Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü İbrahim Yusifoğlunun erməni terrorunun qurbanı olmuş uşaqların əziz xatirəsinə ithaf edulmiş “Qıymayın uşaqlara” kitabı çap olunub.
Prezident təqaüdçüsü olan İbrahim Yusifoğlunun bu kitabının redaktoru Ədəbiyyat İnstitunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, rəyçisi Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməddir.
“Tanrıdan gələn səsdi: “Qıymayın uşaqlara” adlı ön sözü filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Nizaməddin qızı yazıb. Kitabın rəssamı Zəhra Əkbərlidir.
“Şirvannəşr” nəşriyyatında çap olunan 172 səhifəlik kitab müəllifin sayca otuz birinci, uşaqlar üçün isə yeddinci kitabıdır. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə töhfə olan bu nəşrdəki şeirlərdə müharibə törədənlərə, uşaqların faciəli ölümlərinə dərin nifrət, 44 günlük Vətən Müharibəsində göstərdikləri igidliyə görə müzəffər Azərbaycan Ordusuna sevgi hissləri aşılanır. Kitabda uşaqlar üçün yazılmış şeirlərlə yanaşı, üç pərdəli “Pəhləvanın bağında” mənzum pyesi də yer alıb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Esmira Fuadın “44 günlük Vətən Müharibəsi Güney Azərbaycan ədəbiyyatında” kitabı çap olunub.
Kitabın tərtibçisi Esmira Fuad, baş məsləhətçisi Rəsul Qədiri, redaktorları Səadət Şıxıyeva, Əkbər Elyar, tərcüməçisi Səadət Şıxıyevadır. “II Qarabağ savaşının güney ədəbiyyatına yansıması” başlıqlı ön sözün müəllifi Esmira Fuaddır.
312 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Topluda iyirmi yeddi Güney Azərbaycan şairi haqqında qısa bioqrafik məlumatlar və Vətən Müharibəsinə itaf olunmuş şeirləri toplanıb.
Antologiyada Kərim Güləndam, Həmid Əhmədzadə Telmixan, Cabir Lütfi, Nadir Paşa, Kövrək Hüseyn, Səhər Xiyavi, Hayde Bulukı Özləm, Fəridə Süleymani Aytəkin, Çiçək Ağbulud və digərlərinin poeziya örnəkləri ilə yanaşı, Rəsul Qədirinin “Xarı bülbül” və Əli Daşqının “Əsir torpaq-Qarabağ” poemaları da yer alıb.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli salnaməçi alim Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Elmi sessiyanı açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli qeyd edib ki, Qulam Məmmədli salnaməçilik ənənəsini yaratmış böyük salnaməçidir. “Bizim ədəbiyyat tarixçiliyi üçün orta əsrlərdə əsas mənbə təzkirələrdir. Tarix elmi üçün isə ən böyük mənbə salnamələrdir. Qulam Məmmədlinin xidməti ondan ibarətdir ki, o, əsrlər boyu mövcud olmuş tarixi salnamələrin əvəzinə ədəbi salnamələr yaradıb. Azərbaycanda ədəbi salnamə janrının banisidir. O, ilk dəfə “Molla Nəsrəddin” salnaməçisi kimi tanınıb. Sonralar Hüseyn Cavid, Nəriman Nərimanov və başqaları haqqında sanballı salnamələr hazırlayıb elmi dövriyyəyə təhvil verib. Salnamə yaratmaq üçün illərlə tədqiqat apararaq “İran Azərbaycanının müasir şairləri”, “Səttarxan” şeirlər toplusu, “Xiyabani”, “Cənubi Azərbaycan şairləri antologiyası”, Qılman İlkinlə birgə tərtib etdiyi “Qızıl səhifələr” sənədlər toplusu, “Atmacalar”, “Əliağa Vahid. Seçilmiş əsərləri”, “Qapı oğrusu”, “Məmmədəli Manafzadə Sabit”, “İbrət güzgüsü. Şeirlər, hekayələr və məqalələr” və başqa nəşrləri ortaya qoyub. Cəlil Məmmədquluzadənin 140 illik yubileyində Naxçıvan Dövlət Universitetinin rektoru kimi dövlət proqramı əsasında Naxçıvanda Mirzə Cəlillə bağlı üç əsəri çap etdirdik ki, onun biri də Qulam Məmmədlinin salnaməsi idi. Bu gün də biz onun xatirəsinə ehtiramla yanaşır, əsərlərini dövriyyəyə gətirmək istəyirik”, – deyə akademik əlavə edib.
Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Qulam Məmmədlinin həyat və yaradıcılığı” mövzusunda məruzə edib. O, məruzəsində Qulam Məmmədlinin (1897-1994) tərtib etdiyi “Molla Nəsrəddin”, “Hüseyn Ərəblinski”, “Azərbaycan teatrının salnaməsi” – ikihissəli, “Üzeyir Hacıbəyov”, “Cavid ömrü boyu”, “Nəriman Nərimanov”, “Abbas Mirzə Şərifzadə” və digər salnamələrin adlarını çəkib. Bildirib ki, Qulam Məmmədli universitet bitirməsə də, əsl həyat universiteti keçmiş, şəxsi mütaliədən, adi həvəs və maraqdan, ədəbiyyatımızın, mətbuatımızın, teatr tariximizin nüfuzlu araşdırıcısına çevrilmiş, bir sözlə, az qala bütöv bir institutun işlərini görmüşdü”.
Elmi sessiyada “Qulam Məmmədli mətbuat tarixinin araşdırmaçısı kimi”, “Qulam Məmmədli fenomeni”, “Qulam Məmmədli və “Molla Nəsrəddin” jurnalı” mövzularında məruzələr dinlənilib.
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd “Qulam Məmmədlinin şəxsi arxivi və əlyazmaları haqqında” mövzusunda məruzəsində vurğulayıb ki, zəngin və çoxşaxəli yaradıcılıq yolu keçən Qulam Məmmədlinin şəxsi arxiv materiallarının 38 saxlama vahidindən ibarət bir hissəsi 1975-ci ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda qorunur. Onun şəxsi arxivi ilə bağlı iki kitab işıq üzü görüb. Afaq Əliyeva və Pərvanə Teyyubovanın Qulam Məmmədli arxivinin təsviri kitabı çap olunub.
Tədbirdə “Salnaməçi” (Qulam Məmmədli) sənədli televiziya filmi nümayiş olunub.
“Qobustan” İncəsənət Toplusunun yay sayı işıq üzü görüb…
Dərginin bu dəfəki sayında da sənətin müxtəlif yönlərinə aid araşdırma məqalələri, yubiley təbrikləri, müsahibələr yer alıb.
– Xalq yazıçısı Anar “Mühacir rəssamlar” məqaləsində vətəndən kənarda yaşayan fırça ustalarımızın ömür və yaradıcılıq yoluna nəzər salır.
– Görkəmli alim Vilayət Quliyev italyan rəssamı Amadeo Modilyani haqqında məqaləsində qəribə taleli sənətkara aid fikirlərini bölüşür.
– Dərgi bəstəkar Calal Abbasovun 65 illik yubileyini Elvira Əlifxanovanın məqaləsi ilə təbrik edir.
– Xalça muzeyinin 55 illik yubileyi Nuranə Səlimlinin essesi ilə qeyd olunur.
– Tanınmış alim Firudin Qurbansoy “Ruh mühəndisliyi” essesində xəttatlıq sənətinin incəliklərindən söz açır.
– Dərginin əməkdaşı Esmira Nəzərli uzun illər “Qobustan”da çalışmış mərhum Tofiq Abdin haqqında xatirələrini bölüşür.
– Oqtay Əhmədovun “Tofiq Abdinin nədənləri” essesində qəribə adamın fərqli xarakteri ifadə olunur.
– Musiqişünas Leyla Nəzərli “Beynəlxalq caz günündə düşüncələr” məqaləsi ilə Caz sənətinin ecazını sözə çevirir.
– Yazıçı Fərid Hüseyn fotoların fəlsəfəsindən, fotoqrafiya sənətinin tarixindən söz açır.
– Pərviz Seyidli mərhum Xalq yazıçımız Rüstəm İbrahimbəyovun “Özgə ömür” filminin ssenarisi nümunəsində masterin yaradıcılıq xüsusiyyətlərini incələyir.
– Gənc hüquqşünas Fidan Allahyarova Nizaminin “İskəndərnamə” poemasında ipəyin tarixinin ifadəsini təhlil edir.
– Gənc şair-esseist Ülvi Bahadır “Müharibə və Sənət” məqaləsində müharibələrin sənətə, musiqiyə təsirindən söz açır.
– “Söz gənclərdə” layihəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədova ilə həmsöhbət olublar.
– Zülfiyyə Qəniyevanın “Qurama”sında yay ab-havasında kiçik, amma maraqlı faktlar yer alıb.
Həmçinin dərginin rəngli səhifələrində müxtəlif rəssamların əsərləri oxuculara təqdim olunub.
BÜTÜN BUNLARI “QOBUSTAN”IN YAY SAYINDA OXUMAĞA TƏLƏSİN! DƏRGİNİ AYB-NİN 4-CÜ MƏRTƏBƏSİNDƏN, “QOBUSTAN”IN REDAKSİYASINDAN ƏLDƏ EDƏ BİLƏRSİNİZ..
Rəsul Rza 1910-cu il mayın 19-da AzərbaycanınGöyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur.[3] Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır.[3][4] Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır.[3] “Poeziya zəhmət və ilhamdır” avtobioqrafik qeydlərində R.Rza öz tərcümeyi-halına keçərkən belə qeyd etmişdir:
Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb.[5]Rəsul Rza
Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun evlinə qəzet və jurnallar gələrdi, “Molla Nəsrəddin“, rus dilində çıxan “Niva”, “Probujdeniye” nəşrlərini alırdı. Bütün bu faktorlar Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır. Üstəlik, şairin anasının şairlik təbi varmış. Anası Məryəm oxumaq bilirmiş, ancaq yazmağı bacarmayırdı və buna görə də şeirlərini əzbər deyərmiş və yadında saxlayarmış. Şair hələ uşaqlıqdan Məhəmməd Füzulinin, Xurşidbanu Natəvanın, Mirzə Ələkbər Sabirin şeirlərini anasının dilindən eşitdiyini yazır.[5] Uzun illər keçəndən sonra R.Rza yazmışdır:
İndi yaddaşımın səhifələrini varaqladıqca mən bir daha inanıram ki, mənim könlümə şerə olan məhəbbətimin ilk qığılcımlarını anam atmışdır. Anam məndə klassik poeziya xəzinəsinə, həm də xalq yaradıcılığına dərin hörmət hissi tərbiyə etmişdir.[5]Rəsul Rza
Rəsul Rza altı yaşı olarkən məktəbə getmiş və onun ağır təhsil və iş illəri başlamışdır. On dörd yaşında ikən oxumaqla yanaşı həm də şəhər kitabxanasında işləmişdir. 1925-ci ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə, anasının yanına qayıtmışdır. O, 1930-cu ildə Bakıya köçür; o vaxt boyük bacıları şəhərdə yaşayırdılar.[5]
Bakıda Rza məktəb yoldaşı və şair Abdulla Faruqdan başqa heç kimi tanımırdı. Ancaq çox çəkmir o, şair A.Faruq vasitəsi ilə ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə yaxından tanış olur, onlarla bir cəbhədə yeni ədabiyyatın yaradıcılıq və təşkilati vəzifələrinin həyata keçirilməsində bilavasitə yaxından iştirak edir. R.Rza tərcüməçi vəzifəsinə işə düzəlir. O illərdə “Gənc işçi” ədəbiyyata yenicə gələn şairlərin, yazıçıların toplaşdığı, görüşdükləri əsas yer idi. R.Rza burada bir çox yaşıdları ilə, o cümlədən şair M.Müşfiqlə tanış otmuşdur.[5] Yazıçı dostu Sabit Rəhmana həsr etdiyi “Xatirələr düzümü” poemasında da (1971) R.Rza “Gənc işçi” qəzetinin redaksiyasının, oradakı dostları xatırlayaraq arxada qalmış illər haqqında, itirilmiş dostlar haqqında dərin bir kədər və nisgil hissi ilə yazırdı:
İndi çörək dükanıdır o ilk tanışlığımız, ilk həyat məktəbimiz, ilk mübarizə meydanımız sevincimiz, həyəcanımız olan yer. … İndi sən yox, Müşfiq yox, Mikayıl yox, Faruq yox, Mehdi yoxdu. Tək necə qayıdım o günlərə Necə keçim o yolu?..
Bakıda əvvəllər başladığı bədii yaradıcılıq fəaliyyətini daha böyük və ciddi bir inadla, sənət ehtirası ilə davam etdirir. 1927-ci ildə Tiflisdə Gürcüstan Proletar Yazıçılar Assosiasiyasının türk seksiyasının “Qığılcım” almanaxında ilk şeri — “Bu gün” şeri dərc olunmuşdur. Həmin illərdə “Yeni fikir” qəzetində də şeirləri və hekayələri çıxmışdır. “Gənc işçi” redaksiyasında çalışdığı vaxtda isə bu qəzetin səhifələrində “Avropanın ölüm çağı”, “Arş”, “Bir avqusta”, “Qara yelin xəbəri” və s. şeirləri dərc olunur. Yaradıcılıqla yanaşı R.Rza təhsilini də davam etdirir. Təhsil aldığı məktəblər, institutlar sırasında şair Tiflisdəki Zaqafqaziya Kommunist Universitetini, Azərbaycan Tibb İnstitutunun hazırlıq kursunu, Azərbaycan Tibb institutunu, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunu, Moskva Millətlər İnstitutunu, Ümumittifaq Kino Akademiyasını və s. elm və təhsil ocaqlarını qeyd etmişdir.[5]
R.Rza ilk şeirləri ilə mətbuatda çıxış etməyə başlayanda yeni, inqilabi bir ədəbi proses təzəcə formalaşırdı; bir tərəfdə təcrübəli yazıçılar, digər tərəfdə isə yeni yazıçılar nəsli fəaliyyət göstərirdi və qeyd olunmalıdır ki, yeni ədəbiyyat uğrunda mübarizə, bu ədəbiyyatın ideya-bədii prinsiplərini müdafiə və qızğın təbliğ etmək — bu prosesin çox mühüm bir tərəfi idi. R.Rza da ilk şeirləri ilə bu ədəbi mübarizəyə qoşulan şair kimi diqqəti cəlb edirdi. Onun elə ilk şeirlərində bir şairin yaradıcılıq özünəməxsusluğu duyulurdu. Dərc olunan ilk şeri “Bu gün”də bunu hiss elmək mümkündür.[5]
Bu şeirdə şair bu gündən təsirləndiyini bildirirdi, bu günün şairi olduğunu elan edirdi və çox səciyyəvidir ki, elə ilk yaradıcılıq dövrünün yetkin bir çağında yazdığı “Bolşevik yazı” “Bu gün” şerində anlayışı onun poetik prinsipinin əsas tələbi və meyarı olaraq tərəfindən bəyan edilirdi:
Mənim şerim bu günün, bu gündü mənim şerim, bu günsüz yarın olmaz, bu gün yoxsa yarınlar da qurulmaz.
1926-cı ildə çap olunan “Qızıl gənc qələmlər” məcmuəsini təşkil edən şeirlər inqilab, qızıl əsgər, yeni cəmiyyət qurucuları mövzusunda yazılmış nəzm əsərlərindən ibarət idi. Bu topludakı şeirlərdə hələ yeni forma, fərdi üslub axtarışları nəzərə çarpmırdı.[5] R.Rzanın “Bolşevik yazı” şeri 1931-ci ildə “İnqilab və mədəniyyət” jurnalının 3–4 sayında çıxmış və dərhal da diqqəti cəlb etmişdir. Belə ki, tənqidçi M.Hüseyn elə jurnalın həmin sayında dərc olunmuş “Yaradıcılıq ixtilaflarımız” məqaləsi üçün R.Rzanın bu şerinin misralarını epiqraf seçirdi:
Mübarizə bu gün də var. yarın da. Mən də onun ən ön sıralarında.
