AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) beynəlxalq əlaqələrin genişlənməsi çərçivəsində “Из Азербайджана На Фронт. История Южной Трассы Ленд-Лиза” (В.Филиппов) (Azərbaycandan cəbhəyə) və “100 il Azərbaycan Respublikasının Diplomatik Xidməti” (100 years Diplomatic Service Republic of Azerbaijan. M.Sultanov) adlı nəşrlər daxil olub.
“Azərbaycandan cəbhəyə” adlı kitab 1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində lend-liz proqramı çərçivəsində İran və Azərbaycan vasitəsilə ABŞ-dan SSRİ-yə hərbi texnikanın tədarükü və tranzit yüklərin daşınmasının təşkilinə dair tarixi-publisistik nəşrdir. Aviasiya tarixçisi Vyaçeslav Filippovun müəllifi olduğu bu kitab Krasnoyarsk diyarının elmi-tədqiqat kitabxanasında layiqli yer tutur.
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin I katib-konsulu Mirdavud Sultanovun müəllifi olduğu “100 il Azərbaycan Respublikasının Diplomatik Xidməti” (100 years Diplomatic Service Republic of Azerbaijan) adlı kitabda Azərbaycan diplomatiyasının müstəqillik dövründə əsas vəzifə və prioritetləri, dünya ölkələri ilə münasibətləri, Ermənistan-Azərbaycan Qarabağ münaqişəsilə əlaqədar məlumatlar öz əksini tapıb.
Qeyd edək ki, hər iki kitab Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin təşəbbüsü ilə MEK-ə daxil olub.
Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən AMEA-nın müxbir üzvü Məsumə Məmmədovanın həyatı, elmi-pedaqoji fəaliyyəti və əsərləri, kitab, elmi məqalə, dərc olunmuş məruzə, rəhbərlik və opponentlik etdiyi dissertasiyalar və s. məlumatları özündə əks etdirən biblioqrafik göstərici işıq üzü görüb.
Göstəricinin elmi redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev, redaktoru Biblioqrafiya şöbəsinin müdiri Xuraman İsmayılova, tərtibçisi isə Könül Məmmədəlilidir.
Biblioqrafik göstəricisi geniş oxucu kütləsi, xüsusilə informasiya texnologiyaları sahəsində çalışan alim və mütəxəssislər, bakalavr və magistrlar, gənc tədqiqatçılar üçün nəzərdə tutulub.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Rəssamlar Görüşməsi layihəsi çərçivəsində türk dünyası rəssamlarının 23-cü görüşünü Şuşada keçirmək niyyətindədir.
AZƏRTAC-ın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının katibliyindən əldə etdiyi məlumata görə, 23-cü Rəssamlar Görüşməsinin Şuşada təşkil olunması məsələsi hazırda fəal şəkildə müzakirə olunur.
Bildirilir ki, Şuşa 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçildiyi üçün növbəti rəssamlar görüşməsinə ev sahibliyi etməyə ən uyğun məkandır. Şuşanı görmək türk dünyasının rəssamları üçün də böyük arzu və istəkdir.
Qeyd edək ki, rəssamlar görüşməsi TÜRKSOY-un həyata keçirdiyi strateji mədəniyyət layihələri arasında mühüm yerə sahibdir. Hər il təşkil olunan bu görüş çərçivəsində türk dünyasının fırça ustaları bir araya gəlir, rəssamlarımız arasında yeni-yeni əməkdaşlıq körpülərinin təməli atılır. Rəssamlara ev sahibliyi etmək Şuşanın inci gözəlliyini əks etdirən tabloların kətan üzərindən dünyaya çatdırılması baxımından da mühüm məsələdir.Sabir ŞahtaxtıAZƏRTAC-ın xüsusi müxbiri
Kitabları hər zaman böyük tirajla çap edilən görkəmli yazıçı Əlibala Hacızadənin bu gün anadan olmasının 87-ci ili tamam olur.
AZƏRTAC xəbər verir ki, ötən əsrin 60-cı illərində, durğunluq adlandırdığımız dövrdə artıq SSRİ Yazıçılar İttifaqının üzvü olan gənc yazıçı oxucular tərəfindən böyük maraqla qarşılanan bir sıra hekayə, povest və romanların müəllifi olub. Bunlar “Heykəl gülür”, “Məhəbbət olmayan evdə”, “Unutmaq olmur”… əsərləridir. Əlibala Hacızadənin qəhrəmanları müəllifin özü kimi sadə, təmkinli, sevməyi, həyəcanlı hisslər keçirməyi bacaran insanlardır.
Əlibala Hacızadə ədəbiyyata 1956-cı ildə gəlmişdi. Həmin vaxt Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) şərqşünaslıq fakültəsinin tələbəsi olan Ə.Hacızadənin təxminən 20 yaşı vardı.
Partiya üzvü olmayan şərqşünas alim bir neçə illiyə Əfqanıstana ezam edilib və orada tərcüməçi işləyib. Həmin illər Əlibala müəllim bir-birinin ardınca bədii əsərlərini yazıb. Tezliklə onun “Qürbətdə” adlı hekayələr toplusu, “Təyyarə kölgəsi” romanı, daha sonra isə Əfqanıstanda cərəyan edən hadisələrdən bəhs edən “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası işıq üzü görüb. Deyirlər ki, o vaxtlar Əlibala Hacızadənin əsərləri “Azərkitab”ın mağazalarında digər yazıçıların kitabları əlavə olunmaqla satılırdı.
Bu maraqlı əsərlər arasında müəllifin Əfqanıstanda yaşayarkən qələmə aldığı və sonralar özünün yaradıcılığının zirvəsi adlandırdığı “İtkin gəlin”i daha çox əl-əl gəzirdi. O deyirdi: “Oxucular “Təyyarə kölgəsi” romanımı mənim yaradıcılığımın “şah əsəri” hesab edirlər. Mən özüm isə “İtkin gəlin” romanını yaradıcılığımın zirvəsi hesab edirəm. Mən “İtkin gəlin”i Azərbaycanda yox, Əfqanıstanda olanda yazmışam. Senzuradan kənarda bütün ürəyimdə olanları demişəm bu əsərdə. Buna görə də bu roman mənə daha doğma, daha əzizdir”.
Görkəmli ədibin “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə 1993-1994-cü illərdə 12 seriyalı bədii televiziya filmi çəkilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi əməkdaşı, filologiya elmləri namizədi Əlibala Hacızadə bir çox elmi tədqiqat əsərlərinin də müəllifidir. Onu ciddi alim kimi tanıdan “Fərruxi Yəzdinin poeziyası” əsəri ötən əsrin 60-cı illərinin sonunda işıq üzü görüb. Ə.Hacızadə fars dilindən bir sıra elmi və bədii əsərlərin tərcüməçisi kimi də tanınır. Bunlardan “Quranın 30-cu Surəsinin təfsiri” (iki cilddə), Jan Junyerin “Unudulmuş qəhrəmanlar”, Əli Əkbər Vilayətinin “Səfəvilər dövründə İranın xarici siyasəti tarixindən” və başqa əsərləri misal çəkmək olar.
Əlibala Hacızadə ədəbiyyatı həyatının ayrılmaz hissəsi hesab edirdi. 2004-2005-ci illərdə yazıçının müasir Azərbaycan ədəbiyyatı xəzinəsinə layiqli töhfə olan seçilmiş əsərlərinin on cildliyi nəşr edildi. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları ilə elm adamlarının o vaxtadək bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdıra bilib.
“Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də… Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!..” Görkəmli yazıçımız Əlibala Hacızadənin “Təyyarə kölgəsi” romanının qəhrəmanı Nadirənin gündəliyindəndir bu sözlər. Onun əsərlərini və özünü xatırladıqca bu sözlərin yazıçının obraz dili ilə dediyi öz kredosu olduğunu anlayırsan. Öz kredosuna layiqli olaraq yaşamış Ə.Hacızadə ruhən öz romanlarının səhifələrində yaşamaqdadır. Onun romanları sevginin, səmimiyyətin daşıyıcılarıdırsa, bu səhifələri hər zaman oxumaq gərəkir.
İllər ötsə də onun yazdığı əsərlər nəinki aktuallığını itirmir, həm də böyük məhəbbətlə oxunur.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Prezident mükafatçısı
Günəş doğana qədər…
İlahi, nədir bu dərdlər, nə bu tükənməz kədər, Bumu ömür dedikləri, bumu yazılan qədər?! Bu gecəni oyaq qalıb, Günəş doğana qədər, Qoşulub dəli çaylara çağlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
Elə bil ki dünyamızın ağır-ağır dərd-qəmi, Boylanaraq yollarıma min il gözləmiş məni, Acılarım dərin dərya, ucsuz-bucaqsız zəmi, Dərdlərimdən min-min dastan bağlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
Cərgə-cərgə, dəstə-dəstə dərdlərimi çinləyib, Kaman kimi nalə çəkib, bir ney kimi inləyib, “Apardı sellər saranı” havasını dinləyib, Minbir yerdən sinəmi dağlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
40 min illik tariximdən silinməyən izəm mən, Heç kölə olmadım ki, köləlikdən bezəm mən. Nədən qul sifətində görünəm mən, gəzəm mən? Əyilmiş qamətimi şaxlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
Qalaq-qalaq kədər-qəm sinəmdə daşlaşıbdı, Türküstanın elləri yamanca yadlaşıbdı. İki yüz ildi taleyim dərdlə qardaşlaşıbdı. Bəla gələn yolları bağlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
Orda Göyçə əl edir, burda Dərbənd üzülür, Göz dağıtək Borçalı, Təbriz səf-səf düzülür, Qəzəbli Qarabağın gözündən qan süzülür, Tərs gedən bu gedişi saxlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
İlahi, nədir bu dərdlər, nə bu tükənməz kədər, Bumu ömür dedikləri, bumu yazılan qədər? Bu gecəni oyaq qalıb, Günəş doğana qədər, Qoşulub dəli çaylara çağlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik böyük rejissor idi. O, ötən sərin 50-ci illərində çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoymuşdu. Tofiq Tağızadə həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaq. Çünki onun yaradıcılığı bənzərsiz, çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin məhsuludur…
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Tofiq Tağızadənin anım günüdür.
Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-cu ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. O, 1938-ci ildə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsinə qəbul olub. Amma bu institutda təhsilini başa çatdıra bilmədi. Müharibə Tofiq Tağızadənin də həyatını məcrasından çıxardı. Üçüncü kursda təhsilini yarımçıq qoyaraq cəbhəyə yollandı. 1941-ci ildə Rostov yaxınlığında gedən döyüşlərdən birində ağır yaralandı. Döyüş yolu bununla bitsə də, o dəhşətli günlərin xatirələri yaddaşından heç zaman silinmədi…
Geri döndükdən sonra Sənaye İnstitutunda təhsilini davam etdirmədi və 1946-cı ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsinə daxil oldu. Arzusunda olduğu bir aləmə düşdü. Bu ali təhsil ocağında məşhur kino xadimlərindən və pedaqoqlardan dərs aldı.
Bir müddət Moskvada çalışdı. Ancaq Tofiq Tağızadə vətəninə xidmət etmək arzusundaydı. Bu istək onu 1954-cü ildə Bakıya gətirdi. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başladı.
Tofiq Tağızadə “Görüş”lə gəldi sənətə. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən bu film rejissora uğurlu bir yolun qapısını açdı.
Tofiq Tağızadə müharibənin odundan, alovundan keçmiş, ağrı-acılarını çəkmişdi. Milyonlarla insanın həyatına son qoyan, şəhərləri, kəndləri xarabalığa çevirən bu dəhşətli bəlanı təsvir edən film çəkmək fikri onu rahat buraxmırdı. Çox gözləməli olmadı. Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmiş “Uzaq sahillərdə” həm rejissora, həm ssenari müəlliflərinə, həm də aktyorlara böyük şöhrət gətirdi.
Bundan sonra Tofiq Tağızadə “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Babamın babasının babası”, “Bağ mövsümü”, “Evin kişisi”, “O dünyadan salam” və başqa filmlərə quruluş verdi.
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaradıb. Lakin amansız əcəl onun işlərini yarımçıq qoyub. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.
Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərmiş yazıçılardan biri də nasir və dramaturq Seyfəddin Dağlı olub.
AZƏRTAC xəbər verir ki, bu gün yazıçı, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlının anadan olmasından 101 il ötür.
Seyfəddin Dağlı ( Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də də Azərbaycana Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz, Zeynəb Xanlarova, Şəfiqə Eyvazova kimi söz və sənət ustalarını bəxş etmiş Xızıda anadan olub.
Seyfəddin Abbasov yaradıcılığa məktəbdə oxuyarkən şeir və satirik hekayələrlə başlayıb. Sənaye texnikumunda oxuyanda “Kommunist” qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin ədəbi işçisi, şöbə müdiri, məsul katibi olub.
Böyük Vətən müharibəsi başlayanda o, Sovet Ordusu sıralarına çağırılıb və ömrünün on beş ilini hərbi xidmətə həsr edib. “Ordu” qəzetinin ədəbi işçisi, “Diviziya” qəzetinin redaktoru olub. 1944-1946-cı illərdə sovet qoşun hissələrinin tərkibində İranda xidmət keçib.
Seyfəddin Abbasov jurnalistikaya 1938-ci ildə maraqlı felyetonları ilə gəlib. İlk kitabı “Dəniz kəşfiyyatçısı” on il sonra, 1948-ci ildə işıq üzü görüb. Onun əsərləri ilk gündən geniş oxucu kütləsinin rəğbətini qazanıb. İkinci Dünya müharibəsi dövründə felyetonları və satirik hekayələri “Vətən uğrunda” jurnalında, “Ədəbiyyat”, Təbrizdə çıxan “Vətən yolunda” qəzetlərində çap olunurdu.
S.Dağlı 1952-1956-cı illərdə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının Redaktorluq fakültəsinin müdavimi olub. 1956-cı ildə Moskvada təhsilini başa vurandan sonra ordu sıralarından tərxis olunub və Vətənə qayıdıb. Bakıda o, jurnalist və ədəbi fəaliyyətini davam etdirib. 1956-1959-cu illərdə Dövlət Radio Komitəsinin baş redaktoru, Bakı televiziya studiyasının baş redaktoru, sədr müavini işləyib.
Seyfəddin Dağlı həmkarlarından özünəməxsus üslubu ilə seçilirdi. Onun yaradıcılığı zəngin və çoxşaxəli idi. O, bir çox hekayə, oçerk, povest, romanın müəllifi idi. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır”, “Bahar oğlu” romanı (Cəfər Cabbarlının həyatı haqqında), “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” adlı ədəbi şedevrlər yaratdı. Lakin çoxşahəli yaradıcılığında o, satirik-yumoristik janra üstünlük verirdi. Bu sahədə o, müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi tanınırdı. Onun pyesləri bir çox teatrlarda dəfələrlə səhnəyə qoyulub.
S.Dağlı həm satirik, həm də yumoristik povestlər, hekayələr ustası idi. Onun əsərləri oxucuda şüurlu və mənalı gülüş yaradır, ona görə də onların süjet xətti, quruluşu, ifadə tərzi, dilinin sadəliyi və şirinliyi ilə yadda qalırdı. Onun yaradıcılığında məhz satirik axar xüsusilə seçilir. Yazıçının tənqid və satira hədəfi müasir cəmiyyətin eybəcərlikləri idi, bütün qəhrəmanları həyatdan götürülüb. Müəllif tərəfindən yaradılmış hər bir obrazın öz bədii xüsusiyyətləri var və bir-birindən xeyli fərqlənir.
