış-qarış dünyanı gəzsək,
Görərik sevincdən artıq kədər var.Qara saçlara da vaxtsız salar dən,
Sevinc bir üzlüdü, kədər min yönlü.
Qəm elə hissdir ki, özün bilmədən,
Ağlada-ağlada ovudar könlü.Sevinc qəm içində kiçik bir ada,
Kədər təlatümlü,dalğalı ümman.
Bir cür sevinsə də hər kəs dünyada,
Başqa cür qəmlənir, qəmlənən zaman.Sevinclər hardasa uyuyar, yatar,
Hiss edər nə vaxtsa qəmi qovacaq.
Günəş də belədir, axşamlar batar,
Bilər ki, səhərlər bir də doğacaq.VAXT…
Bəzən vaxt çatışmır, vaxt çatmır deyə
Vaxtın azlığından gileylənirik.
Bir manat itirsək gəzirik niyə
Bir günü itirsək heyfsilənmirik.Vaxtı öz vaxtında anlasaq da biz
Bəzən özümüzü anlamamışıq.
Min yol özgəsini danlasaq da biz
Bir yol özümüzü danlamamışıq.Vaxtın alovunda bişməmişiksə
Zəhmətin odunda çətin bişərik.
Özümüz çətinə düşməmişiksə
Çətinə düşəni başa düşmərik.Bu dünyanın qapısı
Ürəyimə daman hansı duygudu?
Ovcumdaca oxu alın yazımı.
Həyat sanki bir qarışıq yuxudu,
Qarışıqdı yozanların yozumu.Bura qədər harda ömür sürmüşük?
Bəlkə elə yox olmaqdı dogulmaq?
Dogulmagın növbəsində durmuşuq,
Qəm eləmə, növbəsizdi yox olmaq.Qapısızmı tanrının bu qalası?
Burdan gedib, bir də geri gələn yox.
Bu dünyanın gizlin giriş qapısı
, Hayandadı – axtaran çox, bilən yox.Ömür sürdük günəş altda, kölgədə,
Bəlkə ölüm göy üzünə uçmaqdı?
Dar məzara endirilmək bəlkə də,
Bu dünyanın qapısını açmaqdı?Nə dünya sənindi,nə dünyan-mənəm,
Nə də sən mənimçün dünyadan baha.
Ìnana bilmirəm yuxuna gələm,
Məni yuxunda da gözləmə daha.Bu çətin sınaqlar mənimi yordu?
Sənmi gözlərimdən düşmüsən qaçaq.
Bilmirəm, qəlbimdə sönən bu odu,
Bilmirəm, təzədən kim qalayacaq.Nə olsun oxumuz toxundu daşa,
Tale öz verdiyi qisməti aldı.
Deyirəm bir az da gəl mənsiz yaşa,
Demirəm səninki Allaha qaldı.Bu dünya yaxşını yamandan seçər,
Hər qəmi bir şıltaq sevinc izleyir.
Bir oğlan səninçün başından keçər,
Məni də hardasa bir qız gözləyir… -
Debüt: Gündüz SEVİNDİK (Ağcabədi).Yeni şeirlər
Gündüz Sevindik 1978-ci il iyul ayının 24-də Ağcabədi rayonunda anadan olub.Şeirləri müxtəlif mətbu orqanlarda dərc olunub.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.Şahinə Könülün təqdimatında: Gündüz Sevindikdən bir neçə şeir
Fələstinli uşaq və…
Dünyanın sonudu bura bəlkə də,
Burda mələklər də günah axtarır.
Bu qara uşağın uşaq dünyası,
Bu qara ölkədə Allah axtarır.Yeməyin üstündən yarımçıq durub,
Dünyanı qarpıztək kəsib yeyəcək.
Verməyin Anaya siz bu uşağı,
Bu uşaq anasın basıb yeyəcək.Oxşamaz üzünü səhərin mehi,
Canında tikanlar ulduz sayıdı.
Bütün yetimlərin uşaq taleyi,
Nədənsə eynidi, əkiztayıdı.Kəsir vücudunu qışın sazağı,
Yatdığı yerdəcə donur az qala.
Hardasa görmüşəm mən bu uşağı –…XOCALI…
mən səni tanıdım, bala!!!
O qıza bax…
Doğma balandı öz yolun,
Qoyduğun iz iz deyilmi?
Bu yolda yorulub çökən,
Ağrıyan diz diz deyilmi?Sevgi yükdü, bəxtin qapan,
Bəs hardadır o sən tapan?..
Bir qız dodağından qopan,
Gözlədiyin söz deyilmi?Çoxu neynirsən, aza bax,
Qəlbin boyda dənizə bax.
Bir dön o gedən qıza bax,
Yuxundakı qız deyilmi?Hələ uşağıq, qadası
Bu həyat tanışdı bizə,
Dünya bir qarışdı bizə,
Qızmar yay da qışdı bizə,
Hələ sazağıq, qadası.Təpədən zirvə gözləmə,
Dayanma, get… və gözləmə.
Gözləmə, meyvə gözləmə,
Hələ yarpağıq, qadası.Ömür od üstə bişməkdə…
Qəfil dönüb dəyişməkdə.
Dilləşməkdə, deyişməkdə,
Hələ qoçağıq, qadası.İçilməmiş bulağıq biz,
Yazılmamış varağıq biz,
Vallah, hələ uşağıq biz,
Hələ uşağıq, qadası.Xoşuma gəlmədi
Bu dünyanın gözlərini,
Ovun, xoşuma gəlmədi.
Məni öz içimdən çölə,
Qovun, xoşuma gəlmədi.Bu sınmış qəlbə qəsd nədi?
Doğulan gündən xəstədi.
Uşaq oyuncaq istədi,
Cibim xoşuma gəlmədi.Köçdüm özümdən özümə,
Sözüm yetmədi sözümə.
Küçəni təpdim gözümə,
Evim xoşuma gəlmədi.Yorğun küçə
Di gəl bu nəfəssiz küçədə qızın,
Axı nə vecinə varlı bir qızın?!
Nəyinə lazımdı – göydə ulduzun,
Azı göydə qalır, çoxu tökülür.Ay Allah, nəfəs ver, qoyma ki, sönəm,
Qərib küçələrdən özümə dönəm.
Küçədə küçədir, bir də ki, mənəm,
Üstümə küçənin ahı tökülür.Küçənin qonağı lal bir gecədi,
Bu küçə həmənki yorğun küçədi.
Bilmirəm, bilmirəm saat neçədi,
Küçənin gözündən yuxu tökülür…Sözümü kəsmə…
Səngiməz bu ömrün amansız qışı,
Mənəm göy üzünün perikmiş quşu.
İməkləyib çıxacam bu yoxuşu,
Dizimi kəsmə, Allah!Sağa düşən salamatdı, soldayam,
Sənə qalxan əllərdəyəm, qoldayam.
“Kamilliyə Salam” adlı yoldayam,
İzimi kəsmə, Allah!
Verdiyin bu səbrə, dözümə qıyma,
Bu kiçik, qaralan közümə qıyma.
Mənə Söz vermisən, sözümə qıyma,
Sözümü kəsmə, Allah!35 yaşımın astanasında
35 yaşımın astanasında,
Sənə necə deyim “xoş gəldin”, gülüm?
Bəlkə də ömrümün tən ortasında,
Bu təzə zülümdü, təzə bir ölüm.Gəl baxaq göz-gözə, susaq, dinməyək,
Gəl indi zövq alaq dərd-sərimizdən.
Biz ayrı dünyada, ayrı bir yerdə,
Xəbərsiz doğulduq bir-birimizdən.Özümü əlimdən salıb itirdim,
Ömrümü budadım, taladım, çapdım.
Kəpənək ömürü yaşadım demə,
Mən səni tapanda nəyimi tapdım?Ağlasam, gözümü silmə, sən Allah,
Belə qismət olmaz, belə bəxt olmaz.
Gəl məni qınama, gülmə, sən Allah,
Mənə oxşayırsan üzdən də bir az.Eşq adlı bu yükü daşımaq üçün,
Bəlkə bu yuxulu bəxti oyadaq?
Bu ömrü təzədən yaşamaq üçün,
18 yaşına necə qayıdaq?Bu sevda yolunda büdrəyən bəxtim,
Məni aldatmadı, düzünü dedi.
Mən səni axtarıb tapana kimi,
Saçım-saqqalım da sözünü dedi.İndi üz-üzəyik, bu sən, bu da mən,
Hərənin öz evi, odu, ocağı.
Yazdığım bu şeirin bircə bəndini,
Balama söyləyə bilmərəm axı……35 yaşımın astanasında,
Sənə necə deyim “xoş gəldin”, gülüm?
Bəlkə də ömrümün tən ortasında,
Bu təzə zülümdü, təzə bir ölüm.…bu qız
Ömrünü illərə sərdi,
Göyərdi “Vağzalı” dərdi..
Əyilib tikanı dərdi,
Çiçəyi dərmədi bu qız.Uçurtdu Allah payını,
Sarıdimdik qağayını.
Qismətinin sarayını,
Tikmədi, hörmədi bu qız.Bitdi nağılın yarısı,
Getdi ağılın yarısı…
Açıldı bəxtin qapısı,
İçəri girmədi bu qız.Dağın küləyindən keçən,
Eşqin bələyindən keçən,
Hər gün ürəyindən keçən,
Gündüzü görmədi bu qız.Məndən sonra
Məndən sonra hicran yolun,
Bağla, bağlaya bildikcə.
Ömrün boyu ağ bəxtini,
Haqla, haqlaya bildikcə.Qorumadın bu ürəyi…
Bərk saxla, olar gərəyin –
Bağışladığım çiçəyi
Saxla, saxlaya bildikcə.Coşdurmadı söz sinəni,
Yandırmadı köz sinəni.
Məndən sonra öz sinəni,
Dağla, dağlaya bildikcə.Göyərtdinsə dərd daşını,
Axtarma itən başını.
