Əfsanəvi “The Matrix” filminin ulduzu Kianu Rivz Batman obrazını canlandırmaq arzusunda olduğunu etiraf edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Hollivud ulduzu K.Rivz bildirib. “Bu həmişə mənim arzum olub. İndi Pattinson bu roldadır və o, rolun öhdəsindən yüksək səviyyədə gəlir. Ola bilsin ki, gələcəkdə nə vaxtsa onlara yaşlı Batman lazım olanda bu işə qatıla bilərəm”.

Aktyor “Super ev heyvanları” cizgi filmindəki obraz üzərində işindən də bir qədər danışıb. “Mənim bu layihədə kiçik bir rolum var, olduqca epizodik roldur. Amma buna baxmayaraq, sadəcə Dueyn Conson və Kevin Hartın iştirak etdiyi işin bir hissəsi olmaq heyrətamizdir və yeri gəlmişkən, orada Batman rolundayam”, – deyə K.Rivz əlavə edib.

Qeyd edək ki, cari ildə Batman filmi kassada 770 milyon dollardan çox gəlir gətirib.

Mənbə: https://azertag.az