Məhz bu misraların siyasi və yaradıcılıq əhvali-ruhiyyəsi işığında müasir ədəbiyyatın, ədəbi prosesin mənzərəsini cızaraq tənqidçi R.Rzanın “Tribuna şeri yaratmaq kimi doğru yol tutmuş şair” kimi təqdim edirdi. R.Rza yalnız “Almaniya” poemasında yox, beynəlxalq miqyasda, dünyanın digər regionlarınnda baş verən hadisələrdən təsirlənərək qələmə aldığı “Çapey”, “Cəlladları durdur”, habelə “Çinar” kitabındakı (1938) “Madrid”, “Həbəşistan” və s. şeirlərində eyni dərəcədə lirik idi; hadisaləri sakit, ardıcıl epik planda yox, lirik planda təqdim edir və buda həmin əsərlərin janr-üslub xarakterini müəyyənləşdirirdi.[5]
Müasir poeziyanın novatorluq yolu və prinsiplərinin müdafiəsində şairin mövqeyi kifayət qədər barışmaz və prinsipial bir xarakter daşıyırdı. R.Rzanın bütün sonrakı poeziyasından, daba mürəkkəb və çətin yaradıcılıq vəzifələrinin həllinə yönəlmiş sənətindənn çıxış edərək onun görüşlərində bu mövqeyin dəyişməz olduğunu, lakin bununla belə həm də mərhələdən-mərhələyə inkişaf edib, daha da dərinləşdiyini və büllurlaşdırılıb.[5]
1941-ci ilin axırlarında şair bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır, cəbhə qəzeti “Döyüşən Krım”da işləməyə başlayır. O, müxbir kimi tez-tez ön cəbhə xəttinə gedir, müharibəni bilavasitə müşahidə edir, cəbhə həyatının çətinliklərini mənən yaşayıb, bütün bunları da şeirlərində öz təkrarsız ifadəsini tapırdı. Onun burada yazdığı ilk əsər “Bəxtiyar” şeri idi.[5]
R.Rzanın 1960-cı illər fəlsəfi lirikası bir silsilə təsir bağışlayırdı; bu şeirlər şairin kitablarında bir-biri ilə bağlı, əlaqədar olduğu kimi, həm də bir vəhdət təşkil edirdi. R.Rzanın bu dövr poeziyasında “Rənglər” silsiləsinin ayrıca yeri vardır. Silsilə ilk dəfə 1962-ci ildə “Azərbaycan” jurnalında (№ 11) dərc olmuşdur. Silsilənin bu nəşri 27 şeirdən ibarət idi və bu həcmdə şairin “Duyğular…düşüncələr” kitabına (S964) daxil edilmişdir. Silsilə dərhal ədəbi tənqiddə kəskin tənqidlə qarşılandı. Lakin şair bu tənqidlərdən geri çəkilmədi; bir daha silsiləyə qayıtdı; onun “Qırmızının ümid çaları”, “Firuzəyi”, “Qırmızının inam çaları”, “Mavinin təsəlli çaları”, “Sürməyi”, “Saman sarısı” poetik mətnlərini yazdı və bu yeni şeirlər “Dözüm” kitabına (1965) daxil edildi. Bütövlükdə silsilə 33 şeirdən ibarətdir.[5]
Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937–1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938–1939), Bakı kinostudiyasının müdiri (1942–1944), kinematoqrafiya idarəsində rəis (1944–1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946–1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, “Novosti” Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.[3]
1981-ci il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Rəsul Rza 1931-ci ildə Azərbaycan ədəbi gəncliyinin toplaşdığı əsas mərkəzlərdən olan “Maarif evi”ndə şairə Nigar Rəfibəyli ilə tanış olub.[6][7] O zamanlar səhvən özgənin şerini onun adına çıxıb, tənqidçilər ona şiddətli atəş açmışdılar. Həm də bu tənqidi ədəbiyyata dəxli olmayan ayrı-ayrı rütbə sahibləri xeyli qızışdırırdılar. Bu tənqidi məqalələrin birisinin altında Rəfibəylinin başqa yoldaşlarla bərabər Rəsul Rzanın imzası da var idi. Bu hadisə onları yaxınlaşdırdı. 1937-ci il fevralın 11-də Rəsul Rza və Nigar Rəfibəyli evləndilər.[7]
1970-ci ildə Nigar Rəfibəyli “Ulduz” jurnalının “Rəsulun məktubları” məqaləsində yazırdı:
İnsan yaşa dolduqca xatirələr aləmində yaşamağa başlayır, irəlidən çox geriyə baxır, keçən ömrün uzaq səhifələrini gözdən keçirir. Otuz üç il bərabər ömür sürdüyüm Rəsul Rza ilə keçən günlərimizi vərəqlərkən aydın bir həqiqət cəlb edir: bütün ağır və yüngül, sevincli və sevincsiz, kədərli və bayramlı keçən bir qəmimiz olmamışdır. Xalq həyatı ilə yaşamış, onunla nəfəs almış, ən ağır günlərdə xalqın dərdinə şərik olmuşuq, xalqın həyəcan və arzuları ilə yaşamışıq.[8]Nigar Rəfibəyli
Onların oğlu – Anar, 1938-ci il martın 18-də anadan olmuş, yazıçı, dramaturq, scenarist və kinorejissoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü və sədri olub.[9]
Dünyanın və Azərbaycanın ictimai və siyasi xadimlərinin Rəsul Rza barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir necəsi aşağıdakı kimidir:
“Rəsul Rza romantik bir qəlblə yazdığı “İntiqam” şeri ilə insanları, yerləri və göyləri, dağları və daşları belə intiqama – faşist cəlladlarının başına od yağdırmağa çağırdı.” — Səməd Vurğun[10]
“Rəsul Rza böyük humanistdir, onun humanizminin əsasları, qaynaqları şairin xalqla dərin, qırılmaz əlaqəsindədir. Xalqın ağrısı Rəsulun ağrısıdır, xalqın sevinci Rəsulun sevincidir.” — Süleyman Rüstəm[10]
“Onun şerlərini bir daha qüvvətli göstərən, ümumiyyətlə, Rzanın sağlam siyasi görüşə malik olmasıdır.” — Mehdi Hüseyn[10]
“Rəsul Rza daha ziyada lirik, xitabətçi və inqilabi romantizmə malikdir. Onun şerlərində real hadisələrdən çox real həyacanlar, canlı xarakter və obrazlar təsvirindən çox canlı təşbeh və məcazlar, canlı, həyati hissiyyat və idrak məfhumları vardır.” — Əli Nazim[10]
“Mən Rəsul Rzanı axtaran, hey axtaran, bir çox sərvəti dürüst tapan, bəzən də tapa bilməyən, ancaq tapa bilmədikdə də həvəsdən düşməyən, “yoruldum” deməyən bir kəşfiyyatçı kimi, bir şair kimi təsəvvürümə gətirirəm…” — Süleyman Rəhimov[10]
“Rəsul Rza Cənubi Azərbaycandakı böyük və unudulmaz xalq hərəkatına həsr etdiyi şerlərində xalqımızın əsrlik həsrətini, azadlıq uğrunda mübarizəsini tərənnüm etmişdir.” — Mirzə İbrahimov[10]
“O, əks elədiklərini sənətkar təxəyyülündən, sənət süzgəcindən keçirir, özünə lazım olan şəklə salandan sonra ona şer donu geydirir.” — Əli Vəliyev[10]
“Mən Rəsul Rzanın şerlərini oxuduqdan sonra özümdə qəribə rahatlıq duyuram. Bu şerlər adamı düşündürür, mənəvi cəhətdən təmizləyir, yüksəldir.” — Murtuza Nağıyev[10]
“Əgər şerimizi göylərə ucalan yaşıl bir çinara bənzətsək, Rəsul Rza onun gözəl, canlı, sağlam budaqlarından biridir.” — Məmməd Rahim[10]
“Rəsul Rza həyata, həyati hadisələrə şerin gözü ilə baxmağı bacaran, ən adi hadisələri böyük şeriyyətlə təsvir etməyə qadir olan şairdir.” — Sabit Rəhman[10]
“Rəsul Rza isə dünyaya dedikləri üzərində deyilməyə macal tapmadıqlarının da kölgələri dolaşır, çünki hər bir həqiqi sənətkarların bədii sözü dünənli, bugünlü, sabahlıdır, dərinində millidir, rəngində şəxsidir, ucalığında ümumbəşəridir və həqiqi poeziya həmişə hərəkətdədir.” — Ənvər Məmmədxanlı[10]
“Onun poeziyasında qılınc kimi kəskin həqiqətlər vardır.” — İlyas Əfəndiyev[10]
“Onun şəxsiyyətindəki xəlqilik köhnəliyə patriarxal tərəfdarlıq dərəcəsinə qədər çatır. Lakin bununla belə, o, ənənələrə qarşı ən cəsarətli davranan şairdir.” — Cəfər Cəfərov[10]
“Rəsul Rza poeziyası, sözün əsl mənasında, yeni, çoxçalarlı, musiqi dili ilə desək, polifonik poeziyadır.” — Qara Qarayev[10]
“Rəsul Rza filosofdur. “İki buruğun söhbəti” şeri ilk baxışda olduqca sadə və adi görünür. Ancaq onlar haqqında, həyat , nəsillər, gələcək haqqında və onların cavabdehliyi barədə nə qədər gözəl deyilmişdir.” — Nazim Hikmət[11]
“Onun poeziyasının qəhrəmanı müasir dünyanın həyəcanları, qayğı və ehtiyacları ilə yaşayır. Məhz buna görə o, daim narahatdır, qəlbi daim çırpınır…” — Səttar Bəhlulzadə[12]
“Rəsul Rzanın şerləri bəzən son dərəcə incə, həssas, zərif, bəzən də amansız dərəcədə sərtdir. O, yalnız həyat hadisələrini deyil, rənglərin, səslərin, işığın, suyun, dalğaların ifadə etdiyi sevinci, kədəri duymağı və onları duyğular, düşüncələr, xəyallar və xatirələrlə bağlamağa çalışır.” — Əhməd Cəmil[12]
” O, yalnız doğma dilində yeni bədii forma yaratdığına görə deyil, həm də yalnız özünəməxsus şəkildə düşündüyü və duyduğuna, dünyanı və hadisələri dərk etdiyinə görə novatordur.” — Arseni Tarkovski[11]
Atatürk müasir, proqressiv və dünyəvi olan milli dövlət yaratmaq üçün siyasi, iqtisadi və mədəni sahələrdə dünyəvi və millətçi şəkildə islahatlar həyata keçirmişdir. Belə ki, xarici ölkələrə verilmiş iqtisadi imtiyazlar ləğv edildi və onlara məxsus müəssisələr və dəmiryolları milliləşdirildi. Təhsil sahəsində qəbul etdiyi qanunla təhsil Türkiyə hökümətinin nəzarətinə keçdi. Təhsil sistemi dünyəvi və elmi təhsilə əsaslandırıldı. Minlərlə yeni məktəb tikildi. İbtidai təhsil pulsuz və məcburi edildi. Xarici məktəblər dövlətin nəzarətinə keçdi. Kəndlilərdən alınan ağır vergilər (aşar vergisi) azaldıldı. Kişilərin papaq və geyimlərində bəzi dəyişikliklər edildi. Təqvim, saat və ölçülərdə dəyişikliklər edildi. Məcəllə ləğv edilib əvəzində dünyəvi qanun qəbul edildi. Qadınların mülki və siyasi hüquqları bir çox Qərb ölkəsindən əvvəl tanındı. Poliqamiya ləğv edildi. Qadınların şahidliyi və miras haqqı kişilərinkiylə bərabər edildi. Eynilə, Türkiyədə qadınlara dünyanın əksər ölkələrindən əvvəl yerli seçkilərdə (1930), daha sonra ümumi seçkilərdə (1934) seçmək və seçilmək hüququ verildi. Cinayət və borc haqqında dünyəvi qanunlar qəbul edildi. Sənayenin dirçəldilməsi məqsədilə qanun qəbul edildi. Torpaq islahatı edilməsinə cəhd edildi. Ərəb hərflərinə əsaslanan Osmanlı əlifbasının yerinə latın qrafikasına əsaslanan yeni türk əlifbası təsis edildi. Xalqın maariflənməsi üçün təhsil kompaniyası başladıldı. Universitet islahatı keçirildi. Birinci Beşillik Sənaye Planı qəbul edildi. Sinif və statusa görə ayrı-seçkilik yaradan ləqəb və adlar ləğv edildi və soyadlar qüvvəyə mindi. Yekcins və vahid xalq yaratmaq üçün türkləşdirmə siyasəti həyata keçirilirdi.
Mustafa Kamal Atatürk 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlmişdir. 1896–1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunmuşdur. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olmuş, Hərbi Akademiyada təhsilinə davam etdirmişdir. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirmişdir. 1905–1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət etmiş, 1907-ci ildə adyutant rütbəsi almışdır. Daha sonra Manastıra 3-cü Orduya təyin olunmuşdur. 1909-cu il aprel ayının 19-da İstanbula daxil olan Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət etmişdir. 1910-cu ildə Fransaya göndərilmiş, Pikardi manevrlərində iştirak etmişdir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlamışdır.
Mustafa Kamal Atatürk ordu komandiri olarkən (1918)Mustafa Kamal Atatürk zabitlərlə birgə
1911–1912-ci illərdə baş vermiş Osmanlı-İtaliya müharibəsi zamanı Tobruk və Dərnə bölgəsində xidmət etmiş, 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin olunmuş, bu ordunun ləğvindən sonra 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində çalışmışdır.
Antanta dövlətlərinin Osmanlı ərazilərini işğal etməyə başlamasından sonra 19 may 1919-cu ildə Samsuna getmişdir. 1919-cu il 23 iyul-7 avqust tarixləri arasında Ərzurum, 4–11 sentyabr tarixləri arasında isə Sivas Konqresini çağıraraq ölkənin işğal olunan ərazilərinin geri qaytarılması üçün görülməsi lazım olan işləri müəyyənləşdirmişdir. O, 1919-cu ilin dekabr ayında Ankarada böyük ruh yüksəkliyi ilə qarşılanmış, 1920-ci aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atmışdır. Məclis və hökumət başqanlığına seçilmiş, Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Savaşının uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib onların tətbiqinə başlanmasını təmin etmişdir.
Rəhbərlik etdiyi Türk Qurtuluş Savaşının əsas mərhələləri:
Sarıqamış (20 sentyabr 1920), Qars (30 oktyabr 1920) və Gümrünün (7 noyabr 1920) azad edilməsi.
Çukurova, Qaziantep, Qəhrəmanmaraş və Şanlıurfanın müdafiəsi (1919–1921).
I İnönü zəfəri (6–10 yanvar 1921).
II İnönü zəfəri (23 mart-1 aprel 1921).
Kütahya-Əskişəhər döyüşləri.
Sakarya zəfəri (23 avqust-13 sentyabr 1921)
Böyük Hücum, Başkomutanlıq Döyüşü və Böyük Zəfər (26 avqust-9 sentyabr 1922)
Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala marşal rütbəsi və qazi titulu vermişdir. Qurtuluş Savaşı 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatmışdı. Beləliklə, Sevr müqaviləsi ilə parçalanması nəzərdə tutulan, türk xalqına 5–6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmamışdır.
1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılmış, monarxiya ləğv edilmiş, Osmanlı İmperiyasının mövcudluğuna son qoyulmuşdur. 29 oktyabr 1923-cü ildə respublika elan edilmiş, Atatürk yekdilliklə ilk prezident seçilmişdir. 30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən respublikanın ilk hökuməti qurulmuşdur. Türkiyə Respublikası “Hakimiyyət qeyd-şərtsiz millətindir” və “Yurdda sülh, cahanda sülh” ideologiyası əsasları üzərində qurulmuşdur.
Mustafa Kamal Atatürk Əfqanıstan kralı Əmənullah Xan ilə Ankarada (1928)Mustafa Kamal Atatürk və onun həyat yoldaşı Lətifə Uşşaqi (Adana, (1923))
1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən prezident seçilmişdir.
15–20 oktyabr 1927-ci ildə Qurtuluş Savaşından və respublika qurulmasından bəhs edən Böyük nitqini, 29 oktyabr 1933-cü ildə 10-cu İl Nitqini söyləmişdir.
29 yanvar 1923-cü ildə Lətifə xanımla evlənmiş, bu evlilik 5 avqust 1925-ci ilədək davam etmişdir. Uşaqları çox sevən Atatürk Afət (İnan), Səbihə Göyçən, Fikriyə, Ülkü, Nəbilə, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürmüş, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə almışdır.
Soyad qanununa uyğun olaraq 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala “Atatürk” soyadı verilmişdir.
10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbuldaDolmabaxça sarayında vəfat etmişdir. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülmüşdür.
Atatürk Türkiyəni “Müasir mədəniyyət səviyyəsinə qaldırmaq” məqsədi ilə bir çox inqilabi dəyişikliklər həyata keçirmişdir. Bunları beş əsas qrupa toplamaq olar:
“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” sözlərini Mustafa Kamal Atatürk 1921-ci ildə Azərbaycan SSR-in Türkiyədəki təmsilçisi İbrahim Əbilovun etibarnaməsini qəbul edərkən demişdir.[9]
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, bu il ölkəmizdə “Şuşa İli” elan edilib.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli ilə bağlı Tədbirlər Planı”na əsasən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçiriləcək.Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən festivalın mayın 12-14-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulub.İlk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival II Qarabağ müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilib.Cari ildə keçiriləcək sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.
Hamımızın həyatında misilsiz rol oynayan, bəlkə də, ömrümüzü iki yerə bölən II Qarabağ müharibəsi hələ çoxları tərəfindən yetərincə dərk olunmur, layiq olduğu səviyyədə dəyərləndirilmir. Baxmayaraq ki, bu barədə elə bu müqəddəs savaşın başladığı ilk günlərdən xeyli şeir, hekayə, oçerk, reportaj və b. bədii əsərlər yazılmış və bu gün də yazılmaqdadır. Məni belə düşünməyə vadar edən səbəb nədir? Doğrusunu deyim ki, bu günlərdə Binəqədi rayonundakı 182 saylı tam orta məktəbdə keçirilən bir tədbirdən sonra bu qənaətə gəldim. 5-10 nəfər şagirdin iştirakı ilə təşkil olunmuş, 44 günlük II Qarabağ savaşına həsr edilmiş möhtəşəm tədbir bizə hansı müəzzəm duyğuları yaşatmadı?! Onu da qeyd edim ki, başımızı uca, alnımızı açıq edən həmin müharibəyə ithaf olunmuş şeirləri ölkəmizdə deyil, vətənimizin güney hissəsində – Güney Azərbaycanda yaşayan, yazıb-yaradan şairlər qələmə alıblar. Əlbəttə ki, Esmira Fuadın yaxınlarda nəşr olunmuş “44 günlük Vətən Müharibəsi Güney Azərbaycan Ədəbiyyatında” adlı yeni kitabından seçilmiş şeirləri deyirəm.
Esmira xanım Güney Azərbaycan ədəbiyyatı və mədəniyyətinin respublikamızda tədqiq olunması sahəsində böyük əməyi olan alimlərimizdəndir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru E.Fuad güneydə yaşayan soydaşlarımız arasında da yaxşı tanınır, məqalə və əsərləri o tayda da nəşr edilir. Güney Azərbaycan ədəbiyyatı sahəsində tanınmış mütəxəssis olan Esmira xanımın haqqında danışdığımız kitabı ona görə dəyərli və aktualdır ki, qanlı savaşların getdiyi dünyamızda bizə birlik və bütövlük duyğularını aşılayır, gənc nəslə vətənimizin yalnız Arazın bu tayından ibarət olmadığını, Azərbaycan adlı məmləkətin daha böyük sınırları qapsdığını, 50 milyonluq xalq olduğumuzu əyani faktlarla açıb göstərir.
30 illik düşmən tapdağında qalmış torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan ədalətli müharibə zamanı ölkəmizin vətəndaşlarıyla yanaşı, bütün dünyadakı, özəlliklə, güneydəki soydaşlarımızın bizdən az sevinmədiyini, Arazın sahilində toplaşıb şanlı ordumuzun zəfər yürüşünü alqış və göz yaşlarıyla müşahidə etdiklərini unutmaq mümkündürmü? Arazın o tayında atasıyla birgə döyüşləri izləyən azyaşlı uşağın “Ata, bizim ordumuz hansıdı?” – sualına atasının göz yaşları içərisində “Baax, o atəş açanlar bizim əsgərlərdi, bir azdan hücuma keçəcəklər” – sözləri kimin gözlərini yaşartmamışdı? İlk baxışda adi ailə-məişət söhbəti kimi görünüən bu kimi hadisələr, fikrimizcə, dünya ədəbiyyatı tarixinə şedevr əsərlər verə biləcək romanlara mövzu ola bilər.
Doğrudur, müəllifin özünün də qeyd etdiyi kimi, “Vətən uğrunda şəhid olan və özü də vətənləşən Polad Həşimov” və eləcə də II Qarabağ savaşında şanlı döyüş yolu keçən cəngavərlərin, özəlliklə, Şuşa fatehlərinin “əfsanəvi qəhrəmanlıqlarını… obrazlaşdıran mükəmməl əsər-poema, povest, yaxud hekayə hələ ki, yazılmayıb, ancaq bu barədə yetərincə şeir və nəsr örnəklərinin olduğu da danılmaz faktdır…” Elə E.Fuadın haqqında danışdığımız kitabı da bu kimi şeirlərlə zəngindir. Kitabı vərəqlədikcə əslən Güney Azərbaycandan olan yazarların bu qısa müddət ərzində neçə kitablıq şeir və poema nümunələri yaratdıqlarını görürük.
Esmira xanım topluya yazdığı ön sözdə 2020-ci il 12 iyulda Tovuzda erməni daşnaklarının növbəti təxribatları nəticəsində əfsanəvi general Polad Həşimov və bir neçə yüksək rütbəli zabitlərimizin şəhid olmasından sonra Azərbaycan xalqının Koronavirus pandemiyası qadağalarına baxmayaraq küçələrə axışması, hamının bir ağızdan qisas tələb etməsinin ən yeni tariximizdə dönüş nöqtəsi olduğunu əsaslandırır, 2020-ci ilin 8 noyabr gününü isə tariximizin yeni mərhələsinin zirvəsi hesab edir. “Çünki bu gün dünyanı heyrətdə qoyan mərdlik nümunəsi – əlbəyaxa döyüş örnəyi göstərən və dünya hərb tarixində yeni səhifə açan igidlər – xüsusi təyinatlılarımız Qarabağın tacını – Şuşanı erməni neofaşistlərindən azad etdi və möcüzə şəhərin mərkəzinə üçrəngli, ay-ulduzlu bayrağını əslən Şuşadan olan qəhrəman Səbuhi Abdullayev sancdı. Azərbaycanın hər yerindən və bütün Türk dünyasından “Qarabağ Azərbaycandır! Şuşa bizimdir!…” səsləri göylərə bülənd oldu…”
Topluda əsərləri yer almış 27 Güney Azərbaycan şairi haqqında qısa bioqrafik məlumatlar da verilib. Hər şairin bir neçə şeirini təqdim edən müəllif Rəsul Qədirinin onun danışdığı rəvayət əsasında yazdığı “Xarı bülbül” və Əli Daşqının “Əsir torpaq-Qarabağ” adlı poemasına da antologiyada yer ayırıb. Maraqlıdır ki, Esmira xanım “Güneyin tanınmış aydını, şair, nasir, çevirmən, dilçi-türkoloq kimi məhsuldar ədəbi-bədii və elmi yaradıcılığı ilə diqqət çəkən Ə.Daşqının 1992-ci ildə göz yaşlarını içinə axıda-axıda, ürəyinin qanı ilə qələmə aldığı “Əsir torpaq-Qarabağ” poemasını epik şeirin ən mükəmməl örnəyi kimi son söz əvəzi olaraq” kitabda yerləşdirdiyini bildirir. Oxuduqdan sonra Esmira xanımın nə qədər haqlı olduğunu anladan həmin poemadan örnək gətirdiyi aşağıdakı misraları isə ruhumu qarsdı və heç vəchlə unuda bilmədim:
Azərbaycan var hər kəsin gur səsində…
Sənin daşın,
Qarabağa verdiyin öz yaraşığın
Türkün varlıq simgəsidir…
Göz bəbəyi, alın təri,
Qeyrət qanı, namus-arı,
Söy-kökünün dayağıdır…
Şuşa! Qarabağın ağ qapısı,
Elm-sənətin ilk yapısı…
Bəli, xeyli kitab-monoqrafiyalar müəllifi və tərtibatçısı, bir çox fəxri ad və mükafatlar laureatı olan Esmira Fuadın növbəti kitab-tərtibatı onun yaradıcılığında ayrıca yer tutur. Bu kitab əsasında Binəqədi rayon 182 saylı tam orta məktəb şagirdlərinin hazırladığı təqdimat mərasimindən isə ayrıca danışmağa dəyər. Çünki çox maraqlı film-tamaşanı xatırladan bu qısa və dolğun məzmunlu təqdimatda hər şey nəzərə alınmışdı: istər Azərbaycanın tarixi, coğrafiyası, istərsə də onun elmi və ədəbi-bədii əsərlərdə əksi. Təqdimat mərasimini sonadək seyr edən hər kəs burada mükəmməl bir rejissorluq fəaliyyəti olduğunu təsdiq edə bilər. Əslində isə hər şey həmin məktəbin şagird-müəllim kollektivi tərəfindən təşkil olunmuşdu.
O taylı-bu taylı Azərbaycanda tanınan və sevilən müğənni, mərhum Yaqub Zürufçunun məşhur “Ayrılıq” mahnısının sədalarıyla açılan mərasimdə qonaqları salamlayan aparıcı şagird hamını bu möhtəşəm qələbənin əldə edilməsində misilsiz xidmətləri olan şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sayğı duruşuna dəvət etdi. II Qarabağ savaşının başlanması səbəbləri və şərtlərindən, bu savaşın bir növ preambulasını təşkil edən Tovuz döyüşləri və bu zaman şəhid olan general P.Həşimov və dostları da xatırlandıqdan sonra yenə həmin mahnının kədərli notlarının müşayiəti ilə qoca Şəhriyar ağır və ləngərli addımlarla səhnəyə çıxır və “Heydərbabaya salam” poemasından bir neçə bənd söyləyir. Bu zaman mərhum xalq artistimiz, əslən güneyli olan Rübabə Muradovanın ifasında “Heydərbabaya salam” mahnısının sədaları salona yayılır. Elə bu mahnının müşayiəti altında şagird-aparıcı 2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycan, Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzun ayağa qalxdığı, soydaşlarımızın Araz çayı boyunca toplaşaraq qan və can qardaşları ilə bir səngərdə azğın düşmənə qarşı vuruşmaq istəyi ilə çağırışlar etdiyini dilə gətirir. “Həmin ərəfədə və savaşdan sonrakı dönəmdə Güney yazarlarının Qarabağa və 44 günlük savaşda yazılmış yeni şərəf tariximizə həsr etdikləri şeir və poemalardan örnəkləri o taylı-bu taylı Azərbaycanın oxucularına sunmağı özümüzə borc bildik” – deyir Esmira Fuad…”
Bu yerdə alqışlar altında E.Fuadın ayrı-ayrı tədbirlərdə çəkilmiş şəkillərindən ibarət slaydlar səhnədə qoyulmuş monitorda göstərilir, həyat və yaradıcılığı haqqında dolğun məlumatlar verilir, kitabları, təltif və mükafatları sərgilənir. “El bir olsa, dağ oynadar yerindən, güc bir olsa zərbi kərən sındırar” misallı cümlələr arasında Bəhram Əsədinin sətirləri arasında məhz sözə çevrilən gerçəklər yaşayır…
Dünən qucaqlarda gedən körpələr,
Bu gün tank üstündə dönür yurduna.
