Ötən həftə ABŞ satış kassalarında ilk pillədə yer alan “Tor 4: Sevgi və ildırım” nümayişinin ikinci həftəsində də siyahıda birinci yerdədir.

AZƏRTAC xəbər verir ki, film nümayişin ikinci həftəsində 46 milyon gəlir gətirib. Ekran əsərinin gəliri ötən həftə ilə müqayisədə 68 faiz azalıb. Bu, “Marvel” filmləri arasında ikinci ən yüksək həftəlik enişlərdən biridir. Beləliklə, ekran işinin ümumi gəliri qlobal kassada 500 milyon dollara yaxınlaşıb.

Amerikan animasiya komediyası “Minyonlar 2”, 26 milyon dollarlıq həftəlik gəlirlə ABŞ-ın film kassasında ikinci yerini qoruyub saxlayıb. Məşhur cizgi filminin ümumi gəliri 263 milyon dollara yaxınlaşıb.

Yenicə işıq üzü görmüş “Kravdadların mahnı oxuduğu yer” filmi isə premyerasında 17 milyon dollar gəlir qazanaraq kassada üçüncü sıraya yüksəlib.

Siyahıda dördüncü sırada olan Hollivud ulduzu Tom Kruzun yer aldığı “Top Gun: Maverick” filminin isə ABŞ prokatında ümumi gəliri 620 milyon dollara yaxınlaşıb.

Mənbə: https://azertag.az