Blog

  • Mayisə ƏSƏDULLAQIZI.”Bir gün”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Bir gün yuxudan ayılıb görsən ki,
    Dediyin vəzifədə oturmusan,
    Deyərsən mənə.
    Kasıbın olanından qoluma vurum,
    Bər-bəzəkli kabinetinə təbrikə gəlim.
    Orda adımızdan danışmalısan,
    Deməli, bizə qarışmalısan…
    Bizlərin kabineti çox sadədir,
    Qəlbmizdə sevgi səsi.
    Dilimizdə haqq, mərhəmət nəğməsi.
    Bəlkə də, bizdən uzaqlaşdıqca,
    Ruhən yoxsullaşdıqca,
    Deyəcəksən ki,
    Bura başqa bir məkandır,
    Başını itirir adam.
    Burdakı adamlar özü zəifdir,
    Adamları var, atam!

  • Mayisə ƏSƏDULLAQIZI.”Bakirə dalğalar”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Utanıram qoynunuza girim,
    Ey bakirə dalğalar,
    Gümüşü ləpələr.
    İnsanıq, çiy süd əmmişik,
    Bəzən əyrini doğru bilmişik.
    Dayandım hüzurunuzda,
    Körpə kimi.
    Sahil ilə, aranızda körpü kimi.
    Uzaqdan ehtirasla hayqırırsız,
    Çılpaq qoynuma girmək üçün.
    Bakirə dalğalar,
    Elə bil, sizi qucmağa
    Cismimdə nəsə çatışmır.
    Qəlbim yalanla barışmır.
    Əgər əfv etsəniz məni,
    Keçən il,
    Sizi qucandan sonra,
    Payızda xəyanət etdim sizə…
    Xəyanətim düşdü yadıma,
    İstəmirəm gedəm, günahımın badına…
    Əgər əfv etsəniz bakirə ləpələr,
    Qəlbimiz yenidən sevişər…
    … Dayandım hüzurunuzda,
    Körpə kimi.
    Sahil ilə, aranızda körpü kimi…

  • Mais TƏMKİN.”Dastanlaşdım, nağıllandım”

    10646868_273655359498567_6620189188081019440_n

    Gözümde dünya nennidi,
    Ìçinde hey, yirgalandim.
    Körpelikde çiy süd emdim,
    Böyüdükce lovgalandim.

    Her gün ömrüm daraldiqca,
    Keder mene yar olduqca,
    Rengi-ruhum saraldiqca,
    Öz ömrüme sirgalandim.

    Felek kec baxdi üzüme,
    Al-qani yaxdi gözüme.
    Göz ya$im axdi üzüme,
    Lepelendim-dalgalandim.

    Dünyanin qubari meni…
    Etdi qem xirdari- meni.
    Kitab kimi Tanri meni
    Oxuduqca, varaqlandim.

    Aydan-aya, ilden-ile,
    Adim gezdi elden-ele.
    Qemke$ kimi dü$üb dile,
    Dastanla$dim, nagillandim.

    Bu dünya meni qansiz tek,
    Heçe saydi, bir cansiz tek.
    Atasiz tek, anasiz tek,
    Xeyallarda sigallandim.

    Günden-güne dolub ya$a,
    Nefsimi qoymadim ça$a.
    Ba$im deydi, da$dan-da$a,
    Müdrikle$dim, agillandim.

    14.09.2013

  • Mais TƏMKİN.”Ağlayar”

    10646868_273655359498567_6620189188081019440_n

    Men ölende, dönüb qara,
    Göy üzünü yara-yara,
    Hemdem olub buludlara,
    Hönkürüb ahim aglayar.

    Ömrüm sona çatib yeter,
    Bu adetdir, gelen geder.
    Savabima qibte eder,
    Baxib, günahim aglayar.

    Bir evin sönüb çiragi,
    Neçe qelbe çeker dagi.
    Keçen güne deyib agi,
    Gelen sabahim aglayar.

    Sigal çekib ba$da$ima,
    Qerq olacaq göz ya$ina.
    Döner qebrimin ba$ina,
    Cismime ruhum aglayar.

    04 dekabr 2012

  • Müzəffər MƏZAHİM.”Mehman”

    mm

    1993-cü ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndindən könüllü birinci Qarabağ müharibəsinə getmiş, tankçı, Ağdam rayonunun Gülablı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına vuruşub tankı ilə birgə yanıb şəhid olmuş Haqverdiyev Mehman Əbülhəsən oğlunun əziz xatirəsinə.

    Sən nurlu könüllərdə yanar bir ada döndün,
    Eşqindən alıb çınqını sönməz oda döndün,
    Sınmış ana qəlbində inildər uda döndün,
    Çatdın əməlinlə əbədi şöhrətə, Mehman!

    Düşmənlərə qan udduraraq heyfini çıxdın,
    Qarşındakı səngərləri, sərhədləri yıxdın,
    Ön cərgədə atəş kimi, şimşək kimi çaxdın,
    Mat qaldı hamı səndəki bu qeyrətə, Mehman.

    Aldın Vətənin çağrışını, əmrini, getdin,
    Sən qoşdun ölümsüzlüyə öz ömrünü, getdin.
    Xalqın qələbə arzusunu işdə göyərtdin,
    Ellər də inandı bu böyük qüdrətə, Mehman.

    Yoxdursa məzarın, adına məskən ürəklər,
    Arzun, diləyin, məsləkin hər qəlbdə çiçəklər,
    Səndən nur alan cümlə nəsillər səni bəklər,
    Layiqdir adın hər məqama, hörmətə, Mehman!

  • Müzəffər MƏZAHİM.”Anasızlıq”

    mm

    Dünyanı salıbdır nəzərimdən anasızlıq,
    Min dərd keçiribdir üzərimdən anasızlıq.

    Həsrətdən ürək çırpınır atəşlər içində,
    Çıxmaz nə yadımdan, nə sərimdən anasızlıq.

    İnsafı olaydı azacıq taleyimin kaş,
    Başdan silinəydi qədərimdən anasızlıq.

    Etmiş məni ahu kimi ağlar bu yaşımda,
    Sonsuzdur, böyükdür kədərimdən anasızlıq.

    Əhvalımı sorsan deməyə söz tapa bilməm,
    Onsuz da yağır tər-təhərimdən anasızlıq.

    Həsrətlə keçən günlərimin yoxdur hesabı,
    Boylanmadadır hər səhərimdən anasızlıq.

    Bihudə deyildir dözümün yaşı durulmaz,
    Dolmuş içimə öz qəhərimdən anasızlıq.

    Qəlbimdə, Müzəffər, əbədi sızlayacaqdır,
    Daim anasızlıq, anasızlıq, anasızlıq.

  • Tovuz rayon Heydər Əliyev Mərkəzində “Gül” kitabının imza günü keçiriləcək

    Ədəbiyyat-Az.Com xəbər verir ki, iyulun 11-də saat 15:00-da Tovuzun gənc yazarı Gülnar Səmanın “Gül” şeirlər kitabının imza günü keçiriləcək.
    Prezident təqaüdçüsü və Gənclər və İdman Nazirliyinin mükafatçısı olan Gülnar Səmanın “Gül” kitabı “aybkitab” layihəsində çap olunub. Bu layihənin rəhbəri AYB-nin mətbuat katibi Xəyal Rzadır. Kitabın ön sözünün müəllifi filologiya üzrə elmlər doktoru, həm də müəllifin elmi rəhbəri Vaqif Yusiflidir. Kitabın redaktoru prezident təqaüdçüsü şair İbrahim İlyaslı, üz qabığının tərtibatçısı rəssam Nəvai Metindir.
    Xatırladaq ki, AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı olan müəllifin üçüncü kitabı “Gül”ün ilk təqdimatı 3 may 2016-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda olmuşdur. Kitabın ilk imza günü 29 may 2016-cı ildə “Kitabevim.az”da keçirilmişdir.
    11 iyul saat 3-də gerçəkləşdiriləcək imza günü müəllifin doğulduğu Tovuzda rayonunda ilk kitab təqdimatı olacaq. Maraqlananlar dəvətlidir.

  • Mais TƏMKİN.”Yaxşılıq”

    10646868_273655359498567_6620189188081019440_n

    Bu dünyada şəfəq saçan günəşdi,
    Ömürlərə bir zinətdi yaxşılıq.
    İnsanların bir-birinə sevgisi,
    Etibardı, sədaqətdi yaxşılıq.

    Tanrının gözündə qiymətli ləldi,
    Bəşər üçün qoyulmuş bir təməldi.
    Yaradana ən xoş gələn əməldi,
    Səxavətdi, ibadətdi yaxşılıq.

    Qaranlıq gecədə aydı bədirli,
    Sehrli nəğmədi, sözlü, sətirli.
    Bir bahardı təravətli, ətirli,
    Gül-çiçəkli təbiətdi yaxşılıq.

    Yaxşı insan yaxşılıqla ucalıb,
    Haqqın dərgahından qüvvət, güc alıb.
    Məsəl var: ,,Əl tutmaq Əlidən qalıb”
    Danılmayan həqiqətdi yaxşılıq.

    Başımız üstündə haqqın sayəsi,
    Əsil insanlığın əsil qayəsi,
    Məhəmməd kəlamı, Quran ayəsi,
    Möcüzəli bir hikmətdi yaxşılıq.

    Baxma ki sən, doğrudan çox əyri var,
    Mais Təmkin, heç vaxt olmaz əyri, var.
    Yamanlığa yaxşılığın xeyri var,
    Peyğəmbərdən bir adətdi yaxşılıq.

    09.04.2006

  • Mais TƏMKİN.”Düşməsin”

    10646868_273655359498567_6620189188081019440_n

    Allahdır insanı göyə qaldıran,
    Ucalmaq eşqinə hərə düşməsin.
    Qadın o qadındır, kişi o kişi,
    Tamahı qızıla, zərə düşməsin!

    Tanrım, eşit sözlərimi dilimdən,
    Qoru yaxşıları vaxtsız ölümdən.
    İsmətsiz ,,qadın”ın bəd əməlindən,
    Ərkanlı bir kişi şərə düşməsin.

    Bülbüllər dolansa bağça-bağları,
    Xoş keçər ömrününün gözəl çağları.
    Tülkü, çaqqal qoy gəzməsin dağları,
    Aslanın bəxtinə dərə düşməsin.

    Qananlar baxmasın qanmaz əlinə,
    Ağıllını düçar etmə zülümə.
    Palanı mindirib atın belinə,
    Yəhərin qisməti xərə düşməsin.

    Mais, ağrımasın ayağın, qolun,
    Arif olanlarla bir yerdə olun.
    Deyirəm, həyatda heç zaman yolun,
    Qanmazlar cəm olan yerə düşməsin!

  • İltimas İSMAYIL.”Elveda”

    ii

    Bir “elveda” aktı gece gözümden
    Yandırarak düştü dile yüzümden
    Damladı, döküldü yere sözümden
    Elveda, elveda,elveda diye …

    Bir özlem geler gezer gönlümü
    Parçalayıp, dider ,üzer gönlümü
    Hafif bir sızıyla çızer gönlümü
    Özledim,özledim,özledim diye…

    Soğuk rüzgarlar üşüttü canı
    Merhem bulamadım acıttı canı
    Kar, buz eyledi soğuttu canı
    Üşüdüm,üşüdüm,üşüdüm diye…

    Kırıldı dallarım, kökten kesildi
    Arzular yerlerde,gökten kesildi
    Umutlar yeşermez,çoktan kesildi
    Kırıldım,kırıldım,kırıldım diye…

    Ağlatıyor beni zaman nedendir
    Hayat sonsuz degil,geldi-gidendir
    Mutlu olan şartsız kabul edendir
    Kapıldım,kapıldım,kapıldım diye…
    21.01.2016.

  • İltimas İSMAYIL.”Ölmem”

    ii

    Sevdigim, bu sana yeminim olsun,
    Gözlerim gözünde batmadan ölmem,
    İsterse yüregim çileyle dolsun,
    Ben senin dizinde yatmadan ölmem.

    Sensiz gülmek bana inan ki haram,
    Sana kavuşmadan düzelmez yaram,
    Dilegim boynunu sevgiyle saram,
    O bal dudağını tatmadan ölmem.

    Ömrümde esse de hazan yelleri,
    Gözümden aksa da hüzün selleri,
    Yüzüne dökülen zarif telleri,
    Koklayıp bağrıma katmadan ölmem.

    Tutuldum aşkların en delisine,
    Bin kurban keserim yar gelişine,
    Göz yolda kulağım hasret sesine,
    Aşkın şerbetini yutmadan ölmem.

    Şu seven yüregim özlemle dolu,
    Sarmalı bizleri sevdanın kolu,
    Vüslata varmanın sensin tek yolu,
    O yolu seninle tutmadan ölmem.

  • Müzəffər MƏZAHİM.”Bizi”

    mm

    Nə qədər böhtandan, nahaqdan qaçdıq,
    Yenə gəlib tapdı şər, böhtan bizi.
    “Dosta” qapımızı ürəklə açdıq,
    Saldı min əzaba bu “nöqsan” bizi.

    Tarix zülmət yolda sınıq əsadır,
    Yalanın, yamanın ömrü qısadır.
    Duya bilərdikmi fitnə-fəsadı,
    Zaman etməsəydi imtahan bizi?

    Tutuldu yolumuz, bəndi-bərəmiz,
    Təkcə özümüzə qaldı çarəmiz,
    Dar gündə edilən tövbələrimiz,
    Qurtara bilmədi günahdan bizi.

    İşığa aldanıb zülmətdə qaldıq,
    Divə əsir olduq, töhmətdə qaldəq,
    Vüsal deyə-deyə həsrətdə qaldıq,
    Arxayınlıq yıxdı hər zaman bizi.

    Boylandıq tarixin xarabasından,
    Gördük yurdumuzu qoyublar viran,
    Vətənin dərdinə olmasaq həyan,
    Alarmı qoynuna bu məkan bizi?

    Dağılan məmləkət göz dağımız tək,
    Olanlar, keçənlər həqiqət, gerçək,
    Birləşə bilərik əl-ələ versək,
    Hələ də yaşadır bu güman bizi.

  • Müzəffər MƏZAHİM.“SƏADƏTDİR AZADLQ” poemasından

    mm

    Misli görünməmiş qırğındı, qırğın,
    Bakı qan içində çabalayırdı.
    Düşmən bir günahsız , silahsız xalqın,
    Sınmaz inamını bombalayırdı.

    Ələk-vələk edib tanklar şəhəri,
    Ölüm gəzdirirdi tırtırllarında.
    Atdılar üstünə böhtanı , şəri,
    Qəzəbdən titrəyən oğulların da.

    O gecə sübhəcən insan qırdılar,
    Xalqın qırmaq üçün iradəsini.
    Bütün keçidlərə tələ qurdular,
    Güya batırdılar haqqın səsini.

    Bu ölüm durmadan gəzdi hər yanı,
    Neftçala , Lənkəran qana boyandı.
    Susdura bilmədi Azərbaycanı,
    Düşmən qəzəbindən odlara yandı.

  • “Torpaqdan Günəşə…” kitabı işıq üzü görüb

    http://s008.radikal.ru/i304/1607/87/37e7206aeafc.jpg

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş, “Qızıl qələm” media mükafatı laureatı, şairə-jurnalist Mayisə Əsədullaqızının “Torpaqdan Günəşə…” kitabı Bakı şəhərində “Gənclik” nəşriyyatı tərəfindən 192 səhifə həcmində, 300 tirajla çap olunub.
    Kitabın redaktoru Prezident təqaüdçüsü, “Tərəqqi” medalı təltifçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan” jurnalının məsul katibi Tofiq Mahmudov, baş məsləhətçi Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hikmət Məlikzadə, ön sözün müəllifi, Pespublikanın Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, “Gənclik” nəşriyyatının direktoru Adil Abdullayevdir.
    Kitab müəllifin oxucularla sayca üçüncü görüşüdür.Kitabda müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Ədəbiyyatsevərlərin rəğbətini qazanacağına ümid edirik.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • “TORPAQDAN GÜNƏŞƏ…” VƏTƏN SIĞALINDA ZAMAN OVQATI VERƏN KİTAB

    http://s019.radikal.ru/i627/1607/29/3ed13b917853.jpg

    Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurna¬listlər Birliyinin üzvü Mayisə Əsədullaqızının sayca, üçüncü olan “Torpaqdan Günəşə…” adlı şeirlər kitabı artıq geniş oxucu kütləsinin və onun şeirlərini sevənlərin, yaradıçılığını izləyənlərin ixtiyarındadır.
    Zamana müntəzir hissləri ədəbi yöndə cilalamaq təkcə sadə-vizual seyrçilik kəsb etmir, həm də ədəbi-ictimai pa¬radokslar yaradır. Tarixi zəminlərin ictimai təcəllası da tor¬paq-yurd aspektləri üzrə mümkün əhatə cızır… Zənni¬mizcə, fəal ictimaiyyətçi, mübariz xanım, istənilən düşün¬cə¬sində vətənpərvərlik məqsədi aşılayan Mayisə Əsədul¬laqızı poeziyasını da zamanın (vətənpər¬vər ruhda ömrün) bir simvolu kimi xarakterizə etmək olar. Açığı, onun şeirləri, xüsusən də çap mərhələsində olan yeni kitabı da mahiyyət etibarilə elə bu məqsədə güzgü tutub. Kitaba daxil edilən şeirlərdəki ictimai-lirik amil, duyğuda təzahür edən fəlsəfi hiss milli xarakterə uyğundur və müəllifin zaman meylləri dürüst məntiqə yol açmaq üçün ciddi cəhddədir. Kitabdakı şeirlərin əksərinin Vətən, torpaq ruhlu olması, burada şəhidlərə ehtiram ciddi münasibətdən qaynaqlanır. Mayisə xanımın (əslində) Vətən haqqında söz deməyə mənən haqqı çatır və buna onun yüksək səviyyəli və-tənpərvərlik hissləri də səlahiyyət verir… Kitabda başlıca ictimai qayə bütünlükdə Vətən məğzinə müəl¬lif-vətəndaş sevgisi ilə xarakterizə olunur. Bu sevgi ilk şeirlərdən özünü qabardır, müəllifin mübarizlik faktoru – bu geniş vadidə cərəyan edən hadisə və proseslər ruhsal yanaşmalıdır. Qısası, kitaba daxil edilmiş şeirlər hamısı öz salxarı, məna və məzmunu ilə müəllifin insan-şair dürüstlüyünə əsaslanır. Ən maraqlısı odur ki, kitabda gələcək üçün istinad göstərə biləcəyimiz mü¬hüm tərzlər əhatəli və cilalanmış şəkildə əksini tapıb – yəni Mayisə xanım tərzlər xüsusunda uyğun səmt tapıb, bu zəmində işıqlı gələcək kəşf edib. Mayisə Əsədullaqızının yeni kitabı ümumi əhvalda ictimai-lirik təcəssümlüdür. Lakin buradakı şeirlərin əksərində mübariz ovqat digər zəminləri üstələyir:

    Əsgərlərimin himni ədalət nəğməsidi,
    Səngərlərin igidlər, ərənlər nənnisidi.
    Mübarizin, Ramilin əməli haqq səsidi,
    Bir kəlmə şüarı var, dilində, dodağında,
    Hamımız çalışırıq Azərbaycan uğrunda!..