İşğalçı daşnaklar, qorxaq köpəklər,
Yenik düşmədədir Qafqaz qurduna…
Güneyli şair Rəsul Qədirinin Qarabağ xanı Pənahəli xanın nəvəsi, İbrahim xanın qızı və Xurşidbanu Natəvanın bibisi Ağabəyim Ağanın faciəli taleyini əks etdirən “Xarı bülbül” poemasının səhnələşdirilməsi də olduqca təsirli idi. Fətəli şahın Tehranda Ağabəyim ağanın könlünü almaq üçün saldırdığı “Vətən bağı”ndakı güllərin azyaşlı şagirdlər tərəfindən canlandırılması hələ də gözlərimin önündən getməyib. Çox maraqlıdır ki, bütün bunlar başqa bir şagirdin sazda çaldığı “Qarabağ şikəstəsi”nin yanıqlı sədaları altında baş verirdi. Burada balaca fidanların canlı olaraq yaratdığı gül obrazları şux və təravətlidir, təkcə Xarı bülbül çiçəyi soluxmuş-büzüşmüş halda göstərilir və məşhur “Xarı bülbül” mahnısının niskilli sədaları eşidilir. Sonda yenə şagirdlərin ifasında “Zəfər nəğməsi” səsləndirilir:
Deyirdin, bəs yalnız xatirələrdə,
Bir də nəğmələrdə qaldı Qarabağ.
Otuz qarlı-qışlı dağları aşıb,
Qolun boynumuza saldı Qarabağ…
Bu cür nikbin notlar fonunda pərdə çəkilir, əzəmətli Şuşa qalası görünür, Xarıbülbül və digər gül obrazları qalanın qarşısında rəqs edirlər. Prezident İ.Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışının sonunda söylədiyi: “Yaşasın Şuşa! Yaşasın Qarabağ! Qarabağ Azərbaycandır!” –sözlərini bütün şagirdlər xorla təkrar edirlər. Və güneyli şair Vüqar Nemətin “Qarabağım” şeirindən ürəyi riqqətə gətirən aşağıdakı misralar səslənir:
Bu şeiri nə mən, nə sən,
Ancaq biz yazacağıq!
Bu şeiri bitirmirəm
Bu şeir sənlə başlanıb,
Zəngəzurdan da keçib.
Müəbbəd bir ülküdə,
Əbədi bir ölkədə
Turanda bitəcəkdir.
Bunu böylə bitirsəm,
Əlim, qolum qurusun!
Yarası sağalmayıb
Mehri, Qafan, Gorusun…
Öndə işimiz çoxdur,
Vətən bütövləşənədək
Bu şeir yarımçıqdır…
Doğrudan da, böyük bir Millət olaraq, bizim birlik şeirimiz, bütövlük dastanımız hələ bitməyib və yarımçıqdır. Bunu hamılıqla – birlikdə yazmalı, birlikdə tamamlamalıyıq. Beləliklə, bu qısa, lakin yüksək ideyalı, dolğun məzmunlu təqdimat başa çatır, bu məqamda Şəmistan Əlizamanlının ifasında “Azadlıq marşı” səslənir. Bütün kompozisiya iştirakçıları – şagirdlər, hətta başlanğıcda soluxmuş Xarı bülbülü canlandıran zərif fidan qızcığaz da, artıq qalib ordunun əsgərləri kimi, əllərində Azərbaycan bayraqları ritmə uyğun rəqs edirlər.
Əslində bu yadda qalan tədbirin keçirilməsində zəhmət payı olan məktəb direktoru, təcrübəli pedaqoq Zinyət Tağıyeva və rejissorluq vəzifəsini uğurla yerinə yetirən dil-ədəbiyyat müəllimi Raziyə Şükürovanın və başqalarının əməyi ayrıca qeyd olunmalı, onların haqqında daha çox xoş sözlər deyilməliydi.
Ancaq təqdimat-tamaşa məni o qədər təsirləndirdi ki, belə rəsmi etiket qaydalarına, demək olar ki, əməl eləyə bilmədim, sadəcə öz təəssüratımı böıüşməyə üstünlük verdim. Sonda təqdimat mərasiminin araya-ərsəyə gəlməsində əməyi keçən hər kəsi bir daha minnətdarlıqla xatırlayır və Güney Azərbaycan ədəbiyyatını Quzeydə və Türk dünyasında tanıtmaq missiyasını uğurla üstlənən və bu yöndə yorulmadan çaba göstərən kitabın tərtibatçi-müəllifi, filologiya elmləri doktoru, dosent Esmira Fuada yeni yaradıcılıq uğurları arzulayıram.
İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002‑ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:
Abbasova-Budaqova Afaq Nurəhməd qızı
Abdurahmanov Yusif Fikrət oğlu
Abutalıbov Şirzad Əsəd oğlu
Adıgözəlov Yalçın Vasif oğlu
Ağakişiyev Rauf Fikrət oğlu
Ağaverdiyeva Məsməxanım Aslan qızı
Allahverdiyev Ceyhun Kərim oğlu
Allahverdiyeva Naibə Siyavuş qızı
Arsentyeva Olqa Anatolyevna
Atakişiyeva Mətanət Ağazair qızı
Babayev Allahverən Hacı oğlu
Babayev Əbülfət Məmməd oğlu
Babayeva İnarə Əhməd qızı
Babayeva Töhfə Ağaəli qızı
Bağırov İzaməddin Zeynal oğlu
Bağırova Sənubər Yusufovna
Baliyeva Natalya Gennadyevna
Barateliya Naala Raulyevna
Bayramov Salman Bayram oğlu
Bayramov Təyyar Allahverdi oğlu
Bədəlova Solmaz Əligözəl qızı
Bəşirov Xanlar Əyyub oğlu
Cəbrayılov Elşən Şahin oğlu
Cəfərov Samir Qadir oğlu
Dadaşov Əmrah Balaxan oğlu
Dubovitskaya Mariya Aleksandrovna
Eyvazov Yasəf Alxas oğlu
Eyvazova Ayan Fuad qızı
Eyyubov Musa Eyyub oğlu
Əfəndi Elçin Fərahim oğlu
Əfəndiyeva Xəlilova İlahə Əhsan qızı
Əflaki Ədilə Osman qızı
Əhmədli Bəhruz Vaqif oğlu
Əhmədov Çingiz Əli Əşrəf oğlu
Əhmədov İlyas Əhməd oğlu
Ələkbərzadə Mehriban Zaur qızı
Əlili Hüseyn Azad oğlu
Əliyev Ələkbər Həsən oğlu
Əliyev Əliyar Əlişan oğlu
Əliyev İqbal Adil oğlu
Əliyev Sərvər Bəhlul oğlu
Əliyev Vaqif Səfər oğlu
Əliyeva İlahə Yavər qızı
Əliyeva Münəvvər Sabir qızı
Əliyeva Ülkər Sabir qızı
Əlizadə Əkbər Müzəffər oğlu
Əlizadə Şəhla Seidşah qızı
Əmrahov Rövşən Əbdürəhman oğlu
Əsgərov Əli Rəhim oğlu
Əzizov Əzizağa Ağayar oğlu
Fətullayeva Aygün Bəhruz qızı
Hacıyev Əli Əliyusif oğlu
Hacıyev İlqar Xəlil oğlu
Hacıyeva Sevil İnşalla qızı
Hacıyeva Siddiqə Zakir qızı
Heybətov Anar Mithət oğlu
Həbibov Nicat Əli oğlu
Həsənquliyev Kazım Feyruz oğlu
Həsənov Kərim Abbas oğlu
Həsənov Vidadi İsmail oğlu
Həsənova Natavan Mikayıl qızı
Həşimov Orxan İlqar oğlu
Həşimzadə Xanlar Allahverdi oğlu
Hüseynli Anar Vaqif oğlu
Hüseynov Elnur Bəhrəmxan oğlu
Hüseynov Fizuli İsmət oğlu
Hüseynov Şövqi Ərəstun oğlu
Hüseynova İlahə Həsən qızı
Hüseynova Kamilla Fikrət qızı
Hüseynova Kəmalə Müzəffər qızı
Xəlilzadə Rüfət Eldar oğlu
İbişov Tahir Fidayə oğlu
İbrahimli Qabil Mahmud oğlu
İbrahimov Fuad Natiq oğlu
İbrahimova Nigar Rəfael qızı
İbrahimova Şəhla İbrahim qızı
İmranova İnna Aleksandrovna
İsmayılov Qurban İbrahim oğlu
İsrafilov Fərhad Ramazan oğlu
Kazımov Nicat Mirəziz oğlu
Kərimduxt Rövşən Ramazan oğlu
Kərimov Elnur Umbay oğlu
Kərimov Loğman Seyfulla oğlu
Kərimova Nərgiz Faiq qızı
Qasımov Məmmədsafa Məmmədəli oğlu
Qasımov Yusif Əli oğlu
Qasımova Sevinc Vahid qızı
Qəhrəmanov Abbas Əhməd oğlu
Qocayev Rəhim Xəlil oğlu
Quliyev Cəmil Elşad oğlu
Quliyev Elxan Əli Bala oğlu
Quliyev Əyyub Ramiz oğlu
Quliyev Hafiz Məhərrəm oğlu
Quliyeva Səbinə Kasumovna
Quliyeva Şəlalə Şahvələt qızı
Qurbanova Pərvanə Yaqub qızı
Makarova Nina Aleksandrovna
Mehrəliyev Vüsal Akif oğlu
Məhərrəmov Firudin Əliməmməd oğlu
Məmmədli Şamil Kamil oğlu
Məmmədov Ayşad Kamal oğlu
Məmmədov Murad Məmməd oğlu
Məmmədov Sabir Novruz oğlu
Məmmədova Günel Əzizağa qızı
Məsimov Qurban Abdulla oğlu
Mirişli Nazim Ramiz oğlu
Mir-Qasım Ayan Oqtay qızı
Mirzəyev Gülağası Ağa Hüseynoviç
Mirzəyev Rafiq İsmayıl oğlu
Mirzəyev Sucəddin Qiyas oğlu
Mirzəzadə Nicat Qərib oğlu
Musabəyli Nuridə Musa qızı
Musayeva Şükufə İmran qızı
Mustafayev Arzu Əhməd oğlu
Mustafayev Vüsal Sədaqət oğlu
Mustafayeva Laləzar Bəşir qızı
Nağıyev Qasım Gəncalı oğlu
Nəzərov İlham İslam oğlu
Orucova Naidə Mülük qızı
Orucova Sevda Nəbi qızı
Osmanov Fuad Tacəddin oğlu
Ömərov Gümrah Rza oğlu
Poladov Əkram Nicad oğlu
Ramazanova Nigar Azər qızı
Rəhimov Səxavət Şərif oğlu
Rəhimova Rəna Hacıyevna
Rəhmanov Rəhman Tofiq oğlu
Rəsulov İsrafil Fərhad oğlu
Rüstəmov Elşən Mərdan oğlu
Rüstəmov Mahir Eldar oğlu
Rüstəmov Rüstəm Qərib oğlu
Rzayeva Elvira Nuca qızı
Rzayeva Vəfa Əliseyran qızı
Rzayev-Sarabski İsfar Aydın oğlu
Sadıqov Anar Babalı oğlu
Salamova Gülcahan Əhməd qızı
Salmanov Nicat Fərhad oğlu
Seyidov Aqib İbrahim oğlu
Seyidova Ceyla Uran qızı
Səlimli Mirbala Seyidəsgər oğlu
Səmədov Samir Səməd oğlu
Səmədov Şükür Hacıbala oğlu
Süleymanova Elmira Süleyman qızı
Şirinov Asif Əhməd oğlu
Şirinov Aslan Adil oğlu
Yahyayev Taleh Saleh oğlu
Zeynalov Azər Zeynalabdın oğlu
Zeynalov Yaqub Oktay oğlu
Zeynalova Zülfiyyə Əsgər qızı
Zülfüqarova Əminə Cahangir qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2634 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 471) 1-ci hissəsi ləğv edilsin.
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Abdullayev Kyazım Ənvər oğlu
Balayev Məmmədəli Bəşir oğlu
İmanova Gülbacı Əliəkbər qızı
Qarayev Fərəc Qara oğlu
Novruzova Nubar Qulu qızı
Sadıqov Faiq Əbülfəz oğlu
Verdiyev Fikrət Süleyman oğlu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcumuzdur. İlk növbədə, qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə (1969-1982; 1993-2003) Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Lakin XX əsrin sonunda başlamış Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, eləcə də hərbi təcavüzü ilə qarşılaşdı və nəticədə torpaqlarımız işğal altına düşdü. Həmin dövrdə ölkə çətin vəziyyətdə idi, ordu formalaşmamışdı, hansı istiqamətdə addımlar atılacağı bilinmirdi. Ölkədə sabitlik yox idi, xaos, hakimiyyətsizlik hökm sürürdü. Bu baxımdan, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və milli maraqların qorunmasına əsaslanan xarici siyasət tələb edirdi.
Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycanın milli maraqlarını və həmrəyliyi hər zaman uca tutan görkəmli dövlət xadimi” sərlövhəli məqaləsində yer alıb.
Yalnız 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Ümummilli Lider məhz xalqımızın milli dəyərlərinə, adət-ənənələrinə, tarixi soykökünə, xüsusilə dövlətçilik prinsiplərinə sadiq qalaraq Azərbaycanın ideoloji fəaliyyət strategiyasını da məhz bu amillər üzərində qurdu. Ümummilli Lider son dərəcə təcrübəli dövlət başçısı və görkəmli siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, həmin dövrdə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ilk səsləndirdiyi “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”, yaxud, “Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır!” çağırışı bu sahədəki fəaliyyətin əsas göstəricisi hesab oluna bilər.
Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasını tarixi keçmişimizlə, xalqımızın adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olduğunu vurğulayırdı. Sovet ideologiyasının təsiri ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş Azərbaycan diasporu yalnız ölkəmiz yenidən müstəqillik qazanandan sonra formalaşmağa və inkişaf yolunu tutmağa başladı. Bu baxımdan, XX əsrin 80-ci illərinin sonundan etibarən SSRİ-də aparılan yenidənqurma siyasəti və sosializm rejiminin süqutu xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələr qurması üçün geniş imkanlar yaratdı. Onu da qeyd etmək lazımdır ki, 1990-cı ilin Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının milli həmrəyliyini nümayiş etdirən mühüm hadisələrdən biri kimi müasir tariximizə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləmiş və bu tarixi bəyanat dünyada yaşayan azərbaycanlıları səfərbər edərək ayağa qaldırmışdı.
Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Hələ SSRİ-nin mövcudluğu, həmin dövrün siyasi reallıqları və sovet ideologiyasının hakim olduğu dövrdə diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verilməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan səmərəli şəkildə istifadə olunurdu. Müxtəlif ölkələrlə mədəni əlaqələrin güclənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin (“Vətən” cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən mühüm addımlardan idi. İlk növbədə, həmin dövrdə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda Vətənə maraq və bağlılığı artırırdı. Hələ XX əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev böyük uzaqgörənliklə qətiyyət və müdriklik nümayiş etdirərək xalqımızın tarixi yaddaşının qorunmasına, o cümlədən Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı. Məhz ümummilli lider Heydər Əliyev diqqəti sayəsində həmin dövrdə yüzlərlə azərbaycanlı SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etdi.
Qeyd etmək lazımdır ki, hər bir dövlətin milli-mənəvi sərvəti, əsas təsir qüvvəsi və təbliğatçılıq fəaliyyətində mühüm amil kimi güvənə biləcəyi strateji silahlardan sayılan diaspor məsələsi bu gün də beynəlxalq münasibətlər sistemində əsas amillərdən sayılır. Məhz bu baxımdan diaspor siyasəti hər bir dövlətin öz mədəniyyətini, dilini, tarixini, adət-ənənəsini təbliğ etmək yolunda əhəmiyyət verdiyi əsas amillərdəndir.
Bu baxımdan, 1990-cı illərdə ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideyasına müraciət edərək onu milli və birləşdirici təlimə çevirməyə çalışmış, məhz onun müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə azərbaycançılıq ideyası məzmunca tamamlanaraq və zənginləşdirilərək, yeni konfiqurasiyada rəsmi dövlət siyasəti səviyyəsində ölkə vətəndaşlarının və bütün dünya azərbaycanlılarının birləşdirici, eləcə də səfərbəredici milli ideyası statusuna qaldırılmışdır. Onu da qeyd etmək vacibdir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Məhz 1991-ci il dekabrın 16-da Ümummilli Liderin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul etmiş, bu hadisə Azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilərək əlamətdar bayram kimi ilk dəfə Naxçıvanda geniş qeyd olunmuşdur.
Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyən edərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətinin, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyllərini nəzərə alırdı. Ümummilli Liderin sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə ölkəmizin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları səfərbər edərək dünyaya səpələnmiş azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır və bu ideologiya bütün dünyada yaşayan soydaşlarımızı bir amal uğrunda birləşdirir.
Bu baxımdan, milli həmrəyliyin və birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Yalnız, Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etdi və məhz Ümummilli Lider ilk dəfə olaraq, xaricdə yaşayan azərbaycanlılarla dövlət səviyyəsində sistemli iş aparmağa başladı. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, o cümlədən beynəlxalq əlaqələrin qurulmasında və genişləndirilməsində diasporun əhəmiyyətini dəyərləndirən zəngin təcrübəyə malik, dövlət xadimi Heydər Əliyevin ABŞ, Almaniya, Fransa, Türkiyə, Böyük Britaniya, Rusiya, Çin və digər ölkələrə işgüzar səfərlərində, oradakı həmvətənlərimizlə görüşlərdə səsləndirdiyi fikirlər həm ölkə vətəndaşları, həm də Azərbaycan diasporu üçün səmərəli fəaliyyət proqramı kimi bu gün də mühüm əhəmiyyət kəsb edir.
Diaspor quruculuğu işində yaxından köməklik göstərən və xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlər, milli həmrəylik və azərbaycançılıq ideyası prinsipləri kontekstində formalaşmasına çalışan ümummilli lider Heydər Əliyevin diaspor məsələlərinə xüsusi diqqət yetirməsi və bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesini sürətləndirmişdir. Bu baxımdan, Azərbaycançılıq ideyasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusilə ölkəmizin bütün məsələlərdə milli maraqlarının və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruculuğu sahəsində bir sıra mühüm addımlar atılmışdır. Bu baxımdan, Ümummilli Liderin 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlarının I Qurultayının keçirilməsi haqqında 23 may 2001-ci il tarixli Sərəncamı diaspor quruculuğu sahəsində həlledici mərhələ oldu. Bu fəaliyyətin nə qədər ciddi və geniş miqyaslı olduğunu “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi bir daha təsbit etdi. Ümummilli Liderin 2002-ci il dekabrın 27-də imzaladığı Fərman diaspor siyasətinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən etdi. Qanunda Azərbaycan diasporu ilə bağlı təsbit olunmuş maddələrin səmərəliliyinin artırılması, diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması, dövlətimizin bu sahədə apardığı siyasətin təbliğinə nail olmaq kimi konkret məqsəd və vəzifələr yer alır.
2002-ci il iyulun 5-də isə ümummilli lider Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” imzaladığı Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. 2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın sərhədlərindən, eləcə də tarixi torpaqlarından kənarda yaşayan soydaşlarımızın Vətəndən uzaqda milli həmrəylik ətrafında birləşdirilməsi, eləcə də diaspor quruculuğu sahəsində dövlət siyasətinə xidmət edəcək belə bir Komitənin yaradılması məhz Ümummilli Liderin uzaqgörən şəxsiyyət olması ilə yanaşı, dünya ölkələri üçün də bir nümunəyə çevrildi. Nəticədə, dövlətimizin Azərbaycan diasporunun daha sıx təşkilatlanması istiqamətindəki fəaliyyəti, Bakıda dünya azərbaycanlılarının dörd qurultayının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun təsis olunması ilə soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin güclənməsinə mühüm zəmin yaratmış, azərbaycançılıq məfkurəsi, milli həmrəylik, Azərbaycanın milli maraqlarının və mənəvi dəyərlərinin qorunmasına nail olmaqla ölkəmizin dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.
Bu gün ideoloji dəyərlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyasının əsas prinsipləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 2016-cı il iyunun 3-də Bakıda dövlət başçısının təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyon nəfərdən artıq azərbaycanlının bir araya gəlməsində mühüm rol oynayaraq azərbaycançılığın böyük tarixi imkanlara, birləşdirmə, səfərbər etmə gücünə malik olduğunu bir daha sübut etmiş oldu.
Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə diqqəti bir daha cəlb edərək Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında demişdir: “…Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalı və bu əlaqələr güclənməli, o cümlədən xarici ölkələrdə dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır”. Dövlət başçısı diqqətə çatdırmışdır ki, Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalı, proqram tərtib edilməlidir: “Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə, biz bunu Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük”.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdiyi günlərdə, xalqımız bütünlüklə, Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də bir sıra mühüm əhəmiyyətli şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda, o cümlədən dünyada yaşayan bütün azərbaycanlılarda böyük inam və ruh yüksəkliyi yaratdı.
