Blog

  • Sona İNTİZAR.” KƏNAN AYDINOĞLUYA… “

    Mübarək olsun Ad günün sənin,

    Gözündəm yox olsun qəmin, kədərin.

    Anana-atana layiqli övlad,

    Həm də çalış, daşı şərəfli bir ad.

    Ömür yollarında gur işıq yansın,

    Ömründə yanar ocaq qalansın,

    Bir kiçik vərəqə sığışan sözlər,

    Sonadan Kənana yadigar qalsın.

    26 oktyabr, 2006. Sona İNTİZAR.  

  • Əlirza HƏSRƏTİ doğum günü münasitəbilə təbrik edirik! (1 Noyabr)

    BÖYÜYÜB DAĞ OLDU SEVDİYİM O DİK

    Neçə ayrılıq var yönü bəridir,
    Neçə məhəbbət var üzü tərsinə.
    Gözümdən su içib uzanan yolda,
    Belə kim salıbdır izi tərsinə.

    Yolları bağrına basan ozanam,
    Gördüyüm yuxunu özüm yozanam.
    Mən qərib ahına gərək qızınam,
    Döndərin ocağı,közü tərsimə.

    Böyüyüb dağ oldu sevdiyim o dik,
    Diksindi barmağım toxunan tətik.
    Nadan məclisində susduq,dinmədik,
    Hamı alqışladı bizi tərsinə.

    SƏNİN GETMƏYİN DƏ QAYITMAĞINDIR…
    (Sevimli şair Qəşəm Nəcəfzadəyə)

    Baş alıb getməyə yer gəzən Qəşəm,
    De,nədir çıxaran özündən səni?
    Söz əkib,söz dərmək ən halal peşən,
    Quşlar da pay umur ruzindən sənin.

    Sevib pərvanəsiz alışan şamsan,
    Belə başdan-başa təbsən,ilhamsan.
    Sən böyük şairsən,bütöv adamsan,
    Nə var ki tutmağa sözündən səni.

    Bağrına basdığın hər iz dağındır,
    Söykə kürəyini dağa yaxın dur.
    Sənin getməyin də qayıtmağındır,
    Kim görsə,tanıyar izindən səni.

  • “Qarabağ  zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” kitabı çap olunub…

    II Qarabağ savaşı – Vətən müharibəsinə, xalqla dövlətin monolit birliyi və müzəffər Azərbaycan ordusunun rəşadəti sayəsində qazanılan unikal qələbəyə, Şuşa zəfərinə bir çox ədəbi-bədii əsərlər həsr olunub. Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq və onları göz bəbəyi kimi qorumaq işində önəmli bir addım olacaq… “Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” adlı qələbə ətirli, şəhid qoxulu toplu da bu qutsal işə sözün qüdrəti ilə yardımçı olmaq amacı ilə araya-ərsəyə gəldi. Bu məqamda Şuşanı azad edən əfsanəvi qəhrəmanlarımızdan biri, 44 günlük Vətən müharibəsində böyük şüacət göstərən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalla­rı və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən polkovnik Tehran Mənsimovun müsahibəsindən kiçik bir hissəni xatırlatmaq yerinə düşər: “Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrdə canlı qüvvə və zaman itkisinə yol verməmək üçün bizə yeni tapşırıq gəldi. Əlavə olaraq, 3 briqada mənim tabeçiliyimə verildi. Xüsusi təyinatlılara şərait yaratmaq üçün Daşaltı bölgəsini nəzarətə almalı, oradakı düşmən qüvvələrini məhv etməli idik. O vaxta kimi xüsusi təyinatlılar Şuşaya girəcəkdilər. Onlar meşədən keçib Şuşaya girənə qədər döyüşüb düşmənin diqqətini öz üzərimizə çəkməli idik. Həmin gün şəhidləri­mizin qanı bahasına hədəfə çatdıq və noyabrın 4-də Daşaltını işğaldan azad etdik. Sonrakı günlərdə də düşmənin saysız əks-hücumlarını dəf etdik. Ermənilər deyirdi­lər ki, biz vururduq, Azərbaycan hərbçiləri yenidən qalxaraq üzərimizə gəlirdi. Həqi­qə­tən də, həmin döyüşlərdə Naxçıvan xüsusi təyinatlıları qeyri-adi iradə, böyük fədakarlıq və qəhrəmanlıq göstərdilər… Noyabrın 6-da artıq xüsusi təyinatlılarımız Şuşa yaxınlığında yaxın təmas döyüşünə keçmişdilər. Döyüşən 4 hərbi hissənin hər birin­də Naxçıvan xüsusi təyinatlıları var idi. Ayın 7-si artıq Şuşaya şanlı bayrağı­mızı sancdıq, ilk azan oxundu. Bu hissləri sözlərlə ifadə etmək çox çətindi. Oxunan azan səsi və Dövlət himnimizi eşidən yaralılarımıza sanki yenidən həyat verilirdi. Şuşa azad olunandan dərhal sonra ilk ürəyimdən keçən namaz üstdə şəhid olan qəhrəman oğullarımızın ruhuna və igid döyüşçülərimizə dua etmək, Allaha şükran­lığımı sevinc göz yaşları ilə çatdırmaq oldu. Düşmən sonra da əks-hücuma keçdi və bu hücumların da qarşısı alındı. İgidlərimiz canları bahasına Şuşanı qoruyub saxladı. Ölkənin müxtəlif yerlərində bu qələbəmizi coşğu ilə qarşılayan xalqımızın sevinci bizə daha böyük ruh yüksəkliyi verirdi (https://azvision.az/news/251481/).

    28 oktyabr 2022-ci il tarixində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Əbədi Turan Kitab Fondu İctimai Birliyinin təşkilatçılığı ilə “II Qarabağ savaşı Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə-Dəmir Yumruq əfsanəsi” layihəsi əsasında,  “Şuşa ili” çərçivəsində çap edilmiş “Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” adlı toplunun Bakıdakı 115 saylı tam orta məktəbdə təqdimat mərasimi keçirilib.

    Tədbiri giriş sözü ilə 115 №-li tam orta məktəbin direktoru, təcrübəli pedaqoq Natəvan xanım Əsədova açaraq Vətən müharibəsinə, II Qarabağ savaşının ədəbiy­yata yansımasına həsr olunmuş “Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” toplusunun, nəşrin müəllifinin və nəşrin tanıtımında bir vəsilə olacaq tədbirin önəmindən qısaca söz açıb. Natəvan Əsədova AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Esmira Fuadın Vətən üçün, ədəbiyyat üçün gördüyü işlərdən danışıb və sonra sözü kitabın tərtibçisi və ön sözünün müəllifinə verib. Esmira Fuad kitabın yaranma səbəbləri, istifadə olunan mənbələr haqqında qısaca məlumat verib. O, 44 günlük Vətən müharibəsinin qürürverici sonucların­dan, Azərbaycan xalqının və onun yetişdirdiyi cəngavər oğulların, müzəffər ordumuzun rəşadətindən, dünya hərb sənətində yeni səhifə olan Şuşa zəfərindən danışıb. Söyləyib ki, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qeyri-adi qəhrəmanlıqlar, xalqla dövlətin monolit birliyi işğal altında olan torpaqlarımızın düşmən əsarətin­dən azad edilməsində həlledici rol oynayıb. E.Fuad vurğulayıb ki, II Qarabağ müharibəsinin, qutsal savaşın yaşatdığı qürür hissləri Quzeydə olduğu kimi, Güney Azərbaycan ədəbiyyatından da yan keçməyib, yazarlar tərəfindən mövzu ilə bağlı yeni-yeni əsərlər qələmə alınıb və ədəbi proses bu gün də davam edir. Yaşadığım qürur hissinin dərin etkisi altında bu möhtəşəm qələbəyə-Qarabağa-Şuşa zəfərinə həsr olunmuş əsərlərdən oluşan “44 günlük Vətən Müharibəsi Güney Azərbaycan ədəbiyyatın­da” və “Qarabag zəfəri Güney və Quzey Azərbaycan ya­zar­­ları­nın gözü ılə” ad­lı iki toplu hazırlayıb çap etdir­dim. I topluda, adından da görün­dü­yü kimi, yalnız Güney şairlərinin II Qarabağ savaşı, Şuşa haqqında yazdığı əsərləri, ikincidə isə iki imperiya dövləti-İran və Rusiya arasında bölüşdü­rül­müş Azərbaycanımızı heç deyilsə, ədəbi müstəvidə birləşdirmək amacı ilə həm Güney, həm də Quzey yazar­la­rının qələmə aldıqları qələbə ətirli, şəhid qoxulu əsərlər­dən seçmələri toplayıb yayına verdim və əlinizdəki çox dəyərli bir mənbə araya-ərsəyə gəldi. Topluda N.Həsənzadə, S.Rüstəmxanlı, R.Yusifoğlu, F.Əzizbəyli, K.Abiyeva, R.Qusarçaylı, Ş.Şahin, S.Arazlı Özgün, İ.Qəhrəman, K.Kərimli, T.Kərimli, R.Məcid, K.Hacı, E.Piri, E.Uğur, E.Barat, Z.Bayramlı, V.Əhməd, B.Sadiqlə yanaşı, əslən Güneydən olan və ürəyi, ruhu Qarabağda baş verən möhtəşəm tarixi olaylardan, alnımızdakı 28 illik qara ləkəni öz rəşadətləri, qeyri-adi igidlikləri ilə silən və zəfərə öz qutsal qanları ilə möhür vuran ərənlərimizin bütün dünyaya göstərdik­ləri uni­kal döyüş taktikasın­dan ilham alaraq qələmə sarılan K.Qəhrəmanoğlu, B.M.Elçibəy, R.Qədiri, Ə.Fəxr, K.Xiyav, F.Əsğərniya-S.Sonay, M.Şeyxpur, R.İ.Azərin də əsərlərini yayınladıq… Bu birlik, vəhdət K.Abi­ye­va­nın “Qələbədir adın”, S.Rüstəmxanlının “Qarabağa dönüş”, B.Sadiqin “Zəfər simfoniyası”, R.Qusarçaylı­nın “Vətən” əsərlərin­dən də boy ve­rir.

    Yazarların qələm nümunələrində “Dəmir yumruq”, Azərbaycan-Türkiyə-Pakistan dost­luq və qardaşlığını yansıdan İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və İmran Əhməd Xan Niyazi dastanı ilə yanaşı, Vətən uğrunda Şəhidlik sevdasına tutulan mərd oğulların-ərənlərin, “General Polad”ın, “Mübariz”in adına dibsiz sevgi ilə bağlanan dastanların yarandığının və Azərbaycan ədəbiy­ya­tın­da yeni səhifə açdığının da şahidi oluruq. Bu əsərlərdə Əbədi Turan idealının gerçəkləşdirilməsinə, Türk yurdlarının birliyi-Turana doğru açılan məfkurəvi bir istiqamətin də üfüqləri aydın görünür.

    Zirvələrə qalxınca gücümüz oyanacaq

    Bu güc tarixdən gələn ulu Turan gücüdür!

    Savalandan Tanrıya, Ağrıdan Altaylara

    Min illərlə var olan bir qəhrəman gücüdür…

    Uluyurdu yaşatmaq, gələcək nəsillərə əmanət etmək üçün üzündə təbəssüm, dodağında gülüş şəhadətə ucalan və düşmənlə şir kimi döyüşən Qəhrəmanları olan xalqı, dövləti isə heç bir güc, düşmən sarsıda bilməz… Demək ki, estafet etibarlı əllərdə, güvənli oğul və qızların çiyinləri üzərindədir.

    Daha sonra topluda yer alan, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda köklənməsinə böyük təsiri olacaq şeirlər məktəbin ədəbiyyat müəllimi İradə xanımın qısa zaman içində səylə hazırlaşdırdığı məktəblilər tərəfindən məhəbbətlə, yüksək emosionallıqla səsləndirilib. Kompozisiyanı təqdim edən şagirdlər əllərində Azərbaycan bayraqları ilə səhnədə dövrə vuraraq ritmə uyğun rəqs ediblər. Tədbirdə iştirak edən fil.e.d., Rafiq Yusifoğlu, şairlər İlham Qəhrəman, Kəmalə Abiyeva, Aysel Aydın Əlizadə, 182 saylı tam orta məktəbin direktoru Zinyət Tağızadə və başqaları çıxış edərək toplu ilə bağlı dəyərli fikirlər söyləyiblər.

    Sonda tərtibçi müəllifə aktiv fəaliyyətində uğurlar arzu edilib, gül səbəti və xatirə hədiyyəsi təqdim olunub. Daha sonra çap olunmuş kitablar şagirdlərə, müəllimlərə və tədbirə gələn qonaqlara paylanılıb…

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Üç ölkəni təmsil edən 10 gənc fotomüxbirin Şuşaya səfəri təşkil olunacaq

    Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsinin icrasına başlanılıb.

    Layihə rəhbəri Fərhad Abdulov AZƏRTAC-a bildirib ki, məqsəd Azərbaycan, Gürcüstan və Türkiyədən olan gənc fotomüxbirlər vasitəsilə Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ etməkdir.

    Tanınmış fotomüxbir Orxan Əzimin ekspert kimi iştirak etdiyi layihə çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyədən olan 10 gənc fotomüxbirin Şuşaya səfəri təşkil olunacaq. Gənc fotomüxbirlər tərəfindən Şuşa şəhərində çəkilmiş fotolar hər 3 ölkənin sosial şəbəkə platformalarında geniş şəkildə paylaşılacaq. Bundan əlavə layihə çərçivəsində Şuşanın mədəni irsini əks etdirən fotoların yerləşdirildiyi açıqcalar çap olunacaq. Növbəti mərhələdə Bakı, Tbilisi, Marneuli, Bolnisi, İstanbul, Əskişəhir və Antalyada fotosərgilər təşkil olunacaq.

    Azərbaycan Respublikasının Gənclər Fondunun “Şuşa İli” ilə bağlı elan etdiyi müsabiqədənkənar qrant müsabiqəsinin qalibi olan layihə Şuşanın tarixi və mədəni irsi, gənclərin qayıdışa motivasiya olunması və Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlılığın artırılmasının fotolar vasitəsilə həyata keçirilməsi ideyasına xidmət edir.

    Mənbə: https://azertag.az

  • Fikrət Əmirovun anadan olmasının 100 illiyi UNESCO-nun baş qərargahında qeyd ediləcək

    Bu il görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim Fikrət Əmirovun anadan olmasının 100 illiyi tamam olur və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bəstəkarın yubileyinə həsr edilmiş bir sıra silsilə tədbirlər keçirilir. Məlum olduğu kimi, Fikrət Əmirovun anadan olmasının 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib və bu yubiley noyabrın 9-dan 24-dək Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində beynəlxalq miqyasda qeyd ediləcək.

    AZƏRTAC xəbər verir ki, noyabrın 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və UNESCO-nun birgə təşkilatçılığı ilə Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş musiqi axşamı Parisdə, UNESCO-nun baş qərargahının konsert zalında keçiriləcək.

    Konsertdə Azərbaycan Respublikasının Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artistlər Səbinə Əsədova, Babək Niftəliyev, gənc müğənnilər Selcan Nəsibli, Orxan Cəlilov çıxış edəcəklər. Konsert proqramına bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstani Bayatı-Şiraz”, “Azərbaycan süitası”, Fikrət Əmirov ilə Elmira Nəzirovanın həmmüəllifliyi ilə bəstələnmiş “Ərəb mövzuları əsasında Fortepiano konserti” və digər əsərlər daxil edilib.

    Yubiley tədbirinin rejissoru Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Ülviyyə Könuldür.

    Mənbə: https://azertag.az

  • Şuşada beynəlxalq “Dədə Qorqud Türk Dünyası Film Festivalı” keçiriləcək

    Gələn il Şuşada beynəlxalq “Dədə Qorqud Türk Dünyası Film Festivalı” təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan bildirib.

    “Festival çərçivəsində ortaq istehsal üçün zəmin yaratmağı, müsabiqə çərçivəsində yeni filmlərin mükafatlandırılmasını və türk respublikalarının nazirlərini bir araya gətirməyi qarşımıza məqsəd qoymuşuq. Bu il türk dünyasının mədəniyyət paytaxtı Bursada təşkil etdiyimiz üçüncü festivalı gələn il Azərbaycanın Şuşa şəhərində keçirəcəyik. Bu, ortaq irsimizin birgə istehsala çevrilməsinə zəmin yaradacaq”, – deyə nazir müavini deyib.

    Bursa şəhərində bu il ikinci dəfə noyabrda 1-5-də keçiləcək “Dədə Qorqud Türk Dünyası Film Festivalı”na hazırlıqlar davam edir. Festivalla bağlı məlumat verən Ahmet Misbah Demircan nazirlik olaraq maddi və qeyri-maddi mədəni irsin yaşadılması, qorunması və gələcək nəsillərə təhvil verilməsi üçün çalışdıqlarını bildirib. “Bursa Böyükşəhər Bələdiyyəsi də daxil olmaqla bir çox qurum və təşkilatların dəstəyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında təşkil ediləcək festival türk respublikalarından və toplumlarından bir çox peşəkar kino xadimlərini və mədəniyyət xadimlərini bir araya gətirəcək”.

    Qeyd edək ki, festivalda Azərbaycandan 22, Özbəkistandan 43, Qırğızıstandan 23, Qazaxıstandan 21, Türkmənistandan 5 və muxtar respublikalardan 17 kino mütəxəssisi iştirak edəcək. Festivala həmçinin türk kino sənayesinin tanınmış prodüserləri, rejissorları, ssenaristləri və aktyorlarından ibarət 200-ə yaxın qonaq dəvət edilib.

    Mənbə: https://azertag.az

  • “Su və rəng ahəngi-2022” akvarel sərgisinə əsər qəbulu davam edir

    “IWS Azerbaijan” və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə açılacaq “Su və rəng ahəngi-2022” adlı növbəti akvarel sərgisinə əsər qəbulu davam edir.

    AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə reallaşacaq.

    18 yaşdan yuxarı Azərbaycan rəssamlarının qatıla biləcəyi sərgi üçün hər rəssam 1-2 əsər göndərə bilər. Əsərlər ölkəmizin mədəniyyəti, ənənələri, tarixi abidələri və mənzərələrini əhatə edən mövzularda olmalıdır. Plakat və kollajlar qəbul edilmir.

    Son müraciət tarixi noyabrın 10-dəkdir. Akvarel işlərin fotoları iwsazerbaijan@gmail.com elektron ünvana göndərilməlidir.

    Əsərlərin fotoları yüksəkkeyfiyyətli formatda 2-5mb olmalıdır. Jüri heyəti tərəfindən seçilmiş iştirakçıların siyahısı noyabrın 14-də elan ediləcək.

    Qeyd edək ki, sərgi Xətai Sənət Mərkəzində təşkil olunacaq.

    Mənbə: https://azertag.az

  • Yekaterinburqda “Azərbaycan muğam gecəsi” adlı konsert proqramı təşkil olunacaq

    Yekaterinburqda baş konsulluğun təşkilatçılığı ilə “Azərbaycan muğam gecəsi” adlı konsert proqramı təşkil ediləcək.

    AZƏRTAC xəbər verir ki, noyabrın 2-də Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə və 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunmasına həsr edilmiş muğam gecəsi təşkil olunacaq.

    Tədbirdə Azərbaycanın muğam ustaları – Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov, Əməkdar artistlər – Elnur Əhmədov, Kamran Kərimov, vokalçı Günay İmamverdiyeva iştirak edəcəklər.Fəridə Abdullayeva

    AZƏRTAC-ın xüsusi müxbiri

    Yekaterinburq

    Mənbə: https://azertag.az

  • Xan qızı Natəvanın 190 illiyi münasibətilə muğam və qəzəl axşamı keçirilib

    XIX əsr Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyi Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur.

    Oktyabrın 27-də bu münasibətlə Beynəlxalq Muğam Mərkəzində (BMM) “Xurşidbanu Natəvan – 190: muğam və qəzəl gecəsi” adlı tədbir keçirilib.

    Mədəniyyət Nazirliyinin təşəbbüsü və BMM-in təşkilatçılığı ilə gerçəkləşən gecədə mərkəzin solistləri ilə yanaşı, Muğam televiziya müsabiqəsinin qalibi olan xanəndələr çıxış etdilər. İfaçıları tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə musiqi qrupu müşayiət edirdi.

    Tədbirin aparıcısı – Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi bildirdi ki, Xurşidbanu Natəvanın həyat və yaradıcılığı ədəbiyyat, incəsənət xadimlərimizi ilhamlandırıb. Hələ sağlığında müasirləri Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Mir Möhsün Nəvvab, Fatma xanım Kəminə, Mirzə Həsən Yüzbaşov, Məmo bəy Məmai, Mirzə Rəhim Fəna və başqaları ona şeirlər həsr edib, qəzəllərinə nəzirələr yazıblar. Bu ithaf şeirləri, nəzirələr müasirlərinin Xan qızının şəxsiyyətinə, fitri istedadına, xeyriyyəçilik missiyasına rəğbətin təzahürüdür. Bu nümunələrdə Natəvanın taleyinin ayrı-ayrı məqamları, şairlik, rəssamlıq keyfiyyətləri, bir sözlə, poetik obrazı çox aydın görünür. İllər sonra da Natəvanın şəxsiyyətinə, keşməkeşli həyatına maraq azalmayıb. Onun haqqında şeirlər, poemalar, pyeslər qələmə alınıb.

    Gecədə bu ilin 14-15 iyul tarixlərində Şuşada keçirilən Vaqif Poeziya Günlərinin iştirakçısı olan gənc şairlər Pərviz Seyidli və Nicat Nəsri Natəvanın qəzəllərinə yazdıqları nəzirələri oxudulur. Mədəniyyət və İncəsənət Universitetinin tələbələri isə Xan qızının qəzəllərini səsləndirdilər.

    Yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi, Natəvan haqqında kitabın müəllifi Mustafa Çəmənli şairənin həyatı və ədəbi taleyindən bəhs etdi.

    BMM-in solistləri Elgiz Əliyev, Könül Xəlilzadə, Vəfa Orucova, Könül Məmmədli, Nisbət Sədrayeva, gənc xanəndələr Rəvan Qaçayev və Murad Laçının ifasında Xurşidbanu Natəvanın qəzəllərinin muğamlarımızın xallarında təqdimatı yubiley gecəsini sənət rənglərinə boyadı. Bu rənglər içində gənc rəssam Banu Dəvəlinin Xan qızının yubileyinə hədiyyə etdiyi portret tamaşaçıların xüsusilə diqqətini çəkdi.

    Mənbə: https://culture.gov.az/

  • Nazir Anar Kərimov Rauf Abdullayevlə görüşüb

    Cari ilin 28 oktyabr tarixində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli, “Qızıl çinar” beynəlxalq mükafatı laureatı, Dövlət Mükafatı laureatı, dirijor Rauf Abdullayevlə görüşüb.

    Rauf Abdullayevi 85 illik yubileyi münasibətilə təbrik edən Anar Kərimov, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıb. 

    Azərbaycan mədəniyyətində xüsusi yeri olan sənətkar, yeni layihələr və gənc nəslin musiqi zövqünün formalaşmasında həyata keçirilən tədbirlərdən, gənc və istedadlı musiqiçi nəslinin doğru istiqamətləndirilməsi yönündə aparılan işlərdən söhbət açıb.

    Mənbə: https://culture.gov.az/

  • “Muzeyi peşəkardan öyrənək” adlı layihə İsmayıllı rayonunda təşkil olundu

    “Muzeyi peşəkardan öyrənək” adlı layihə üzrə növbəti təlim-seminar İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi İsmayıllı, Şamaxı, Ağsu, Qəbələ və Qobustan rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün İsmayıllı Heydər Əliyev Mərkəzində keçirilib. Layihədə ümumilikdə 14 mədəniyyət müəssisəsindən 40 əməkdaş iştirak edib.

    Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və elmi fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən aparılan təlim-seminarda “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar keçirildi.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.

    Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.

    Mənbə: https://culture.gov.az

  • Mədəniyyət naziri Anar Kərimov Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Anar Kərimov tərəfindən noyabrın 29-da saat 10:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində (Yevlax şəhəri, Nizami prospekti 61) Yevlax və Mingəçevir şəhərlərindən, eləcə də Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar noyabrın 25-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

    Mənbə: https://azertag.az

  • R.C.Abdullayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    R.C.Abdullayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                                                                                      

    Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rauf Canbaxış oğlu Abdullayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 28 oktyabr 2022-ci il

    Mənbə: https://president.az/

  • Anara qırx sual (III hissə) – Xalq yazıçısı Anarla müsahibə

    Xalq yazıçısı Anara yeni işıq üzü görmüş “Söz dünyası” beşcildliyinin üçüncü və dördüncü cildləri haqqında suallar

    “Anarın obrazları… hər konkret situasiyada öz real xislətləri ilə çıxış edirlər. Anar polifonik yazıçıdır”. Bu sözlər tənqidçi Aydın Məmmədova məxsusdur. Mən bu polifoniyanı “Söz dünyası”nda toplanmış obrazlara da aid edərdim. Əkrəm Əylisli, Vahid Əziz, Kamil Vəli Nərimanoğlu, Seyran Səxavət, Salam və bir çox digərləri konkret situasiyada “öz real xislətləri ilə çıxış edir” və istər sizə, istərsə də AYB-yə münasibətdə fikir dəyişkənliyinə yol verirlər. Seyran Səxavətə verdiyiniz “Görək illər keçdikcə dəyişən və dəyişməz dəyərlər, dəyişən və dəyişməyən münasibətlər necə olur. Mənim mövqeyim 2003-cü ildə necəydisə, indi də elədir. Bəs, sənin?” sualını çoxlarına ünvanlamaq olar. Amma əgər Heraklitin diliylə desək, hər şey axır, hər şey dəyişirsə, dəyişməmək mümkündürmü? Və insan fasiləsiz dövr edən dəyirmanın pərlərinə ilişib fırlanan Servantes qəhrəmanı kimi zaman qarşısında aciz deyilmi?