Ağla, silim göz yaşını,
Ağla, ağlaya bildikcə.bəxtimi
Bu mən, bu bəxtim, bu da sən,
Ya danla, ya söy bəxtimi.
“Şair bəxti, oyan!” – deyib,
Tut silkələ, döy bəxtimi.Bildiklərim ki, sirr deyil,
Hər yanan ocaq pir deyil.
Həyat beş-on şeir deyil,
Tərifləmə hey bəxtimi.Tale məni qapıb yordu,
Nə tez belə tapıb yordu?
Fələk harda çapıb yordu,
Bu laçın, bədöy bəxtimi?!Qalanda yolsuz yollarda,
Baxdı keçdi dost da, yar da.
Allah bilir Allah harda,
Yazıbdı “köntöy” bəxtimi.Hələ çox kiçikdi dünya
O qız bu bəxtə gül əkməz,
Burda bir kimsə ev tikməz..
Bir ev həsrətimi çəkməz,
Axtarmaz, itirməz məni.Bu da səhər, bu da sabah,
Nəyi dəyişdi ki, bu ah?!
Sevdiyim, sevdiyim Allah,
Dərdimdən ötürməz məni.Demə qandı, çirkdi dünya,
Oyuncaq-evcikdi dünya.
Hələ çox kiçikdi dünya,
Götürməz, götürməz məni.Dərd yol azdı
Dərd yol azdı dərd köçündən,
Hansı dərddi bu biçimdə?
Salamladım öz içimdə,
Uzaqdan gördüyüm dərdi.Bilmirəm, bilə bilmirəm,
Adını hələ bilmirəm.
Özümnən ala bilmirəm,
Əlimlə verdiyim dərdi.Ay anam, tablamaz ürək,
Bu dərd iblisdi, gah mələk.
Çəkməliyəm axıradək,
Ömrümə hördüyüm dərdi.… bu yolda
Toz oldum, daş oldum, düşdüm, itdim ki,
Əyildi, oxşadı yola qəddim ki.
O qədər üstündən keçib-getdim ki,
Bu yola yazığım gəldi bu yolda.Sil alın yazını, sil varıydısa,
Bəs hanı, bu yolda gül varıydısa?
Dünyada nə qədər yol varıydısa,
Gəlib burdan keçdi, öldü bu YOLDA!Yolçusu kim oldu sonda düz yolun?!
Gör harda azdırdı səni SÖZ yolun?..
Bu da ömür yolun, bu da öz yolun,
Di ağla bu yolda, gül di bu yolda
Somalidə körpə uşaqlar hər gecə ölümü aldadırlar…Somalidə ac bir uşaq,
Bu gecəni də ac yatdı.
Bərk-bərk yumub gözlərini,
Gələn ölümü aldatdı.Aç gözünü, aç, balaca,
Kimi aldadırsan belə?!
Ay bir yaşlı körpə qoca,
Nə yaşadın, gördün hələ?Sənin göz yaşın qurumaz,
Mənimsə duam, diləyim.
Sənin gözünü doyurmaz,
Mənim bu yavan çörəyim.Bu gün yaşadıqlarımı,
Sən bələkdəykən yaşadın.
Mənim daşıdıqlarımı,
Sən məndən yaxşı daşıdın.Gülmə bu yaşda ağlıma,
Dön quşa, uç, gəl beləcə.
Qoşul balaca oğluma,
Qucağımda yat bu gecə……Somalidə ac bir uşaq,
Bu gecəni də ac yatdı.
Bərk-bərk yumub gözlərini,
Gələn ölümü aldatdı…Yalanlar bal dadıb keçdi
Yalanlar bla dadıb keçdi,
Keçənlər aldadıb keçdi.
Üstümdən adladı keçdi,
Böyründən keçmədiklərim.Yol bilib keçdilər məni,
Ölçdülər, biçdilər məni.
Fərq qoyub seçdilər məni,
Fərq qoyub seçmədiklərim.Bu gözünüz, bu qaşınız,
Bu başınız, bu daşınız.
Nəyim var, halal xoşunuz –
Ay suyun içmədiklərim -
Nemət Tahir QARAXANLI.”Həyat hekayələri” silsiləsindən
“Həyat hekayələri”silsiləsindən
Məktəbə təyinat almış təzə müəllim, ilk dərsdə belə bir sual verir:uşalar sizə kim gələndə özünüzü xoşbəxt hiss edirsiniz?
müxtəlif cavablar gəlir…
-babam gələndə
-bibim gələndə
-əmim gələndə və s..
Aytən:müəllim mən anam bizə gələndə çox xoşbəxt oluram,deyir və gözləri dolur…((
Müəllim aytənə yaxınlaşaraq,ikisinin eşidəcəyi bir səslə:qızım atanla anan ayrılıb?
Aytən:yox,müəllimə anam mənim iki yaşım olanda vəfat eləyib…Amma hər gece gəlib mənim üzümdən öpür,üstümü örtür,“Həyat hekayələri”silsiləsindən
Bu gün mərhumun 3 mərasimi idi.Bütün kənd camaatı, qohum-əqrəba gəlmişdi.
Adəti üzrə Molla Baxış da məclisin başında oturub yas mərasiminə uyğun söhbətlər edir,bəziləri qilaq asır,bəziləri isə öz aralarında ordan-burdan söhbət edir,hətta ölü yeyəsinin mağarda yoxluğundan istifadə edib xısın -xısın gülənlərdə var idi…
Məclisin bu anında Oğru Salman mağarın girişində göründü….Hamının ayağa qalxıb,onu öz yanında əyləşdırmək üçün can atırdı..o isə hamıya salam və başsağlığı verib,mağarın girişindən yas sahibinin yanında əyləşdi…Artıq onun 60 yaşı olardı..40 yaşından isə oğruq etmirdi…Oğruğu tərgitmək üçün nə “Qurana” əl basmışdı,nə də tövbə etmişdi.Atasına bir kəlmə demişdi ki,”Dədə sən öl bir də oğruq etməyəcəm” vəssalam…(Oğruğa haqq qazandırmaq fikrim yoxdur,əsla)Amma,deyilənə görə o bir dəfə də olsun kasıb təbəqədən oğruq etməzdi….
Oğru Salman gələndən camaatın ona qulaq asmadığın görən Molla Baxış:
-Ay Salman kişi,bax bu cür ölüm hamı kimi səni də gözləyir, axirət günü oğurladığın mal sahiblərinə nə cavab verəcəksən?Dorudan mənim üçün çox maraqlıdır.
Oğru Salman:
– Molla Baxış,o mal sahiblərindən bir təhər halalıq alamağa çalışacam,ala bilməsəm də mən cəzamı çəkməyə hazıram…
Sən isə əmin oğlunun ili çıxan kimi onun arvadını aldın..Bəs axirətdə sən ona nə cavab verəcəksən,mənim üçün çox maraqlıdır???? -
Debüt: İlkin ƏHMƏDOĞLU ( Oğuz ).Yeni şeirlər
İlkin ƏHMƏDOĞLU ( Babakişiyev İlkin Əhməd oğlu) 1984-cü i yanvar ayının 23-də Oğuz rayonunun Padar kəndində Azərbaycan Yazıçılar və Juranalistlər Birliklərinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, “Azad Qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru Nəcibə İlkinin ailəsində anadan olub.İbtidai və orta təhsilini Mingəçevir şəhər 2 saylı orta məktəbdə alıb.Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir Filialının Filologiya ( İngilis dili) fakültəsində bakalavr, Odlar Yurdu Universitetinin Bank işi üzrə isə magistr pilləsində ali təhsil alıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri dərc olunub.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunmuşdur.”Ziyalı Ocağı” İctimai Birliyinin üzvüdür.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı seçilmişdir.
2011-ci ildə gənc yazar İlkin Əhməoğlunun “Gözlə söyləmişdim…” adlı ilk şeirlər kitabı işıq üzü görüb.ANANIN
Arzumdur anasız olmasın heç kəs,
Ana həsrətiylə solmasın heç kəs,
Sağ ikən biganə, qalmasın heç kəs,
Nə qədər ki, canı sağdır, ananın.Olsaq da, a dostlar, əlli yaşında,
Körpəyik ananın biz yaddaşında,
Diz çökür, baş əyir dünya qarşında,
Qüdrətinə misal dağdır, ananın.Kəbə tək başına dolan min kərə,
Qoymayaq tuş gəlsin qəmə-kədərə,
Ayaqları dəyən hər daş, dağ,dərə,
İnanın cənnətli bağdır, ananın.GÜLÜM
Bilsəydim, hardasan qaçıb gələrdim,
Baxmazdım küləyə, yağışa, gülüm.
Dağları, daşları qucub gələrdim,
Möhtacam o süzgün baxışa, gülüm.Bəlkə də yol çəkir həsrət gözlərin,
Kədərə bürünüb şirin sözlərin,
Məni haraylasa tənha əllərin,
Qoymaram od tutub alışa, gülüm.Çox dedim sevgimiz düşməsin dilə,
Baxmadın sözümə sən bilə-bilə,
Küsdürdün İlkini ta indən belə,
O, çətin səninlər barışa, gülüm. -
Fazilə QAFARQIZI.Həyatı və Yaradıcılığı
Fazilə Qafarqızı Qarabağımızın dilbər guşəsi Şuşada müəllim ailəsində anadan olub.Öncə Şuşa Pedoqoji texnikumunu, sonra isə Bakı Ali Partiya məktəbini bitirmişdir.Azərbaycan Dövlət İncəsənət Universitetində ali təhsil alıb.