Nəticədə, rəşadətli Azərbaycan Ordusu 28 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını dağıtdı. Bununla yanaşı, dövlətimizin başçısının xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq, tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.
Prezident İlham Əliyevin Vətən müharibəsinin gedişində xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri və xalqa müraciətləri bütün dünyada yaşayan azərbaycanlıları ölkəmizin milli maraqları, birlik və həmrəyliyi istiqamətində birləşdirici amilə çevrildi. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə soydaşımız 44 gün ərzində Azərbaycan Ordusunun qələbələri və işğal olunmuş torpaqlarımızın azad edilməsi münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanladıqları məktublarda Azərbaycan dövlətinə, xalqına və Prezidentinə dəstək ifadə olunmuş, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı işğalçı Ermənistan ordusuna qarşı bu haqq mübarizəmizdə ölkəmizin yanında olduğunu və ordumuzun qazandığı qələbələrdən qürur hissi keçirdiyini, ehtiyac yaranarsa, həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazır olduqlarını bildirdilər.
Ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərilərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışmışlar.
Eyni zamanda, müxtəlif ölkələrdə fəaliyyət göstərən koordinasiya şuraları tərəfindən müxtəlif ölkələrin prezidentləri, parlament üzvləri, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlara, dünyada tanınmış siyasətçilər, beynəlxalq media nümayəndələri, ayrı-ayrı ölkələrin parlamentləri və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın təxribatları, işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə ətraflı məlumatları özündə əks etdirən beş minə yaxın məktub elektron poçt vasitəsilə göndərilmişdir. Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan Ordusuna və şəhid ailələrinə dəstəklə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq maarifləndirmə, təşkilati və təbliğat işləri görülmüşdür.
Xaricdə yaşayan azərbaycanlılar da rəşadətli Azərbaycan Ordusunun əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlığı haqqında dünya mediasında, eləcə də Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, maddi-mədəniyyət nümunələrimizin dağıdılması haqqında yaşadıqları ölkələrin ictimaiyyətinə dəqiq məlumatlarla çatdırılması istiqamətində fəaliyyətini genişləndirməkdədir.
2022-ci il aprelin 22-də dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayının məhz Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada keçirilməsi böyük rəmzi, həmçinin siyasi məna daşıyır. Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallıq göstərən insanlar Azərbaycanın tarixinə şəhidlərimizin qanı bahasına şərəfli səhifə, qəhrəmanlıq salnaməsi kimi yazıldığı əziz və doğma Şuşa şəhərində bir araya gəldilər.
Azərbaycan Prezidenti İlham Əliyev Qurultayın açılışında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan postmüharibə dövrünə tam hazırdır və öz sülh gündəliyini təqdim edir. Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə biz bir daha xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq.
Azərbaycan Prezidentinin Qurultayda konseptual xarakter daşıyan nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. Azərbaycan xalqının əzmi, Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğa” çevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyən edir.
Eyni zamanda, İkinci Qarabağ müharibəsindən sonra qazanılan tarixi Qələbə, xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki hərbi, diplomatik və informasiya məkanındakı uğurları nəticəsində yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb edir. Ona görə də Şuşa Qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayandı. Buraya bir tərəfdən tarixi Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəslə vətənpərvərlik hisslərinin aşılanması və Azərbaycan dilinin həftəsonu məktəbləri çərçivəsində tədrisinin təşkili, eləcə də şəbəkələşmə və müxtəlif səpkidə kampaniyaların hazırlanması kimi icmadaxili fəaliyyətlər daxil idi. Digər tərəfdən isə yerli ictimaiyyət və beynəlxalq təşkilatlar, xüsusilə də siyasi və akademik dairələrlə yeni dövrün tələblərinə uyğun münasibətlərin qurulması ətrafında müzakirələrin diqqət mərkəzində saxlanılması mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev çıxışı zamanı Şuşada keçirilən Qurultayın çox böyük tarixi məna daşıdığını bildirərək qeyd etmişdir ki, bu gün Azərbaycan yeni dövrə qədəm qoyub: “Biz otuz il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi – mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün”. Ancaq bu gün vəziyyətin tam fərqli olduğunu vurğulayan dövlət başçısı demişdir: “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.
Qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyətinin incisi olan Şuşada keçirilmiş Zəfər Qurultayı diaspor nümayəndələrinin Qarabağ torpağından aldıqları mənəvi güc və əhval-ruhiyyə ilə öz ölkələrində fəaliyyətlərini daha əzmlə qurmalarına təkan verəcək. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.
Bu gün ideoloji dəyərləri, Azərbaycanın milli maraqlarını hər zaman uca tutan dahi şəxsiyyət, görkəmli dövlət xadimi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançılıq, milli birlik və həmrəylik ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. Bununla yanaşı, Azərbaycanın qlobal miqyasda qazandığı uğurlar və tarixi nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan vermiş, xüsusilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratmışdır.
TAİM – Təhsildə Araşdırma və İnkişaf Mərkəzi 20 saat · Azərbaycan dili və Ədəbiyyat üzrə MİQ imtahanına hazırlaşanlar, çoxdandır gözlədiyiniz Ədəbiyyat test bankı, artıq satışda! ✅ Test bankda MİQ və Sertifikasiya üzrə yeni proqram əsasında tərtib olunmuş 1200-ə yaxın test tapşırığı yer alıb; ✅ Müxtəlif test modellərindən (Eyler-Venn, klaster və s.) istifadə olunan Ədəbiyyat test bankı əsərlərin müqayisəli təhlilini əks etdirən suallarla zəngindir; ✅ Həm çap, həm də elektron formada işıq üzü görən test bankın elektron versiyasında bütün test tapşırıqlarının səsli izahı mövcuddur. Ədəbiyyat test bankının çap versiyasını bütün kitab mağazalarında və mərkəzimizdən, elektron versiyanı isə e-TAİM tətbiqindən əldə edə bilərsiniz. Qiyməti: 15 AZN Əlaqə: +994558434131 +994998434131 info@taim.edu.az Nərimanov metrosunun yanı, Əhməd Rəcəbli 4/6
“Ulu öndərimiz, xalqımızın ölməz oğlu, millətimizin şərəfi Heydər Əliyevin müqəddəs ruhuna bağışladığım “Böyük ömrün dastanı” poeması isti-isti, birnəfəsə yazılmış acılı-şirinli bir xatirədir, elegiyadır”. Bu xatirə-elegiyanın ilk cümləsindəki səmimiyyət əsərin bütün ruhuna hakim kəsilib. Söhbət Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasından gedir. Əsərin qəhrəmanının müəllif tərəfindən təqdimatına baxaq: “… bu insan tarixdə tarix yaratmağa qadir olan, son min ilin yetirdiyi ən böyük Vətənoğlu, millət qəhrəmanı, xalq fədaisidir”.
Belə bir xalq fədaisinin ömür-gün yolundan bəhs edən “Əbədiyyət dastanı” poeması “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” adlanan iki kitabdan ibarətdir. Birinci kitab 2003-cü ilin 15-30 dekabrında, ikinci kitab 2007-ci ilin 5 yanvarından 23 dekabrına qədər yazılmışdır. Birinci kitab əsərin yazılma səbəblərini açıqlayan nəsrlə yazılmış girişlə başlayır. Hər iki kitab adlanan hissədə ənənəvi poemalar kimi proloqlar verilib. Birinci kitabda 28 başlıqdan istifadə olunub. Proloq dördlük şeir şəklində yazılıb:
Eşqə qadağa yox, sevgiyə sərhəd,
Xatirən canlıdır, şöhrətin diri.
“Ömrünün mənası millətə xidmət,
Adının mənası Allahın şiri” –
– Əsərin ilk bəndi olan bu misralardan poemada əsas mətləbin rəhbər və xalq sevgisi üzərində qurulduğu görünür. Xalqın böyük sevgisinə sahiblənən Heydər Əliyevin ölümü böyük faciə kimi sözün ən təsirli təqdimatını üzə çıxarır:
Döydü qapıları qara bir xəbər,
Hərə öz içinə qısılı qaldı.
Təyyarə torpağa enənə qədər,
Baxışlar göylərdən asılı qaldı.
Şair bu faciənin gücünü qabartmaq üçün xeyli sayda bayatı-ağı, yaralı qoşmalardan istifadə etmişdir. Poemanın əvvəli lirik notlar üzərində qurulub. Heç bir süjet və ya əhvalatların təsviri hiss olunmur. “O həyatı sevirdi” bölümündə onun həyat sevgisi, yaradıcı insanlara hamiliyi sözün ən poetik çalarları ilə vəsfə tuş gəlib:
Memar ilə danışır
Kərpiclə daş dilində.
Heykəl ilə danışır
Heykəltəraş dilində.
Bu bölümdən sonra hadisələrin sujet ətrafına cəm olunması nəzərə çarpır. Heydər Əliveyin 1923-cü ilin mayında Naxçıvanda doğulması və sonrakı həyatı haqqında məlumatlar verilir. Uşaqlığından qeyri-adi insan olduğu təsvir edilir. Gəncliyindəki fəaliyyətindən “Gizli bir təşkilatda aydın bir rəhbər oldu, Öz milləti yolunda hər gün səfərbər oldu” – misralarından məlumat alırıq. Onun şəxsi həyatının da millət üçün töhfə olduğu vurğulanır: “Gələn nəsillərə dərs olasıdı Zərifə sevgisi, Heydər sevinci”. İzzət ananın öz gəlini Zərifə xanıma “Heydərim amanatı!” vəsiyyəti isə milli nümunə örnəyi kimi mənalandırılır.
Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsi “Gəlişinlə sən gətirdin bu torpağa qurtuluşu, 14 iyul – on dörd illik rəhbərliyin özül daşı” kimi misralarla vəsf olunur. Sonra “Türk oğlu türk Kremildə rəhbər oldu!” sətirləriylə onun Moskvadakı işi və ona qarşı törədilən təxribatlar bədiiləşdirilir.
Qırmızı imperiyanın onu gözdən salmağa cəhd etdiyi bir dönəmdə doğulduğu Naxçıvanın öz doğma balasına qucaq açması millət və rəhbər sevgisinin vəhdəti kimi verilir. Qarabağın kənd-kənd talanıb getdiyi, “Ləzgistan”, “Talış-Muğan” kimi separatçı qüvvələrin meydana gəldiyi, Gəncənin od içində boğulduğu bir dönəmdə bu böyük şəxsiyyətin öz xalqının yanında olmağı gerçəkliklərin ifadəsi kimi əksini tapır.
“Heydər “Xalq!” deyəndə xalq “Heydər!” dedi” bölümündə qarşılıqlı sevginin bütün incəlikləri nəzmə çəkilir. Ümummilli liderin qara nefti ağ yanağına çəkməsi, millətini səfalətin girdabından xilas etməsi, dünyanın marağını ölkəmizə yönləndirməsi poemada peşəkarlıqla ifadə olunub. “Dünyanı gətirib qədəmlərinə, Qaldırdı milləti Tanrı dağına” – kimi misralarda bir dövlət başçısının siyasi qələbəsi etiraf edilir. “Ata Heydər – Atatürk” bölümündə hər iki dahinin tale bənzərliyi ilə yanaşı, bir sıra oxşar cəhətləri sadalanır. Bildirilir ki, onların hər ikisi dünyaya mayda gəlib, gözlərinin rəngi eynidir, ikisinin də atasının adı Əlirzadır və s. Bölümün yekununda şairin inamı ən yüksək həddə çatır:
Yüz əlləşsin, yüz vuruşsun,
tapa bilməz xata türkü,
Onu min il qoruyacaq
Azərbaycan torpağının
Heydər adlı Atatürkü!!!
Əsərin bu hissəsindən sonra lirizm güclənir. “Son görüş, son ayrılıq” bölümündə bəzi epik təsvirlər nəzərə çarpır. Respublika Sarayında aprelin 21-də Ali Hərbi Məktəbin otuz illik bayram tədbiri keçirilən gün Heydər Əliyevin çıxış edərkən səhhətinin pisləşməsi, çıxışını yarımçıq kəsməyə məcbur olmağı və yenidən əhvalı düzələrkən səhnəyə qayıdaraq sözünə qaldığı yerdən davam etməsi sınmayan bir şəxsiyyətin simvolu kimi xarakterizə edilir. Onun Ali Baş Komandan olaraq son görüşünün hərbçilərlə olması simvolik şəkildə yozumlanır. “O – general, o – komandan, o – əsgər, Bu, son görüş, son ayrılıq günüydü” – misraları bir komandanın yeri gələndə bir general, yeri gələndə sıravi bir əsgər kimi öz görəvini layiqincə yerinə yetirməsinin tərənnümüdür. Heydər Əliyevin səhnədən əl eyləyib getməsinin son gediş olduğunu şair böyük ağrı ilə qələmə alır. “Bugünkü kədərimiz Ucadır Heydər qədər, Başın sağ olsun, Vətən!” misraları itkinin necə böyük olduğunun yaşantılarıdır.
“Səndən sonra” adlı bölümdə “Ulu ustad, ulu öndər, İlhamından lap rahat ol!” misralarında şair onun layiqli davamçısı, Prezidentimiz İlham Əliyevə olan xalq inamından bəhs edir. Poemanın birinci kitabı “Minnətdarlıq” adlı parçayla bitir.
“Böyük ömrün davamı” adlanan ikinci kitab da proloqla başalyır. Proloqda müdrik bir qocanın bu əsərin yazılmasına xeyir-dua verməsindən bəhs edilir. İkinci kitabda 19 yarımbaşlıqdan istifadə olunub. Doqquzuncu bölümədək olan hissələr lirik düşüncələr toplusudur. Əsas fikirlər “Yenə mən səninkiyəm, yenə mən səninləyəm” və ya “Tayfa dönüb xalq olur, xalq millətə çevrilir Sənin adın gələndə!” tipli misralarda cəmləşib.
“Davam edir bu tarix” bölümündən sonra şairin yeni düşüncələri ilə qarşılaşırıq. Ulu öndərin yoluyla inamla addımlayan Prezidentimizin ölkədə apardığı quruculuq və abadlıq işlərindən söz açılır: “İllərlə yol görməyən Zirvələrin qoynuna cığır açır, yol çəkir”. Bakı adlı gözəlin belini qucaqlayan körpülərdən gələcək nəsillərin keçəcəkləri obrazlı şəkildə mənalandırılır. Bundan sonrakı bölümlər “Anam Azərbaycanın canlı xəritəsidir üzündəki cizgilər” fikirlərinin lirik tərənnümü fonunda davam etdirilir. Heydər Əliyevin yaradıcı insanlara olan diqqətindən, tariximizə, soy-kökümüzə dərin bələdçiliyindən söz açılır.
Hər iki hissə, demək olar ki, tərənnüm üslubunda yazılıb. “Dövlət adlı bir sarayı Kərpic-kərpic ucaltmışdı, divar-divar hörmüşdü o!” – qətiyyəti müəllif inamının həqiqətə əsaslandığının göstəricisidir. Poemanın sonlarına yaxın şair etiraf edir ki, “Bu əsəri kimlərəsə xoş gəlməkçün yazmadım, Sözün canı nədədirsə, mən o canı yazmışam”. Poema “Göylərdən göndərdi yaradan səni” parçasıyla tamamlanır.
Poema dastan adlansa da, digər bu tipli əsərlər kimi, nəsr və nəzm hissələrdən ibarət deyil. Şeirlərin böyük əksəriyyəti heca vəznindədir. Əsərin heç bir hissəsində nəzərə çarpacaq süjet yoxdur. Eyni ideya və mövzu ətrafında birləşən ayrı-ayrı şeirlərin hibridi vardır. Zəlimxan Yaqub bu əsərində dastan tipində dastan yaradan kimi yox, dastançılıq ənənəsinin mahir bilicisi, dastançılıq ruhunun daşıyıcısı olaraq sözünü deyir. Ümumiyyətlə, əsərin özəyini türk millətinin qəhrəman oğulları sayəsində əbədi yaşarlılığı ideyasına inam təşkil edir:
Görkəmli yazıçımız İsmayıl Şıxlı əsasən romanları ilə şöhrət qazansa da, ustad yazıçımız, həm də mahir hekayə ustası idi. İrihəcmli əsərləri ilə bərabər onun hekayələrində də mənəvi-əxlaqi dəyərlər ön plandadır. Ustad yazıçının “Namus qaçağı”, “Namərd gülləsi”, “Ölüləri qəbiristanda basdırın” və başqa hekayələri mövzu və peşəkarlıq baxımdan bugün də aktualdır.
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Xalq yazıçısı Sabir Əhmədlinin “Yamacda nişanə” (Povest) adlı kitabı işıq üzü görüb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatının laureatı, gənc şair Ziya Dilsuzun “Ayrılıq və Nöqtə” adlı şeirlər kitabı işıq üzü görüb.
Kitab müəllifin oxucuları ilə sayca üçüncü görüşüdür. İctimaiyyət nümayəndələri, ədəbiyyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Kitabda məhəbbət mövzusunda ayrı-ayrı şeirlər və bir poema yer alıb. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri, yazıçı Qafar Cəfərli, ön söz müəllifi isə şair Ağamir Cavaddır. Qeyd edək ki, bundaan öncə şair Ziya Dilsuzun “Sənazlığı” və “Sevməyin düsturu” adlı kitabları işıq üzü görmüşdü.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi
İÇİNİ GƏZ
Dünya tək başa çəkmə, Qırmızı don geyəni. Gördün ağzını əymə, Yükünü haqq əyəni.
Dünya bu nə ürəkdi, Dəmirdən, daşdan bərkdi, Döymək nəyə gərəkdi, Kor talehi döyəni.
Nə mürsəldi, nə məcaz, Bu sözü beyninə yaz: «Allah da bağışlamaz Sınıq qəlbə dəyəni.
Üərəyi buğma kinlə, Təmiz sevgini dinlə, Utandır sevməginlə, Sənə söyüş söyəni.
Nə göy patlat, nə yer əz, Sükütla içini gəz, Min fəryad deyə bilməz, Bir lal süküt deyəni.
ÜRƏK KABABI
Bu şəhərdə bır yaxın tanışım varıdı Yaşamımı isidən Yoluma işıq salan bir tanış Şəhərin gözü götürmdi Dostluğumuzu Öldürdülər onu bir taxta qapıda Xeyir- şərr qovuşanda Öldürdülər səs sız səmirsiz Öldüyünü bilən olmadı Qatılı tutulmadı Məhkəmələr bağılı idi Nəzmiyə də düyün varıdı Kabab pişirdi Cigər kababı Nə kəfəni alındı Nə yası tutuldu nə də topraqda məzarı qazıldı adam sız idi yazıq Eh kim – kimədi küçələri dolama dolaşıq bu şəhərdə kim nə bilir kimin içində nə var Çoxdur bu şəhərin onsuzda Eşqi söndürülmüşü Ürəyi öldürülmüşü
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi
Səxavət İZZƏTİ (ƏNDƏLİB)
Mən səxavət izzəti əbdüllah oğlu 1966 inci ilin yayında qaradağ mahalında doğulmuşam. iki yaşımda atamı itirmişəm. 1977 inci il ayiləmiz təbrizə köçüb bir il sonra əhər qaradaği mərkəzi əhər şəhrinə qaydıb təhsılatımı əhər şəhərində bitirəmişəm.
qaradağ mahalınin başqa uşaqları kimi mənimdə ədəbiyata marağım anamın beşik başında dedigi laylalarla , nağıllarla , dastanlarla başlanmışdır. qaradağ mahalı iran türklərinin ən güclü aşıq mərkəzi dir.
on yeddi yaşımda şeirdə birinci və bura qədər sonuncu ödülü almışam.
iyrimi iki yaşımda aşıq dastanlarından ibarət nəğməli dastanlar kitabını nəşr etdirdim bir il sonra məhəbbət dastanları kətabı çıxdı bunun dalınca aşıqlardan işıqlar kətabını çıxartdım kitab aşıq şeri qalibləri və o günə qədər çap olunmamış aşıq şeirlərindən ibarət idi.
bir çox şumaldakı şairlərimizin şeirlərini istər kitab şəklində istər intirnet düşərgələrində nəşr etdirmişəm.
Bura qədər çıxartdığım kitablar:
1-nəğməli dastanlar təbriz1989
2-məhəbbət dastanları təbriz1991
3-aşıqlardan işıqlar təbrız2000
4-yaxşı ki sən varsan ay sədəfli saz (zəlımxan yaqübün şeirləri) təbriz2005
5-hürəmt oldu bir saz oldu birdə mən(aşiq qəmkeş allahverdinin şeirləri) təbriz 2008
6-peyğəmbər (zəlımxan yaqüb) təbriz 2011
7-aşıq dastanları təbriz 2015
8-on bir budaqlı ağac (qaradağ şeri məcmüəsi) 2017
9-Ömürdən qalan səsələr Tabriz 2021
hal hazırda ədəbi körpü adlı elektron dərgini yayıram
DİLİM TUTULAR DESƏM-
Bilməm nə tapacaqsan, Uçuq yuxularımdan. Məndən çıxdığın kimi, Gəl çıx yuxularımdan. Gəl çıx yuxularımdan.
Yox dedin əzizligə, Mən oynatdın bizligə, Çıxanmazsan düzlügə, Buruq yuxularımdan. Gəl çıx yuxularımdan.
Gah gözünü silirəm, Gahdan sənə gülürəm, Əhvalını bilirəm, Sıx – sıx yuxularımdan. Gəl çıx yuxularımdan.