Yazıçının fəaliyyətinin ən mühüm mərhələsi “Kirpi” satirik jurnalına rəhbərlik etdiyi dövr olmuşdu. O, 1959-cu ildən 1976-cı ilədək bu jurnalın baş redaktoru kimi fəaliyyət göstərib. Jurnal zamanın tələbinə uyğun olaraq 1952-ci ildə məşhur “Molla Nəsrəddin” ənənələrinin davamçısı kimi çıxmağa başlayıb. Məhz bu jurnalda işlədiyi illərdə yazıçının istedadı özünü daha parlaq göstərib.
Ömrünü ədəbiyyata, oxuculara həsr etmiş insanın əsl mükafatı isə onun yaradıcılığına olan ümumxalq məhəbbəti, kitabları, ölkənin teatrlarında tamaşaya qoyulan pyesləri, “Kirpi” jurnalının bir-birindən maraqlı onlarla nömrəsidir.
Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2018-ci il tarixində Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə SSRİ Xalq artisti Tamara Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
26 avqust tarixində mədəniyyət naziri Anar Kərimov böyük sənətkar, vokal sənətinin unudulmaz səsi Tamara Sinyavskayaya ordeni təqdim edib. Nazir görkəmli opera müğənnisinə gələcək işlərində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə ölkə başçısına dərin təşəkkürünü bildirib.
Mədəniyyət naziri Anar Kərimov avqustun 25-də Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşüb.
Qonağı salamlayan Anar Kərimov Azərbaycan ilə Dünya Bankı arasında əlaqələrin yüksək templə inkişaf etdiyini və bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın vacibliyini vurğulayıb.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının Ermənistanın otuzillik işğalından azad edildiyini qeyd edən Anar Kərimov Mədəniyyət Nazirliyinin Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasında Dünya Bankı ilə birgə müştərək layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası haqqında məlumat verən nazir deyib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir. Bu çağırış həm də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş vandalizmin dünyaya çatdırılması məqsədi daşıyır. O, Dünya Bankının bu qlobal kampaniyaya dəstək verməsinin əhəmiyyətli olacağını diqqətə çatdırıb.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. Dünya Bankının mədəniyyətin inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsində hər zaman hazır olduğunu qeyd edib.
Sara Maykl “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasının həyata keçirilməsini yüksək qiymətləndirib və Dünya Bankının da bu təşəbbüsə qoşulmaqda maraqlı olduğunu vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 25-ci bəndinə əsasən ölkəmizdə cari ilin 26 avqust – 5 sentyabr tarixlərində “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihə həyata keçiriləcəkdir.
“Youth ArtCamp” beynəlxalq proqramı çərçivəsində təşkil ediləcək bu layihə 2008-ci ildə Andorranın UNESCO üzrə Milli Komissiyasının təşəbbüsü ilə mədəni fərqləri aradan qaldırmaq, təcrübə və dəyərləri bölüşmək, beynəlxalq harmoniya, birgəyaşayış, qarşılıqlı hörmət və əməkdaşlığı təşviq etmək məqsədilə təsis edilmişdir.
Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edilmişdir. UNESCO-nun xoşməramlı səfiri xanım Hedva Serin himayəsi altında olan bu beynəlxalq layihənin əsas məqsədi xarici rəssamların yaratdığı sənət əsərlərinin nümayiş olunması ilə yanaşı, UNESCO-nun fundamental dəyərlərini, o cümlədən davamlı sülhü və mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqini təbliğ etməkdir.
Xarici ölkələrin UNESCO üzrə Milli Komissiyalarının təqdim etdiyi namizədlərin arasından münsiflər heyəti tərəfindən 16 gənc rəssam seçilərək “Youth ArtCamp Shusha and Baku” layihəsinə cəlb olunub.
Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün sözügedən layihə mühüm əhəmiyyət kəsb edir. Tanınmış yerli sənət xadimlərinin, şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların, memarların yaradıcılığında Şuşa kifayət qədər tərənnüm olunsa da, xarici mütəxəssislərin gözü ilə ona yeni bir baxış zəruridir. Xarici mütəxəssislərin Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaqdır. Dəvət olunan rəssamların yaratdığı əsərlər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq və müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılaraq daha geniş tamaşaçı kütləsinə xitab edəcəkdir.
Layihə çərçivəsində Şuşa ilə yanaşı, Ağdam, Füzuli və Cəbrayıl rayonlarına səfər planlaşdırılır.
Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Andorranın UNESCO üzrə Milli Komissiyası tərəfindən sözügedən layihə çərçivəsində gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin keçirilməsi nəzərdə tutulur.
Qobustan Milli Tarix-Bədii Qoruğunda xarici tərəfdaşlarla müştərək elmi-tədqiqat layihələri çərçivəsində 2019-cu ildən icrasına başlanılan “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinin son mərhələsi başa çatır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Qobustan Milli Tarix-Bədii Qoruğunun, Madrid Komplutense Universitetinin (İspaniya) və Ferrara Universitetinin (İtaliya) dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Qobustanda ilkin məskunlaşma prosesinin tədqiqi, xronometrik üsulla qayaüstü təsvirlərin xronoloji çərçivəsinin müəyyən edilməsi və üzəri təsvirli qayalarla insan məskənləri arasındakı əlaqəni müəyyən etməkdir. Layihədə Qobustan Milli Tarix-Bədii Qoruğu, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Madrid Komplutense Universiteti (İspaniya), Milli Elmi Tədqiqatlar Mərkəzi (Fransa), Ferrara Universiteti (İtaliya), Milli Araşdırma Şurası (İtaliya), Rovira və Virgili Universiteti (İspaniya), Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutu (İspaniya), Barselona Universiteti (İspaniya), Milano Universiteti (İtaliya) və Neapol l’Orientale Universiteti (İtaliya) iştirak edib. Konfransı giriş nitqi ilə açan qoruğun direktoru Vüqar İsayev öncə “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsi haqqında ətraflı məlumat verib, 2019-cu ildən icrasına başlanılan tədqiqat işinin COVID-19 pandemiyası ilə əlaqədar fasilələrlə davam etdiyini diqqətə çatdırıb.
Qeyd edib ki, layihə çərçivəsində qoruq ərazisindəki Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən Ana zağa sığınacağının qayaüstü təsvirlərinin qeydiyyatı aparılıb, 1960, 1970 və 1980-ci illərdə arxeoloqlar İ.Cəfərzadə, C.Rüstəmov və F.Muradova tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı qeydə alınmış mədəni təbəqə və qoruğun fondunda saxlanılan üzəri təsvirli daşlar müasir elmi metodlarla öyrənilib. Təsvirlərin minimum yaşının müəyyənləşdirilməsi üçün təsvirli qayalarla birbaşa əlaqədə olan1977-ci ildə C.Rüstəmov tərəfindən arxeoloji qazıntı işləri aparılmış kiçik sahədə qeydə alınmış mədəni təbəqəyə baxış keçirilib.
Bildirib ki, ərazidə ilkin mərhələdə aparılan tədqiqatlar zamanı insan fəaliyyəti ilə bağlı olan Mezolit dövründən (təxminən 10,000 il əvvəl) Orta əsrlərə (XV əsr) qədərki dövrü əhatə edən 5 arxeoloji təbəqə qeydə alınıb. Son zamanlar əcnəbi mütəxəssislər tərəfindən qoruğa elmi tədqiqat məqsədi ilə çoxsaylı müraciətlərdən bəhs edən Vüqar İsayev Qobustan abidələrinin artıq dünya mütəxəssislərinin diqqət mərkəzində olan elmi tədqiqat obyektinə çevrildiyini bildirib. Qoruq rəhbəri eyni zamanda xarici ölkələrdə aparılacaq elmi tədqiqat layihələrində qoruq əməkdaşlarının iştirak etməsi barədə ilkin razılığa gəlindiyini də bəyan edib.
Sonra söz İspaniyanın Rovira və Virginiya universitetinin professoru Manuel Vaquero Rodrigezə verilib. Qobustanı qayaüstü incəsənətinin əhatə etdiyi tarixi çərçivənin genişliyi, mövzu müxtəlifliyi, ayrı-ayrı dövrlərin həyat səhnələrini əks etdirməsi, təsvirlərinin müxtəlif texniki üsullarla real çəkilməsi cəhətdən tayı-bərabəri olmayan qədim abidələr kompleksi adlandıran mütəxəssis apardıqları tədqiqat işindən danışıb. Qeyd edib ki, aparılan son elmi tədqiqatlar nəticəsində ərazidən daş materiallar, insanlar tərəfindən ovlanmış heyvan sümükləri (qoyun, keçi, at və iribuynuzlu), bəzək əşyaları, keramika və son 10,000 il ərzində ətraf mühitin necə dəyişdiyini anlamağa imkan verən kömür qalıqları aşkar olunub.
Tədqiqatçı qeydə alınan ən maraqlı tapıntılardan biri- Mezolit dövrünə aid edilən 5-ci təbəqədə aşkar olunan insana məxsus osteoloji qalıqlar barədə ətraflı məlumat verib. O bildirib ki, aşkar olunan sümüklər azyaşlı bir şəxsin (4-8 yaş arası uşaq) ayağına aiddir. Ərazidə aşkar olunan və bu tapıntı haqqında daha çox məlumat əldə etməyə kömək edəcək əlavə təhlil gözləyən artefaktların insan qalıqlarının dəfnə aid olduğunu fərz etməyə imkan verir. Qobustanın uzun dövrlü qayaüstü təsvirlərinin burada yaşayan insanların mənəvi aləmini, incəsənət duyumunu öyrənmək üçün əvəzsiz xəzinə olduğunu deyən ispan mütəxəssis gələcəkdə aparılacaq tədqiqatların aşkar olunmuş osteoloji qalıqların yaşını daha yaxşı müəyyənləşdirməyə, C.Rüstəmov və F.Muradova tərəfindən aşkar olunan digər skelet qalıqları ilə əlaqəni müəyyən etməyə imkan verəcəyini bildirib.O qeyd edib ki, Ana zağadakı insan qalıqları son ovçu-yığıcı cəmiyyətinin ənənəvi rituallarının və simvolik davranışlarının öyrənilməsində açar rolunu oynayır.
“Sonrakı tədqiqatlar bu uşağın DNT-sini və onun daha çox ovçu-yığıcı Avrasiya populyasiyaları ilə əlaqələrini müəyyən etməyə imkan verəcək. Eyni zamanda izotopik analiz bu insanların gündəlik qidalanması haqqında məlumat əldə etməyə şərait yaradacaqdır”.
Sonra iştirakçılar mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Sonda media nümayəndləri üçün infotur təşkil olunub.
Qeyd edək ki, tədqiqatlarda Markos Qarsiya Diez (Madrid Komplutense Universiteti, İspaniya), Manuel Vaquero Rodriges (Rovira və Virgili Universiteti, İspaniya), Bianka Oçoa Freyl (Basklar Ölkəsi Universiteti, İspaniya), Dario Siqari (İtaliyanın Ferrara Universiteti, Portuqaliyanın Koimbra Universiteti) və Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşı Sevinc Şirinli iştirak edib.
Qoruq əməkdaşları Günay Verdiyeva, Turan Yunus və Rəfael Bəkirov tədqiqatlara köməkçi qismində cəlb olunublar.
Cari ilin 7 avqust tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak etmiş, onlardan 482 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanmışdır.
Test imtahanında uğurlu nəticə göstərərək müsahibə mərhələsinə buraxılan namizədlər topladıqları bala və ixtisaslarına uyğun olan vakant vəzifələr üzrə müsahibələrdə iştirak etmək üçün 25 avqust 2022-ci il saat 09:00-dan 29 avqust 23:59-dək “Müsahibə mərhələsi üzrə vakansiya seçimi Müraciət Forması”nı (https://bit.ly/3pJmaZL) doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə daxil etdiyi məlumatların tamlığı, həqiqiliyi və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu yoxlanılır, məlumatların düzgünlüyü təsdiq edildikdən sonra namizədə müsahibələrin keçirilmə yeri və vaxtı barədə məlumat veriləcəkdir.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab ediləcəkdir.
Müsahibə mərhələsi 5-9 sentyabr 2022-ci il tarixlərində keçiriləcək.
Qeyd: Hər bir namizəd ixtisasına uyğun olaraq maksimum 5 vakant yer seçə bilər. Topladığı bala və müvafiq ixtisasa uyğun vakant yer olmadığı halda namizəd test imtahanı nəticələrinə uyğun olaraq 2 il ərzində Nazirlik tərəfindən təşkil olunan müsahibələrdə iştirak etmək hüququna malikdir.
23Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 26-28 avqust tarixində Mədəniyyət paytaxtımız Şuşa şəhərində yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsi həyata keçiriləcək.
Layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşa qalasına, Üzeyir bəyin dağıdılmış evinə, Bülbülün ev muzeyinə, Vaqifin məqbərəsinə, Güllələnmiş abidələrə, Cıdır düzünə səfər edəcəklər.
Layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda həyata keçirilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında dünya və yerli ictimaiyyəti incəsənət əsərləri vasitəsilə daha ətraflı məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihə iştirakçısı olacaq bəstəkar, şair, musiqişünas, misgər, keramika rəssamı, fotoqraf, qiraətçi və bir çox sahəni təmsil edən 30-a yaxın yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.
Belə ki, səfər təəssüratlarından ilhamlanaraq ərsəyə gələcək əsərlər bir müddət sonra Bakıda təşkil olunacaq qala tədbirdə geniş auditoriyaya təqdim olunacaq.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, yaradılmasının 30 illik yubileyinə həsr olunmuş “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda fotomüsabiqə keçirir. Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan fotomüsabiqəyə hər iştirakçı maksimum 10 fotoşəkillə qatıla bilər. İştirakçılar 08 avqust- 01 oktyabr 2022-ci il tarixinə qədər serhedsiz_idman@mail.ru elektron ünvanına (jpg/jpeg formatında, 300 dpi, uzun tərəfi 3000 pikseldən aşağı və ölçüsü 3 mb-dan az olmamaq şərti ilə) rəngli və ya ağ-qara formatda şəkillər göndərə bilərlər. Fotoşəkillərin üzərində heç bir ad, simvol, loqo qoyulmasına icazə verilmir. Kompüter və ya digər texnologiya vasitələrinin imkanları ilə hazırlanmış foto işlər qəbul edilmir. Fotolar real idman hadisəsini əks etdirməklə yanaşı, müsabiqə mövzusunun tələblərinə cavab verməlidir.
Müsabiqədə Azərbaycan Respublikası vətəndaşları olan peşəkar və həvəskar fotoqraflar iştirak edə bilərlər. İştirakçılar öz işlərini təşkilat komitəsinə (serhedsiz_idman@mail.ru) göndərdikdən sonra MOK-a yaxınlaşmalı və “İştirakçı anketi”-ni dolduraraq təqdim etməlidirlər.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyevin rəhbərlik edəcəcyi münsiflər heyəti 10 ballıq (ən yüksək 10 bal, ən aşağı 1 bal) qiymətləndirmə sistemindən istifadə edəcəklər. Birinci, ikinci ( iki qalib) üçüncü (üç qalib) yerin qaliblərinə pul mükafatı və diplom veriləcək. Müsabiqədə iştirak edən hər kəsə “iştirakçı sertifikatı” təqdim olunacaq.