    – Dəyişən və dəyişməyən sifətlər haqqında əvvəlki suallarına cavab verərkən fikrimi bildirmişdim. Bu sualında isə razılaşmadığım məqam odur ki, Don Kixotu heç də zaman qarşısında aciz qəhrəman saymıram. Xəyalpərəstlik, illüziyalar aləminə qapılmaq, başqa bir zaman və məkanda yaşamaq zaman qarşısında acizlik deyil.

    – Polemik ovqatın bütün dramatizmi ilə yanaşı, opponentlərinizə qarşı bəzən təbəssüm, bəzən təəccüb, bəzən isə şiddətli gülüş doğuran yumorunuz da özünü büruzə verir. Məsələn, Vahid Əzizin “Mən erməni gülləsi qarşısında oturanda onlar (yəni Anar və Fikrət Qoca – Ə.C.) hardasa kabab yeyib bığlarını yağlayırdılar” sözlərinə belə bir dəqiqləşdirmə verirsiniz: “Nə mən, nə də Fikrət bığ saxlamırıq”. Gülüş burda qarşı tərəfin ciddi cavab almaq haqqını itirməsinə işarədir, yoxsa problemin həll olunmazlığına?

    – Əleyhdarlarımın (mən onları nə düşmən, nə də bədxahlarım adlandırmaq istəmirəm) bəzən mənə elə iradlar tuturlar ki, onlara ciddi cavab vermək gülünc olardı. Gərək gülə-gülə cavab verəsən. Məsələn, bir əski dostum deyəndə ki, “Anarı elə yandıracam külü Fəxri xiyabana çatmasın”, buna necə cavab vermək olar? Şairin sözləriylə cavab verdim: “Sən yanmasan, mən yanmasam, biz yanmasaq, nasıl çıxar qaranlıqlar aydınlığa”.

    – Kamil Vəli təxminən 20 il öncə təklif edib ki, Dədə Qorqud haqda ikinci filmin ssenarisini Anar, Mövlud Süleymanlı və Altay Məmmədov birgə yazsın və siz bundan imtina etmisiniz. Yaradıcılıq praktikanızda şərikli müəlliflilik faktı olubmu? Ümumən Qonkur qardaşları kimi iki və daha artıq şəxsin birgə əsər yazmasına necə baxırsınız?

    – Kamil Vəliyə alim kimi hörmətlə yanaşsam da, bu təklifi absurd idi. Axı, nə Mövlud, nə Altay Məmmədov bu mövzuda əsər yazmaq fikrində olmayıblar. Bu mövzunu mən təklif etmişdim. Nədi, gərək mən hörmət bəslədiyim o yazıçılara müraciət edəydim ki, belə bir yazı yazmaq istəyirəm, gəlin siz də qoşulun. Mən yalnız ilk gənclik illərində Maqsud İbrahimbəyovla birgə iyirmi dəqiqəlik “Dəniz” sənədli filminin ssenarisini yazmışam, bir də Araz Dadaşzadəylə bir yerdə R.Taqorun kiçik “Bağban” kitabını tərcümə etmişəm, Vəssalam. Başqa heç kəslə müştərək yaradıcılıq işlərim olmayıb.

    – “Söz dünyası”nın dördüncü cildində Mansur Vəkilovun sizi bir insan kimi dəqiq səciyyələndirən bu sözləri var: “Ziyalılıq, incə təbiətlilik Anarın ümdə keyfiyyətidir, hərçənd ki, bu, əqidə möhkəmliyini istisna etmir… ən əvvəl anasından gələn həlimlikdir. Nigar xanım gözəl şairə olmaqla bərabər, rəhmdil, münəvvər qadın idi. Anarın xasiyyətindəki möhkəmlik isə atası Rəsul Rzadandır”. Heç sevmədiyiniz “Anam Nigar, atam Rəsul” abreviatura açıqlamasını xatırladan bu qısa arayışla razısınızmı?

    – Bu xoş sözlər üçün rəhmətlik Mansura minnətdaram. Uydurma “Anam Nigar, atam Rəsul” abreviaturasının bu mətləbə dəxli yoxdur.

    – Vaqif Nəsib isə sizin Rəsul Rzadan fərqli cəhətinizi yazır: “Rəsul Rzada orta mövqe yox idi, ya yaxşı idi, ya da pis… Təəssüf ki, bu cəhət Anarda çatışmır. Anar liberaldır”.

    – Vaqif Nəsibin o qədər müxtəlif sifətləri var ki, bilmirsən hansına üz tutasan. Odur ki, müxtəlif zamanlarda söylədiyi bir-birinə daban-dabana zidd fikirlərinə cavab vermək müşkül məsələdir. Yəqin, mənim liberallığım onda görünür ki, addımbaşı kölgəmi qılınclayan, barəmdə ən nalayiq ifadələr işlədən Vaqif Nəsibin Yazıçılar Birliyinin mətbuat orqanlarında gen-bol çap olunmasına heç vaxt etiraz etməmişəm.

    – Kitabda sarkazmın kulminasiya nöqtəsi də Vaqif Nəsiblə bağlıdır: “Əgər nankorluq, nanəciblik və tərbiyəsizlik yarışı keçirilsəydi, Vaqif Nəsib … ikinci yerə çıxardı” yazırsınız. Bəs, bu göstəricilər üzrə birinci yerin sahibi, sizcə, kimdir?

    – O, haqqımda alçaldıcı sözlər deyib, mən də cavabını vermişəməm. Əlavə bir şey demək istəmirəm. O ki qaldı nankorlar yarışında kimin birinci olmasına, bu yerə iddiaçı çoxdur.

    – “Söz dünyası”nın üçüncü cildi “El üçün yaşayıb yaradan Elçin” haqqında yazılarla tamamlanır. Məntiqidir – final akkordu güclü vurulmalıdır. Zahirən ən uzaq görünənlər, əslində, ən yaxındırlar. Təsadüfi deyil ki, Elçinin 75 illik yubileyinə həsr etdiyiniz “Yazıçının yaşı olmur” adlı məqalənizdə yazırsınız: “… atamın vəfatı günündə də, anamın keçindiyi gecə də yadıma ilk düşən Elçin oldu”. Sonra fikrinizi belə ümumiləşdirirsiniz: “Cavanlıqda dostlarımız çox idi: bir hissəsini ölüm aldı əlimizdən, bir hissəsini həyat”. Bu, Epikür, yaxud Volterin özünün belə qibtə edəcəyi qədər gözəl aforizmdir. Və Elçin nə həyat, nə də ölümün əlinizdən ala bilmədiyi bəlkə də yeganə dostunuzdur. Amma indi sualım başqadır: necə fikirləşirsiniz, dostları əlinizdən alan nə ölüm, nə də həyat yox, “sənin bir dostun var, o da mənəm” fikrini sizə təlqin eləyən Tanrının özü deyilmi? Bəlkə, rastlaşdığınız bütün nankorluq və İuda xəyanətləri bu həqiqəti qəbul etməyiniz üçün Tanrının sizə mesajıdır?

    – Elçinlə də, başqa yaxın dostlarımla da aramızı vurmaq təşəbbüsləri çox olub. Şükür ki, biz o əxlaqın sahibləri deyilik, bir-birimizə etibarımız və inamımız hər növ təxribatlar qarşısında süpərdir. Müasir gənclərin diliylə desək, “super – süpər”. Tanrıya isnadla deyilən sözlər: “sənin bir dostun var, o da mənəm” mübahisəlidir. Əvvəllərdə dediyim kimi, Tanrının lütfünü minnətdarlıqla qəbul etməyimlə bərabər onun dostluğunun yeganə olduğunu sanmıram. Çox məmnunam ki, ömrüm boyu çox sayda sədaqətli dostlarım olub. Və var.

    – Elmira Axundova kitaba daxil etdiyiniz “Əngəllər” məqaləsində yazır ki, Heydər Əliyev cənabları yaradıcı heyətlə hal-əhval tutmaq üçün səhnəyə ilk dəfə sizin “Şəhərin yay günləri” pyesinizin tamaşasından sonra çıxıb, ali məktəblərə qəbulda rüşvət problemindən bəhs edən pyesi vaxtında yazılan əsər adlandırıb, bu mövzuda film çəkilməsini tövsiyə edib. Və iş elə gətirdi ki, təxminən 10 il sonra – 1987-ci ildə pyes əsasında ekranlaşdırılan “Şəhərdə yay” filminə təsadüfən mən də çəkildim. Təəssüf ki, montajda müvafiq hissəni çıxardılar və film dünyanıza düşə bilmədim. Əvəzində söz dünyanıza düşmüşəm – vaxtilə sizdən aldığım müsahibəni də dördüncü cildə daxil etmisiniz. Buna görə sağ olun. Amma kitabdakı qeydinizdən gördüm ki, müsahibədə qoyulan bəzi suallardan elə də məmnun deyilsiniz. Bəs, indiki suallardan necə, razı qaldınızmı?

    – Mənim ssenarimlə çəkilən filmdə iştirakından xəbərim yox idi. Heyif ki, o kadrlar filmdə qalmayıb. Kino dünyasına düşməməyinlə, bəlkə, yaxşı bir aktyoru itirmişik, amma ədəbiyyat aləminə gəlməyinlə istedadlı bir tənqidçini qazanmışıq.

    Bu səfərki suallarından razı qalmasaydım bələ ətraflı cavablar verməzdim ki…

    – Çoxlu sayda yazarlar var ki, çoxillik ədəbi mübarizələrdə sizə dəstək olsalar da, “Söz dünyası”na daxil olmayıblar: haqqınızda “Onuncu portret” monoqrafiyasının müəllifi, tənqidçi Bəsti Əlibəyli, “Çiyninə mələklər qonmuş” kitabını sizə həsr edən yazıçı Aləmzər Sadiqqızı, barənizdə “Anar tarixdir” məqaləsini yazan yazıçı Südabə Sərvi və sair… Nə vaxtsa, onları bir yerə cəm edib, “Kitabi-fəramuşan” bağlamaq fikriniz varmı?

    – Mənə müxtəlif məqamlarda dəstək verən bütün əhli-qələmlərə minnətdaram, amma kiminsə haqqında yazı yazanda məni dəstəkləyib-dəstəkləməyib meyarlarıyla yazmıram, axı. Adlarını çəkdiyin hər üç xanım ədəbi həyatımızda layiqli yerləri olan insanlardır.

    – Qarşıdan Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı gəlir və gündəmdə bu suallardır: Anar sədrliyə namizədliyini irəli sürəcək, yoxsa özünə varis olaraq başqasını təklif edəcək? Bu varis kim olacaq – Çingiz Abdullayev, Elçin Hüseynbəyli, Rəşad Məcid, Səlim Babullaoğlu, İlqar Fəhmi, yoxsa tamam başqa birisi? Fərdi mənzilə ehtiyacı olan yazıçılara mənzillər bağışlanacaqmı? Sənət adamları üçün Şabranda inşa olunan Mədəniyyət və İstirahət Mərkəzi nə vaxt istifadəyə veriləcək?

    – Qarşıdan gələn qurultayla bağlı sualın daha müfəssəl cavab tələb edir. Çünki hər qurultay qabağı olan kimi bu səfər də cürbəcür şayiələr, dedi-qodular, təxribatlar baş alıb gedir. Adlarını çəkdiyin və adları çəkilməyən bir çox başqası da Yazıçılar Birliyinə rəhbərlik etməyə layiqdir və şübhəsiz, hansısa bir vaxt bu vəzifəni tutacaq. Ancaq bu qurultayda mən SON dəfə namizədliyimi irəli sürəcəyimi demişəm. Çünki yaşımın çoxluğuna baxmayaraq (yaşlı olmaq günahdırmı?) gördüyüm işləri davam etməyə özümdə güc, enerji və həvəs duyuram. 35 il bu təşkilata rəhbərlik etmək asan iş deyil.

    Bir vəzifəni uzun zaman tutmağı nöqsan sayanlar hər hansı vəzifədə azacıq çətinliklə üzləşəntək oranı qoyub qaçan fərarilərdir.

    Yazıçıların böyük əksəriyyəti işimdən narazı qalsaydılar, dörd qurultayda açıq səsvermədə mənə yekdilliklə səs verməzdilər. Heç kəs deyə bilməz ki, tam demokratik yolla, ən yaşlısından ən cavanına qədər ədəbiyyatımızı legitim şəkildə təmsil edən nümayəndələri kimlərsə hardansa – yuxarıdan, aşağıdan, sağdan, soldan belə səs verməyə məcbur edib. Seçimlərinin nümayəndələrin öz iradəsiylə olmadığını iddia edənlər ilk növbədə bütün yazıçıları təhqir edirlər.

    SON dəfə namizədliyimi irəli sürməyim – böyük çətinliklər dəf edərək başladığım bir neçə vacib işi tamamlamaq istəyindən doğulur. Hörmətli Prezidentimizə müraciətimdən sonra Yazıçılara mənzil tikiləcəyi yer ayrıldı, müxtəlif idarə və təşkilatlarla bürokratik sənədləşmə işləri başlandı, lakin bir neçə dəfə Bakı İcra Hakimiyyətinin sabiq rəhbərliyi bizə ayrılmış yeri dəyişdi, ayrı yer təklif etdi və sənədləşmə süründürməçiliyi yenidən başlandı. Nəhayət, bir daha cənab Prezidentə müraciət etməli oldum və məsələ həll edildi, tikiləcək evin təməli qoyuldu və bir ilə-il yarıma bina təhvil veriləcək. Mən Yazıçılar İttifaqına rəhbər seçiləndə Şüvəlanda Yazıçıların Yaradıcılıq Evi fəaliyyət göstərirdi. 90-cı ilin Qara Yanvar hadisələrindən sonra bu evdə şəhərə soxulub qırğın törətmiş sovet hərbçiləri yerləşdirildi. Onlar rədd olub gedəndən sonra Yazıçılar İttifaqının rəhbərliyi öz şəxsi təşəbbüsüylə o binada evsiz-eşiksiz qalmış qaçqınların bir hissəsini yerləşdirdi. Son illərdə qaçqınlar ayrı mənzillərə köçürüldü və binanın əsaslı təmirə ehtiyacı oldu. Mütəxəssislərin yekdil rəyilə artıq yararsız hala düşmüş bina söküldü və yerində cənab Prezidentin yazıçılara xüsusi hörmət əlaməti olaraq verdiyi göstərişlə yeni, ən müasir dəbdə yaradıcılıq evi tikilir. İnşaatın bütün mərhələlərini izləyirik, tikinti gələn il başa çatacaq. Nəhayət, təşəbbüskarlarından olduğumuz Şabrandakı yaradıcılıq şəhərciyi hazır olmaq üzrədir. O səfalı yeri seçməkdən tutmuş, bütün inşaatını izləmişik, tikintinin müxtəlif mərhələlərində dəfələrlə ora getmişik. Yazıçılara, rəssamlara və bəstəkarlara ayrılmış hərəsi on kottec və ümumi yaşayış binası, demək olar ki, hazırdır və yəqin ki, yaxın aylarda açılışı olacaq. Bu işləri tamamlamaq və ümumiyyətlə bir sıra başqa mühüm ədəbi layihələri həyata keçirmək üçün son dəfə namizədliyimi irəli sürməyə qərar verdim. Yazıçıların öz iradələriylə seçilmiş qurultay nümayəndələri məni bu vəzifədə saxlamağı lazım bilsə, işimi bir müddət də davam etdirərəm. Əgər seçilsəm və Allahın lütfüylə 2027-ci ildə keçiriləcək qurultaya qalsam, çoxlarının göz dikdiyi bu ağır vəzifəni demokratik yolla seçilmiş layiqli birisinə böyük məmnuniyyətlə təhvil verərəm.

    Şüurlu ömrümün yarıdan çoxunu, yaradıcılığıma ayrılacaq illərimi, səhhətimi, əsəblərimi Yazıçılar Birliyində tutduğum vəzifəni layiqincə yerinə yetirməyə verdim. Keçmiş SSRİ-nin başqa respublikalarında, Moskvanın özündə olduğu kimi təşkilatımızın parçalanıb dağılmasına imkan vermədik. Dövlətimizə, milli-mənəvi dəyərlərimizə, klassiklərimizin ruhuna sadiq olduq, çağdaşların qayğısına qaldıq, yeni ədəbi nəsillərin sağlam ruhda yetişməsinə çalışdıq, onların inkişafı üçün münasib şərait yaratdıq, gəncləri mükafatlara, təqaüdlərə təqdim etdik, əsərlərinin təqdimatlarını, müzakirələrini keçirdik. “Ulduz” jurnalı bütünlüklə cavanların ixtiyarına verildi, hər qurultayda yeni yetişən nəsillərin nümayəndələri Birliyin rəhbərliyində, redaksiyalarımızda, seksiya və yerli bölmələmizdə məsul vəzifələrə irəli çəkilirlər.

    Əvvəl ulu öndərin, sonra möhtərəm Prezidentimiz İlham Əliyevin yardımıyla Birlik, onun mətbu orqanları, Tərcümə Mərkəzi büdcəyə salındı. Qəzet və jurnallarımız ədəbi əsərlərin vəsait ödəmədən çap olunduğu, müəlliflərə qonorar verən yeganə mətbuat orqanlarıdır.

    Bir neçə kəlmə də Yazıçılar Birliyinin ictimai fəaliyyəti haqqında.

    Xalqımızın taleyüklü məsələlərinin həllində Yazıçılar Birliyi həmişə milli maraqların daşıyıcısı və qoruyucusu kimi çıxış edir. Ulu öndər Heydər Əliyev Moskvadakı yüksək vəzifəsindən insafsızcasına uzuqlaşdırılandan düz iyirmi gün sonra adı bədnam akademik A.Aqenbekyan Parisdə Qarabağa erməni iddialarını bəyan etdi. Bu çıxış haqqında xəbər Bakıya çatan kimi Yazıçılar Birliyində yığışdıq, yazıçıların adından M.Qorbaçova birinci məktubu, bir neçə gündən sonra yazıçılarla birlikdə görkəmli incəsənət xadimlərinin də imzaladığı daha geniş ikinci məktubu göndərdik. Hər iki məktubda Qarabağın tarixi Azərbaycan torpağı olduğu inandırıcı dəlillərlə əsaslandırılırdı. Bir neçə gündən sonra Azərbaycan KP MK-nın o vaxtkı ikinci katibi Konovalov mənə zəng elədi. Qorbaçovun məktublarımızı aldığını dedi və onun adından ziyalılarımızı əmin etdi ki, respublikalar arasında sərhədlərin dəyişməsi barədə söhbət ola bilməz. Bu riyakar bəyanata baxmayaraq, Mərkəz ermənilərin torpaqlarımızı işğal etməsinə imkan yaratdı.

    Yazıçılarımız Moskva, Türkiyə, Avropa televiziya kanallarında, yerli və xarici mətbuat səhifələrində çıxışlar edərək xalqımızın haqq işini dünyaya bəyan etdilər. 1990-cı ilin Qara Yanvar müsibəti, Xocalı soyqırımı barədə məlumatlar Moskva mətbuatında ilk olaraq Azərbaycan Yazıçılar Birliyinin bəyanatlarıyla çatdırıldı. 21 yanvarda yazıçılar Akademiyada sovet ordusunun təcavüzünə etiraz toplantısı keçirdilər, həmin günün gecəsi Ali Sovetin Bəxtiyar Vahabzadənin radio çağırışıyla toplanmış iclasında çıxışlar etdik, dünya təşkilatlarına müraciətlər hazırladıq. Moskvada Ali Sovetin sessiyalarında, SSRİ Xalq Deputatlarının Qurultaylarında çıxış edərək Qarabağ qarşıdurmasının fitnəkarlarını damğaladıq. Türkiyədə, Avropa ölkələrində, ABŞ-da beynəlxalq konfranslarda, simpoziumlarda, Avropa parlamentində çıxış edərək Qarabağa erməni təzavüzüylə bağlı haqlı mövqeyimizi çatdırdıq.

    O vaxt artıq xalqın etimadını itirmiş Kommunist Partiyasından başqa, heç bir siyasi partiya fəaliyyət göstərmirdi. Hər yerdən əlləri üzülmüş, ümidlərini itirmiş qaçqınlar, köçkünlər axın-axın Yazıçılar Birliyinə üz tuturdular. İmkanımız daxilində onların problemlərini həll etməyə çalışırdıq. Yazıçılar Birliyinin təşəbbüsüylə “Qarabağ” və “Qayğı” cəmiyyətləri, Xəlil Rza həbs edilərkən onu müdafiə komitəsi yaradıldı. SSRİ Xalq deputatı olarkən Lefortova həbsxanasında Xəlillə və onun müstəntiqiylə görüşdüm, azadlığa çıxması üçün əlaqədar yerlərə müraciətlər etdik, bir qədər sonra şair həbsdən buraxıldı.

    Yazıçılarımız gündən-günə güclənən Xalq hərəkatının fəal iştrakçıları və öncülləri idi. İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Qabil, Sabir Əhmədli, Xəlil Rza Ulutürk, Məmməd Araz, Yusif və Vaqif Səmədoğlular, Fikrət Qoca, Nüsrət Kəsəmənli, Aydın Məmmədov, Elçin, Kamal Abdulla, mitinqlərin daimi aparıcılarından Sabir Rüstəmxanlı – Parlamentdə, Azadlıq meydanında, mətbuatda, televiziyada çıxışlarıyla, şeirləriylə Xalqın səsini ucaldırdılar.

    Xalqımızın böyük xilaskarı Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra Yazıçılar Birliyi Prezident seçkilərində onu, ondan sonra dörd seçkidə İlham Əliyevi dəstəkləməsi barədə bəyanatlar verdi, yazıçılarımız seçki kampaniyalarında fəal iştirak etdilər.

    Prezidentimiz, müzəffər Ali Baş Komandanın əzmi, iradəsi, rəhbərliyilə qəhrəman ordumuzun 44 günlük müharibədə qazandığı tarixi qələbədə yazıçılarımızın da payı var.

    – Və nəhayət, söhbətimizin qırxıncı otağı. Mansur Vəkilovun xatirəsinə həsr etdiyiniz “Sözümüzün ağası” adlı yazınızda gözlənilməz bir etirafla rastlaşdım. Ola bilər ki, illər keçsin, bu kitabdakı bütün umu-küsülər, tərif və tənqidləri zaman yaddaşımdan silsin, amma bu etirafınızı, yəqin ki, unutmayacam: “… mən elə yaşamağa çalışıram ki, bir dəqiqə də həyat və ölüm haqqında düşünməyə macalım olmasın. Axı, bilirəm mənim də ömür limitim bitmək üzrədir. Bəlkə də, bu zəiflikdir, amma mən qalan ömrümü çox vaxt mənasız işlərlə, növ-növ təşkilat məsələləriylə, adamı çərlədən toplantılar, çıxışlar, görüşlərlə lim-həlim doldururam, vaxtımı vücudları üç qəpiyə dəyməyən adamların atmaclarını cavablandırmağa həsr edirəm ki, Əbədi qaranlıq və sükut haqqında düşünməyə imkan qalmasın. Qaçılmazın qarşısından qaçmaq təşəbbüsüdür bütün bu görüşlər, söhbətlər, dedi-qodular”. Bu sözləri yazmağınızdan artıq 14 il keçir və xoşbəxtlikdən ömür proqnozunuz özünü doğrultmayıb. Çünki ömür həmişə yaşa baxmır və hər şeyin doğrusunu bilən Allahdır. Sizi qarşıdan gələn qurultay münasibətilə bütün yazıçılar adından təbrik edir, seçkilərdə sizə demokratik qələbə və bundan sonra da uzun illər mənalı ömür arzulayıram.

    – Əziz Əsəd! Sənin bu son sualın konkret mətləblərdən metafizik mövzulara keçmək təşəbbüsüdür. Bu isə başqa 40 sualına cavablar olacaq digər geniş söhbətin başlanmasıyla nəticələnərdi. Həm də sualında elə mənim müəyyən ovqatda söylədiyim fikirləri artıq açıb faş etmisən.

    Qarşıdakı qurultayla bağlı xoş sözlərin üçün təşəkkür edirəm. Seçildim, ya seçilmədim, heç kəs və heç nə artıq yaşanılmış 35 ili taleyimdən silə bilməz. Və yenə də – seçilsəm də, seçilməsəm də – Yazıçılar Birliyi mənim üçün həmişə 35 il halallıqla çalışdığım müqəddəs ədəbi ocaq olaraq qalacaq.

    Söhbətləşdi: Əsəd CAHANGİR

    Sentyabr 2022

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Anara qırx sual (II hissə) – Xalq yazıçısı Anara yeni işıq üzü görmüş “Söz dünyası” beşcildliyinin üçüncü və dördüncü cildləri haqqında suallar

    Əvvəli burada

    – İsa Muğanna haqqında “Qəribə dünyanın adamı” adlı ümumən götürəndə çox maraqlı məqalənizdə yazıçının “İdeal”a qədərki yaradıcılığından imtinasını, “İdeal” romanında tarixi dekonstruksiya çabasını, elmiliyin bədiiliyi üstələməsini onun kəsirləri kimi göstərir, bir sözlə, Hüseynov İsanı qəbul edir, İsa Muğannanı isə əsasən etmirsiniz. Qəbul etmədiyiniz cəhətlər postmodernist nəsrə məxsus göstəricilərdir. Bu yanaşmanızı modernist bir yazıçının postmodernizmə keçən digər bir yazıçıya münasibəti kimi anlamaq olarmı?

    – Postmodernizm haqqında nəzəri yazılardan da, bu cərəyana aid edilən dünya yazıçılarından da az-çox xəbərim var. Amma hələ də dəqiq müəyyənləşdirə bilməmişəm ki, bu cərəyanın mahiyyəti nədən ibarətdir. Hər şeyin inkarı, özündən əvvəlki bütün yazılara ironik, hətta aşağılayıcı münasibət? Bəs, inkar etdiyinin, ələ saldığının, güldüyünün yerinə sənin özünün qoyduğun, yaratdığın nədir? Məsələ bundadır. Əgər postmodernizmin əsas prinsipi destruksiya, yəni özün ortaya bir şey çıxarmadan mövcud məşhur mətnləri baş-ayaq etməkdirsə, lağa qoymaqdırsa, onda bizim ədəbiyyatda ilk postmodernist Mirzə Ələkbər Sabir olub. Böyük Füzulinn lirik qəzəllərini ironik şəkildə təqdim edən böyük Sabir. Amma, axı, Sabirin məqsədi Füzulini alçaltmaq, ələ salmaq deyildi, məqsəd Füzulinin məşhur əsərlərindən istifadə edərək cəhaləti, avamlığı qamçılamaq idi. Bizim postmodernistlərin məqsədi nədir, nəyə qarşı çıxırlar, kimlərəsə sataşmaqdan savayı mühüm ictimai qayələri varmı?