    Bir bəndini nümunə gətirdiyimiz “Azərbaycan uğ¬run¬¬da!” adlı şeirdə müəllifin müşahidə qabiliyyəti ilk baxış¬dan oxucuda maraq yaradır. Səngərlərin nənni kimi təsviri, digər qabarıq-zəruri aspektlər şeirin ovqatını və salxarını artırır.

    Qarabağ kədərim,
    Qarabağ şanım,
    Həm dərdim, sevincim,
    toyum-nişanım…
    Və ya:
    Şıltaq gözəl təki, xəfif ayazım,
    Kəlməm də bəs etmir, bilməm nə yazım?!

    Müəllif, Vətən ruhlu şeirlərinə dürüst həyata baxış verib, bu şeirlərin ictimai təcəssümü zamana uyğun gerçəklər əxz edir: burada Qarabağın “Şəhid qanı hopmuş qara torpaq” versiyası ən adi hisslərimizi belə yaddaşımıza bərkidir. Bu və bu kimi şeirlərdə etinas¬ızlıq və diqqətsizlik halları qətiyyətlə pislənir; müəllif zaman xassələrinə eyham səpən yanaşmaları ilə cəmiyyət meyllərinə bir az da ictimai ovqat qatır.

    Vətən torpağı, canı,
    Havası, suyu, qanı…

    Qürur doğuran hisslərə aludəçilik poeziyada çox az əhatə cızır. Mayisə xanım (bu baxımdan) idrakında Vətən meylləri qabartmaqla bu əhatədə bir genişlik tapmaq istəyir. Zənnimizcə, kitab boyu nizama saldığı mübarizə çək-çevirləri bu cəhdə qapı aça bilib.

    Şəhid verdi torpağımız, alışdı yandı bağrımız,
    Od tutdu Qarabağımız, yazıldı qara baxtımız…

    Təbii ki, insanın yaşantıdan ölümə keçdiyi yer Tanrı dərkidir. Heç kim o əhatədə yol axtara, zaman tapa bil¬məz. Məhz Mayisə xanımın özündə ağrı-acı ilə tərpə¬niş tapan bu tərz şeirləri də məlum həqiqəti əks etdirir.
    Onun: “Şəhidlər Xiyabanı – Mənim Məkkəm, Mədi¬nəm!” – fikri də ölümün keçdiyi əhatədən Tanrı dərgahına səmt aramaq missiyası kəsb edir. Oxucu bu zərurətin ictimai məğzində həyat elementləri tapır, ruhi qatında fəlsəfi-mifik təzahürlər. Kitabda “Vətən”, “torpaq”, “Şə¬hid”, “Düşmən” kultları öz müstəviləri üzrə sabitlik tapır. Müəllif onları ayrı-ayrılıqda bir az fəlsəfi, bir az da ictimai zəminlərlə yükləyir, yaddaş¬larda bir mübarizə ocağı çatır. Açığı, onun Vətən ruhlu şeirlərinin hamısında bu ocağın közü var.

    Mehdi, Həzi yetiribdi, bu torpaq,
    Qəhrəmandı hər döyüşdə, üzüağ,
    Öndərlərin yolu bizə bir çıraq,
    Gəlin, bu yollarda, birlikdə olaq!

    Bu səmimi çağırışın özündə də bir hayqırtı qabarır; müəllif «Öndərləri yoluna çıraq, Mehdisi, Həzisi ba¬sılmaz qala olan xalqını» birləşməyə və Vətən uğrunda bir olmağa səsləməklə vətəndaş yanğısına rahatlıq suyu səpir və hamını əmin etməyə çalışır ki:

    Yüksəlir sədası hər gün ordumun,
    Mübarizi, Ramili var yurdumun!
    Dərəsinə, dağına qəlb aşıqdı.
    Cizgiləri zəngindi, qarışıqdı,
    Əcəmisi, Səttarı yaraşıqdı,
    Könlüm bu gözəlliyə sarmaşıqdı..

    Doğrudan da könlü gözəlliklərə sarmaşıq olan Mayisə xanım şeirlərinin əksərində bu təşnəliyə qucaq açıb. Ayrıca, müəllifin

    Bir kimsənin yurduna,
    Toyuğuna “kiş” demədik.

    Gözünə “şiş” demədik fəryadı “Şuşa dağlarındakı, nəğmələrin sədası, uçan quşlarda qaldı! Dərdi qışlarda qaldı!” naləsi kimi səciyyə tapır və bu acı sinələrə köz basır. Maraqlıdır ki, Mayisə xanımın Vətən ruhlu şeirlərindəki acı ictimai xarakterli şeirlərində də eyni səciyyə daşıyır:

    Gecə düşür, çöl soyuq,
    Şaxtadan naxış düşüb,
    Divara oyuq-oyuq.
    Bir qadın gördüm bu an,
    Dedi ki, “carəsizəm…”

    Bir bəndinə baxış sərgilədiyimiz «Çarəsiz qadın» ad¬lı bu şeirdə vahimə dolu ictimai çalar var: şeiri oxuyub qurtarana qədər adam min hala düşür, min əhvala bükülür, sonra da obrazın ağrısına tuş gəlir və özü o ağrı ilə bişir. Müəllifin «Dilənçi qadın», “İntihar qoxusu” və s. kimi şeirləri də bu aspektdədir:

    Belə danışma, adam,
    Mənə cəhənnəm qorxusu gəlir!
    Fikrini dəyiş, qadam,
    Səndən,intihar qoxusu gəlir!

    Bax, dərdi təsvirə çəkmək, onu ürəyə sadəcə yük yox, həm də naxış etmək budur! Kitabda lirik əhvala da yer ayırılıb:

    Həzin bir yalvarış kimi,
    Qəfil yağan yağış kimi,
    Bəxtə düşən naxış kimi,
    Sevgi dolu baxış kimi
    Hisslərimi duyarmısan?
    Məni məndən alarmısan?
    Ürəyimdə qalarmısan?

    Bu və bu kimi lirik ovqatlı şeirlərdə müəllif ürəyə yol, cığır, səmt tapmaqla xoşhal olur. Onun lirik səciyyəsi ömür sayğacında zaman diyircəklərini işə salır, sevgi hisslərindəki çat qorxusu fikrin dəqiqliyinə fəlsəfi yön verir. Xoşagələndir ki, Mayisə xanımın lirika təzahüründə sərt reallıq qədər həzin, mülayim bir gerçək də var; sanki o, taleyin-həyatın hicran qoxu¬sun¬dan bir qədər uzaqlaşıb, insan-cəmiyyət zəminlərinə yaxınlaşır…

    Bilirsən gecə nədir?
    Bir sevgi nəğməsidir,
    Yaxası açıldımı,
    Astarı söküləcək.
    Ayrıldıq…Səninçün canım sıxıldı…
    Bilmirəm, sehirsən, mehirsən, nəsən,
    Mənim çəkdiyimi nə biləsən sən…

    Mayisə xanımın lirik baxışı, ictimai tipiklikdə də realdır. Bu baxışda həyat və tale təzahürü zəruri-effektiv səciyyə kimi qabarır. Müəllif bu sistemli yanaşma ilə cəmiyyətin ictimai təzahürlərinə uyğun təsnifat verir, həyat tiplərini maraqlı statuslar kimi təqdim edir. Kitabda fikir duruluğu, məzmun sistemi ilə fərqlənən bir sıra şeirlər də, onun fikir təqdimetmə dürüstlüyünə işarədir. Kitabda elə ruhda şeirlər də var ki, onlarda cürət, müba¬rizə məğzləri qabarıq şəkillidir, hisslərin yüksək pillədə qərar tutmasına ünvan verir. Bu şeirlərdə, ZAMAN obrazı görürük və bu obrazda demək olar, hər şey öz kreativliyini saxlayıb… Müəl¬lifin yeni kitabına daxil etdiyi şeirlərinin bir çoxunu insan-şəxsiyyət məsələlərinə örnək seçə bilə¬rik. Bu tip şeirlər əslində, cəmiyyətimizin yeni nəslə ya¬naş¬ma prinsiplərinə düzgün istiqamət verən dürüst, sağlam ideoloji düşüncə cəmidir. Bu şeirlərdə həyatın da, taleyin də, onları əhatə edən ətraf mühitin də, aydın obrazları var; elə bir obrazlar ki, gələcəyə addım səsləri salır, yüksəliş yollarının bütün səmtlərindən görünür. Əminik ki, Mayisə xanımın bu şeirlər kitabı da, oxucu yaddaşına təsir gücü ilə diqqət çəkə biləcək. Yolunuz daim işıqlı olsun, Mayisə xanım!

    Hikmət Məlikzadə
    Prezident təqaüdçüsü,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü.

  • “Torpaqdan Günəşə…” kitabı haqqında ön söz

    http://s008.radikal.ru/i304/1607/87/37e7206aeafc.jpg

    İstedad insana Allah tərəfindən verilmiş təbii və mənəvi sərvətdir.Yaşından asılı olmayaraq insan onu daxilində hiss edir. O da şeir və digər bədii sənət əsəri kimi, ətraf aləmin gözəlliyini tərənnüm edir. Belə istedadlı insanlar mənəvi dünyamızın zən¬gin¬liyinə, cəmiyyətin saflaşmasına xidmət edir, özü¬nün bəşəri dəyərini hamının mənəvi sərvətinə çevirir.
    Haqqında söz açdığımız qələm adamı, Azər¬bay¬can Yazıçılar Birliyinin və Azərbaycan Jurna¬listlər Birliyin üzvü Mayisə Əsədullaqızı öz şeir¬lə¬rinin (eləcə də məqalələrinin) üzərində dönə-dönə işlə¬yir, özünə tələbkar yanaşır, yazdığı şeir¬lərin bü¬töv¬lüyünə əmin olduqdan sonra, həmin şeirləri cəmiy¬yətə təqdim edir.
    2012-ci ildə “Çənlibel” nəşriyyatında Mayisə Əsədullaqızının “Zəfəran ətirli Bakı gecələri” adlı ilk şeirlər kitabı, 2013-cü ildə ADPU-nun mətbəə¬sin¬də isə “Ürəyimin yolları var” adlı ikinci şeirlər kitabı işıq üzü görmüşdür. Hazırda isə, “Torpaqdan Günəşə…” adlı şeirlər kitabı – poeziya çələngi onun yaradıcılığını sevənlərin ixtiyarın-dadır.
    Mayisə Əsədullaqızının şeirləri Türkiyədə çap olunan bir neçə antolo¬giya və eyni zamanda “Söz¬lü-sehirli dünya” almanaxına da daxil olmuşdur.
    Onun şeirləri mayasını xalqdan alır, milli də¬yər¬¬lərdən qaynaqlanır. Bizi düşündürən əxlaqi prob¬lemlər, mühüm tarixi hadisələr, qəhrəmanlıq və igidlik motivləri, məhəbbət və sədaqət notları, za¬man və xalq qarşısında məsuliyyət, müasir həyatı¬mız, dövrümüz haqqında, fəlsəfi fikirlər və düşün¬cələr Mayisə Əsədullaqızının poetik düşün¬cə¬lərinin əsas istiqamətlərindəndir.
    Müəllif soyuqda, qarda, şaxtada-boranda, Vətə¬nimizin keşiyini çəkən sərhədçilərimizə həsr et¬diyi “Şərəfli sərhədçilər” şeirində deyir:

    Vətən torpağı, – canı,
    Havası suyu,- qanı,
    İgidlərə tay hanı?
    Qeyrətli keşikçilər,
    Şərəfli sərhədçilər!
    Arzusu pak diləkdi,
    Vətənimə ürəkdi.
    Xalqa hər an gərəkdi,
    Sevimli millətçilər,
    Şərəfli sərhədçilər!

    Son illər ərzində sərhədçilərimiz haqqında belə maraqlı şeir, ürəkdən axan misralar oxumamışam. Ancaq müharibə gedən bir ölkədə hərbi-vətən¬pər¬vərlik mövzusunda çoxlu şeirlər, hekayələr, roman¬lar yazılmalıdır.
    Həmin əsərləri oxuyan soydaşlarımızda da və¬tən¬¬pər¬vərlik hissi gündən-günə güclənməlidir. Bu ba¬xımdan Mayisə Əsədullaqızının şeirlərinin bö¬yük əksəriyyəti hərbi-vətənpərvərlik mövzusunda qə¬¬lə¬mə alınmışdır. İndi gəlin müəllifin şəhidlər möv¬zu¬sun¬da qələmə aldığı “Şəhid ölümsüzlüyü” şei¬¬ri¬nə müraciət edək:

    Şəhid verdi torpağımız, alışdı yandı
    bağrımız,
    Od tutdu Qarabağımız,
    yazıldı qara baxtımız…
    Qara gəldi baharımız,
    Xəzan oldu gülüstan-laləzarımız!
    İlahi, bu nə zülümdü?
    Torpaq üstə gülü üçün
    fəda gedən bülbülümdü!

    Mayisə Əsədullaqızının yaradıcılığında, vətən¬pərvərlik mövzusu başlıca yerlərdən birini tutur.
    Biz onun poetik baxışını ürəkdən alqışlayırıq.
    O, şeirlərində insanlığı saflaşmağa səsləyir, yax¬şını yamandan, mərdi namərddən, xeyirxahı bəd¬xahdan, arifi nadandan seçməyi, hərəyə öz yerini tapmağı arzulayır. Onun orijinal poetik axtarışları və tapıntıları xalq hikmətinə, xalq deyimlərinə söykənir. Mayisə xanım Vətənə canı ilə, qanı ilə bağlı olan, onun füsünkar təbiətindən ayrı nəfəs ala bilməyən şairdir. Onun şeirlərinin əksəriy¬yə¬tindən gül-çiçək ətri gəlir. Biz həmin şeirləri oxu¬yan zaman sanki Azərbaycan təbiətinin qoynuna çı¬xırıq, gülün-çiçəyin ətrini duyuruq, şaqraq şəla¬lələrin şən səsini dinləyirik. Onun sözlərində bir bu¬laq duruluğu, fikirlərində bir səma aydınlığı, sə¬tirlərində bir torpaq hərarəti, el-oba həniri, nəfə¬sində dağ havasının saflığı, təmizliyi duyulur. Ona bu yolda uğurlar arzulayıram.

    Adil Abdullayev
    Respublikanın Əməkdar Mədəniyyət işçisi,
    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi,
    Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • On bir ayın Sultanı Kutsal Ramazan Bayramınız kutlu olsun! İnşAllah!

    13628056_1759034031020865_1078398275_n(1)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Rəhbərliyi Türk-Müsəlman dünyasında olan tüm Müsəlman Bacı və Qardaşlarımızı On bir ayın Sultanı Kutsal Ramazan Bayramı səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlğı, xoşbəxlik, edilən duaların, tutulan orucların, qılınan namazların Mərhəmət və Rəhmli ilə geniş olan Uca Allahın dərgahında qəbul olunmasını diləyir!
    On bir ayın Sultanı Kutsal Ramazan Bayramınız kutlu olsun! İnşAllah!

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Mətbuat xidməti

  • Mayisə ƏSƏDULLAQIZI.”Çarəsiz qadın”

    mxe

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Gecə düşür, çöl soyuq,
    Şaxtadan naxış düşüb,
    Divara oyuq-oyuq.
    Bir qadın gördüm bu an,
    Dedi ki, “carəsizəm…
    Neçə şikayət etdim,
    Bunu kimə söyləyim?
    İmkanım yox, işim yox,
    Bədbaxt canım, neyləyim?”
    Bəlkə də bəxtin şamı
    Əvvəlki tək yanmayır.
    Məhəbbət bülbülləri,
    Səsinə oyanmayır.
    Bəlkə də uca Tanrı,
    Səni adam sanmayır.
    Gedirsən soyuq gecə,
    Səni hara aparır?!.
    İmkansız xəyalların,
    Səni səndən qoparır.
    Baxırsan boş cibinə,
    Dünya sənə dar gəlir,
    Evdəki körpələrə,
    “Ananızam” demək də,
    İnan sənə ar gəlir!
    Eşit, çarəsiz qadın,
    Onsuz da sən anasan,
    Ucadır sənin adın…
    Allah açsın yolunu,
    Var etsin əl-qolunu.
    Onsuz da bu dünyada,
    Kimsə bilmir sonunu.
    İnsanlıq da dəyişib,
    Geyib vəhşət donunu.
    Kimsə bilsə sonunu,
    Gözü qan-yaş ağlayar,
    Ürəyi kösövləyər,
    Yara qaysaq bağlayar.
    Eşit, çarəsiz qadın!
    İnan ki, zalımların
    Gözləri doyan deyil.
    Bu etibarsız dünya,
    Kimsəyə qalan deyil.