Qeyd: Müsabiqə başa çatdıqdan sonra növbəti ayda müsabiqədə iştirak edən fotoqrafların işlərindən ibarət fotosərgi keçiriləcəkdir.
Əlaqə telefonları: +99412 465-13-12; +99412 465-84-38
Müsabiqə ilə bağlı əlavə sual yaranarsa müsabiqənin məsul katibi Nazir Rəhimova zəng edə bilərsiniz: +99450 981-41-31.
Ünvan: AZ 1072, Olimpiya küçəsi, 9 (Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi, Fərdi Prezident təqaüdçüsü Zəlimxan Yaqubun “Zarafat gəlməsin sənə bu dünya” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq şeir dərgisinin 90-cı sayında dərc olunub.
“Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. Koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovdur.
Qeyd edək ki, bundan öncə gerçəkləşdirilən eyniadlı layihə çərçivəsində Sevimli Xalq şairimiz Zəlimxan Yaqubun şeirləri “Usare” (Ebrar Vakfı Kültür yayın organı) və “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Sizi Azərbaycan milli mətbuatının yaranmasının ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.
Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir.
XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.
Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.
Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.
Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.
Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.
Bir daha peşə bayramınız münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, professor Yusif Huşkla görüş keçirilib. Öncə Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Pakistan Ədəbiyyat Mərkəzi ilə tanışlıq olub.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli görüşdə əlaqələrin inkşafından ətraflı söz açıb: “Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan-Pakistan əlaqələrinin əsasını qoyub. Prezidentimiz İlham Əliyev isə müstəqillik illərindən Azərbaycan-Pakistan əlaqələrini bütün sahələrdə sürətlə inkişaf etdirir. Bilirik ki, Pakistan dövlətinin də eyni dərəcədə Azərbaycana münasibəti vardır. Azərbaycan dövlət müstəqilliyi quranda Azərbaycanı ilk tanıyan dövlət Türkiyədən sonra Pakistan olmuşdur. Artıq münasibətlərimizin 30 illiyi tamam olur. Bizim bu tədbirlər Azərbaycan – Pakistan diplomatik əlaqələrinin 30 illiyinə həsr olunur. Sizin gəlişiniz də eyni vaxta təsadüf edir.
Universitetlərdə təhsil, akademiyada elm birincidir. Siz Pakistanın ən nüfuzlu ədəbiyyat qurumunun rəhbərisiniz. Azərbaycanda ən böyük ədəbiyyat mərkəzi Ədəbiyyat İnstitutudur. Sizin akademiya ilə bizim institutun funksiyaları demək olar ki, eynidir. Artıq Ədəbiyyat İnstitutunun 90 yaşı tamam olur. Ədəbiyyat İnstitutu ilk növbədə Azərbaycan ədəbiyyatını öyrənir. Azərbaycan folklorunu öyrənən ayırıca institut var. Biz daha çox yazılı ədəbiyyatı öyrənirik, bu da yeddinci yüzillikdən başlayır.
Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyat tarixi haqqında xroniki məlumat verdikdən sonra Ədəbiyyat İnstitutunun fəaliyyəti və şöbələri haqqında da tanıtım bilgisi verib. Şərqdə və türk-müsəlman dünyasında ilk dəfə Azərbaycanda yaranan janrlar haqqında danışıb.
Əlavə edib ki, “biz bütün dünya ilə əməkdaşlıq edirik. Hətta 44 günlük müharibədə qazandığımız zəfərdən sonra Ermənistanla sülh müqaviləsi bağlamaq fikrindəyik. Buna baxmayaraq, iki ölkə Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir, Türkiyə və Pakistan. Azərbaycanın müstəqilliyinin bütün illərində Pakistan bütün beynəlxalq təşkilatlarda Azərbaycanının ərazi bütövlüyünü tanıyıb. Pakistan öz ölkəsində Ermənistana səfirlik açmağa icazə verməyib. Buna görə münnətdarıq. 44 günlük Vətən müharibəsində də bizə ən çox kömək edən Türkiyə və Pakistan olub. Bu gün də cənab prezident Qarabağa böyük Qayıdış elan edib. Qarabağ yenidən qurulur, bu prosesdə də Türkiyə və Pakistan yaxından iştirak edir. Möhkəm siyasi əlaqə digər sahələrdə də əməkdaşlıq üçün rahat imkan yaradır. Biz elm sahəsində əlaqələri inkişaf etdirməyə maraqlıyıq. Bu gün də elmi əlaqələrin möhkəm əsasları qurulur. Səkkizinci mərtəbədə Pakistan Ədəbiyyat Mərkəzi yaratmışıq. Həmin mərkəz üçün Pakistan ədəbiyyatı tarixi kitabına ehtiyac var, urdu dilini öyrənmək üçün kurs təşkil etməyi düşünürük. Bildirmək istəyirəm ki, Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bialal Hayne və onun müavini Müəzzəm Əli də institumuzda olub. Pakistan ədəbiyyatına aid kitablarımız çap olunub. Bunlardan Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər”, “Dünya ədəbiyyatı” dərgisinin Pakistan sayı, Məhəmməd İqbalın “Seçilmiş əsərləri”, Bəsirə Əzizəlinin “Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitablarının təqdimatını keçirdik. Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyətinin ölkəmizə və akademiyaya səfəri baş tutdu. Pakistanda Azərbaycan ədəbiyyatı tarixinə aid kitab çap olunmasını istərdik. Biz də Pakistan ədəbiyyat tarixinə aid kitab çap etməyi düşünürük. Birgə tədqiqatlar aparıb, konfranslar keçirə bilərik”.
Akademik İsa Həbibbəyli bir neçə başqa nəşr haqqında məlumat verərək qonaqlara hədiyyə edib. Eyni zamanda professor Yusif Huşka Ədəbiyyat İnstitunun “Fəxri dostu” diplomunu təqdim edib.
Görüşdə Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, professor Yusif Huşk təmsil etdiyi akademiyanın fəaliyyəti və tarixi haqqında hazırladığı slaydı təqdim edərək, görülən işlər haqqında geniş məlumat verib. Onun həyat yoldaşı, Urdu dili və ədəbiyyatı mütəxəsisi Sofiya Huşk da çıxış edərək xoş qarşılanma və ətraflı tanışlıqdan məmnun qaldıqlarını bildirib.
Bu il Milli Mətbuatımızın qaranquşu olan “Əkinçi” qəzetinin ilk sayının nəşr olunma-sının 147-ci ili tamam olur. Bu, eyni zamanda Azərbaycan Milli Mətbuatının tarixidir. Milli Mətbuatımız 147 illik tarixi boyu Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayıb. Bu tarix qələmi müqəddəs bilən, onun saflığını, təmənnasızlığını qoruyub saxlayan bütün söz adamlarının bayramıdır. Artıq 2-ci ildir ki, Milli Mətbuat günü respublikamızda Zəfər müjdəli bayram kimi qeyd edilir. İkinci Qarabağ müharibəsi bir daha sübut etdi ki, ön cəbhədə döyüşən güclü, mütəşəkkil və müzəffər ordu ilə bərabər haqq səsimizi dünyaya çatdıra biləcək çevik, operativ və güclü jurnalist ordusuna da ehtiyac var. Azərbaycan jurnalistlərinin bu fədakarlığı 44 gün ərzində bir daha özünü təsdiq etdi. Bu deyilənləri nəzərə alaraq, Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatının yaradılması zərurəti ortaya çıxdı. Milli Mətbuat günü ərəfəsində aparılan söhbətlər, keçirilən müzakirələr və nəhayətdə təsis yığıncağının keçirilməsi bu təşəbbüsü reallaşdırdi. Beləliklə, Qubadlı, Kəlbəçər, Laçın, Zəngilan və Cəbrayıl rayonlarını əhatə etməklə, bu ilin iyun ayında Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatı yaradıldı və təşkilata sədr Qubadlı Rayon İcra hakimiyyətinin mətbu orqanı olan “Bərgüşad” qəzetinin baş redaktoru, müstəqil “Sözün sehri” qəzetinin təsisçisi, AYB və AJB üzvü, şair, jurnalist Qafqaz Əvəz oğlu Dəmirov seçildi.
Regional təşkilatın yaradılmasında əsas məqsədlərdən biri də Ali Baş Komandan, möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun 44 günlük II Qarabağ Müharibəsində əldə etdiyi Zəfər nəticəsində işğal altında olan torpaqlarımızın azad olunması və insanların dədə-baba yurdlarına qayıtması ilə əlaqədar o bölgədə yaşayıb fəaliyyər göstərəcək jurnalistlətin koordinasiyasını yaratmaq olduğundan regional təşkilata daxil olan rayonlarda bölmələrin yaradılması zərurəti ortaya çıxırdı. Bu baxımdan bir müddət sonra pegional təşkilatın nəzdində ilkin olaraq Kəlbəcər bölməsi yaradıldı və bölməyə sədr şair, jurnalist AYB və AJB üzvü, “Manevr.az” Media Qrupunun rəhbəri Namiq Dəlidağlı seçildi.
21 iyul 2022-ci il tarixində Sumqayıt şəhərində Azərbaycan Jurnalistlər Birliyinin və Qubadlı Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən geniş yığıncaqda Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatının sədri Qafqaz Əvəzoğlu və Kəlbəcər bölməsinin sədri Namiq Dəlidağlı ictimaiyyətə təqdim olunmuşdur.
İctimaiyyət nümayəndələrinin, müvafiq rayonları təmsil edən jurnalistlərin, elm və təhsil nümayəndələrinin iştirak etdiyi tədbirin aparıcısı, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti Rafiq Oday regional təşkilatın hansı zərurətdən yaradlması haqqında geniş məlumat vermişdir.
Ölkə mətbuatının, müasir jurnalistikamızın mövcud vəziyyətindən, görülmüş və görüləcək işlərdən, həyata keçirlən tədbirlərdən danışan Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev təmsil etdiyi qurumun Şərqi Zəngəzur Regional təşkilatının yaradılması təşəbbüsünü müsbət qarşıladıqlarını və normal fəaliyyət göstərə bilmələri üçün lazımi köməkliyin göstəriləcəyini vurğuladı.
Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva və Yeni Azərbaycan Partiyası Qubadlı rayon Təşkilatının sədri Təhmasib Rüstəmov çıxışlarında ölkəmizdə demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin olunduğununu vurğulamaqla, Şərqi Zəngəzur Regional təşkilatının yaradılmasını müsbət addım kimi dəyərləndirdilər. Prezident İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqətdən, mətbuatın fəaliyyəti və inkişafı üçün yaradılan münbit şəraitdən söz açdılar.
Filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, professorlar Razim Əliyev və Əliağa Cəfərov, Əməkdar jurnalist Eyruz Məmmədov, Əməkdar müəllim Ədalət Əsədov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşı Şamil Məmmədov, Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov, ”Sözün sehri” qəzetinin baş redaktoru Sevda Qafqazqızı, şair, publisist Sevinc Qərib və digər natiqlər çıxış edərək Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatının gələcək fəaliyyətinə uğurlar dilədilər.
Sonda Qafqaz Əvəzoğlu və Namiq Dəlidağlı təqdimat mərasiminin yüksək səviyyədə təşkilinə və verilən dəstəyə görə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova, göstərilən etimada görə isə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıya minnətdarlıqlarını ifadə etmişlər.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı haqqı, ədaləti özünə bayraq edən, bütün məqamlarda qərəzsiz və vicdanlı mövqedə dayanan, dövlətimizin, millətimizin və xalqımızın mənafeyini hər şeydən üstün tutan, qələmin müqəddəsliyinə sadiq qalan bütün jurnalistləri, yaxından, uzaqdan mətbuatla əlaqəsi olan bütün KİV nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edir, ən xoş arzu və ən səmimi duyğularını yetirir. Qələminiz iti, sözünüz kəsərli, başınız uca, alnınız açıq, vicdanınız təmiz olsun həmişə, dəyərli həmkarlar!
Dərin hörmətlə,
Rafiq ODAY, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, Respublikanın Əməkdar jurnalisti.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədrini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktorunu, Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Ећairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanını, respublikanın Əməkdar jurnalisti, şair-publisistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Mətbuat xidməti
Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Ећairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi “Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin rəhbəri, yazıç-pulisist, türkoloq alim, əziz dostumuz Yunus Oğuzu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
Yunus Oğuz (azərb. Yunus İsaxan oğlu Əliyev) — 1960-cı il iyunun 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. 1978-1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. 1979-1981-ci illərdə sovet ordusunda xidmət edb. Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıq təmizləmə zavodunda mülkü müdafiə qərargahının rəisi vəzifəsində çalışıb.
Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakultəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutuna göndərilib və burada kiçik elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildən də Milli Azadlıq hərəkatına aktiv qoşulub. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı 1989-cu ildən 1991-ci ilədək Azad söz qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1990-ci ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib.
1991-1992-cı illərdə Ordu qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1990-cı ildə AXC Ali Məclisinə, sonra AXC idarə heyətinə üzv seçilib. 1992-ci ildə AXC idarə heyəti ləğv olunduqdan sonra AXC sədrinin müavini təyin olub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müavini təyin edilib. 1994-cü ildə AXC –ni tərk edərək Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və onun sədri seçilib. Yunus Oğuzun təşəbbüsü ilə 1997-ci ildə ABUP və XAP birləşib və o, Xalq Azadlıq Partiyasınin sədri seçilib.
1998-ci ildə XAP və Vəhdət Partiyası birləşib və bu dəfə partiya sədrinin birinci müavini seçilib. 2000-ci ildən Vəhdət Partiyası adını Milli Vəhdət Partiyası elan edib ve qurultayda Yunus Oğuz Milli Vəhdət Partiyasının sədri seçilib. 1995-ci ildən bu günə qədər “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. Yüzlərlə elmi və publisistik məqalələrin müəllifidir. 15 oktyabr 2003-cü ildə keçirilən prezidenti seçkilərində namizədliyi qeydə alınmışdır.
Kitabları Redaktə Qarabağ nəzarətsiz zona (1993) (ingiliscə) Siyasi hakimiyyətin idarəetmə prinsipləri (1994) Qadın ulduzu (1996) Qədim Anadolu və Azərbaycan türkləri (2002) Türkün tarixinə yeni bir baxış (2006) Atilla pyesi (2007) Nadir Şah (tarixi roman) (2008) Təhmasib şah (tarixi roman) (2009) Türkün gizli tarixi (2010) Əmir Teymur zirvəyə doğru (2011) Qədim Türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatlarında (2011) Əmir Teymur dünyanın hakimi (2012) “Şah arvadı və Cadugər” tarixi romanı (2013) Sultan Alp Arslan (tarixi roman) (2015) Azərbaycanın geosiyasəti (2016) Atabəy Eldəniz (tarixi roman) (2017) Ovçu (2018)[1]
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri
Tale məndən üz döndərib, Geriyə gəlmək istəmir. Bir gözü ağlar gedibdir, Kiriyib, gəlmək istəmir.
Sən də taleyim kimisən, Getdin, geriyə baxmadan. Qalmadın, tələsik getdin, Ömrün sonuna çıxmadan.
Axı sənin qəsdin məni, Əridib yox etmək idi… İstək, arzuya çatmamış, Bu nə yersiz getmək idi?
Bəlkə məni həsrətinlə, Öldurməyə can atırsan? Səhv edirsən, böyük bir səhv. Sən özünü aldadırsan.