    “İdeal”, şübhəsiz, ədəbiyyatımızın dəyərli romanlarından biridir. Amma mənimçün (bəlkə də bu, subyektiv yanaşmadır) məhz “Teleqram”, “Saz”, “Tütək səsi” nəsrimizdə dönüş yaratmış əsərlərdir.

    – Sabir Əhmədliyə həsr etdiyiniz “Ağrılı ömür” adlı məqalənizdə yazırsınız ki, yazıçının kolxoz quruluşuna qarşı yazılmış “Dünyanın arşını” romanı dərc olunandan sonra əsər kəskin ideoloji tənqidə məruz qalıb, bu barədə DTK-ya arayış verilib, qocaman sovet yazıçılarından biri “Mən qoymaram ki, Sabir Əhmədov mənim qurduğum kolxozu dağıtsın” deyib. O ağsaqqal yazıçı kim idi və kolxoz quruluşunun dağıldığı vaxta kimi yaşadımı?

    – Gəl bu sualın – cavab verməyəcəyim yeganə sual kimi qalsın.

    – Bu kitablardakı yazılarınızı iki qismə bölərdim: İsa Muğanna, Sabir Əhmədli, Yusif Səmədoğlu, Fikrət Qoca, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Afaq Məsud, Vaqif Bayatlı Odər haqda yazıçı Anar; Məmməd Araz, Xəlil Rza, Cabir Novruz, Tofiq Bayram, Nəriman Həsənzadə… və digər bir çoxları haqda isə sədr Anar yazıb. Adama elə gəlir ki, ikinci qrup yazıçılarla ayrı-ayrı zamanlar və fərqli planetlərdə yaşamış, birinci qrup adamlarla sözün fəzası, ikinci qrupla isə sözün müstəvisində qarşılaşmış, birincilərdən qəlbin istəyi, ikincilərdən isə ağlın hökmü ilə yazmısınız.

    – Mən nə yazmışamsa, hətta yubileylərlə, ya rəsmi tədbirlərlə bağlı yazılar – səmimi yazmışam, yəni heç kəs haqqında boğazdan yuxarı söz söyləməmişəm. Amma bu yazıların təsnifatını vermək – hansını sadəcə yazıçı kimi, hansını sədr kimi yazdığımı bir-birindən ayırmaq mənlik deyil.

    – Fikrət Qoca bir yazısında sizi belə səciyyələndirir: “Sizə elə gəlir ki, Anarı tanıyırsınız?.. Anar asan tanına biləcək insanlardan deyil. Adama elə gəlir ki, hamıya açıqdır, ancaq, əslində, öz içində dərindən dərində gizlənib. Ünsiyyətlidir, guya ki, çoxlu dostu var. Diqqət etsən, görəcəksən ki, yalqızdır, tənhadır. Nə qəm? Allah da tənhadır”. Bu arayışla razısınızmı? Məsələn, doğrudanmı, “dərindən dərinə” gedəndə Fikrət Qoca dostunuz deyildi?

    – Fikrət Qoca ən yaxın, ən səmimi, ən etibarlı dostlarımdan idi. Və yəqin ki, məni ən yaxşı tanıyan adamlardandı. Odur ki, tənhalığım haqqında qənaəti də yəqin, doğrudur. Tənhalığın ən ağırı insanlar arasında yalqız olmaqdır. Bəyəm bu mənim əsərlərimdən aydın olmur?

    – Arxivinizə qarşı çox diqqətlisiniz. Yəqin ki, ədəbiyyat tariximizdə sizin kimi səliqəli arxivi olan ikinci yazıçımız olmayıb. Mənim “O Adam” poemam haqqında on altı il qabaq yazdığınız məqalənin əlyazmasını saxladığınızı görəndə heyrət elədim. İnanıram ki, Yusif Səmədoğlunun vaxtilə “axır ki, sənin də bir keyfiyyəli qəlyanın olsun” deyə bağışladığı qəlyanı da saxlayırsınız. Yanılmıram ki?

    – Yanılmırsan. Beş il bundan qabaq ağır ürək əməliyyatından sonra həkimlərin qəti hökmüylə qəlyan çəkməyi birdəfəlik atsam da, Yusifin hədiyyəsini onun xatirəsindən ən munis yadigar kim saxlayıram.

    – Əkrəm Əylisli yazırdı: “Yusifin “Qətl günü” romanını mən realist Azərbaycan ədəbiyyatının bütün tarixi boyunca dilimizdə yaranmış ən maraqlı nəsr əsərlərindən biri hesab edirəm”. Həmişə hiss etmişəm ki, “izm” konusunu elə də sevmir, bunu ciddi önəmi olmayan ədəbiyyatşünaslıq məsələsi hesab edirsiniz. Buna baxmayaraq, sualın cavabı mənə maraqlı olduğu üçün verməli olacam. Ə.Əylislinin dediyi kimi, doğrudanmı, “Qətl günü” realist ədəbiyyat nümunəsidir? Yoxsa, sizcə, Ə.Əylisli bu termini konseptual planda, daha geniş anlamda işlədib?

    – Əkrəm Əylislinin “Qətl günü” romanını Azərbaycan ədəbiyyatının bütün tarixi boyunca dilimizdə yaranmış ən maraqlı nəsr əsərlərindən” biri hesab etməsilə tamamilə razıyam. Bəlkə “biri” yox”, “birincisi” sözünü işlədərdim.

    – Yusif Səmədoğlunun “Qətl günü” romanı adından göründüyü kimi, ölüm mövzusuna həsr olunub. Və siz haqlı olaraq yazırsınız: “…min illik poeziyamız tarixində ölümü Vaqif kimi ciddi qəbul eləyən, ölümlə bu qədər maraqlanan ikinci şairimiz olmayıb”. Sizcə, Səmədoğluların ölümə məhrəm münasbətində vaxtsız itirdikləri atalarına qovuşmaq kimi şüuraltı istəyin rolu varıydımı?

    – Çətin cavab veriləsi sualdır. Ola bilsin haqlısan. Atalarını yetkinlik çağlarında itirmiş Yusifin də, Vaqifin də əsərlərində ölüm motivlərinin çoxluğu bu böyük itkinin təsirilə ola bilər. Bəlkə də, belədir. Amma bəlkə də, yox. Bəlkə, bu ovqat onların daxili dünyaduyumlarıyla bağlı idi. Hər ikisinin vaxtsız ölümlərinin öncədən vəhylə duyulmasındandı. Bunu kim dəqiq təyin edə bilər ki…

    – Bu sözlər sizə məxsusdur: “…gənclikdə dostları daha çox qazanırsan, yaşlı vaxtında isə daha çox itirirsən. Dairə daralır, daralır. Və bu getdikcə daralan dairənin içində mənimçün Vaqif Səmədoğlu həmişə qalacaq”. Daralan dairənin içində daha kimər qalıb? Və dairəni son illər gənclər hesabına genişləndirdiyiniz də hiss olunur.

    – İzahın düzdür. Daralan dairənin içində mənim nəslimdən tək-tüklər qalıb. Yeni nəsillərə mənsub olan insanlarla ünsiyyətim bir növ təskinlikdir. Amma o da var ki, heç kəs heç kəsi əvəz etmir. Bəzən düşünürəm. Bəlkə, Allahın mənə lütfkarlıqla bəxş etdiyi uzun ömrün bir mühüm mənası da varmış. Ömrümün uzadılması itirdiyim insanları yazılarımda yaşatmaq üçünmüş. Eyni zamanda, bir dəfə yaşanılmış ömrü bir daha xatirələrində, yazılarında yaşamaq üçün. Bu baxımdan Marsel Prustun həyat və yaradıcılıq təcrübəsi mənə təsəlli verir. Yaşanmış həyatın, qeyb olmuş illərin sorağını bir daha yazılarınla almaq olurmuş. Bu mövzuda mənim şeirim də var. “Yazıçı ömrünün iki vaxtı var, yaşamaq zamanı, yazmaq zamanı. Yaşamaq zamanı bitdi, tükəndi, gəldi yaşamaqdan yazmaq zamanı”.

    – Vaqif Səmədoğluna həsr etdiyniz “Allahla söhbət” adlı qiymətli məqalənizdə yazırsınız: “Poeziya həyatın ölüm üzərində qələbəsidir”. Ölüm sizin üçün nədir – əbədi yoxluq, yoxsa bir dünyadan o birinə getmək? Əgər ikincidirsə, bir dünyadakı həyatı başqa dünyadakı həyat əvəzləyirsə, o, sadəcə ani bir körpü deyilmi və belə çıxmırmı ölüm deyilən şey yoxdur?

    – Ölümün mahiyyəti və o dünyanın olub-olmaması o qədər ciddi məsələdir ki, bunu bir müsahibədə müzakirə edib əsaslandırmaq mümkün deyil. Mən bu barədə firiklərimi qismən “Gecə düşüncələri”ndə ifadə etməyə çalışmışam.

    – Bir dəfə Rəsul Rza gənc Vaqifin şeirlərini oxuyub və zarafatla deyib: “Vaqif çox irəli gedib. Gərək özümü yığışdırım”. Bilirəm ki, söhbət iki görkəmli şairdən gedir, üstəlik, biri atanız, ikincisi yaxın dostunuzdur. Sizi dilemma qarşısında qoysam da, sualı verəcəm. Sizcə, Ustad bu sözlərlə öz ardıcılına münasibətdə təvazökarlıq eləmirdimi? Vaqif Səmədoğlunun elə bir şeiri varmı ki, Rəsul Rzanın “Vəsiyyət”indən irəli getsin:

    …Ölülər geri dönə bilsəydi,

    mən bu otağa bir də gələrdim,

    burda uzun bir dəqiqə

    dincələrdim…

    Cənnətdə işim yoxdur,

    getmərəm, dəvət etsələr belə,

    Cəhənnəmi söndürüb,

    bütün ölülər

    ora getsələr belə…

    Mən xoşbəxt olardım

    tabutumu özüm apara bilsəm,

    adımı, xatirəmi

    yazılı nitqlərdən,

    sərin ahlardan qopara bilsəm!

    – Vaqifin hansısa şeirini (indi yadımda deyil) atama oxuyanda, doğrudan da, zarafatla o sözləri dedi. Atamın bu sözlərini olduğu kimi gətirərkən onu da əlavə etmişdim ki, heç bir vaxt atamdan başqa bir şairlə bağlı – istər nəsildaşları, istər daha cavanları olsun – belə bir söz eşitməmişdim. Elə bu da Vaqifin poeziyasını nə qədər yüksək qiymətləndirdiyinin göstəricisidir. Özü də bu sözləri elə vaxtda deyirdi ki, o zaman ədəbi əksəriyyət Vaqifi, ümumiyyətlə, şair saymırdı. Yəqin, Sizin nəsil bunu heç cür dərk edə bilməyəcək. Necə olub axı, “sazla yazı”, “canla qanı” qafiyələndirə bilən hər bir qrafoman şair sayılsın, Vaqif kimi unikal sənətkar şair sayılmasın? Atamın sitat gətirdiyin “Vəsiyyət” şeirini mən də çox yüksək qiymətləndirirəm. Amma bu şeiri də, başqa sevdiyim gözəl şeirlərini də Vaqifin şeirlərinə qarşı qoymaq istəməzdim, Hərənin ədəbiyyatda öz yeri var və heç kəs heç kəsin yerini dar eləmir. Əsas olur ki, ÖZ yerini biləsən.

    – Yevgeni Yevtuşenko deyirdi: “Mən altmışıncılar nəslini qaralamağa çalışanlara nifrət edirəm. Belə inkarçı münasibətin əsasında bizim nəslə nifrət durur”. Bu fikrin, şübhəsiz ki, həqiqət payı var. Amma insan təbiətinə məxsus bu həsəddən altmışıncıların özlərində də yoxdurmu?

    – Şübhəsiz, hər nəsildə olduğu kimi, altmışıncılar nəslindən olanların içində də başqasının uğuruna qısqananlar, ancaq özünü bəyənənlər və özlərini layiq olduğundan qat-qat uca görmək iddiasında olanlar var. Amma Yevtuşenkonun sözləri – onları elə bizim ədəbiyyata da aid etmək olar – daha çox sonrakılardan kütləvi şəkildə altımışıncılara nifrətlə yanaşanlara ünvanlanıb. Axı, bizim altmışıncılardan heç biri sonra gələn nəsillərdən heç kəs haqqında “filankəsin qanını şərbət kimi içərdim” deməyib, heç bir sonra gələnlə bağlı belə etiraflar etməyib: “Bilirəm ki, filankəsə böhtan atıram, onu şərləyirəm, amma bunu qəsdən edirəm ki, qanı qaralsın, şəkəri artsın, təzyiqi yüksəlsin, mən də bir az rahatlanım”.

    Yaxşı rahat olmaq üsuludur.

    Bizdə də bəziləri kumir saydıqları, pornoqrafik romanlar müəllifi Sorokin “altımışıncılarla mübarizə yalnız onları fiziki cəhətdən aradan götürməklə aparıla bilər” sözlərini həyat devizləri seçmişlər. Normal ədəbi yarışda uduzacaqlarını öncədən bildikləri üçün ümidləri yalnız kimlərinsə ölməsinədir.

    – Bir dəfə əvəzsiz tənqidçimiz Yaşar Qarayevin yubileyində aparıcılıq eləyəndə unudub yubilyara söz verməmisiniz. Bu qeyri-adi olayı necə xatırlayırsınız?

    – Utanc hissiylə. Bilmirəm necə oldu ki, dərin hörmət bəslədiyim və yubiley gecəsini məmnuniyyətlə apardığım Yaşara tədbirin sonunda söz verməyi unutdum. Düzdür, Yaşar alicənablıqla bu “qəribəliyin” üstünü vurmadı, amma mən bunu həmişə xəcalət duyğusuyla xatırlayıram.

    – Məncə, “Söz dünyası”nda ən işıqlı yazı “köhnə dostunuz”, “təzə düşməniniz” Əkrəm Əylisliyə, öz təbirinizlə desək, “Əki balaya” həsr elədiyiniz və 1969-cu ildə “Komsomolskaya pravda”da dərc olunan “İşıqlı pəncərə”dir. Məqalədə yazırsınız: “Ədəbiyyat hər növ insanın bəraət qazanmasıdır”. Əkrəm Əylisli də, sizcə, ədəbiyyatın bəraət verdiyi adamlar sırasına daxildirmi? Yazıçı olmaq kollaborasionizmə haqq qazandırırmı?

    – Yaxşı bildiyin kimi, vaxtilə Əkrəm Əylisliylə yaxın dost olmuşuq. Dost olduğumuz illərdə belə o mənim heç bir yazım haqqında xoş bir söz deməsə də, mən onun ilk yazılarını bəyənmişəm və Əkrəm haqqında Moskva və Bakı mətbuatında tərifli yazılar yazmışam. Münasibətlərimiz pozulandan, hətta “Daş yuxuları”ndan sonra da onun təklənməsini istəmədiyimə görə çox illər qabaq rus dilində yazdığım və “Komsomolskaya pravda” qəzetində çap olunmuş məqaləni ərinməyib dilimizə çevirdim, “Azərbaycan” jurnalında dərc edildi. Əkrəmdən, təbii ki, heç bir səs çıxmadı. “Daş yuxuları” da başqa mətbuat orqanlarından çox sonra çıxan və Əkrəmin əvvəlki uğurlarını danmadan bu povesti qınayan yazı Yazıçılar Birliyinin bəyanatı oldu. Bütün olub keçənlərə rəğmən, şübhəsiz, Əkrəm əvvəllər yazdığı bir çox uğurlu əsərləriylə ədəbiyyat tariximizdə qalacaq. Amma adının ləkəsiz qalması üçün gərək “Daş yuxuları” yazmasından peşman olduğunu etiraf etsin və ən azı qaçqınlardan onlar haqqında dedikləri üçün üzr istəsin. Xalqımızın qəlbi genişdi. Belə bir etirafdan sonra, bəlkə də, bu dönüklüyü ona bağışlar. “Yazıçı olmaq kollaborasionizmə haqq qazandırmır” fikrində isə haqlısan.

    – Tanınmış şairə, vaxtilə ekranların gözəli olmuş Nurəngiz Günə həsr elədiyiniz “Şeirimizin Nurəngiz günü” adlı yazınız “Yaddaşımızın Nurəngiz günü…” cümləsiylə bitir. Nurəngiz xanımla bağlı yaddaşınızda nələr var?

    – Nurəngiz xanımı şairə kimi tanınmaqdan əvvəl radio-televiziyada işlədiyim illərdən onu mahir diktor və gözəl bədii qiraət ustası kimi dəyərləndirirdim. Sonralar nəsr və şeir sahəsində maraqlı əsərlər yaratdı. İşıqlı, üzügülər, ünsiyyətli qadın idi. Ölümü hamımızı kədərləndirdi. Allah rəhmət eləsin. Məmnunam ki, qızı Jalə xanım anasının xatirəsini, adını yaşatmaq üçün əlindən gələni edir.

    – Sizin ümumən söz dünyanızın ən əsas məqamlarından biri, bəlkə də birincisi insan və zaman qarşıdurmasıdır. “Söz dünyası”nın dördüncü cildində Rafael Hüseynova həsr etdiyiniz “Vaxt və baxt haqqında düşüncələr” məqaləsində deyirsiniz: “Vaxtın sınağından şərəflə keçmək Baxtın qapısının əbədiyyətə açılmasıdır”. Əbədiyyət sizin üçün nədir – bu dünyada insanın adının əbədiləşməsi, onun heykəlləşməsi, yoxsa ruhun axirətdəki xilası, əbədi cənnət səadəti?

    – Ədəbiyyatın baqiliyi həyatın faniliyinə üsyandır. Bu çox ciddi mövzuda əlavə bir söz deməyə ehtiyac duymuram.

    – Bu kitabların quruluşunun fəlsəfi altyapısında zamana qalib gələn və ya məğlub olan insan durur. Üçüncü cilddə olduğu kimi, dördüncü cilddə də bu insanlar bütöv bir qalereyadır: Aydın Məmmədov, Nüsrət Kəsəmənli, Arif Əmrahoğlu, Nisəbəyim, Adil Mirseyid, Sabir Bəşirov, Nizaməddin Şəmsizadə, Çingiz Abdullayev, Mövlud Süleymanlı, Çingiz Əlioğlu, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Afaq Məsud, Vaqif Bayatlı Odər, Kamal Abdulla, İsa Həbibbəyli, Vilayət Quliyev, Natiq Rəsulzadə, Elmira Axundova, Kamil Vəli Nərimanoğlu, Vahid Əziz, Nizami Cəfərov, Azər Turan, Elçin Hüseynbəyli, Tehran Əlişanoğlu, Rəşad Məcid, Elxan Zal Qaraxanlı, Salam, Əlizadə Nuri, Səlim Babullaoğlu, İlqar Fəhmi, Pərvin və nəhayət, övladlarınız – Günel və Tural! Kitabı oxuyub qapayıram və vəfatından artıq iki il keçən Nisəbəyimin səsi gəlir: “Ədəbiyyat sizə əmanət, Anar müəllim! Əlvida, ədəbiyyat, əlvida, Anar!”. Uzun sürən ağır xəstəlikdən tezliklə öləcəyini bilən, sanılı günləri qalan bir yazıçının digər yazıçıya ədəbiyyatı belə tapşırması nəinki Azərbaycan, bəlkə də, dünya ədəbiyyatında analoqu olmayan hadisədir. Bir təklifim var: dünyanı vaxtsız tərk eləmiş bu istedadlı şairənin xatirəsini yaşatmaq üçün onun adına poeziya mükafatı təsis etmək və bunu hər il ən yaxşı göstəricilərə nail olan şairələrə vermək olarmı?

    – Nisəbəyim həqiqi qiymətini hələ də almamış çox istedadlı və nakam taleli şairə idi. O, ağır xəstə olan vaxtda yazdığı şeirlər çox təsirlidir. Təəssüratımı qələmə aldığım yazıda ifadə etməklə sağalmaz xəstəliyə düçar olmuş insana azacıq da olsa təsəlli vermək istədim. Onun ölümqabağı mənə ünvanladığı sözlər də, bəlkə, bu yazıma cavabdır. Təklifinlə razıyam, Nisəbəyimin adına nə şəkildəsə bir mükafat təsis etmək olar.

    – “Söz dünyası”nı oxuyanda Rəsul Rzanın “İnsan şəkli” şeiri yada düşür. Amma bir fərqlə: o öz sərgisinə ancaq qəhrəmanların şəklini asırdı, siz isə həm də antiqəhrəmanları asırsınız. Bu antiqəhrəmanları bir neçə qismə bölmək olar: bəziləri nə vaxtsa sizinlə siyasi, bəziləri isə karyera müstəvisində qarşıdurmada olublar. Amma sırf ədəbi-estetik, uzaqbaşı ideoloji zəmində fikir ayrılığında olduqlarınız da var, məsələn, Kamal Abdulla, yaxud Azər Turan. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanında Dədə Qorqudun başından müqəddəslik haləsini çıxarması, yəni postmodernist əsər yazması sizi təəccübləndirir. Bu romanın yazılmasından 20 il keçib, Dədə Qorqud öz Dədəliyindən nəsə itiribmi? Sizcə, hər hansı mətnə onun yazıldığı metodun şərtləri daxilində yanaşmaq lazımdır, yoxsa bütün əsərlərə vahid, ümumi bir rakursdan baxmaq?

    – Haqqında yazdıqlarımın heç birini antiqəhrəman saymıram. İntəhası bəziləriylə öz üslublarında bir qədər sərt, bəziləriylə nisbətən mülayim şəkildə mübahisə edirəm. Həmişə yazıçı və alim kimi yüksək qiymətləndirdiyim Kamal Abdulla mənim ən etibarlı dostlarımdandır və onun tək mənə deyil, oğlum Turala da xeyirxah münasibətini heç vaxt unutmuram. Kamal haqqında iki yazımda onun nəsrini, dramaturgiyasını və şair-tərcüməçilik fəaliyyətini yüksək qiymətləndirmişəm, Kamalı mükəmməl realist yazıçı hesab edirəm və hətta özü qəbul etsə belə, onu heç vəchlə postmodernist, illah da bu cərəyanın Azərbaycan variantına aid edə bilmərəm. Məqalələrimdən birində Kamalın Dədə Qorqudla bağlı bədii yazılarında məqbul saymadığım məqamları qeyd etmişdim, bunu şişirdib ara vurmağa çalışanlar olsa da, Kamal yetərincə müdrik və ədalətli ziyalı kimi hər şeyi düzgün dəyərləndirdi. Qədim yunanlar demiş Kamal dostumdur, amma həqiqət daha üstündür. Dədə Qorqud obrazına yanaşması haqqında əvvəlki fikrimdə qalıram.

    – Azər Turanın “Kamança kompleksi” məqaləsində Qarabağ məğlubiyyətimizin səbəbini ermənilərə qarşı ifrat humanizmdə görməsinə etiraz edərək yazırsınız: “Azər Turan heç bir erməni yazıçısı “Kamança” pyesi yazmır deyəndə bundan utanmaq yox, bununla qürur duymaq lazımdır demək istəyirsən”. Sizcə, biz nəinki Cəlil Məmmədquluzadənin “Kamança” pyesini, hətta ədəbiyyatımızın “Dədə Qorqud”, “Xəmsə”, “Leyli və Məcnun” kimi şah əsərlərini əlimizdə tutub, ermənilərlə danışığa getsək, Qarabağı azad edə bilərdikmi? Hətta sülh müqaviləsi imzalanandan sonra da ermənilərin silahı yerə qoymaması təsdiq etmirmi ki, “Quran” oxumaqla donuz darıdan çıxmaz?

    – Savadını, qələmini layiqincə dəyərləndirdiyim Azər Turanın bir fikriylə razılaşmamışdım. Azər Birinci Qarabağ savaşında uğursuzluğumuzu “Kamança kompleksi” ilə əlaqələndirərək, hardasa milli mərhəmət hissini zərərli sayırdı. Onun bu, zənnimcə, səhv qənaətinə 44 günlük zəfər müharibəmiz cavab verdi. Aydın oldu ki, Mirzə Cəlilin “Kamança” pyesində ifadə olunmuş humanizm, insanlıq prinsipləri xalqın qələbə əzmi üçün Zori Balayanların hay-küyçü “patriotizmindən” daha kəsərli imiş. Azərbaycan ədəbiyyatının, Azərbaycan kinosunun yetişdirdiyi gənclər canları, qanları bahasına Şuşanın sıldırım qayalıqlarıyla durmaşaraq düşməni məhv etdilər. Raffinin, Sero Xanzadyanın, Silva Kaputikyanın əsərləriylə yetişmiş erməni gənclərinin fərariliklərinə imkan verməmək üçün onları zəncirlə səngərlərə bağlayırmışlar. Yalançı və saxta “vətənpərvərlik”, başqa xalqlara nifrət aşılamaq nəticədə öz xalqının başına bəlalar açır. 44 günlük zəfər savaşımız həm də Azərbaycan ədəbiyyatının daşnak ədəbiyyatı üzərində qələbəsidir.