  • Mayisə ƏSƏDULLAQIZI.”Qəhrəman Sərkərdə Nuru Paşa kimdir?”

    mxe

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Bu qəhrəmаn xilаskаr kimdir?!
    Nuru Paşa 1889-cu ildə İstanbuldа hərbiçi Əhməd Tofiqin аiləsində dоğulub.
    1934-cü ildə Türkiyədə sоyаdlаrı hаqqındа qаnun qəbul еdiləndən sоnrа Nuru Paşa və yаxın qоhumlаrı özlərinə «Gülоğlulаr» sоyаdı götürdülər. Bu sоyаd оnun əcdаdının dоğulduğu «Kili» аdı ilə bаğlı idi. Nuru Paşanın ulu əcdаdı Krım türklərindəndir.
    О, 1906-cı ildə quru qоşunlаrı hərbi məktəbinə dаxil оlub və 1909-cu ildə həmin məktəbi lеytеnаnt rütbəsi ilə bitirərək 3-cü Оrdu kоmаndаnlığındа zаbit kimi xidmətə bаşlаyıb, 1910-cu ilin yаnvаrındаn pаdşаhа məxsus piyаdа bölüyünə kеçirilib. 1911-ci ildə Hərbi Аkаdеmiyаnı bitirdikdən sоnrа, 1913-cü ildə yüzbаşı, 1916-cı ildə minbаşı, 1918-ci ildə yаrbаy (bаşqа sözlə, 1913-cü ildə kаpitаn, 1916-cı ildə mаyоr, 1918-ci ildə pоdpоlkоvnik) rütbələri аlıb. 1914-cü ilin iyulundа Türkiyənin Biyаnа səfirliyinin аttаşеliyinə, həmin ilin аvqustundаn isə hərbi аttаşеyə yаvər təyin еdilib. Birinci Dünyа mühаribəsi illərində Nuru Paşa Şimаli Аfrikа cəbhəsinə göndərildi. О, Liviyа ərаzisində cəbhə kоmаndаnı kimi Türkiyəyə və оnun müttəfiqlərinə qаrşı cəbhə yаrаdаn quvvələrlə döyüşlərə rəhbərlik еdirdi. Bu cəbhədə göstərdiyi şücаətə görə Nuru Paşa 1916-cı ildə «Аltun ləyаqət» ordeninə, Almaniyаnın «Dəmir xаç» ordeninə, hаbеlə Аvstriyа-mаcаrıstаn dövlətinin 3-cü dərəcəli fərqlənmə nişаnınа, Türkiyənin «Аltun-İmtiyаz» mеdаlınа lаyiq görülüb, pаdşаhın qərаrı ilə 1918-ci ilin mаrtındа оnа vаxtındаn əvvəl hərbi rütbə vеrilib. О, trаblis Qərb cəbhəsində itаlyаn qоşunlаrınа qаrşı döyüşlərdə göstərdiyi qəhrəmаnlıq və sərkərdəlik qаbiliyyətinə görə tаrixi ədəbiyyаtdа “Trаblis qəhrəmаnı” kimi şöhrətləndirilir.
    1918-ci ilin yаzındа Osmanlı Türkiyəsi Аzərbаycаnı və Dağıstanı xilаs еtmək üçün qərаrgаh yаrаdаndа, Qafqaz İslаm Оrdusunun kоmаndаnı vəzifəsinə 29 yаşı оlmаsınа bаxmаyаrаq böyük döyüş təcrübəsi оlаn, cəsur sərkərdə kimi tаnınаn Nuru Paşa təyin оlundu. Оnа pаdşаh tərəfindən növbədənkənаr gеnеrаl-mаyоr rütbəsi vеrildi. О, Türkiyənin müdаfiə nаziri Ənvər Paşanın qаrdаşı idi. Nuru Paşa bir hərbiçi kimi uğurunu Аzərbаycаndа əldə еtdi. Burаdа qаzаndığı qələbələrlə təkcə Osmanlı dövlətinin dеyil, Аzərbаycаnın dа hərbi tаrixinə və ümumən Türkiyə – Аzərbаycаn tаrixinə pаrlаq səhifələr yаzdı. Nuru Paşa 1918-ci ilin mаyındа Аzərbаycаnа gələrək Qafqaz İslаm Оrdusunun yаrаdılmаsındа və təşkilаtlаnmаsındа, Аzərbаycаnа türk qüvvələrinin vаxtındа gətirilməsində, nəhаyət, Аzərbаycаnın düşmənlərdən təmizlənməsində böyük rоl оynаmışdır. Nuru Paşanın qоşunlаrı 1918-ci il iyunun 17-dən sеntyаbrın 14-dək bir-birinin аrdıncа uğurlu döyüş əməliyyаtlаrı аpаrаrаq Аzərbаycаn tоrpаqlаrını bоlşеvik-dаşnаk qаniçənlərindən təmizlədi və həmin ilin 15 sеntyаbrındа Bakını аzаd еtdi. Bakının аzаd оlunmаsı ilə əlаqədаr Osmanlı Türkiyəsinin hərbi nаziri Ənvər Paşanın Xəlil Paşa və Nuru Paşayа göndərdiyi təbrik tеlеqrаmındа dеyilirdi: «Böyük Turаn impеrаtоrluğunun xəzər kənаrındаkı zəngin bir qоnаq yеri оlаn Bakı şəhərinin zəbti xəbərini böyük bir sеvinc və məmnunluqlа qаrşılаdım.
    Türk və İslam tаrixi bu xidmətləri unutmаyаcаqdır. Qаzilərimizin gözündən öpür, şəhidlərimizə fаtihələr ithаf еdirəm». Bakı şəhəri аzаd еdildikdən sоnrа Qafqaz İslam Оrdusu hissələri Qarabağа göndərilərək Qarabağın еrməni dаşnаklаrındаn təmizlənməsi əməliyyаtınа bаşlаnıldı və uğurlu döyüşlərlə türk-аzəri qоşunlаrı Şuşayа dаxil оlаrаq şəhərdə Аzərbаycаn bаyrаğını qаldırdı. Lаkin Türkiyənin birinci dünyа mühаribəsində uduzmаsı Nuru Paşanın bu işini yаrımçıq qоydu. 1918-ci il оktyаbrın 30-dа imzаlаnmış Mоndrоs bаrışığındаn sоnrа Osmanlı qüvvələri Аzərbаycаnı tərk еtmək məcburiyyətində qаldı. Nuru Paşa 1920-ci il аprеl çеvrilişindən sоnrа dа gizli оlаrаq bir qrup türk zаbiti ilə Dağıstandаn kеçərək Şuşayа gəlmiş, bоlşеviklərə qаrşı döyüşlər аpаrmış, аrаn Qarabağ və Zаqаtаlа bölgələrində xаlqı bоlşеviklərə qаrşı üsyаnа qаldırmışdı. Sоnrа bir Аzərbаycаn süvаri аlаyı və bir bаtаrеyа ilə Türkiyəyə dönən Nuru Paşa ərzurumа gələrək Naxçıvan dəstəsinə qоşulmuş və аzаdlıq mücаdiləsində iştirаk еtmişdi. 1923-cü ildə təqаüdə çıxаn Nuru Paşa İstanbul ətrаfındа dəmirtökmə fаbriki аçmışdı. İkinci dünyа mühаribəsi illərində bu fаbrik hərbi sifаrişlə qumbаrа, minааtаn və s. silаhlаr istеhsаl еdirdi.
    1949-cu il mаrtın 2-də Nuru Paşa bu fаbrikdə bаş vеrmiş pаrtlаyış nəticəsində həlаk оlmuş və İstanbuldа dəfn еdilmişdi. Nuru Paşanın Аzərbаycаndа оlduğu zаmаn göstərdiyi igidlik, şücаət, türk еllərinə sədаqət və məhəbbət оnu bir xilаskаr, yеnilməz türk оğlu, türk оrdusunun cəsur sərkərdəsi kimi tаnıtdı.
    1918-ci ilin nоyаbrındа hərbi məktəbin ilk burаxılışındа Аzərbаycаn xаlq təhsili nаziri Nəsib bəy Yusifbəyоv çıxış еdərək, bu təntənədə iştirаk еdən Nuru Paşanın аtаsı Hacı Əhməd Paşayа dеmişdi: «Zаtı-аliləri, sizin şаnlı оğullаrınız Ənvər Paşa və Nuru Paşanın аdlаrı nəinki təkcə Аzərbаycаnın, еyni zаmаndа bütün türk xаlqlаrının yаddаşındа həmişəlik qаlаcаqdır («Аzərbаycаn» qəzеtinin 8 nоyаbr 1918-ci il tаrixli sаyındаn götürülmüşdür). Bu çıxışdаn 90 ildən çоx vаxt kеçməsinə bаxmаyаrаq, еlə bil ki, bu gün dеyilmişdir. Azərbaycan xalqı səni unutmaz, Paşam! Ruhun qarşısında baş əyirəm! Allah dahi sərkərdəyə rəhmət eləsin!

  • Rafiq ODAY.Həyatı və Yaradıcılığı

    cenabrafiqoday

    Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək”, “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək”, “Çağdaş Azərbaycan nəsrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.
    “Sən ulu öndərisən bu xalqın, bu millətin” və “Ali Baş Komandan!” şeirləri Türkiyə türkcəsinə tərcümə olunub.Şeirləri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisində dəfələrlə çap olunub.

    Sən ulu öndərisən bu xalqın, bu millətin

    Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının Ümummillilideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyinə

    Sən zülmət gecələrin bir ümid çırağısan,
    Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
    Sən hürriyyət sədası, azadlıq sorağısan,
    Hər qarışda izin var, bu izi silmək çətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Vətənin hər daşını sevginlə naxışladın,
    Bu yurda kəc baxanın yolunu yoxuşladın,
    Sən qalan ömrünü də xalqına bağışladın,
    Əbədiyyət rəmzi var kökündə bu ülfətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Əshabi-kəhf timsallı neçə pirlər burada,
    Hər qayanda qorunur neçə sirlər burada,
    Sənə yön çevirdilər “91-lər” burada,
    Bir daha bəlli oldu xalqına sədaqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sən haqqa arxa durdun, əsarətə yox dedin,
    Acın dərdini bilməz heç bir zaman tox, dedin,
    Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin,
    Aydınlıq nuru qonsun üzünə məmləkətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Bu dövlətin qırılmaz təməlində yaşarsan,
    Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
    Vətən sevdalıları cəm elində – yaşarsan,
    Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin,
    Yüksəliş müjdəlidi hər açılan səhərin,
    Daha yolu rəvandı aşılmaz zirvələrin,
    Bütün dünya çevirib yurduma öz diqqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ən böyük əmanətin İlham Əliyev bizə,
    Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə.
    Onunçün o, qatır ki, gecəsini gündüzə,
    Heç zaman laxlamasın özülü bu qüdrətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi,
    Bütün cahan bir ola boğa bilməz bu səsi,
    Hələ qarşımızdadır Qarabağ təntənəsi,
    Ürəyində gömərik düşmənin bəd niyyətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    And içirik günəşin sübh doğan çağına,
    And içirik qan ilə boyanan torpağina,
    And içirik üçrəngli müqəddəs bayqağına,
    Kokünü kəsəcəyik hər zülmün, hər zillətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ali Baş Komandanım!

    Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına

    Bütün türk dünyasının gözü dikilib sana,
    Türk dünyası bir yana, Azərbaycan bir yana,
    Yüz milyonluq millətə Azərbaycan bir ana,
    O mənim görən gözüm, o mənim cismim, canım,
    Ali Baş Komandanım!

    Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
    Ay gecəyə nur çilər, günəş səhərə arxa,
    Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
    Azadlıq naxışıyla zinətlənir hər anım,
    Ali Baş Komandanım!

    Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
    Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
    Vətən, millət sevdalı soyuna qibtəsi var,
    İnam, güvənc yerimsən – bunu mən necə danım,
    Ali Baş Komandanım!

    Neçə yüz milyonların çörəyi səndən keçir,
    Cahanın qan paylayan ürəyi səndən keçir,
    İlləri aydan soruş, ayları gündən keçir,
    Gör hansı kürsülərdən təriflənir ad-sanım,
    Ali Baş Komandanım!

    Heydər baba naxşı var yurdun hər qarışında,
    Dünya baş əymiş ona siyasət yarışında,
    Bir çözümü olmalı sülhün də, barışın da,
    BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
    Ali Baş Komandanım!

    Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
    Şovinist ocağında neçə «yan» var – seç dedi.
    Önündə bir körpü var – bu körpüdən keç dedi,
    Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
    Ali Baş Komandanım!

    Xocalı faciəsi tarixin dərsi bizə,
    Neçə tale çarxının fırlandı tərsi bizə,
    Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
    Bircə anda yetişdi dada Şahi-Mərdanım,
    Ali Baş Komandanım!

    İyirmi faiz torpağım yağıda qala bilməz,
    Çala, çapa, talaya, dağıda – qala bilməz,
    Bundan artıq millətim ağıda qala bilməz,
    Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
    Ali Baş Komandanım!

    Vətənə layiq oğul, Sənə sadiq əsgərik,
    Haqqa qılınc çalanın qollarını bükərik,
    Yurdun hər kədərinə, sevincinə biz şərik,
    Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
    Ali Baş Komandanım!

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına,
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
    Ali Baş Komandanım!

    Ulu öndər eşqinə qılıncı qından çıxar,
    Gündə min dona girən iblisi dondan çıxar,
    Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
    Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
    Ali Baş Komandanım!

  • Kənan AYDINOĞLU.Şeirlər

    Photo Kenan

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir.Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Tabloda rəqəmlər dəyişir, Ustad!

    XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, o taylı, bu taylı şair Ustad Məhəmmədhüseyn
    Şəhriyara sevgi və sayqılarla!

    Halım da dəyişir qoca dünyaya,
    Baxdıqca hər dəfə öz pəncərəmdən.
    Müəllif

    Əzəldən dünyayla sözüm çəp gəldi,
    Gəl mənim halımı sorma, ay Ustad!
    Bu dünya onsuz da düzələn deyil,
    Çox da öz-özünü yorma, ay Ustad!

    Hər dəfə yurduma qış gələn günü,
    Mən ki öz sözümlə Səni anmışam.
    Rəsmini tabloda gördüyüm gündən,
    Eşqinlə, ey Ustad, alovlanmışam.

    Şimalın Cənubla görüş anı tək,
    Gözümün yaşını töküb ağladım.
    İnandım bir zaman görüşəcəyik,
    Yenə Haqq Allaha ümid bağladım.

    Şükürlər olsun ki, Uca Allaha,
    Ümidim yenə puç olmadı heç.
    Ustadsan, şagirdəm həyatım boyu,
    Bir suçum var isə gəl suçumdan keç.

    Vahid Azərbaycan övladlarıyıq,
    Səngərdə əsgərlər döyüşür, Ustad!
    Yeni il gəldikdəkcə hər dəfə, düzü,
    Tabloda rəqəmlər dəyişir, Ustad!

    Bu dünya şairin nəyinə gərək?!

    Günahı duayla yuyub gəlibdi,
    Ömrü şeir üçün qoyub gəlibdi,
    Onsuz da dünyadan doyub gəlibdi,
    Bu dünya şairin nəyinə gərək?!

    Divara daş kimi vurulub qalan,
    Bir göz qrpımında durulub qalan,
    Yalan üzərində qurulub qalan,
    Bu dünya şairin nəyinə gərək?!

    Süleyman mülküdü qalan ha deyil,
    Şairi yadına salan ha deyil.
    Şairin könlünü alan ha deyil,
    Bu dünya şairin nəyinə gərək?!

    Əhd-peyman bağlamaz sonuna qədər,
    Dağılmaz gözündən qəm ilə kədər.
    İstər gündüz olsun, istərsə səhər,
    Bu dünya şairin nəyinə gərək?!

    Sevinib, şadlanıb, gülən deyil ki,
    Ömrü başa vurub ölən deyil ki,
    Sevinci, kədəri bölən deyil ki,
    Bu dünya şairin nəyinə gərək?!

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    ehe

    İLAHİ

    Coşğun dəniz könlümdə,
    Ləpəyə bax,ilahi.
    Tək əllərin çaldığı,-
    Çəpiyə bax,ilahi.

    Bir pətəksiz şan yerdə,
    Oldum pərişan yerdə.
    Sular qarışan yerdə,-
    Köpüyə bax,ilahi.

    Məndən düşüb ayna yan,
    Yoxdur qanım qaynayan.
    Kölgəsiylə oynayan,-
    Köpəyə bax,ilahi.

    Qürbətdə vətən tutan,
    Ruhumsan bədən tutan.
    Dağın əlindən tutan,-
    Təpəyə bax,ilahi!

    BİR ADAMLIQ YER KÜRƏSİ ŞƏKLİNDƏ

    Vədə verib bel bağlama dağlara,
    Hər zirvədə duman olmaz,qar olmaz.
    Bir adamlıq Yer kürəsi şəklində,-
    Məndən başqa bu dünyada Yer olmaz.

    Gözəlliklər məskənidir bu diyar.
    Nə faydası,könül açsa gülə xar?!
    Söyüdü var,çinarı var,sərvi var,-
    Bəsləməklə hər ağacda bar olmaz.