Sənin məkrin, qüruruna, Özüm baş əyməyim deyə, Sözüm baş əyməsin deyə, Gəlmədim mən hüzuruna.
Əksinə, söz qarşısında, Sən acizsən, sınamışam. Bu acizlik timsalında, Mən özümü qınamışam.
Getdin, hər addım izində, Bir xatirə yada düşdü. Göydən “üç alma” gözlədik, Payımıza o da düşdü.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri
Nə vaxtdır gələ bilmirəm, O, el-obalar necədir? Cüt doğulub, cüt qarıyan, Nənə-babalar necədir?
Yurda sahib duran quşlar, Bəlkə, haqqa qovuşmuşlar? Dimdiyiylə qaranquşlar, Quran yuvalar necədir?
Olsa belə şər etdiyi, Dildə gəzib hər etdiyi… “Köhnə kişilər” etdiyi, “Köhnə davalar” necədir? Gəldi fevral, bitdi yanvar, Çox qəribədir ruzigar… Nə yağış var, nə də qar var, Orda havalar necədir?
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri, şair-publisist Qafqaz Əvəzoğlu Dəmirov Azərbaycan jurnalistlər birliyinin Şərqi Zəngəzur Regional Bölməsinin (mərkəzi Qubadlı rayonu olmaqla, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl) sədri seçilib.
Növbəti təqdimatı 21 iyul 2022-ci il tarixində saat 15:00-da Qubadlı rayon Təhsil şöbəsinin akt zalında keçiriləcək.
Hörmətli şairimiz Qafqaz Əvəzoğlunu təbrik edirik, işlərində uğurlar arzulayırıq !
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği Murad Kövrək (Murad Əli oğlu Sarıyev) 1952-ci il iyulun 7-də Borçalıda – Bolnisi rayonunun Dəllər (Muşevani) kəndində anadan olub. Burada orta məktəbi bitirib. Ustad aşıq Hüseyn Saraçlının sonuncu şəyirdidir. Bu gün dədə-baba aşıqlarını xatırlayanda ilk növbədə yada düşənlərdən biri də Kövrək Muraddır. XX əsr Azərbaycan aşıq sənətinin çox böyük simalarından olan Hüseyn Saraçlı kimi bir aşıqdan dərs alan sənətkar ustadından öyrəndiklərini bu gün də sinəsində yaşadır. O qədər şirin, kolorotli danışır ki, saatlarla qulaq assan da, söhbətindən doymaq olmur. Ustadı ilə el şənliklərində çıxış edən, ağır məclislər yola salan Murad Kövrək bu gün həm də tanınmış sazbəndlərdəndir. Hazırda Bakıda yaşayır və sazbənd kimi fəaliyyətini uğurla davam etdirir.Bu sənətə gəlişini və Hüseyn Saraçlı kimi bir sənətkara qulluq eləməsini belə xatırlayır Kövrək Murad: “Ustad bizim kəndə toya gəlmişdi, ustaddan xahiş etdilər ki, icazə ver, bu uşaq da bir hava oxusun. Mən də saz çalmağı kəndçimiz aşıq Əhədin yanında öyrənmişdim. Ustad icazə verəndən sonra mən çox çəkinə-çəkinə sazımı götürdüm. Bunu görən Hüseyn Saraçlı – “ziyan yoxdu, sən hələ cavansan, aşıq deyilsən”, – dedi. Bir hava çaldım, xoşuna gəldi. Dedim, məni şəyird götürərsinizmi? “Niyə götürmürəm, səndən yaxşı durnaboğaz aşıq olar”, – dedi. Elə həmin ilin, yəni 1964-cü ilin payızında onun yanına şəyird getdim”.Bu gün təkcə Borçalıda yox, həm də Azərbaycanda və onun hüdudlarından kənarlarda – sazın səsi gələn hər yerdə həm də məşhur bir sazbənd kimi tanınan Muradın atası Əli kişi dülgər olub, əsasən kənd yerində lazım olan araba, boyunduruq və s. kimi alətlər düzəldib. Uşaqlıqdan saza böyük marağı olduğundan 3-4-cü siniflərdə oxuyarkən atasının alətlərindən istifadə edərək cır ar-mud ağaclarının içini yonub özünə saz düzəldib. Bəzən alətlərini korladığına görə atasının ona əsəbiləşdiyi vaxtlar da olub. Amma Murad fikrindən dönməyib. Elə bu həvəs də onu aşıqlıqla yanaşı, həm də sazbəndliyə gətirib çıxarıb. Xoşbəxtlikdən ustadı Hüseyn Saraçlı həm də sazbənd idi. Doğrudur, bu işlə mütəmadi məşğul olmurdu, amma dosttanışının, yaxın adamlarının sazını gətirib evində düzəldirdi, sim salırdı, kökləyirdi və Murada həm də sazbəndliyin sirlərini öyrədib.Aşıqlıqda olduğu kimi, sazbəndlikdə də ilk xeyir-duanı Hüseyn Saraçlıdan alıb: “Şəyird olan vaxt Hüseyn Saraçlının yanına getməkdə bir həftə gecikmişdim. Dedi niyə gec gəldin? Balaca bir cürə göstərdim, bunu düzəldirdim, Hüseyn əmi, – dedim. Cürəni bəyəndi. Səndən yaxşı sazbənd çıxar, bu sənəti də buraxma, dedi. Ondan sonra mənlə məşğul olmağa başladı, gördü ki, sazbəndliyi də bacarıram. Yavaş-yavaş sənətin sirlərini öyrətdi, ustalaşdırdı”.Murad Kövrək deyir ki, ustad aşığa saz bağlamaq hər sazbən-din işi deyil: “Aşıqlar hər ustaya saz bağlatmırlar, ancaq kamil ustalara müraciət edirlər. Aşıqlar üçün ən əsası sazın səsidir, gözəlliyidir”.O, həm də qədim sazları da bərpa edib: “Çox qədim sazları bərpa etmişəm. Məsələn, Hüseyn Saraçlının ustadının – Quşçu İbrahimin sazını gətirmişdilər yanıma. Yeni üz saldım, bərpa elədim. Aşıq Musa Qaraçöplünün sazını bərpa etmişəm, bəlkə də o sazın yüzdən çox yaşı vardı”.Son illərdə sazbəndliyə marağın artdığını vurğulayan ustad deyir ki, bu gün Borçalıda məşhur sazbənd kimi tanınan Bafəli və onun qardaşı Qəribə, özünün qardaşı İmdata və digərlərinə də öyrədib sazbəndliyin sirlərini. Bundan sonra da maraq göstərənlərə bu sənətin sirlərini böyük həvəslə öyrətmək istədiyini deyir: “İndi hamı əsasən yaxınlarını öyrədir. Mən yanıma gələn gənclərə təklif edirəm, şagirdə ehtiyacım var, yaşımın bu vaxtımda sənətimi öyrətməliyəm ki, məndən sonra kimsə qalsın”.Bu gün həm aşıq, həm də sazbənd kimi tanınan Murad Kövrəkdən bu iki sənətdən hansına daha çox üstünlük verirsiniz deyə soruşduqda deyir ki, mənim üçün hər ikisi eynidir, çox xoşdur ki, bir-birinə bağlı olan bu iki sənətlə qoşa məşğul oluram: “Hal-hazırda gücümü daha çox sazbəndliyə verirəm, çünki müraciət edənlər çoxdur. Məndən İrandan, Türkiyədən də saz istəyənlər çoxdu. Yeri gələndə aşıq kimi də fəaliyyət göstərirəm, televiziya verilişlərinə, məclislərə dəvət olunuram”.Murad Kövrək bu gün sözün əsl mənasında ustad görmüş, ustada qulluq etmiş tək-tək aşıqlarımızdandır. Hüseyn Saraçlı kimi nəhəng bir ustada qulluq etmək hər aşığa qismət olmayan bir xoşbəxtlik olmaqla yanaşı, həm də bir məsuliyyətdir. Təsadüfi deyil ki, bu haqda danışanda Aşıq Murad deyir ki, şəyird gərək hər şeydən əvvəl öz ustadından ədəb-ərkanı öyrənsin. Ustadının öyüd-nəsihətini isə heç zaman unutmur: “Aşıqlıq çox incə sənətdir. Rəhmətlik Hüseyn Saraçlı deyərdi ki, sən bir nəfərsən, məclis əhli 200-300 nəfərdir, hamısının nəzəri bir nəfərdə, aşıqda olar. Ona görə ədəb-ərkanın kamil olmalıdır”.Ustadından danışanda onsuz da kövrək olan Kövrək Murad bir qədər də kövrəlir: “Həmişə o yadıma düşəndə gözlərim dolur. Çox gözəl ustad, geniş dünyagörüşlü bir şəxsiyyət idi.O, aşıq de-yil, hər hansı peşənin sahibi də olsa, yenə tanınmış bir şəxsiyyət olardı. Çox kamil insan idi, aşıqlıqla yanaşı bütün sənətlərdən başı çıxırdı. Hər şeyin yerini bilən adam idi. Beş il evində şəyirdlik etdim, Saraçlı camaatının hamısı bunu bilir, hamısı məni tanıyır. Ailə qurandan sonra onun xeyir-duası ilə sərbəst aşıqlığa başladım. Ömrünün sonuna kimi də onunla əlaqəmi kəsmədim, həmişə ondan nəsə öyrənməyə çalışdım. Onunla bərabər el şənliklərində və digər tədbirlərdə çıxışlarım həyatımın ən unudulmaz analrı kimi yazılıb yaddaşıma. Allah ustada rəhmət eləsin”.Hazırda Bakıda yaşayıb fəaliyyət göstərən Murad Kövrək kamil sənətkar kimi Borçalı aşıq ənənələrinin yaşadılması üçün əlindən gələni edir, həm aşıq, həm də sazbənd kimi bildiklərini ona mürqaciət edənlərə böyük həvəslə öyrədir.
Şakir Nadiroğlunu çoxdan tanıyıram. Tanışlığımızın kökündə xalqımızın özü qədər qədim tarixə malik olan SAZ durur. Uzun illərdir ki, İctimai televiziyada çalışır, aşıq sənəti ilə bağlı radio və televiziya verilişlərinin hazırlanmasında böyük xidmətləri var. Təbii ki, bizi bir-birimizə bağlayan saza, aşıq sənətinə və bütövlükdə folklorumuza olan münasibətimizlə yanaşı, həm də hər ikimizin Borçalıdan olmağımızdır. Hər görüşümüzdə nə qədər sazdan-sözdən danışsaq da, sonda söhbətimiz mütləq fırlanıb Borçalının üzərinə gəlir. Bu qədim Türk yurdunun dünəni ilə nə qədər öyünsək də, bu günkü durmuna biganə qalmır, sabahını daha parlaq görmək arzumuzu ifadə edirik.
Şakir dağlar oğludur. Başkeçidin ucqar Lök-Candar kəndində dünyaya gəlib. Orta təhsilini doğma yurdda başa vurduqdan sonra çoxlarımız kimi, o da Bakıya gəlib, burada ali təhsil alıb, bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda isə, yuxarıda da qeyd etdiyim kimi, İctimai televiziyada çalışır. Onunla kiçik bir söhbət belə kifayətdir ki, xalqımızın adət-ənənəsinə, aşıq sənətinə və bütövlükdə zəngin folklorumuza nə qədər dərindən bələd olduğunun şahidi olasan.
Şakir Nadiroğlu olduqca təvazökar və səmimidir. Hay-küydən uzaqdır, yeri gəldi-gəlmədi etdiyini gözə soxmağa çalışanlardan deyil. Özünün varlığını əməlləri ilə təsdiq edən ziyalıdır.
Şakir Nadiroğlu özünün və sözünün yerini bilən, düşündüyü hər şeyi danışan yox, danışdığı hər şeyi əvvəlcə düşünəndir.
Şakir Nadiroğlu həm də şairdir! Sözü hər şeydən uca tutan və urvatdan salmayan şair. Sonradan şairlik həvəsinə düşənlərdən yox, şair doğulanlardandır. Yazdığının mürəkkəbi qurumamış nəşriyyat və redaksiyaların qapısını yağır etməyən, özünün və sözünün abırını qoruyan, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan şair!
Professor Nizaməddin Şəmsizadənin çox haqlı olaraq qeyd etdiyi kimi, “şair üçün birinci və dəyişməz şərt istedadın ifadəsi sayılan ilhamın olmasıdır” ki, bunlar da Şakir Nadiroğlunda var. O, “öz şəxsiyyətindən doğulan, qəlbindən pərvazlanan lal duyğunu hər yetən sözə təslim” etmir, sözün ona yaraşanını seçməyi bacarır.
Tez-tez kitab nəşr etdirməyə meyilli olmayan (buna həm də maddi imkanı olmayan) və indiyədək cəmisi bir neçə kitabı işıq üzü görən Şakir Nadiroğlu bəziləri kimi bu kitablara təmtəraqlı təqdimatlar da keçirməyib. Düşünüb ki, yazdıqları oxucunun zövqünü oxşayıb, qəlbinə yol tapacaqsa, bundan böyük təqdimat olmaz. Qənaətində yanılmayıb da. Şeirləri nəinki oxucuların, eyni zamanda respublikamızın dəyərli elm adamlarının, görkəmli ədəbiyyatşünas alimlərin də diqqətini çəkib. Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə və digər elm adamları onun yaradıcılığı haqqında qiymətli fikirlər söyləyib, kitablarına ön söz yazıblar.
Şakir Nadiroğlunun yaradıcılığında diqqəti daha çox çəkən bu gün poeziyada o qədər də rastlaşmadığımız alliterasiyaların mühüm yer tutmasıdır. Onun şeirlərində alliterasiya mətnə daha həssas və ifadəli güc verməklə yanaşı, eyni zamanda bu səslilik elementi nitqi bəzəyir və biz burada dinamizm, özünəməxsusluq və yeni yaradıcılıq keyfiyyətlərini görürük. Müəllifin bir hərf üstündə (bir şeirdə işlənən bütün sözlərin eyni hərflə başlaması) yaratdığı gəraylıları, dodaqdəyməzləri var. Təcniz yazmağın – yaratmağın şairdən böyük ustalıq, zəngin söz ehtiyatı və dilin incəliklərini mükəmməl bilmək tələb etdiyini bilməyən yoxdur. Üstəlik bu janrda yeni söz demək ikiqat məsuliyyət tələb edir. Şakir Nadiroğlu bu janrda da qələmini sınayır və gözəl poetik nümunələr yarada bilir. Görünür, burada onun aşıq sənətinin incəliklərinə dərindən bələd olması da mühüm rol oynayır. Və onun özəlliyi bir də odur ki, bir hərf üstə də təcnislər – dodaqdəyməz təcnislə yanaşı, ilk dəfə olaraq dodaqbüzən-dodaqdəyməz təcnislər də yaradıb:
Gözəl gözlər gözəllikdi güləndə,
Görən görür: gül gözəldi güləndə…
Gözəllikdə gül gəzən də, gülən də,
Gördülər güllükdə gözəl də güldü.
Bu barədə Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə belə yazır: “Təcnis lirik növün, heca şeirinin, aşıq poeziyasının əsas janrlarından biridir. Bu janrda söz oynatmaq, yeni ifadə tərzləri tapmaq sayəsində cığalı təcnis, ayaqlı təcnis, dodaqdəyməz təcnis şeirimizdə mövcud idi.