    Söhbətləşdi: Əsəd CAHANGİR

    (Davamı gələn sayımızda)

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Anara qırx sual – Xalq yazıçısı Anara yeni işıq üzü görmüş “Söz dünyası” beşcildliyinin üçüncü və dördüncü cildləri haqqında suallar

    – Anar müəllim, sizi “Söz dünyası” beşcildliyinizin yayınlanmasından dolayı təbrik edirəm. İlk iki cildin klassiklərə, üçüncünün 60-cılara, dördüncünün özgürlük dönəmi ədəbiyyatı nümayəndələrinə həsr olunduğu, beşincinin isə maarif və mədəniyyətdən bəhs edəcəyi bu layihəni sizin baxış bucağınızdan mədəniyyətimizin tarixi adlandırmaq olar. Müsaidənizlə, seriyanın üçüncü və dördüncü kitabları ilə bağlı sualları “Anara qırx sual” başlığı altında sizə ünvanlamaq istəyirəm. Nəzərə alın ki, suallar həm də oxucuları bu kitabların məzmunu ilə tanış eləmək məqsədi daşıyır. Qırx sualdan birincisi – layihə ilə bağlı ideya necə yarandı?

    – “Söz dünyası”nın 4 cildinin çıxması dolayısıyla təbrikinə görə təşəkkür edirəm. Haqlısan ki, bu cildlər bir növ mənim ədəbiyyatımızın keçmişinə və bugününə özəl baxışlarımın ifadəsidir. “Söz dünyası” adlı cildlərin yaranma fikri mənim müxtəlif vaxtlarda yazdığım ədəbi portretləri, esseləri bir yerə toplamaq arzusundan doğuldu. Əksəriyyəti doğma dilimizdə yazılmış və sonralar bəziləri rus dilinə çevrilmiş məqalələr toplum halda öncə elə rus dilində “LİK (Literatura, İskusstvo, Kultura) Azerbaydjana” üçcildliyimin birinci cildində nəşr olundu. “Söz dünyası”nın cildləri isə həm LİK-dəki yazıları əhatə edir, həm də xeyli sayda orda olmayan mətnlərdən ibarətdir.

    – Layihənin üçüncü cildi 1961-ci ildə yazdığınız, 60-cılardan danışan “Yeni nəsil, yeni nəsr” adlı ilk dəfə işıq üzü görən məqaləylə açılır. Bu məqaləni modern Azərbaycan nəsrinin manifesti kimi anladım. Məqalədə qoyulan əsas məsələ sovet ədəbiyyatına məxsus sxematik insandan özünün bütün mənfi-müsbətiylə canlı insan obrazı yaratmağa çağırış, yəni insanın taleyi ideyasıdır. O illərdə bu məqaləni heç bir mətbu orqanda yayınlaya bilməmisiniz. Maraqlıdır, yazını nə deyib dərc etmirdilər?

    – 1961-ci ildə (ilini xüsusi vurğulayıram) 23 yaşlı gənc tərəfindən qələmə alınmış bu yazını “Modern Azərbaycan nəsrinin manifesti” adlandırdığın üçün minnətdaram. Bu yazını yazanda, doğrusu, belə bir iddiam olmayıb. Məqsəd sadəcə olaraq həm özümü, həm də nəsildaşım olan bir neçə gənc yazıçını haqsız tənqidlərdən qorumaq, anlamayanlara nəyisə anlatmaq idi. Mənim ilk mətbu hekayəmi – “Keçən ilin son gecəsi”ni o vaxtların nüfuzlu tənqidçisi hesab edilən Qulu Xəlilov şiddətli atəşlə qarşılamışdı. Yəqin ki, yazıma ilk impulsiv səbəb məhz bu tənqidə cavab vermək istəyi olub, amma yazı əsnasında tək özümü müdafiə etmək yox, ümumiyyətlə yeni nəslin yaradıcılıq xüsusiyyətlərini izah etmək – məqsədə çevrilib.

    Təbii ki, bu yazı o vaxt çap oluna bilməzdi. Tək ona görə yox ki, ilk iki-üç hekayəsi çap olunmuş gənc müəllifin Qulu Xəlilov kimi mötəbərə cavabı məqbul sayılmazdı (ağlınız hər yerindən kal duranın yaşına-başına baxmadan ən nüfuzlu müəlliflər haqqında hədyan yağdıra biləcəyi indiki zamana getməsin) həm də ona görə ki, “yeni ədəbiyyat” anlayışı o vaxt (elə indi də) çoxlarını qıcıqlandırırdı.

    61 il bundan əvvəl yazdığım bu məqaləni indi ilk dəfə üzə çıxararkən mənimçün vacib cəhət ordakı müəyyən sovet terminlərinin işlənməsi deyil, həqiqi ədəbi dəyərlərin bu gün olduğu kimi, o gün də müdafiəsinə qalxdığım üçün duyduğum qürurdur.

    – “Yeni nəsil, yeni nəsr” Stalindən sonrakı nisbi yumşalma dönəmində yazılıb. Üstəlik də, siz məqalədə partiyanın proqramı və onun XX qurultayının qərarlarına söykənir, tənqidçiləri əsl “sovet tənqidçisinə” yaraşan tərzdə yazmağa, yazıçıları “sovet adamının dolğun obrazını” yaratmağa çağırırsınız. Bu məqalənin müəllifi bizim nəsil ədəbiyyaçıların tanımadığı bir Anardır. Məqalədəki “partiyalı” mövqeyiniz konspiroloji amac güdürdü, yoxsa kommunizmin xoşbəxtlik ideallarına inamını hələ itirməmiş bir gəncin düşüncəsinin ifadəsiydi?

    – Düzdür ki, məqalə sistemin nisbətən yumşalma dövründə qələmə alınsa da, yazıda o dövrün müəyyən ideoloji ştampları – “sovet adamı”, “kommunizm idealları” kimi ifadələr də yer alıb. Bu ifadələr o dövrdəki hər yazıya xas olan trafaretlər idi. Amma diqqətini ona çəkmək istəyirəm ki, heç yerdə çap olunmamış bu yazını, indi müstəqilliyimiz və azad, senzurasız mətbuat dövründə ilk dəfə çap edərkən ən yüngül “kosmetik əməliyyatla” bütün bu ortodoksal ifadələri çıxarıb yazını sığallanmış, daranmış, “müasirləşmiş” şəkildə təqdim edə bilərdim… Amma bu mənim ədəbi əxlaqıma zidd hərəkət olardı. “Yazılana pozu yoxdur” – mənim də ədəbi prinsipimdir. Səhv, ya düz nə yazmışamsa, heç birinin dalından qaçmıram və saxtakarlıq edib heç bir mətnimdə o vaxtkı ifadələri bugünkü istilahlarla əvəz etmirəm.

    O vaxt bu trafaretlərin işlənməsinə gəlincə… Bu məqalənin 1961-ci ildə yazıldığını əbəs yerə vurğulamıram. Çünki ta 1968-ci ildə Brejnev tanklarının Praqaya soxulub “gülər üzlü sosializm” idealını darmadağan edənə qədər bir çoxları kimi mənim də bu sistemin islah olunub insaniləşəcəyinə ümidlərim qırılmamışdı. Doğrudur, yaşadığımız cəmiyyətin bütün naqisliklərinə də göz yummurduq. Mənim ili adından bəlli olan “Molla Nəsrəddin – 66” satirik silsiləmlə tanışsansa, dediklərimin boş söz olmadığıyla yəqin, razılaşarsan.

    – Məqalədə sonrakı yaradıcılığınızla uyuşmayan bir fikir var: “Mürtəce Qərb ədəbiyyatı “İnsan tənhalıq cəhənnəmində, yalqızlıq girdabında çabalayır. O bu cəhənnəmdən çıxa bilməz, təklik tilsimini qırıb başqa insanlara qovuşa bilməz” fikrini yürüdür”. Yanılmıramsa, bu çıxarış ekzistensializmin ideya başçısı, “başqaları insan üçün cəhənnəmdir” deyən Sartrdan gətirilib. Sonralar insanın içsəl tənhalığı və başqaları tərəfindən anlaşılmaması kimi ekzistensial mövzu-problematika sizin bir sıra roman, povest və hekayələriniz, özəlliklə də, ünlü “Anlamaq dərdi” essenizin özülündə durdu. Bu məqama gəlməyinizdə Sartrın özü və sözü ilə görüşünüzün rolu olubmu?

    – “Mürtəce Qərb ədəbiyyatı” da elə o dövrün sovet leksikasına aid olan təbirlərdən, stereotiplərindəndir. Əlbəttə, onda da, indinin özündə də Qərb ədəbiyyatının ucdantutma bütün örnəklərini qeydsiz-şərtsiz qəbul etmirəm. Qərb, ya elə dünya ədəbiyyatında çox bəyəndiyim örnəklərlə bir sırada qətiyyən qəbul etmədiyim nümunələr də az deyil. Amma məsələ bunda deyil. Məsələ ondadır ki, sənin xatırladığın sözləri – Sartrın – “Cəhənnəm – başqalarıdır” kəlamını o vaxt təqdir edə bilməsəm də, insan xislətinə aid tam həqiqət kimi qavrayırdım. Heç vaxt görüşmədiyim Sartrın bəzi fikirləriylə razılaşmaya bilərdim və indi də bilərəm. Amma insanın əbədi tənhalığı haqqında ekzistensializm düşüncəsi ilk gənclik yazılarımdan başlayaraq bir çox əsərlərimdə əksini tapıb. Artıq xatırlatdığım ilk mətbu hekayəmin baş qəhrəmanı Həmidə xala – dörd övlad anası – yeni il gecəsində təkdir və “insana ömrün sonunda yalnız cihazlar qalır – radio, televizor, telefon” kimi “sovet insanına yaraşmayan” bədbin fikirlərə dalır, tənhalıq girdabında təsəllisini mərhum ərinin maqnitofon lentindən eşidilən səsində tapır. İlk iri nəsr əsərim “Ağ liman” povestinin bir fəsli “Təklik tilsimi” adlanır. Bu fəsildə tənhalığın son həddini yaşayan Səftər dayı özü-özünə telefon edir. Povestin başqa fəslində Məmməd Nəsir təkliyinin acısını özü-özüylə nərd oynamaqla ovudur. Əsərin digər personajları da hərəsi bir cür yalqızdır. Nemət də tənhadır, Təhminə də… O dövrdə yazdığım hekayələrin qəhrəmanları – “Mən, sən, o və telefon” hekayəsinin, “Gürcü familiyası”nın personajları da yalqızlığın əzabını çəkirlər. “Dantenin yubileyi”ndə Kəbirlinski də, “Anlamaq dərdi”ndə Mirzə Cəlil də yalqızdırlar. “Dərdimi kimə deyim, dünya dolu adamdır” misrasını yazan Rəsul Rza da tənha idi.

    Bütün bu danılmaz faktları “sovet ədəbiyyatı” damğasıyla dışlamaq istəyənlərin heç olmasa bir qırnıq ədəbi vicdanları varmı?

    Tənhalıq teması mənim bütün sovet dövrü yazılarımdan qırmızı xətt kimi keçir. O dövrdə sovet ideoloji ehkamlarına zidd əsərlər yalnız açıq dissidentlərin geniş oxucu zümrəsinə qapalı qalan yazıları deyildi, həm də diqqəti insanların tənhalığına, uğursuzluğuna çəkən, “xoşbəxt həyat” şəraitində darıxan, içində boğulan, özünə yer tapa bilməyən biçarələrin acı taleyindən bəhs edən əsərlər idi. Üzr istəyirəm ki, öz yazılarımdan danışıram. Amma başqa qələm dostlarımın da rəsmi ideologiyaya asi olan əsərləri haqqında elə o “Söz dünyası”nın cildlərində geniş bəhs olunub.

    – Məqalədə yazırsınız ki, “yeni Azərbaycan nəsri”nin tarixi müharibə illərindən başlanır”. Bəs, sizcə, Qarabağ davasından necə, ən yeni ədəbiyyatımız doğulurmu?

    – Şübhəsiz, artıq doğulur və gələcəkdə bu mövzuda daha sanballı örnəklər yaranacaq. Ədəbiyyatdan mətbuat operativliyini tələb etmək olmaz. Ədəbiyyat tarixi hadisələri dərindən dərk etməlidir və bunu etməsi üçün müəyyən zaman tələb olunur. Artıq bu misalı dəfələrlə çəkiblər ki, L.Tolstoyun “Hərb və sülh” epopeyası 1812-ci il müharibəsi iştirakçılarının nəvə-nəticələrinin yaşadıqları dövrdə yarandı.

    – “Yeni nəsil, yeni nəsr” və ondan iyirmi il sonra yazdığınız ünlü “Nəsrin fəzası” məqalələrini 60-cıların ədəbi kimliyi adlandırmaq olar. Birincidə 60-cıların “doğulduğu” vaxtı, ikincidə isə yeri göstərmisiniz. Vaxt aşağı-yuxarı hamıda eynidir – İkinci Cahan savaşı sonrası! Yer isə hərədə bir cürdür – “Ə.Əylisli və İ.Hüseynov kəndi, İ.Məlikzadə kiçik rayon mərkəzini, Elçin şəhərətrafı qəsəbəni, Rüstəm və Maqsud İbrahimbəyovlar böyük şəhərin ucqar məhəllələrini”, Sabir Əhmədli isə bu bölgüdən çıxaraq həm kəndi, həm də urbanistik mühiti təsvir edir. Bəs, özünüzün bədii məkanınız haqda nə deyə bilərsiniz? Bunu böyük şəhərin mərkəzi adlandırmaq olarmı?

    – Bu suala qismən özün cavab vermisən və mən bu cavabla razıyam. Mənim bədii məkanım şəhərin ziyalı mühitiylə bağlıdır (əlbəttə, tarixi mövzularda, satirik və publisistik yazılarımı istisna etməklə).

    – “Nəsrin fəzası”nda görkəmli rus ədəbiyyatşünası Mixail Baxtindən gələn daxili məkan anlayışına söykənib yazırsınız: “əgər… yeni Azərbaycan nəsri nümunələrinin əksəriyyətində dünya insanla onu əhatə edən mühit şəklində çox geniş əlaqədədirsə, bizim bugünkü ədəbiyyatımızda elə əsərlər var ki, orada… xarici aləm elə bil personajın daxilində əks olunmuşdur”. Məsələni incələsək, birinci halda söhbət realizm, ikincidə isə modernizmdən gedir. Sizin ədəbiyyatda kənd-şəhər bölgüsünü o qədər də sevmədiyinizi bilirəm və bu, ilk baxışdan “şəhərli” bir yazıçının üstünlüyü əksərən kənd idilliyasına verən araşdırmaçılara etirazı kimi görünür. “Nəsrin fəzası” isə göstərir ki, bu daha çox dünyanı mənəvi-psixoloji yöndən qavrayan bir modernistin onu sadəcə coğrafi cəhətdən görən realistlərə etirazıdır. Yəni kənd və şəhər sözün müstəvisi üçün səciyyəvidir, onun fəzasının kəndi, şəhəri yoxdur. Necə fikirləşirsiniz, bu yozumla məqalənin ideya nüvəsinə yaxınlaşa bilirəmmi?

    – Mülahizələrin maraqlıdır və belə yanaşmaq da sənin haqqındır. Amma mənim ədəbi haqqım da postmodernizmi, özəlliklə onun Azərbaycan versiyasını qəbul etməməkdir. Bəlkə də sənə qəribə gələcək və şübhəsiz, ədəbi tənqid (həm də tək bizm yox, işdi tanış olsalar ümumiyyyətlə, ədəbi tənqid) bu fikirlə razılaşmayacaq. Amma mənim rəyimcə, postmodernist deyil, XX əsrdə sadəcə modernist sayılan Marsel Prust və Frans Kafka – realist yazıçılardır. Keçən əsrin fransız marksist tənqidçisi (sovet təbliğatı sonralar onu revizionist kimi damğaladı). Roje Qarodinin dediyi kimi, “sərhədsiz realizm” mənasında deyil, bu təbirin müstəqim anlamında. Deyəcəksiniz ki, tutalım, Balzak, Stendal, Flober realizmi hara, M.Prust realizmi hara? Mən də cavab verəcəm ki, çox fərqli olsalar da, “Don Kixot” da realist əsərdir, Dostoyevskinin romanları da. Balzak insan xarakterini onun davranışında, hərəkətlərində, başqalarıyla münasibətlərində açır, ətraf aləmin əhatəsində təsvir edir. M.Prust isə insan varlığının daxili mahiyyətini ən incə realist detallarla verir. Paradoksal səslənsə də, mən Marsel Prustun “İtirilmiş vaxtın sorağında” romanlar silsiləsinə bizim Yunus Əmrənin misralarını epiqraf qoyardım: “Bir mən vardır məndə məndən içəri”.

    Zənnimcə, real dünya qədər yuxular, xəyallar, təsəvvürlər, xatirələr dünyası da gerçəkdir. Belə olduqda nəyə görə məhz bu mövcud paralel dünyanı qələmə alan Frans Kafka realist sayılmasın?

    O ki qaldı kənd və şəhər ədəbiyyatı anlayışlarına, mən bunu da yalnız şərti termin kimi qəbul edirəm. Həyatı yalnız kənd həyatı sayanlar da dar düşünürlər, şəhər ziyalısının intellektual aləmindən bəhs edən əsərləri yeganə həqiqi ədəbiyyat sayanlar da…

    – “Nəsrin fəzası”nda çağdaşlarınızın nəsrindəki tərifəlayiq cəhətləri qeyd etməklə yanaşı, Sabir Əhmədlidə “ibtidai russoçuluğun bezikdirici təkrarını”, Əkrəm Əylislidə “şəhər və şəhərlilərin obrazlarınn alınmamasını”, Elçində “əhali artıqlığını”, “romantik aksesuarlardan bol-bol istifadəni” də vurğulayırsınız. Əksərən parlaq istedadı və bəzən həm də geniş erudisiyası ilə seçilən bu yazarlar tənqidlərinizi necə qarşılayırdılar?

    – Mənə elə gəlir ki, adlarını çəkdiyin yazıçılar yetərincə geniş miqyasda düşünən insanlardır, odur ki, mənim xeyirxah mövqedən tənqid, irad da yox, sadəcə kiçik qeydlərimi normal qəbul etdilər. Hər halda, heç birindən bu qeydlərimə nə yazılı, nə şifahi etiraz görmədim, hətta barələrində bəhs etdiklərimdən bir çoxu məni bu yazıya görə təbrik etdilər, o cümlədən İsa Hüseynov və Sabir Əhmədov.

    – “Nəsrin fəzası” məqaləsi nəzəri-estetik yöndən təsdiq edir ki, yarım əsr öncə dünya səviyyəli nəsrimiz olub. Məntiqlə, 90-lardan sonrakı ədəbiyyat irəliyə doğru növbəti addım olmalıydı – axı, bədii söz özgürlük qazanmış, qapalı sovet toplumundan açıq dünya kültürü alanına keçmişik. Amma bir-iki istisnanı çıxmaqla əksinə oldu. Sizcə, nə üçün? Nəhəng tarixi olayların bədii fakta çevrilməsi vaxt istəyirmi? İstedad amili yoxa çıxırmı? Sartrın dediyi kimi, yazıçı potensialının üzə çıxması üçün sovet dönəmində olduğu kimi maneə divarı lazımdırmı? Bir sözlə, özgürlük və ədəbiyyatın gəlişməsi tərs mütənasibdirmi?

    – Doğrusu, bu suala cavab vermək mənimçün asan deyil. Mən də altmışıncılar nəslinə mənsubam və bu nəslin uğurlarından danışanda bunu subyektiv, təəssübkeş yanaşma sayanlar olur. Bəzən hətta daha əvvəlki və daha sonrakı nəsillərə mənsub olanlar altmışıncıların uğurlarına müəyyən qısqanclıqla yanaşırlar. Bu baxımdan altımıncıları sovet vaxtı “antisovet” müəlliflər kimi, müstəqillik dövründə isə “sovet yazıçıları” kimi qələmə verməyə cəhdlər olunub. (Örnəkləri o vaxtın və indinin qəzetlərində durur). Yalnız bir fakt. Hardasa Alber Kamyunun Nobel nitqində başqa bir nobelçi Andre Jiddən rəğbətlə və razılaşaraq gətirdiyi sözləri xatırlatmışdım: “Sənət əsarətdə canlanır, azadlıqda solur”.

    Heç də mənim olmayan, amma qismən razılaşdığım bu sitata görə məni nələrdə ittiham etmədilər: az qala azadlığa düşmən kəsilməyimdə, senzuranı bərpa etmək niyyətində.

    Andre Jidin və Alber Kamyunun bu şərikli qənaətində müəyyən ifrat olsa da, mühüm fikir budur ki, əsarət sənətin müqavimət, dirəniş gücünü artırır. Ölçüsüz-biçisiz azadlıq isə bəzən məsuliyyətsizliyə səbəb olur.

    Doğrudan da, sərt sovet dövrünün ideoloji qadağaları, senzura yasaqları hökm sürərkən altmışıncı-yetmişinci illərdə həqiqi ədəbiyyatımızın müqavimət, dirəniş, etiraz gücü parlaq əsərlərin yaranmasıyla təsdiq olundu.

    – İsa Muğanna, Sabir Əhmədli, Anar, Maqsud İbrahimbəyov, Elçin, Rüstəm İbrahimbəyov, Yusif Səmədoğlu, Əkrəm Əylisli, İsi Məlikzadə… Öz aralarındakı bütün umu-küsülərə, bəzən ictimailəşən dartışmalara baxmayaraq, ali insani dəyərlərə çağırış ideyası bu istedadlar pleyadasının yaradıcılığından qırmızı xətlə keçir. Bəs, necə oldu ki, 90-cı illərdən sonra həyatın sərt həqiqəti ilə toqquşanda bəzilərində hər şey öz yönünü dəyişdi? Sovet senzurasının qınağından çıxan modern bədii nəsrimiz, sizcə, zamanın sınağından da çıxa bildimi?

    – Heç kəsin xətrinə dəymədən demək istəyirəm ki, müstəqillik illərində ayrı-ayrı uğurlu əsərlər meydana çıxsa da, küll halında böyük ədəbiyyat yaranmadı. Məsələ bundadır və bunu heç kəs inkar edə bilməz.

    Bunun obyektiv səbəbləri çoxdur. Sovet dövründə yalnız ədəbiyyatın az-çox – deyə bildiyi həqiqətlərin indi mediada sərbəst çatdırılması, əyləncəli ucuz seriallarla baş qatan televiziya kanallarının, məsuliyyətsiz internetin, şok şou-şayiələrlə, birgünlük şlyagerlərlə dopdolu növbənöv saytların ciddi sənətlə rəqabəti, yeni nəsillərin “klip” şüuru, yəni uzun-uzadı əhvalatlardan bezib daycest şəklində sıxılmış mətnləri qəbul etməsi və s. və i. a.

    Amma məsələ ondadır ki, bütün bu sadaladığım səbəblər, təbii ki, tək Azərbaycana deyil, Rusiyaya və ümumiyyətlə, çağdaş dünya ədəbiyyatına da şamil edilə bilər. Bu gün müasir ədəbiyyatda Çingiz Aytmatov, Şukşin, Trifonov, Rasputin, Aksyonov miqyaslı ədiblər yoxdur.

    – “Söz dünyası”nın adı nə qədər sadə və iddiasızdırsa, daxili quruluşu bir o qədər orijinaldır. Burda həm özünüzün başqalarına dair yazıları, həm də onların sizin haqqınızda yazıları yer alıb. Seriyanın dördüncü cildində başqalarına bol-bol istinadların səbəbini belə səciyyələndirirsiniz.

    “Hər kəs yazısının məsuliyyətini bilməlidir. Bu bir.

    Ədəbi meyarları, bədii ölçüləri siyasi münasibətlərə qurban vermək olmaz. Bu iki.

    Bu gün yazı yazanda dünən nə yazdığını da unutmamalısan, sabah nə yazacağını da düşünməlisən. Bu üç.

    Hissə qapılıb bir şey yazmaq, sonra yazdığının peşmançılığını çəkmək, daha sonra vəziyyət dəyişəndə peşmançılığının peşmançılığını çəkmək mənəvi iflasdır. Bu dörd.

    Yazılana pozu yoxdur. Bu da beş”.

    Bu müddəaları kitabın əsas ideyası saymaq olarmı? Öz müddəalarınızda həddən artıq sərt, tələbkar deyilsinizmi? İnsanın öz suçunu anlayıb, peşmançılıq çəkməsi mənəvi təkamül göstəricisi ola bilməzmi?

    – Cildlərin mahiyyətini dəqiq müəyyənləşdirmisən. Doğrudan da, bu cildlərdən çıxan yeganə olmasa da, mühüm nəticələrdən biri seçdiyin söz sənətinə məsuliyyətli yanaşmaq öhdəliyidir. Bu fikir kitabda gətirdiyim beş prinsipə əsaslanır. Bu gün bir şey yazanda dünən yazdığını da xatırla, sabahı da düşün… Çünki, doğrudan da, yazılana pozu yoxdur.

    Təbii ki, insanın ömrü boyu fikirləri, hətta mövqeləri dəyişə də bilər. Amma bugünkü fikrinə görə dünənki fikrini büsbütün unutmaq, ya unutdurmağa çalışmaq insanın öz vicdanı qarşısında səbatsızlığıdır. Bu, xüsusilə siyasi mövqeyə aiddir. “Dünən elə düşünürdüm, bu gün belə düşünürəm” deyə münasib məqamda sifətini yüz səksən dərəcə dəyişmək konyukturçuluqdur.

    Söhbətləşdi: Əsəd CAHANGİR

    (Davamı gələn sayımızda)

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Keçmişə gələcək naminə – Səlim BABULLAOĞLU

    2014-2022-ci illərdə tərcümə işinin vəziyyəti: Azərbaycan Yazıçılar Birliyinin nəşrləri əsasında

    Əvvəli burada

    Gerçəkləşdirilən layihələr çərçivəsində (Rusiya Yazıçılar Birliyi ilə imzalanan “Əməkdaşlıq Memorandumu” və Monteneqro yazıçıları ilə razılaşma əsasında) Mərkəz “Ədəbiyyat qəzeti” və “Ulduz” jurnalında “Rusiya” “Moldoca” və “Monteneqro” xüsusi buraxılışlarını hazırlayıb. Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin iştirakı, tövsiyyələri ilə hazırlanan “Monteneqro” buraxılışında (“Ulduz” jurnalı) “poeziya” bölməsində Slobodan Vukanoviç, Miraş Martinoviç, Boris Yovanoviç, Bojidar Proroçiç, Lena Rut Stefanoviç və Tanya Bakiçin şeirləri, “nəsr bölməsində” isə Borislav Çimeşa, Faiz Softiç, Boqiç Rakoviç, Nataşa Rakoçeviç Juriç və Blaqoye Vuyusiçin hekayələri (tərcüməçilər Səlim Babullaoğlu, Elxan Zal, Fərid Hüseyn, Qismət Rüstəmov, Məqsəd Nur, Alpay Azər, Dürdanə İbrahimova və Nəcibə Bağırzadədir) yer alıb.