    Bu sevdayla nə qul oldum,nə ağa,
    Saçlarını çətir eylə,gəl bağa.
    Könül quşum budaq gəzir qonmağa,-
    Mən bilirdim səndən mənə yar olmaz…

  • Elnarə GÜNƏŞ.”Eylər-eylər

    ____kil

    “Dağ çiçəkləri” ədəbi dərməyi, İsmayıllı yazarları,
    Ağsu yazarları ictimai ədəbi birlikləri və “İti qələm” Respublika ədəbi birliyinin üzvü

    Adam var ki, qızıl libas geyindir,
    Söyləyəcək bu çox ucuz geyimdir.
    Tərif etsən, deyəcək boş deyimdir,
    Çəkilən zəhməti, zay eylər-eylər.

    Adam da var can evindən talanıb,
    Kökü üstə od-ocaqlar qalanıb.
    Ruh adamı tərki-dünya yaranıb,
    Payın umsan, ürək pay eylər-eylər.

    Mən bircə yol gördüm əzəldən bəri,
    Odur dünyaların gövhəri, zəri.
    Sahibi qüdrətdir, yoxdur bənzəri,
    Qışın ortasında, yay eylər-eylər.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ƏRİK AĞACI

    Bu dərd çiçəklədi, barını gördüm,
    Baxdım, gözüm doldu, çoxaldı dərdim,
    Sinəmi palaz tək altına sərdim,
    Barını görmədin ərik ağacı.

    Qönçə çiçəklərin düşdü şaxtaya,
    Qoruya bilmədi səni dağ, qaya,
    Çiçəyinin barı çıxmadı yaya,
    Barını görmədin ərik ağacı.

    Küləklər o körpə saçını yoldu,
    Ağrılar, acılar gözünə doldu,
    Q qönçə çiçəklər qönçə də soldu,
    Barını görmədin ərik ağacı,

    Bu dərd çəkiləsi dərd deyil bacı,
    Bilirəm çətindi bu ağrı, acı,
    Sən ey bar ağacı, sevgi ağacı,
    Barını görmədin ərik ağacı.

    Üzünə gülmədi bu yaz, bu bahar,
    Qəfildən üstünü aldı şaxta, qar,
    Yanında nazlanır gilas, gilanar,
    Barını görmədin ərik ağacı.

    Baharda dumana, çənə büründün,
    Qəlbin açılmadı, qəmə büründün,
    Balasın itirən anaya döndün,
    Barını görmədin ərik ağacı.

    Ağla gözüm, ağla hələ

    Canım qalıb bax, o dağda,
    Bülbül ötməz tay o bağda,
    Ruhum gəzir Qarabağda,
    Dərdim belə, qəmim belə,
    Ağla gözüm, ağla hələ.

    Ah- nalə dərdin boyatı,
    Dilimdə bitib bayatı,
    Cidardan açın bu atı,
    Tarlam belə, zəmim belə,
    Ağla gözüm, ağla hələ.

    Görünmür bu yolun sonu,
    Bir dərd gedir, gəlir onu,
    Açılmır suların donu,
    Dəryam belə, gəmim belə,
    Ağla gözüm, ağla hələ.

    Gözlərimdən qaçıb yuxum,
    Daşa dəyib sevda oxum,
    Orda qalıb varım, yoxum,
    Çoxum belə, kəmim belə,
    Ağla gözüm, ağla hələ.

    Çal qardaşım, çal “Cəngi” ni,
    Qına qoyma xəncətini,
    Uçur düşmən səngərini,
    Qurum belə, nəmim belə,
    Ağla gözüm, ağla hələ.

  • İslam coğrafiyasının elm və texnalogiyada geri qalması dindən deyil, cəhalətdən qaynaqlanır

    ramiqveliyev

    Bu gün İslam coğrafiyasının əksər ölkələri inkişafdan qalan ölkələr sırasındadır.

    Bu gün İslam coğrafiyasının əksər ölkələri inkişafdan qalan ölkələr sırasındadır. Çoxları bunun dindən qaynaqlandığını düşünür. Onların fikrincə, Avropa ölkələrinin inkişafı məhz dindən uzaqlaşdıqları vaxt başlamışdır. Bu yanlış düşüncəyə görə, müsəlmanlar da Qərbi təqlid edərsə inkişaf edə bilər. Əlbəttə ki, bu tamamilə səhv yanaşmadır. Din heç vaxt inkişafın, elmin önünü kəsməmiş, əksinə buna təşviq etmişdir. Qurani Kərimdə çox sayda elmə yol göstərən və təşviq edən ayələr vardır.

    1400 il əvvəl dünya cəhalət içində boğularkən Quran ayələrində göylərin və yerin yaradılışından, kainatın genişlənməsindən, planetlərin öz öxu ətrafında hərəkət etməsinə qədər ətraflı elmi məlumatlar verilirdi:

    “Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya surəsi,30)

    “Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.”(Zəriyat surəsi, 47)

    Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz ) orbiti (ilə) üzüb gedir. (Yasin surəsi, 40)

    Rəbbimiz Quranda müxtəlif sahələrə aid elmi məlumatlar verməklə yanaşı, insanların bu məlumatlar üzərində düşünməsini və tədqiq etməsini də buyurmuşdur. Tarix boyu bir çox müsəlman alim Qurandan ilhamlanaraq astronomiya, fizika, kimya, tibb və başqa sahələr üzrə bəşəriyyətə çox əhəmiyyətli töhfələr vermişdir. Bu gün əksər elm sahəsi müsəlman alimlərin qoyduğu bünövrə üzərində inkişaf etmişdir. Belə ki, orta əsrlərdə müsəlman alimlər atomun parçalanacağı təqdirdə ortaya böyük bir şəhəri məhv edəcək qədər enerji çıxacağını müzakirə edirdilər.

    Bəs bu qədər yüksək inkişaf dövrü keçdikləri halda müsəlmanların geriləmələrinin səbəbi nə oldu? Quran İlahi qanunlar, yaradılış məqsədi, qiyamət günü, cənnət və cəhənnəmlə bağlı məlumatlarla yanaşı elmi məlumatları da ehtiva edir. Yəni din ən əvvəldən elmlə iç-içə olmuşdur. Lakin son bir neçə əsrdə dinin sadəcə fiqhi hissələri əsas götürülmüş, elmlə din arasında böyük uçurum yaradılmışdır. İslam dünyası yeniliklərə qapanmış, nəticədə inkişafdan geri qalmışdır. Hətta yenilikləri “şeytan əməli” adlandıracaq qədər cəhalət İslam dünyasının böyük bir hissəsini ağuşuna almışdır. Mirzə Ələkbər Sabirin bir şerində yazdığı kimi: “Quş kimi göydə uçar yerdəkilər, bizi gömmüş yerə minbərdəkilər”. Halbuki Allah Quranda göylərin və yerin yaradılışı, bitkilər və heyvanlar üzərində düşünməyi, araşdırmağı və nəticə çıxarmağı əmr edir. Bütün bunlardan İslam coğrafiyasındakı geriləmənin və keyfiyətsizliyin səbəbinin din olmadığını, dinlə elmi bir-birindən ayırıb İslam dünyasını cəhalətdə boğmaq istəyən zehniyyət olduğunu görürük. Materialist idealogiyanın“dinsiz elm” istəyi müsəlmanlar arasında “elmsiz din”kimi təzahür etdi. Bu, həm də İslam coğrafiyasının geriləməsinin başlanğıcı oldu. İslam dünyası inkişaf etmək əvəzinə Qurandan kənar uydurma hökmlər üzərində sonu gəlməyən mübahisə bataqlığında geriyə gedərkən, materialist idealogiyanın hakim olduğu Qərb dünyası texnologiyanın inkişafında inqilab etdi. Bu isə insanların düşüncələrində yalnış olaraq belə bir təsəvvür yaratdı ki, din inkişafın qarşısını alan, materializm isə inkişafa təkan verən fikir sistemidir və inkişaf etmək üçün Qərbin sahib olduğu dəyərləri qəbul etmək lazımdır. Bütün bu səhv fikirlərin düzəldilməsi üçün İslam özünə, yəni Qurana dönməlidir. Müsəlmanların hər bir yeniliyin, elm və inkişafın önünüdə getməsi Allahın müsəlmanlara Quranda tövsiyəsidir.

    Ramiq Vəliyev

  • Qərbin İslam siyasəti…

    ayselxanim

    İslamofobiya anlayışı 11 sentyabr hadisəsindən sonra məşhurlaşdı. Bu hadisə dünyadakı bütün tarazlıqların dəyişməsi üçün qığılcım oldu. Qərb ölkələrində İslam dininə və müsəlmanlara qarşı ayrı-seçkilik yayıldı, zorakılıq halları çoxaldı.

    11 sentyabr 2001-ci il və ya məşhur adı ilə 9/11 hücumları təqribən 3.000 insanın həyatını itirməsi ilə nəticələnmişdi. Bu həmin günə qədər tarixin ən qanlı terror hadisəsi idi. 11 sentyabrdan bu günə qədər keçən 15 il ərzində isə təqribən 150.000 nəfər terror hücumlarında həyatını itirib. 2000-ci ildə ölənlərin sayı 3.500, 2011-ci ildə 7.000, 2014-cü ildə isə 32.865 nəfərə çatıb. Terror hücumlarına məruz qalan ölkə sayı 62-yə yüksəlib. 11 sentyabrdan sonra terrorizm yayılıb və daha çox can almağa başlayıb.

    İslam əleyhdarlığı artdıqca milyonlarla müsəlman tələyə salınır. Müsəlmanlar terrorizmlə mübarizə adı altında təqib edilir. ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin siyahılarında 1.200.000 müsəlman qeydiyyata salınıb. 5 il öncə bu rəqəm 230.000 idi. Bir çox amerikalı siyahıya düşməmək üçün müsəlman dostları ilə əlaqələrini minimuma endirib. «Uçuşuna qadağa qoyulanlar» siyahısı adı altında 47.000 nəfərin təyyarəyə minməsi qadağan olunub, bir çox amerikalı ancaq ikinci axtarışdan sonra təyyarəyə minə bilir.

    Ancaq buna baxmayaraq, hələ də müsəlmanlar Qərb ölkələrində yaşamağa, həyatlarına davam etməyə çalışırlar. Yaşadıqları cəmiyyətlərə uyğunlaşmağa və özlərini həmin cəmiyyətin bir hissəsi kimi görməyə cəhd edirlər.

    Qərbdə yaşayan müsəlmanların həyatları ilə bağlı araşdırmalar aparan təşkilatlar maraqlı nəticələr əldə edirlər. Bunlardan bəzilərinə nəzər salaq:

    “The Guardian” qəzetində 2015-ci ilin son aylarında nəşr edilən bir məqalədə qeyd edilir ki, İngiltərə və Uelsdə yaşayan müsəlmanların yarısı burada doğulub böyüyüb və 73%-i özünü ingilis hesab edir.

    2008-ci ildə CSA tərəfindən aparılan bir araşdırmaya görə, Fransada yaşayan müsəlmanlar cəmiyyətə yaxşı inteqrasiya olduqlarına inanırlar. Aparılan araşdırmanın nəticələrinə görə, 14% özünü ilk növbədə fransız, 60% isə özünü həm fransız, həm də müsəlman hesab edir. 22%-in isə fransızdan əvvəl özünü müsəlman hesab etdiyi qeyd olunur.

    Müsəlmanlar yaşadıqları cəmiyyətlərə inteqrasiya olduqlarını düşünsələr belə, sırf dini mənsubiyyətlərinə görə ayrı-seçkiliyə məruz qaldıqları danılmaz faktdır.

    İslamofobiyanın səbəbini araşdırdıqda isə medianın burada əhəmiyyətli dərəcədə rol oynadığını görürük. Fransada keçirilən sorğuda iştirak edənlərin 78%-i medianın qərəzli mövqe tutduğunu bildirir. Mediada İslam əleyhinə ifadələr

    getdikcə artır. İştirakçıların 50%-i ölkə siyasətinin də İslam əleyhdarlığında rol oynadığı, siyasi fikirlərin İslamofobik hadisələri artırdığı fikrini bölüşür.

    Bu araşdırmalar medianın xalqı istiqamətləndirmədəki gücünü ortaya qoyur. Media xalqı bu şəkildə yönləndirərkən, İngiltərədə varlı ərəblərin sərvətlərini necə xərclədikləri, Londonun ərəb şeyxlərinin sevdiyi şəhərlərdən biri olduğu kimi xəbərlərə çox da yer verilmir.

    Müsəlman iş qadınları da ingilis cəmiyyətində yaxşı yer tuturlar. Misir mənşəli zəngin iş adamının qızı olan Camilla Al-Fayed, ərəb əsilli Shelina Janmohamed və Pakistan əsilli Farmida Bi elit təbəqəyə aid məşhur müsəlman qadınlar arasındadırlar. İngiltərədə cəmiyyətdə yer tutmuş daha bir çox tanınmış müsəlman qadın var. Bu insanların müsəlman olmaları heç zaman mənfi şəkildə mediada səsləndirilmir. Onlar Böyük Britaniyada çox etibarlı sayılır və heç kim onların terrorçu olmasından, özlərinə və ya ölkələrinə hər hansı bir zərər verməsindən qorxmur. İngilislər zəngin ərəblərə geyim, daşınmaz əmlak, hətta futbol klublarını belə satmaqdan çəkinmirlər.

    Digər tərəfdən, bildiyiniz kimi, müasir Dubayın memarı da ingilislərdir. Dubayda son 10-15 ildə tikilən binaların, demək olar ki, hamısının müəllifi ingilislərdir. Hətta bu layihələrin bir çoxu ingilis podratçı firmalar tərəfindən həyata keçirilir. Bu səbəbdən Dubayda uzun illərdir yaşayan bir çox ingilis vətəndaşı var. Bu insanların da heç bir şəkildə müsəlmanlardan qaynaqlanan narahatlıqları olduğu düşünülə bilməz.

    O zaman ortaya bu nəticə çıxır: Qərb üçün qorxulu olan insanların müsəlman olması deyil, onların cəmiyyət içindəki mövqeləridir. Qərb ölkələrində yaşayan az gəlirli müsəlmanlar ictimai mövqelərinə görə alçaldılır və təhlükəli qəbul edilirlər.

    Bunun yaxın zamandakı örnəyini Avropa ölkələrinin Suriya miqrantlarını seçərkən gördük. Bir çox Avropa ölkəsi təhsilli suriyalıları seçərək ölkələrində kimləri görmək istədiklərini bildirmişdilər. Fikirlərini isə bu şəkildə əsaslandırmışdılar ki, bu insanlar ali təhsillərinə görə Avropa cəmiyyətinə daha yaxşı inteqrasiya olacaqlar və problem yaratmayacaqlar.

    Nəticə olaraq, media kimləri yaxşı olaraq qələmə verirsə, kimlər haqqında müsbət fikir yaradırsa, xalqın da bu yöndə istiqamətləndiyi görünür. Və Qərb mediası bu gün öz mənfəətinə uyğun müsəlmanları təhlükəsiz göstərib, digərlərini terrorist olaraq təqdim edirsə, bu şəkildə Avropada və dünyada terrorizmlə mübarizə uğursuz olacaqdır.

    Doğru olan, İslamın yanlış izah edilməsi nəticəsində ortaya çıxan radikal qruplarla, ideologiya ilə fikri mübarizə aparmaqdır. Terrorçuların yanlış ideologiyalarını düzgün fikirlərlə aradan qaldırmaq lazımdır.

    Ən vacib olan radikalizmlə həqiqi İslam arasındakı fərqi dəqiq şəkildə ortaya qoymaq, izah etməkdir. İslam adından ortaya çıxan radikal qruplar -tətbiq etdikləri insanlıqdan uzaq hərəkətlərdən də rahat şəkildə başa düşüləcəyi kimi – İslamın əslindən çox uzaq, azğın anlayışa sahibdirlər.

    Bu insanlar inandıqları doğruları Qurandan deyil, İslam adından uydurulmuş bəzi xurafatlardan alırlar. Etdikləri hərəkətləri müqəddəs görür və bu yolda həyata keçirdikləri zorakılığı öz aləmlərində “ibadət” kimi qəbul edirlər.

    Bu səbəbdən əks təbliğat aparılması və doğrunun izah edilməsi çox önəmlidir. İslamın müasir, elmə, incəsənətə önəm verən, aydın, mütərəqqi və hər cür zorakılığı qadağan edən yönü göstərilməlidir. İslamın sevgini, qardaşlığı, sülhü və əmin-amanlığı tövsiyə edən din olduğu izah edilməlidir.

    Aysel Vəlizadə

  • Sevgi ayı Ramazan

    gxy

    Onbir ayın sultanı – Ramazan ayını yaşayırıq.

    On bir ayın sultanı – Ramazan ayını yaşayırıq. Müsəlmanlar üçün xeyir, bərəkət, sevgi, sevinc,gözəllik ayı olan bu ayda da ibadət etmək, Allahın rizasını qazanmaq çox böyük nemətdir. Allah bir Quran ayəsində bildirir ki, “Kim istəsə, Rəbbinə tərəf yönələr”. Ramazan ayı da oruc tutmağa imkanı olan müsəlmanların Allaha yaxınlaşmaq vəsilələrindən biridir.Allaha yaxınlaşmaq, Onun sevgisini qazanmaq imkanı da müsəlman üçün dünyada ən böyük sevinc mənbəyidir.

    İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 185)

    Ramazan ayı deyəndə ilk ağlımızagələn oruc tutmaq ibadətiolur. Bu ibadətin də bir çox hikmətləri və bizim üçün xeyirləri var. Oruc tutmaq səhərdən axşama qədər ac qalmaq, sonra isə yeməkdən ibarət deyil. İnsan oruc tutarkən nə qədər aciz olduğunu, qüsurlu və Allaha möhtac olduğunu görür. Dünyada kim olsaq da, istər varlı, istər kasıb, istər gözəl, istər bilikli, istər gənc, istər qoca … Allahdan asılı aciz varlıqlarıq: yemək yeməyə, su içməyə ehtiyacımız var. Ramazan ayında gün ərzində aclığını, susuzluğunu görən insan Allahın böyüklüyü anlayır. Bu da insanın acizliyi görüb eqositlikdən, təkəbbürdən uzaqlaşıb Allahın gücünü təqdir etməyə, Ona haqqı ilə qul olmağa vəsilə olur. Bir çox insanın Allaha ibadət etməsinə mane olan hiss də məhz təkəbbürüdür. Allahın bizi təkəbbürdən arındırıb Ona yönəlməyimiz üçün belə fürsət yaratması nə gözəldir.

    Bu ayın gözəlliklərindən biri də insanın adi vərdiş kimi yanaşdığı nemətlərə olan münasibətidir. Gün ərzində ac, susuz qalan müsəlman dərin düşünəndə Allahın verdiyi hər bir nemətin necə dəyərli olduğunu anlayır. Məsələn, su bir çox insanın adi qarşıladığı mayedir. Ancaq susuz olan insan üçün bir damla su çox dəyərlidir. Bir düşünün, Allah bizim üçün nə qədər içkilər yaradıb, cürbəcür meyvə şirələri. Allah diləsə idi, yalnız adı su içərdik, ancaq lütf edərək bizə çeşid-çeşid nemətlər nəsib edib. Yaxud da meyvələr, cürbəcür təamlar. İftar süfrəsinə oturan müsəlmanlar Allahın onlara verdiyi nemətləri gördükcə şükürləri artır, verilən nemətləri daha yaxşı görməyə başlayırlar. Digər tərəfdən, aclığın, susuzluğun nə olduğunu bilən insan digər çətin vəziyyətdəki insanı daha yaxşı anlamağa başlayır. Suriya, İraq, Yəmən, Şərqi Türküstan, Misir kimi bəzi müsəlman ölkələrindəki vəziyyətə nəzər salsaq, görərik ki, orada insanlar necə çətin vəziyyətdədir. Bir neçə gün bundan qabaq bir müsəlman ölkəsində iftar qonaqlığı verilmişdi, uşaqların ora necə qaçdığı, ərzaqları necə sevinclə aldıqları gözlərimin qarşısından getmir. Beləliklə, aclığın və susuzluğun nə olduğunu bilən müsəlman digər müsəlman bacı-qardaşlarının da vəziyyətini anlayar, israf etməkdən uzaq durar, onlara kömək etməyə və onların rahat, dinc həyat sürməsi üçün dua etməyi unutmaz.

    Ramazan nəfsimizi tərbiyə etmək ayıdır – yalan danışmaqdan, qeybət etməkdən, boş vaxt keçirməkdən, pis düşünməkdən uzaq durmaq imkanıdır. Oruc tutmağa gücünün çatdığını, Allah üçün yeməkdən-içməkdən uzaq durduğunu görən insanın özünə inamı artır, gücü artır, Allahın buyurduğu digər ibadətləri də həyata keçirmək iradəsinə sahib olur, inşaAllah. Əlbəttə, saydığım bu xüsusiyyətlər yalnız Ramazan ayına xas deyil, bu cür gözəl əxlaqa sahib olan müsəlmanlar bütün aylarda Allahın ondan istədiyi əxlaqı şövqlə, diqqətlə həyata keçirmək üçün cəhd edərlər. Allah ibadətlərimizi qəbul etsin!

    Gülnarə Yadigarova

  • Qəlb rahatlığını yanlış yerlərdə axtarmayın

    butun-muselmanlara-cagiris-uAH

    Hər insan xoşbəxt olmaq, rahat və problemsiz həyat yaşamaq istəyir.

    Hər insan xoşbəxt olmaq, rahat və problemsiz həyat yaşamaq istəyir. İnsanlar xoşbəxtliyi müxtəlif yerlərdə axtarırlar: kiminə görə gözəl ailə həyatı qurmaq, kiminə görə istədiyi ali məktəbə daxil olmaq, yaxşı işə girmək, ev və ya maşın almaq, istirahət etmək və s. Ancaq öz həyatımıza da baxsaq, digər insanların da həyatlarına baxsaq, bu dünyəvi nemətlərin insanı əsla xoşbəxt etməyəcəyini görərik. Bunlar sadəcə insana müvəqqəti olaraq xoş duyğular bəxş edir. Bəs insana daimi və dərin xoşbəxtliyi bəxş edən nədir?

    Yuxarıda da qeyd etdiyim kimi, insanlar istədiklərinə sahib olanda xoşbəxt olacaqlarını düşünürlər. İnsanlar hər nəyə sahibdirlərsə, hər zaman onların daim daha gözəlini istəyirlər. Məsələn, düşünək ki, bir insan istədiyi işə qəbul olunur. O işə qəbul olunmaq üçün çox hazırlaşıb, ancaq istədiyinə nail olduqdan bir müddət sonra iş onun gözündən düşür və daha fərqli, rahat iş istəyir. İstədiyi başqa işə girsə də, yenə də başqasını istəyəcək … Bu misal yalnız iş üçün deyil. İnsanın nəfsində hər zaman daha yaxşını istəmək arzusu var. Cəmiyyətdə insanlar sevdikləri, xoşladıqları hər şeyin daha çoxuna sahib olmaq istəyirlər və düşünürlər ki, nə qədər çoxuna sahib olsalar, o qədər də xoşbəxt olacaqlar. Ancaq sahib olduqları ilə kifayətlənmək, sahib olduqlarına görə şükür etmək və onlarla kifayətlənib xoşbəxt olmaq bir çox insanın ağlına gəlmir.

    Bir şeyə diqqət çəkmək istəyirəm: dünyada insanlar həvəslə istədikləri şeylərə dönüb baxsınlar, onlar haqqında düşünsünlər, bunların hamısı müvəqqəti deyilmi? Hər şeyi unudaraq müvəqqəti şeylərə dəli kimi bağlanmağın nə mənası var bəs?! Dünyadakı hər şey müvəqqətidir, dünya acizliklərlə doludur, gördüyümüz hər şey dünya həyatının sadəcə bər-bəzəyidir. İnsan dünyaya gəliş məqsədini unudub nəfsinin istəklərini təmin etmək istəsə, bilsin ki, nəfsi heç vaxt doymayacaq, hər zaman daha yaxşısını və gözəlini istəyəcək. Beləliklə, insan sahib olduqlarının dəyərini bilməsə, sahib olduqları və istədikləri onu xoşbəxt etməyəcək, əksinə, onu xoşbəxt edəcəyi sandığı şeylər daha çox bədbəxt edəcək …

    İnsanları xoşbəxtlikdən uzaqlaşdıran amillərdən biri də şükür edə bilməmələridir. Hər zaman daha çoxunu istədikləri üçün sahib olduqları nemətləri görmür və onlara şükür etmirlər. Məsələn, hər insan – istər ən kasıb olsun, istər xəstə olsun, ətrafına, öz bədəninə, təbiətə baxsa, nə qədər nemətlərə sahib olduğunu görəcək.

    İnsanlar bəzən bir nemət istəyirlər, bütün diqqətlərini o istədikləri şeyə verirlər və ona da nail olmadıqları müddətcə özlərini xoşbəxt saymırlar, əlbəttə, ona sahib olduqdan çox qısa müddət sonra yenə həminki insanlar olurlar … Bu insanların vəziyyətini çatlayan kasaya bənzədə bilərik. O kasaya nə qədər su töksən də, dolmayacaq, su bir tərəfdən axıb gedəcək. İnsan unutmamalıdır ki, əlindəkinə şükür etməyi və sahib olduqları ilə xoşbəxt olmağı bilmədiyi halda, hər nə qədər nemətlərə sahib olsa da, ruhunda heç bir dəyişiklik baş verməyəcək. Hər şeyin ən çoxuna sahib olsa da, yenə də daha çoxuna tamah etdiyi üçün əlindəki gözəllikləri görməyəcək və bunlardan zövq almayacaq.

    O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir” (İbrahim surəsi, 7)

    Beləliklə, dünyəvi istəklər və nemətlər insanı əsla xoşbəxt edə bilməz. Xoşbəxtliyi, qəlb rahatlığını bunlarda axtaran insanlar yanlış edirlər, vaxt itirirlər. İnsanı yaradan Allahdır və Allah bizim Onu sevməyimizi, Onun üçün və Onun buyurduğu tərzdə yaşamağımızı istəyir. İnsan da yalnız Allahı zikr etdikcə xoşbəxt ola bilər, bunun xaricində xoşbəxtliyin yolu yoxdur…

    Firuzə Həsənzadə

  • Məna böhranı – səbəbi və həll yolu

    savalanbey

    Düşünməyə, təfəkkür etməyə əhəmiyyət verən insanlar hadisələrə laqeyd yanaşa bilmirlər.

    Düşünməyə, təfəkkür etməyə əhəmiyyət verən insanlar hadisələrə laqeyd yanaşa bilmirlər. Diqqətlə müşahidə etdikdə dünyaya çökmüş bədbinliyi görməmək mümkün deyil. Bir az gəzişək və müşahidə edək. Bir tərəfdə işə gedən, işdən gələn, iş üçün mübarizə aparan, gələcəkdə işləyə bilmək üçün təhsil alan və s. insanları, digər tərəfdə isə artıq təqaüdə çıxmış, dəniz sahilində əyləşib bütün ömrünü nə üçün yaşadığını düşünən yaşlıları, eyni yerlərdə, parklarda sadəcə sağ qalmağa çalışan evsiz, işsiz insanları, yaxud dostları ilə vaxt keçirən, əylənən, həyatını yaşayan insanları görə bilərik. Sadaladığım bu nümunələri ölkələrə, bölgələrə və s. digər kateqoriyalara görə artırmaq olar. Lakin bir məqam dəyişməyəcək: insanlar xoşbəxt deyil. Bəli, insanlar xoşbəxt deyil. Həm də bütün dünyada. Bunu hər birimiz öz sahəmizdə də müşahidə edirik. İnsanların gözündə boşluğu, mənasızlığı, ümidsizliyi görmək çətin deyil. Bəs səbəb nədir?

    Səbəb məqsədsizlikdir. İnsanlar məna böhranı yaşayırlar. Həyatın mənasını, yaşamağın mənasını bilmədikləri üçün, bir növ, məqsədsiz, boş yaşayırlar. Bu mənəvi boşluq da, təbii olaraq, insanları məna böhranına sürükləyir. Hazırda dünyadakı insanların əksəriyyəti həqiqətən nə üçün yaşadığını bilmir. Hətta nəinki bilmir, ümumiyyətlə araşdırmır və düşünmür. Sadəcə robot kimi cəmiyyəti təqlid edir. Ölkələrə və cəmiyyətlərə uyğun standart həyat normaları mövcuddur ki, əksər insan da bu normaları araşdırmadan, sorğulamadan, nə üçün riayət etməli olduğunu düşünmədən, sadəcə ətrafındakı insanların etdiklərini təkrarlayaraq böyüdüyü cəmiyyətin qanunlarından kənara çıxmamağa çalışır. Nə üçün mövcud olduqlarını, həyatın mənasının nə olduğunu, yaşamaq məqsədinin nə olduğunu düşünmədən, təfəkkür etmədən sadəcə yaş dövrlərinə uyğun olaraq cəmiyyətə hakim olan ümumi dünyagörüş çərçivəsində standart şablon addımları təkrarlamağa çalışırlar.

    İnsanların həqiqi mənada xoşbəxt ola bilməməsinin səbəbi düşünməməkdir. Hər bir insan səmimi şəkildə öz varlığı, kainatın, ümumiyyətlə mövcudluğun səbəbləri barədə düşünsə, araşdırsa, həyatını şablonlar üzərində deyil, yaradılış səbəbləri üzərində qursa məqsədli bir insan olaraq xoşbəxt yaşaya bilər. Çünki insana xoşbəxtliyi maddə vermir. Əşyalar, mal-mülk, zənginlik və s. xoşbəxtlik səbəbi deyil. Bir çoxumuz ən zəngin ailələrin övladlarının da gənc yaşda intihar edərək dünyasını dəyişdiyinə çox şahid olmuşuq. Halbuki, bu insanlar dünyaya gələndən maddi olaraq hər şeyə sahib idilər və istədikləri hər şeyi də etmişdilər. Lakin yenə də dərin mənəvi boşluğu maddi nemətlərlə doldura bilmədilər və nəticədə intihar etdilər.

    İnsan başıboş, məqsədsiz varlıq deyil. Təsadüflərin şüursuz mexanizmlərinin ortaya çıxardığı məqsədsiz heyvan növü deyil. İnsan xüsusi yaradılmış, yaradılış səbəbi olan, məqsədli ali bir varlıqdır. Var edilmə səbəbini tapmayan, məqsədini araşdırmayan, boş, məqsədsiz yaşayan bir insan, ömrünü heç sağlam şəkildə başa vura bilməz, qaldıki xoşbəxt olmaq.

    Bütün bunlarla yanaşı insanları düşünməməyə yönləndirən, mənəvi kölələşdirən və sömürən bir ideoloji sistem var: materializm. Materializmin elmlə heç bir əlaqəsi yoxdur. Qədim dövrlərdə heç bir elmi əsası olmayan, bir neçə filosofun düşüncələrindən ibarət idoloji fikirlər idi. Daha sonralar elmin inkişafı ilə, elmi kəşflərlə bu ideologiyanın bütün əsasları bir-bir süquta uğradı. Lakin materializm artıq dünyaya hakim bir “din”ə çevrilmişdi və elmi yeniliklər əhəmiyyət kəsb etmədi. Materializmi din kimi qəbul edən insanlar bu batil dini bütün dünyaya yaymaq üçün bütün qüvvələrini istifadə edib, hər cür kütləvi təbliğ vasitəsilə illərlə, əsrlərlə bu ideologiyanı insanların şüuraltına təlqin edərək hakim etdilər. Nəticədə dünya, bir növ, kölələşdirildi. Artıq çox az insan istisna olmaqla, bütün insanlar gipnoz olunmuş kimi, düşünməyi bir kənara buraxıb materialist ideologiyanın təsiri ilə şablon həyat tərzi yaşayırlar. Elmi artıq ideologiyalarına alət edə bilməyən materialistlər kütləvi informasiya sahələrini, media, film və s. kütləvi təbliğ sektorlarının vasitəsi ilə gündəlik olaraq hər kəsin evinə girir təbliğ edirlər. Nəyi təbliğ edirlər? – Həyatın mənasız olduğunu.

    Bəli, materializmə görə həyat mənasızdır. İnsanlar bu amili birbaşa çılpaqlığı ilə görmürlər. Çünki təbliğ üçün istifadə edilən metodlar fərqlidir. İnsanlara, əslində, süni “məqsədlər” təqdim edilir. Çünki yaşamaq lazımdır və yaşamaq üçün məqsəd lazımdır. Məqalənin əvvəlində ətrafda müşahidə etdiyimiz bir neçə kateqoriyadan insan nümunələri çəkmişdim. Diqqət yetirmişdinizsə, hamısının əsas ortaq xüsusiyyəti “işləmək” idi. Hamı işləməyə çalışır. Təhsil almaq üçün məktəbə, universitetə, kurslara gedirlər. Məqsəd təkcə işləmək və həyatda qalmağa çalışmaqdır. Təbii ki, yaşamaq üçün işləmək lazımdır. Lakin işləmək həyat məqsədi ola bilməz. Ailə, uşaq həyat məqsədi ola bilməz. Əyləncə həyat məqsədi ola bilməz. Bunları həyat məqsədi zənn edən insanlar da bütün bunlara sahib olduqdan sonra yenə də nəyinsə çatışmadığını anlayırlar. Yaradılış səbəbimiz bunlar ola bilməz. Bütün kainatdakı milayrdla nəhəng nizamlar, ahənglər, uyğunluqlar hər saniyə sırf insan uşaq dünyaya gətirsin, əylənsin və ölsün deyə deyil, təbii ki. Bunu əslində düşünən çox insan qavrayır. Bir çox insan isə sadaladığım süni məqsədləri tamamladıqdan sonra içində yenə də dərin boşluğun dolmadığını görəndə anlamağa başlayır. Lakin düşünmək, anlamaq üçün gec deyil.

    Öldükdən sonra yox olacağını, özünün də təsadüfən ortaya çıxan mənasız, məqsədsiz, başıboş bir heyvan növü olduğunu, tək məqsədinin həyatda qalmaq üçün digərləri ilə mübarizə aparmaq olduğunu düşünən bir insan üçün, təbii ki, heç bir əxlaqi norma, dəyər, mənəviyyat və s. əhəmiyyət daşımır. Qorxutmaq üçün qoyulan qanunların olmadığı bir mühitdə yaranacaq mənzərə aydındır. Hər kəsin bir-birini öldürdüyü, heç bir sərhədin tanınmadığı, heç bir əxlaqi ölçünün olmadığı, anarxiyanın, xaosun hakim olduğu bir mühit qaçınılmaz olar. İnsan təlqinə açıq varlıqdır və bir çox insan düşünməyi deyil, çoxluğa tabe olaraq yaşamağı seçir. Bu təqdirdə insanlara “siz həyatda qalmaq üçün bir-birinizlə mübarizə aparmalı heyvan növüsünüz”, “güclü olan həyatda qalmalıdır” məntiqi təbliğ olunduqda bu “niyə dünya bu gündədir”, “niyə hər yerdə müharibələr var”, “niyə insanlar bir-birini öldürür”, “niyə insanlar belə qəddardır, necə olacaq bu dünyanın axırı” suallarının da cavabı verilmiş olur. Dünyadakı problemlərin mənbəyini axtaran dünyaya hakim olan ideologiyaya materializmə baxmalıdır.