Bir hərf üstə dodaqdəyməz təcnisi Şakir Nadiroğlu yaradıb. Onun bu janrda gətirdiyi daha bir yenilik var: dodaqbüzən-dodaqdəyməz təcnis!”
Bütün söz adamları kimi, Şakir Nadiroğlu da “Həyat nədir?” sualına cavab axtarır və bu qənaətə gəlir ki, “bu fani dünyaya uymağa dəyməz”, həyat “olumnan ölümə qədərdi”, bu dünyaya bir gün gələn bir gün də köçəcək:
Şakir, bu dünyada olsan da xaqan,
Uyma var-dövlətə, qəflətdən oyan.
Üryan gələn üryan gedər dünyadan,
Bir anlıq sevincdi, kədərdi dünya.
Pul qazananlardan yox, “pulun qazandığı” adamlardan, sözü üzə deyən dostdan yox, üzə gülüb, ayaq altı qazanlardan qorxmağa çağırır.
Şakir Nadiroğlunun yaradıcılığında bütöv Azərbaycan və Türk dünyası mövzusu mühüm yer tutur. Əsrlər boyu tarix yaradan Türkün fitnəyə, böhtana qəbir qazaraq düşmənlərin hiyləsini pozub, yenidən tarix yazacağına inanır:
Bugünkü fidanlar böyüyəcəklər,
Qardaşlar əl-ələ yürüyəcəklər,
Düşməni Turandan kürüyəcəklər,
Axacaq selimiz Turana doğru!
Azərbaycanın hər guşəsini vəsf etməkdən doymayan Şakir Nadiroğlunun Borçalı və “dilimin ən şirin sözü Başkeçid” dediyi doğulub boya-başa çatdığı Başkeçidin əsrarəngiz təbiət gözəlliklərinə, bu yerlərdə insanların mərdliyinin, qonaqpərvərliyinin tərənnümünə həsr olunmuş şeirləri xüsusilə diqqəti çəkir. “Borçalı xəritəsi” şeirində ayağı Sınıq Körpü, başı Başkeçid – bütün Borçalını, Qarayazını, Qaraçöp ellərini tərənnüm etməklə, gözlərimiz önündə bu qədim türk yurdunun xəritəsini sözlə yaradır:
“Sınıq Körpü” yurdun giriş qapısı,
Tarixin tərpənməz sirri Borçalı.
Kürüstü kəndləri cənnət qapısı,
O səkkiz cənnətin biri Borçalı.
Özünün də dediyi kimi, onun şeirlərindən kənd iyi gəlir. Dağların, çəmənlərin, suyu diş göynədən bulaqların iyi gəlir, motal pendirinin, sac çörəyinin iyi gəlir. Misralarının “biri qulançar, biri quzqulaq, biri dağ çayıdır, biri buz bulaq, biri kərəntidi, biri də oraq”. Çünki “o kənddi Şakirin çörəyi, duzu”:
Sözüm nəmər alan at belindədi,
Bulaqdan süzülən dağ gölündədi,
Yazdığım kəlmələr el dilindədi,
Mənim şeirimdən kənd iyi gəlir.
Şəhərdə yaşasa da, könlü daim kənddədir. Onu kəndə bağlayan isə təkcə təbiət gözəlliyinin əsiri olması deyil, həm də kənd adamlarının sədaqəti, qədim adət-ənənənin qorunub yaşadılması, mərifətə, təriqətə, həqiqətə olan inam və hər kəsdə gördüyü kəramətdir.
Bəs, dostundan istədiyi nədir – Əyriqarın xar qarı, quzqulaq, kəkotu, cincilim kətəsi, turşəng, qazayağı, əvəlik, təzə pendir, nəhrə yağı:
Dostum, mənə dağ sovqatı
Əyqiqardan xar qar ola.
Quzqulaqla kəklikotu,
Buzbulaqdan lilpar ola.
Ana təbiəti, böyüyüb boya-başa çatdığı doğma Başkeçidin az qala hər dağını, hər daşını, dərəsini, bəndini, bərəsini, gül-çiçəyini vəsf etməkdən doymur və bu mövzuda çox yazmasının səbəbini isə belə izah edir ki, yamacında yatmayanlar, dağda şehə batmayanlar, yağışında islanmayan, Günəşdən tez oyanmayan, quzqulaq, baldırğan, qantəpər yığmayanlar və nəhrə yağ yeməyənlər dağ həsrəti çəkə bilməz.
Bəli, Şakir Nadiroğlu şairdir. Özü də şeirlərini tanıtmağa (oxutmağa) çalışan şair yox, şeirləri ilə tanınan şair. Və mən inanıram ki, bu şeirlər bundan sonra onu daha çox tanıdacaq, ona şöhrət qazandırcaq.
Şakir Naidroğlunun şəxsiyyəti və yaradıcılığı ilə bağlı təəssüratlarımı hələlik burada bitirir və sözlərimi “Kəlilə və Dimnə”dən bu qiymətli kəlamlarla tamamlayıram: “İstedadlı və bacarıqlı adamın vəzifəsi kiçik, nüfuzu az, düşməni çox olsa da, o, əql və kəlamı sayəsində özünü büruzə verər, şöhrət tapar. Belə adamlar çıraq kimidirlər, fikir verməmisinizmi ki, çırağı söndürmək istərkən, o, yüksəyə qalxmağa meyil göstərir”.
2022-ci ilin son 4 ayında Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin 3 məşhur kitabı Türkiyənin İstanbul şəhərində “Bengisi yayınları” tərəfindən çap edilib.
Bu barədə AZƏRTAC-a müsahibəsində yazıçının oğlu Turan İbrahimov məlumat verib. O deyib: “2021-ci il noyabrın 11-də tərcüməçi Mustafa Öğünçla imzaladığımız müqavilə əsasında yazıçının 5 kitabının 5 il müddətində Türkiyədə nəşr edilməsinə icazə verilib. Bu kitablardan birincisi klassik ədəbiyyatımızın böyük şairi Məhəmməd Füzuli və Mühibbi təxəllüsü ilə qəzəllər yazmış Sultan Süleyman Qanuni haqqında “Eşq sultanı” romanıdır. Türkiyə ilə ortaq ədəbiyyat dəyərlərimizi canlandıran bu roman anam Əzizə Cəfərzadənin son əsəridir və yazıçı onu audioformatda diktofona yazıb. Mən onu ilk dəfə 2005-ci ildə professor Vaqif Sultanlının redaktəsi ilə nəşr etdirmişəm.
İkinci çap olunan kitab “Sabir” romanıdır. Bu əsər satirik şairimiz Mirzə Ələkbər Sabirin həyatından bəhs edir və onun bu il qeyd olunan 160 illik yubileyinə bizim töhfəmizdir.
Üçüncü kitab isə dövründə Əzizə Cəfərzadəni ən çox məşhurlaşdıran XIX əsr Azərbaycan ədəbiyyatının böyük şairi və mütəfəkkiri Seyid Əzim Şirvanidən bəhs edən “Aləmdə səsim var mənim” romanıdır”.
Yazıçının digər əsərlərinin türkcəyə çevrilməsi və nəşri üzərində işlərin davam etdirildiyini bildirən müsahibimiz deyib: “Müqaviləyə əsasən “Bakı-1501” və “Yad et məni” romanları da Türkiyə oxucularına təqdim ediləcək. Bu kitabları türkcəyə çevirən Mustafa Öğünç müasir türk dili və ədəbiyyatı üzrə təhsil almış istedadlı gəncdir. Ona Azərbaycan-Türkiyə münasibətlərində mühüm əhəmiyyət kəsb edən bu işlərində uğurlar diləyirik.
“Eşq sultanı” və “Aləmdə səsim var mənim” kitablarının türkcə variantını diqqətlə oxuyub qeydlər etmiş, həmyerlimiz, riyaziyyatçı, Ankara Universitetinin professoru Şahin Əmrahın da böyük zəhməti var. Onu da qeyd edək ki, Şahin Əmrah “Aləmdə səsim var mənim” romanında adı dəfələrə çəkilən din xadimi Hacı Məcid Əfəndinin kötücəsidir. “Sabir” romanının türkcə variantının orijinala uyğunluğunu isə yazıçının qardaşı nəvəsi Aygül Cəfərzadə yoxlayıb.
Əzizə Cəfərzadənin bu kitablardan əvvəl “Anamın nağılları” kitabı 1990-cı ildə Türkiyədə Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən çap edilib. 2006-cı ildə isə yazıçı-alimin toplayıb, tərtib etdiyi 800 illik qadın yaradıcılığımızı əks etdirən “Azərbaycan aşıq və şair qadınları” kitabı da Çingiz Alyılmaz tərəfindən türkcəyə çevrilərək nəşr edilib”.
2022-ci ilin son 4 ayında Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin 3 məşhur kitabı Türkiyənin İstanbul şəhərində “Bengisi yayınları” tərəfindən çap edilib.
Bu barədə AZƏRTAC-a müsahibəsində yazıçının oğlu Turan İbrahimov məlumat verib. O deyib: “2021-ci il noyabrın 11-də tərcüməçi Mustafa Öğünçla imzaladığımız müqavilə əsasında yazıçının 5 kitabının 5 il müddətində Türkiyədə nəşr edilməsinə icazə verilib. Bu kitablardan birincisi klassik ədəbiyyatımızın böyük şairi Məhəmməd Füzuli və Mühibbi təxəllüsü ilə qəzəllər yazmış Sultan Süleyman Qanuni haqqında “Eşq sultanı” romanıdır. Türkiyə ilə ortaq ədəbiyyat dəyərlərimizi canlandıran bu roman anam Əzizə Cəfərzadənin son əsəridir və yazıçı onu audioformatda diktofona yazıb. Mən onu ilk dəfə 2005-ci ildə professor Vaqif Sultanlının redaktəsi ilə nəşr etdirmişəm.
İkinci çap olunan kitab “Sabir” romanıdır. Bu əsər satirik şairimiz Mirzə Ələkbər Sabirin həyatından bəhs edir və onun bu il qeyd olunan 160 illik yubileyinə bizim töhfəmizdir.
Üçüncü kitab isə dövründə Əzizə Cəfərzadəni ən çox məşhurlaşdıran XIX əsr Azərbaycan ədəbiyyatının böyük şairi və mütəfəkkiri Seyid Əzim Şirvanidən bəhs edən “Aləmdə səsim var mənim” romanıdır”.
Yazıçının digər əsərlərinin türkcəyə çevrilməsi və nəşri üzərində işlərin davam etdirildiyini bildirən müsahibimiz deyib: “Müqaviləyə əsasən “Bakı-1501” və “Yad et məni” romanları da Türkiyə oxucularına təqdim ediləcək. Bu kitabları türkcəyə çevirən Mustafa Öğünç müasir türk dili və ədəbiyyatı üzrə təhsil almış istedadlı gəncdir. Ona Azərbaycan-Türkiyə münasibətlərində mühüm əhəmiyyət kəsb edən bu işlərində uğurlar diləyirik.
“Eşq sultanı” və “Aləmdə səsim var mənim” kitablarının türkcə variantını diqqətlə oxuyub qeydlər etmiş, həmyerlimiz, riyaziyyatçı, Ankara Universitetinin professoru Şahin Əmrahın da böyük zəhməti var. Onu da qeyd edək ki, Şahin Əmrah “Aləmdə səsim var mənim” romanında adı dəfələrə çəkilən din xadimi Hacı Məcid Əfəndinin kötücəsidir. “Sabir” romanının türkcə variantının orijinala uyğunluğunu isə yazıçının qardaşı nəvəsi Aygül Cəfərzadə yoxlayıb.
Əzizə Cəfərzadənin bu kitablardan əvvəl “Anamın nağılları” kitabı 1990-cı ildə Türkiyədə Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən çap edilib. 2006-cı ildə isə yazıçı-alimin toplayıb, tərtib etdiyi 800 illik qadın yaradıcılığımızı əks etdirən “Azərbaycan aşıq və şair qadınları” kitabı da Çingiz Alyılmaz tərəfindən türkcəyə çevrilərək nəşr edilib”.
2022-ci ilin son 4 ayında Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin 3 məşhur kitabı Türkiyənin İstanbul şəhərində “Bengisi yayınları” tərəfindən çap edilib.
Bu barədə AZƏRTAC-a müsahibəsində yazıçının oğlu Turan İbrahimov məlumat verib. O deyib: “2021-ci il noyabrın 11-də tərcüməçi Mustafa Öğünçla imzaladığımız müqavilə əsasında yazıçının 5 kitabının 5 il müddətində Türkiyədə nəşr edilməsinə icazə verilib. Bu kitablardan birincisi klassik ədəbiyyatımızın böyük şairi Məhəmməd Füzuli və Mühibbi təxəllüsü ilə qəzəllər yazmış Sultan Süleyman Qanuni haqqında “Eşq sultanı” romanıdır. Türkiyə ilə ortaq ədəbiyyat dəyərlərimizi canlandıran bu roman anam Əzizə Cəfərzadənin son əsəridir və yazıçı onu audioformatda diktofona yazıb. Mən onu ilk dəfə 2005-ci ildə professor Vaqif Sultanlının redaktəsi ilə nəşr etdirmişəm.
İkinci çap olunan kitab “Sabir” romanıdır. Bu əsər satirik şairimiz Mirzə Ələkbər Sabirin həyatından bəhs edir və onun bu il qeyd olunan 160 illik yubileyinə bizim töhfəmizdir.
Üçüncü kitab isə dövründə Əzizə Cəfərzadəni ən çox məşhurlaşdıran XIX əsr Azərbaycan ədəbiyyatının böyük şairi və mütəfəkkiri Seyid Əzim Şirvanidən bəhs edən “Aləmdə səsim var mənim” romanıdır”.
Yazıçının digər əsərlərinin türkcəyə çevrilməsi və nəşri üzərində işlərin davam etdirildiyini bildirən müsahibimiz deyib: “Müqaviləyə əsasən “Bakı-1501” və “Yad et məni” romanları da Türkiyə oxucularına təqdim ediləcək. Bu kitabları türkcəyə çevirən Mustafa Öğünç müasir türk dili və ədəbiyyatı üzrə təhsil almış istedadlı gəncdir. Ona Azərbaycan-Türkiyə münasibətlərində mühüm əhəmiyyət kəsb edən bu işlərində uğurlar diləyirik.
“Eşq sultanı” və “Aləmdə səsim var mənim” kitablarının türkcə variantını diqqətlə oxuyub qeydlər etmiş, həmyerlimiz, riyaziyyatçı, Ankara Universitetinin professoru Şahin Əmrahın da böyük zəhməti var. Onu da qeyd edək ki, Şahin Əmrah “Aləmdə səsim var mənim” romanında adı dəfələrə çəkilən din xadimi Hacı Məcid Əfəndinin kötücəsidir. “Sabir” romanının türkcə variantının orijinala uyğunluğunu isə yazıçının qardaşı nəvəsi Aygül Cəfərzadə yoxlayıb.
Əzizə Cəfərzadənin bu kitablardan əvvəl “Anamın nağılları” kitabı 1990-cı ildə Türkiyədə Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən çap edilib. 2006-cı ildə isə yazıçı-alimin toplayıb, tərtib etdiyi 800 illik qadın yaradıcılığımızı əks etdirən “Azərbaycan aşıq və şair qadınları” kitabı da Çingiz Alyılmaz tərəfindən türkcəyə çevrilərək nəşr edilib”.