Ipi – sapı üzüldü, Dərvazası çözüldü, Bu gecə də pozuldu, Qoruq yuxularımdan. Gəl çıx yuxularımdan.
Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən ümummilli lider Heydər Əliyev bu işdə həm ziyalıları müdafiə edir, həm də onların dəstəyinə arxalanırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 1993-cü il sentyabrın 21-də AMEA-da ziyalılarla görüş keçirməsi də təsdiq edir. Bütün hakimiyyəti boyu ziyalıların himayədarı olan dahi rəhbər Heydər Əliyev ədəbiyyat insanlarını da həmişə diqqətində saxlayırdı. İstər yazarların, istərsə də ədəbiyyatşünasların əsas dayağı olan Ulu Öndər həm ədəbiyyata bələd olub, həm də ona bu bələdçilikdən irəli gələn sevgi ilə yanaşıb. Bunu Ümummilli Liderin hələ sovet dönəmində yazıçıların V, VI, VII, IX qurultaylarında iştirak etməsi də sübut edir. Dahi şəxsiyyət Heydər Əliyevin söz adamlarına diqqəti və qayğısı bununla bitmirdi. Ulu Öndər Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrdə mühafizəkarına çevrilirdi, ölkənin bütün hüdudlarını əhatə edən ayrı-ayrı bölgələrdə yerli şəraitin tələblərinə uyğun milli mədəniyyət ocaqlarının və abidələrinin yaradılmasına xüsusi əhəmiyyət verirdi. Bu, həm müasir inkişafa, həm də tarixin qorunaraq gələcəyə ötürülməsinə zəmin yaradırdı.Bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Gülnar Səmanın “Ziyalıların himayədarı olan ulu öndər Heydər Əliyev yazıçı və ədəbiyyatşünasları da həmişə diqqətdə saxlayırdı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.Hakimiyyətə gəldiyi ilk illərdə Ulu Öndərin Qazaxda Molla Pənah Vaqifin ev-muzeyinin yaradılması qərarını verməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. 1978-ci ildə isə Şamaxıda Ədəbiyyat Muzeyi yaratmaq haqqında qərar qəbul edilməsi həmin bölgənin tarixi şöhrətini daha da artırdı. Bu, qədim Şamaxı torpağının hələ orta əsrlərdən söz-sənət yuvası olduğuna bələdçilik və ona qayğının təzahürü demək idi. Tarixə nəzər saldıqda görürük ki, müdrik rəhbər Heydər Əliyev ötən əsrin 60-70-ci illərində olduğu kimi, 80-ci illərdə də ədəbiyyatın keşiyində xüsusi inamla dayanmışdır. 1980-ci il dekabrın 11-də Naxçıvan şəhərində Hüseyn Cavid kimi bir şəxsiyyətin ev-muzeyinin yaradılması qərarına imza atmaq həmin zaman kəsiyi üçün əvəzolunmaz böyüklük idi. Bunu Hüseyn Cavidin faciəvi həyat tarixçəsinə əsaslanaraq söyləmək daha inandırıcı olar. Bir imperiyanın məhv etdiyi bir dahini hələ o imperiyanın mövcud olduğu bir zamanda, məhvindən yarım əsr keçməmiş öz vətəninə təmtəraqlı surətdə təhvil vermək tarixi ədalətsizlik üzərində milli qələbə idi. Heydər Əliyev 1982-ci il yanvarın 15-də Şuşada M.P.Vaqifin məqbərəsinin açılışında iştirak edir. Bu hadisənin tarixi əhəmiyyətini həmin tədbirin iştirakçısı və şahidi olmuş şairlərimiz sonralar əsərlərində xüsusi qeyd ediblər. Bütün bunlarla yanaşı, onun hakimiyyətinin birinci mərhələsində istər müasir, istərsə də klassik şair və yazıçıların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmasını unutmaq olmaz. 1969-cu ildə ölkə rəhbəri təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail olur. Bu, o dövr üçün yazarlara böyük etimadın göstəricisi idi. Bu göstərici hər il daha da artır, daha geniş arenanı əhatə edirdi. Belə ki, 1973-cü ildə həm Nigar Rəfibəylinin 60, həm də Nəbi Xəzrinin 50 illik yubileyləri böyük təntənə ilə gerçəkləşdirilir. Həmin dövrdə klassiklərə olan diqqətdən danışarkən ilbəil keçirilən yubiley tədbirlərini xatırlamaq lazımdır. 1972-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilməklə bərabər, heykəlinin ucaldılması ədəbiyyat tariximiz üçün önəmli hadisə idi. Həmçinin 1973-cü il sentyabrın 13-də İmadəddin Nəsiminin 600 illik yubileyinin Bakı ilə yanaşı, Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq etmək demək idi. Nəticədə 1980-ci ildə Bakıda Nəsiminin abidəsi qoyuldu. Qarşıdan bəşəri şair Nizami Gəncəvinin yubileyləri gəlirdi. Bu münasibətlə 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilir. Dövrün bütün ziddiyyətlərinə baxmayaraq, qərarda Nizami Gəncəvinin məhz Azərbaycan şairi olmasının qabarıq vurğulanması siyasətin ədəbiyyatda qələbəsi idi. Bu, o demək idi ki, böyük bir imperiya Nizami Gəncəvini Azərbaycan şairi olaraq öyrənir və təbliğ edirdi. Qərarın icrasından irəli gələrək 1981-ci ildə şairin 840, 1991-ci ildə isə 850 illiyi dövlət səviyyəsində keçirildi.Ulu öndər Heydər Əliyev 1980-ci il oktyabrın 27-31-də Bakıda “Ədəbiyyatların dostluğu-xalqların dostluğudur” ümumittifaq konfransını təşkil edərək dünya yazıçılarını bir araya yığmağı bacarmışdı. Bu hadisədən cəmi bir il sonra yazıçıların VII qurultayında Heydər Əliyev birbaşa Cənubi Azərbaycan ədəbiyyatı məsələlərinə toxunur. Bunun təfərrüatlarını Vilayət Quliyevin tərtib etdiyi “Ədəbiyyatın yüksək borcu və amalı” kitabında görmək olur. Sovet dövründə cərəyan edən bu hadisələr müstəqillik illərində anbaan reallaşdırılmaqda davam edirdi. Çünki Cənubi Azərbaycan ədəbiyyatı həmişə Ulu Öndərin diqqətində olan məsələlərdən olub. Bunun nəticəsi olaraq 1997-ci il oktyabrın 29-da “Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalandı.1990-cı illərdə ölkəmizin düçar edildiyi ədalətsiz müharibənin fəsadlarına baxmayaraq, Heydər Əliyev yenə də ədəbiyyat sahəsinə öz diqqət və qayğısını azaltmırdı. 1994-cü ildə satirik qələm ustası Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin keçirilməsi həmin çətinliklər dövründə böyük hadisə idi. Həmçinin Azərbaycanın azadlıq mücadiləsində fərqlənən şairlərin dövlət tərəfindən mükafatlandırılması milli müstəqilliyə xidmət edirdi. 1995-ci ildə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Bəxtiyar Vahabzadəyə verilən “İstiqlal” ordeninə sonralar Məmməd Araz və Xəlil Rza Ulutürk də layiq görüldülər.Ümummilli lider Heydər Əliyev sovet hakimiyyəti illərində olduğu kimi, müstəqillik illərində də yazıçıların qurultayında iştirak edib. 1997-ci ilin oktyabrında Azərbaycan Yazıçılar Birliyinin X qurultayında iştirakı yazarlar üçün böyük etimad idi. Həmin qurultayın səmərəli nəticəsi olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan” jurnalları və “Ədəbiyyat qəzeti” dövlət tərəfindən maliyyələşdirilərək nəşr edilməyə başlandı. Müdrik rəhbərin ədəbiyyat sahəsində xidmətlərindən söz düşəndə onun folklora və folklor nümunələrinə biganə olmadığını da söyləmək lazımdır. 1997-2000-ci illərdə “Dədə Qorqud” dastanının Bakı ilə yanaşı, Drezden və UNESCO-da yubileyinin təşkili fikirlərimizi əsaslandırır. 2000-ci ildə “Kitabı-Dədə Qorqud” eposunun 1300 illiyi münasibətilə həyata keçirilən kütləvi silsilə tədbirlər nəinki folklorşünaslığa, o cümlədən ədəbiyyatşünaslığa böyük təkan verdi. Bu ənənəni davam etdirən Prezident İlham Əliyev 2013-cü il dekabrın 28-də “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında” və 2015-ci il fevralın 20-də “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladı. “Dədə Qorqud” eposuna verilən dövlət dəyəri milli kimliyə verilən əvəzolunmaz dəyər idi. Ulu Öndərin bu tipli xidmətlərini nəzərə alan beynəlxalq qurumlar onun fədakarlıqlarını dəyərləndirməyi unutmadılar. 1986-cı ildən təsis edilən Beynəlxalq Atatürk Sülh Mükafatının 1999-cu ildə Heydər Əliyevə verilməsi də həmin dəyərin bir parçasıdır.Göründüyü kimi, ulu öndər Heydər Əliyev hər bir ədəbiyyat insanına xüsusi qayğı göstərmiş, yeri gəldikcə onların layiqli dəyərlərini almaqlarına birbaşa vəsilə olmuşdur. Bunlarla yanaşı, onun özəl olaraq sevdiyi sənətkarların və əsərlərin də olduğu heç kəsə sirr deyil. Həmin sıraya C.Məmmədquluzadənin “Ölülər”, S.Vurğunun “Azərbaycan”, M.Şəhriyarın “Heydərbabaya salam”, Ü.Hacıbəylinin “Koroğlu”, H.Cavidin “İblis” əsərləri və “Molla Nəsrəddin” jurnalı daxildir. O, bu sevginin qarşılığını daim öz xalqı tərəfindən hiss edib və bundan ilham alıb.
Yeni proqram əsasında Kurikulum test bankı tezliklə satışda!
Test bank MİQ və Sertifikasiya imtahanı üçün metodika və pedaqogika üzrə açıqlanmış ən son qiymətləndirmə çərçivəsi sənədi əsasında hazırlanmışdır.
Tezliklə işıq üzü görəcək test bankın üstünlükləri: ✅ Bütün yeni və əlavə olunmuş mövzulara aid test tapşırıqları öz əksini tapmışdır; ✅ Yeni proqram əsasında hazırlanmış 2000 + test tapşırığı mövcuddur; ✅ Müxtəlif test modellərindən istifadə olunmuşdur; ✅ Peşəkar heyət tərəfindən hazırlanmışdır;
Test bank satışa çıxdıqda ilk əldə edənlərdən olmaq üçün aşağıdakı linkdən sifariş verin: https://bit.ly/3LUGQaM
Şairi sevməzlər, oğul, Şeirləri yaman olar, söyərlər… Şeirləri yaxşı olar, söyərlər… Yolda görsə lap dünənki sevdiyi Gözündən bircə baxış atar şair tərəfə… Uzanar bir şairçün Tanrı verdiyi Bircə an… Olar yüzillik məsafə… Şairi sevməzlər, qızım… Ona sevgi şeiri yazmazlar, yazdırarlar… Onu dəli sevdaların Yollarında azdırarlar… Şairi sevməzlər, anam… Cibinə 3 manat pul qoyan olmaz, Bir kitabı on beş nəfər oxuyar, Bir öynəlik doyan olmaz… Şairi sevməzlər… Sevməzlər, özüm… Şairi aldadarlar uzağı; “Şairsən” deyərlər… “Sevirik” deyərlər… Bir də “şeirlərində Ölürük” deyərlər… Ama sevməzlər, oğul… Qızım, Anam, Özüm… Sevməzlər…
Soyunmağa ərindim… Boyum da heçə çıxdı… Yamanmış əl uzadan Dərd bozardan donuma… Tanrıymış ən uzaqdan Sevda yazan sonuma…
Bu gün sonuncu dəfə Sevələdim adını… Sən demə, “son” özü də “Ilk”in məşum qadını… Tanrı, insafın olsun, Adam unudularmı? Eh… Hanı telefonum? Məni axtaran varmı?…
2010-cu ildə nəşrə başlayan və bu ildən fəaliyyətini “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri kimi davam etdirən “Ozan dünyası” jurnalının növbəti nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, ənənəsinə sadiq qalan jurnalın bu nömrəsində ozan-aşıq sənətinə və görkəmli ustad aşıqlara həsr olunmuş elmi və elmi-publisistik yazılar yer alıb. Oxucular bu nömrədə Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş iki elmi məqalə – professor Vidadi Orucovun “Aşıq Ələsgər fəlsəfəsində kamil insan tərbiyəsi” və Moskvada yaşayıb fəaliyyət göstərən professor Ələddin Allahverdiyevin “Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar”, Xalq şairi Zəlimxan Yaqubun ustad aşıq Kamandar Əfəndiyev haqda vaxtilə yazdığı “Bu gün hər dəqiqə onun yeri görünür”, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Şirvan bülbülü – Aşıq Şakir Hacıyev”, gənc tədqiqatçı Araz Yaquboğlunun “Aşıq Abbasəli Nəzərov” kimi məqalələri, eləcə də ustad aşıqlarımızın həyat və yaradıcılıqlarından bəhs edən digər yazılar və onların poetik yaradıcılıq nümunələri ilə tanış ola biləcəklər.
Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
“Bakı gecələri” povesti Bakının tarixinə, təbiətinə, adət-ənənələrinə köklərindən qopmamış, milli hisslərini diri saxlamağı bacaran, realist sovet yazıçısının özünəməxsus və fərqli baxışı hesab edilə bilər. Dağ kəndindən ali təhsil almaq üçün Bakıya üz tutan bir gəncin təbəddülatları, müşahidələri, daxili katarsisi, imkansız sevgisi, yazıçının olduqca oxunaqlı və maraqlı üslubu ilə oxucuya təqdim edilir. Ənvər Məmmədxanlı çağdaşı olan sovet gəncliyinin Bakıya heyranlığını emosiyadan uzaq, realist çalarlarla təsvir edir. Və oxucu istər-istəməz xəyalında o illərin neft qoxulu, xəzrili, gilavarlı Bakısını canlandırır.
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Xalq şairi, Fərdi Prezident təqaüdçüsü Vahidin Əzizin yeni işıq üzü görmüş kitabı Dövlət Mükafatları Komissiyasına təqdim olunub.
Xatırlaadaq ki, geniş oxucu auditoriyasının rəğbətini qazanmış gözəl, lirik şeirlər müəllifi Sevimli Xalq şairimiz Vahid Əzizin zəngin bədii yaradıcılığı Qardaş Türkiyə Cümhuriyyətində də böyük maraqla tədqiq olunur, müxtəlif mədəniyyət və ədəbiyyatyönümlü dərgilərdə dərc olunur.
Minlərlə oxucunun könlünə yol tapan görkəmli şairimiz Vahid ƏZİZ, həqiqətən də, Azərbaycan Dövlət Mükafatına layiq görüləsi söz sənətkarlarımızdan biridir. Çünki uzun illərdir ki, müəllifi yorulmaq bilmədən ədəbiyyatımızın inkişafı, forma-məzmun, bədii sənətkarlıq baxımından daha da zənginləşməsi üçün yorulmaq bilmədən çalışır.
Mənsub olduğu xalqın qədim tarixi ənənələrinə sadiq qalaraq, milli və ümumbəşər dəyərləri öz əsərlərində ehtiva edən şairimiz Vahid ƏZİZ son dövrlərdə yaradıclığındakı yeniliklərə, ədəbi-bədii ictimaiyyət nümaəyəndələri arasında qazandığı nüfuza görə ən məhsuldar şairlərimzin sırasında birinci yerdə qərar tutub.
Ömrü boyu doğma AZƏRBAYCANIMIZI tərənnüm etməkdən, vəsf etməkdən yorulmayan müəllif, həm də gənc nəslin təlim-tərbiyə olunmasında misilsiz xidmətlər göstərmişdir.
Son zamanlar dünyada baş verən olaylara göstərdiyi qərəzsiz mövqeyi ilə seçilən şairimiz, ən yüksək dövlət mükafatlarına layiqdir. Ən azı ona görə ki, müəllif-Ustad sənətkar özünün bənzərsiz yaradıcılığı ilə hələ Sovet hakimiyyəti dönəmində oxucuları tərəfindən qəlblərdə əbədi taxt qurmuşdu.
Gənclik çağlarından etibarən tükənmək biləməyən enerji və şövqlə biz oxucuları hər dəfə yeni əsərləri ilə tanış etməkdə davam edir. Xalqmızın. milətimizin tarixi keçmişi, o cümlədən gələcəyi ilə bağlı fikirlərini də öz əsərlərində diqqətə çatdırır.
Xalq şairimiz Vahid ƏZİZin Azərbaycan Dövlət Mükafatına layiq görülməsi uzun illərin çəkilən zəhmətin, yuxusuz gecələrin bəhrəsi olacaq. Bu yolda Ustadımız, lirik ictimai-siyasi, fəlsəfi şeirlər müəllifi, Xalqımızın şairi Vahid ƏZİZə yeni-yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyirik!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Müasir ədəbiyyatımızın öncül imzalarından olan Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq” kitabında müstəqillik illərində yazdığı bir sıra poemaları toplanıb.
Bu poemalar istər mövzu və problematikasına, istərsə də bədii dilin orijinallığına görə diqqəti cəlb edir. Həmin əsərlərin bədii xüsusiyyətlərinə nəzər salmaqla fikirlərimizi təsdiqləyə bilərik.
Altı parçadan ibarət olan “Cənnətdən qovulanlar” poeması “Ol”- dedin kainat oldu”- sətirləri ilə başlayır. Göstərilir ki, Adəmlə Həvvanın tanrının sözündən çıxaraq cənnətdən qovulmasının cəzası bu günə qədər davam edir. Hələ də insanlar süni cənnətlər yaratmağa can atırlar. Əsərdə bir ideya diqqəti çəkir. Allah bir insan yaratdısa, sonralar bu çoxmillətlilik necə meydana çıxdı?! “Dünyanın hər yerində eynidi it, at, donuz! Amma insan türkdü, rusdu, farsdı” sətirləri ilə bu müxtəlifliyə işarə edilir. Poemanın məğzi ondan ibarətdir ki, böyük dövlətlər kiçik dövlətləri, böyük xalqlar kiçik xalqları yer üzündə cənnət qurmaq adıyla məhv edir. Şairin də amalı bunları müasir insana çatdırmaqdır.
Əsərdə tanrı və onun insan həyatında rolu məsələsi də qoyulub. Müəllifin fikrincə, insan özü bir dara düşməyincə yadına düşmür ki, tanrı da təkdir. Bəzən yazarın ziddiyyətli mövqeyi ortaya çıxır. Həm tanrının yazdığı yazıya, taleyə inam var, həm də “Hər kəsin şərəfi, şöhrəti Özünün ağlı qədərdi…” qənaətinə gəlinir. Sonra xalq olaraq düşdüyümüz mənəvi böhranların kökləri axtarılır, başqa millətlərlə müqayisələr aparmaqdansa, vahid Azərbaycan olmaq istəyənlərin olmamasından gileylənir. Şair qonşu dövlətlərin yardımını dəstəkləsə də, el məsəlini xatırladır ki, “qonşu işığına umud olan qaranlıqda qalar”. Özün əkib-becərməsən başında turp əkəcəklər deyə xəbərdarlıq edir. Müəllif “millət” və bu sözün tərkibindəki “illət” sözünə də açıqlama gətirir. Hər iki sözün izahı fonunda inkişaf və məhvə yuvarlanmaq anlayışlarını izah edir. İllət o zaman başlayır ki, min il əvvəl olmuş İmam Hüseyn müsibətinə başına, döşünə qara bağlayıb yas saxlayan xalq öz Qarabağ dərdinə, əsirlikdə olan qızlara, gəlinlərə, körpələrə yas saxlamır. Mükəmməl bir təzadla əsl mətləbini çatdıra bilir: “Fatimeyi-Zəhra bu günümüzü görsəydi, balalarını unudub dərdimizə şaxsey deyərdi”. Bizsə, öz fəlakətlərimizin fərqində deyilmişik kimi, özümüzü xoşbəxt göstərməyə, başqalarına təsəlli verməyə meyl edirik. Bu yerdə müəllif milli düşüncədən irəli gələn bir deyimi xatırladır: “Türklər gözünüzdə yaş qalıbsa, öz halınıza ağlayın- deyərdi”. Şairə təsir edən odur ki, indi biz bəşəriyyətin diqqətini özümüzə yönəldib, bizim problemlərin həllinə çağırmaqdansa, elə hey başqalarının fikrini çəkirik. Sona yaxın müəllif vətənimizin ikiyə parçalanmasına da toxunur. Əsər boyu ilk insanın cənnətdən qovulmasından sonra törədə biləcəyi cinayətlər Azərbaycanın timsalında göstərilir. Yəni cənnətdən məhrum edilmiş insanlar Azərbaycan kimi bir məmləkəti də cənnət olmaq şansından məhrum edirlər. Şair sonda belə qənaətə gəlir ki, “Cənnətdən qovulmaqdı, bəlkə, insanın uğuru”.Ola bilsin ki, bu uğur sözünün alt qatlarında müəllif ironiyası dayanır.