Ədəbiyyata, nəsrə erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində məqalələri, hekayələri, felyetonları ilə çıxış edib.Mənsur şeirləri, məqalələri, hekayələri, felyetonları “Azad Qələm”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, “Ali Ziya” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
”Təmiz ad”, “Mən səninəm”, “Məhəbbət və mərhəmət” kitablarının müəllifidir.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.2007-ci ildə Azərbaycan Respublikası Kütləv İnformasiya Vasitələrinin ”Qızıl qələm”, “Xan qızı Natəvan” mükafatları laureatıdır.”Ali Ziya” ədəbi-bədii, elmi-publisistik juranlının Baş redaktorunun müavinidir. -
Fazilə QAFARQIZI.”Qaratikan kolu” (Hekayə)
Qaratikan kolu
Yaxın qohumlarımızın birinin evinə qonaq getmişdik. Uzaq rayonların birində yaşıyırdılar. Xoş əhval-ruhiyyədə idik. Bir-birimizin dərdindən- sərindən xəbər tutub, keçmişlərimizi yada sala-sala istirahət edirdik. Evin kişisi bir neçə il olar ki, rəhmətə getmişdi. Bayramqabağı olduğundan onun kənd qəbiristanlığındakı məzarını ziyarət etməyi lazım bildik. Bəli, yığışıb ora getməli olduq.
Qəbiristanlığa girib salavat verdikdən sonra onun məzarına üz tutduq. Allahdan rəhmət diləyib, dualar etdik. Yazıçı olduğumdan fikirlərim dolaşıq idi. Sanki kolda, hər daşda bir məna axtarırdım. Bütün qohum qəbirləri, Şəhid qəbirləri ziyarət etməyi özümüzə borc bildik. Birdən nəzərimi uzaqda lap təpənin başında tənha bir qəbir cəlb etdi. Qəbirin yalnız köhnə uçulub dağılmış bir baş daşıı var idi. Üstündə isə qəribə bir qaratikan kolu bitmişdi. Bu kolun özünəməxsus gözəlliyi var idi. Sanki bir rəssam əliylə çəkilmişdi. Nə isə…
Mən həmin qəbrə sarı üz tutdum. Elə ora təzəcə yaxınlaşmışdım ki, birdən qulağıma qəribə səs gəldi. Bu bir ananın səsi idi. Hardan gəldiyini anlaya bilmirdim. Qəbrə yaxınlaşdıqca səsin də yaxınlaşdığını hiss etdim. Yanılmamışdım, səs qaratikan kolundan gəlirdi. Mən vahimələndim. Bir anlıq harda olduğumu unutdum. Özümü ələ almaq istədim, lakin bacarmadım. Uzaqlaşmaq istəyəndə həmin səs dönüb-dönüb məni çağırdı. “Hara gedirsən mən də sənin kimi bir anaym, məni dinlə”. Mən özümü ələ alıb, bu qaratikan kolunun səsinə qulaq asmağa başladım. Səs inildəyirdi.-
“Mən bir atılmış anayam. Aman-zaman bir oğlum var idi. Onu min bir əzabla böyütdüm. Saçımın birni ağ, birni qara hörüb, oğlumu ali təhsilli elədim. Yoldaşım vaxtsız dünyasını dəyişmişdi. Onun atasız olduğunu hiss etdirməmək üçün tay-tuşundan əskik geyinməyə, az yeməyinə razı olmadım. Min bir nazı-nemətlə böyütdüm. İstədiyi qızı da alıb, gözəl toy elədim. Bütün qohum-qardaş yanında balamı urvatlı elədim. Balam isə…
Evləndikdən bir il sonra məni aparıb kimsəsizlər -qocalar evinə qoydu. O gündən mən tənhalaşdım. Oğlum arabir yanıma gəliridi. Get-gedə bu gəlməyin arası yavaşıdı. Birdən də ayağı tamam kəsildi. Mən həmin gündən sonra özümü yalqız hiss elədim. Oğul deyən dillərim lal oldu. Qəlbim əzablar içində boğuldu. Onun niyə belə etdiyini başa düşə bilımədim. Axı, mən oğluma nə pislik eləmişdim. Onu hər arzusuna, diləyinə çatdlrmışdım. Oğlum məni tamam yaddan çıxardı. Mən oğul deyə-deyə qocalar evində kimsəsiz bir ana kimi can verdim. Tabutuma özgələr girmişdi. Mənim ölümümü eşidən oğul nə üstümə gəldi, nə də heç cənazəmə də girdi. Ruhum cammatın içində onu axtarırdı. Fəryadım göyə çəkildi. Harayım göylərin bağrını yardı. Demə, əzabla böyütdüyüm oğul məni birdəfəlik yaddan çıxarmışdı. Ondan ötəri ürəyim sızıldayırdı. O vaxt torpağa qoyulandan Allaha yalvardım ki, məni bir qaratikan kolu elə, gəlib-gedənlərə dərdimi danışım. İndiyənə qədər heç kəs məni yad etməyib. Birinci dəfədir ki, məni siz yad edirsiniz. Elə darıxmışdım ki…
Bir gün oğlumu ruhlar məskənindən yad eləməyə getdim. Oğlum çox gözəl bir dövran sürürdü. Gözəl həyatı, günü-güzəranı vardı. Heç yadına da belə düşmürdüm. Salamat olması üçün Allah şükr edib, küskün halda qayıtdım məkanıma. İlahidən onun mənə qarşı niyə belə etdiyini başa düşə bilmirdim. Axı, oğlum niyə mənə nankor çıxmalıydı. Yəni o, bir vaxt da tapıb qəbrimi ziyarət edə bilməzdi? Heç olmasa torpağım sakitlik tapardı. Hər dəfə onu beləcə yad etdim. Artıq övladları böyümüşdü. Üç oğul atasıydı. İki oğlu uzaqda, bir oğlu isə yanında idi. Günlərin bir günü yenə oğluma baş çəknəyə getmişdim. O, çox fikirli, dərdli idi. İstədim yaxınlaşıb soruşam, ancaq bacarmadım. Axı, bu mən deyildim, ruhum idi. O, məni görmürdü, mən isə onu yaxşıca görürdüm. Birdən balaca oğlu ondan soruşdu:
-Ata, deyirsən ki, babamız müharibədə ölüb. Bəs nənəmiz? Axı, bizim anamız olduğu kimi sənin də anan olub. Bəs, o, hardadı? Niyə onu yad eləmirsən?
Nəvəmin verdiyi bu sual ürəyimcə olsa da, oğlumun bu fikirli halında istəmirdim, onun yarasına toxunsun. Ancaq o yaradan böyüyü mənimlə idi. Bilmirdim, o məni niyə atdı, birdən-birə. Onun isə niyə fikirli olması mənim üçün də maraqlı idi. Oğlum çox fikirli halda başını yuxarı qaldırmadan:
-Oğul, həyatda elə bir səhvə yol vermişəm ki, özümü bağışlaya bilmirəm. Anamın mənə çəkdiyi əziyyətləri sənin ananın bir kəlməsinə qurban verdim. İndi görürsən nə gündəyəm, nə canım sağalır, nə də ruzim artır. Anan da öldü getdi. Allah mənə bəxş etdiyi sizdən başqa nə vardısa hamısını aldı. Hələ sonrasını bilmirəm. Mən anamı nə üzlə yada salım. Sizin ananız məni anamdan döndərdi.
Balaca oğlu atasını qucaqlayıb, ona dırmaşdı.
-Ata, gedək nənəmin yanına ondan üzr istəyək.
-Yox, oğul, nənənin yaralarını qanada, ruhunu narahat edə bilmərəm. Qoy rahat yatsın. Artıq hər şey gecdir. Düzü heç yerini də bilmirəm. Kimdən soruşum ki, anamın qəbri hardadır?
-Yəni o, ölüb. Ata, bəs sən necə oğulsan ki, onun ölümündə də getməmisən. Anam kim idi ki, onun sözüylə belə nankorluq etmisən? Mən nənəmin yerinə olsam, səni heç zaman bağışlamaram.
Ruhum öz məkanına qayıtdı. Ancaq rahat ola bilmirdim. Oğlumun tapdığı xəstəlik məni narahat edirdi. O, məni atsa da, mən onu ata bilmirəm. Bu küskün ruhumla onu fikirləşirəm. Necə olsa da, anayam, axı…
Qaratikan kolu necə əsirdisə, sanki güclü bir külək var idi. Bütün bunları gözlərimlə görürdüm. Birdən qolumdan kiminsə tutduğunu görüb, ayıldım. Sanki yuxuda idim. Qaratikan kolundan ayrıla bilmirdim.
-Gedək Fazilə bacı, artıq gecdir. Qaranlıq düşür.
Mən o ana haqqında soruşmaq istəsəm də heç nə dilimə gətirə bilmədim.
Təkcə bir şeyi fikirləşirdim, Axı, oğulları belə nankorluğa vadar edən kimdi. Aldıqları qızlarmı?! Axı, o qızlar da sabah qaynana olacaqlar. Yox, oğul, oğul olsa, yad qızı kimdi ki…
Xəyaılmda, yuxunda “qaratikan koluyla” tez-tez danışırdım. Elə hey onu düşünürdüm. Bir gün yenə dayana bilməyib o kəndə qohumgilə getdim. Maraqlanıb xəbər aldım. Ananın uzaqda yaşayan həmin oğlunun ağır xəstəlikdən uzun müddət yataraq vəfat etməsini, üç oğlundan isə heç birinin tabutuna girməməsindən xəbər tutanda qəlbim ağrıdı. Atalar düz deyib, “Nə tökərsən aşına, o da çıxar qaşığına”.