Dövlət Tərcümə Mərkəzi tanınmış Azərbaycan şairi Nigar Həsənzadənin “Seçilmiş şeirlər” kitabını nəşr edib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Xalq şairi Ramiz Rövşənin “Oxunan və eşidilən şeirlər” adlı “Ön söz”ü ilə təqdim olunan şeirlərin Azərbaycan dilinə tərcümə müəllifi – tanınmış şair Salam Sarvandır, redaktoru – tanınmış şair – tərcüməçi Mahir N. Qarayevdir.
Şair, esseist Ramil Əhmədin “Abşeron yarımadamı” adlı şeirlər kitabı çap olunub.
“Parlaq İmzalar” nəşriyyatında nəşr ediən kitabın redaktoru Aqşin Yeniseydir.
Kitab yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, “Abşeron yarımadamı” müəllifin beşinci kitabıdır. Bundan əvvəl müəllifin “Zaman tuneli” (2015), “İki şəhərin yazıları” (2018), “Orxan Pamukun evində” (2021) və “Nizami Gəncəvinin poetik portreti” (2021) kitabları işıq üzü görüb.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Yordun məni alqışlarla: “Baxtın açsın yollarını”… Ovcumdakı qırışlarla Ölçmə ömür yollarımı.. Ölçmə, qaraçı qızı…
Bu da səndən qalan ömür, Yarı sənsən, yarı sudu. Həsrətini atdığım yer Gözlərimin quyusudu.
Eh! Yolların yol yoldaşı, Gedən yollara qarışdın. Sən tək bədəndən ibarət Sevgilərə alışdın…
* * *
Günəş bir az başını Aşağı əyib getdi. Qaraldı hava. Gecənin qaranlığında Ay Ağ diş kimi Ağardı uzaqdan. Yağdı küləyin səsi, Göyün gurultusu Yağış kimi. Töküldü üstümə Xatirələr qarğış kimi. Bir başıpapaqlı Həsrətdi mənimki, Mən də mental düşüncədə – Sözündən çıxa bilmədim. Gecə bilmədim, Yuxu bilmədim. Bütün qaydaları pozdum, Bir addım qabağa çıxdım. Bu qadın canımla Bir damcı qorxu bilmədim. Bəs sən neylədin mənimçün?
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü
Anlaya bilirdik bir-birimizi, Küssək də, Sussaq da duya bilirdik. Yıxıb tökdüyümüz, Dağıtdığımız Hər şeyi yerinə qoya bilirdik. Bəs niyə olmadı? Nəydi olmayan? Daş dediyin ürəyim də Gördünmü qırıldı axır? Həvəsim qalmayıb Qol qaldırmağa, Yoruldum axır. Pəncərəmdə hirsli külək, Ürəyim qorxudan əsir. Bəs bir də olmasa… Dilim qurusun, Günün İt ulayan qaranlığında Ağlımda bu fikir Neynir, nə gəzir?
Bir az səhmana saldım Dağınıq düşüncəmi. Açdım, görüm nə qalıb İçində düyünçəmin.
Bakıda İnter Continental oteldə “Urdu Daily Jadid Post” qəzetinin baş redaktoru, Qlobal Mədəniyyət Federasiyasının Baş Katibi və “Konfransların təşkili və Tədbirlərin İdarə Edilməsi” təşkilatının icraçı direktoru, Dubayda yaşayan bloqqer Tariq Feyzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə urdu və Azərbaycan şairlərinin iştirakı ilə “Urdu-Azərbaycan Beynəlxalq Poeziya və Mədəniyyət Gecəsi” keçirilib.
Gecədə Pakistan, Hindistan və Dubaydan olan urdu dilli şairlərlə yanaşı, azərbaycanlı şairlər də iştirak edib, həm urdu, həm də Azərbaycan dilində şeirlər səsləndiriblər. Pakistandan Babar Nasim Assi, Dr. Saima İram, Hammad Niyazi, Hindistandan Zübeyir Ansari, Dubaydan İrfan İzhar, Azərbaycandan isə Azadə Novruzova, Aysel Fikrət, Müşfiqə Baləddin və Əkbər Türbəndeyev iştirak edərək öz şeirlərini təqdim ediblər.
Gecədə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, millət vəkili İsa Həbibbəyli, professor Qəzənfər Paşayev, Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya Ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədov və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin urdu dili müəllimi Eldost İbrahimov fəxri qonaq kimi iştirak ediblər.
Sonda sufi rəqsləri və urdu dilində mahnılar təqdim olunub.
Elçin İsgəndərzadənin yaradıcılığında elmi dəqiqliklə bədii ehtimal bir-birini təkzib etmir. Texniki elmlərdə dillərdən düşməyən, humanitar elmlərin isə yadına düşməyən elə sözləri poeziyaya gətirir ki, ortaq məxrəclə razılaşmalı olursan. Məsələn, Xudu Məmmədovdan bəhs edən “Bu qala bizim qala” simfonik poemasında işlətdiyi “kristal” sözü kimi. Bu söz bədiilikdən uzaq, məcazlıqdan qaçaq sözdür. Lakin adı çəkilən poemada məhz bu sözü açar söz kimi qəbul etmək olar. Şair məhz kristal sözü ilə Xudu Məmmədovun həyat və fəaliyyətini, hətta xarakterini təqdim edə bilmişdir.“Turan savaşçısının nəğmələri” poemasında isə Çingiz və Elçin sözlərinin “Çin” hissəciyi bir sözün ilk hecasında digər sözün son hecasında işlədilərək ad bənzərliyi yaradır: el-ÇİN-giz.Anladım ki, Çingiz ağa,Mənim atım sənin atına qardaş.Bu dünyada mənim adımSənin adına qardaşElçin İsgəndərzadənin bir şeirində, bəzən bir şeirin bir bəndində böyük bir həyat həqiqəti əksini tapır.Tanrı iyirmi yaşlı qazilərinalnına zəfər müjdəsi yazır – iyirmi yaşlı qazilər əlil arabalarıylason döyüşə, son savaşa girməyə hazır!!! və yaQırx beş yaşımdaeşidirəm o Aynalı tüfənginbabamın səsinə oxşar səsini.Qarabağdakı evimizdəkiAynalı tüfəngin qundağındakı yazıdanÖyrəndim nəslimin şəcərəsini…- nümunələrdə sanki irihəcmli bir əsərin sözçülükdən uzaq özəti verilmişdir. Bu xüsusiyyətləri onun çoxsaylı şeirlərində müşahidə etmək mümkündür. Bunlarla yanaşı, Elçin İsgəndərzadə poeziyasının mərkəzində millilik və türkçülük məsələləri dayanır. İstər şeirlərində, istərsə də poemalarında türk nəfəsi açıq-aydın duyulur. Türkçülük qızıl xətt kimi keçir: Qılıncımız belimizdə Qopuzumuz əlimizdə, Ya hu, ya hu – dilimizdə, Türkük, türkü oxuyuruq” – bəndində türkə məxsus döyüş ruhu da, kult kimi qəbul edilən qopuz da, dilimizin duası da bir araya gətirilib. Eyni motiv başqa bir şeirində də özünü göstərir:Babalarım ağ atlardakeçib getdi bu yerlərdən,bu gün yenə ağ atlıbir türk əsgəriyəm mən.Mehtər marşları çaldıq,Alınmaz qalalar aldıq…Göy üzündə hilalımız,Dünya haqdan halalımız! Bu nümunədə “ağ atlı oğlan”ın bütün gəlmişi-getmişi sərgilənir. Türk atının ayaq izləri olan yerlərdə mehtər marşları ilahi ədalətin bərqərar olması üçün çalınar. Nümunədə bu inam “dünya halal haqqımız” olması qənaəti ilə reallaşıb. “Göy üzündə hilalımız” misrası isə sadəcə qafiyə xatirinə işlənməyib. Bəllidir ki, göy rəng türkün rəngi, türkün simvolu kimi qəbul edilib. Tarixdə bir çox türk dövlətlərinin adları da göy sözü ilə bağlı olub. Göyün üzündəki hilal-aypara əksər türk dövlətlərinin bayrağını bəzəyir. Hilal-ay gecələr bəşəriyyəti zil qaranlığın xofundan xilas etdiyi kimi, türkün dünyadakı halal haqqı sovunmağı da bəşəriyyəti müxtəlif bəlalardan xilas etməsi deməkdir. Şair dünyanın hər yerində ədalətə vətən yaradan türkün öz coğrafiyasına da söz qoşur. Bu coğrafiyanın türkə məxsusluğu isə onun torpağının qanla suvarılıb qorunması ilə fərqlənir:Qarşı yatan qara dağlar ötəsitorpağını, daşını qanımızla suvardığımız məmləkətdir, məmləkət!Savaş günü atları yəhərləyibqibləsinə vardığımız məmləkətdir, məmləkət! Bu, məmləkət sözü ilə ehtiva olunan məkan böyük Turandan tutmuş, konkret Azərbaycan sərhədlərinə qədər olan ərazini əhatə edir. Şair ümumtürk taleyindən yazdığı kimi, konkret öz ölkəsindən də yazır. Onun başına gətirilən haqsız fəlakətlərdən söz açır:İyirmi birinci əsrə keçdik. Şair,iyirmi birinci əsr iyirmi yanvardankeçib gəldi bu şəhərə – şəhər qan içində çıxdı səhərə. Bu nümunə birbaşa Azərbaycan gerçəkliyini təcəssüm etdirir. Sovet ordusu tərəfindən Bakıda həyata keçirilmiş 20 Yanvar qırğınına işarə və etiraz edilir. Şair sadəcə həmin faciənin acılarından gileylənməklə kifayətlənmir, erməni işğalçılarının Azərbaycan torpaqlarını haqsızcasına zəbt etməsinə üsyankarlıqla cavab verir. Bu üsyankarlığın təməlində öz dədə-baba torpaqlarından zorla çıxarılmış bir müəllifin gerçəklikləri əks olunur. “Oğul odu Qarabağlı ola, özü də qərib şair, sinəsi dağlı ola…” – sətirlərindən də hiss olunduğu kimi şair torpaqlarımızın otuz ilə yaxın erməni qəsbkarlarının işğalında qalması ilə heç cür barışmır. İçində qələbəyə olan inam sönməyərək daim keçmiş günlərin xatirəsini ehtiramla yad edir:Səhər bazarda gördüyüm,bizim yerlərdə bitənmərəçöyüd qoxusuhuşumu başımdan alıb.Şükür hələ damağımdaAna yurdun dadı qalıb. Şair şükür etməyində haqlı çıxdı və onun doğma torpaqları müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad olundu. Bütöv qələbənin ən böyük zəmanəti isə Şuşanın azadlığı oldu. Şuşaya sadiqlik, məhz Şuşanın həyati əhəmiyyətli dəyərini anlamaq şairi həmişə həmin mövzuya çəkib. Nə qədər ki, Şuşa azadlığının yolunu gözləyirdi, şair onun çəkdiyi bütün acıları hiss edərək, şeirlərində dilə gətirirdi. “Parisdə Yenisey meydanından keçirəm – Şuşada dolaşır Xarıbülbül sevdalı xəyalım Ulduzlara göz vurmağa yox halım” – sətirlərində məkanlar arasındakı manevrlər diqqətdən yayınmır. Şair cismani olaraq Parisdədir, lakin ruhən öz doğma Şuşasındadır. Və ya “Şam şəhərində itirdiyim fotoaparatın yaddaşında Fələstin qaçqınları… Və mənim içimdə Qarabağ uçqunları…” Paralellik və kəsişən nöqtələri qabartmaq, anındaca müxtəlif zamanlarda müxtəlif məkanlarda baş vermiş hadisələrin oxşar tərəflərinə diqqəti cəlb etmə bacarığı gözdən yayınmır.Elçin İsgəndərzadənin şeirlərində vətənpərvərliyin ifadəsindən çox danışmaq olar, lakin onun mövzularını bununla məhdudlaşdırmaq olmaz. O, təbiətin rənglərinə rəng qatmağı, səsinə səs verməyi, sözündən söz çıxarmağı çox ustalıqla bacarır. Məsələn:Gör nələrə könül verdim,bu dünyada yalan, gerçək.Qar altında yalın ayaq,qar üstündə qanlı çiçək…- misralarında qarın altı ilə üstü arasında yaradılmış təzad çox orijinaldır. Hələ bu təzadda insan əli (nümunədə insan ayağı) varsa. Bir anlıq qarlı havada ayaqyalın çöldə qalmağın gerçəkliklərini düşünək. Ağla gələn ilk səbəb ehtiyacdan, çarəsizlikdən, daha konkret isə evsizlikdən, ayaqqabının olmamasından belə bir mənzərənin yaranması olacaq. Qar təbiətindir, yalın ayaq isə insanın. Qar da, çiçək də təbiətindir, amma əvvəl çiçəyə sonra isə çiçəklə birgə qara bulaşan qan isə insana məxsusdur. Bir sözlə, qış fəslinin tənqidi tərənnümü gözəl alınıb. Başqa bir şeirdə isə qar cinayətkar deyil, əriyib özünü fəda etməklə ilk baharın mühasirəsinə düşür:Tverskoy bulvarındanazlı-nazlı əriyir Moskvada qar.Moskva şəhərini yaşıl barmaqlarıyla mühasirəyə alıb ilkbahar. Təbiət mövzulu misallardan keçək şəxsi hisslərin ifadə olunduğu nümunələrə. “İşıqları uzaqdan gözəl olur qürbətin Nikotin kimi ciyərlərimə hopur həsrətin” – misraları həm qürbət, həm də sadiq aşiq obrazının tamam yeni təqdimidir. “Aramızda sevgi fərqimiz var, yapon gözəli, Tokio ilə Bakı arasındakı saat fərqi qədər…” – sətirlərində isə bənzətmə obeyktləri çox maraqlı tapıntıdır. Müqayisəsi aparılan məkanlar həm də fərqli zamanlara mənsubdur. Bu gerçəklik çox böyük ustalıqla insan sevgisi ilə müqayisə olunur. Gülnar Səma
Xalq şairi Mirvarid Dilbazinin 110 illiyi münasibəti ilə “Bənövşələr üstə göz yaşları…” kitabı latın qrafikası ilə işıq üzü görüb.
Mirvarid Dilbazi Poeziya Məclisindən AZƏRTAC-a bildirilib ki, “Bənövşələr üstə göz yaşları…” kitabı “Gənclik 1994” nəşri əsasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən kiril əlifbasından latın əlifbasına çevrilərək 1000 tirajla yenidən işıq üzü görüb.
Xalqımızın sevimli şairi Mirvarid Dilbazi uzun, maraqlı, xalq üçün olduqca dəyərli, mənalı bir ömür yaşayıb. “Bənövşələr üstə göz yaşları…” kitabına istəkli şairimiz öz şirinli, acılı xatirələrini daxil edib. Oxucu bu xatirələr işığında şairin ata-anası, doğmaları, Azərbaycan ədəbiyyatının yaradıcılarından olan tarixi şəxsiyyətlərlə yaxından tanış olacaq.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Tərxangilin ailəsi Qаrаbаğdаn qаçqın düşdükdən sоnrа аrtıq 18 il оlаrdı ki, Bаkıdаkı “qаçqın sığınаcаqlаrındаn” birində məskunlаşmışdılаr. Tərхаn аilənin tək uşаğı idi. Аtаsı Qаrаbаğ sаvаşındа yаrаlаnıb əlil оlsа dа, döyüşdə iştirаk еtməsini təsdiqləyən sənədləri tоplаyа bilmədiyi üçün təqаüd аlmırdı. Sаğ аyаğındаn ахsаdığına görə hеç bir yеrdə işə də düzələ bilmirdi. Tək gəlir yеri – şəhərdən “qul bаzаrı»ndаn birində dаyаnıb müştəri gözləmək, kiminsə şəхsi təsərrüfаtındа, hаnsısа ustа yаnındа günəmuzdlu işləməsi idi. Аnаsı isə qаçqın məktəbində хаdimə işləyirdi.