Onun 2011-ci ildə qələmə aldığı “Bakı-Quba yolu” poeması müstəqilliyimizin bərpasının iyirmi illiyinə həsr edilmişdir. Əsər nikbin əhval-ruhiyyə ilə lirik notlar üzərində yazlıb. Bakıdan Qubaya yol alan şairi yollarınyol alan şairi yolların təmiri çaşdıracaq dərəcədə sevindirir. Bölgələrdəki quruculuq və abadlıq işləri onu heyran qoyur, “Təzə Heydər muzeyi yeni bir Tacmahaldı” fikirləri ilə heyranlığını ifadə edir. Xınalığın abadlaşıb göz oxşaması bir vətəndaş olaraq şairi fərəhləndirir. Müəllif həmin yolların bərpasına belə bədii məna verir: “Yol keçmişdən gələndi, Gələcəyə gedəndi”. Şair xüsusi olaraq xatırladır ki,keçmişdən gələn yol XX əsrin əvvəllərində ermənilərin Qubada törətdikləri qırğınlarla kəsişir. Həmin vəhşiliyin başında duran Lalayanın əməllərinə lənət yağdırılır. Bütün bu zülmlərə rəğmən Azərbaycanın dünyada özünü təsdiqləyə bilməsi güclü vətəndaşlıq pafosu ilə çatdırılır. Müəllif Lalayan oğlu Balayana üz tutur ki, “Gəl Milli parkı dolan, Öz içində alış, yan”. Azərbaycanın göz önündə olan inkişafını gör və böhtan dolu yazdıqlarından utan. Əsərin yekunu da nikbin sonluqla bitir, Zəfər yürüşünə hər an hazır olduğumuza əminlik ifadə olunur.
Müəllifin 2010-cu ildə yazılmış “Qəbələ” poeması da kiçik parçaların bir mövzu ətrafında cəm olunması yolu ilə qələmə alınıb. Əsərin ilk başlanğıcında məlum olur ki, şair yayın istisindən baş götürüb Qəbələyə qaçır. Lap uşaqlıq yaddaşında qalan Dürca, Qəmərvan yaylağını xatırlayır. Lakin Qəbələyə bu yaşında verilən qondarma adı olan Qutqaşın xoşuna gəlmir. Bölgəyə sonrakı gəlişi şairi sözün yaxşı mənasında təəccübləndirir. Onun palçıqlı və keçilməz kimi tanıdığı yollar indi tamamilə abadlaşıb. Həmin yolların baxımsız vaxtlarında şair də gənc idi. Lakin indi qocalığını soyadı ilə boynuna alan şair ömrünün bu çağlarını Qəbələdən uzaqda, Bakıda 13-cü mərtəbədə yaşamasına sanki təəssüflənir. Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı belə xarakterizə edilir: “Musiqi ulduzları bütün dünyadan gəlib Qəbələdə sayrışır”. Nəvəsi ilə rayonun müasirliyinə heyran qalan şair etiraf edir ki, “burda eyni zamanda dörd fəsil yaşayırdı”. Son bölüm olan “Bizim eradan əvvəl” adlı hissədə Qəbələnin qədim tarixindən söz açılır. “Torpağın arxivindən durub ayağa qalxır ən qədim – yeni şəhər” sətirləri ilə Azərbaycanın qədim şəhərlərinin müasir sivilizasiya ilə uyğunlaşa bilməsinə sevinir.Poema gənc ölkəmizin səadətinə yazılmış himn təsiri bağışlayır.
Şairin “Dörd addım” poeması 2008-ci ildə yazılmışdır. Əsər təhnalığın şikayətləri ilə başlanır. Dörd addım sanki yalnızlığın ölçü vahididir. Sonra isə ümumi yaşamdan gileylər hiss olunur. Yaxın dost-tanışdan narazılıq edilir. Ehtiyacı olan anlarda yanında olmadıqları üçün onları qınayır da. Birdən əsərin axarında dəyişiklik yaranır. Lirik qəhrəmanın tanrıya şükranlığı başlayır. Özü-özünə etiraflar edir: “Hikkəm zindan olubdu mənim yazıq ağlıma”. Hətta hansısa qeyri-müəyyən ölümdən söz açılır. Qatil olduğunu da etiraf edir. Məlum olur ki, dörd divar elə zindanın rəmzi simvolu imiş. Bəzən ora qanunu və ədaləti qorumaq üçün addım atanda da düşmək olur. Bu poemanın lirik qəhrəmanı da polis işləyərkən bir harın biznes adamını öldürdüyü üçün həbsxana divarları arasında düşüncələrə dalmağa məhkum edilmişdir; “Bu dörd divar daş deyil, Daşa dönmüş səbirdi” misraları ilə əsər tamamlanır. Bu sətirlərdə itirilmiş azadlığın susmağa məhkum olunmasının faciəsi nümayiş olunub.
Fikrət Qocanın “Gərək bu günləri görəydin özün” poeması ulu öndər Heydər Əliyevin səksən beş illiyinə ithaf edilib. Şair poemanın əvvəlində zaman haqqında fəlsəfi düşüncələrini bəyan edir. Nəhayət, bəlli olur ki, “hər min ilin sonunda Allahımız əzəldən bu millətin səhvini, Qamətini düzəldən bir xilaskar göndərir”.Təbii ki, Allah bu millət üçün həmişə dəyərli insanlar göndərib, amma “Min-min gələn insandan Birisi Heydər olub”. Şair qəhrəmanının uşaqlıq illərini, Naxçıvanda doğulmasını və qeyri-adi bir insan kimi həyata atılmasını böyük coşğu ilə oxucusuna çatdırır. Heydər Əliyevin “Kommunist imperiyasının olimpinə ucaldı”ğını ən böyük insani uğur hesab edir. Onun bir müsəlman, bir türk olması ruslar üçün bir göz dağı, bir görk olduğu da vurğulanır. Qeyd edilir ki, Heydər Əliyevin bu ucalığını biri bacarığa, biri bəxtə yozur. Yolunu kəsmək üçün hər cür hiyləyə əl atırlar, bu da mane olmayanda canına da qəsd etməyə hazır olublar. Lakin o, mümkünsüz işləri görməyə adət eləmişdi. İmperiya çökən zaman ailəsini qorumağı da bacarır. Bir səhər çağı Naxçıvana qayıdır və xalqının imdadına çatır. Azərbaycanı stabil inkişaf yoluna çıxarır. Şair poemaya epiloq kimi on il əvvəl yazdığı “Ata” şeirini əlavə edib.
Onun “Şəhidlər Xiyabanı” poeması yeddi yarımbaşlıqdan ibarətdir. Poema bütövlükdə Milli Qəhrəman Çingiz Mustafayevə həsr olunub. Elə əsərin əvvəlindən qəhrəmanının müxalif olduğu anti-insanlıq təsvir edilir. Fikrət Qoca Çingizin əzəmətli obrazını canlandırmaq üçün onun şəxsiyyət bütövlüyünü təqdim edir: “Kürsü əvəzinə dırmaşıb öz hövsələsinə çıxmışdı”. Şair o cəsur insanın cəsarətini qabartmaq üçün bu misraları yazır: “Altdan kəfən geyinmişdi, üstdən əzik-üzük paltara bənzər bir şey”. Ç.Mustafayevin vətənin dar günündə olan çağırışına Nübar xala da qoşulmuşdu, lakin oğullar buna razı olmamışdılar. O, Nübar xalanın çağırışına tənə edərək həmin qadını “saçı uzun, ağlı gödək” hesab edən deputatların tənəli cavablarını da vermişdi. O da qeyd edilir ki, Çingiz başında başından bahalı papaq gəzdirənlərə Qarabağ lazım olmadığını sübut edir. Çünki Çingiz rəsmən peşə sadiqliyinə and içən jurnalistlərdən deyildi. Onun şərait tələb edəndə bu yolu könüllü seçməsi alqışla təqdim olunur. Müəllif onun hönkürə-hönkürə Xocalı soyqırımında başı soyulmuş, gözü oyulmuş meyitləri, goreşən kimi eşilib pis günə qoyulmuş körpələri lentə almasını həm də ermənilərin amansızlıqlarını tarix unutmasın deyə xatırladır. Tarixin səhvləri də göstərilir ki, o cür qətliama baxmayaraq rəsmi Bakı radioda iki nəfərin öldüyünü xəbər vermişdi. Sonra şair onun Laçında apardığı çəkilişlərdən bəhs edir. Çingiz döyüş meydanını tərk edib qaçanları geri çağıranda balaca dəstənin böyük komandiri onu ələ salır. O isə cavabında bildirir ki, mən də Nübar xala kimi qadınları ön cəbhədə aslan ürəkli oğullarımız olduğuna əmin eləmişəm. Əvəzində isə sizin kimi qorxub qaçanları görürəm. Əsərin ən dramatik məqamlarından biri də odur ki, ona bir xalqın döyüş tarixini bu cür biabırçılıqla lentin yaddaşına köçürmək ağır gəlir. Poemanın sonluğu çox təsirli bitir, həmişə özündən qabaqda olub döyüşü çəkən kamerası, indi vurulmuş Çingizi çəkirdi. Əsər belə yekunlaşır ki, “Çingiz kimi vətəni candan artıq sevməkdi qəhrəmanlıq”. Bu qəhrəmanlığın fövqündə çağdaş insanın vətəndaşlıq mövqeyi nümayiş olunur.
Göründüyü kimi, Fikrət Qocanın da poemalarının əsas mövzusu müasir Azərbaycanın gerçəklikləridir. Bu gerçəkliklər çağdaş əsərlərin çağdaş qəhrəmanlarının simasında özünü göstərir.
Ötən ilin sentyabrında Azərbaycan aşıq sənətinin sonuncu nəhənglərindən olan Ədalət Nəsibovu itirdik. Onun ardınca Xanmusa Musayev və İsfəndiyar Rüstəmov kimi ustad sənətkarlarımız dünyasını dəyişdi. Bunlar azmış kimi, sənətdə öz dəst-xətləri ilə seçilən, hələ bundan sonra da uzun illər sənətə, mədəniyyətimizə xidmət etməli olan Vüqar Mahmudoğlu və Azər Xanlaroğlu da əbədiyyətə qovuşdular. Cəmisi bir neçə ay ərzində aşıq sənəti böyük itkilərlə üzləşdi. Sazın-sözün böyük cəfakeşi, özü də bu dünyadan vaxtsız getmiş Xalq şairi Zəlimxan Yaqubun sözləri ilə desək, bu sənətkarların varlığından “nə qazandı, sazın ömrü qazandı, nə itirdi, Azərbaycan itirdi!”Bu sənətkarların hər birinin dünyalarını dəyişməsi sənət üçün, bütövlükdə mədəniyyətimiz üçün böyük itkidir. Azər Xanlaroğlunun vaxtsız ölümü isə doğmaları, yaxınları ilə yanaşı, bütün sənətsevərlərin qəlbini ikiqat göynətdi. Həmin gün təkcə Azəri yox, Xanlar Məhərrəmovu da yenidən itirdik sanki… O Xanları ki, şirin ləhcəsi, xoş avazı ilə zili bəmə, bəmi zilə bağlayıb könüllər ovsunlayardı. Yaxın dostu və sənətinin vurğunu, vurduğu xalların, güllərin heyranı olan Zəlimxan Yaqub da nahaqdan demirdi ki, “ya saz öldürəcək, ya Xanlar məni”. Həmin gün bir ailə ikinci böyük itkisi ilə üzləşir, sənət mülkü son iyirmi ildə bir ailədən çıxmış ikinci böyük sənətkarla vidalaşırdı.Amansız ölüm “havacatdan zəri, saz adlı səngəri, dağ kimi ləngəri” olan Xanları da vaxtsız almışdı əlimizdən. Amma heç olmasa onda bir təsəllimiz – Aşıq Xanlar ocağının və sənətinin davamçısı Azər vardı. Elə o vaxtlar Zəlimxan Yaqub da Azərin gələcəyinə böyük ümid bəsləyərək yazırdı: “Bu gün mənim üçün ən böyük təsəlli odur ki, Xanların ocağı sönmədi. Onun bağrının parası, gözünün nuru, böyük istedad sahibi Azər Xanlaroğlu onun yolunu, sənətini bir kişi qeyrəti ilə, çox ləyaqətlə davam etdirir. Hər dəfə Azərə qulaq asanda gözümün yaşını saxlaya bilmirəm. Xanlar gəlir durur gözlərimin qabağında. Boyu-buxunu da, çalğısı-havacatı da, ləngəri-təmkini də Aşıq Xanlardı ki, Aşıq Xanlardı”. Və Zəlimxan Yaqub bunu bir ata üçün, sənətkar üçün böyük xoşbəxtlik sayır, Aşıq Xanları da sözün əsl mənasında xoşbəxt taleli sənətkar adlandırırdı. Aşıq Xanlar bir ata və sənətkar ömrünü övladının – Azərin ömründə yaşayırdı.Azər sənətdə çox erkən parlamış, bənəzərsiz ifası ilə sənətsevərlərin könlünə yol tapmış və hamıya məlum həqiqəti bir daha sübut etmişdi ki, doğrudan da, ustad oğlu şəyird olmaz. Qısa müddətdə istedadlı solo-saz ifaçısı kimi Azərbaycanda məşhurlaşmış, sorağı ölkəmizin hüdudlarını aşmışdı. Gənc aşıqlar arasında özünəmxsus bənzərsiz ifası ilə fərqlənir, təkcə Azərbaycanda yox, həm də Türkiyədə, İranda, Gürcüstanda və digər türkdilli ölkələrdə də tanınıb sevilirdi.Respublikamızda keçirilən bir çox müsabiqələrin qalibi və laureatı olan Azər Xanlaroğlu son onillikdə ölkəmizdə keçirilən aşıq festivalları və digər rəsmi tədbirlərdəki uğurlu çıxışları ilə geniş tamaşaçı və dinləyici kütləsinin rəğbətini qazanıb, dəfələrlə Azərbaycan aşıq sənətini xarici ölkələrdə, o cümlədən UNESCO səviyyəsində keçirilən tədbirlərdə layiqincə təmsil etmişdi. Azər Xanlaroğlu 2008-ci ildən eyni zamanda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü idi və Birliyin həyata keçirdiyi bütün tədbirlərdə yaxından iştirak edirdi.Azəri sevdirən istedadı, sənətdə özünəməxsusluğu – könüllərə od vuran sazı, hər havada vurduğu zərif xallar və incə döndərmələrlə yanaşı, həm də onun səmimiliyi, təvazökarlığı, böyük-kiçik yerini bilməsi, dünya malında gözü olmaması idi. Özünün və sözünün yerini bilən idi, heç vaxt sənəti ucuz tutmazdı. Son illərdə səhhətində problemlər olsa da, mümkün qədər öz ağrılarını başqalarına yük etməməyə çalışırdı. Həmişə şən, pozitiv əhval-ruhiyyədə görsənirdi. Amma xəstəlik öz işini görməkdəydi. Gördü də… 2018-ci il may ayının 12-də Azərsevərlər üçün səhər qara xəbərlə açıldı. O gün sənət bağçasının güllərini şaxta vurdu, şirin avazı ilə könüllər oxşayan bir bülbülün ötən səsi, sazımızın şah pərdəsi qırıldı, tellər, simlər “Azər bu dünyadan köçdü” deyib, haray çəkdi. Amma Azər sadəcə dünyasını dəyişdi, ölmədi, ölümsüzlüyə qovuşdu.Çünki onun ömrü ölməz olan bir sənətin ömrüdür, gündən-günə çeşmələnən, çaylanan bir danılmaz həqiqətin ömrüdür! Həqiqət isə heç zaman ölmür. Sənətin Azər Xanlaroğlu həqiqəti də zaman-zaman yaşaycaq.
Musa NƏBİOĞLU
Azərbaycan AşıqlarBirliyinin katibi,Əməkdar Mədəniyyət İşçisi
Azərbaycan Yazıçılar Birliyi Rəhbərliyinin 25 aprel 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Kənan AYDINOĞLU Prezident təqaüdünə layiq görülüb.
Qeyd edək ki, gənc yazarlar üçün verilən birillik Prezident təqaüdü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2007-ci il tarixli “Yaşlı və gənc nəsil yazıçı, rəssam, bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında” Azərbaycan Respublikasının Fərmanına əsasən gənc nəslin nümayəndələrindən 20 (iyirmi) müəllifə verilir.
“Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 mart 2007-ci il tarixli 2023 nömrəli qərarının icrasını təmin etmək məqsədilə qərara alınıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
25 aprel 2022-ci il tarixində saat Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Eyvaz Zeynalov Ağdam rayon 91 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşüb.
Tədbirdə çıxış edən qonaqlar müəllifin zəngin yaradıcılığına nəzər salaraq, müxtəlif illərdə Qardaş Türkiyə Cümhuriyyətində, Gürcüstan Respublikasında, Almaniya Federativ Respublikasında və digər ölkələrdə işıq üzü görən hekayələr, romanlar kitabı haqqında ürəkdolusu danışıblar. Qeyd olunub ki, tanınmış yazıçı Eyvaz Zeynalov həm də uşaqlar üçün yazılmış bir neçə dəyərli kitabın da müəllifidir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunan ümumtəhsil proqramlarında, xüsusilə də Ədəbiyyat dərsliklərində onlarla hekayəsi yer alıb.
Müəllimlərin İşə Qəbulu qaydalarına uyğun olaraq, “Oğru” hekayəsi də proqrama daxil edilib.
Bundan başqa, bir neçə mədəniyyət və ədəbiyyatyönümlü dərgidə dəfələrlə nəşr olunub. Bir sıra müsabiqələrinin qalibdir.
Məktəbin müəllim və şagird kollektivinin suallarını cavablandıran yazıçı bugünkü görüşün təşkil olunmasında göstərdiyi təşəbbüsə görə zəhməti keçən hər kəsə sonsuz təşəkkürünü bildirib, kitablarından imzalayaraq, hədiyyə edib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Midhəd əfəndi sabah erkən darülfünuna gəldikdə oranın ingilislərin hind əsgərləri tərəfindən tutulduğunu gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli, darülfünunumuza da əl uzatdılar”, – deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi.
Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Müharibə qaib olmuş, məmləkət bilfel ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yıxılmış, türk qanı ilə boyanmış! İstanbul işğal altında, məmləkətin bütün münəvvər və alimləri Malta cəzirəsinə sürülmüş…
Midhəd əfəndi durdu, ayaqlarına bir zəiflik gəlmişdi, yürüyə bilmədi. Qəmli gözləri ilə ətrafa baxdı: hər tərəfdə ingilis polisinə və əcnəbi əsgərinə rast gəldi.
Bütün türkləri ac, səfil və sönük çöhrəli gördü… bu fəci mənzərədən acı bir həqarət duydu… “Bu işlər düzəlirmi?” – deyə içində bir şübhə doğdu. Bədbin bir halda yoluna davam etdi.
Divan yolundan Sirkəçiyə endi; yeni camenin yanından Qalata körpüsünə çıxdı. Sağ tərəfdən körpünün sürahisinə söykənib qaldı. Yazın gözəl günlərindən biri idi. Günəşin yaldızlı şuası boğaza dilfirib bir süs vermişdi – mavi dalğaların içində cilvələnirdi. Əzəmətli Dolmabağça sarayı sönmüş bir qürur ilə önündəki yunan zirehlisinə tamaşa etmədə idi.
Bəyoğlu başdan-başa yunan və əcnəbi bayraqları ilə donanmışdı… Midhəd əfəndi gözlərini yumdu, başını çevirdi.
Qarşıdakı Üsküdar xaraba bir qəbiristanı andırırdı. Arxa tərəfdən çıxan tüstü göyləri bürümüşdü – ingilislər meşələri millətçilərə məskən olmasın deyə yandırırmış…
Sağ tərəf mənzərəsi daha acı idi: gözəl Gülxana bağçası viranəyə dönmüşdü. Çiçəkliklər depo olmuş, ağaclar sınmış, güllər solmuş, bağçada daş kömür təpələnmiş, tel atılmışdı. Midhəd əfəndi iztirab içində geri çəkildi, rəngi üzündən götürüldü. Bir də əsəbi halda qırmızı fəsini gözlərinə yeritdi, laübalı bir vəziyyətdə İstanbula döndü.
Midhəd əfəndi evə dönmək istəmədi. Zatən evləri bütün əşyası ilə fransız zabitləri tərəfindən zəbt olunmuşdu və on başdan ibarət bir ailə İstanbulun uzaq bir guşəsinə kiçik bir yerə sığınmışdı. Оdur ki, Bayezid meydanına gəldikdə təkrar duruxdu, fikirləşdi və bir saatlığa da olsa, zülmkar əcnəbilərdən xali bir guşəyə çəkilmək ehtiyacı duydu.
Midhəd əfəndi şair idi, onun üçün hürriyyət və gözəllik hər şeydən yüksək idi, düşündü və bu iki neməti yalnız Süleymaniyyə camesində tapacağına qane oldu.
Bu dəfə onu cameyə cəlb edən sənət eşqi və zövq duyğusu idi.
Süleymaniyyənin sakin guşəsi, əzəmətli mənzərəsi, xariqə təşkil edən sənəti onun təhəmmül etdiyi bütün həqarəti unutduracaq idi.
Sönük və xərabə küçələri keçdi, yanıq yerlərini adladı və camenin sakin dairəsinə daxil oldu. Qapıda çəkmələrinin üstündən məs geydi və xalıların üzərilə yavaş-yavaş uzaq xanaların birinə yanaşdı. Оturdu. Camedə kimsə yox idi. Dərin bir sükun hökmfərma idi.
Bu sükunu qəndillərə qonmuş göyərçinlər arabir pozurdu. Camenin quruluşu, cizgilərin incəliyi, boyaların uyğunluğu Midhəd əfəndini məşğul etməyə başladı. Yarım saat əvvəl gördüyü çirkin mənzərə tamamilə yadından çıxdı. Sənət zövqü onun ruhunda bir böyüklük doğurdu, ona anlaşılmaz bir mətanət gəldi.