Ananın qəbrini ziyarət etdim. Qaratikan kolu solmuşdu…Mənimlə daha dərdləşmədi… -
Fazilə QAFARQIZI.”Arxalı köpək” (Felyaton)
Arxalı köpək
(felyaton)
Savadlı olmasam da çox bacarıqlı oğlanam. İdarələrə, müəssisələrə baş vururam. Kiməsə iş tapıram, kiməsə yük daşıyıram. Kiminsə əlindən tutub yıxılmağa qoymuram. Mənim bu bacarığımı görüb qonşum dedi ki, gəl səni qiyabi oxutdurum. Görürəm qabiliyyətli oğlansan. Nə xərcin var, mənim boynuma. Razılaşdım. Sənədlərimi düzəltdim, məktəbə verdim, girdim, oxudum. Necə oxudumsa, onu bir Allah bilir, bir də mən. Nə isə… Vaxt bitdi, Dövlət imtahanlarının verilmə vaxtı gəlib çatdı. Qorxu canımı almışdı. İmtahana girməsəm diplom verməyəcəkdilər. Nə edim, nə etməyim qalmışdım əli qoynumda. Ağlıma gələn xoş bir xəbər məni bu sıxıntıdan qurtardı. İki gün sonra imtahan günü idi. Geyinib-gecinib, ətirlənib evdən çıxdım. Bİr başa əzcaxanaya getdim. Oradan bir-iki ədəd zökəmə qarşı dərman, bir ədəd də “vetnam mazı” aldım. Məktəbə az qalırdı. Özümü bir tinə verib aldığım mazdan gözümün altına, üstünə yaxmağa başladım. Aradan on dəqiqə keçməmiş, mən oldum illərin xəstəsi. Yaxdığım maz gözümün suyunu necə axıdırdısa, elə bil göydən leysan yağışdı. Allah, mənim bu günümü anam görəydi. Deyərdi a bala, sənə nə oldu bu günə düşdün. Evdən sağ-salamat çıxmışdın. Nə isə… Başınızı nə ağrıdım ey. Gözlərim qıpqırmızı, burnumu silməkdən eləmişdim küftə boyda.
Adımı çağırdılar. Dəsmalı ağzıma tutub içəri keçdim. Bilet çəkib oturdum. Sualları oxudum. Çox çətin idi. Dedim evim yıxıldı, indi mən nə edim. Başımı qoydum stolun üstünə. Öhö, öhö… o qədər öskürdüm ki, gözlərim hədəqəsindən çıxdı. Müəllimım dedi bala, bu vəziyyətdə sən imtahan verə bilməzsən, dur get, sonra gələrsən. Dedim, yox müəllimə, ölsəm də çalışacam cavab verəm. Müəlliməm çox gözəl bir insan idi. Oğlu şəhid olduğuna görə hamıya hörmət edirdi. Özü də təmənnasız. Dedi oğlum, görürəm, heç halın özündə deyil, mən sənə qiymət verərəm. Dur, imtahan vərəqəsini qoy stolun üstünə get, amma bu söhbət ikimizin arasında qalsın. Mən çox ağır addımlarla –çox sağ olun müəllimə, deyib, otaqdan çıxdım. Foyedə uşaqlarla görüşüb ayrıldım. Birbaşa evə gəldim. Gözlərimi yumaq üçün vanna otağına keçdim. Güzgüyə baxdım. Özümü tanıya bilmədim. Gözlərimə qan dammış, sifətim də şişmişdi. O ki var, gözlərimi sabunla yudum. Amma mazın qoxusu getmirdi. Xülasə…
Kefim kökəlmişdi. Dövlət imtahanlarının birindən keçmişdim. O birisi isə gələn həftə olacaqdı. Həftəarası özümə köynək almaq üçün bazara getdim. Bazarın ikinci mərtəbəsinə qalxmalı idim. Bir də gördüm bibim qızı kartof seçib torbaya yığır. Şıltaqlığımdan əl çəkmədim. Yavaşca gedib arxadan onun gözlərini tutdum. Qız heç nə demədən, bir neçə adamın adını çəkdi. Adlar mənə tanış gəlmədi. Qız əllərimi əlləri ilə gözündən çəkdi və üzümə baxdı. Gördüm bibim qızı deyil. Ona oxşatmışam. Çox-çox üzr istədim. Bağışla deyib, qurtarmamışdım ki, üzümə dəyən daş idi, taxtaydı, ya yumrux idi, bilmirəm,-arxası üstə yerə yıxıldım. İstədim duram, təpik-təpik dalınca, söyüşün biri olub bir qəpik, anam, bacım qalmadı. Yeddi arxa dönənimi söyürdü köpəkoğlu. Bir təhər məni onun əlindən aldılar. Ağzım, burnum qanın içində idi. Qolumla üzümü silirdim. Gözümün biri görmürdü. Gözünü tutduğum qız da orada idi. İki daşın arasında ondan yenə üzr istədim. Qız yaxınlaşdı. “Allah bağışlasın”- dedi. Amma bu bağışlamadı,- deyib məni şülüyən oğlanı göstərdi. Bilmədim o, onun ya qardaşı idi, ya da nişanlısı. Məni maşına qoyub köynək almağa yox, xəstəxanaya apardılar. Sağ olsun yaxşı adamları. Gözümü müayinə etdilər. Güclü vurulan zərbədən gözümün didəsi dağılmışdı. Həkim dedi ki, görmə ehtimalı çox azdı. Bu da mənim şıltaqlığımın nəticəsi. Gözümün sağalması iki aydan çox çəkdi. Bu iki ayda dövlət imtahanlarını verib, “hansı yollarla” qiymət aldım və oldum diplomlu bir kişi. Evlənmək üçün məni çox incidirdilər evdəkilər. Vaxtın keçir, yaşın ötür, a bala, evlən bir toyunu görüm, sonra ölüm, deyirdi anam. Çox götür qoydan sonra qonşumuzda yaşayan bir qızla evlənməyimə razılıq verdim. Qızın da atası çox imkalı bir yerdə işləyirdi. Ataların bir sözü var ey… “arxalı köpək qurd basar”. Savadım yox, istedaım yox. Qızına görə məni qaynatam yola verəcək. Qızla əlaqə yaratdım, görüşdük. Ailə qurmaq üçün razılıq verdi. Çox sevindim. Özümü qızın yanında quzu kimi aparırdım. Elçilərimiz Allahın səadət bəxş elədiyi qız qapısına getdilər. Nişan günü təyin olundu. Xoşbəxtlik quşu qonmuşdu başıma.
Qaynatam məni ucqar kəndlərin birinə vəzifəyə qoydurdu. İş icraçısı deyildim. Həyat yoldaşım universiteti qurtarmışdı, savadlı idi. Mənə təkan verən, yol göstərən elə yoldaşım idi. Mən tez-tez kənd camaatı qarşısında çıxış edir, onlara köməklik göstərirdim. Qaynatam mənim həm maddi, həm də mənəvi cəhətcə dayağım idi. Çox keçmədi ki, məndən şikayətlər gəldi. Mən növbəti iclasın birində onlara üzümü tutub:
-Ay camaat inanın ki, mən sizin hamınıza bir gözlə baxıram. Heç birinizə fərq qoymuram. Camaat isə öz narazılığını bildirdi.
Əslində diplomu saxta yollarla alan, qaynatasına və həyat yoldaşına görə camaatı necə deyərlər “yola verən”, onlara kəf gələn bu “mərd” oğlanın bir gözlə baxmağı camaatı sevdiyindən dediyi fikrə əsaslanmırdı. Özünün qanmazlığı ucbatından itirdiyi bir gözünə işarə idi. Yəni o, hamıya bir gözlə yox, bir gözüylə baxırdı… -
Səttar QARAĞACLI.Yeni şeirlər
BİLMEYİR
Qazanda qaynayan xörek
Qaynayır, bişe bilme yir.
Çoxları sındırır ürek,-
Üreyi şüşe bilmeyir.Nedir bu tamah, bu göden?
Haqsızlıq yaranır neden?
Yamanlığa verdiş eden,
Verdişi peşe bilmeyir.Halaldır zehmetde ruzu,
Kim sevindirer yalqızı?
Ellerde beslenen quzu
Çekilir şişe , bilmeyir.Yandırma ürek közünü,
Kim dinler şair sözünü?
Dünya itirib özünü,
Sahmana düşe bilme yir.GELMİŞEM
Ömrümden-gùnùmden sessiz ötüşen
Sevince ten olan ili sevmişem.
Her fesil çiçekli yazla görüşen
Bu ucsuz-buçqsız çölü sevmişem.Dağlardan, dùzlerden keçib gelmişem.
Könlüme gözellik köçüb-gelmişem.
Serin bulaqlardan içib gelmişem,
Güllü çiçekleri, gülü sevmişem.Dağların gözeli- dağlar maralı,
Sinemden oxladı, oldum yaralı.
Bir günüm olmasın elden aralı,
Men ele ezelden eli sevmişem. -
Səttar QARAĞACLI.Yeni şeirlər
ÖMÜR ELDEN UÇANDI KI
Qara saça düşer den ki,
Ömür elden uçandı ki!
Merd dediyin naşı bende
Namerde el açandı ki.Dedim hanı haqqın yolu?
Yaxşı tanı sağı-solu.
Gördüm ele qarınqulu
Yem axtaran siçandı ki!Yaxşılıqdır dilde qalan,
Nedir bildim doğru, yalan.
Şad günümde dostum olan
Dar günümde qaçandı ki!BİLMEZ
Nece nanecibdi, düzelmezdi bu,
İten bir ömürün badını bilmez.
Men nadan desem de düzelmezdi bu,
Yaxını tanımaz, yadını bilmez.Görüner eyrisi düzün den yeke,
Sürüner kölgesi özün den yeke,
Biter ayaması özünden yeke,
Elde çağırılan adını bilmez.Yolundan eylemez ne qorxu, hede,
Ömrün qazancını tapıbdır nede?