Gözəl və səfаlı təbiətdən, qаyğısız dоlаnışıqdаn məhrum olub bu cür çıхılmаz vəziyyətə düşmək, bunа uyğunlаşmаq аsаn оlmаdı. Çохlаrı cismən, çохlаrı isə mənən məhv оlmuşdu, bu dözülməz həyаtdаn. Tərхаnın аiləsi də bu çətinliklərə sinə gərməyə çаlışırdı.
Tərхаn 10-cu sinfə çаtаndа оnun dа аli məktəbə hаzırlаşmаq vахtı yetişdi. Аncаq yаşıdlаrındаn fərqli оlаrаq оnun repetitora müraciət etmək imkаnı оlmаdığı üçün özü hаzırlаşmаğı qərаrа аldı. (Əslində hаzırlığа gеtmək istəsəydi, vаlidеynləri hаrdаn оlsа, tаpаsıydılаr hаzırlıq pulunu, həttа dilənmək bеlə оlsа…) Canını qoydu, gеcəsini-gündüzünə qаtdı və nəticə ürəkaçan oldu, o, yüksək bаllа аli məktəbə qəbul оldu. Həmin gün оnlаrın еvində ilk dəfəydi ki, bu qədər sеvinc dolaşırdı. Universitet həyatı başladı. Tərхаn dərsə gеdib-gəlirdi. Еvdən оnа hər gün yоlpulu vеrilirdi. Mеtrоyа qədər mаrşrutlа gеtməli idi. Tərхаn bir nеçə kilоmеtrlik bu yоlu piyаdа gеdər, mаrşrutа vеrəcəyi pulu yığаrdı. О, bu qərаrа C.Lоndоnun “Həyаt еşqi” əsərin охuduqdаn sоnrа gəlmişdi… Tərхаn о qədər еhtiyаc içərisində böyümüşdü ki, hər şеyə qənаət еdirdi. Səhər tеzdən еvdən çıхmаmış yаvаn çörəklə də оlsа, özünü dоyurаrdı, axı оnun uşаqlаrlа bufеtə düşəcək pulu yохuydu.
Аrtıq 2-ci kursdа охuyurdu, о, bufеtin üzünü bircə dəfə görmüşdü. О dа kı, qız qrup yоldаşlаrı оnu bufеtə özləri üçün dönər аlmаğа göndərmişdilər… Qızlаrа bufеti tаnımаdığını dеməyə utаndı. Pulu аlıb аşаğı mərtəbəyə düşdü. Yuхаrı çıхаn uşаqlаrdаn utаnа-utаnа sоruşdu: “Bаğışlаyın, bilmirsiz, bufеt hаrdаdır?”
-Аz nəyə gülürsən, nə оlub ki, bəlkə birinci kursdur? Tаnımır dа, burdа gülməli nə vаr?
– Nə 1-ci kurs? Əmimоğlunun qrup yоldаşıdır, 2-ci kursdulаr. Çох utаncаq оğlаndır, bizi görüb özünü itirdi, sоruşmаğа söz tаpmаdı.
Bunu da digər qız dedi. Qızlar gülüşə-gülüşə yuхаrı qаlхdılаr.
Bu sözləri еşidən Tərхаn çох pis оldu. Ürəyində dеyindi ki: “Ахı kimin-kimdən nə хəbəri???”
***
Bu gün аnаsının dоğum günü idi. Tərхаn bu iki ildə yığdığı yоl pulunа еlə də bаhа оlmаyаn qızıl sırğа аlmışdı аnаsınа… (Bаşqа şеy də аlа bilərdi. Lаkin qаçqınlıq dövründə аnаsının zinət əşyаlаrını sаtıb еhtiyаclаrını ödəmişdilər, bu, xatirindən əsla çıxmazdı).
Qismətdən аtаsının dа bu gün gəliri yахşı оlmuşdu. О, еvə ət və tərəvəz аlmışdı. Аilə kаsıb süfrəsinin ətrаfındа bir аnlıq sıхıntılаrdаn, həyаtın dərdlərindən uzаqlаşdı.
Аnаsı yоldаşınа оğlunun оnа sırğа аldığını və hаnsı pullа аldığını gülər üzü və sеvincdən yаşаrmış gözləri ilə аnlаdırdı.
Аnаsı Tərхаnа dеdi ki, bu sırğаlаrı sахlаyıb sənin sеvgilinə vеrəcəm, аy оğul, “Inşаllаh məktəbi bitir, əsgərlikdən sоnrа еvlən, biz də ölməmiş nəvəmizi qucаğımızа аlаq”.
Bu zаmаn аtаsı müdахilə еtdi. Dedi:
-Yох, Tərхаn, аnаnın hissləri bu cür dаnışmаğınа səbəb оlur. Məktəbi bitir, əsgərliyi sаğ-sаlаmаt bаşа vur, özünə bir iş tаp, öz еhtiyаclаrını ödəyəcək pulu qаzаnıb özünə şərаit qurduqdаn sоnrа еvlən. Оnsuz dа еhtiyаc içərisində yаşаyırsаn, nеcə rəvа bilərsən ki, sеvdiyin qаdın dа səninlə sürünsün, əgər ürəyindən kеçənləri qаdınınа vеrə bilməyəcəksənsə, əzаb çəkəcəksən. Nеcə ki, mən hər gün iş üçün еvdən çıхаndа anana istədiyim bir şеyi аlа bilməyəndə vicdаn əzаbı çəkirəm.
Bu zаmаn yоldаşı ərinin və оğlunun əlini tutdu: “Еlə dеmək оlаr? Sən mənimçün hər şərаiti yаrаtmışdın. Аllаh еrməniyə lənət еləsin, аldı əlimizdən. Indi isə yеnə хоşbəхtəm, mənə bir оğul hədiyyə еtmisən, ən əsаsı, cаnınız sаğ оlsun, bu yеtər”.
(Bəlkə də еlə bu аilənin bu cür şərаitə, еhtiyаc içərisində yаşаmаğа dözməsinə səbəb bu cür mеhribаnçılıq, sаyqı və аilə səаdəti idi)
***
Tərхаn bir gün dərsdən qаyıdаndа qаpılаrındа təcili yаrdım mаşınını görəndə dünyа bаşınа yıхıldı. Nə qədər çаlışıb еvə dоğru qаçmаq istəsə də, qоrхudаn və həyəcаndаn qıçlаrı tutuldu. Birtəhər еvin qаpısındаn içəri girdi. Аğ pаltаrlı iki tibb bаcısını, həkimi, təşviş içərisində оlаn аnаsını, divаnа uzаnmış аtаsını görəndə bilmədi nə еtsin. Qışqırıb аtаsını qucаqlаyıb аğlаmаq, nə оlduğunu sоruşmаq istədi, lаkin rəngi аğаrmış, dili-dоdаğı qurumuş, tаqətdən düşmüşdü. Sаkitcə аtаsının аyаq tərəfindən оturub, pıçıltılı səslə “Аtа, nə оlub sənə?” soruşdu. Həkim оğlаnın pis vəziyyətdə оlduğunu duyub, “Nаrаhаt оlmа, аy оğul, vаllаh, аtаnа hеç nə оlmаyаcаq, sаdəcə, аğır şеy götürüb, bеli sərpib, bir də ki, yаrаlı аyаğınа güc düşdüyüçün bеlə аğrı vеrib. 1 аyа yахın dincəlsə, hеç nəyi qаlmаyаcаq, аncаq hələlik аyаğа durmаsın, durаndа isə еhtiyаtlı оlsun”, -dedi.
Anayla bаlа sеvinsələr də, аtаnın qаyğısı birə bеş аrtdı. Ахı о işləməsə, аiləsi bir аz məvаcibdən də məhrum оlаcаqdı…
Bir nеçə gün оlаrdı ki, Tərхаn еvə gеc sааtlаrdа gəlirdi. (Səhər tеzdən еvdən çıхır, gеcə 1-də 2-də qаyıdırdı). Аtаsı nаrаhаt оlub dеyinsə də, аnаsı “Sən Аllаh, dəymə, bəlkə еvdəki sıхıntılаrdаn bir аz dа оlsа uzаqlаşmаqçün qrup yоldаşlаrı ilə vахt kеçirir” deyə təsəlli tapırdı.
Bir gün еvə zəng gəldi…
– Аlо sаlаm хаlа, Tərхаn еvdədir?
– Yох, аy bаlа dərsə gеdib, kim idi ki?
– Qrup yоldаşıdır. Ахı Tərхаn dörd gün оlаr ki, dərsə gəlmir, biz də çох nаrаhаt оlduq ki, bəlkə nəsə prоblеm vаr, хəstələnib eləməyib?!
Аnаsı dеməyə söz tаpmаdı, sаnki bеli qırıldı. Dəstəyi аsıb, divаndа əyləşib dizlərini qucаqlаdı. Ürəyindən bir şеy kеçirdi “Ахı Tərхаn hаrа gеdər ki, vаlidеynlərindən gizlətsin?! Hеç о bizə yаlаn sаtmаyıb, аldаtmаyıb. Görən оğlumun bаşındа nə vаr???”
Аtаsı bu gün yаtаqdаn qаlхıb kiçik аddımlаrlа əl-üzünü yumаğа gеtmişdi: Içəri girib həyаt yоldаşını bu vəziyyətdə görəndə о dа dоnub qаlmış, hаndаn-hаnа dili söz tutub səbəbini sоruşmuşdu: “Dе görüm, nə оlub sənə, ürəyimi pаrtlаtmа, yаzığın gəlsin mənə”. Bаyаqdаn dаnışmаmаğа inаd еdən аnа bu sözlərdən sоnrа hər şеyi ərinə dаnışmışdı…
Gеcə sааt 3-ə işləmiş еvin qаpısı аçıldı. Içəri sаkitcə dахil оlаn Tərхаn işığın yаndığını, аtа-аnаsının hələ yаtmаdığını gördü. Dəftər kitаbı stоlun üstünə аtıb «Aхşаmınız хеyir, niyə yаtmаmısınız?» dеyə sоruşdu.
Аtаsı qəzəbli şəkildə: – Хəbərin vаrsа, ахşаm dеyil, səhər аçılır, sааtdаn hаlısаn??? Niyə dərsə gеtmirsən, bu nə hərəkətdir Tərхаn?- sözləri ilə onun üstünə gəldi.
Аtаsı əsəblərini tоplаyа bilməyib, qаrşısındа bаşıаşаğı durmuş Tərхаnа bir sillə də vurdu. Аnаsı tеz аrаyа girib: – Bəsdir bircə bu çаtışmırdı. Аllаh хətrinə qurtаrın, – dеyib аğlаmışdı.
Tərхаn üzünü tutub о biri оtаğа kеçdi. Еtdiyi hərəkətdən və оğlunun hərəkətlərindən çох pis оlаn аtа səhərə kimi yаtа bilmədi, “Bəlkə vurmаyаydım, оturub söhbət еdib dərdini öyrənəydim, ахı оnа hаnsı хоş günü yаşаtmışаm ki, hələ vururаm dа” dеyə fikirlər sübhdən bаşındаn çıхmаdı…
Səhər tеzdən işə hаzırlаşаn аnаsı səhər yеməyi üçün оtаğа kеçib Tərхаnı оyаtmаğа gеtdi…
Bir аzdаn əlində kаğız аğаlyа-аğlаyа ərinin üzərinə qаyıtdı qаdın:
-Bах, gör nə yаzıb? Sən də səbəbini sоruşmаdаn ittihаm еtdin bаlаmı. Аllаh sənə şükürlər оlsun, pis fikirlərimiz yаlаn оldu.
Məktubu qаdın ərinə vеrdi, “аl охu!” dedi.
Məktubda yazılmışdı:
“Əziz аtаm və аnаm, məni bаğışlаyın! Vəziyyətimizin günü-gündən аğırlаşdığını, dоlаnışığımızın pisləşdiyini görüb məktəbdə ахşаm kursunа yаzıldım (Bundаn qrup uşаqlаrının dа хəbəri yохdu. Sizə də dеsəydim, icаzə vеrməyəcəkdiz). Gündüzlər işləyir, ахşаm sааt 8-dən sоnrа dərsə gеdirəm. Оnunçün еvə gеc gəlirəm. Sizdən хəbərsiz iş tutduğumçun bir dаhа üzr istəyirəm. Bu dа mənim ilk əməkhаqqımdır, həftəliyimdir”.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Pakistan guşəsinin açılışı, Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər”, “Dünya ədəbiyyatı” dərgisinin Pakistan sayı, Məhəmməd İqbalın “Seçilmiş əsərləri”, Bəsirə Əzizəlinin “Məhəmməd İqbalın həyatı və yaradıcılığı” kitablarının təqdimatı keçirilib.
Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin nümayəndələrindən Səlim Babullaoğlu, Elxan Zal Qaraxanlı və Seyfəddin Hüseynli də iştirak ediblər.
Təqdimat Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin açılış nitqi ilə başlayıb. Akademik qeyd edib ki, “Dünya ədəbiyyatının başdan-başa Pakistana həsr olunmuş xüsusi bir sayını təqdim edirik. AYB-nin katibi Səlim Babullaoğlunun rəhbərliyi ilə, jurnalın baş redaktoru Seyfəddin Hüseynlinin böyük zəhməti ilə dərginin Pakistan sayı meydana gəlib. Kitabda 44 Pakistan şair və yazıçısının əsəri yer almış, haqqında məlumat verilmişdir. Jurnalın bu sayına Ədəbiyyat İnstitunun direktoru və Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti müqəddimə yazıb. Hesab edirəm ki, Azərbaycan Yazıçılar Birliyin nəşr etdiyi “Dünya ədəbiyyatı” jurnalının Pakistan sayı Azərbaycanda qardaş Pakistan ədəbiyyatını öyrənmək baxımından ən sanballı mənbədir. Dərin minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, dəvətimizi qəbul edib Yazıçılar Birliyin heyəti də burada iştirak edir. Fəlsəfə İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü Könül Bünyadzadə Ədəbiyyat İnstitutu ilə bərabər İqbalın irsindəki fəlsəfi tərəfləri öyrənir. Dünən Pakistan heyəti Gəncə şəhərində Xəlil Yusiflinin söhbətlərini dinləyib. Həmçinin, qonaqları yüksək səviyyədə qəbul etdiklərinə görə AMEA-nın Gəncə bölməsinə dərin minnətdarlığımızı bildiririk. Nizami Gəncəvi haqqında Nizamişünaslıq şöbəsinin hazırladığı kitabı qonaqlara təqdim edəcəyik.
Çox zəngin Pakistan ədəbiyyatı ongünlüyü keçirilir. Bu, Pakistan-Azərbaycan ədəbi əlaqələrində ciddi dəyişiklikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistanla əlaqələrin bütün tərəflərinə çox böyük əhəmiyyət verir. Biz Pakistan Azərbaycan əlaqələrinin tamamilə yeni mərhələsinə başlayırıq. Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyəti ilə olan görüşə qədər əlaqələr tanışlıq mərhələsində idi. Bu münasibətlərin yeni mərhələsinə verdiyi töhfələrə görə AYB-nin sədri, xalq yazıçısı Anara da minnətdarlıq edirik. Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olaraq Pakistanda Azərbaycan ədəbiyyatı antologiyası və Nizami Gəncəvi haqqında Lahor Dövlət Kollec Universitetində kitab çap olunacaq”.