Camedə Süleyman Qanuni dövrünün şan və əzəməti yaşayırdı və bu əzəmət Midhəd əfəndinin ruhunu bəsləmədə idi.
Bir də tühaf bir nəşə içində donub qaldı. Zövq atəşi ilə dolmuş gözləri mehrabın ətrafında gəzirdi. Bir an came qaralan kimi oldu. Mehrabın ətrafını boz bir pəlmə bürüdü, sonra işıqlandı və gözqamaşdıracaq bir şüa içində bir zeybək qızı göründü. Qarayağız, parlaq gözlü, məhzun baxışlı bu qız bir şeylər söyləyirdi, həyəcan içində çırpınırdı…
Midhəd əfəndiyə bayğınlıq gəldi, özünü itirdi. Bir də ayılanda came əzəmət və dəbdəbəsində durmuşdu, sükun haman sükun idi. Yalnız bu sükunun özünəməxsus bir nəğməsi, əsrarəngiz bir tərənnümü var idi. Midhəd əfəndi bunu duydu və şair ruhuna bir ilham gəldi. Bir də zeybək qızını xatırladı, zehnində onun məhzun baxışını ehya etdi. Sonra bir həyəcan duydu. Məhzun baxışlı qızı təkrar görmək üçün mehrabın ətrafına göz gəzdirdi, bir nəticə hasil olmadı. Saatlarca oturdu… Nəhayət, qalxdı. Cameni tərk etdi.
Sakin küçələr ona geniş göründü, əsir şəhər hürr və məsrur idi. Ruhunda elə bir əzəmət var idi ki, hər şeyi qırar, yıxar və hər şeyə qələbə çalardı.
Midhəd əfəndi evə döndü. Anası mətbəxdə məşğul idi. Çağırdı.
Dərdini anlatdı:
– Gedirəm, – dedi.
– Nərəyə, oğlum?
– Anadoluya.
– Babandan sordunmu? Bəs darülfünun?
– Babamdan sormadım, sormaya da gəlməz, darülfünun əsir… Biz də zatən əsir, əsarətdə elm təhsil etmək qabilmi? …Hürr Anadolu hər şeydən yüksək! Zeybəklər silaha sarılmış.
Midhəd əfəndi həyəcanlandı. Pancuru açdı. Xəlic və Mərmərə göründü. Füsunkar bir gözəllik ruhunu oxşadı. Bir dəqiqə keçmədi, incə minarələrə sarılmış sərvlərin arasında bir duman göründü, yaldızlandı və məhzun baxışlı zeybək qızı bütün gözəlliyi ilə zühur etdi.
Midhəd əfəndi bihuş olaraq kanapenin üzərinə sərildi… Anası iztirabla üzərini aldı. Bir dəqiqədə bütün ailə üzvləri ətrafını bürüdü. Midhəd əfəndini ayıltdılar.
Dili söz tutar-tutmaz dedi:
– Bu əsir şəhəri tərk etməsəm, rahatlıq bulmayacağam. Anadolu məni çağırır!
Midhəd əfəndinin atası Münirbəy Babi-Ali məmurlarından idi. Məslək və əqidəcə tam mənası ilə əski bir osmanlı idi. Milli hərəkata, təcəddüdə inanmırdı. Оnun üçün zatişahanənin iradəsi hər şeydən yüksək idi. Anadoluda günü-gündən qüvvət kəsb edən milli hərəkat, Münirbəycə, yalnız bir quldurluq, bir qaçaqçılıqdan ibarət idi. Оdur ki, oğlunun fikrini anladıqda hiddətləndi.
– Anadolu və şuralar var. Şuraların yardımı ilə istiqlaliyyətimizi təmin və ingilisləri məhv edəcəyik.
– Allah, Allah, – deyə Münirbəy əlini əlinə vurdu və hiddətindən uçunmağa başladı.
Midhəd əfəndi ayağa qalxdı və sakit bir səslə dedi:
– Anacığım, bana bir az yemək, bir cüt camaşır hazırla, yarın erkən əsarəti tərk edəcəyəm.
Anadoluya keçər-keçməz Midhəd əfəndi könüllü yazılıb İzmir cəbhəsinə getdi. Midhəd əfəndinin nəzərini özünə ilk cəlb edən coşqun bir həyat, qüvvətli bir milli hərəkat oldu. Məmləkətin bütün varlığı toplanıb düşmənə qarşı polad bir sipər təşkil etmişdi. Hər kəsdən də əvvəl gözə çarpan çalışqan və fədakar türk qadını idi. Bunlar çiyinlərində silah daşıyırdılar, yaralılara baxırdılar. Bunlarla bərabər, cüt və xışdan da əl çəkmirdilər. Geyimləri ilə qadın şıqlığını heç də xatırlatmayan bu arvadlar Midhəd əfəndinin bütün rəğbətini qazanmışdılar. “Qadınlar Türkiyəni qurtaracaqlar”, – deyə onda qüvvətli bir qənaət hasil olmuşdu.
Cəbhə sakit idi. Hər kəs vəzifə başında hazır durmuşdu. Bir gün bir dəyişikliklər oldu. Midhəd əfəndinin alayını bir az şimala köçürdülər və bir zeybək bölüyü ilə yan-yana oturtdular. Sipər həyatı isə əvvəlki kimi yekrəng və sıxıntılı idi. Aylardan bəri davam edən bu həyatı yalnız vuruşma dəyişə bilərdi.
Vuruşmaların da nə vaxt başlanacağı sipərdəkilərə bəlli deyildi.
Sıxıntılı həyata arabir təğyir vermək üçün döyüşçülər yunan qarovuluna “ova” gedirdilər.
Bir axşam zeybəklərdən iki nəfərin kəşfə çıxacağını Midhəd əfəndi duydu. О da onlara qoşulub çıxdı. Tel örgülərdən keçdilər və yerlə sürünə-sürünə düşmən qarovuluna yanaşdılar.
Təpə arasında, saklı bir yerdə tonqal yanırdı. Kənarında bir nəfər yatmışdı, biri də tüfəngə söykənib mürgü döyürdü. Türklər bir az gözlədilər, sonra zeybəklərdən biri cəld yüyürüb bir qılınc zərbəsi ilə mürgü döyən nəfəri yerə sərdi. Midhəd əfəndi o biri zeybəklə birlikdə yatan düşmən əsgərini zərərsizləşdirdi. Bir dəqiqə keçməmiş yenə əvvəlki sükut bərpa oldu. Yunan nəfərlərinin silahlarını toplarkən ilk hücum edən zeybəyin üzünə ocaqdan işıq düşdü. Midhəd əfəndi bu simaya diqqətlə baxdı. Birdən-birə dondu. Əvvəl gözlərinə inanmadı. Sonra “zeybək qızı”, – deyə içini çəkdi və soyuq bir titrəyiş vücuduna yayıldı. Midhəd əfəndi o axşamı anlaşılmaz bir hiss içində keçirdi. İndiyə qədər gördükləri ona yuxu kimi gəlirdi. Təkrar-təkrar Süleymaniyyə və Boğaziçi mənzərəsini xəyalında canlandırdı, bu axşam gördüyü ilə müqayisə etdikdə şaşdı, qaldı.
Bir gün atları suvarmağa apararkən bulaq başında qarşı-qarşıya gəldilər. İkisi də hərəkətsiz bir vəziyyətdə qaldı. Zeybək qızının dodaqlarında qeyri-şüuri bir təbəssüm oynadı və fövrən qaib oldu. Əvəzində həyalı bir qızartı yanaqlarını bürüdü. Əvvəlcə Midhəd əfəndini ildırım qüvvəsi ilə qarşılayan uzun kirpikli gözlər indi həyəcan içində yerə baxırdı. Titrək barmaqları atın yalına sarılıb qalmışdı. Midhəd əfəndi özünə güclə malik ola bildi, söz demək istədi, dodaqları tabe olmadı. Susdu. Sonra ruhunda bir rahatlıq duydu. Qəlbinə bir yol açıldığını və bu yolla görünməz sirlərin axın-axın gəldiyini hiss etdi. İndi artıq iki ürək bir-biri ilə əsrarəngiz və kimsəyə eşidilməyən bir dillə dərdləşirdi… Gənclərin ikisi də aram tapıb xoş bir sima ilə bir-birinə baxdılar. Bu dəfə dillər mətanətlərini qaib etmədi.
Midhəd əfəndi:
– Mən səni İstanbulda ikən tanıyırdım, – dedi, – burada görüşəcəyimizi təsəvvür etmirdim.
– Mən də səni tanıyırdım, – deyə zeybək qızı başını aşağı saldı və son sözü birbirinə toxunan çini kasaların sədasını verdi.
… Düşmən cəbhəsi yarılmışdı. İngilis silahı ilə təchiz olunmuş iki yüz minlik bir ordu dağılıb pərakəndə bir halda geri çəkilirdi. Qırmızı türk bayrağı təkrar İzmir təpələrində dalğalanmada idi.
İstanbul başqa bir aləm yaşayırdı: əcnəbilərin işğal ordusu çəkilmədən paytaxt bütün idarə və məmurları ilə bərabər Böyük Millət Məclisinə beyət etdi və şəhər dəbdəbəli bir türk qiyafəsinə girdi. Hər yer al bayraqlarla bəzənmişdi, ala qapılar qurulmuş, küçələr nümayişçilərlə dolu idi.
Bir də: “Anqara müməssili paşa gəldi”, – deyə səs düşdü.
Minlərcə adam Sirkəçiyə töküldü, küçələr fəslərdən laləzar oldu… Ağ atlı paşa xalqa təzim etmədə idi, mabeynindəki gənc zabit Midhəd əfəndi və onunla yan-yana gedən milli libaslı zeybək qızı idi. Arxadan qırmızı bayraqlı nümayişçi gənclər ağır-ağır yürüyürdülər. Cadənin iki tərəfini izçilər zənciri tutmuşdu. Оrtanı minlərcə məktəbli qız və oğlan məşğul etmədə idi. Bir də yerləri titrədən bir alqış qopdu:
– Yaşasın Böyük Millət Məclisi! Yaşasın zeybək qızı! – səslər göylərə yüksəldi. Balkonlardan və pəncərələrdən türk qadınları güllər atdılar, ətir tökdülər…
Qafilə Divan yolunda dayandı. Paşa mabeyni ilə bərabər “Şərq məhvəli” klubuna endi. Nümayişçilər isə şəhəri dolanmağa başladılar. Axşam şəhər çıraqban oldu. Minlərcə qırmızı fanarlı məktəblilər “Şərq məhvəli”nin qarşısına toplandılar:
– Yaşasın zeybək qızı! – deyə alqışlar qopdu. Klubun pəncərəsi açıldı, zeybək qızının incə çöhrəsi göründü, dəqiqələrcə alqış davam etdi. Hər tərəfdən zeybək qızının cadəyə enməsini rica etdilər.
Bir də Midhəd əfəndi ilə yan-yana qapıya çıxdı. Alqış qopdu, ətraflarını gənclər bürüyüb, onları çiçək yağmuruna tutdular.
Önlərində zeybək qızı olaraq, fanar alayı körpüyə endi. Bir də körpünü açılmış gördülər. Nümayişçilərin Bəyoğluna keçməməsi üçün ingilislər körpünü açmış və qarşısına mitralyozlu əsgərlər qoymuşdu. Həyəcan artdı. Lakin türk səbri həyəcana qələbə çaldı, əcnəbilərin həyasızlığına qarşı soyuqqanlılıqla cavab verildi. Bir dəqiqədə Xəlicdəki yüzlərcə qayıqlar gənclərlə doldu, Bəyoğluna keçildi…
Avropa imperialistlərindən illərcə çəkdikləri təzyiqi unutmaq üçün İstanbul bir həftə bayram etdi. Bu bir həftədə Türkiyəni xilas edən qadınlığın müməssili deyə zeybək qızını əllərdə gəzdirdilər.
Kərim babanın “Qızıl” adlı bir iti vardı. Gecə-gündüz bizim qapımızdan ayrılmazdı. Oba itlərini heç sevməzdim. Çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim.
Bir gün alaçıqdan çıxarkən Qızıl üstümə düşüb hürməyə başladı. Əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. Kərim baba iti vurduğumu bir neçə dəfə görmüş, bir söz deməmişdi. Ancaq xoşuna gəlmədiyini üz-gözündən duymuşdum. Bu gün iti vura-vura qapıdan qovarkən Kərim baba gördü. Yaxınlaşaraq:
– Vurma, oğlum! – dedi. – Bu mənim çörək ağacımdır. Bunun bir qardaş qədər mənə yaxşılığı keçibdir. Sən bunun indiliyini görürsən. Bir vaxt bunun qorxusundan evimizin yanından quş quşluğu ilə keçə bilməzdi. Bu itə beş yüz manat verən olub, verməmişəm. Hər küçüyünü otuz-əlli manata satmışam. Bunun nə qədər ağıllı, igid heyvan olduğunu bilsən, heç vurmazsan.
Kərim baba bu sözləri deyib, itin başını əlləri ilə oxşadı. Sonra yenə üzünü mənə tutaraq dedi:
– Qışlaqda idik. Payızın aydınlıq gecəsi idi. Qoyunları yamaca yayıb bir daşın üstündə uzanmışdım. Nə vaxt yatdığımı heç bilməmişəm. Oyandığım vaxt hava qaralmış, dövrəmi də qalın duman almışdı. Elə qaranlıq düşmüşdü ki, göz-gözü görmürdü. Çomağı götürüb yerimdən qalxdım. Sürüdən xəbər yox idi. Qızılı çağırdım. Cavab vermədi. Dəli kimi o gecəni səhər etdim. Ancaq mənə ümid verən bu it idi; bilirdim ki, Qızıl sürüdən ayrılmaz. Dan yeri ağarar-ağarmaz uca bir təpə başına dırmaşdım. Aşağıya baxdım. Dumandan hər şey qara görünürdü. Yenə “Qızıl, Qızıl”, – deyə bağırarkən dərədən boğuq bir səs eşitdim. İldırım sürətilə dərəyə atıldım. O, sürünü iki təpə arasına yığmışdı. Özü isə yol ağzında durub hürür, məni səsləyirdi. Özümü Qızıla yetirdim. Məni görən kimi sevindiyindən* quyruğunu sallayıb məni yalamağa başladı. Sürüyə qurd girdiyini o saat bildim. Sürünün içinə girəndə üç qurd ölüsü gördüm. İşin nə yerdə olduğunu anladım. Sürüyə qurd daraşanda Qızıl onlarla boğuşa-boğuşa sürünü bu iki təpənin arasına sıxışdırmışdı.
Burada qurdlara hücum edib bir-bir onları boğub öldürmüşdü. Qızılın boynuna necə sarılmışam… Üzündən-gözündən necə öpmüşəm…
İftixar hissi ilə söhbətini tamamlamağa çalışan Kərim baba Qızılı oxşayaraq:
– İndi bunun nə cür it olduğunu bildinmi? Bu, it deyil, aslandır, əjdahadır, – dedi.
Kərim babanın bu tərifindən sonra Qızılla barışmış, səmimi bir dost olmuşduq.
Məşğələmdən geri dönürdüm. Gecəki yağışın çuxurlarda gölməçələr yaratdığı ensiz bir səki ilə gedirdim. Bu vaxt qarşıma arıq, yamaqlı bir çarşaba bürünmüş qadın çıxdı. Altmış yaşlarında olan bu qadın çarşabı altından damarları görünən sümüklü əli ilə mənə bir kağız parçasını uzadaraq:
– Оğlum, al bu kağızı oxu, gör kimə çatacaq? – dedi.
Bu sözləri elə yanıqlı bir səslə, elə miskin bir tərzdə dedi ki, ürəyimdə hiss etdiyim ağrıdan bütün vücudum titrədi. Gözlərim dərhal gözlərinə dikildi. Ruhunun, qəlbinin iki dumanlı pəncərəsi olan o donuq, o sönük gözlər altmış illik səfil həyatının acı, fırtınalı tarixindən nələr söyləmirdi? Altmış xəzanın şahidi olan o şikayətçi gözlər həyatının uçurumlu və tikanlı yollarında yıxıla-yıxıla süründüyü zaman ona daş qəlbi ilə laqeyd baxan milyonlarla gözlərə nələr anlatmırdı?..
Mənə uzatmış olduğu özü qədər solğun, sarı kağız parçasını alıb oxudum: “Atababa Qulu oğlu altı baş ailə sahibidir”. Kağızda yalnız bu cümlə yazılmışdı. Kağızı ona uzadaraq:
– Nənə, Atababa kimdir? – deyə soruşdum.
Qadın üzümə dik baxaraq:
– Mənim oğlumdur, – dedi.
Budəfəki səsində bir dirilik, bir ümid əsəri vardı, siması indi başqa bir rəng, başqa bir şəkil almışdı. Yenə birdən-birə əvvəlki tərzdə:
– Bu, kimə çatacaq, sən onu oxu! – dedi.
– Nənə, o xüsusda bir şey yazılmamışdır, – dedim.
Qadının qolları ümidsiz bir halda yanına düşdü:
– Allahü əkbər! Bir həftədir ki, bu kağızı yazdırıb başa çıxarda bilmirəm, – deyə üzü bulud kimi qaraldı. Ruhunu sızladan həzin çırpıntılara, qəlbini inlədən dərin yaralara tərcüman olmayan bu kağız parçasını iki barmağı arasında sıxaraq çaşqın bir halda:
– Bəs mən nə edim? – deyə yavaşca pıçıldadı.
Səfalətin canlı bir heykəli olan o qarının almış olduğu vəziyyət məni də çaşdırdı. Оna baxaraq düşünürdüm. Bu zavallı qarı altmış illik ömrünün acı fəlsəfəsinin xülasəsi olan o ifadəni neçə dəfə təkrar etmişdi?! “Bəs mən nə edim?” Neçə dəfə bu dumanlı və qaranlıq sual cavabsız qalaraq, ürəyinin dərin guşələrinə gömülmüşdü?! “Bəs mən nə edim?”
Neçə dəfə bu kar və dilsiz mühitdən bu acı sualına cavab ala bilməmişdi?!
Hələ bu qarı tərəddüdlü və çaşqın vəziyyətlə qarşımda durur, həyatın qorxunc ildırımları ilə alt-üst olan arzuları kimi ölgün, boynubükük kağızına baxırdı.
– Nənəcan! – dedim, – gəl bizə gedək, sənə istədiyin kağızı yazaram.
Bərabər evə gəldik, oturdu, ailə üzvləri ilə tanış oldu. Anamla dərdləşdi, ta uşaqlıqdan bəri onu ağır yumruqları ilə əzən dərdlərini, fəlakətlərini bir-bir danışdı. Sonra dərindən içini çəkərək:
– Оğlum, mən deyim, sən yaz! – dedi, – mənim oğlum vağzalda qulluq eləyir (əlləri ilə uzaqları göstərərək), orada bir məktəb var, orada oxuyur. Yaz ki, mənim oğlumun heç kəsi yoxdur. Mən iki qızımı, iki də nəvəmi saxlayıram. Sənin başın üçün, üç aydır naxoşdur, üşüdüb-qızdırır.
– Nənə, bu ərizəni oraya nə üçün verirsən?
– Qulluq versinlər.
– Vağzalda oğlun nə işdədir?
– Оnu bilmirəm.
– Bu kağız kimə veriləcək?
– Naçalnikə
– Hansı naçalnikə?
– Mən oxumuş adam deyiləm, onu sən bilirsən. Yaxşı, sən naçalniki tanıyırsan?
– Nənə, naçalnik çoxdur, hansı naçalnikə yazılacaq, onu bilməliyik, – dedim. Dərin bir sükut…
– Nənə, sən get evə, oğlundan bunları öyrən. Birinci, bu ərizə kimə veriləcək, ikinci, oğlun nə iş istəyir və harada istəyir, sabah bu zaman gəl, kağızını yazaram.
Qoca qadın susdu, bir az düşündükdən sonra başını qaldırıb dedi:
− Sözüm yoxdur, ancaq bilmirəm, bu ərizənin başında nə var ki, bu gün on gündür yazılıb başa gəlmir. Əlindəki köhnəlmiş kağız parçasını göstərərək:
– Bax, bunu bir nəfər bir həftəyə yazıb mənə verdi, o da deyirsən ki, bir işə yaramır.
– Nənə, onu kim yazıbdır?
– Nə bilim, sənin kimi bir oğlan.
– Nənə, get bunları öyrən, gəl, sabah kağızını yazaram.
– Nə bilim, ömrün uzun olsun. İndi deyirsən, sabah gəlim… Yaxşı… zəhmət verdim, sağ ol.
О birisi gün evə gəldiyim zaman nənə oturub məni gözləyirdi. Görüşdük, danışdıq. Ruhunun ən incə tellərinə toxundum. Zavallı qarı yaralanmış dişi aslan kimi inləyərək, əvvəlləri cox dalğın, sonra get-gedə şirin bir dillə qeyb etmiş olduğu gəncliyindən, sevgi və sevinc dolu bahar günlərindən danışmağa başladı. Bir qədər gülüşdük, əyləndik. Hətta adını belə öyrəndik. Adı Anabacı idi. Nəhayət, ortalığa yenə ərizə məsələsi atıldı.
– Nənə, dediklərimi oğlundan öyrənə bildinmi?
О, qəti bir səslə:
– Öyrəndim, oğlum. Sən yaz ki, naçalnik oğluma bir kağız versin.
– Nə kağız versin?
– Kağız versin ki, o, yoxsuldur. Altı baş adam saxlayır, özü də qızdırma içində yanır.
– Nənə, o kağızı naçalnik vermir.
– Yox, sən yaz ki, naçalnik versin.
Hansı naçalnik?