Bulaşıq tikeye ac olan gede
Yediyi çöreyin dadını bilmez. -
Elnurə AĞAZADƏ.Yeni şeirlər
BAYRAĞIM
Qürurla dalğalan sən vətənimdə
Azad ölkəmin azad bayrağı
Odlar yurdumun yanar odutək
Nur saç torpağəma azadbayrağım
Qırmızı rənginlə müasirliyin
Göy rəngin ulu türk qədim tarixin
Yaşıl rəng dinimin inanc xəbəri
Ulduzlu ayparan azad bayrağım
Uzaq et ölkədən şər qüvvələri
Uzaq et tufanla şər qüvvələri
Yaxın et zəfəri sən müjdələri
Qucub öpək səni azad bayrağım
Sən inanc yerisən vətənpərvərin
Torpağa can qoyan mərd igidlərin
Oğul gözləyən ata-ananın
Sülh laylasısan azad bayrağım
Düşmən əlinə keçən qarabağ
Bir gün alınar mənfur yağıdan
Zəfər müjəsiylə səni gidlər
Sancar cıdır düzə enməz bayrağımQIZ SƏNİ XOŞBƏXT OLASAN
Vüsal həsrətlə yox olur,
Hicran susub lal olur
Qohum-qonşular oynayır,
Qız səni xoşbəxt olasan
Nuru ol getdiyin evin,
Baş tacı ol sən ərinin
Baldızının bacısı ol,
Qız səni xoşbəxt olasan
Evi qonaqlı olasan,
Əli çörəkli olasan
Oğul uşaqlı olasan,
Qız sənixoşbəxt olasan
Yeddi uşaq anası ol,
Bol bərəkət ruzili ol
Qohum qonşuya dayaq ol
Qız səni xoşbəxt olasan
Vağzalı sədası bitər,
Xanendələr tərif deyər
Elnurə xoş sözlər deyər,
Qız səni xoşbəxt olasan -
Elnurə AĞAZADƏ.Yeni şeirlər
NƏSİHƏT
Tək sənin deylki bu qoca dünya,
Çoxda mənəm deyil özünü yorma
Dünya malına gözün allanıb,
Səndən kasıb olanı yaddan çıxarma
Sənə göndərilən bu var bu dövlət,
Səndən sonrasına qalacaq əlbət
Yeyib-içib gəzmək üçün yaranmadın sən,
Səndən zəifədə bir xeyir versən
Sən bir müsəlman dininsə islam,
Gərək olsun əlin səxavət payı
Belə buyurubdur rəsuli əkrəm,
Səxavət behiştin bir açarıdır
Sənin imamın var Həzrəti Əli,
O ki səxavətin yüksək zirvəsi
Onun şəninə səxavətli əl
Bir könül xoşluğu geniş ürəklik
Çox zəngin insanı xəzinəsiylə
Dünya pay veribdir qara torpağa
Bəzən kəfəndə olmamış qismət
Yalnız adı qalar mərhəmətiyləƏZABLI SEVGİM
Elə bir sevgiyə düşmüşəm ki mən ,
Nə bir əlac var nədə bir köməy
Elə bir sevgiyə düşmüşəm ki mən,
Yalnız əzabdır bütün günləri
Bəlkə hicrandır onun əlacı,
Bəlkə vüsaldır onun köməyi
Hicranda olsamda əlacı yetməz,
Vüsala getsəmdə köməyi keçməz.
Qurtula bilmirəm mən bu sevgidən,
Əzab çəksəmdə günah etsəmdə
Ayrıla bilmirəm mən bu sevgidən,
Gözəlr ağlasad həsrət yansada. -
Nəcibə İLKİN.Yeni şeirlər
Şəhidlər xiyabanında bir ana gördüm
(Ad günündə şəhid olmüş Adik Sepxanova həsr edirəm )
Dünən bir ana gördüm, qəlbi qaynar, od-alov,
Sinəsində qarlı qış, kipriklərində qırov.
Dünən bir ana gördüm, gözlərində qəm-qüssə,
Fəryadından ürəyi olmuşdu hissə-hissə.
Odlara qalamışdı oğul dərdi ananı,
Qəm oduna atmışdı oğul, dərdə yananı.
Ölüm günü,ad günü bir tarixə yazılmış,
Ananın sinəsindən bir daş kimi asılmış.
Qarşımda ana sanki buz heykələ dönmüşdü,
Yaşamaq, həyat eşqi gözlərində sönmüşdü.
İntizardan, xiffətdən ana saralıb, solmuş,
Həsrət seli qəlbindən axıb gözünə dolmuş.
Danışdıqca ananın dodaqları əsirdi.
Oğul dərdi ananı şaxta kimi kəsirdi.
Başında qara örpək. əynində qara paltar,
-Oğlum özü alıbdı,-dedi,-məndən yadigar.
Hər gün bu geyim ilə görüşünə gəlirəm,
Nisgilimi, dərdimi soyuq daşla bölürəm.
Evim muzeyə dönüb onun şəkillərindən.
Təkcə o şəkillərdən təsəlli tapıram mən.
Oğlum bir oğul idi, istiqanlı, mehriban,
Dediyim hər kəlməmə cavabı olurdu,”can”.
Ad gününə az qalmış ona hədiyyə aldım,
Şirin qoğal bişirib, adına süfrə saldım.
Gözləyirdim yolunu əziz xələf oğlumun,
Adı özündən şirin, sözü şəkər noğlumun.
Səhər-səhər həyətdən gələn səsə boylandım,
İki əsgər soruşdu, adımı dərhal andım.
Tələsik qaça-qaça tez yüyürdüm həyətə,
-Kimsiniz? Kim lazımdır? Tez qarışdım söhbətə,Biri ürkək baxışla üzümə baxıb xeyli,
Gözlərin dikib yerə, axır dindi gileyli.
-Biz cəbhədən gəlmişik, necə deyim ki, Adik-
-Ağır yaralanıbdır….
-Necə? Nə dedin? Yox yalandı, balama,
Güllə dəyməz heç zaman o qəhrəman oğluma…
Yaşarmış gözlərimə göründü tabut bu an,
Analarsız hər şeyi həll eləyirmiş zaman.
Ahım çaxdı göylərə, dağılmadı göy nədən?
Amansız ölüm idi, məni belə göynədən,
Oğul verdin, ay Allah, neçə il bundan öncə,
Sənə dualar edib, bürünmüşdüm sevincə.
İndi bu ad günündə mənə paymı göndərdin?
Bəslədiyim qönçəmi qıyıb necə tez dərdin?
Ahım çatmadı əfsus, nə yerə, nə də göyə,
Tabutu qucaqladım,-Yaşın mübarək- deyə.
Oğul deyən dillərim dilim-dilim soyuldu,
Yandı bağrım nalədən için-için oyuldu.
Dan yeri tək söküldü ürəyimin telləri
Son nəfəsdə oğlumun nə söyləyib dilləri.
O susuz dodaqları pıçıldayıb nə deyib?
Ürəyindən nə keçib, görəsən nə söyləyib?
Yığışdı dostları, qonşular ad günündə,
Ona ehsan verdilər, balamın şad günündə.
Necə dözüm ay Allah, necə dözüm bu dağa?
Ad günündə oğlumu tapşırıram torpağa!
Yenidənmi doğuldun Şəhid qoyuldu adın?
Vətən! Qoy sənin olsun bu qəhrəman övladın.
İgid doğuldu oğul, Şəhid doğuldu oğul,
Vətənin alovunda yanıb kül oldu oğul.
Qoy, sevinməsin düşmən, oğlum ölməyib mənim,
Oğlum Şəhiddir deyə, Ana kimi öyünüm!!!“ Dəli bir ağlamaq keçir könlümdən”
Alı Mustafayev
Dağlar boyda həsrət bitib gözümdə,
Qasırğası, tufanı var izimdə,
Gör nə vaxtdır gecədir gündüzüm də,
El dağıldı, oba köçdü yerindən,
“Dəli bir ağlamaq keçir könlümdən”.Gör nə qədər biçilmişik zəmi tək,
Dəryalarda qərq olmuşuq gəmi tək,
Telli sazın qəm oxuyan simi tək,
Köklənmişəm “Kərəm” üstə zilindən,
“Dəli bir ağlamaq keçir könlümdən”.Nəvaxtdı ki, dağlarımı qar almır,
Dənə dolub sünbüllərim saralmır,
Yaralarım sağalmır ki, sağalmır.
Palıd idim, qopulmuşam kökümdən,
“Dəli bir ağlamaq keçir könlümdən”.Vətən dərdi bir dərdimi min eylər,
Həsrət axıb sinəm üstdən sel eylər,
Harda qaldı buz bulaqlar, güneylər?
Vulkan kimi püskürürəm içimdən,
“Dəli bir ağlamaq keçir könlümdən”.Xocalı yanğısı, Şuşa yanğısı,
Kəlbəcərin qan harayı, qan səsi,
Sızlayır Ağdamın “Şur”u, nəğməsi,
Ağ dünyanın baxıb gecələrindən,
“Dəli bir ağlamaq keçir könlümdən”.Tər-tər çayım Arazlaşıb, ay Alı!
Dərdim yaman dənizləşib, ay Alı!
Qarabağım Təbrizləşib, ay Alı!
Karvan getdi, el ayrıldı köçündən,
“Dəli bir ağlamaq keçir könlümdən” -
Nəcibə İLKİN.Həyatı və Yaradıcılığı
NƏCİBƏ İLKİN (Babakişiyeva) Bahadur qızı.
1961-ci il 22 iyulda Tərtər rayonun Sarov kəndində doğulub. 1978- ci ildə həmin kənddə orta məktəbi qurtarıb. 1979-81- ci ildə Bakı Kooperativ texnikumun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Həmin il qiyabi yolla Moskva Kooperativ (indiki Koomersiya universiteti) institutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Ailə qurmasıyla əlaqədar institutun 3-cü kursundan sonra davam etməmişdir. 1998- ci ildə Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika institunun filologiya (dil-ədəbiyyat) fakültəsinə daxil olmuş, oranı əla qiymətlərlə başa vurmuşdur. Əvvəllər əmtəəşünas, iqtisadçı sahələrində çalışsa da, müəllimlik sahəsinə meyl etməmişdir. 1980-ci ildən dövrü mətbuatda şeir və məqalələri dərc olunduğundan, mətbuat aləminə maraq göstərmiş və bir filoloq kimi bu sahədə fəaliyyətə başlamışdır.
Nəcibə İlkin orta məktəbdə oxuduğu illərdən şeir yazır. Şeirləri və publisist məqalələri “Zaman”. “Ümman”, “Kaspi”, “Respublika”, “Demokratiya”, “İcmal”, “Ədalət” qəsetlərində və “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz”,”Kotoloq” jurnallarında dərc olunmuşdur.