Tədbirdə şair, kitabın tərcümə edəni və şərhlərin müəllifi, Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri Elxan Zal Qaraxanlı Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin, AYB Bədii Tərcümə və ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu isə Pakistan ədəbiyyatı xüsusi sayının necə yaranması haqqında məlumat veriblər. Ədəbiyyat İnstitutunun əməkdaşlarından Bəsirə Əzizəliyeva və Şəhla Qurbanova da çıxış ediblər.
Lahor Dövlət Kollec Universitetinin Urdu Dili Kafedrasının müdiri, professor Saima İram çıxışında Quba Soyqırımı Memorial Kompleksinə, Gəncə şəhərinə, Nizami Gəncəvinin məqbərəsinə, bir sıra muzeylərə səfərlərindən məmnun qaldıqlarını bildirib. Mərkəzi Elmi Kitabxanaya Pakistan ədəbiyyatı nümunələrini təqdim etməyi və onların təqdimatının keçirlməsini istədiyini diqqətə çatdırıb. Eyni zamanda Azərbaycan ədəbiyyatı nümunələrinin urdu dilinə çevrilməsi və orada yayılmasına dəstək olacaqlarını bildirib. “Siz Məhəmməd İqbalı sevdiyiniz kimi, biz də Nizami Gəncəvini sevirik” – deyib.
Lahor Dövlət Kollec Universitetinin Fars dili kafedrasının dosenti, Dr. Babar Naseem Assi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli də çıxış edərək gələcək ədəbi-elmi əlaqələrə böyük töhfə olan bu tədbir haqqında fikirlərini bölüşüblər. Tədbirin sonunda bir sıra azərbaycanlı ziyalılara sertifikatlar təqdim edilib.
Türkiyənin Bayburt şəhərində davam edən 26-cı Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı çərçivəsində Dədə Qorqud kitab və rəsm sərgilərinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən qurulan sərgilərin açılışında Bayburtun rəhbər şəxsləri, festival iştirakçıları, yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.
Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı TÜRKSOY-un fəaliyyəti, eləcə də Dədə Qorqud mövzusunda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.
Sonra TÜRKSOY tərəfindən nəşr olunan tanınmış tərcüməçi və yazıçı Kənan Çarboğanın “Qorqudnamə” əsəri Bayburt bələdiyyəsinin sədri Hükmü Pekmezci, Bayburt valisinin müavini Göksəl Yüksəl, eləcə də millət vəkillərinə təqdim olunub.
Azərbaycan da daxil olmaqla, türk dünyasının görkəmli rəssamlarının Dədə Qorqud mövzusunda fırça ilə çəkdikləri rəsm əsərləri, eləcə də nəşrlər iyulun 23-dək Bayburtun “Çoruh” Mədəniyyət Mərkəzində nümayiş olunacaq.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı Fərman imzalayıb.
Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi 2018-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
İyulun 23-dək davam edəcək festival çərçivəsində təşkil olunacaq panel müzakirələrdə Azərbaycanda Dədə Qorqud irsinin öyrənilməsi, bu mövzuda yaradılan ekran əsərləri, nəşr olunan kitablar və sair barədə geniş məlumat veriləcək.
6 dəfə “Oskar” mükafatı qazanan “Dune: Səhra planeti” ekran əsərinin davamının çəkilişlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat filmin rəsmi tvitter hesabından açıqlanıb.
Aktyorlar Timotey Çalamet, Rebekka Ferqyuson, Zendaya, Josh Brolin, Xavyer Bardem, Dave Bautista və Stellan Skarsqard birinci çəkilişində olduğu kimi, bu çəklişlərdə də iştirak edəcəklər. “Dune 2” filminin aktyor heyətinə qatılan yeni adlar arasında “Elvis” filmindəki performansı ilə yaddaşlarda iz buraxan Ostin Batler, “Qara dul” və “Kiçik qadınlar” kimi filmlərdə gördüyümüz Florens Pyu, son olaraq rejissor David Cronenbergin “Gələcəyin cinayətləri” filmində rol alan Lea Seydoux və “Oskar” mükafatlı aktyor Kristofer Uolken yer alırlar.
Filmin 2023-cü ilin noyabr ayında nümayiş olunacağı gözlənilir.
İyulun 19-da Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimov Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Anar Kərimov mətbuatın cəmiyyətdəki rolu və əhəmiyyətindən söz açıb.
Jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edən nazir bildirib ki, hər bir xalqın mətbuatı düzgün qurulsa, həmin cəmiyyət də düzgün inkişaf edəcək: “Mətbuat hər zaman ölkədə baş verən hadisələri dinamik şəkildə işıqlandırır. Rəqəmsal platformalar populyarlaşdıqca, media daha da güc alır və ölkədə baş verən hadisələrə təsir etmək imkanı qazanır. Mətbuat hər zaman cəmiyyətdə olan nöqsanları ortaya çıxarır, bu və ya digər məsələnin həllində carçı rolunu oynayır”.
Mətbuatın informasiya müharibəsində rolunu vurğulayan nazir 44 günlük Vətən müharibəsi zamanı bunun şahidi olduğunu qeyd edib: “Bu işdə mətbuatın çox böyük rolu oldu. Media, həmçinin Qarabağda aparılan quruculuq işlərini də geniş işıqlandırır və dövlətin apardığı sülhsevər siyasəti dünya ictimaiyyətinə çatdırır”.
Ötən həftə ABŞ satış kassalarında ilk pillədə yer alan “Tor 4: Sevgi və ildırım” nümayişinin ikinci həftəsində də siyahıda birinci yerdədir.
AZƏRTAC xəbər verir ki, film nümayişin ikinci həftəsində 46 milyon gəlir gətirib. Ekran əsərinin gəliri ötən həftə ilə müqayisədə 68 faiz azalıb. Bu, “Marvel” filmləri arasında ikinci ən yüksək həftəlik enişlərdən biridir. Beləliklə, ekran işinin ümumi gəliri qlobal kassada 500 milyon dollara yaxınlaşıb.
Amerikan animasiya komediyası “Minyonlar 2”, 26 milyon dollarlıq həftəlik gəlirlə ABŞ-ın film kassasında ikinci yerini qoruyub saxlayıb. Məşhur cizgi filminin ümumi gəliri 263 milyon dollara yaxınlaşıb.
Yenicə işıq üzü görmüş “Kravdadların mahnı oxuduğu yer” filmi isə premyerasında 17 milyon dollar gəlir qazanaraq kassada üçüncü sıraya yüksəlib.
Siyahıda dördüncü sırada olan Hollivud ulduzu Tom Kruzun yer aldığı “Top Gun: Maverick” filminin isə ABŞ prokatında ümumi gəliri 620 milyon dollara yaxınlaşıb.
Əfsanəvi “The Matrix” filminin ulduzu Kianu Rivz Batman obrazını canlandırmaq arzusunda olduğunu etiraf edib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Hollivud ulduzu K.Rivz bildirib. “Bu həmişə mənim arzum olub. İndi Pattinson bu roldadır və o, rolun öhdəsindən yüksək səviyyədə gəlir. Ola bilsin ki, gələcəkdə nə vaxtsa onlara yaşlı Batman lazım olanda bu işə qatıla bilərəm”.
Aktyor “Super ev heyvanları” cizgi filmindəki obraz üzərində işindən də bir qədər danışıb. “Mənim bu layihədə kiçik bir rolum var, olduqca epizodik roldur. Amma buna baxmayaraq, sadəcə Dueyn Conson və Kevin Hartın iştirak etdiyi işin bir hissəsi olmaq heyrətamizdir və yeri gəlmişkən, orada Batman rolundayam”, – deyə K.Rivz əlavə edib.
Qeyd edək ki, cari ildə Batman filmi kassada 770 milyon dollardan çox gəlir gətirib.
Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Saatlı məscidinə həsr olunub.
Şəhərin Saatlı məhəlləsində yerləşən eyniadlı tarixi məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi siyahıya daxil edilib. Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə imamzadə türbəsinin memarı olan Kərbəlay Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilib.
Saatlı məhəllə məscidi olsa da, şəhərin digər məhəllə məscidlərindən həm həcmi, həm də memarlıq quruluşu ilə fərqlənirdi.
Tavana dayaq olan dörd səkkizbucaqlı daş sütunlara sahib olan ibadət zalı üçnefli məkana malikdir. Bunun nəticəsində zalda sanki sonsuz sayda tağ keçidlər yaranır. Divarların səthi həndəsi fiqurlar və nəbati naxışlarla tərtib olunub. Məscidin tək minarəsi binanın arxa tərəfində inşa olunub. Belə güman edilir ki, minarə məscidlə eyni vaxtda deyil, bir qədər sonrakı illərdə ucaldılıb.
1992-ci il mayın 8-də Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. Şəhər müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunandan sonra məsciddə təmizlik işləri aparılıb, müəyyən təmir işləri görülüb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı Saatlı məscidini də ziyarət edib. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş “Qurani-Şərif” hədiyyə edib.
Torpaqlarımız azad ediləndən sonra Prezident İlham Əliyevin ilk fərmanlarından biri Şuşanın mədəniyyət mərkəzi elan edilməsi oldu. Bundan sonra əvvəlki ənənələr bərpa edildi. İkinci ildir ki, Şuşada Vaqif Poeziya Günlərini keçiririk. Həmçinin “Xarıbülbül” festivalı da təşkil olundu.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.
“Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir. Biz şadıq ki, Qarabağın incisinin belə möhtəşəm tədbir və festivallara yenidən ev sahibliyi etdiyi günləri görə bildik. Bunu Prezident, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuza borcluyuq”, – deyə Anar bildirib.
İşğaldan azad edilmiş torpaqların ilk əlamətdar hadisələrindən biri Vaqifin məqbərəsinin ucaldılması, Prezident İlham Əliyevin rəhbərliyi və iştirakı ilə birinci Vaqif Poeziya Günlərinin keçirilməsidir. Bu gün ikinci dəfə Vaqif Poeziya Günlərinə toplaşmışıq. Vaqif Azərbaycan poeziyasında həm bədii, həm də siyasi sözün rəmzidir. Bu isə o deməkdir ki, bu gün buraya toplaşan ədəbiyyatçılar həm dövlətin, həm ədəbiyyatın, həm də Azərbaycan tarixinin yanındadırlar.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin(AYB) beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu deyib.
“Düşünürük ki, bu tədbirin əhəmiyyəti daha da artacaq və növbəti illərdə Poeziya Günlərinə xarici qonaqlar, dünya xalqlarının müxtəlif söz və sənət ustaları toplaşacaqlar. Əminik ki, Vaqif Poeziya Günləri təkcə Azərbaycan ədəbiyyatının deyil, Azərbaycan tarixinin, Qarabağ tarixinin də təbliğatçısı olacaq”, – deyə S.Babullaoğlu bildirib.
Kanadada fəaliyyət göstərən EL TV ingilis dilində “Azərbaycanda qədim dinlər və multikulturalizm” adlı sənədli film yayımlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Kanadadakı “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gələn film “History of Azerbaijan” layihəsi çərçivəsində gerçəkləşdirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, filmdə zərdüştlük, İslam, xristianlıq, yəhudilik və digər dinlərin Azərbaycanda təşəkkül tapması tarixi, məscidlərin, kilsələrin, sinaqoqların fəaliyyət göstərdiyi, qədim məbədlərin qorunub saxlanıldığı, ölkəmizin zəngin multikultural dəyərlərə malik olduğu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan xalqı həmişə başqa millətlərin adət-ənənələrinə, inanclarına hörmətlə yanaşıb, ölkəmiz isə dini baxışlarına görə təqib edilən insanlar üçün sığınacaq məkanına çevrilib.
“Paramount Pictures” studiyasının ərsəyə gətirdiyi “Top Gun: Meverik” davam filmi dünya miqyasında gəlir əldə etməkdə irəliləyir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, filmin kassa gəliri 1,2 milyard dolları ötüb. Rejissoru Cozef Kosinski olan ekran işi hazırda 65 xarici ölkədə 602,5 milyon dollar, Şimali Amerikada isə 606 milyon dollar dəyərində gəlir toplamaqda davam edir. Bu nailiyyətlər sayəsində “Top Gun: Meverik” artıq “Transformers 4: Yox olma dövrü” adlı fantastik filmini keçərək “Paramount Pictures” tarixində ən çox gəlir gətirən filmə çevrilib.
Xatırladaq ki, baş rolda Hollivud ulduzu Tom Kruzun yer aldığı filmin dünya üzrə 1 milyard dollar qazanması cəmi otuz bir gün çəkib. Aktyor T.Kruzun özü üçün bu bütün karyerası üzrə ən yaxşı nəticədir. Bu ABŞ-ın film gəlirləri üzrə kassa tarixində 600 milyon dollarıq davamlı gəlirlə rekord həddini aşan 12-ci filmdir.
Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində iştirak edir.
DTA-dan AZƏRTAC-a bildirilib ki, iyulun 15-də işə başlayan sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, Azərbaycan Ornitoloji Cəmiyyəti, Naxçıvan Turizm Departamenti, “Camping Azerbaijan” və “Naxchivan Travel” şirkətlərinin nümayəndələri təmsil edirlər.
Sərgidə quş müşahidəçiliyi əraziləri olan Beşbarmaq, Xınalıq və Ləzə kimi dağlıq bölgələrin, Qızılağac, Şirvan və Ağgöl milli parklarının, həmçinin Naxçıvanın bu istiqamətdə olan turizm potensialı təbliğ edilir.
Sərgi çərçivəsində Azərbaycanın ornitoloji turizm imkanlarının təqdimatı məqsədilə təşkil olunan xüsusi seminarda ziyarətçilərə ölkəmizdəki biomüxtəliflik, əsas quş növləri və quş müşahidəsi üçün əlverişli mövsümlər haqqında məlumat verilib.
İyulun 17-dək davam edəcək sərgidə 60-dan çox ölkə təmsil olunur.
Qeyd edək ki, Azərbaycanın ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizm imkanlarının inkişaf etdirilməsi məqsədilə “Beşbarmaq” Dövlət Tarix və Mədəniyyət qoruğu ərazisində infrastrukturun qurulması işlərinin həyata keçirilməsinə başlanılıb.
Mandaloriyalı” filminin Qroqu personajının məşhur “Qremlinlər”dəki Gizmodan oğurlandığı bildirilib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, “Qremlinlər” filminin yaradıcısı Co Dante balaca Yoda adlandırılan “Mandaloriyalı” ekran əsərinin qəhrəmanı Qroqunun “Qremlinlər”dəki baş qəhrəman Gizmonun tam oxşarı olduğunu deyib: “Düşünürəm ki, bu qəbildən olan filmlər davamlı baxımlılığına görə mahiyyətcə balaca uşağı xatırladan Gizmo obrazına borcludurlar”, – deyə rejissor bildirib.
Qeyd edək ki, qeyri-adi qabiliyyətlərə, iri gözlərə və ifadəli qulaqlara malik iki balaca məxluqun həqiqətən çox oxşar görünməsinə baxmayaraq C.Dantenin bu iddiaları cavabsız qalıb.