Torpaqlarımız azad ediləndən sonra Prezident İlham Əliyevin ilk fərmanlarından biri Şuşanın mədəniyyət mərkəzi elan edilməsi oldu. Bundan sonra əvvəlki ənənələr bərpa edildi. İkinci ildir ki, Şuşada Vaqif Poeziya Günlərini keçiririk. Həmçinin “Xarıbülbül” festivalı da təşkil olundu.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

“Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir. Biz şadıq ki, Qarabağın incisinin belə möhtəşəm tədbir və festivallara yenidən ev sahibliyi etdiyi günləri görə bildik. Bunu Prezident, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuza borcluyuq”, – deyə Anar bildirib.

Mənbə: https://azertag.az