    Həyatın təsadüfi proseslərlə öz-özünə ortaya çıxdığını, hər şeyin sonsuzdan bəri mövcud olan maddədən ibarət olduğunu, insanın da yaşamaq uğrunda mübarizə aparan məməli heyvan növü olduğunu irəli sürən materializm elmi olaraq tamamilə süquta uğramışdır. Astronomiya sahəsində Big-Bang nəzəriyyəsinin kəşfi ilə, fizika sahəsində kvant mexanizminin kəşfi ilə, biologiya sahəsində canlıların kompleksliyinin, DNT – dəki şüurun, növlərin dəyişməzliyinin kəşfi ilə, paleontologiya sahəsindəki canlıların yaradıldığını göstərən milyonlarla qalıqların tapılması ilə, Məlumat nəzəriyyəsinə görə şüurun, ağlın, informasiyanın maddəyə sadələşdirməyin mümkün olmadığının isbatı ilə və bir çox başqa elmi yeniliklərin kəşfi ilə materializm elmi olaraq tam şəkildə süqut etmişdir. Elm kainatın Yaradıldığını, yer kürəsinin, canlıların isə xüsusi yaradılış nümunəsi olduğunu isbat etmişdir. Bütün bunlar da insanın təsadüflər nəticəsində ortaya çıxmış heç bir məqsədi olmayan, başıboş heyvan növü olmadığını, əksinə xüsusi yaradılmış, məqsədi olan varlıq olduğunu göstərir.

    Bir anlıq dayanmalı, etdiyimiz şeyləri tək-tək nə üçün etdiyimizi düşnməliyik. Mövcudluğu, varlığı, həyatı araşdırmalıyıq. Necə ortaya çıxdığımızı, nə üçün var edildiyimizi, məqsədimizin nə olduğunu araşdırmalı və yaradılış məqsədimizə uyğun yaşamalıyıq. Həqiqi mənada xoşbəxtlik, mənəvi rahatlıq, daxili hüzur sadəcə bu formada mümkündür.

    Savalan Məmmədli

  • Vüsal YURDOĞLU.”Bu da bir sevgi tarixçəsidi…”

    vy

    Bu da bir sevgi tarixçəsidi…
    14 iyun, yağışlı yay axşamında görüşdüyümüz gün… yadımdadır…
    Yadımdadır, həmin gün, həmin görüş…
    Bu görüş bizim ilk görüşümüz,
    Gələcəyə ümidimiz idi…
    Görüşdük…
    Bir sevgi də biz qapdıq ulduzlu səmadan…
    Görüşdük…
    Yaşadığımı dərk etdim mən səni tanıyanda…
    Yeni təqvim olmuşdu bu sevgi tarixçəsi,
    Yox idi bu təqvimdə səndən, məndən özgəsi…
    Yaşayırdıq,
    Təzadlı qismətimizin sevimli oyununu bilmədən…
    Yaşayırdıq,
    Təqvimimizin ayrılıqlı sonu gəlmədən…
    Səndən, taleyimdən, və… sevincli anlardan ruhlanmışdım,
    Ayrılacağımız gündən xəbərsiz,
    Hələ ikimizə aid,
    içində yalnız sən və mən olan çox şeyləri
    arzulamışdım…
    Biz…,
    böyüdürdük sevgimizi ürək adlı bələkdə körpəmiz kimi..
    Hələ o vaxt həyat da görünürdü gözümüzə tərtəmiz kimi…
    İstəyirdik, həsrəti davamlı görüşlərlə öldürərək geridə qoyaq,
    İndi isə ayrılmışıq, tək-tənha, otağımda
    keçmişdə qalmış həmin yağışlı günü,
    səni düşünürəm, o ilk görüşü xatırlayaraq…
    Bəlkə bir gün yenə gələrsən ömrümə, -deyirəm…
    Görmürəm daha,
    Yollarına boylanan gözümü kor edibdir eynək…
    Görmürəm daha,
    Görə bilmirəm sənsizliyimin sonunu,
    Yollara uzanır ümidsiz baxışım gecədən səhərədək…
    Yorulmuşam…
    Qələmim yazmaqdan, vərəqim yazılmaqdan yorulub,
    Beynim düşüncələrdən, nəticə səbəbdən narazı…
    Gətirmədi bəxtimiz,
    lənətə gəlsin bəxtimizin mümkünsüzü, olmazı!…
    Özümü unuduram, tənhalıqda intihara can atır istək,
    Qocalıram, alnımın qırışları dalğalanır dəniz tək…
    Bu da bir sevgi tarixçəsidir,
    Danışmaq da yaşamaq kimi çətin gəlir, neynək…

  • Vüsal YURDOĞLU.”Həsrət”

    vy

    Həyatımda tək mirvarım,
    Göz bəbəyim, uzaq yarım.
    Lap kəsilib ixtiyarım,
    Həsrət bizə yaraşarmı?

    Daim xəyal qurar aşiq,
    Vəsf etməyə sözüm əskik.
    Nazın belin kimi nazik,
    Əlim vursam, dolaşarmı?

    Ağ üzündə xalın gördüm,
    Gözüm qaldı, gözə gəlmə!
    Aşiqini salma qəmə,
    Sevinc qəmə bulaşarmı?

    Xar olmağa gücüm yetməz
    Məhəbbətin yollarında.
    Qolbaq olsam qollarında,
    Yarım mənlə savaşarmı?

    Bilən bilir haralıyam,
    Eşq oxundan yaralıyam.
    Sevdalımdan aralıyam,
    Görən, fikrim qarışarmı?

    Məni dərdə salan dilbər,
    Gecə keçər, sən gəlməzsən.
    Nə çəkirəm, heç bilməzsən,
    Ürək gizlin danışarmı?

    Vüsal qalar saya-saya,
    Göz yaşları dönər çaya.
    Haray salsam bu dünyaya
    Məndən səbəb soruşarmı?

  • Harika UFUK.”Bayram sevinci”

    huh

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Yarın bayram ama içimde bayrama dair bir sevinç yok… Yurdumda bunca eve ocağa şehit ateşi düşmüşken sevinemiyorum. Bir bayram şiirimi paylaşayım bugünden… Adı “BAYRAM SEVİNCİ”

    Biz çocukken
    Başkaydı yaşanan herşey!
    Bayram sabahı uyandırılmadan
    Kalkardık hemen
    Her zamankinden
    Oldukça erken…
    Bir avuç şeker,
    Birkaç yirmi beş kuruşluk,
    Adı; bayram sevinci…
    Kızlar için
    Kırmızı pabuçlar,
    Beli büzgülü,
    Çiçekli tafta elbiseler…
    Erkekler için
    Babanın eski pantolonu
    Ters yüz edilerek dikilmiş
    Bayramlık yeni sayılan giysiler…
    Bir avuç şeker,
    Birkaç yirmi beş kuruşluk,
    Adı; bayram sevinci…
    Öpülen eller,
    Alınan harçlıklar,
    Her birinin tadı
    Diğerinden daha güzel
    Şekerler, çikolatalar,
    Kurabiyeler bayrama özel,
    Kareli bez mendiller
    Renk renk!
    Bir avuç şeker,
    Birkaç yirmi beş kuruşluk,
    Adı; bayram sevinci…
    Annelerin uykusuz gecelerince
    Diktiği elbiseler
    Gecenin bir saatinde
    “Bitti mi anne?”
    “Az kaldı yavrum,
    Yetiştireceğim elbiseni.”
    Söz verildiği gibi
    Bayram sabahına yetiştirilen
    Yeşil ponponlu elbise…
    Bir avuç şeker,
    Birkaç yirmi beş kuruşluk,
    Adı; bayram sevinci…
    HARİKA UFUK
    ADANA
    3 EKİM 2014
    SAAT:09.09
    NOT: 04.10.2014 tarihinde Edebiyat Defteri Sitesinde uğur böceğiyle ödüllendirildi.

  • Harika UFUK.”Çocukluğumun bayramları”

    huh

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Çocukluğumun bayramları nerede?
    Gören var mı kırmızı ayakkabılarımı?
    Hani arife gününün gecesinde
    Başucumda beraberce uyuduğum…
    Yarım yarım tutup da iple bağlattığımız
    Bütünlettiğimiz oruçlar?
    Kaynana şekerinin enfes tadı,
    Sadakat Teyze’nin kavanozlarda sakladığı kurabiyeleri,
    Dedenin verdiği yirmi beş kuruş harçlık
    Yeterdi bayramı özlemle beklemeye…
    Çocukluğumun bayramları nerede?
    Gören var mı kırmızı ayakkabılarımı?
    Hani arife gününün gecesinde
    Başucumda beraberce uyuduğum…

    ADANA
    6 EYLÜL 2010
    SAAT: 22.50

  • Rahilə DÖVRAN.”Gəlmədin”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Heç də sanma asandı,
    Sənsiz həyat, gümandı.
    Yazıq könlüm usandı,
    Sevdiyimi, bilmədin.

    Ey daş ürək, gül sinə,
    Yol tapmadım köksünə.
    Saldın məni pis günə,
    Dərdi mənlə, bölmədin.

    Olacaqdın baş tacım,
    Dərdlərimə əlacım.
    Xoş ağrımsan, xoş acım,
    Baxma üzə, gülmədin.

    Toxunmadım telinə,
    Qərq oldum qəm selinə.
    Düşdüm əğyar dilinə,
    Göz yaşımı, silmədin.

    Ötdü gənclik zamanı,
    Tükəndi and,amanı.
    Kim sevər ta- Dövranı,
    Hey səslədi, gəlmədin…

  • Rahilə DÖVRAN.”İstək”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Neyləyim ki, uzaqdayam, çox uzaq,
    Əlim yetmir dağın zirvə qarına.
    Şəhərdə yox sərin hava, meh, sazaq,
    Tamarzıyam yaylaqların barına.

    Yaşıl yala bulud sala kölgəsin,
    Dalğalana nazlı-nazlı ot dəniz.
    Dinləyəsən küləklərin nəğməsin,
    Onda görən deyər sənə gülbəniz.

    Dağ armudu aça sənə çətrini,
    Dövrə vura samavarın tüstüsü.
    Şiş-kababın ocaq yaya ətrini,
    Otlar poza əyin-başın ütüsün.

    Nuş edəsən hər cür nazı, neməti,
    Ilham gələ ruhun, təbin köklənə.
    Vəsf edəsən gördüyün hər hikməti,
    Qələmindən dürr, incilər ələnə.

    Qucaq dolu nərgiz, lalə, bənövşə,
    Dövran dönə çiçək ola, gül ola.
    Qada, bəla,qübar ondan gen düşə,
    Evə dönə sevdasıyla qol-qola.

  • Şəfa VƏLİYEVA.”Tüm sabahlar fərqlidi…”

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bundan öncə və sonra
    Tüm sabahlar fərqlidi…
    Bu sabah umutlara
    Geyindirdiyim dərddi…

    Pəncərəmdən süzülən
    Gün işıqları solğun…
    Yanağıma düzülən
    Yaş təkəmseyrək…
    Nolsun…

    Nolsun sənsizləmişəm?!
    Sən ki, çox uzaqdasan.
    Ağlamışam…
    Hirslənmişəm…
    Nolsun…
    Bu sabah yoxsan!

    Çiynimdə battaniyə,
    Əlimdə kağız dəsmal
    Yalvarram sənsizliyə…
    Gəl, təkliyi başa sal.

    De ki, sevirsən məni…
    De ki, ağlamaq olmaz!
    De ki, yoxluğun boyda
    Dünyaya sığmaq olmaz!

    Bir də, yadıma sal ki,
    Durub çay içməliyəm.
    Mənə gələn yoldakı
    Səni gözləməliyəm!!

  • Şəfa VƏLİYEVA.”Sən bildinmi, bilmirəm…”

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Üşüdünmü bu axşam?
    Keçdimmi ürəyindən?
    Mən elə darıxmışam.
    Sən bildinmi, bilmirəm…

    Ütüləyib yığdığım
    Xatirələri açdım.
    Bir vaxtlar utandığım
    Şəkillərinə baxdım.

    Adın şəkdim… bəzəndi
    Dünyam nişanlı qıztək.
    Günlər ürək üzəndi,
    Gəl, ömrün ipini çək.

    Gəl, götür əllərimdən
    Əlinin yaddaşını…
    Pozmağa da cəhd elə
    “Dəli”nin yaddaşını.

    Üz bütün ümidləri,
    De ki, heş olmamışam.
    Yandırdım şəkilləri,
    Üşüdünmü bu axşam?

  • “Zərrələr” antologiyası “Kitabxana” Milli Virtual Kitabxanada

    z

    “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən antologiyanın elektron versiyası-pdf fomratda Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxanaya yerləşdirilib.
    Bu e-kitab Yeni Yazarlar və Sənətçilər Qurumunun “Çağdaş Azərbaycan poeziyası” ədəbi-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. Elektron kitab N 64 (60 – 2016)
    Layihənin rəhbəri və müəllifi DGTYB üzvü, şairə-jurnalist Gülnarə İSRAFİLQIZI, redakdorları Gülnarə İSRAFİLQIZI, Zamiq MEHDİSOY, Sərvər KAMRANLI, tərtibatçı Gülnarə SADİQdir. Antologiyada müxtəlif nəsil Azərbaycan şairlərinin son illər qələmə aldığı poetik-lirik əsərləri toplanıb.
    Qeyd edək ki, “Zərrələr” antologiyası 2015-ci ildə Bakı şəhərində “Xan” nəşriyyatı tərəfindən 300 səhifə olmaqla, 200 tiraj həcmində işıq üzü görüb.Antologiyada respublikanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan 49 müxtəlif yaş qruplarının nümayəndələrinin ədəbi-bədii nümunələri bir araya gətirilib.“Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən antologiyadan 50 ədəd respublikanın müxtəlif kitabxanalarına layihənin müəllifi və rəhbəri, gənc xanım Gülnarə İsrafilqızı tərəfindən hədiyyə edilib.
    Əziz, dəyərli oxucular və qələm sahibləri “ZƏRRƏLƏR” adlı layihəmizin ilk sayını sizə təqdim edirik. Bu layihəni işləməkdə məqsədimiz qələm sahiblərinin birliyini təşkil etmək, xüsusən gənc və istedadlı şairləri ictimaiyyətə tanıtmaqdır. Onu da qeyd edək ki, bu layihə davamlı olaraq sizin görüşünüzə gələcək…

    DİQQƏT: Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.

  • Sumqayıtın kimya Sənayesinin inkişafında və etibarlı enerji təminatında Ulu öndər Heydər Əliyevin rolu