2004-cü ildə “Bir ömür uduzdum”, 2006-cı ildə “Qəlbimdə dil açan dünya “ şeirlər kitabı işıq üzü görmüşdür. 2007- ci ildə “Tərtər inciləri” toplusunda bir neçə şeirləri çap olunmuşdur. Bu kitablar haqqında tanınmış qələm sahibləri rəy yazmış və müsbət mənada öz fikirlərini bildirmişdir.
Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatına, “ İnam” şərəf diplomuna layiq görülmüşdür. Qafqaz Media İctimai birliyi tərəfindən “Vicdanlı qələm” , “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılmışdır. Bu yaxınlarda təsis etdiyi “Azad Qələm” qəzetinin 3 yaşı tamam olmasına görə, publisist məqalələri və ədəbi yazılarına görə AZKİVİHİ-nın “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Ulduz” , “Azərbaycan” jurnallarında şeirləri dərc olunub.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibidir.
AYB-nin və AJB-nin üzvüdür. 2006- cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” jurnalının təsisçisi və baş radaktorudur.
Ailəlidir. Iki övladı və bir nəvəsi var.ANA DİLİM, AZƏRİ DİLİM
Sən mənim dünyamsan, mənim həyatım,
Sən mənim varlığım, toyum-büsatım,
Sən ana laylamsan, sən ilk bayatım,
Mənim Ana dilim, Azəri dilim.Fizuli dünyamın sözü-söhbəti,
Nizami eliminin şanı-şöhrəti,
Sən Oğuz yurdumun Qorqud qeyrəti,
Mənim Ana dilim, Azəri dilim.Sənsən Üzeyrimin nəğməli dili,
Sənsən Babəkimin vuruşan əli,
Uca dağlarımın kükrəyən seli,
Mənim Ana dilim, Azəri dilim.Səndə gözəlləşir ruhumun səsi,
Səndə doğmalaşır, eşqin həvəsi,
Səndən ilham alır, şerin nəfəsi,
Mənim Ana dilim, Azəri dilim.Bu dildə tapmışıq haqqı, salamı,
Bu dildə tanıdıq şuru, muğamı,
Sən ulu xalqımın müdrik kəlamı,
Mənum Ana dilim, Azəri dilim.Səni qeyrətinə sığışdırmayan,
Səni ülfətiylə qoşa tutmayan,
Gəlsin gözlərindən süd zaman-zaman,
Mənim Ana dilim, Azəri dilim.Niyə sevəmmədik bir-birimizi
Ömrümə-günümə bir baxışıydın,
Mən külək, sən isə gur yağışıydın,
Çiçəkli bahardın, mən naxışıydım,
İndisə baharın solub bənizi,
Niyə sevəmmədik bir-birimizi?!Mən qumlu-qayalıq, sənsə səhraydın,
Axı, sən əzəldən mənə doğmaydın,
Mən coşğun bir dəniz, sənsə dalğaydın,
Yuduq sahillərdən izlərimizi.
Niyə sevəmmədik bir-birimizi?!Baxır əksimiz də bulaq gözündən.
O vaxtdan bizləri salıb gözündən,
Beləcə, qəm çəkən eşqin izində,
Qarışıq salmışıq sözlərimizi.
Niyə sevəmmədik bir-birimizi?!Çiçəyin rəngiydik, gülün rəngiydik,
Coşan qəlbimizin eşq çələngiydik,
Axı, bu yollarda niyə ləngidik?
Daşamı çırpmışıq ürəyimizi?!
Niyə sevəmmədik bir-birimizi?!Bir cavab tapmadıq nə sabahlara,
Döndük günahlara, döndük ahlara,
Ağ günlü sevgiyə geydirib qara,
Həsrətə qərq etdik gözlərimizi,
Niyə sevəmmədik bir-birimizi?!Neçə açılmamış sabah içində,
Qovduq gecələri günah içində,
Ömrümüz-günümüz min ah içində,
Güldürə bilmədik taleyimizi!
Niyə sevəmmədik bir-birimizi?!Bu eşqin yolunda çəkilməz dərdi,
Sərdi sinəm üstə hicranlar sərdi,
Nəcibə çox dedi, çox qəmlər yedi,
Daha bağışlamaz bu sevgi bizi!
Niyə sevəmmədik bir-birimizi?! -
İbrahim İLYASLI.Yeni şeirlər
QÖNÇƏDƏ SOLAN ÇIÇƏK
Günaydın, ömrüm-günüm,
Qönçədə solan çiçək!
Baxtına yağan yağış
Gözünə dolan çiçək.Arı qonmaz ətrinə,
Xar susamaz çətrinə.
Xətirsizlər xətrinə
Taleyi talan çiçək.Ağca günüm keçilib,
Ağ kəfənin biçilib.
Sonalanıb, seçilib
Mənimki olan çiçək.FƏLƏK
Mənə sirr verdiyin yerdə
Dilin lal olaydı, fələk.
Qara-qançır ağ yuxular
Qara bağrım oydu, fələk.Qibləm o yaqut-yəmənə
Gülün nə, daşın nəmənə?
Bəyin deyiləm, bə mənə
Tutduğun nə toydu, fələk?Aman ver, açım gözümü,
Zaman ver, deyim sözümü.
Bəsdi, tanıdım özümü…
Hoydu fələk, hoydu fələk! -
İbrahim İLYASLI.Yeni şeirlər
QÖNÇƏDƏ SOLAN ÇIÇƏK
Günaydın, ömrüm-günüm,
Qönçədə solan çiçək!
Baxtına yağan yağış
Gözünə dolan çiçək.Arı qonmaz ətrinə,
Xar susamaz çətrinə.
Xətirsizlər xətrinə
Taleyi talan çiçək.Ağca günüm keçilib,
Ağ kəfənin biçilib.
Sonalanıb, seçilib
Mənimki olan çiçək.FƏLƏK
Mənə sirr verdiyin yerdə
Dilin lal olaydı, fələk.
Qara-qançır ağ yuxular
Qara bağrım oydu, fələk.Qibləm o yaqut-yəmənə
Gülün nə, daşın nəmənə?
Bəyin deyiləm, bə mənə
Tutduğun nə toydu, fələk?Aman ver, açım gözümü,
Zaman ver, deyim sözümü.
Bəsdi, tanıdım özümü…
Hoydu fələk, hoydu fələk! -
İbrahim İLYASLI.Yeni şeirlər
VAXTIDI
Könül, bir azca toxtaq ol,
Yağının şölən vaxtıdı.
Dizini bərkit, qəmlərin
Qoşunnan gələn vaxtıdı.Üsyan deyir için-çölün:
Yetər, qafil!–Görün, görün!
Ürəyində açan gülün
Köksünü dələn vaxtıdı.Dərya boyuncadı, batma
Gördüyün yuxudu, qatma.
Qayğına bələnib yatma,
«Qanına bələn!» – vaxtıdı.BU DIVARIN O ÜZÜNDƏ
Bu divarın o üzündə,
Bir nazlı mələk uyuyub.
Gecə gərib qanadını,
Üstündə lələk uyuyub.O xanədə nə var – oyaq,
Döşəmədən tavanacan.
Qapı, pəncərə, dörd divar,
Çimir almaz sabahacan.Odasının yörəsində
Yüz hoqqadan çıxır külək.
Donub qalıb pəncərədə,
«Heyrət ey büt!…» – oxur külək.Tanrı tamaşası nədi –
O mələyi görən bilir.
Günəş ondan ötrü çıxır,
Ay ondan ötrü yüksəlir.…Divarların bu üzündə,
Qismətim qubardı mənim.
Hər yan gözəllikdi, Tanrım,
Hər yanım divardı mənim. -
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
***
Mən gülüm, sən ağla, vüsala dözək,
Görək, kim bu eşqin damına çıxır.
Yalqız pərvanələr ünvan tanımaz,
Onlar hər adamın şamına çıxır.Daha çarx fırlanıb, geriyə az bax,
Orda yad baxışlar çapar atını.
Quzum, qarşı yolda qurd ləpiri var,
Duman çoxalmamış apar atını.Axsaq xəyalların çatı böyüyüb,
Kölgəmdən kənar dur, naz vaxtı deyil.
Yuxum çiçək açır, gözümdən çəkil,
Görmürsən, könlümün saz vaxtı deyil!?***
Çoxdur təbiətin bakirə yeri,
Hər yol öz ağlığın saxlaya bilmir.
Dərdin kağızında imza yeri yox,
Dərd çürük diş kimi laxlaya bilmir.Bir pəri boylanır hər səhər göydən,
Ona əl uzadın, şən ola bilsin.
Başının altına kətil qoyun ki,
Boyu kölgəsilə tən ola bilsin.Baxma, mığmığalar şivən qoparır,
Bəzən pir sayılır su başı, adam.
Madam ki, üstündə gəzdirə bilmir,
Nə üçün saxlayır bu başı adam? -
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
***
Hamı bənzərindir deyirsən, Tanrı,
Nədən bu adamlar Sənə oxşamır?
Çək məni bu cırıq kağıza, göstər,
Nə qədər çəkirlər, mənə oxşamır.Ruhum mən uşaqkən acından ölüb,
Onunçün heç kimə ərk eləmirəm.
Elə bil yarımçıq bir cümləsən, qız,
Yüz yol oxuyuram, dərk eləmirəm.Niyə titrəyirsən, çənəmi bağla,
Görmürsən ölmüşəm, su at üstümə.
Axıt gözlərini yaşını, sonra
O ağ köynəyimi yu, at üstümə…***
Mən qəmdən kürüdüm ömür yolumu,
Sən də öz altını süpür di, Allah.
Mən Sənin damının dirəyin sökdüm,
Sən də dur, üzümə tüpür di, Allah.Bir məna tapmıram bu daş ömürdə,
Artıq taleyimin çuxası yanıb.
Bir kölgə ləhləyir məndən qabaqda,
Yəqin yuxu tutub, yuxası yanıb.Əyil, gözlərinə salavat çəkim,
Sonra təhvil verim daşımı Sənə.