    “Ədəbiyyat qəzeti”ndə yer alan “Çağdaş rus ədəbiyyatı” xüsusi buraxılışında isə on rus müəllifinin – N.İvanov, S.Qlovyuk, S.Makarova, V.Kiryuşin, Y.Kozlov, İ.Kovalyova, V.Latınin, A. Vitakov, A.Yexalov və A.Trapeznikovun şeir və hekayələri dərc edilib.

    Bu yerdə “Ədəbiyyat qəzet”i və “Ulduz” jurnalına Mərkəzlə mütəmadi əməkdaşlığına görə təşəkkür etmək istərdim.

    Öz növbəsində “Dni literaturı” qəzeti “Çağdaş Azərbaycan ədəbiyyatı” xüsusi buraxılışı nəşr edib və Rusiya Yazıçılar İttifaqı İdarə Heyətinin sədri Nikolay İvanovun “ön sözü” ilə açılan nəşrdə, “esse” bölümündə Anar və Azər Turanın məqalələri, “nəsr” bölümündə Kamal Abdulla, Çingiz Abdullayev, Əjdər Ol, Məqsəd Nur, Novruz Nəcəfoğlu və Ülviyyə Tahirin hekayələri, “poeziya” bölümündə Firuzə Məmmədli, Leyla Əliyeva, Qismət, Fərid Hüseyn, Alik Əlioğlu, Səxavət Sahilin şeirləri, “ədəbiyyatşünaslıq” bölümündə isə akademik İsa Həbibbəyli və filologiya elmləri doktoru Elnarə Akimovanın tənqidi məqalələri yer alıb.

    İkinci istiqamət üzrə də AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi məruzə dövründə bəzi işləri görməyə çalışıb, coxsaylı təşəbbüslər edib, bir çox layihələri həyata keçirib ki, elə indicə haqqında danışdığım “Dni literaturı” qəzetinin “Çağdaş Azərbaycan ədəbiyyatı” xüsusi buraxılışı məhz bu yöndəki işlərə aiddi. Amma daha başqa layihələr barədə danışmaq istərdik.

    Əvvəla, mərkəz Ukrayna (“Vsesvit” jurnalı), Rusiya (Yazıçılar İttifaqı), Serbiya (Yazıçılar Birliyi), Moldova (Yazıçılar Birliyi), Oman ( Mədəniyyət Klubu) və İranın (Mədəniyyət Mərkəzi), habelə müxtəlif ədəbiyyat qurumları – yazıçılar təşkilatları, mədəniyyət-sənət assosiasiyaları, jurnallarla “əməkdaşlıq sənədi” imzalayıb. Ölkəmizin Rusiya, Ukrayna, Moldova və Serbiyadakı səfirlikləri, adıçəkilən ölkələrin ölkəmizdəki səfirlikləri və mədəniyyət müəssisələri, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzi, Moldova Azərbaycanlıları Konqresi, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi, Bakı Yunus Əmrə İnstitutu, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ilə əməkdaşlıq edib. Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Diasporaya Dəstək Fondu ilə fəaliyyətini əlaqələndirib. Milli ədəbiyyatın təbliği istiqamətində bu qurumlarda əksər hallarda tövsiyyə səciyyəli, bəzən isə təşkilati dəstək alıb.

    Bu səbəbdəndir ki, məruzə dövründə Ukraynanın məşhur “Vsesvit” tərcümə jurnalı özünün bir sayını (özü də özünün yubiley sayını) bütünlüklə Azərbaycan ədəbiyyatına həsr edib, həmin sayda 62 azərbaycanlı yazıçı və şairin əsərinə yer verib və bu xüsusi sayı 2015-ci ildə Ukrayna Xarici İşlər Nazirliyində azərbaycanlı ədiblərin iştirakı ilə təqdimatını gerçəkləşdirib.

    Yaxud, Moldovada 30-dan artıq nasiri əhatə edən “Azərbaycan nəsri antologiyası” çap olunub, 2018-ci ildə “Moldovada Azərbaycan Ədəbiyyatı Günləri” çərçivəsində digər nəşrlərlə yanaşı həmin kitabın təqdimatı gerçəkləşdirilib.

    Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı və adı yuxarıda keçən strukturların dəstəyi ilə Bakıda Ukrayna, Moldova, İran ədəbiyyatı günləri təşkil edilib, 8 ölkədən 12 ədəbiyyatçının iştirakı ilə “I Bakı Beynəlxalq Poeziya Festivalı” keçirilib.

    Onlarla ədibimizin kitabları və əsərləri Polşa, Ukrayna, Rusiya, Türkiyə, Moldova, Gürcüstanda nəşr edilib, onların sırasından bir çoxunun müxtəlif formatlı beynəlxalq ədəbiyyat tədbirlərində iştirakı təmin edilib.

    “Nəsimi ili” çərçivəsində dahi şairimizin qəzəl və rübailəri ilk dəfə olaraq rumın dilinə tərcümə edilərək Moldovada nəşr edilib və nəşrin təqdimatı Kişineuda gerçəkləşib.

    “Azərbaycan qadın şeiri antologiyası” ingilis və italyan dillərində nəşr edilib ki, mərkəz bu nəşrin hazırlanmasında iştirak edib.

    Yaxud 2020-ci ildə, pandemiyanın tüğyan etdiyi bir vaxtda “Evdə qal” kampaniyası çərçivısində 20 ölkədən 24 şairin iştırakı ilə onlayn poeziya festivalı gerçəkləşdirib və tanımış şairlər videoformatda öz şeirlərini oxuyublar ; layihə Azərbaycan Dövlət Televiziyası və Real TV ilə birgə gerçəkləşidirilib.

    Azərbaycan ədəbiyyatının və ədiblərinin xaricdə tanıdılması, təbliği işləri çərçivəsində Mərkəzin gerçəkləşdirdiyi xüsusi bir layihənin üzərində dayanmaq istərdik. Bu da qardaş Tükiyə ədəbi mühitinin özünəməxsus dəsti-xətti ilə seçilən tanınmış “Təmrin” dərgisi ilə Mərkəzin ortaq nəşrləridir. Belə ki, “Təmrin” dərgisi son 2 ildə görkəmli Azərbaycan ədibləri və maarifçilərinə həsr edilmiş xüsusi buraxılışlarını hazırlayıb. Bu sırada Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Mikayıl Müşfiq, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Anar, Şirməmməd Hüseynov, Nurəngiz Gün və Çingiz Abdullayev və başqa həm klassik, həm də çağdaş ədib və aydınlarımızın adı var. Hər bir sayı müəlliflərimizi Türkiyə ədəbi mühitində tanıtmaq üçün xüsusi əhəmiyyətə malik ciddi mənbə olan bu buraxılışlar millət vəkili Cavanşir Feyziyevin dəstəyi, tərcüməçilər Ömər Küçükməhmədoğlu və Abdulqədir Özqanın zəhməti, naşir və ədəbiyyatımızın dostu Şərəf Yılmazın sayəsində, Bəxtiyar Səlimovun iştirakı ilə hazırlanıb.

    Məruzə dövrü Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Zəfər savaşına təsadüf elədi və biz az əvvəl “Dünya ədəbiyyatı” dərgisinin nəşriyyat planlarından bəhs edərkən biz bu barədə danışdıq. Amma Zəfər tariximizlə bağlı Mərkəzin bilavasitə iştırakı ilə hazırlanan və xaricdə nəşr edilən daha iki nəşr barədə də danışmaq istərdik. İlk nəşr Ukrayanada, Dmitro Buraqo Nəşriyyat Evində gerçəkləşdi. Ukraynadakı səfirliyimiz, səfir və Xalq yazıçısı Elmira Axundovanın təşəbbüsü, eləcə də Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanovun dəstəyi ilə yazıçılarımızın Qarabağ mövzusuna həsr edilmiş roman, povest və hekayələrin toplandığı “Bayraqdar” antologiyası işıq üzü gördü.

    Antologiyada Xalq yazıçısı Elçinin, Məmməd Orucun, Azər Abdullanın, Elçin Hüseynbəylinin, Günel Anarqızının, Vaqif Sultanlının, Kamran Nəzirlinin, Samirə Əşrəfin və Mirmehdi Ağaoğlunun əsərləri yer alıb. Elmira Axundovanın geniş və məzmunlu “ön söz”ü ilə açılan antologiya Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində tərtib edilib. 2020-ci ilin son günlərində işıq üzü görən kitabın bir neçə ay sonra Kiyevdə təqdimat mərasimi də baş tutub.

    Daha bir kitab isə lap bu günlərdə işıq üzü görüb və cari ilin may ayının 28-də Monteneqroda, Podqoritsa şəhərində təqdim edilib. Mərkəzin iştirakı və tövsiyyələri ilə tərtib edilən “Qarabağ: Tale hekayələri” adı ilə Monteneqro dilində nəşr olunan topluya Xalq yazıçısı Elçin, Azər Abdulla, Vaqif Sultanlı, Elçin Hüseynbəyli, Kamran Nəzirli, Günel Anarqızı, Şərif Ağayar, Ataqam, Mirmehdi Ağaoğlu və Xəyyam Rəfilinin hekayələri daxil edilib. Kitab Podqoritsa şəhərində fəaliyyət göstərən Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin iştirakı və Azərbaycan Diasporuna Dəstək Fondunun köməyi ilə ərsəyə gəlib. Dragana Pantoviçin tərcümə etdiyi toplunun tərtibçisi və “ön söz”ün müəllifi Səlim Babullaoğlu, məsləhətçiləri Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə, tərcüməçi və şair Bojidar Proroçiçdi.

    Yeri gəlmişkən, son olaraq Mərkəzin bir neçə işini də qeyd etmək lazımdır. Onlardan biri yenə də Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin iştirakı və dəstəyi ilə hazırlanan “Müasir Azərbaycan ədəbiyyatı” antologiyasıdır ki, “nəsr” bölümünə Anar, Çingiz Abdullayev, Əyyub Qiyas, Məqsəd Nur, İlqar Fəhmi və Müşfiq Xanın hekayələri, “poeziya” bölümünə isə Nurəngiz Gün, Vaqif Səmədoğlu, Elxan Zal Qaraxanlı, Rəşad Məcid, Qulu Ağsəs, Nigar Həsənzadə, Leyla Əliyeva, Qismət Rüstəmov, Fərid Hüseyn və Şəhriyar Del Geraninin şeirləri daxil edilib.

    Mərkəzin rusiyalı və ukraynalı tərəfdaşları ilə lap bu günlərdə gerçəkləşdirdiyi son iki layihə barədə də danışaq. Birinci, Moskvada nəşr olunan “Müstəqillik illəri Azərbaycan nəsri” antologiyasıdır. Akademik İsa Həbibbəylinin “giriş sözü” ilə açılan antologiyaya Anar, Elçin, Kamal Abdulla, Çingiz Abdullayev, Afaq Məsud, Seyran Səxavət, Əjdər Ol, Elçin Hüseynbəyli, Rəşad Məcid, Meyxoş Abdulla, Məqsəd Nur, İlqar Fəhmi, Varis, Alpay Azər, Şərif Ağayar və Mirmehdi Ağaoğlunun hekayələri daxil edilib.

    İkincisi isə Ukraynanın daha öncə adını xatırlatdığım “Vsesvit” tərcümə jurnalının bir neçə gün əvvəl işıq üzü görmüş (müharibə səbəbindən jurnal nəşr olunmurdu) sayında Rəsul Rza, Vaqif Səmədoğlu, Nurəngiz Gün və Qulu Ağsəsin şeirlərinin dərc olunmasıdır ki, bu işdə də ədəbiyyatımızın dostu, daimi tərəfdaşımız, tanınmış ukraynalı ədəbiyyatşünas və tərcüməçi Dmitro Drozdovskinin əməyi var.

    Əziz dostlar, dəyərli həmkarlar!

    Məruzə sona yaxınlaşır və bir vaxtlar yazaçı, jurnalist Sərdar Aminlə söhbətimizin bir fraqmentini xatırlayıram. Ünvalanan suallardan biri belə idi : “Ədəbiyyat mübadiləsi, ədəbi əlaqələr zamanı yəqin ki, bəzi reallıqlar sizə aydın olur. Hansı ölkədə Azərbaycan ədəbiyyatına marağın, gözləntinin daha artıq olduğunu müşahidə etmisiniz?” Cavabı azacıq redaktə ilə yenidən sizin üçün səsləndiririk: “Dünyada “İngilis ədəbiyyatı” adlı bir kateqoriya mövcuddur. Məsələn, Rusiyada onminlərlə oxucu bu ədəbiyyatın çağdaş bədii nümunələrinin rus dilinə tərcüməsini gözləyir…Amma Azərbaycan ədəbiyyatını gözləyən hansısa ölkə oxucusu, toplumun olduğunu güman etmirəm. Yox, bu qətiyyən o demək deyil ki, bizdə yazılan bədii mətnlərin səviyyəsi aşağıdır. Məşhur bir düstur var: “Sənətin, sənətkarın taleyini çox vaxt dilin taleyi həll edir”. Təbii ki, yaranan mətnlərin də. Deyirlər Tolstoyu rus imperiyası həm də süngülərinin ucunda aparıb dünyaya. Və eyni zamanda biz özündən müştəbehliyi, ölkəmizin, dilimizin mövqeyindən, taleyindən hər hansı şikayəti də istisna eləmək istərdik. Amma bilməliyik ki, böyük dövlətlər həm iqtisadiyyatlarını, həm də sənətlərini bir kateqoriya halına gətirməyi bacarıblar. Böyük dövlətlər bu sahədə çox irəlidədir. Biz hələ ki, bunu bacarmamışıq. Bəli, biz həm də Azərbaycan avtomobilini də yarada bilməmişik ki, hansısa ölkədə bizim avtomobilmizi gözləyən insanlar olsun. Bununla yanaşı, biz Ukraynada və digər MDB ölkələrində zövqünə inandığımız insanlar tərəfindən Azərbaycan ədəbiyyatının, şeirinin, kinosunun təqdirlə qarşılandığını görmüşük. Hətta bəzilərinin “bizdə bu cür filmlər çəkilmir”, “bizdə təəssüf ki, belə şeirlər yazılmır”, – dediklərini də şəxsən mən eşitmişəm. Hətta mən fərdi və kollektiv fəaliyyətimiz çərçivəsində dəfələrlə həm klassik, həm də çağdaş yazıçılarımızın, şairlərimizin mətnlərini yolladığım xarici ünvanlardan müsbət rəylər almışam. Amma ölkə ədəbiyyatının dünyaya çıxması çox ağır mexanizmdir və ağır məsələdir. Bu, bir az da siyasi məsələdir…”

    Bu fikirlərə hər hansı xüsusi əlavə etmədən bir şeyi bildirmək istəyirik ki, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi milli ədəbiyyatımızı təbliğ işində dünya ədəbiyyatları tarixində sınanmış daha bir üsuldan da istifadə edib bu dövrdə. Belə ki, mövcud praktikalarda çağdaş milli ədəbiyyatların istedadlı və görkəmli nümayandələrinin adına beynəlxalq ədəbiyyat mükafatları və müsabiqələri təsis etmək, dünya yazarlarını bu prosesə cəlb etmək, sonradan isə həmin ədiblər vasitəsilə ən azı həmin ədibin yaradıcılığını tərcümə və təbliğ edə bilməkdir.Təbii ki, söhbət ünvanların və adına mükafat təsis edilən milli ədiblərin ciddiliyi halında mümkündür. Elə bu məqsədlə biz Həsən bəy Zərdabi İrs Mərkəzi ilə bərabər “Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü” təsis etdik və mükafatı 2020-ci ildə, sentyabırn 21-ində, XX əsrin II yarısı Azərbaycan şeirinin ən güclü poetik səslərindən olan unudulmaz Nurəngiz Günün doğum günündə “Poetik uğurlarına və ədəbi prosesə töhfələrinə görə” formulu ilə İtaliyadan Laura Qaravaglia, Türkiyədən Gülsüm Cengiz, Özbəkistandan Xasiyyət Rüstəmova, Moldovadan Nikolae Spetaru, Monteneqrodan Bojidar Proroçiç kimi tanınmış, ciddi ədəbiyyatçılara təqdim elədik. Həmin ədiblər də öz növbəsində həm Nurəngiz Günün yaradıcılığına, həm də bütövlükdə çağdaş Azərbaycan ədəbiyyatına diqqət ayırdılar, şairənin mətnlərini və haqqında yazılanları beş dilə – türk, italyan, monteneqro, rumın və özbək dillərinə çevirərək Türkiyədə “İnsancıl” dərgisində, İtaliyada Komo Beynəlxalq Poeziya Evinin saytında, Kişineuda “Revista Literaru” qəzetində, Monteneqronun www.montenegrino.net, www.skalaradio.net və başqa məşhur saytlarda, Özbəkistanda nəşr olunan “Kitab dünyası” qəzetində çap etdirdilər. Eyni zamanda biz adıçəkilən şairlərin poetik mətnlərini şairənin öz şeirləri açılan “Nurəgiz Gün Beynəlxalq Poeziya Ödülü”nün ilk antologiyasına daxil etdik.

    Mükafatlardan söz düşmüşkən, 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı, türkoloq Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olundu. Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Bədii Tərcümə Mərkəzinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının xaricdə təbliği ilə məşğul olan, eləcə də dünya ədəbi nümunələrini dilimizə çevirmiş, həmçinin ədəbi əlaqələr sahəsində mühüm işlər görmüş bir qrup tərcüməçi, naşir və ədibə XX əsr Azərbaycan siyasi fikrində dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun adını daşıyan diplom və pul mükafatı təqdim elədi. Mükafatçılar sırasında filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, prof. Cavanşir Yusifli, ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli, Azərbaycan ədəbiyyatı nümunələrinin polyak dilinə tərcüməsinə görə tərcüməçi İlahə Kərimova və Azərbaycan ədəbiyyatı nümunələrinin İranda təbliği və nəşri işinə görə naşir Səid Muğanlı da vardı.

    “Son söz yerinə”

    Bəzən haqlı-haqsız, yerli-yersiz “tərcümə ədəbiyyatı”nın vacibliyi dartışılır, xeyli, yalnışlığı səbəbiylə cavabı olmayan “bu lazımdırmı?”, “nəyə lazımdır?” kimi suallar verilir. İndi əlbəttə bu sualların cavab axtarışına çıxmaq vaxtı deyil. Amma bir informasiyanı diqqətinizə çatdırmaq istəyirik. Rusiyanın İndividuum nəşriyyatı ingilis iqtisadçısı Deniel Sasskindin süni intellekt dövründə əməyin avtomatlaşdırılması ilə bağlı 350 səhifəlik əsərini insan iştirakı olmadan, Yandex/Perevodchik alqoritminin köməyi ilə 40 saniyəyə çevirib. Kitabın adı belədir “İşsiz gələcək” (“Buduhee bez rabotı”). Düzdür, sonradan kitab üzərində redaktor da çalışıb. Biz “süni intellekt”in insanı sürətlə sıxışdırdığı bir dövrə qədəm qoymuşuq. Hərçənd düşünürük ki, bu süni intellekt bədii mətnlərə də baş vuracaqsa, fikrimizcə ən uğurlu bədii tərcümələr və yazılar “orta səviyyəli bədii stilizasiyadan”, təqliddən o yana keçməyəcək. Doğrudur, deyə bilərsiz ki, təqlid və stilizasiya onsuz da var, qaçılmazdır və biz də razıyıq, həm də bu məsələyə “cərəyan və “izm”lərin səthi anlaşılması və milli ədəbi mühitə idxalı”ndan danışarkən ötəri də olsa toxunduq.

    Amma bədii ədəbiyyat, bütün formal tərəfləri öz yerində, ilk növbədə əllə toxunulması mümkün olmayan insan ruhunun və ağlının inikasıdır. Məhz bu ruh və ağıl həm yazmağa, həm yazılanları çevirməklə anlamağa, daha başlıcası yazılanların arasından doğrunu və lazım olanı seçməyə bizə imkan verən yeganə vasitədir. Mətn həmişə keçmişdədir, gözəl keçmişdə və tərcümə işi bizə o gözəl keçmişə gələcək naminə düzgün baxmağa imkan verən işdir. Əks təqdirdə nə yazmağın, nə də tərcümə işinin bir mənası olardı. Adi arifmetik hesablamaya görə ən uzunömrlü insan belə, həyatı boyu 45 mindən artıq kitab oxuya bilməz, dünyada isə – google-un hesablamalarına görə – hər il 130 milyon adda kitab nəşr edirlir; düşünürük ki, bu rəqəm ən azı 5 dəfə çoxdur, çünki mövcud hesablamalar İSBN-i olan və beynəlxalq şəbəkələrdə qeydiyyata düşən kitablar əsasında aparılıb.

    Qarşıda duran mühüm vəzifələrdən birincisi də “düzgün kitabları” müəyyənləşdirməkdir.

    Biz bu məruzəni hazırlayarkən bir qrup tanınmış ədib və tərcüməçilərimizə hansı müəlliflərin əsərlərini əsaslı tərcümə etməli olduğumuzla bağlı sorğu göndərdik. Sağ olsunlar, Əsəd Cahangir, Seyfəddin Hüseynli, Qismət, Nadir Qocabəyli, Rasim Qaraca, Etimad Başkecid, Əyyub Qiyas və Aqşin Yenisey sorğumuzu cavablandırdılar və sorğumuza cavabları əsasında belə bir siyahı tərtib elədik: ” Rene Genon, Yulius Evola, Daniil Andreyev, Frityof Şuon, Delez Qvattari, Zizek Slavoj, Marsel Prust (çevrilməmiş əsərləri) , Edvard Taylor, Andre Jid, Tomas Bernhard, Otto Veyninger, Mişel Fuko, Rolan Bart, Jak Derrida (çevrilməmiş əsərləri), İtalo Kalvino və Milan Kunderanın (çevrilməmiş əksər romanları, esseləri), Cozef Konrad, Henri Ceyms, Robert Müzil, Ford Medoks Ford, Jorj Perek, Cefri Yevgenides, Conatan Safran Foyer, Mark Danielevski, Ezra Paund, Derek Uolkott, Ted Hyuz, Oktavio Pas, Filip Larkin, İosif Brodski, Çeslav Miloş, Rene Jirar, Harold Blum, Teodor Adorno, Ziqmunt Bauman, Susan Sontaq, Terri Eaqlton, Henri Miller, Ulyam Preskot, Osvald Şpenqler, Con Milton…”

    Biz siyahını tam şəkildə vermirik. Hələ 2004-cü ildə tərcümə ilə bağlı ilk dəfə məruzə edəndə bu yuxarıda sadalanan müəlliflərin bir çoxunun adını eyni siyahıda çəkmiş və belə bir fikir səsləndirmişdik: “…Amma “Uliss” (Ceyms Coys) dilimizə hələ də çevrilməyib. Bir az keçsə biz romanın romanın dilimizə tərcümə olunmamasının 100 illiyini də qeyd edə bilərik…”. Həmin o “bir az”, 18 il keçib artıq və biz 101 illiyi böyük təntənə ilə qeyd etməyə hazırlaşmalıyıq.

    22 iyun, 2022-ci il

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasından 111 il ötür

    Mirzə Əjdər oğlu İbrahimov (15 (28) oktyabr1911Cənubi Azərbaycan – 17 dekabr1993Bakı) — Azərbaycan ittifaqı yazıçısı, dramaturq, ictimai xadim Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945). Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR xalq yazıçısı (1961), “Stalin” mükafatı laureatı (1951), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979). Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954–1958), Azərbaycan SSR Maarif naziri (1942–1946), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1948–1954), birinci katibi (1965–1976), 1937–1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə), , Azərbaycan SSR Ali Sovetinin (3–4-cü, 6–7-ci və 9-cu çağırış) deputatı, SSRİ xalq deputatı (1989).[1]

    Həyatı[redaktə | mənbəni redaktə et]

    Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də İranın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində (indiki İran İslam Respublikası, Şərqi Azərbaycan ostanıSərab şəhristanı, Şərəbiyan dehistanı, Eyvaq kəndi) anadan olmuşdur. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. Əvvəlcə anası, sonra isə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib çörək pulu qazanmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1926–1930-CU

    illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır.

    Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

    Mirzə İbrahimovun yaşadığı evin fasadına vurulmuş barelyef

    Mirzə İbrahimovun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr olunmuşdur. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya — Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olmuş, “Giqantlar ölkəsində” adlı oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — “Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərmişdir (1933). “Həyat” (1935) pyesi bu dövrün bəhrəsidir.[2]

    1935–1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942–1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.

    İkinci dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə (“Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “Qaçaq”, “Cənub hekayələri” silsiləsi — “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, “İki həyat”), povest (“Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı”) və romanlarla (“Gələcək gün — (1948), “Böyük dayaq” (1957), “Pərvanə”) yanaşı, səhnə əsərlərini qələmə almışdır: “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941) pyeslərindən iyirmi il fasilədən sonra “Kəndçi qızı” (1961) (əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür), “Yaxşı adam” (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən “Közərən ocaqlar” (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. U.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A. N. Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, A. Satramovun “Kişilərə inanmayın”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.

    O, milli filoloji elmi kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin “Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanunu qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olmuşdu. Onun sayəsində Azərbaycan SSR-də fəaliyyət göstərən rus, erməni və gürcü dilli məktəblərdə Azərbaycan dilinin tədrisi qanunlarda rəsmiləşdirildi.[3] Həmçinin onun “Azərbaycan dili dövlət idarələrində” adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilmişdir.

    Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı Idarə Heyətinin Sədri (1948–1954), birinci katibi (1965–1976), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965–1976), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1947–1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954–1958) vəzifələrində işləmiş,[4] Azərbaycan KP XIV-XXVIII qurultaylarında MK üzvü seçilmişdir. Ümumdünya parlamentlərarası ittifaqın konqresi (Helsinki, 1955; Banqkok, 1956), Ümumdünya sülh tərəfdarları konqresi (Stokholm, 1958) və s. beynəlxalq məclislərin iştirakçısı olmuşdur. O, Sov.İKP XX–XXI və XXIII–XXIV qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya), Suriya (Dəməşq), Zambiya (Lusaka) ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olmuşdur. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirmişdir.[5] BMT-nin apartheyd əleyhinə mübarizə komitəsinin iclasında (Nyu York, 1978) çıxış etmişdir.

    Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yaranmasında ciddi əməyi olmuşdur (1946–1954).[6] Sonralar institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq etmiş (1960–1970), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946–1954) və SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965–1975) olmuşdur. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir (1991). Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixinin redaksiya heyətinin üzvü olmuşdur. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur.[7] Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olmuşdur.[8]

    1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

    Mükafatları[redaktə | mənbəni redaktə et]

    Xatirəsi[redaktə | mənbəni redaktə et]

    5 fevral 1996-cı ildə Azərbaycanın xalq yazıçısı, görkəmli ictimai-siyasi xadim Mirzə İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə ilə əlaqədar qərar qəbul edilmişdir.[11].

    Əsərlərinin nəşri[redaktə | mənbəni redaktə et]

    1. Giqantlar ölkəsi. Bakı: Azərnəşr, 1932, 32 səh.
    2. Həyat üçün. Bakı: Azərnəşr, 1934, 115 səh.
    3. Həyat(pyes). Bakı: Azərnəşr, 1937, 107 səh.
    4. Həyat (pyes). Bakı: Azərnəşr, 1938, 110 səh.
    5. Böyük demokrat (Molla Nəsrəddin). Bakı: Azərnəşr, 1939, 160 səh.
    6. Həyat və ədəbiyyat. Bakı: Azərnəşr, 1947, 213 səh.
    7. Azad. Bakı: Uşaqgəncnəşr, 1949, 20 səh.
    8. Gələcək üçün. Bakı: Azərnəşr, 1949, 157 səh.
    9. Gələcək gün (roman). Bakı: Azərnəşr, 1949, 753 səh.
    10. .Salam sənə Rusiya! Bakı: Azərnəşr, 1950, 87 səh.
    11. Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: Azərnəşr, 1954, 406 səh.
    12. Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: Azərnəşr, 1954, 323 səh.
    13. Gələcək gün. Bakı: Azərnəşr, 1956, 622 səh.
    14. Seçilmiş əsərləri (dörd cilddə). III c. Bakı: Azərnəşr, 1956, 622 səh.
    15. Azərbaycan dili (məqalələr). Bakı: Azərb. SSR EA Nəşriyyatı, 1957, 74 səh.
    16. Böyük dayaq (roman). Bakı: Uşaqgəncnəşr, 1957, 582 səh.
    17. Sarı sim (xatirələr, məqalələr, oçerklər). Bakı: Azərnəşr, 1958, 301 səh.
    18. Mədinənin ürəyi (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 213 səh.
    19. Xəlqilik və realizm cəbhəsindən (məqalələr). Bakı: Azərnəşr, 1961, 524 səh.
    20. Böyük şairimiz Sabir. Bakı: Azərb. SSR EA Nəşriyyatı, 1962, 38 səh.
    21. Murovdağın ətəyində (hekayələr). Bakı: Azərnəşr, 1964, 93 səh.
    22. Ədəbi qeydlər. Bakı: Azərnəşr, 1970, 299 səh.
    23. Pərvanə. Bakı: Azərnəşr, 1971, 703 səh.
    24. Seçilmiş əsərləri (dörd cilddə). IV c. Bakı: Azərnəşr, 1972, 455 səh.
    25. Əsərləri (10 cilddə). I c. Bakı: Yazıçı, 1978, 512 səh.
    26. Əsərləri (10 cilddə). II c. Bakı: Yazıçı, 1978, 504 səh.
    27. Əsərləri (10 cilddə). III c. Bakı: Yazıçı, 1979, 592 səh.
    28. Əsərləri (10 cilddə). IV c. Bakı: Yazıçı, 1979, 506 səh.
    29. Əsərləri (10 cilddə). V c. Bakı: Yazıçı, 1980, 339 səh.
    30. Əsərləri (10 cilddə). VI c. Bakı: Yazıçı, 1981, 376 səh.
    31. Əsərləri (10 cilddə). VII c. Bakı: Yazıçı, 1981, 332 səh.
    32. Əsərləri (10 cilddə). VIII c. Bakı: Yazıçı, 1981, 303 səh.
    33. Əsərləri (10 cilddə). IX c. Bakı: Yazıçı, 1982, 664 səh.
    34. Əsərləri (10 cilddə). X c. Bakı: Yazıçı, 1983, 507 səh.
    35. Pərvizin həyatı (hekayələr və povestlər). Bakı: Yazıçı, 1975, 248 səh.
    36. Pərvizin həyatı (povestlər və hekayələr). Bakı: Gənclik, 1981, 251 səh.
    37. Pərvanə (roman). Bakı: Yazıçı, 1984, 703 səh.
    38. Gələcək gün (roman). Bakı: Gənclik, 1973, 586 səh.
    39. Gələcək gün (roman). Bakı: Maarif, 1984, 472 səh.
    40. Niyəsiz, necəsiz bir yazısan sən. Bakı: Yazıçı, 552 səh.
    41. Anama deyərəm ha! (hekayələr və povestlər). Bakı: Gənclik, 1986, 336 səh.
    42. Tufanlara kömək edən bir qələm. Bakı: Azərnəşr, 197 səh.

    Tərcümələri[redaktə | mənbəni redaktə et]

    (ruscadan)

    1. N.Q.Çernışevski. Nə etməli? (Yeni adamlar haqqında roman). Bakı: Uşaqgəncnəşr, 1956, 180 səh.
    2. N.Q.Çernışevski. Nə etməli? (Yeni adamlar haqqında söhbətlər, roman). Bakı: Gənclik, 1974, 536 səh.
    3. Ş.Rəşidov. Qaliblər. Bakı: Azərnəşr, 1976, 378 səh.

    Haqqında olan ədəbiyyat[redaktə | mənbəni redaktə et]

    1. Quliyev E.M. İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri. Bakı: ADPU, 1997, 96 s.
    2. Anar. Tənha müəllimin son səfəri. Azərbaycan qəzeti, 1994, 2 fevral.
    3. Mirzə İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. Azərbaycan qəzeti, 1996, 6 fevral.
    4. Rəhimqızı S. Bir görüşün xoşbəxtliyi. Xalq qəzeti, 2002, 16 yanvar.

    Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

    1. Böyük dayaq (film, 1962)[12]

    Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

    İstinadlar[redaktə | mənbəni redaktə et]

    1.  Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 361.
    2.  “Arxivlənmiş surət”2016-03-12 tarixində orijinalından arxivləşdirilibİstifadə tarixi: 2014-07-28.
    3.  Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 355.
    4.  “Arxivlənmiş surət”2022-03-26 tarixində arxivləşdirilibİstifadə tarixi: 2014-07-28.
    5.  http://xezer.libmks.az/home/427-azyrbaycandn-xalq-yazdgdsd-mirzy-dbrahimovun-andm-ggngdgr.html[ölü keçid]
    6.  “Arxivlənmiş surət”2016-03-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2014-07-29.
    7.  “Arxivlənmiş surət”2014-08-06 tarixində orijinalından arxivləşdirilibİstifadə tarixi: 2014-07-28.
    8.  “Arxivlənmiş surət”2015-04-08 tarixində orijinalından arxivləşdirilibİstifadə tarixi: 2014-07-29.
    9.  Yazıçı M.Ə.İbrahimova Sosialist Əməyi Qəhrəmanı adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 oktyabr 1981-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
    10.  Yazıçı M.Ə.İbrahimovun Oktyabr Ordeni ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 21 oktyabr 1971-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
    11.  Mirzə İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1996-cı il tarixli Sərəncamı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
    12.  Nadir Bədəlov. “Bizim kino”. Həbib İsmayılovun “Böyük dayaq” filmi haqqında. 20.02.2016[ölü keçid]

    Mənbə[redaktə | mənbəni redaktə et]

    • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.

    Xarici keçidlər

  • “Kitabi-Dədə Qorqud”un Pakistanda urdu dilində nəşrinin təqdimatı keçirilib

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Kitabi-Dədə Qorqud”un Pakistanda urdu dilində nəşrinin təqdimatı keçirilib. Təqdimatda Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, professor Yusif Xuşk, Avrasiya Yazarlar Birliyinin başqanı, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın müxtəlif institutlarının direktorları və bir çox ziyalılar iştirak ediblər.

    Təqdimatı giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin konkret layihələr üzrə uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bu vaxta qədər çap olunmuş kitablar, keçirilmiş konfranslar, əməkdaşlıq müqavilələri, müxtəlif tədbirlər barəsində ətraflı məlumat verib. Qeyd edib ki, “Pakistan nümayəndə heyətini Gəncəyə, Nizami Gəncəvinin vətəninə aparmışıq. Müəyyən səbəblərdən hələ də Pakistanda Nizami Gəncəvini həm Azərbaycan, həm fars şairi kimi tanıyırlar. Biz bunun səbəbini başa düşürük. Sovet ittifaqı ilə Pakistan arasında “dəmir pərdələr” olub. Azərbaycan Nizami Gəncəvi haqqında həqiqətləri Pakistana çatdıra bilməyib. Nizami Gəncəvi haqqında məlumatlar bütün dünyaya, o cümlədən Pakistana İran vasitəsilə daxil olub. Siz də bilirsiniz ki, qədim və orta əsrlərdə fars dilində yazmaq ənənə idi. Hindistanda Əmir Xosrov Dəhləvi də farsca yazıb.

    Biz artıq sizinlə “Kitabi-Dədə Qorqud” layihəsini başa çatdırdıq. Bunun üçün sizə dərin minnətdarlığımı bildirirəm. İstərdim ki, ikinci layihəmiz Nizami Gəncəvi olsun. Biz əminik ki, qardaş Pakistan xalqı Nizami Gəncəvinin hansı xalqa mənsub olduğunu dünyaya göstərməkdə tərəddüd etməyəcək. Yayda “Kitabi-Dədə Qorqud”un urdu dilində çap ilə bağlı təklif etdik. Professor Yusif Xuşkun böyük səyləri ilə “Kitabi-Dədə Qorqud” ilk dəfə urdu dilində çap olunub. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli kimliyidir. Pakistan xalqı “Kitabi-Dədə Qorqud”u urdu dilində oxumaqla Azərbaycanı incəliklərinə qədər tanıyacaq. Bu iş Pakistan-Azərbaycan əlaqələrinə misilsiz töhfədir.

    Akademiyanın prezidenti kimi ilk tədbiri “Kitabi-Dədə Qorqud”a həsr etdik. Həm də ilk tədbirimizdə Azərbaycanı dövlət kimi ilk tanıyan Türkiyənin və Pakistanın nümayəndələri iştirak edir. İlk tədbiri Ədəbiyyat İnstitutunda keçirməyimiz də bir tarixdir”.

     Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, professor Yusif Xuşk eposun urdu dilində nəşri haqqında ətraflı məlumat verib: “Hazırda Azərbaycan Respublikasının Pakistandakı səfiri bizə çox kömək edir, əlaqələrimizin inkişafına səy göstərir. Azərbaycan yazıçıları üçün Pakistan yazıçıları yad deyillər və ya əksinə. Pakistan Ədəbiyyat Akademiyası Pakistanda yenidən Azərbaycan ədəbiyyatının seçilmiş əsərlərini urdu dilində çap etdirmişdir. Bununla belə bu kitab Azərbaycan ədəbiyyatının urdu dilinə tərcüməsi baxımından çox böyük inkişafdır. Ən vacib məqam odur ki, kitab Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı ərəfəsində çap olunmuşdur. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycanın ən qədim dastanıdır və ilk dəfədir ki, urdu dilinə tərcümə edilmişdir”.

    Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında bildirib ki, “İsa müəllimin ədəbiyyat tariximizə tamamilə yeni baxışdan yanaşması və bunu əməli işdə göstərməsi, “Kitabi-Dədə Qorqud”la ədəbiyyat tariximizin başlaması dönüş nöqtəsidir və bu da İsa müəllimin xidmətidir”.

    Təqdimatda Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Məhərrəm Qasımlı, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, Fəlsəfə İnstitutunun icraçı direktoru Eynulla Mədətli və professorlar Qəzənfər Paşayev və Əsədulla Qurbanov da çıxış edərək nəşrin əhəmiyyətindən danışıblar.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Vüqar Əhməd Türkiyədə konfransda iştirak edib

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Turanın Xalq Şairi Vüqar Əhməd DATÜB-ün (Dünya Ahıska Türkləri Birliyi) dəvəti, TİKA-nın təşkilatçılığı ilə 20-22 oktyabr tarixində Türkiyənin Antalya şəhərində keçirilən “Uluslararası Ahıskalı Türk Qadınları simpozyumu”nda “Ahıskalı türk kadını Şəfiqə Əfəndizadə” adlı məruzə ilə çıxış edib. Əməkdaşımızın elmi məruzəsi konfrans iştirakçıları tərəfindən hərarətlə qarşılanıb.

    Vüqar Əhməd təşkilatın başqanı Ziyəddin Həsənov  tərəfindən diplom, təşəkkürnamə ilə təltif olunmuş və ona hədiyyələr təqdim edilmişdir. Professor Vüqar Əhmədə elmi yaradıcılığında uğurlar arzu edirik!

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Payız yağışı”

    This image has an empty alt attribute; its file name is necibe-xanim-ilkin.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Döyür pəncərəmi payış yağışı,
    Dəli sevgimizin göz yaşı kimi.
    Səni arzulayır kövrək baxışım,
    Neçə min illərin sirdaşı kimi.

    Elə möhtacam ki, bax, bu an sənə,
    Qəlbimin ağrısın yağış da duyur.
    Səngimək bilməyən bu yağış yenə,
    Bəlkə sevgimizin günahın yuyur.

    Gəl tut əllərimdən ürəyimizi,
    Yağışın altında boşaldıb, doyaq.
    Gizlədək yağışdan gileyimizi,
    Özümüz sevginin günahın yuyaq.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Yaman sənsizləşdim yenə bu axşam”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Yaman sənsizləşdim yenə bu axşam,
    Yaza həsrət qalan çiçəklər kimi.
    Ömür baharımız geriyə dönə,
    düzülək gül üstə ləçəklər kimi.

    Yaman sənsizləşdim, bilmədim nədən,
    həsrət baxışımı küsülü sandım,
    sıxılmaq istədim köksünə birdən,
    əksini köksümə sıxıb dayandım.

    Xəyal dünyasında dolaşıb, itdim,
    sızladı ürəyim, axdı göz yaşım,
    Bir anlıq sinəndə yuxuya getdim,
    Baxdım ki, şəklinə söykənib başım.

  • Azərbaycan yazıçılarının XIII qurultayının iştirakçılarına

    Hörmətli qurultay nümayəndələri!

    Sizi Azərbaycan yazıçılarının XIII qurultayının öz işinə başlaması münasibətilə səmimi qəlbdən salamlayır, hamınıza cansağlığı və gələcək fəaliyyətinizdə nailiyyətlər arzu edirəm.

    Azərbaycan xalqı şeirə, sənətə böyük qiymət verərək, cəmiyyət və gələcək nəsillər qarşısında dərin mənəvi məsuliyyət hissi ilə yazıb yaradan qələm sahiblərinə daim ehtiram bəsləmişdir. Onlar çoxəsrlik söz xəzinəmizin zənginləşməsi, mədəni dəyərlərimizin saflığının qorunması və ictimai fikrin milli özünüdərk zəminində formalaşması işinə misilsiz töhfələr bəxş etmişlər. Ədəbiyyatımızı milliliklə bəşəriliyin ahəngdar vəhdətində humanist xarakterli ideya-fəlsəfi axtarışları ilə dünya ədəbi irsinin tərkib hissəsinə çevirmiş görkəmli söz ustalarının xatirəsi ölkəmizdə əziz tutulur. Xalqımızın qəlbində azadlıq duyğularının güclənməsi, insanlarımızın ruhuna mübarizə əzminin aşılanması və müstəqilliyimizin mənəvi zəmininin möhkəmlənməsi yolunda şair və yazıçılarımız xüsusi fədakarlıq göstərmişlər.

    Mədəni həyatımızın mühüm hadisələrindən olan qurultayınızın parlaq Qarabağ zəfəri sayəsində tariximizin şanlı səhifələrini yaşadığımız bir dövrə təsadüf etməsi yüksək ideyalı bədii əsərlərin ərsəyə gətirilməsi naminə bir sıra mühüm vəzifələr irəli sürür. Azərbaycançılıq məfkurəsi işığında cəmiyyətin mənəvi inkişafı məsələlərini hər zaman olduğu kimi yenə də diqqət mərkəzində saxlayaraq səmərəli müzakirələr aparacağınıza və əhəmiyyətli qərarlar qəbul edəcəyinizə inanıram. Əminəm ki, həmin qərarlar yazıçı və şairlərimizin müasir təfəkkür tərzi ilə seçilən vətənpərvər ruhlu yeni nəsli önündə geniş üfüqlər açacaq, bütün yaradıcı ədəbi qüvvələrə dəstək olacaqdır.

    Hörmətlə,

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 26 oktyabr 2022-ci il

    Mənbə: https://president.az/

  • Xalq yazıçısı Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib

    Oktyabrın 26-da keçirilən Azərbaycan Yazıçılarının XIII Qurultayında təşkilati məsələyə baxılıb. Qurultayda 4 komissiya təyin olunub, sədr və üzvləri seçilib.

    Qurultayda Xalq yazıçısı Anar Rəsul oğlu Rzayev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

    Qurultay katibliyinin sədri Adil Cəmil, üzvləri isə Arifə Əliyeva, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Taleh Mənsur olub.

    Mandat komissiyasının sədri Əkbər Qoşalı, üzvlər isə Gülnarə Əmaləddin, Nazim Əhmədli, Akif Əhmədgil, Şahin Musaoğlu, mətbuat xidmətinin rəhbəri Elçin Şıxlı, üzvlər isə Xəyal Rza, Alina Talıbova, Şahanə Müşfiq, Ulucay Akif, seçki komissiyasının sədri Səyyad Aran, üzvlər isə Elxan Elatlı, Saday Budaqlı, Orxan Fikrətoğlu və Cavid Zeynallı seçilib.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Azərbaycanlı şair Rüfət Axundlunun şeiri “Usare” dərgisində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsi çərçivəsində “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, şair Rüfət Axundlunun şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın organı “Usare” iki aylık kültür, edebiyat, sanat dergisi 29-cu sayında dərc olunub.

    “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

    Koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovdur.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • “Aşıq deyişmələri” adlı kitab işıq üzü görüb

    ” Aşıq deyişmələri” adlı Azərbaycan Aşıqlar Birliyində (AAB) ərsəyə gətirilmiş daha bir kitab işıq üzü görüb. Bu barədə AZƏRTAC-a məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Aşıq deyişmələri” adlanan bu antologiya Azərbaycan aşıq ədəbiyyatının tarixində ən fəal və işlək bir sənət axarını – aşıq deyişmələrinin xronoloji mənzərəsini ortaya qoyan ilk mükəmməl və sistemli nəşr işidir. Topluda orta çağların Yetim Aydın, Aşıq Qərib, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Abdalgülablı Valeh kimi nəhəng ustadları və onlardan sonrakı dönəmlərdə yaşayıb fəaliyyət göstərmiş Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Molla Cuma, Aşıq Şenlik, Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Növrəs İman, Mikayıl Azaflı və digər saz-söz ustadlarının yaradıcılıq nümunələri yer alıb.Dastanlarda, dastan-rəvayətlərdə, eləcə də dastandankənar əhvalatlarda yer alan aşıq deyişmələri və onun poetik strukturu (qarşılaşmaya gətirən səbəb, məktub-dəvət, hərbə-zorba, müəmma və qıfılbəndlərlə bir-birini sınağa çəkmək və s.), eləcə də aşıqlarla şairlərin deyişmələri, məktublaşma şəklində olan şeirləşmə-deyişmələr, bayatı üstündə qurulan bağlamalar və onların cavabları, duet-deyişmələr sırasından olan çoxsaylı örnəklər də antologiyanın müvafiq bölmələrində geniş yer alıb.Geniş saz-söz ictimaiyyəti, aşıq sənəti ilə məşğul olan mütəxəssislər, doktorant, magistr və tələbələr, eləcə də, saz-söz aləminə qədəm qoymaq istəyən yeniyetmə və gənclər üçün nəzərdə tutulan topluda dastanlarda, dastan-rəvayətlərdə, eləcə də dastandankənar əhvalatlarda yer alan aşıq deyişmələri və onun poetik strukturu (qarşılaşmaya gətirən səbəb, məktub-dəvət, hərbə-zorba, müəmma və qıfılbəndlərlə bir-birini sınağa çəkmək və s.), eləcə də aşıqlarla şairlərin deyişmələri, məktublaşma şəklində olan şeirləşmə-deyişmələr, bayatı üstündə qurulan bağlamalar və duet-deyişmələr sırasından olan çoxsaylı örnəklər yer almışdır.Antologiyanın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, professor Mahmud Allahmanlı, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilovadır.

    Mənbə: https://azertag.az

  • Kamran Murquzovu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cu il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin VƏ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktorunu , Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) və “kenanaydinoglu.com” saytının Mətbuat xidmətinin rəhbərini, “Kümbet”, eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisini, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olmaq diləyi ilə İnşAllah!

    Mətbuat xidməti

    Kamran MURQUZOV (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2013-cü ilin avqust ayının 28-də etibarən, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktorudur. 2012- ci il fevral ayının 14-dən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Şeirləri, məqalələri, hazırladığı xəbərlər, araşdırmalar “Möhtəşəm Azərbaycan”, “Sözün sehri” “Azad qələm”, “Azad Azərbaycan” “, “Olaylar”” “, “Təzadlar”, “Kaspi, “Şərq”, “Kredo”, “Respublika gəncləri” qəzetlərində, “Azad qələm” dərgisində, “kenanaydinoglu.com”, “edebiyyat-az.comв”, “gundelik.info” “koseyazilarimiz.com” “olaylar.az”, “kultur.az”, “artkaspi.az”, “sherg.az”, “carci.az”, “edebiyyatqazeti.az”, “mediaxeberleri.az” “azxeber.com”, “oxu.az” və s. saytlarda yayınlanıb.

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstəkв” ” layihəsi çərçivəsində şeirləri, məqalələri “Kümbet”, “Usare”, “Kardelen”, “Hece Taşları”, “Alkış” dərgilərində, “Önce Vatan” qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdıırlıb.

  • Kənan Aydınoğlunu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cu il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin VƏ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Mətbuat xidmətinin rəhbərini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunu, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olmaq diləyi ilə İnşAllah!

    Mətbuat xidməti

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir. Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorudur. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.

  • Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayının nümayəndələri – Siyahı

    Azərbaycan Yazıçılar Birliyinin ötən XII Qurultayında qəbul olunmuş Nizamnaməsinə görə (V bənd, 54-cü maddə) növbəti Qurultaya nümayəndələr aşağıda göstərilən qaydayla seçilir:

    Sədr, Birinci katib, sədrin müavini, katiblər

    Ağsaqqallar Şurasının üzvləri (Xalq şairləri, Xalq yazıçıları, Akademiyanın həqiqi və müxbir üzvləri)

    Bundan əvvəlki Qurultayda seçilmiş İdarə Heyətinin üzvləri

    Gənclər Şurasının üzvləri, seksiyaların və regional bölmələrin rəhbərləri

    Qurultaya digər nümayəndələr AYB-nin seksiyalarında və yerli bölmələrində (o cümlədən Naxçıvan Yazıçılar Birliyində) hər on nəfərdən biri olaraq seçilir.