    http://s018.radikal.ru/i525/1607/c7/f0fab59dfd03.jpg

    http://s019.radikal.ru/i633/1607/2d/e9cc9f704fb2.jpg

    http://s018.radikal.ru/i523/1607/a0/e5df240c00aa.jpg

    http://s008.radikal.ru/i305/1607/1c/f1a010da6cb9.jpg

    http://s017.radikal.ru/i437/1607/73/5392996b9431.jpg

    http://s018.radikal.ru/i515/1607/b6/f5a3530e413b.jpg

    Xalqımızın unudulmaz, müdrik oğlu, dahi siyasətçi Heydər Əliyev Azərbaycanın rəhbəri təyin olunduğu 1969-cu ildə hələ cəmi 20 yaşı olan gənc Sumqayıtın bütün sonrakı sürətli inkişafı, sənaye potensialının ildən-ilə güclənməsi, sosial-mədəni həyatının yüksəlişi məhz Ulu öndərin uzaqgörənliyinin
    və uğurlu iqtisadi siyasətinin sayəsində mümkün olmuşdu.
    Respublikaya rəhbərliyinin elə ilk günlərindən başlayaraq, bütün səy və qüvvəsini, yüksək təşkilatçılıq istedadını özünün başlıca amalına – ölkəmizin bütün sahələrdə hərtərəfli və sürətli inkişafına, xalqın həyat səviyyəsinin durmadan yüksəl¬mə¬sinə, firavanlığına sərf edən Heydər Əliyev Azərbaycanı aqrar ölkədən daha çox dinamik inkişaf edən sənaye ölkəsinə çevirməyi qarşısına başlıca məqsəd kimi qoymuşdu. O, iri neft şəhəri kimi məşhur olan Bakı ilə yanaşı Sumqayıtın da Azərbaycanın müasir bir kimya şəhəri kimi bütün dünyada tanınması üçün ölkə sənayesinin mühüm strateji sahələrindən olan neft-kimyanın gənclik şəhərində daha geniş inkişafı üçün mühüm tədbirlər həyata keçirməyə başlamışdı.
    Ulu öndərin fövqəladə təşkilatçılıq baca¬rığı, gərgin və yorulmaz əməyi sayəsində respublika iqtisadiyyatının bir çox sahələri kimi, Sumqayıtın neft-kimya sənayesi də 1969-cu ildən başlayaraq sürətli inkişaf yoluna qədəm qoy¬du. Məhz Heydər Əliyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə o zaman respublikanın sənaye xəritəsinə bir-birinin ardınca daxil olan yeni kimya müəssisələri təkcə Azərbaycan iqtisadiyyatının deyil, bütövlükdə Za¬qafqaziyanın inkişafında mühüm əhəmiyyət kəsb edirdi. Həmin illərdə Heydər Əli¬yev tərəfindən mövcud müəssisələrin yenilənməsi, rekonstruksiyası üzrə də böyük işlər hə¬ya¬ta keçirilirdi ki, nəticədə bir-çox neft-kimya müəssisələrinin illik istehsal gücü xeyli artı¬rılmışdı.
    Ulu öndərin rəhbərliyi ilə kimya sənayesinin əsaslı şəkildə yenidən quru¬lub müasirləşdirilməsi 1970-сi ildən başla¬yaraq geniş vüsət almışdı. Qısa müddət ərzində respublikada mineral gübrələrin, kauçuk və sulfanolun, plastik kütlələrin, sintetik qatranın istehsalı 90 faiz, sulfat turşusunun istehsal həсmi 3, məişət kimyası mallarının buraxılışı isə 2 dəfə artmışdı.
    Ölkənin neft-kimya sənayesinin ilk müəssisələrindən sayılan Sumqayıt Sin¬tetik Kauçuk zavodunun yüksəliş dövrü məhz Heydər Əliyevin res¬publikaya rəhbərlik etdiyi illərə təsadüf edir. Ulu öndərin şəxsi təşəbbüsü nətiсəsində müəssisədə ölkənin iqtisadi potensialının art¬ma¬sında çox böyük əhəmiyyəti olan bir sıra yeni istehsal sahələri yara-dılmışdı. 1971-сi ildə illik istehsal güсü 15 min ton olan butil-kauçuk sexi işə salındı və zavod keçmiş SSRİ-də butil-kauçukun xüsusi markalarını istehsal edən ilk və yeganə müəssisə oldu. Məhz onun nətiсəsi olaraq həmin növ kauçukun xariсdən valyuta ilə alınmasına birdəfəlik son qoyuldu. 1974-сü ildə yeni, yüksək markalı kauçuk istehsal edən sexin yeni¬dən qurulması, onun istehsal güсünün ildə 120 min tona çatdırılması ilə Bakı Şin zavo¬dunu yerli xammalla təсhiz etmək müm¬kün oldu və bunun sayəsində minik və iri yük avtomobilləri, kənd tə¬sər¬rüfatı maşınları üçün şin istehsalı xətti işə salındı.
    Ulu öndərin bilavasitə təşəbbüsü ilə Sumqayıt «Üzvi sintez» zavodunda da həmin illərdə bir çox yeni istehsalat sahələri istismara verilmişdi. İngiltə¬rədən alınmış kompleks qurğu əsasında yüksək təzyiqli ilk polietilen isteh¬salatı işə salınmışdı ki, həmin texnoloji xəttdə polietilenin, digər bir sex¬də isə epoksid qatranının alınması ilə Azərbayсanın kimya sənayesinin inki¬şa¬fında yeni bir mərhələ – polimer məhsulların istehsalı başlanılmışdı. Məhz o dövr üçün yeni və müasir sayılan həmin istehsalatlar sayəsində müəssisə 70-сi illərdə sürətli yüksəlişə, böyük uğurlara nail olmuşdu.
    Heydər Əliyev neft-kimya sənayesinin texniki-istehsal bazasının ardсıl olaraq güc¬lən¬-diril¬məsi, onun əsaslı surətdə müasirləşdirilməsi və yeniləşdi¬ril¬məsi proqramının real¬laş-dırılması, ölkənin kimya kompleksinin yeni keyfiyyət pilləsinə qaldırılması məqsə¬dilə ötən əsrin 70-сi illərinin sonlarından başla¬yaraq, Sumqayıtda daha bir yeni və unikal texnoloji kompleksin – ən müasir texnologiyaya və yüksək istehsal gücünə malik, qiymətli kimyəvi məhsullar olan etilen və propilen istehsalı üçün nəzərdə tutulmuş “EP-300” qurğusunun inşasına nail olmağa çalışırdı. Anсaq layihə gücü etilenə görə 300 min, propilenə görə isə 138 min ton olan həmin kompleksin əldə edilməsi və səmərəli istismarı üçün xeyli vəsait tələb olunurdu ki, bununla bağlı respublika rəhbərliyi dəfələrlə Moskvaya müvafiq təkliflərlə müraciət etmiş¬di. Heydər Əliyev özünəməxsus uzaqgörənliklə həmin kompleksin respub¬likamızın iqtisadiyyatı üçün böyük əhəmiyyəti və perspektivli olduğunu yaxşı bilirdi. Həmin unikal kompleks Azərbaycan üçün ona görə qiymətli və daha mü¬na-sib idi ki, həmin qurğuda texnoloji proseslərin yerli xammal – Bakı neft emalı zavodunda istehsal edilən karbohidrogen məhsullar, quru qazlar əsasında aparılması nəzərdə tutulurdu. Lakin SSRİ-nin bəzi səlahiyyətli nümayəndələri həmin qurğunun Azər¬bay¬сana verilməsinə hər сəhdlə maneçilik törədir, onun Rusiyada və ya Ukraynada inşa edilməsinə üstünlük verirdilər. Yalnız Heydər Əliyevin Kremldə daha böyük nüfuza malik olması, prinsi¬pi¬allığı, dönməzliyi və qətiyyəti sayəsində, nəhayət ki, “EP-300”-ün Sumqayıtda inşasına razılıq əldə edildi. Artıq 1981-ci ildə həmin müasir texnoloji kompleksin Azərbaycana gətirilərək, Sumqayıtda inşasına başlanılması Heydər Əliyev dühasının, onun müdrik iqtisadi siyasətinin qələbəsi idi.
    Azərbaycanın neft-kimya sənayesinin potensialını daha da artıran yeni qurğu istismara verildikdən sonra qiy¬mətli kimyəvi məhsulların – etilen, propilen, butilen-butadien fraksiyası, yün¬¬gül və ağır piroliz qətranı, propan və s. kimi məhsulların istehsalına baş¬lanıldı və bu gün də Etilen-polietilen zavodu “EP-300” qurğusunun sayə-sin¬də dünya bazarında tələbatın yüksək olduğu qiymətli kimyəvi məhsullar is¬tehsal edir.
    Həmin kompleksin texnoloji davamı olaraq yüksək təzyiqli polietilen istehsalı üçün nəzərdə tutulan “Polımir-120” qurğusunun da alınıb, respublikaya gətirilməsi və inşası da məhz Ulu öndərin rəhbərliyi və dəstəyi ilə mümkün olmuşdu. Kimya sahəsində mütərəqqi texnologiyalar əsasında yaradılaraq, avadanlığı Almaniya və Çexoslova¬kiyadan alınmış, illik istehsal gücü 120 min ton polietilen olan həmin qurğunun işə salınması yeni polimer məhsul¬ların – poli¬mer boru və örtüklərin, müxtəlif məişət mallarının istehsalına da güclü təkan verdi.
    Dahi rəhbərin uzaq perspektivi nəzərə alaraq, on illər əvvəl inşasına nail olduğu etilen və polietilen istehsalı kompleksləri – “EP-300” və “Polimir-120” qurğuları ölkəmizin neft-kimya sənayesi tarixində o zaman bir çox müttəfiq Sovet respublikalarının da arzusunda olduqları, lakin nail ola bilmədikləri yeni, olduqca böyük və mühüm bir nailiyyət idi.
    Özünün yüksək idarəçilik, təşkilatçılıq istedadı, prinsipiallığı və ədalətli olması, səmimiliyi və qayğıkeşliyi ilə sadə əmək adamlarının böyük nüfuz və rəğbətini qazanmış Heydər Əliyev 1993-cü ilin iyununda xalqımızın tələbi ilə yenidən ölkə rəhbər¬liyinə qayıtdıqdan sonra Azərbaycanın dövlət müstəqilliyinin qorunub-saxlanmasını, onun sürətli iqtisadi inkişafını təmin edərək, qabaqcıl ölkələr sırasına çıxması, dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsi üçün səylə, yorulmadan çalışmışdır.
    Heydər Əliyev 1993-сü ildə ölkədə yaranmış siyasi xaosu aradan qaldırdıqdan bir il sonra – 1994-сü il sentyabrın 20-də özünün böyük tarixi təşəbbüsünü irəli sürərək, dünyanın bir çox ölkələrinin aparıсı neft şirkətləri ilə əsrin irimiqyaslı beynəlxalq neft sazişinin – ölkəmizə böyük gələcək vəd edən «Əsrin kon¬traktı»nın imzalanmasına nail oldu ki, bu da Azərbayсanın qarşısında yeni və daha böyük perspektivlər açdı. Bununla belə hələ qarşıda böyük çətinliklər vardı. Ölkədə yaranmış dərin iqtisadi böhran nəticəsində respublikanın energetika kompleksi sənayenin müxtəlif sahələrinin elektrik enerjisinə olan tələbatını ödəyə bilmirdi. Bu səbəbdən Sumqayıtın da neft-kimya sənayesində açınacaqlı vəziyyət yaranmışdı – şəhərin kimya müəssisələri xammal çatışmazlığı ilə yanaşı həm də ağır enerji böhranı ilə də üzləşmişdi. Belə ki, Sumqayıtı və onun müəssisələrini elektrik və istilik enerjisi ilə təmin edən 1 və 2 nömrəli istilik-elektrik stansiyalarının avadanlıqları yarım əsrdən artıq istismarda olduqlarından həm fiziki, həm də mənəvi baxımdan köhnəlib sıradan çıxmaqda idi. Həm də onların istehsal etdikləri istilik və elektrik enerjisi vahidlərinə sərf olunan yanacağın faktiki həcmi də normadan xeyli artıq idi. Digər tərəfdən gözlənilməz enerji kəsintiləri üzündən fasiləsiz texnologiya üzrə işləyən istehsalat sahələrində qəzalar, boşdayanmalar baş verir, texnologi prosesin pozulurdu.
    Ulu öndər yaranmış enerji böhranının belə davam edəcəyi təqdirdə ağır nəticələrin ortaya çıxacağını bildiyindən Sumqayıtın neft-kimya müəssisələri üçün müstəqil, avtonom bir istilik-elektrik mərkəzinin yaradılmasını vacib hesab etmiş, uzun araşdırmalardan sonra belə bir enerji kompleksinin dünyanın ən mütərəqqi texnologiyalarının yaradıldığı Yaponiyadan alınmasına qərar vermişdi. Nəticədə qurğunun hazırlanması üçün Yaponiyanın nüfuzlu “Niçimen Korporeyşn” və “Çiyoda Korporeyşn” şirkətləri ilə müvafiq sənədlər və niyyət protokolu imzalanmışdı.
    Azərbaycanın böyük nüfuza malik rəhbərinə xüsusi ehtiram əlaməti olaraq elmin son nailiyyətləri və yeni texnologiyalar əsasında yaradlmış həmin unikal, çox geniş həcmə malik enerji kompleksinin avadanlıqları bir il keçmədən Sumqayıta gətirilmişdi. 1999-ci il martın 24-də “Sintezkauçuk” zavodunun ərazisində Ulu öndərin iştirakı ilə yapon şirkətlərinin rəhbərləri və kimyaçılarımızla birgə qurğunun təntənəli təməlqoyma mərasimi keçirildi. İki ildən sonra kimyaçıların və yapon mütəxəssislərinin ciddi səyləri və gərgin əməyi sayəsində mobil enerji kompleksininin inşası başa çatdırıldı. Dahi rəhbər qurğunun açılışında iştirak etmək üçün 7 iyul 2001-ci ildə Sumqayıta gələrək, kimyaçılarla səmimiyyətlə görüşmüş, təntənəli açılış mərasimində çıxış edərək demişdi: “Bu şəhərin nəhəng kimya sənayesi kompleksi Sumqayıt və Azərbaycan sənayesinin böyük bir hissəsini təşkil edir. Mən Sumqayıtda kimya sənayesininn yaranması və inkişaf etməsinə xidmət etmiş adamların fəaliyyətini yüksək qiymətləndirirəm. Onların hamısı bu gün üçün, müstəqil Azərbaycan üçün gözəl təməl yaratmışlar. Mən bu gün sizin hamınızı müstəqil Azərbaycanın həyatında əlamətdar bir hadisə – Buxar-generator qurğusunun açılışı münasibətilə ürəkdən təbrik edirəm və bu qurğuya, ümumiyyətlə, Azərbaycanın kimya sənayesinə və sizin hamınıza yeni-yeni uğurlar arzulayıram!” Dahi rəhbər unikal enerji qurğusunun düyməsini basaraq, kimyaçıların minnətdarlıq ifadə edən alqışları altında onu işə salmışdı.
    Kimyaçılarımız hər zaman Ulu öndəri dərin hörmət və ehtiramla yad edərək, səmimiyyətlə etiraf edirlər ki, əgər dahi rəhbərin təşəbbüsü əsa¬sında Buxar-generator kom¬pleksi həmin dövr¬də inşa edilməsəydi, Azərbay¬canın neft-kimya sə¬na¬yesinin enerji böhranından çıxması çətin olar və kimya müəssisələri öz fəaliyyətlərini dayandırmış olardı. Bu gün böyük qürur doğurur ki, Azərbaycanın kimya sənayesi üç böyük, möhtəşəm təməl üzərində əzəmətlə yüksəlməkdə, inkişaf etməkdədir. Bu üç etibarlı təməl – “EP-300”, “Polimir-120” texnoloji kompleksləri və bu günlərdə istismara verilməsinin 15 ili tamam olan Buxar-generator Kompleksidir. Bunlar Azərbaycana 34 illik rəhbərliyi dövründə 16 dəfə Sumqayıta səfər etmiş və hər gəlişi ilə gənclik şəhərində yeni müəssisələrin, istehsal sahələrinin yaradılmasına, mühüm sosial-mədəni obyektlərin inşasına təkan vermiş Ulu öndər Heydər Əliyevin ölkə kimyaçılarına böyük töhfəsi, qiymətli hədiyyəsidir.
    Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin Sumqayıta və sumqayıtlılara, o cümlədən kimya sənayesinə göstərdiyi diqqət və qayğı Möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında bu gün daha möhtəşəm şəkildə davam etdirilir. Dövlət başçımızın son iki ildə 7 dəfə, ümumilikdə isə 13 dəfə Sumqayıta səfər etməsi və bu səfərlərin çox mühüm əhəmiyyət daşıyan təməlqoymalar və açılış mərasimləri ilə müşayiət olunması dediklərimizin sübutudur. Sumqayıtda yeni, dünya standartlarına uyğun istehsal sahələrinin yaradılması, texnologiya və kimya sənaye parklarının inşa olunması, kimya sənayesinin yenidən qurulması, şəhərdə aparılan abadlıq və quruculuq işləri, yeni və daimi iş yerlərinin açılması, əməkçilərin iş şəraitinin, sosial rifah halının yaxşılaşdırılması, əmək haqlarının artırılması, şəhərin ekologiyasının saflaş¬dırılması, insanların asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili bunu deməyə əsas verir ki, yaxın illər ərzində Sumqayıt ən gözəl şəhərlərdən birinə çev¬riləcək, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün də aparıcı sahə olan kimya sənayesində əzmlə çalışan kimyaçılarımız gələcəkdə daha böyük nailiyyətlər əldə etməklə, ölkə iqtisadiyyatının inkişafına öz layiqlı töhfələrini verəcəklər.

    Muxtar Babayev,
    SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin
    Müşahidə Şurasının sədri,
    Milli Məclisin deputatı.

  • Nazir Ziya TALISTANLI.”Evin qadını”

    http://s06.radikal.ru/i179/1607/57/069f81e378ce.jpg

    Evin işığıdı, yaraşığıdı,
    Dadıdı, duzudu evin qadını.
    Yaxşısı sərvətdi, vardı, dövlətdi,
    Halal-haqq yazıdı evin qadını.

    Odur el içində hörmət gətirən
    Kişi şərəfinə, kişi adına.
    Zaman-zaman adlı-sanlı kişilər,
    Borclu olub evindəki qadına.

    Əkinçidir,biçinçidir hər zaman,
    Ən dar günə xırmanında dəni var.
    Dərdi könlündədir, yükü çiynində,
    Anadır, hər dərdə dözən günü var.

    Ağ gündə ağ olar, qarada qara,
    Aldanandı hərdən yar olanda da.
    Bəzən bir namərdlə çürüdər ömrün,
    “ Yoluna göz dikər yorulanda da “.

    Tanrıdan olsa da hər gözəlliyi,
    Nə qədər bəzənsə yenə də azdır.
    Heç kəs axtarmasın çöldə xoş günü,
    Ömür öz evində bahardır, yazdır.

    Kişinin ən ağır dərdi, əzabı,
    Qadınla bölünüb azalmalıdır.
    Ən gözəl nəğmələr, gözəl şeirlər
    Evin qadınına yazılmalıdır.

  • Rafiq ODAY.Yeni şeirlər

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    QURAN DAN GÖZƏL

    Tənhalıq ürəyə yara salandı,
    Dəmir çıraq geydi, yar əsalandı.
    Zülməti sevənlər yarasalandı, –
    Könüldə min büsat quran dan gözəl.

    Ruzi-bərəkəti düz əldən istə,
    Zəhməti yan-yana düz, əldən istə.
    Sınıq ürəkləri düzəldən istə,
    Bir insan varmıdır qurandan gözəl?!

    Yetər, atam oğlu, oyat yaddaşı,
    Bir olsaq, neyləyər bizə yad daşı?
    Nə dost gəz, çiynində nə də yad daşı, –
    Dost tapmaq mümkünmü “Quran”dan gözəl.

    GÖZƏL

    Sən mənim dünyada ən şirin yuxum,
    Sən mənim ən gözəl dərdimsən, gözəl.
    Bir özgə dərd varsa, mən orda yoxam, –
    Gecəli, gündüzlü dərdim – sən, gözəl.

    Göynətdi sinəmi bu “Goyçəgülü”,
    Oxşadım bu yercə, bu göycə gülü.
    Harda görmüşəm mən bu göyçək gülü? –
    Əl atıb çəməndən dərdim – sən, gözəl.