Arvadın, uşağın yanında əydin,
Mən halal etmirəm başımı Sənə… -
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
***
Yaram qaysaq tutub, dərim dartılır,
Hicran sinəm üstə sac qoyub sanki.
Ruhum öz-özünü elə qınayır,
Üç körpə balasın ac qoyub sanki.Gəl, gözüm ağrıyır, baxışını sürt,
Canımı canına sığışdır, gedək.
Daha yaşamalı halı da yoxdur,
Bu evi sil-süpür, yığışdır, gedək.Gəl, birgə üz tutaq Allaha, soraq: –
Nədən zülm eləyir bəndə özünə?
Bizim günahımız ayrı-ayrıdır,
Mən özümə baxım, sən də özünə.***
Mən çiçək axtardım, nazını çəkim,
Bir qız qapımıza gülünü atdı…
…Nazı ayrı cürdü şəhər qızının,
Söz atma, görərsən, külünü atdı.Qoxlama, həyat da zəhər kimidi,
Atan nə dadıb ki, sən nə dadasan?!
Demə, üst-başımdan nəm iyi gəlir,
Əynimi isladıb çən, nə dadasan…Baxış çürüdürük hər gün bir qucaq,
Ürəyin açarı gözlərdi, xanım.
Bir Allah bilir ki, ehtiras, yanğı,
İndi ən müqəddəs sözlərdi, xanım… -
Vüsal XANKİŞİYEV.Yeni şeir
QƏZƏL
Hərdən olur insan kimi oluruq biz,
Hərdən də olur izləyirik sanki bizik biz.Hərdən olan olmuşlar olur etdiyimiz səhv,
Düşmüş olan olsaq, əgər balta, sapımız siz.Hərdən baxıram ki, necə məğrur olub insan?
Məşhur alovun görsən, əgər tez bükülər diz.İnsan niyə aciz olur acizlər önündə?
Hərdən düşünərkən bunu aciz olub aciz.Hərdən mənə “Hərdən niyə” yazsan, deyə sorsan,
Hərdən yazılanlar olar məndən qalacaq iz… -
Əziz MUĞANİ.Yeni şeirlər
GÖZ DƏYMƏSİN
Şirin dilə oğru olaq,
Qəlbimizə söz dəyməsin!
Haqq yoluna doğru olaq,
Sevgimizə göz dəyməsin!Talemizə qəm ələmə,
Qoy böyüsün, tez bələmə.
Göz dəysə də, bu aləmə,
Sevgimizə göz dəyməsin!Sevinc doğsun hər səhərdən,
Uzaq olsun dərdi-sərdən.
Gəl, qoruyaq bəd nəzərdən,
Sevgimizə göz dəyməsin!ÜRƏYİMDƏ
Bacarırsan, iksinə də birgə döz,
Qarışmasın yaraların sarğısı.
Biri qılınc, biri kəsən iti söz,
Ürəyimdə hər iksinin ağrısı.Nisgil olmur, qəmli çağım daşlaşa,
İllər ötə, əl eyləyə yaş-yaşa.
Küsən ümid, uzaq arzu baş-başa,
Ürəyimdə hər ikisinin yanğısı.Yaş yanağa damcı-damcı axan tək,
Eşq sinəni hicran ilə yaxan tək,
Bülbül gülə həsrət ilə baxan tək,
Ürəyimdə qovuşmağın arzusu. -
Elvin BABAYEV.Yeni şeir
PAY ATONNAN GƏLƏCƏK
Bilmədi ki, “gələcək” vid-fasonnan gələcək,
Özü taksiylə gedib, dərdi vaqonnan gələcək.Sən onun qızını yoldan çıxarırsansa, əgər,
O da bibinnən gələcək, ya da xalonnan gələcək.Evi harda, pulu harda, maşının markası da,
İndi bəylər də elçiliyə talonnan gələcək.Həyatın qanunudu, surəti artır nəsilin,
Özü “bir”nən gələnin balası “on”nan gələcək.Hamilə qadın indi pivə yerikləsə, əgər,
Doğulan uşaq da yəqin samaqonnan gələcək.Xammalı göndəririk xaricə istehsal olur,
Avropadan kişilər Bakıya tonnan gələcək.Dost dostu evə çağırmaqda xəcalət də çəkir,
Evdəki çılpaq gələcək, yoxsa ki, donnan gələcək?!Elvin, bu dünya indi qorxu-zakon söhbətidir,
Həzrəti MEHDİ görən hansı zakonnan gələcək?! -
Nemət HACIƏLİYEV.Yeni şeir
* * *
Yenə xəyala dalmışam,
Keçmişi yada salmışam.
Ayaqlar altda qalmışam,
Mən bir solmuş yarpaq kimi.Ölüb ruhum, sağam cismən,
Olmasın heç bu cür düşmən.
Oturmuşam sahildə mən,
Tənhayam boş otaq kimi.Hər cür oxşadın zövqümə,
Acı vermə sən könlümə.
Sən yağış tək yağ üstümə,
Mən olaraq torpaq kimi.Tək ALLAHDAN olsun qorxu,
Gülləri sən tez-tez oxu.
Aç varaqla “Quran” oxu,-
Parlasın qəlb çıraq kimi.Qorusun tək ALLAH səni,
Aldatmaz sevən sevəni.
Oynatdı ol nigar kimi,
Sadə bir oyuncaq kimi.Nemət, aldanma yadlara,
İnan, sınanmış dostlara!
Qeyrəti satan dollara,
Olar, əlbət, alçaq kimi. -
Nemət HACIƏLİYEV.Yeni şeir
* * *
Vaxt var idi diyar-diyar,-
Uçurdum mən məhəbbətdən.
Atıb məni gedəndən yar,-
Könlüm düşüb təravətdən.Yar gedən gün söndü günəş,-
İtdi həyatın mənası.
Yox yaşayım, yoxsa günəş,-
Budur həyatın mənası.Ümidim tək səndə ikən,
Göydən yerə saldın məni.
Buludlar içində itən,
Ayın sən olmadın təni.Peşman olub dönmə geri,
Vallah, bir də ürək dözməz.
Artırma sən qəm, kədəri,
Axı sevən heç vaxt getməz.Nemət, ibadət əhli ol,
Şeytan səndən uzaq olar.
Sən sevgiylə layiqli ol,
Sevmək sənə qismət olar. -
Debüt: Ramin CİLOVDARLI (Tovuz).Yeni şeirlər
Şahinə Könülün təqdimatında Ramin Cilovdarlıdan yeni şeirlər
Ramin CİLOVDARLI (Qasımov Ramin) 1983-cü ildə Tovuz rayonunun Cilovdar kəndində anadan olub.1989-2000-ci illərdə orta məktəbdə, 2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2011-ci ildə “Dərdə şükür” adlı şeirlər kitabı işıq üzü görüb.Ailəlidir, bir övladı var.
Halalın olsun
Ömrümü yollarına
Sərdim, halalın olsun.
Könül nədi, ruhumu
Verdim, halalın olsun.Həyat uşaq nağlımı?
Könül qapın bağlımı?
Aparanda ağlımı
Gördüm, halalın olsun.Baxışların nə laldı?
Nə verdisə məlaldı.
Nə verdimsə halaldı,
Dərdim halalın olsun.Getdim
Hardasa qərib səsdim,
Gəldim dünyaya küsdüm.
Bir dərimlik nəfəsdim,
Bir udum suydum, getdim.Arım, sənə çiçəkdim,
Yarım, sənə göyçəkdim.
Nə bildiniz, nə çəkdim,
Ya da nə duydum getdim.Nə ucuzdu, nə baha?
Dindim, batdım günaha.
Ömür yaşamadım ha,
Günümü saydım, getdim.***
Bu qurduğun alaçıq,
Sənin olmaz, belə çıx.
Haqqa sarı yol açıx,
Varmaq istərsən, gedək.Zimistanda gülmüşük,
Dünya bizim bilmişik.
Kimik, hardan gəlmişik,
Sormaq istərsən gedək.Yol gedənə yol yoldaş,
Ağac-daşı bol, yoldaş.
Dünya durduqca, qardaş,
Durmaq istərsən, gedək.Gedər
Mən Dardanel boğazıyam,
Hamı məndən keçib gedir.MƏMMƏD İSMAYIL
Gələn mənə qəm gətirər,
Göz yaşımdan içib gedər.
Ya saxlanar ürəyimdə,
Ya könlümdən köçüb gedər.Dünya, sənlə yoxdu bəhsim,
Nə umdum ki, nə də küsüm?
Köçəri quşdu həvəsim,
Zaman gələr, uçub gedər.Heç bilmirəm kiməm, nəyəm,
Gah ahılam, gah körpəyəm.
Təmannasız bir körpüyəm,
Hamı məndən keçib gedər.***
Başa varsın muradlar,
Yıxdı bizi inadlar.
Üstündə yaşıl otlar
Bitənədək yol ömrü.Hələ təzədi, tərdi,
Nə qayğısı, nə dərdi.
Allah, nə bəxtəvərdi,
Bir ağ üzdə xal ömrü.Olmadı ha gəncliyim,
Rahatlığım, dincliyim.
Qardaş, mənim keçdiyim,
Bir xatalı qul ömrü.***
Sənnən işim yoxdu, Allah,
Məni bir bəndə öldürdü.
Gah nazınnan, gah gözünnən,
Baxıb güləndə öldürdü.Olmadı bu ömür mənlik,
Ağıl başlıq, ruh bədənlik.
Dedilər günah ölənlik,
Duyub biləndə öldürdü.Günahlarım qul xatası,
Yıxdı məni gül xatası.
Göz görəsi, əl çatası,
Öldürdü, gündə öldürdü.Çəkir
Allaha nə var ki, abi,
Hər nə çəkir bəndə çəkir.
Ya bəllənir saçlarında,
Ya da ürəyində çəkir.İnsan insan olsa, kəndi
Nə əyilən, nə çökəndi.