    XIII Qurultayın nümayəndələri

    AYB rəhbərliyi

    1. Anar

    2. Çingiz Abdullayev

    3. Elçin Hüseynbəyli

    4. İlqar Fəhmi

    5. Rəşad Məcid

    6. Səlim Babullaoğlu

    Ağsaqqallar Şurasının üzvləri

    7. Afaq Məsud

    8. Elçin

    9. Elmira Axundova

    10. Əbülfəz Quliyev

    11. İsa Həbibbəyli

    12. Kamal Abdulla

    13. Möhsün Nağısoylu

    14. Mövlud Süleymanlı

    15. Muxtar İmanov

    16. Natiq Rəsulzadə

    17. Nərgiz Paşayeva

    18. Nəriman Həsənzadə

    19. Nizami Cəfərov

    20. Rafael Hüseynov

    21. Ramiz Rövşən

    22. Sabir Rüstəmxanlı

    23. Teymur Kərimli

    24. Tehran Əlişanoğlu

    25. Vahid Əziz

    İdarə Heyətinin üzvləri

    26. Aqil Abbas

    27. Asim Cəlilov

    28. Asim Yadigar

    29. Azər Mustafazadə

    30. Azər Turan

    31. Çingiz Əlioğlu

    32. Elşad Ərşadoğlu

    33. Əsəd Cahangir

    34. Firuzə Məmmədli

    35. Hidayət Orucov

    36. Hüseynbala Mirələmov

    37. Xəyal Rza

    38. İntiqam Qasımzadə

    39. Qulu Ağsəs

    40. Musa Urud

    41. Pərvin Nurəliyeva

    42. Seyran Səxavət

    43. Solmaz İbrahimova

    44. Vaqif Bayatlı Odər

    45. Vaqif Bəhmənli

    46. Vaqif Əlixanlı

    47. Vidadi Babanlı

    48. Vilayət Quliyev

    49. Zahid Xəlil

    Gənclər Şurasının üzvləri

    50. Allahşükür Ağa

    51. Cavid Zeynallı

    52. Elmar Vüqarlı

    53. Elmin Nuri

    54. Emin Piri

    55. Fərid Hüseyn

    56. Fuad Cəfərli

    57. Günel Şamilqızı

    58. Gülnar Səma

    59. Humay Nağıyeva

    60. Xəlil Adıgözəl

    61. İntiqam Yaşar

    62. Mehman Həsənov

    63. Nərgiz İsmayılova

    64. Ramil Əhməd

    65. Şahanə Müşfiq

    66. Şəfa Vəliyeva

    67. Şəhla Aslan

    68. Şəhriyar Del Gerani

    69. Türkan Turan

    70. Ulucay Akif

    Seksiya rəhbərləri

    71. Bəsti Əlibəyli

    72. Firuz Mustafa

    73. İbrahim İlyaslı

    74. Kamran Nəzirli

    75. Qəşəm Nəcəfzadə

    76. Səyyad Aran

    77. Abuzər Bağırov

    Bölmə rəhbərləri

    77. Arif Buzovnalı

    78. Asim Yadigar

    79. Aydın Tağıyev

    80. Barat Vüsal

    81. Elçin İsgəndərzadə

    82. Fazil Əsəd

    83. Fəxrəddin Əsəd

    84. Gülnarə Cəmaləddin

    85. Xəzangül

    86. İsmayıl İmanzadə

    87. Qafar Cəfərli

    88. Namiq Əliyev

    89. Nəbi İbrahimli

    90. Orxan Fikrətoğlu

    91. Ramiz Qusarçaylı

    92. Sərvaz Hüseynoğlu

    93. Şəhla Ağbulud

    94. Vaqif Aslan

    95. Vüsal Oğuz

    Bölmələrdən seçilənlər

    96. Ağamir Cavad

    97. Aqil Kəngərli

    98. Aliq Nağıoğlu

    99. Aləmzər Əlizadə

    100. Arif Ərşad

    101. Akif Amal

    102. Aydın Murovdağlı

    103. Bayram Apoyev

    104. Bəsti Bərdəli

    105. Cəlalətdin Budatoğlu

    106. Elbrus Dünyamalıyev

    107. Elnur Uğur

    108. Etibar Vəliyev

    109. Elşən Əzim

    110. Ehtiram İlham

    111. Elman Eldaroğlu

    112. Əli Cəfəroglu

    113. Əvəz Mahmud Lələdağ

    114. Ələsgər Əlioğlu

    115. Gülbala Teymur

    116.Günay Ümid

    117. Hüseyn Əsgərov

    118. Xanlar Həmid

    119. Xəqani Verdiyev

    120. Həsən Göyçəli

    121. Hümbət Həsənoğlu

    122. Kərim Kərimli

    123. Qafar Qənbərov

    124. Qanun Məmmədov

    125. Qurban Yaquboğlu

    126. Maarif Həsənoğlu

    127. Mehrəli Qulu

    128. Meyxoş Abdulla

    129. Məhsəti Musa

    130. Mustafa Rasimoğlu

    131. Nəcməddin Mürvətov

    132. Pənah Dumanoğlu

    133. Rafiq Oday

    134. Raquf Budaqlı

    135. Ramilə Qardaşxanlı

    136. Rəfiqə Sadıqova

    137. Rizvan Nəsiboğlu

    138. Sabir Əsədov

    139. Sahib İbrahimli

    140. Səxavət Tağlar

    141. Səmayə Şahmarova

    142. Şahməmməd Bəydəmirli

    143. Təbrizə Pünhan

    144. Ünbülbanu Hacıyeva

    145. Valeh Bahaduroğlu

    146. Yəhya Paşazadə

    147. Zabil Pərviz

    148. Zahid Avşar

    Seksiyalardan seçilmiş nümayəndələr

    149. Adil Cəmil

    150. Arifə Əliyeva

    151. Almaz Sahilə Bəyazid

    152. Ayaz Arabaçı

    153. Ağasəfa

    154. Arzu Nehrəmli

    155. Allahverdi Məmmədli

    156. Akif Əhmədgil

    157. Akif Hüseynov

    158. Ağacəfər Həsənli

    159. Aləmzar Sadıqqızı

    160. Alina Talıbova

    161. Abid Tahirli

    162.Ayaz Vəfalı

    163. Aydın Xan

    164. Avdı Qoşqar

    165. Azad Yaşar

    166. Asif Rüstəmli

    167. Baba Vəziroğlu

    168. Bahar Bərdəli

    169. Balayar Sadiq

    170. Cavanşir Yusifli

    171. Çingiz Abdullayev (publ.)

    172. Dilsuz

    173. Dəyanət Osmanlı

    174. Dayandur Sevgin

    175. Damət Salmanoğlu

    176. Etimad Başkeçid

    177. Esmira Nəzərli

    178. Eyvaz Borçalı

    179. Elçin Şıxlı

    180. Elxan Elatlı

    181. Elxan Zal

    182. Elnarə Akimova

    183. Eldar Şərifov

    184. Elmar Şeyxzadə

    185. Elvin Paşa

    186. Elvin Əlizadə

    187. Elşad Barat

    188. Emil Rasimoğlu

    189. Əli Əmirli

    190. Əli Nəcəfxanlı

    191. Əkbər Qoşalı

    192. Əlabbas

    193. Əlizadə Nuri

    194. Əlirza Xələfli

    195. Əlisəmid Kür

    196. Əmir Pəhləvan

    197. Əyyub Qiyas

    198. Əşrəf Veysəlli

    199. Əhməd Qəşəmoğlu

    200. Ələmdar Cabbarlı

    201. Əbülfət Mədətoğlu

    202. Fəxri Uğurlu

    203. Faiq Balabəyli

    204. Fəxrəddin Teyyub

    205. Gülhüseyn Kazım

    206. Gülxani Pənah

    207. Günel Anarqızı

    208. Güləmail Murad

    209. Xeyrəddin Qoca

    210. Xanım İsmayılqızı

    211. Xanəmir

    212. Xatirə Fərəcli

    213. Xosrov Natil

    214. İlham Qəhrəman

    215. İmir Məmmədli

    216. İlqar Türkoğlu

    217. İlham Əzizov

    218. İslam Sadıq

    219. İnqilab İsaq

    220. İradə Tuncay

    221. Leyla Əliyeva

    222. Jalə Əliyeva

    223. Qəzənfər Paşayev

    224. Qənirə Paşayeva

    225. Qəşəm İsabəyli

    226. Qərib Mehdi

    227. Qoca Xalid

    228. Kənan Hacı

    229. Kəmalə Abıyeva

    230. Kamil Əfsəroğlu

    231. Musa Ələkbərli

    232. Məqsəd Nur

    233. Murad Köhnəqala

    234. Maarif Soltan

    235. Mahir Qabiloğlu

    236. Mahir Qarayev

    237. Mehriban Vəzir

    238. Mehman Qaraxanoğlu

    239. Mahirə Abdulla

    240. Məlahət Yusifqızı

    241. Mübariz Cəfərli

    242. Məmməd Oruc

    243. Marat Şəfiyev

    244. Mətanət Vahid

    245. Məti Osmanoğlu

    246. Minayə Əliyeva

    247. Mustafa Çəmənli

    248. Məmməd İsmayıl

    249. Natavan Faiq

    250. Nadir Məmmədli

    251. Nazim Əhmədli

    252. Narıngül Nadir

    253. Natəvan Dəmirçioğlu

    254. Nizaməddin Şəmsizadə

    255. Nigar Həsənzadə

    256. Nuranə Nur

    257. Nazim Muğanlı

    258. Nərgiz Cabbarlı

    259. Ofelya Babayeva

    260. Oqtay Əhmədov

    261. Oqtay Şamil

    262. Paşa Qəlbinur

    263. Paşa Kərimov

    264. Rahid Ulusel

    265. Rəhim Əliyev

    266. Rafiq Yusifoğlu

    267. Rafiq Həşimov

    268. Rəfail Tağızadə

    269. Rəfail İncəyurd

    270. Ramiz Məmmədzadə

    271. Ramiz Fətəliyev

    272. Rüstəm Behrudi

    273. Rüstəm Kamal

    274. Rəfiqə Nuray

    275. Reyhan Yusifqızı

    276. Ramiz Əsgər

    277. Sayman Aruz

    278. Səfər Alışarlı

    279. Sahib Məmmədov

    280. Saday Budaqlı

    281. Sadıq Elcanlı

    282. Səhər

    283. Sona Vəliyeva

    284. Salatın Əhmədli

    285. Sona Xəyal

    286. Sevinc Nuruqızı

    287. Solmaz Amanova

    288. Sevil Gültən

    289. Südabə Sərvi

    290. Südabə Ağabalayeva

    291. Süleyman Abdulla

    292. Süleyman Hüseynov

    293. Sərvinaz Həsənli

    294. Seyfəddin Hüseynli

    295. Səxavət Sahil

    296. Şahnaz Şahin

    297. Şahin Musaoğlu

    298. Şirindil Alışanlı

    299. Şəlalə Həsənova

    300. Şəfəq Sahibli

    301. Tariyel Ümid

    302. Tahir Taisoğlu

    303. Tərlan Əbilov

    304. Taleh Şahsuvarlı

    305. Tofiq Məlikli

    306. Telman Vəlixanlı

    307. Təranə Vahid

    308. Tofiq Nurəli

    309. Taleh Mansur

    310. Ülviyyə Heydərova

    311. Umud Rəhimoğlu

    312. Vaqif Yusifli

    313. Vaqif Nəsib

    314. Vüqar Əhməd

    315. Varis

    316. Vaqif Sultanlı

    317. Vüsal Nuru

    318. Yasif Nəsirli

    319. Yusif Həsənbəy

    320. Yusif Nəğməkar

    321. Yunus Oğuz

    322. Yavuz Cəlil

    323. Yelizaveta Qasımova

    324. Yaşar Əliyev

    325. Zülfüqar Şahsevənli

    326. Zahid Sarıtorpaq

    327. Zirəddin Qafarlı

    328. Zakir Fəxri

    329. Zemfira Məhərrəmli

    330. Zöhrə Əsgərova

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2022-ci ildə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanovun anadan olmasının 130 ili tamam olur.

    Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşatmışdır. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilmiş və ölkənin mədəni həyatında yaxından iştirak etmişdir. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan milli ifaçılıq məktəbinin inkişafında, xalq musiqisinin, muğamların tədrisi və təbliğində xüsusi xidmətlərini nəzərə alaraq, görkəmli sənətkar Əhməd Bakıxanovun anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Əhməd Bakıxanovun 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 21 oktyabr 2022-ci il

    Mənbə: https://president.az/

  • Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2022-ci ilin dekabr ayında Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur.

    Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş “Qeyrət” mətbəəsinin və Yaxın Şərq ölkələri ədəbiyyatında demokratik meyillərin güclənməsinə qüvvətli təsir göstərmiş məşhur “Molla Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir. Ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparmışdır. Ümumxalq əhəmiyyəti daşıyan bütün taleyüklü məsələlərin zamanın qabaqcıl ideyaları fonunda daim azərbaycançılıq məfkurəsi cəbhəsindən işıqlandırılması Ömər Faiq Nemanzadənin milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna malik publisistik irsinin başlıca leytmotivini təşkil etmişdir.

    Dövrün vətənpərvər ruhlu bir çox şəxsiyyətləri kimi Ömər Faiq Nemanzadə də totalitar sovet rejiminin 1930-cu illər repressiyasının qurbanlarından olmuşdur.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan milli mətbuatının inkişafına dəyərli töhfələr vermiş görkəmli maarifçi-ziyalı Ömər Faiq Nemanzadənin anadan olmasının 150-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 3 oktyabr 2022-ci il

    Mənbə: https://president.az/

  • Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

    Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

    Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

    Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

    Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

    Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

    Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

    Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

    Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilsin.

    2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 29 sentyabr 2022-ci il

    Mənbə: https://president.az/

  • Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 140 ili tamam olur.

    Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmişdir. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur. Parlaq xarakterlərlə zəngin olub, bir neçə nəslin estetik zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran bu dramaturgiya milli teatr salnaməsində “Cavid teatrı” kimi özünəməxsus layiqli yer tutur. Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olmuşdur.

    Hüseyn Cavid sovet rejiminin ən sərt təzyiqləri şəraitində belə, mənən sarsılmayaraq şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qorumuşdur. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılması adı sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş sənətkarın və 1930-cu illərdə repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna rol oynamış böyük söz ustası Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 24 sentyabr 2022-ci il

    Mənbə: https://president.az/

  • Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçiriləcək

    Oktyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçiriləcək.

    Qeyd edək ki, bundan öncə sentyabr ayının 30-da keçirilməsi nəzərdə tutulmuşdu.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycan Yazıçılar Birliyi seksiyalarının birgə və geniş toplantısı keçiriləcək

    Sentyabr ayının 2-də Poeziya və uşaq ədəbiyyatının, 9-da nNəsr və dramaturgiya, 16-da isə Tənqid və tərcümə seksiyalarının birgə və geniş toplantısı keçiriləcək.

    Qeyd edək ki, bu barədə qərar avqust ayının 29-da Azərbaycan Yazıçılar Birliyində keçirilən toplantıda qəbul olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Özbəkistan Respublikasının mədəniyyət xadimlərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Özbəkistan Respublikasının mədəniyyət xadimlərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Dostluq” ordeni ilə təltif edilsinlər:

    İsmayılov Haşimjon

    Nəsirli Əli Heydər oğlu

    Urinbayev Kamoliddin Turdimuratoviç.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 30 avqust 2022-ci il 

    Mənbə: https://president.az/

  • N.M.Abdullayevaya “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    N.M.Abdullayevaya “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 30 avqust 2022-ci il 

    Mənbə: https://president.az/

  • “Prezident Mükafatçılarımızı (2022) tanıyaq!” rubrikasının qonağı Azər Ruslan oğlu Əliyev

    Azər Ruslan oğlu Əliyev – 1993-cü il sentyabrın ayının 11-də Gəncə şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr, hazırda isə layihələrin idarəedilməsi ixtisası üzrə magistr təhsili alır. 2012-2014-cü illərdə AIESEC Azərbaycan gənclər təşkilatında beynəlxalq mübadilə proqramının rəhbəri olub. 2014-cü ildə CELT Təhsil Mərkəzində “Xaricdə Təhsil üzrə koordinator”, 2017-ci ildə isə Gəncə şəhərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində Könüllülər üzrə koordinator vəzifəsində çalışıb. 2018-2019-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında Proqram koordinatoru, daha sonra isə Yerli layihələr üzrə katib, 2019-cu ildə Baş katib, 2020-ci ildən isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir. 2021-ci ilin avqust ayından Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədridir.

    Mənbə: https://mys.gov.az

  • “Prezident Mükafatçılarımızı (2022) tanıyaq!” rubrikasının qonağı Emiliya Polad qızı Bayramova

    Emiliya Polad qızı Bayramova – 1998-ci il dekabr ayının 13-də Bakı şəhərində anadan olub. 2016-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. 2016-2017-ci illərdə “ASAN xidmət” – də könüllü olub. 2017-2020-ci illərdə “AVO MUN” 2017, “Könüllülər Parlamenti-Azərbaycan”, “Hərbiyyə” 2018, “TÜRKSOY-un l Beynəlxalq Simulyasiyası”, “Woman Participation Program (WPP), “Hərbiyyə” 2019 kimi layihələrin və Pandemiya dövründə sosial layihələrin koordinatoru olub. 2017-2018-ci illərdə “ASAN Könüllüləri” Təşkilatında Beynəlxalq Əlaqələr Departamentinin Təşkilatlarla iş şöbəsinin müdiri olub. 2018-ci ildən Gənclər Fondu tərəfindən elan edilən Avropada təcrübə proqramının qalibidir. 2018-ci ildə “ASAN Könüllüləri” Təşkilatında Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri olub. 2020-2021-ci illərdə “Xəzəri qoruyaq”, “Fövqəladə hallarda uşaq müdafiəsi”, “Bir sifariş, bir sevinc”, “Təmiz Sumqayıt”, “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi”, “Çövkən oyunu”, Gənclər Simpoziumu, “Dəmir Yumruq” intellektual liqası, “Sən elə bir Zirvəsən”, lll “Neftçili Yay”, ASAN Könüllülərinin lV Yay Məktəbi, Nizami Gəncəvi ilinə həsr olunmuş “ASAN Teatr Festivalı”, “YAŞAT” düşərgəsi, “FotoMən 3”, “Xəzəri qoruyaq”, “ASAN Könüllülərinin Diplomatiya Günləri, “AVO MUN” 2021 kimi layihələrin təşkilat komitəsinin sədri olub. 2019-cu ildə UEFA Avropa Liqasının final oyununda Tamaşaçı Xidmətləri və Təcrübə şöbəsində Supervayzer olmuşdur. 2020-ci ildə “Mətbuat Səngəri” platformasının təsisçisi olub. 2020-ci ildən Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi seçilib.

    Mənbə: https://mys.gov.az

  • “Prezident Mükafatçılarımızı (2022) tanıyaq!” rubrikasının qonağı Səyyarə Müşfiq qızı Gülaliyeva

    Səyyarə Müşfiq qızı Gülaliyeva – 1998-ci il iyun ayının 23-də Beyləqan rayonunda anadan olub. 2015-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə bakalavr təhsili alıb. 2020-ci ildən Sapienza Roma Universitetində beynəlxalq inkişaf və kooperasiya elmləri ixtisası üzrə magistr təhsili alır. 2017-ci ildən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən təşkil olunan müxtəlif təlim, seminar və layihələrdə iştirak edərək diplom və sertifikatlarla təltif olunub. 2018-ci ildə Rumıniya Respublikasında keçirilmiş beynəlxalq ERASMUS+ layihəsində iştirak edib. 2018-ci ildən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyində könüllülük fəaliyyətinə başlayıb, müxtəlif inkişaf və təcrübə proqramlarında, təlim və seminarlarda, regionlarda həyata keçirilən sosial və tibbi aksiyalarda, layihələrdə fəal iştirak edib. 2019-cu ildə Rusiya Federasiyasının Soçi şəhərində keçirilmiş Dünya Könüllülük Forumunda iştirak edib. 2019-cu ilin sentyabr ayından etibarən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyində mütəxəssis vəzifəsində işləyir.

    Mənbə: https://mys.gov.az

    Mənbə: https://mys.gov.az

  • “Prezident Mükafatçılarımızı (2022) tanıyaq!” rubrikasının qonağı Lalə Əhməd qızı Axundova

    Lalə Əhməd qızı Axundova – 1993-il avqust ayının 23-də Bakı şəhərində anadan olub. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində biologiya fakültəsi bakalavr pilləsi, 2015-2017-ci illərdə Hollandiyanın Wageningen Universitetinin “Molekulyar biologiya” fakültəsində magistr təhsili üzrə təhsil alıb. 2018-ci ildə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Molekulyar biologiya” üzrə doktorantura pilləsinə qəbul olunub. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Populyasiya genomiksi laboratoriyasında kiçik elmi işçi adına layiq görülüb. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi münasibətilə 30 yaşa kimi gənc alim və mütəxəssislər arasında keçirilən müsabiqədə birinci yer tutub. Elmi jurnallarda 4 məqaləsi və konfrans toplularında 2 tezisi nəşr edilib.

    Mənbə: https://mys.gov.az

  • Şuşada “Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihənin açılış mərasimi təşkil edildi

    “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 25-ci bəndinə əsasən həyata keçirilən “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihənin açılış mərasimi təşkil edildi.

    Mərasimdə UNESCO-nun xoşməramlı səfiri Hedva Ser çıxış edərək “Youth ArtCamp Shusha and Baku” layihəsinin məhz Şuşa şəhərində təşkilinin əsas məqsədinin davamlı sülhün təbliğ edilməsi olduğunu vurğuladı. Hedva Ser həmçinin sözügedən layihənin mədəni dialoqların qurulmasına şərait yaradacağını bildirdi.

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin eksperti Murad Məmmədov tədbirdə çıxış edərək Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün sözügedən layihənin mühüm əhəmiyyətindən bəhz etdi.

    Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının ikinci katibi Emil Əhmədov çıxış edərək Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihənin xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edildiyini qeyd etdi.

    Tədbirdə həmçinin Azərbaycanlı rəssam Əsmər Nərimanbəyova çıxış etdi və layihənin işğaldan azad olunmuş ərazilərdə təşkilinin tarixi hadisə olduğunu vurğuladı.

    Mənbə: https://culture.gov.az

  • “Muzeyi peşəkardan öyrənək” adlı layihə Ağdaş rayonunda təşkil olundu

    “Muzeyi peşəkardan öyrənək” adlı layihə üzrə növbəti təlim-seminar Ağdaş Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün Ağdaş Heydər Əliyev Mərkəzində keçirilib. Layihədə ümumilikdə 12 mədəniyyət müəssisəsindən 30 əməkdaş iştirak etmişdir.

    Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və elmi fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən aparılan təlim-seminarda “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar keçirildi.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.

    Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.

  • “Şuşa mədəniyyətinin inciləri”: Mamayı məscidi

    Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir. Layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Mamayı məscidinə həsr olunub.

    Qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq var idi.

    Mamay məhəlləsi Şuşanın mərkəzi hissəsində yerləşir. XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş eyniadlı məscidin memarı Kərbalayı Səfixan Qarabaği olub. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamayı məscidinin dam örtüyündə azançı üçün “güldəstə” quraşdırılmışdır.

    Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib.

    Mənbə: https://culture.gov.az

  • DokuBaku Festivalı münsiflər heyətinin üzvlərini elan edir

    21-25 sentyabr 2022-ci il tarixlərində keçiriləcək DokuBaku Beynəlxalq Sənədli Film Festivalı  6-cı buraxılışı üçün müxtəlif ölkələrdən on beş ekspertdən ibarət  beynəlxalq münsiflər heyətini elan edir. Münsiflər filmləri üç kateqoriya üzrə qiymətləndirəcəklər: Ən Yaxşı Tammetrajlı Sənədli Film, Ən Yaxşı Qısametrajlı Sənədli Film və Əsas Müsabiqədən Kənar.

    Hər kateqoriya üzrə filmlər təyin olunmuş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Bu il münsiflər heyətinə tanınmış sənədli kino rejissorları, kino və foto dünyasının  nümayəndələri daxildir. Onların arasında çoxsaylı mükafatlar laureatı, Kann Film Festivalının qalibi və Amerika Kino Akademiyasının münsiflər heyətinin üzvü Sergey Dvortsevoy, fransalı fotojurnalist, çoxsaylı beynəlxalq mükafatların, o cümlədən UNİCEF mükafatının laureatı, Fransanın Milli Fəaliyyət Ordeni sahibi Reza Deqati və EMMY mükafatı laureatı, Oskar mükafatına namizəd olan prodüser Kirstin Barfod vardır.

    Builki festivalın xüsusi qonağı polşalı sənədli film rejissoru və senaristi, bir çox kino festivallarının laureatı Pavel Lozinskidir. O, festival çərçivəsində özünün rejissor, həyat yoldaşı Aqneşka Mankieviçin isə prodüseri olduğu “Balkon” filmini təqdim edəcək.

    Səsvermə proseduru onlayn və şəxsən baş tutacaq, daha sonra birgə müzakirə aparılacaq və hər bir kateqoriya üzrə qaliblər seçiləcək. Qaliblər festival günlərində elan olunacaq.

    Qeyd edək ki, DokuBaku Azərbaycanda ilk və yeganə müstəqil Beynəlxalq Sənədli Film Festivalıdır. 2017-ci ildə təsis edildiyi gündən festivalın məqsədi beynəlxalq proqramda dünyanın müxtəlif ölkələrindən xüsusi seçilmiş sənədli filmlərin nümayişini, eləcə də yerli kinorejissorları və bu janrın istehsalına dəstək olmaq məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdən ibarətdir.

    Mənbə: https://culture.gov.az

  • Şair-publsist Rafiq ODAY.”Böyük görünür”

    Tanrım, bu qızın ədası
    Böyundan böyük görünür.
    Böyük oyunlar oynayır,
    Oyundan böyük görünür.

    Qız deyirəm – qızmı yəni?
    (Soruşsan da, qızmır yəni)
    Bu qədər soysuzmu yəni,
    Soyundan böyük görünür?!

    Burda boyluq birşey yoxdu,
    Burda soyluq birşey yoxdu.
    Daha toyluq birşey yoxdu, –
    Toyundan böyük görünür.

  • Şair-publsist Rafiq ODAY.CINAS BAYATILAR

    Əzizim, dərd aşına,
    Qonağam dərd aşına.
    Nə ola bircə kərə
    Yar gülə, dərd aşına*.
    *aşınmaq – yox olmaq


    Əzizim, yad aşına,
    Göz dikmə yad aşına.
    Soysuzdan qonşu olmaz,
    Ya qala, ya daşına.


    Əzizim, dost aşına,
    Qonaq ol dost aşına.
    Elə otur, elə dur –
    Sevinsin dost-aşina.


    Əzizim, dərdə sına,
    Kim istər dərdə sına?!
    Narın necəliyini
    Bağından dər də, sına.


    Əzizinəm, şirəyə,
    Ağzım batıb şirəyə.
    Çətin eşq dəlisinin
    Biləyini şir əyə.


    Əzizim, qar daşıyam,
    Buz qıram, qar daşıyam.
    Harda bir dərviş varsa,
    Mən onun qardaşlyam.


    Əzizim, dərdə sinəm,
    Tuş oldu dərdə sinəm.
    Şah vüqarım qoyarmı
    Əyiləm dərdə, sinəm?!


    Əzizim, dərd işinə,
    Girişib dərd işinə.
    Dərdiş də kəf gələrmi,
    A dərdiş, dərdişinə?!


    Əzizinəm, cinasa,
    Könül verdim cinasa.
    Oğul odu nəfsindən
    Şeytan asa, cin asa.


    Əzizim, arabada,
    Köç gəlir arabada.
    Aşiqsən, elə davran,
    Getməsin ara bada.


    Əzizinəm, zəmindən,
    Həm təməl, həm zəmindən.
    Toxumu vaxtında səp,
    Tuta bilsin zənin dən.


    Əzizinəm, qılçıxdı,
    Bu, arpa yox, qılçıxdı.
    Bir tikə yemək verdin,
    Arasından qıl çıxdı.