    Özgə aləmi var bu bar dərməyin,
    Sevənlər, sevgidən qubar dərməyin!
    Qisməti bu günmüş nübar dərməyin, –
    Özün demədinmi, “dər, dinsəm…”, gözəl!

  • Gənc yazarların Sumqayıtda görüşü-FOTOLAR

    [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki,iyulun 2-də Sumqayıt şəhər “28 May” Mədəniyyət Evində Əli Kərim adına Poeziya klubunun və “28 May” Mədəniyyət evinin təşkilatçılığı ilə istedadlı gənc yazarlarla Sumqayıtın mədəniyyət işçilərinin və sumqayıtlı oxucuların görüşü keçirilib.
    Sumqayıtlı yazarların da qatıldığı görüşdə gənc yazarlar, AYB-nin üzvləri və Prezident mükafatçıları Vəfa Mürsəlqızının və Faiq Hüseynbəylinin, həmçinin gənc yazar Zamiq Mehdisoyun yaradıcılıqları üzərindən ümumiyyətlə ölkənin gənc yazarlarının yaradıcılığına baxış sərgilənib. Tədbiri giriş sözü ilə “28 May” Mədəniyyət evinin bədii rəhbəri Ulduz xanım açaraq görüşü aparmaq üçün sözü Ə.Kərim adına Poeziya klubunun direktoru, şair İbrahim İlyaslıya verib.
    İ.İlyaslı ölkə rəhbərliyi tərəfindən milli ədəbiyyatımıza olan diqqət və qayğıdan söz açaraq, Sumqayıtın ədəbi mühiti haqqında, Poziya klubunun həyata keçirdiyi tədbirlər haqda görüş iştirakçılarına ətraflı məlumat verdi və gənc yazarları görüş iştirakçılarına təqdim etdi. Əvvəlcə, 28 May Mədəniyyət evi nəzdində fəaliyyət göstərən Xalq Teatrının üzvləri – bədii qiraətçilər gənc şairlərin şeirlərini söylədilər. Sonra söz gənc yazarlara verildi.
    Onlar ədəbi gəncliyin bu günü haqda fikirlərini dilə gətiriblər və öz şeirlərindən nümunələr oxuyublar. Tədbirdə iştirak edən tanınmış sumqayıtlı ədiblərdən Sabir Yusifoğlu, Almaz Sahilə, Xatirə Fərəcli, Qafqaz Əvəzoğlu, eləcə də Bakıdan tədbirə qatılmış tanınmış şair Faiq Balabəyli söz alaraq gənclərin yaradıcılığına öz münasibətlərini bildiriblər və onlara uğurlar diləyiblər. Görüşdə, eyni zamanda tədbirdə iştirak edən sumqayıtlı gənc yazarlar öz şeirlərini söyləyiblər.
    İstedadlı gənc şairlərin şeirləri ilə səslənmiş görüşdə “28 May” Mədəniyyət Evinin direktoru Vüsal Yaqublu yekun sözü söyləyib və bu cür tədbirlərin mütamadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

  • Ahmet DİVRİKLİĞOLU.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiir

    ad

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    BU MEVSİM

    BU MEVSİMIN ADI SENSİN
    HAVA BERRAK GÜN KISA YA
    TEK DUZE DEGIL KI ZAMAN
    BIR GÜLÜYOR BIR SURAT ASIYOR
    DEGISIYOR AN BE AN

    BU MEVSİMIN ADI SENSİN
    GENÇ YA KORPE YA CIMENLER DALLAR
    ÖZÜ POLEN YUKLU CICEKLERIN
    BU YÜZDEN ARISIZ KELEBEKSIZ KALMAZ
    RUHLARINI OKSAR DEM ÇEKEN BÜLBÜLLERIN

    BU MEVSİMIN ADI SENSİN
    BULUTLAR ÇAĞAR IKINDI ÜSTLERI
    BIR IKI DOKTURURLER BELLİ BELIRSIZ
    HER YANI MISLER KAPLAR O AN
    TEKRAR GELECEK DIYE BEKLE.RIZ
    BU MEVSİMIN ADI SENSİN
    YEDİ RENK EBEM KUŞAK LARINCA ACANSIN
    IKINDI ÜSTLERI YAĞMUR SONRASI
    BÜTÜN RENKLERIN TONU DIZILINCE GÖK KUBBEYE
    BAKARIM ICLERINDE EN ALIMLISI SEN VARSIN

    BU MEVSİMIN ADI SENSİN
    KARANLIK BULUTLAR DA YILDIZ YILDIZ ISILDAYAN SIN
    SAMANYOLU NA IŞIK TUTANSIN
    BU MEVSİMIN ADI SENSİN SEN
    GONLU GENÇ ÖZÜ BENDE OLANSIN

  • İltimas İSMAYIL.”Sözlerim”

    ii

    Elveda aşkların en güzeline,
    Söyledim, böylece bitti sözlerim,
    Bağrıma taş bastım,elim eline ,
    Degmedi,hafifce itti sözlerim.

    Elveda kalbimin nazlı meleği,
    Bitmeyen duamın sendin dileği,
    Bizi ayrı salan zalim feleği,
    Luğatımdan sildi ,attı sözlerim.

    Elveda gözleri güzelim benim,
    Sonum,ahiretim,ezelim benim,
    Gönül misafirim,özelim benim,
    Sırrımı ellere sattı sözlerim.

    Elveda içimden akan duygular,
    Vüslata kenardan bakan duygular,
    Omrümü yandırıp yakan duygular,
    Ecele yol aidı,gitti sözlerim.

    Elveda ,yağmurlu,gamlı gözlerim,
    Elveda küllerde sönen közlerim,
    Elveda yollarda kalan izlerim,
    Sonsuz sevgiliye çattı sözlerim.

    21/01 2016.

  • İltimas İSMAYIL.”Bu kan yerde kalmaz”

    ii

    Şehit ruhu göklerimden bakanda,
    Yurt hasreti yüregimi yakanda,
    Dalğalanıp gözlerimden akanda,
    Haray çektim,havalandım,ay Allah.

    Sokaklarda al kanımız sel oldu,
    Her bir elden hiyabana yol oldu,
    Karanfiller şehitlere gül oldu,
    Haray çektim,havalandım,ay Allah.

    Yaşlısına , çocuğuna kıydılar,
    Düşmanların fent-feline uydular,
    Vatanımı ilmek-ilmek soydular,
    Haray çektım,havalandım,ay Allah.

    Aksaçlı analar mezar başında,
    Kalbi yara ,gözü mezar taşında,
    Kan ağlıyor toprağım da ,taşım da,
    Haray çektim ,havalandım,ay Allah.

    19 01 2016.

  • Muzəffər MƏZAHİM.”Özünü”

    mm

    Fürsəti fövtə verib eyləmə yardan özünü,
    Çünki məhrum eləyərsən o bahardan özünü.

    Bir gülün bülbülü ol , olma gülüstan əsiri.
    Qoru həm tək gülünü, həm də ki , xardan özünü.

    Demə ki , ovçusuyam mən bu gözəllər gölünün,
    Özünü ov eləyər , gözlə şikardan özünü.

    Həsrətin çəkmək ilə çatmaq olarmı vüsala?
    Çox nigaransan əgər, üzmə nigardan özünü.

    Bu Müzəffər kimi Məcnuna dönübsənsə əgər,
    Seyr elə əlq ilə gəl , bir də kənardan özünü.

    03 may 2007

  • Muzəffər MƏZAHİM.”Öyrəş müstəqilliyə”

    mm

    Xalqımızı ən şərəfli bayramımız olan Respublika günü münasibəti ilə təbrik edirəm. Bu yolda mübarizə aparan bütün əcdadlarımızı və müasirlərimizi hörmət və məhəbbətlə yad edirəm. Müstəqilliyimiz əbədi olsun.

    Öyrəş müstəqilliyə,
    Dirçəl a xalqım mənim.
    Çox bəlalar çəkibdir,
    Bu gülüstan Vətənim.

    Qoru bu gülüstanı,
    Əziz tut ki , canından.
    Su içib hər ləçəyi,
    Şəhidlərin qanından.

    Qandan-qadadan keçən,
    Əmanətdir azadlığ.
    Məhəbbətdən su içən,
    Səadətdir azadlıq.

  • Aydan ABDULLAYEVA.”Darıxıram qadınım…”

    13578839_574089099431171_819452109_n

    Səni sevib, unudacam bu axşam…
    Şam ahına yazıram bu günahı…
    Sevgi deyib büdrəyəndə o ağ şam…
    Deyəcəksən: darıxıram, qadınım…

    Şeirlərin də qəzəbi tutacaq sənə,
    O dörd divar hey üstünə gələcək…
    Bir qadının yalanına aldanıb,
    Elə qəfil dönəcəksən bir heçə…

    Sonra canın sevdalardan qorxacaq…
    Əksin güzgülərdə söyəcək səni
    İndi səni bir qadın unudacaq…
    Yenə sən unutduğun sevəcək səni…

  • Aydan ABDULLAYEVA.”Uzaq qadınam…”

    13578839_574089099431171_819452109_n

    məni sevmə… yazıq olar canına…
    ahu gözlərimdə dumanlanarsan…
    ya nə bilim… oxşadarsan anana,
    ya məni baharın gülü sanarsan…

    məni sevmə… yazıq olar canına…
    mən axı baharın gülü deyiləm…
    hər əsən yarpağa kövrəlməyim var,
    hər yağan yağışdan umub-küsürəm…

    məni sevmə… yazıq olar canına…
    “qara sevdan….,, olsam əgər yanarsan…
    fəsil-fəsil səndə ölsəm dinmərəm…
    gedişimi qatar-qatar anarsan….

    məni sevmə… yazıq olar canına…
    bir sevdalıq halım varmı ay adam??..
    məni uzaqdan sev… agah olmadan..
    mən elə… bir sözlə “uzaq…,, qadınam….

  • Nail DAĞLAROĞLU.”Əzəmətli Gədəbəyin”

    n

    Əzəmətli Gədəbəyin,
    Havasına qurban olum.
    İsti ana qucağında,
    laylasına qurban olum.

    Bağça salıb gül bitirən,
    Evlərə sevinc gətirən,
    Vətənə oğul yetirən,
    Anasına qurban olum.

    Sinəsini sipər salan,
    Gecə gündüz çöldə qalan,
    Vətən üçün şəhid olan,
    Balasına qirban olum.

    Nail deyər gözəl yazlı,
    Bülbülü var xoş avazlı.
    Aşıqların telli sazlı,
    Sinəsinə qurban olum.

  • Nail DAĞLAROĞLU.”Son zəng”

    n

    Azərbaycanımızın sabahki bütin məktəb məzunlarını ürəkdən təbrik edirəm və gələcək həyatlarında uğurlar arzu edirəm!

    Bir məzinin xahişiylə

    Birinci sinifdən bir addımladıq,
    Bizə ayrılğı saldı bu son zəng.
    Ata, ana kimi müəllimləri,
    İndi əlimizdən aldı bu son zəng.

    Ayrıldı gör neçə sinif yoldaşı,
    Aldı əlimizdən dostu sirdaşı.
    Gözlərdə həm sevinc həm kədər yaşı,
    Qəlbə həyəcanla doldu bu son zəng.

    Birgə addımladıq gör neçə zaman,
    İndi aramıza yeridi duman.
    Nədənsə kövrəldik, ağladıq yaman,
    Əbədi yaddaşda qaldı bu son zəng.

    Bizə çox doğmaydı dərs otağımız,
    Elə möhkəmiydi solu-sağımız.
    Heç yaddan çıxarmı ötən çağımız,
    Bilirdik keçilən yoldi bu son zəng.

  • Qalib ŞAMXALOĞLU.”Gözlərin”

    qsm

    Məhəbbət süzülür baxışlarından ,
    Yenə məni oda saldı gözlərin .
    Qəlbimi gizlədim , kömək olmadı ,
    Qəlbimi , könlümü çaldı gözlərin .

    Düşmüşəm sevdanın biyabanına ,
    Aşiq qovuşmazmı öz cananına ? !
    Nə dərdin , bəlan var gəlsin canıma ,
    Məni mənliyimdən aldı gözlərin .

    Bu xəzan çağımda bahar kimisən ,
    Qurumuş gözümün vüsal nəmisən .
    Tənha ürəyimin tək həmdəmisən ,
    Qəlbimdə əbədi qaldı gözlərin .

    Dedim , bu eşq məni çökürdür nədən ,
    Dedin ki , yıxılma , gəl mənə söykən .
    Dedim ki , on beş il gecikmisən sən ,
    Gördüm ki , kövrəldin , doldu gözlərin .

    İdrakın qəlbinə bunu deyirmi ,
    Qalibin qırx yaşı , sənin iyirmi ? !
    Səni də mənimtək sevda əyirmi ,
    Yoxsa , xəyallara daldı gözlərin ? !

  • Qalib ŞAMXALOĞLU.”Nə fərq edər ki…”

    qsm

    Yarımla barışmaq ümidi ilə ,
    Xəyala dalsam da nə fərq edər ki ?
    Şeyda bülbülündən əli üzülən ,
    Gültəki solsam da nə fərq edər ki ?

    Gəlib hicran dəmi , ayrılıq dəmi ,
    Üzür məni eşqin möhnəti , qəmi .
    Yığılsa gözümə dünyanın nəmi ,
    Kövrəlib dolsam da nə fərq edər ki ?

    Fələyin yazısı qaralanmasın ,
    Sevən sevənindən aralanmasın .
    Kimsənin ürəyi paralanmasın,
    Ürəyin alsam da nə fərq edər ki ?

    Ağlı olan pozmaz əhdin , ilqarın ,
    İtirməz nə özün , nə etibarın .
    Qəlbin sındırdığım o küskün yarın ,
    Qurbanı olsam da nə fərq edər ki ?

    Öz yarından ayrı düşən Qalibəm ,
    Dönüb , səsimin də , olub zili bəm .
    İndi mən dəvəsi ölmüş ərəbəm ,
    Ölsəm də , qalsam da nə fərq edər ki ?

  • Mais TƏMKİN.”Bu gözəl qız Vüsalədir”

    10646868_273655359498567_6620189188081019440_n

    Gözəl dostum, ailəmizin fəxri üzvü sandığım Avrasiya-net saytının əməkdaşı əzizim, xanım Vüsalə Rüfətə
    ən xoş arzularla…

    Sözləri inci, dürdanə,
    Gözəllikdə o, bir danə.
    Tellər tökülüb gərdənə,
    Sanki axan şəlalədir,
    Bu gözəl qız Vüsalədir.

    Baxsa bihal olur adam,
    Yandım Anam, yandım Atam.
    Ağzı püstə, gözlər badam,
    Yanaqları al lalədir,
    Bu gözəl qız Vüsalədir.

    Geyir ona yaraşanı,
    Qara gözlər – ,,Qara şanı.”
    Arxasınca danışanı
    Tutub quzu tək ,,mələdir,”
    Bu gözəl qız Vüsalədir.

    Varam, ondakı ürəyə,
    Xoş arzuya, saf diləyə.
    Qiymət qoyar duz-çörəyə,
    Mənim dostum bax, belədir!
    Bu əziz dost Vüsalədir!

  • Abdulla MƏMMƏD.”Yaşaya bilmədi yaşatdıqlarım”

    13466280_1626932517553363_7754307136934153916_n

    Yaşaya bilmədi yaşatdıqlarım,
    Yaşındı bəşərin yaş göynəyindən.
    Köksümdən çıxarıb yaş atdıqlarım,
    Yaşardı torpağın yaş köynəyində.

    Qurunun oduna yanmadı yaş da,
    Qəmli baxışımda yaşardı-qaldı.
    Fələk saydığımı saymır bu yaşda,
    Saydığım günlərdən yaşartı qaldı.

    Yaşıl ümidlərim yaşıla çalmır,
    Günlər yarpaq-yarpaq saralır nədi.
    Nəğməm zildən düşür yaşıla çalmır,
    Payız havasına sarılır nədi.

    Yaşıma yaş gəlir yaşanır ömrüm,
    Könlümün yaş adlı yaş giləyində.
    Bir yandan yaşınıb yaş anır ömrü,
    Bir yandan ömür də yaş giləyində.

    04.11.1963.

  • Mais TƏMKİN.”Yevlaxım”

    10646868_273655359498567_6620189188081019440_n

    Son dərəcə ecazkar səsiylə, könül oxşayan avazıyla geniş tamaşaçı kütləsinin rəğbətini qazanmış Xanəndə, həm də , gözəl Saz ifaçısı əziz dostum Ziba Hüseynovanın dilindən…

    Qoynunda boy atıb mən yaşa doldum,
    Səndən ayrı düşsəm, saralıb-soldum.
    Gözümü açandan sənə vuruldum,
    Sən mənim könlümə yaxından-yaxın,
    Əziz Ana yurdum, gözəl Yevlaxım.

    Cənnətdir çiçəkli, güllü bağların,
    Səninlə xoş keçir gözəl çağlarım.
    Dərmandır, şəfadır buz bulaqların,
    Dolur ürəyimə hey axın-axın.
    Əziz Ana yurdum, gözəl Yevlaxım.

    Yolunda canını verənlərin var,
    Dağ tək vüqarını görənlərin var.
    Yenilməz, qəhrəman ərənlərin var,
    Düşməni bir qarış buraxmaz yaxın,
    Əziz Ana yurdum, gözəl Yevlaxım.

    Hər zaman eşqinlə oldum dinəsi,
    Gül açır düzlərin geniş sinəsi.
    Doğma Ata yurdum Qoyunbinəsi,
    Doymaram…hüsnünə baxdıqca baxım.
    Əziz Ata yurdum, gözəl Yevlaxım.