Ürək dərdə suçəkəndi,
Yanından ötəndə çəkir.Ömürdümü bu ömür də,
Ya buyruqda, ya əmirdə…
Siz çəkəni şu ömürdə,
Yazıq Ramin gündə çəkir.***
Heç bilmirəm səadəti,
Harda qoydum, harda gəzim.
Baharda gül-çiçəkdimi,
Yoxsa boran-qarda gəzim?Az özünü yor dedilər,
Nə vicdan, nə ar dedilər.
Varın yeri var dedilər,
Gərək daha var da gəzim.Mən burdayam, sədam orda,
Yadlaşıram, yadam orda.
Ruhum, könlüm, odam orda,
Rəvadırmı burda gəzim?Gəl
Hardasan, ey “gözüm nuru”?
Yarisən gəl, yarisən gəl.
Bu fənada, o sevdada
Varisən gəl, varisən gəl.Başlar ağlın yeri deyil,
Sinə dağın yeri deyil.
Bunlar burdan bəri deyil,
Barı Sən gəl, barı Sən gəl.Bir cami-cəmşid Odunnan,
Ollam bu dinnən, imannan.
Ruhumuzu bu dövrannan,
Bizi bizdən qoru, Sən gəl. -
Rüfət AXUNDLU.Yeni şeirlər
Gedirəm
Taleyimdən söz açandan,
Hər gün yeni iz açandan,
Bu dünyaya göz açandan
Qoymadılar tam olmağa.Yanır bağrım, yanır niyə?
Ümid yoxdur bu taleyə.
Pərvanə yaşasın deyə
Ürək qaçır şam olmağa.Sözümdə haqq, dilimdə haqq,
Nahaqlara zülümdü haqq.
Əzəmətli ölümdü haqq,
Hazıram edam olmağa.Əcəl işin-gücün atıb,
Məni yaman dilə tutub.
Vədə yetib, məqam çatıb,
Gedirəm adam olmağa.Gizlənmişəm
Bir yerdə bənd almayan,
Köçümdə gizlənmişəm.
Mən bu qamət, bu boyda,
Biçimdə gizlənmişəm.Qaraya ağ demişəm,
Nahaqqa haqq demişəm,
Haqqa nahaqq demişəm,
Suçumda gizlənmişəm.Özümdən geri qaçıb,
Qırxımdan diri qaçıb,
Yeddimdən bəri qaçıb,
Üçümdə gizlənmişəm.Tarixi daşlaşdırıb,
Ruhumu yadlaşdırıb.
Genimi kodlaşdırıb,
Saçımda gizlənmişəm.Çöl üzümdə biçim var,
Aralıqda seçim var var.
İki dünya içim var,
İçimdə gizlənmişəm. -
Debüt: Fidan ABBASOVA (Ucar).Yeni şeirlər
TƏRCÜMEYİ-HAL
Abbasova Fidan Elman qızı 1986-cı ildə Ucar rayonunda anadan olub.1993-204-cü illərdə Ucar rayon 1 saylı orta məktəbdə təhsil alıb.Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Mühasibat uçotu və audit fakültəsini qırmızı fərqlənmə diplomu ilə bitirib. Hal – hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı ərazi şöbəsində Aparıcı Komputer Mütəxəssisi işləyir.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri və Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında olan poeması “Ziyalı”, “Vətəndaş Həmrəyliyi”, “Abşeron” qəzetlərində dərc olunub.Rayon üzrə iki dəfə birinciyiliyə layiq görülüb və Fəxri fərmanla təltif olunub.Azərbaycan Dövlət Konservatoriyasında fərdi müəllim yanında muğam dərdləri üzrə təhsil alıb.2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.Mən nə söyləyim ki yaraşsın sənə
Nifrətə çevirdin baxışlarımı
Mən belə deyildim nə olub mənə
Öldürdün qəlbimdə arzularımı
Mən nə söyləyim ki, yaraşsın sənə.Nə bir söz tapıram nədə bir kəlmə
Söyləyim ürəyim bir az boşalsın
Qəlbsizi gətirmə imana dinə
Qoy elə əbədi qəlbsiz də qalsın.Hər səni görəndə sorub qəlbimə
Mən harda səf etdim harda yanıldım?
İndi hər baxdıqca sənin əlinə
Mənmi tutdum onu məhəttəl qaldım.Bumuydu verdiyin qərarın sözün
Oynadın sən mənim o hisslərimlə
Bir zaman sən belə saxta deyildin
Görünür bir yalan dolub qəlbinə.Düz deyib atalar bunu əzəldən
İnsana güvənmə sevgiyə güvən
Vaxt olar tapılar itmiş həqiqət
Artıq olmayacaq sevirəm deyən.Mən hələ sabaha inanacamda
Həyat tək səninlə bitmir anladım
Bəlkə başqasına alışacamda
Səndən uzaq olan boş dünyamdaydın.Vəfası olmayır ilk məhəbbətin
Sonradan gələndə vəfasız olur
Gözündə ucalan tək həqiqətin
Bu gün var olmayır bir gün yox olurSevgi nifrətə də çevrilir bir gün
Bunu mən etmədim bunu sən etdin
Ötüb bir anlığa mənim yanımdan
Necə gəlmişdinsə elədə getdin.Fidan ötür günlər zamana bağlı
Sən daha inama o xoş gözlərə
Kim sevib ayrılıb ürəyi dağlı
Rast gələ bilərik həmin izlərə.Artıq unutmuşam deməli səni.
Bəzən yoxluğuna alışsamda mən
sanki bir il olur görüşmiyəli
tamamən dəyişib üz cizgilərin
artıq unutmuşam deməli səni.Bəlkəmdə bu sözlər oxuduğun an
qəlbinə bir bıçaq saplayacaqdır
o mənli günlərdən xatirimizdə
ən acı ən, iyrənc gün qalacaqdır.Nə qədər taleyi bədbəxt olanlar
sonradan ayağa qalxıb dirilib
deməli bir insan sevmir yalandır
onun məhəbbəti kinə çevrilib.Ehtiyac duyduğun zamanlarda mən
sənin yorğanındım soyuqdan kəsə
deməli başqası gəlib qəlbinə
mənim əvəzimdən doğmadır nəsə.Nə deyə bilirəm acı bir kəlmə
nə etdin qarşılıq olacaq bir gün
bir arzum qalıbdır heç vaxt sevilmə
peşman ol yaşayıb sən hər gün deyin.Bitirib cümləmi sona yazıram
bəlkə bu sözlərdə artıqdır sənə
verdiyim əhdimi indi pozuram
o saxta xəyallar yaraşmır mənə.Fidan sanma səni xatırlayacaq
bu gediş son gediş ağılında tut
mənim əvəzimdə mən olmayacaq
onunçun ömürlük sən məni unut……………… -
Fidan ABBASOVA.Yeni şeirlər
Bir rəsimə görə sevirlər indi.
Bir rəsimə görə sevirlər indi
neyləsin zəmanə insanlıq ölüb
indi ən bahalı qəlbin cibindi
kasıbda pul olmur cibi sökülüb.Axdarır ağ atlı oğlan yerinə
indiki qizlarin çoxu ” ağ nissan”
nə bir söz tapılır nə də bir cümlə
ən çox pulu olan sayılır insan.Sevgilər düşübdür qiyməti yoxdur
hərkəsin öz tərzi öz sevgisi var
soruşma heç kimdən qiyməti nədir
o qədər ucuzdur alan tapılar.Nə deyək hər insan bir cür yaşayır
bəlkəmdə ən rahat yoluda budur
nə deyək sizlərə ay saxtakarlar
sizinkimilərdən hər yan doludur.Ay Fidan bəsdir bu yalanları sən
vecinə aldıqca gücün tükənər
ən gözəl qoy qalsın hər kəs özüyçün
kim kimi isdəyir onu da sevər.Yenədə mənimçün darıxacaqsan
Bir gün axdaracaq məni gözlərin
ağlayıb yollarda uyuyacaqsan
günlər dəyişəcək, aylar ötəcək
yenədə mənimçün darıxacaqsan.Tutan olmayacaq yıxılan zaman
silən olmayacaq ağlayan zaman
bir zaman dəli tək sevdiyim insan
yenədə mənimçün darıxacaqsan.Sıxacaq qəılbini həsrət, göz yaşı
güləcək üzünə, bir dost , bir naşı
sözünün əvvəli, sözünün başı
elə hey səsləyib çağıracaqsan
yenədə mənimçün darıxacaqsan.Güləcək üzünə saxta baxışlar
etdyin xəyanət tanrı bağışlar
çalınan nəğmələr gələn alqışlar
səndə unuduldun anlayacaqsan
yenədə mənimçün darıxacaqsan.Peşmanam deyərək baxıb rəsmimə
sevgi yalan oldu daha sevilmə
bir sözlə bitirdin söylədin kəlmə
sevdiyin yox imiş anlayacaqsan
için için yanıb ağlayacaqsan.Ürəyin bezəcək susqun qalacaq
insanıq gül kimi bir gün solacaq
məni xəyalların xatırlayacaq
o zaman qəflətdən ayılacaqsan
yenədə mənimçün darıxacaqsan.Deyən olmayacaq əzizim, canım
birdənəm , həyatım ömrüm növraqım
dön gəl qollarıma deyib ay zalım
gecədə , gündüzdə ağlayacaqsan
yenədə mənimçün darıxacaqsan.Məni əvəz edən olmayacaqdır
bu ürək sevgisin danmayacaqdır
geriyə baxaraq anlayacaqdır
sən öz halına yan sayılacaqsan?
yenədə mənimçün darıxacaqsan.Oxu sözlərimi diqqətlə oxu
bu həyat oyundur sınanıb çoxu
sən nə sevgi bildin nə az, nə yoxu
günlərcə kövrəlib ağlayacaqsan
yenədə mənimçün darıxacaqsan.Fidan dünya gözəl ətraf bəm-bəyaz
ömürnü sıxmasın bu soyuq ayaz
sevgi dərin deyil artıq bir dayaz
baxıqca özünə acıyacaqsan
yenədə mənimçün darıxacaqsan.