    Əzizim, qalxışmada,
    Yatanlar qalxışmada.
    Ya dəmir yumruğa dön,
    Ya sıxıl qal xışmada.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ədibin evi” (Poema)

    Atam çox vaxt ciddi sözü zarafatla deyirdi.

    Hafiz Paşayev

    I

    İçərişəhərdə köhnə bir ünvan,

    divarda bir yazı: “Ədibin evi”.

    Orda nə təmtəraq, nə dəstgah-filan,

    gör kimin evidir,

    o, kimin evi.

    Fikrim uzaqlara uçdu bu dəmdə,

    ayları, illəri dəyişdi tamam.

    Gördüm, mən yerimdən tərpənməsəm də,

    başqa bir aləmdə,

    həsb-haldayam…

    Bizim Yazıçılar İttifaqında

    şeir məclisinə düşmüşdü yolum.

    Əsgər şinelində getmişdim onda,

    mən də o kürsüdən

    şeir oxudum.

    Mir Cəlal müəllim qabaq sırada,

    məni alqışlayıb gülümsəyirdi.

    O nəsə deyirdi dönüb arada,

    ona da, kim isə,

    nəsə deyirdi.

    Havası tutmuşdu bəlkə də sözün,

    doğmalıq görürdüm mən o gözlərdə.

    Mirzə İbrahimov[1] ordaydı o gün,

    ordaydı,

    tənqidçi Məmməd Cəfər də.

    Mən onda itirdim anamı, onda,

    nə deyim taleyin qəfil qəsdinə.

    Bir gün əsgərlikdən buraxılanda,

    bilmədim, heç kimin

    gedim üstünə.

    Nə əlimi qızdırmağa bir ocaq,

    nə arxamda söykənməyə bir qaya!

    Gözləyirdim,

    günəş nə vaxt doğacaq,

    onda baxıb sevinirdim dünyaya.

    Düzü, düz görsə də, düz deməyiblər,

    əzbər öyrəndiyim bəzi kitablar.

    Mənə ağıl verən,

    dözsün bir qədər,

    həyatda tale də, təsadüf də var.

    II

    Mir Cəlal kimiydi!

    Allah tərəfi,

    tanıdığım kimsəsizlər kimsəsi.

    Ona İttifaqdan[2] verilən evi

    o da mənə verdi,

    atam əvəzi.

    Tələbəni səbrlə dinləyirdi,

    eşitdiyi xahiş olsun, ya sual.

    – İş axtarma, adam axtar, – deyirdi

    biləndə ki, mən işsizəm,

    Mir Cəlal.

    Bir dəfə rektora o məndən dedi,

    – Dedim ki, şairdi, xoş oldu ona.

    Sonra bir dəfə də kömək elədi,

    apardı məni öz

    kafedrasına.

    Mənim pedaqoji fəaliyyətim,

    o vaxtdan başlayır bəlkə nə deyim.

    O vaxtdan qalxdım mən o pillələri,

    Bakı

    Dövlət

    Universitet illəri!

    Orda qardaş dedim, o kafedrada,

    Xalidə, Təhsinə, Abdullaya da.

    Nəzifə bacıydı laborantımız,

    cədvəli, əzbərdən bilərdi o qız.

    III

    – Sizin Yazıçılar İttifaqının

    səhvini düzəltdi Mir Cəlal əmi…

    O evdə aldığım xeyir-duanın

    açdı, varaqladı sözü qəlbimi.

    Aidə xanımı[3] mən unutmadım,

    bir şeyə mat qaldım, bilmədim nədən, –

    Hardakı əlimdən alındı haqqım,

    o səs – qulağıma gəldi yenidən.

    Tanrı gücündədi deyirlər insan,

    onun verdiyi nə, aldığı nəydi?

    Atasıgildəydi Arif o zaman, –

    ailə içində, bir ailəydi.

    Bir gün eşitdim ki, dedilər mənə,

    Mir Cəlal borc alıb kimdənsə, yəqin,

    Tikilən evlərin gedib birinə,

    adını yazdırıb oğlu Arifin.

    Eyvana çıxmışdı körpə qızları,

    tale qismətiydi,

    halal ruziydi.

    Göyə boylanırdı yer ulduzları,

    hərəsi bir gəncin bəxt ulduzuydu.

    Qaşıq gətirmişdi Mir Cəlal bizə,

    hamısı çəkilmişdi qızıl suyuna.

    Bilmədim nə oldu, sonra nə isə,

    evdən yoxa çıxdı, mat qaldım buna.

    Mənası başqaydı o hədiyyənin,

    duyduğum gizli bir ağrı-acıydı.

    “Alıb gətirərəm, şairə deyin”, –

    Arif müəllimin ismarışıydı.

    Məndən soruşmayın, neçəydi yaşım,

    hələ yaş gəlirdi yaşımın üstə.

    Üç yaş məndən kiçik, böyük qardaşım,

    şah çinar kimiydi başımın üstə.

    Keldış[4] Moskvadan gəlmişdi o vaxt,

    diqqət də başqaydı rəsmi qonağa.

    Cavan alimiydi Akademiyada,

    Arif özü çıxdı onda qabağa.

    Onların görüşü, elmi söhbəti,

    soruşsan, indi də yadında durur.

    Nəin ki, cümlənin bir epiteti,

    bəzən bir eyham da heç unudulmur.

    Adi görünməsin, bu adi deyil,

    uçur o illərə indi də fikrim.

    Bu, təkcə xatirə söhbəti deyil,

    insan taleyidi,

    mən dediklərim.

    IV

    Ədibə[5] sadəydi mərhum atanız,

    bir az qürurluydu, bir az da məğrur.

    Sən də, Elmira[6] da oxşayıbsınız,

    oğul-qız, nə fərqi, gözdən oxunur.

    Beləcə, hər səhər o işə gedib,

    onun hər salamı, bir gül töhfəsi.

    O, iki dəfə də xahişə gedib,

    bir Kəbə yoluydu, məncə, hərəsi.

    Mənə ev verəndə – birinci xahiş,

    Püstə[7] xanımıydı, özüydü və mən.

    Mir Cəlal Mehdiylə[8] köhnə dost imiş,

    mən belə anladım söhbətlərindən.

    – Mir Cəlal, adların siyahısını

    gecdi, göndərmişik.

    – Yox, Mehdi…

    – Gecdi.

    – Mehdi, gənc şairdi, unutma onu.

    – Mir Cəlal…

    – Yox, Mehdi,

    – Gecikib…

    – Yox, Mehdi gəncdi.

    İndi də o anı xatırlayıram,

    hökm ona yadıydı, o an da mənə.

    O son imtahanı xatırlayıram,

    order ona qaldı, ünvan da mənə.

    Mən onda gördüm ki, nə daş, nə dəmir,

    insan dözdüyünə dözməz o dəmdə.

    Bütün sevindiyim yadıma gəlmir,

    heç vaxt, ümidimi itirməsəm də.

    Ancaq eşitmişəm, axtaran tapar,

    gözün ya ağında, ya qarasında.

    Özünə inansa, insan dağ çapar,

    bu söz də yaşayır, el arasında.

    V

    Bir musiqi məktəbinə müdirə! –

    Elmira xanımın ilk vəzifəsi.

    Sonra görürlər ki, qızın o yerə

    nə meyli varıymış, nə də həvəsi.

    Evdə Mir Cəlala gedib deyirlər,

    qız da öz sözünü çatdırır: – Ata,

    Məndən qabaqkını həbs eləyiblər,

    işləyə bilmərəm, gedib mən orda.

    Qızının sözünü ata dinlədi,

    evdə də, işdə də o, həssasıydı.

    – Necə, musiqiçi?!

    Sual deyildi,

    bəlkə cəmiyyətə istehzasıydı.

    Onu tutmasaydı görülən bir iş,

    bir az incisəydi, kimdənsə bəzən, –

    Üzündə təbəssüm, gözündə gülüş,

    sözü sətiraltı deyərdi üzə.

    – Hər kəs belə getsə, tutular, – dedi,

    eşidən olmadı səsini onun.

    – İdeal bir dövlət qurmaq istədi,

    qədimdə İskəndər, sonra Əflatun.

    O odun üstəydi, o közün üstə,

    yadına düşmüşdü qabaqkı çağlar.

    – Başa düşmədiyi bir sözün üstə,

    başsızlar, milləti başsız qoydular.

    Niyə unudulub Nargin adası,

    niyə Xəzər laldı, dalğaları lal.

    Qatilə – dedilər ellər atası,

    əsl el atası, budur, Mir Cəlal.

    Sərraf gözlərində oxunan fikir

    elə bilirdim ki, bir yox, ikiydi.

    O da Konfusitək[9] bir mütəfəkkir,

    o da Qandi[10] kimi,

    bir müdrikiydi.

    O gün qəbuluna getdi nazirin,

    başqa çıxış yolu daha yoxuydu.

    – Qızımı o işdən azad eləyin,

    ikinci,

    ən ağır xahişi buydu.

    Nazir Mir Cəlala hörmət elədi,

    əvvəl otağına dəvət elədi,

    yer təklif elədi, çay gətizdirdi,

    – Siz xoş gəlibsiniz, –

    o bir də dedi.

    Nazir asta dedi sözü bir qədər,

    istədi sınmasın bu gəlişindən.

    – Xahişə gələndə, iş istəyəllər,

    siz xahiş etdiniz

    çıxardın işdən.

    Nazirin sonuncu sözləri buydu,

    nazir Mir Cəlalın oxucusuydu.

    O, bir avtoqrafla, kitab istədi,

    – Məndə də qoy olsun əlyazmanızdan.

    Sonra təbəssümlə:

    – Göndərin, dedi,

    işdən azad olan o qızınızdan.

    O vaxtdan çox keçib, dəyişib zaman,

    həyatda nə qədər kəsir görmüşəm.

    Nə Mir Cəlal kimi gözütox insan,

    nə o nazir kimi,

    nazir görmüşəm.

    VI

    “Ədibin evi”ndə başqaydı həyat,

    sağ ol, Şəfəq xanım,

    bu cah-bu cəlal,

    əllərin toxunan hər eksponat,

    dil açıb deyir ki, sağdı Mir Cəlal.

    Ona hörmət qoyub akademiklər,

    nə qədər əsəri, mühazirəsi…

    Çox şeyi soruşub öyrənibdilər,

    hələ,

    ADU-dakı adicə dərsi…

    Baxıb gülümsədi arada bir dəm,

    Hafiz, oyaq idi fikri, diqqəti.

    Məni Şəfəq xanım ayıltdı desəm,

    inan,

    etiraf da səmimiyyətdi.

    – Şair, unutmaram mən bu diqqəti,

    daim salırsınız bu evi yada.

    Sizə Mir Cəlalın münasibəti,

    bir əfsanə kimi yaşayır o da.

    Gördüm ki, sinəsi doludur qızın,

    bəlkə, ürəyində ağrı-acı var?

    Mən də dinmədim ki, qoy o danışsın,

    hər qəlbin,

    bir sözə ehtiyacı var.

    – Bir də bir insanlıq dərəcəsi var,

    elmi dərəcələr hardasa tutmur.

    Burda insan kimi xatırlayırlar,

    onu,

    Mir Cəlalı,

    hörmət də budur.

    İnsan əvəzsizdi dedim dünyada,

    cəmiyyət – bir seldi səsli-soraqlı.

    İnsan axtarıbdı qoca Sokrat da,

    insanlar içində,

    əliçıraqlı.

    Heç kəsin könlünə qız toxunmadı,

    işıqla doluydu könül aləmi.

    Gözündən bir qərəz, kin oxunmadı,

    yenə gülümsədi əvvəlki kimi.

    İşıqla doluydu,

    könül aləmi.

    VII

    Açılıb-örtülən bir çarpayıda,

    qatlayıb yatmışdın ayaqlarını,

    Üstün açılmışdı,

    örtdüm arada,

    Mir Cəlal görürmüş sən demə, bunu.

    Mənə minnətdarlıq elədi Hafiz,

    durub ayaq üstə o boyda alim.

    Mənim diqqətimdən çox dedi Hafiz,

    diqqətim tutubmuş,

    bəlkə də Hafiz.

    Qəlbimdə nə qədər hisslər oyandı,

    açıb söyləyərdim,

    danış, desəydin.

    Onda Mir Cəlalın mən aspirantı,

    sən də Moskvanın tələbəsiydin.

    Bilmədim, hayandan əsdi o yellər,

    o baş əyilmədi şöhrətə, ada;

    Fəxri xiyabanda dəfn elədilər,

    fəxrimiz,

    bir fəxri ad almasa da.

    – Mir Cəlal, hansıdı ən şah əsərin?

    Dedi: ailəmdi,

    fəxri adıyla!

    Bir qələm sahibi mütəfəkkirin,

    bəlkə də şifahi

    hesabatıydı.

    Ərdəbil deyilən səfalı bir yer,

    Arazdan o yana – bir mahal olub.

    Arazdan bu yana keçiribdilər,

    Gəncədə böyüyüb,

    Mir Cəlal olub.

    Xeyirdə kimsəsiz, şərdə təkiydim,

    harda axtarırdın o gün sən məni.

    İnsanlar içində,

    yerdə təkiydim,

    göydənmi gəlmişdin, gördün sən məni.

    Bir fikir tapanda, sevinirəm mən,

    deyirəm, bax budur sözlərin şahı.

    Onu pozanda da sevindirirsən,

    Tanrım,

    yeni fikir verirsən axı.

    Mənim düşündüyüm o cür deyilmiş,

    şairlik taledir,

    ömür deyilmiş.

    VIII

    Yaxın dostlarının çıxmaz yadından,

    Mir Cəlal –

    xəlvətdə şamtək yanırdı.

    O zaman “Füzuli” tədqiqatından,

    Bertels[11], Moskvada maraqlanırdı.

    Sonralar Bakıda olanda belə,

    deyirlər görüşə daim tələsib.

    Gəlib akademik Mir Cəlalgilə,

    orda çay da içib,

    çörək də kəsib.

    Onun damarında başqaydı qanı,

    tale qismətiydi Araz-Kür boyu.

    O Taylı, bu Taylı Azərbaycanı,

    bir canda yaşatdı,

    bir ömür boyu.

    Mir Cəlal, necəsən, deyən olmadı,

    həyata, dünyaya nə dedin, ustad?

    O Tayda, bu Tayda yiyən olmadı,

    sən mənə

    yiyəlik elədin, ustad.

    Hardan biləydin, qız nəvən bir gün,

    Qalib Sərkərdənin sevdiyi mələk, –

    Qalxacaq üstünə

    Xudafərinin,

    o Taya, bu Taya əl eləyəcək!

    Haqqın dərgahında, bu nədi, şair,

    bu sirli dünyada niyə sirr olmur.

    Bu da taledimi?

    Taledir, şair,

    bir an sonranın da hökmü bir olmur.

    Şanlı çağırışı beləydi onun,

    eyham səmimiydi, söz səmimiydi.

    Ən çətin anlarda,

    Dəmir yumruğun,

    44 Gün – tarixi bir təqvimiydi.

    Min il ömür sürdü o Tayda millət,

    gərdi sinəsini alova, oda.

    Dilindən düşmədi İslam, Şəriət,

    minbərdən deyilən,

    duaları da.

    Məndən soruşursan, qoy deyim nədir,

    o qədim dünyanın ilk yadigarı.

    Bir – Həzrət Əlinin dedikləridi,

    bir də –

     Peyğəmbərin şah kəlamları.

    Böyükçöl[12] gör, harda düşdü yadıma,

    yarı işıqdadı, yarı kölgədə.

    O da bir ruh kimi yaşayır, amma

    görünən tərəfi,

    mənəm, bəlkə də?!

    Sözümü sən eşit, səsimi göylər,

    “mütləq” olan yerdə, bir “nisbət” də var.

    Əsrdən-əsrə bir söz, bir xəbər,

    nəsildən-nəsilə,

    əmanət də var.

    IX

    Yaşayır insanın qan yaddaşında,

    nədirsə, bilmirəm, amma əvəzsiz.

    O evdə,

    o halal süfrə başında,

    mənim də öz yerim varıydı, Hafiz.

    Onda səfiriydin, ilk səfirimiz,

    dünyanın qarışıq zəmanəsiydi.

    Sənin də öz yerin varıydı, şəksiz,

    o da –

    Klintonun[13] ailəsiydi.

    Biz səni görürdük televizordan,

    gəldi məktubun da, Bakıya bir gün.

    Mənə, darıxıram, – yazırdın ordan,

    burdakı,

    ədəbi söhbətlər üçün.

    Yaxşı yadımdadı, qoy indi deyim,

    dəvət eləmişdin, görüşə bizi.

    Hikmətiydi[14],

    Məmmədiydi[15],

    məniydim,

    gəl, qaytar o şeir məclisimizi.

    Sən axı rəssamsan, əlində fırça,

    bir sağlam gülüşə xalq acdı, Hafiz.

    Atan Mir Cəlalın satirası da

    sənin şarjlarına

    möhtacdı, Hafiz.

    Vaxt da – keçdiyimiz ömür yoludur,

    ana südü kimi o halalındı.

    Mənim ilk şeirlər kitabım durur,

    onun da ön süzü,

    Mir Cəlalındı.

    Çoxu, Mir Cəlalı xatırlayırdı,

    oğlanlar içində, qızlar içində.

    Onu, atalılar ata sayırdı,

    mən təkiydim,

    atasızlar içində.

    O, harda olsaydı, haqqın səsiydi,

    gündüz dincliyi yox, gecə yuxusu.

    Millətin yarısı – tələbəsiydi,

    qalan yarısı da –

    öz oxucusu.

    X

    Bir məktub yazmışdım, bir az sevincək,

    İran səfirliyi çağırdı məni.

    Bakıda – Şəhriyar günü keçirəm,

    orda,

    Təbrizdə də – Mir Cəlal günü.

    Şəkil də seçmişdim, kitab da verdim,

    bir əlyazması da apardım o gün.

    Bir də,

    Mir Cəlala həsr elədiyim,

    mənim şerim idi, o görüş üçün.

    Deyirdim, qırx milyon Azərbaycanın,

    səkkiz milyonu da üstünə gəlsək, –

    bizi görəcəkdi gözü, dünyanın,

    Tehran da

    Bakıya əl eyləyəcək.

    Onda tariximiz çıxacaq üzə,

    doğma balasıyıq, biz də Arazın.

    Bu şanlı günlərdən o günümüzə,

    mənim misralarım

    salam aparsın!

    Bakıdan Tehrana məktub getmədi,

    gözləyə-gözləyə qaldıq burda biz.

    Mənə, Abbasəli müəllim dedi, –

    bizim

    İrandakı öz səfirimiz.

    Arazı, sərhədi bizdən qorudu,

    fars da yorulmadı,

    bu tayda rus da.

    İki bölünməkdən Söhrab[16] da qorxdu,

    onun cavan dostu,

    Sayman Aruz[17] da.

    Mən indi bildim ki, dünya yuxuymuş,

    o kimin evidir,

    gör, kimin evi?!

    Mənim alın yazım bəlkə də buymuş,

    Allahım, nə deyir,

    “Ədibin evi”?

    O deyir: yaxşılıq itmir dünyada,

    əbədi əkilir torpağa, daşa.

    Yaşa, yaxşıların haqqıdı, yaşa,

    Mir Cəlal müəllim,

    məndən sonra da.

    İyun-iyul, 2022


    [1] O illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq yazıçısı

    [2] Azərbaycan Yazıçılar Birliyi

    [3] Arif Paşayevin xanımı

    [4] 4 – SSRİ Elmlər Akademiyasının o vaxtkı Prezidenti

    [5] Mir Cəlalın ortancıl qızı

    [6] Mir Cəlalın böyük qızı

    [7] Püstə xanım – Mir Cəlalın xanımı

    [8] Mehdi Hüseyn – Azərbaycan Yazıçılar İttifaqının o illərdəki sədri, Xalq yazıçısı

    [9] Çin filosofu

    [10] Hind filosofu

    [11] SSRİ Elmlər Akademiyasının həqiqi üzvü

    [12] Gənc yazıçı

    [13] ABŞ-ın o illərdəki Prezidenti

    [14] Hikmət Ziya

    [15] Məmməd Araz

    [16] Cənubi Azərbaycan şairi Söhrab Tahir

    [17] Cənubi Azərbaycanın gənc şairi Sayman Aruz

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Bayquş yuxular “

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Yadımda nənəmin bir sözü qalıb,
    Deyirdi bayquşun səsi gələndə,
    O yerdən bir ölü çıxar, ay bala.
    Bir uşaq marağı olardı məndə,

    O gecə yatmazdım mən də az qala…
    Eyvanda oturub qalardım elə,
    Dinləyib bayquşun səsin sübhədək.
    Axır yazıq nənəm gələrdi dilə,

    O yerdə məni də tutardı əsnək.
    Bir də oyanardım günorta vaxtı,
    Baxardım hər bir şey öz yerindədi.
    Təkcə nənəmincə boş qalıb taxtı,

    Soranda dedilər yas yerindədir.
    Bayquşun əlləri boş qayıtmayıb,
    Bir ölü aparıb demə, o gecə.
    Mənimtək bəlkə də çoxu yatmayıb,

    Almayıb bir damcı çimir, o gecə.
    İndi bayquşların səsi kəsilib,
    Çıxıbdı ortaya yuxu bayquşlar.
    İnsanın ömrünə qənim kəsilb,
    Bayquş adamlarla, bayquş yuxular.

  • Şəfa VƏLİYEVA.”Ayaqlarım qatran olar”

    Ayaqlarım qatran olar
    Izlərinə yapışar…
    Vəhşiləşər cığırlar;
    Gedişinçün qapışar.

    Keçib getdiyin vədə
    Heykəlləyər zamanı…
    Təsəllidi şəklin də.
    “Saxlayıram samanı”…

    Qulağım səsə düşər
    Böcəklər ötüşəndə…
    Barmaqlarım öpüşər
    Kirpiklər sevişəndə…

    Ah…
    Nə xoş mənzərədi
    Yenə yuxu görürəm…
    Adın əzbərimdədi
    Adından ev hörürəm..

    Hərf-hərf ucalan
    Bəxtin qızıl sarayı.
    Sənsiz kimdi qocalan
    Axı məndən savayı?!

    Yaxşı ki, gedişlərin
    Dadı-duzu kəm olur..
    Fələyin əl işləri
    Əzəlindən nəm olur…

    Yoxsa bağrım çatlardı
    Bu səhra yoxluğunda…
    Başınımı ağrıtdım?
    Əfv et…
    Sənsiz qorxuram.

    (2017)

  • “Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihəyə start verildi

    “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 25-ci bəndinə əsasən həyata keçirilən “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihəyə start verildi.

    Layihə çərçivəsində xarici ölkələrin UNESCO üzrə Milli Komissiyalarının təqdim etdiyi namizədlərin arasından münsiflər heyəti tərəfindən seçilmiş 16 gənc rəssamın Ağdam rayonuna səfəri təşkil olundu.

    Türkiyə, Amerika Birləşmiş Ştatları, Belarus, Kuba, İran, Qazaxıstan, Latviya, Malta, Pakistan, Slovakiya, İspaniya, İordaniya, Meksika, Qətər, eləcə də ölkəmizi təmsil edən rəssamlar Ağdam rayonunda Cümə Məscidi, Şahbulağ qalası, İmarət, Mədəniyyət evini, həmçinin Şəhidlər xiyabanını ziyarət etdilər. Rayonun təbiəti və tarixi məkanlarından ilhamlanaraq rəssamlar öz əsərlərini yaratmağa başlamışlar.

    Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə çərçivəsində Ağdamla yanaşı, Şuşa, Füzuli və Cəbrayıl rayonlarına səfər planlaşdırılır.

    Layihə çərçivəsində gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.

    Mənbə: https://culture.gov.az

  • “Şuşa yaradıcılıq emalatxanası” layihəsinin iştirakçıları mədəniyyət paytaxtımızla tanış olublar

    Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 26-28 avqust tarixində Azərbaycanın mədəniyyət paytaxtında yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihə həyata keçirilib.

    Layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşada bir araya gəldilər.

    28 avqust tarixində Şuşaya gələn media mənsubları da layihənin iştirakçıları – Azərbaycanın Xalq artistləri, bəstəkarlar Sərdar Fərəcov və Salman Qəmbərov, Əməkdar incəsənət xadimi , musiqişünas Zümrüd Dadaşzadə və başqaları, həmçinin Türkiyədən gələn tanınmış bloqerlərlə birlikdə Yuxarı Gövhər Ağa məscidi və Şuşa Realnı məktəbi, Cıdır düzü, Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin “güllələnmiş heykəllər”i yerləşən mərkəzi meydanı, Şuşa qala divarlarını ziyarət etdilər, şəhərdə aparılan təmir-bərpa işləri ilə tanış oldular.

    Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin musiqi sektorunun müdiri Vüqar Hümbətov bildirdi ki, üç gün ərzində 30-a yaxın yaradıcı şəxs –bəstəkar, musiqişünas, yazıçı, fotoqraf, rəssam və digər sənət sahibləri Şuşa ilə yaxından tanışlıq imkanı qazanıblar. Layihənin nəticəsi olaraq ilin sonuna kimi iştirakçıların Şuşaya səfər təəssüratları altında yaranan əsərlərin təqdimatı, qala gecənin keçirilməsi planlaşdırılır.

    Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin “güllələnmiş heykəllər”i yerləşən  meydandan başlayan ziyarətdə Xalq artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov dahi bəstəkarın şəxsiyyəti və yaradıcılığı, eləcə də bu abidələrin tarixi barədə iştirakçılara məlumat verdi. Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Bülbül və Xan qızı Natəvanın yaradıcılığından söz açdı, bu il Bülbülün 125, Natəvanın 190 illik yubileylərinin geniş şəkildə qeyd edildiyini vurğuladı. Çıxışlardan sonra iştirakçılar Şuşanın görməli yerlərini gəzdilər.

    Qeyd edək ki, layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda otuz ilə yaxın sürən işğal dövründə törədilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında ictimaiyyəti bir daha məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihəyə qatılan yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.

    MMənbə: https://culture.gov.az