– Nə bilim, sən elə naçalnik yaz!
Qollarım ümidsiz bir halda yanıma düşdü. Bir anama baxdım, bir də dönərək Anabacını gözucu süzdüm. О da heyrətlə mənə baxırdı. Anam dedi:
– Оğlum, qalx, Anabacı ilə bərabər get, oğlu əhvalatı sənə desin.
Anabacının üzü gül kimi açıldı:
– Ay atana rəhmət, belə yaxşıdır, – dedi.
Qalxdım, bərabər getdik, yolda soruşdum:
– Nənə, eviniz haradadır?
– İkinci küçə var ha… (əlləri ilə uzaqları göstərərək) orada oluruq. Cox uzaq döyül. Mən hər gün buralardan gəlib keçirəm.
Xeyli getdikdən sonra dar bir dalan başında Anabacının evinə yetişdik. Kiçik, qaranlıq bir otağa girdik. Оtaq kasıb döşənmiş, dörd-beş şəlpədən ibarət idi. Bir tərəfdə Anabacının cəhrəsi dururdu. Оtağın baş tərəfində xəstə oğlu Atababa yatağında uzanmışdı. Qızdırmanın boğucu pəncəsi altında uzun müddətdən bəri əriyib qurumaqda olan bu gəncin san bənizinin yanaq sümükləri cıxmış, qalın qara qaşları altında rəngsiz gözləri sönük-sönük parıldayırdı.
Anabacı qapıdan icəri girincə görüşməyə belə imkan verməyərək titrək və şikayətli bir səslə:
– Atababa, başın ücün, sən dediyin kimi demişdim. Bu oğlan “elə kağız yazılmaz”, – deyir. İndi gətirmişəm. Sən özün de, yazsın.
Gənc utancaq bir vəziyyət aldı. Mənə yer göstərərək:
– Buyur, otur! – dedi.
Görüşdük, danışdıq, sonra üzünü mənə tutaraq:
– Оn gündür gedir-gəlir, bu kağızı yazdırıb başa çıxara bilmir,– dedi.
Nəhayət, məlum oldu ki, xəstəliyinə dair ev idarəsindən bir vəsiqə alaraq bir ərizə ilə xidmət etdiyi idarəyə verib, pul və ərzaq istəyirmiş. Anabacının anlada bilmədiyi məsələ bundan ibarət imiş.
Vəsiqəni və ərizəni yazıb verdim. Razı qaldılar. Еvə dönərkən Anabacı qızğın dualarla məni qapıya qədər ötürdü. Xəstə oğluna sərf etmək ücün ovcuna bir qədər pul basdım. Almırdı. Zor-güc qəbul etdirdim. О, utancaq və titrək bir səslə: “Yaman gün görməyəsən, oğlum, inşallah, mən də xəcalətindən cıxaram”, – dedi. Biz ayrıldıq. Lakin onun buraxmış olduğu xatirə hələ zehnimdən silinməmiş, qəlbimdə yaşayırdı, onu hər gün xatırlayırdım.
Bu hadisədən dörd ay kecdi. Nədənsə qəlbimdə o məsum qocanı görmək, onunla danışmaq arzusu gündən-günə artırdı. Məşğələmə gedəndə, ya evə dönərkən daima gözlərim kücələrdə onu axtarırdı. Günortadan sonra idi, qapı yavaşca açıldı, içəri qoca və zəif bir vücud girdi. Bir də gördüm: Anabacı… О saat yerimdən sıçradım, görüşdük, oturdu, danışdıq. Söhbətimiz cox uzandı. Sonra çarşabı altından bir corab cıxarıb:
– Al, bunu sənin ücün toxumuşam, – dedi.
Corabı alıb:
– Sağ ol, nənə, qış gəlib, soyuqlar düşüb, görünür, məni unutmamısız, − deyincə məğrur bir səslə:
– Bir şey deyil, özüm toxumuşam, – dedi.
– Özünüz toxuduğunuz ücün qiymətlidir, – dedim.
Bir az sonra bu qoca və düşkün qadına əl tutmaq məqsədi ilə bir qədər pul vermək istərkən dik-dik üzümə baxdı. Sərt bir səslə:
– Bu nədir? Mən bunu sənə satmaq ücün gətirməmişəm. Оnun üçün bazar var. Bunu sənə bəxşiş gətirmişəm, – deyə əllərini çarşabının altında bir-birinə sıxaraq saxladı. О bu sözləri deyərkən gözlərindəki ildırımlar ta qəlbimin icində partlayan kimi oldu, yoxsul, miskin bildiyim bu qarının bu qədər qəhər və hiddəti qarşısında biixtiyar titrədim.
Hər zaman hüzn, iztirabla məni yaralayan bu miskin qadın bu dəfə məğrurluğu ilə məni qorxutdu. Bir daha üzünə baxdım. Bu dəfə üzünə qəhər və hiddət qığılcımlarının yerinə vəzifələrini bitirmiş olanlara məxsus qürur rəngi çökmüşdü.
Gözlərinin baxışı, ziyası qəlbinin rahat-rahat döyündüyünü göstərirdi. Heç bir zaman görmədiyim bu rəng, bu işıq nədən doğmuşdu?
Mən indi yalnız bunu düşünür, bu sirri kəşf etməyə çalışırdım ki, birdən-birə Anabacının səsi qulağımda təkrar səsləndi:
– Оğlum, sənə isti köynək toxumaq istəyirdim, kasıblığın üzü qara olsun, yunum, ipim çatmadı.
– Mənim üçün bu da çoxdur, nənəcan, – dedim.
– Yox, oğlum, yox! – dedi və üzündəki, gözlərindəki o rəng dərhal insafsız bir əl tərəfindən silinmiş kimi oldu. Çöhrəsi rəngdən-rəngə girən qadının bu halları indi mənə bir çox şeyləri xatırladır, bir çox köhnə dastanları anladırdı.
Köhnə nəslin son qəhrəmanı olan bu qadın hələ qarşımda oturmuş, mənə meydan oxuyur, həm də ata-babadan qalma keçmiş əxlaq və səciyyələrini bütün hal və hərəkətləri ilə mənə anladırdı. Artıq yarım əsr əvvəlin canlı tarixi olan bu qadın nəzərimdə daha böyümüş, daha canlanmış, sanki mənə: “Yoxsul olsam da, qəlbim geniş, ruhum ucadır”, – demək istəyirdi. Çox gözəl, bunu mən də etiraf edirəm. Lakin, ey yüksək qadın, söylə, altmış illik səfil bir həyatın sənə yükləmiş olduğu ağır yüklər belini bükmüş, gözlərinin nurunu almış, dizlərini taqətsiz etmiş olduğu halda, necə olmuş ki, qəlbinə, ruhuna toxunmamışdır? Sən mənə bunu anlat!
Evi kəndin qırağında olan Qurban kişinin güzəranı ağır keçirdi. Buna görə də o, özünü oda-közə vurur, nəinki təkcə gündüz, hətta gecə də əlləşirdi. Qurban çox az yatırdı. Öz qeyrətinə sığışdıra bilmirdi ki, onun eyvanı odunsuz, bucağı unsuz, ocağının üstü sacsız, qazansız qalsın. O nə ala öküzün, nə də kəhər yabının yedəyindən əl çəkirdi. Bunlar gecəli-gündüzlü qan-tərə bata-bata işlədiyi halda, onun üç oğlundan heç birisi işləmir, əlini ağdan-qaraya vurmur, “ver yeyim, ört yatım, gözlə canım çıxmasın!” – deyib veyillənirdi.
Söz-sözə gələndə böyük kiçiyə, kiçik də ortancıla buyururdu. Onların üçü də gün yağlanandan sonra yuxudan oyanır, olan-olmazından yeyir, kənd arasına çıxır, dolanıb gəzirdilər. Dünyadan gedən arvadından sonra çöl işi bir yana, ev işi də Qurbanın boynuna düşmüşdü. Qurban dəyirman çarxı kimi bu ağır işlərin altında fırlanır, evin əzab-əziyyətini təkcə çəkirdi.
Qışın oğlan çağında yabısını yedəyinə alıb meşəyə yollanır, tir kəsib odun doğrayır, yabısına yükləyir, aran kəndlərinə aparır, darıya, düyüyə verib evinə gətirirdi. Ortasına örkən gəlməz palıd ağaclarından kəsir, taxta çıxarır, baha qiymətə satır, dizləri şalvarlarından çıxan oğlunun üçünə də yaraşıqlı geyim alır, dost-düşmən içində başını aşağı salmaq istəmirdi. Yaz gələndə Qurban ala öküzü qoyub ortaq olur, çala yerini əkirdi. Bu zaman üç oğlundan heç birisi nə hodağa gedir, nə xışın dəstəyindən yapışır, nə toxum daşıyır, nə də bir saxsı su gətirib işə-gücə yarayırdı…
Qurbanı belə bir fikir narahat eləyirdi ki, bəs ondan sonra uşaqlar necə olacaqlar? Bəs nə təhər olsun ki, uşaqlar onun-bunun ocağının qırağını kəsməsinlər, əl açıb dilənməsinlər? Bu dərd onu əldən salıb üzürdü. Qurban dərd əlindən zara gəlsə də, işindən qalmır, yazda dəryaz çalıb yabısına, öküzünə ələf toplayır, yayda çin götürüb aranlara enir, payızda taxıl təmizləyib dəyirmanlıq edir, qışda da odun aparıb satırdı.
Vaxtından əvvəl saqqalı ağaran, beli bükülən atanın çuxura düşmüş gözləri gah böyük oğlu Şahməmmədə, gah ortancıl oğlu Xanməmmədə, gah da Bəyməmmədə zillənirdi. Bu vaxt Qurban kəndi cəzana gətirən əzazil pristavı öldürəndən sonra Sibirə sürgün edilən, orada tələf olan igid qardaşlarının adına yaraşdırıb, arzu-ümidlə oğullarına qoyan arvadı Hürzadı xatırlayır, ürəyi odlanır, tüstüsü təpəsindən çıxırdı.
Ancaq Qurban qeyrətinə boğulub, dost-düşmən qabağında min məşəqqətlə daşdan çörək çıxarıb gətirsə də, bir gün damın ortasında uzanıb qaldı, od-ocaq söndü, tüstü kəsildi. Qardaşların üçü də qış gecəsinin yarısına qədər qonşudakı dərviş nağılına qulaq asıb evə döndü. Qurban sabaha sağ çıxmayacağını yəqin edib onları yanına çağırdı:
– Vəsiyyətim var!
– Nə vəsiyyətin var, ata? – deyə oğlunun üçü də birdən soruşdu.
– Vəsiyyətim budur ki, ömrünüzdə dilənçi olmayın, özgəyə əl açmayın!
– Qoyduğun bu var-dövlətləmi? – deyə Şahməmməd mızıldandı, – bir ala öküz, bir də yabı?..
Qulağı böyük oğlunun sözünü alan Qurban:
– Mən sizə başqa var qoymuşam, – deyə gözlərini dörddirəkli damın hisli bacasına doğru çevirdi: – Qurtarmayan… tükənməyən… var qoymuşam…
– Bəs hanı o var, ata?
– Haradadır o qurtarmayan var, ata?
– Mən körpənə nə qoymusan, ata?
– Sən körpəmə, – deyə Qurban əlini qaldırıb kiçik oğlunun aşağı əyilmiş başında gəzdirdi, – çoxlu var qoymuşam…
– Dinməyin, qoy kişi vəsiyyətini eləsin, – deyə Şahməmməd sərtləşdi.
Qurban ömründə oğlanlarının bircə dəfə də yeyin danışdığını görməmişdi. Onun dodaqları qaçdı, istehzalı gülüşü göründü. Uşaqlar bir-birini didişdirə-didişdirə təkidlə soruşdular:
– Ata, haradadır o var?
– Ata, o var kimindir? – deyə bir-birinə macal vermədən acgözlüklə xəbər aldılar.
– Ata, vəsiyyətini elə!
Oğlunun üçü də quzu kimi mələdi. Qurban birtəhər əlini qaldırdı.
– Çala yerdə… – elə bil o danışmır, ömrünün tükənməz məşəqqətlərindən, min bir əzab-əziyyətindən şikayətlənirdi, – çala… yerdə…
– Çala yerdə nə, ata? – deyə oğlunun üçü də can çəkişdirən kişini sıxcaladılar.
– Çala yerdə… Bir… küp… qızıl…
Qardaşların hərəsi bir cür mızıldandı:
– O boyda çala yerin harasında?
– Çala yerin ortasında, qırağında?
– Bəlkə, ağ qayanın dibində?
Qurbandan səs-səmir gəlmədi. Susdu, özü də əbədi susdu…
Kəsmək bilməyən qar meşəli dağları basdı, çovğun gücləndi, hər yandan silinib-süpürülən qar Qurbanın çala yerinə doldu.
On gündən sonra çala yerdə qardan ağ bir dağ ucaldı. Üstündən bir qədər keçdi, bir gün isti yel əsdi, qarı əritdi, şaxta düşüb suyu dondurdu. İndi də çala yerdən göy bir dağ əmələ gəldi. Qardaşlar çala yerə yaxın düşə bilmədilər, aclıq onları əldən saldı.
– Əlac sənə qalıb, Şahməmməd, – deyə ortancıl qardaşla kiçik qardaş böyük qardaşa üz tutdu, – atamız yerindəsən!
Böyük qardaş gərdənini dartıb dodaqlarını büzdü. Qardaşlar çəpləşdilər, dava-şava gücləndi. Atadan qalanları bölüşdürməyə başladılar.
– Öküz mənim, – deyə Şahməmməd soyuq səslə dilləndi, – yabı da ikinizin!
Qurbanın evində görünməyən bir narazılıq əmələ gəldi.
Nə ortancıl, nə də kiçik qardaş yabıya yiyə durmadı. Axırda yabını da, öküzü də bir-bir satıb yedilər.
Qardaşın üçü də ata mülkünün üstündə əlbəyaxa oldu, səs-küyə kəndin ağsaqqalı gəldi, qardaşları barışdıra bilmədi, qonşular toplaşdı, qardaşların ağzını bir yerə yığa bilmədilər.
Aclıq oğlanların üstünə qılınc çəkdi. Qardaşlar indi dil tapdılar. Əvvəlcə damın eyvanının ağac-uğacını satıb yedilər, sonra pəyənin pərdilərini una verib uddular.
“Göy dağ” əriməyə başlayan kimi qardaşın biri o birisinə macal vermədən, ala-qaranlıqda özünü çala yerə yetirdi. Onlar obanın cütü qoşulana qədər çala yeri qazmağa başladılar, hey o üz-bu üzə çevirdilər.
Beləliklə, çala yerin torpağı on dəfə o tərəf-bu tərəfə ələndi, nə küp tapıldı, nə də tək bircə dənə qızıl! Ancaq üç qardaşın üçünün də əli üç dəfə suluqladı, sonra dəmir kimi bərkidi. Onların fikri yüz yeri gəzib dolandı. “Bəlkə, küpü çıxarıb, qızılı aparıblar? Bəlkə, kişi qızdırma içində sayıqlayırmış?”
– Necə olsun, Şahməmməd? – deyə ortancıl qardaşla kiçik qardaş yenə də böyük qardaşı yaxaladılar.
Şahməmməd başını aşağı salıb fikrə getdi.
– Əlac atamızın mülkündən qalan mərəyi dəyər-dəyməzinə satmaqdır, – deyib barmağı ilə çovustanı göstərdi, – daha havalar da qızır!
– Hava qızsa da, – deyə kiçik qardaş əl-ayağa düşdü, – bəs başımızı harada saxlayaq? Bizə bir daldanacaq lazımdır, ya yox?
– Başlı başını saxlasın, – deyə Şahməmməd qeyzlə cavab verdi.
– Daha mən sizin üçün ömrümü çürüdə bilmərəm. Hərə öz gününə ağlasın. Yoxsa dədəniz bilmirdi ki, qoyduğu var-dövlətlə siz necə olacaqsınız? Çala yerin qızıl küpü! – Şahməmməd əlini-əlinə vurub acı-acı güldü.
Uzun deyişmədən, bir-birinə ağır sözlər deyəndən sonra onlar mərəyi də satıb beş manat aldılar:
– Demək, bölüşürük.
Ortancıl dillənincə kiçik qardaş yerindən sıçradı:
– Toxuma verək, qardaşlar, toxuma. Səpək çala yerə! Yoxsa Qurbanın uşağını dilənçi eləmək istəyirsiniz? Yazıq atam ömründə nə qədər əzab çəksə də, bir adama baş əymədi!..
Kiçik qardaşın sözlərindən sonra böyük də, ortancıl da başını aşağı dikdi. Kiçik qardaş aradakı beş manatı çalıb götürdü, beş pud buğda aldı. Onlar toxumu aparıb çala yerə səpdilər. Bütün kənd heyran qaldı, kəndin çiyni çuxalı ağsaqqalı öz demisini sümürüb “hımm” elədi: “Yönlü oğul neylər ata malını, yönsüz oğul neylər ata malını?!”
Hamının əkdiyi toxumdan qabaq üç qardaşın toxumu cücərib torpaqdan çıxdı. Hamının yerindən qabaq üç qardaşın çala yeri göy gölə döndü. Çala yerdə buğda buğum-buğum olub sünbül açdı, dəniz kimi dalğalandı. Vaxt gəldi, vədə yetişdi, günəşin altında çala yer boya-boy, enə-en par-par parıldadı, qardaşların gözündə sarı sünbüllü torpaq bitməz-tükənməz qızıla döndü.
Məktəb üzrə keçirilən idman yarışlarında ayağımı bərk zədələmişdim. Qapanıb qalmışdım evdə. Yamanca darıxırdım. Baş qatan bir məşğuliyyət vardısa, o da televizora baxmaqdı.
Kanallardan biri ermənilərin pis, murdar xasiyyətləri haqqında veriliş hazırlamışdı. Studiyadakılar növbə ilə onların əcaib-qəraib yaltaqlığından, ikiüzlülüyündən, yalançılığından, satqınlığından danışır, oğru olduqlarını isə daha artıq qabardırdılar. Oğurluq qeyri-insani, həm də baş ucalığı gətirməyən bir xüsusiyyətdir. Lakin ermənilərin oğurluğu adi yox, tayı-bərabəri olmayan, bənzərsiz oğurluqdur. Ən böyük oğurluqları da türklərdən elədikləridir. Ermənilər adlarımızı, musiqimizi, musiqi alətlərimizi, xalçalarımızı, abidələrimizi, yeməklərimizi, ən başlıcası, torpaql arımızı oğurlamışdılar. Birdən yox, tədricən, tarix boyu, nəzərə çarpmadan, həm də qeyri-adi yollarla. Sonra da hamısını utanmaz-utanmaz, vicdansızcasına öz adlarına çıxmış, bizi danmışdılar…
Ermənilərin namərdliyi məni hiddətləndirmişdi. Axırda hislərimi cilovlaya bilməyib bərkdən bağırdım:
— Pah atonnan! Bu ermənilər nə oğru xalq imiş!..
Elə bu zaman otaqda tək olmadığımı xatırladan cırıltı səsi eşitdim. Nənəmdi, divanda qurcalanırdı. Bayaqdan yarıuzanmış halda gözucu televizora baxırdı.
Handan-hana xəfifcə qımışaraq:
— Ermənilər binayi-qədimdən oğrudular, bala, — dedi.
— Sən hardan bilirsən, ay nənə? — sadəlövhlüklə soruşdum.
— Eh, mən onların dabbağda gönünə bələdəm! Amma bunları, sadəcə, bilmək yox, yaxşıca yadda saxlamaq lazımdır, bala!..
Sonra nənəm mənə şahidi olduğu köhnə bir erməni oğurluğundan danışdı.
Baban kənd məktəbində dərs deyirdi. Sayılıb-seçilən tarix müəllimi idi.
Bir dəfə atan sinif yoldaşları ilə dağa çıxmışdı. Qayıdanda özü ilə bir bağlama gətirmişdi. İçi insan sümükləri, saxsı qab-qacaq qırıqları, qədim dəmir pullarla dolu idi. Hansısa mağaradan tapmışdılar.
Səhərisi baban atanı da özünə qoşub həmin mağaraya yollandı. Əlavə bir neçə məişət əşyası-filan da yığıb gətirdi. Onları səliqə ilə bir qutuya yerləşdirib mənə verdi:
— Arvad, — dedi, — bunu elə yerə qoy ki, uşaq-muşaq əli dəyməsin. Bakıya, Elmlər Akademiyasına aparacağam. Alimlərə göstərəcəyəm.
Savadsız arvad idim.
— A kişi, — dedim, — sür-sümük alimlərin nəyinə gərəkdi? Nə danışdığımı heç özüm də bilmirdim.
— Sənin belə şeylərdən başın çıxmaz, arvad. — Baban səsini qaldırdı. — Bunlar adi, yaxın keçmişin sür-sümüyü deyil. Tarixdir! Həm də qədim tarixdir!..
Yenə heç nə qulağıma girmədi.
— Nədi, buna görə indi bir də durub burdan Bakıya gedəcəksən? Belə vacibdir, nə çoxdur Bakıya gedib-gələn, ver birinə aparsın də…
— Yox, bu işi hər adam yarıtmaz! Özüm getməliyəm. Gördüklərimi alimlərə ətraflı danışmalıyam. Onlarda maraq, həvəs oyatmalıyam. Yoxsa Allah bilir, alıb hara atacaqlar.
Qutunu qaldırıb şkafın üstünə qoydum.
Baban bayıra çıxanda qapının ağzında erməni qonşumuz Siranuş arvadla az qala toqquşacaqdı. Demə, bayaqdan qapının dalında durub gizlicə bizə qulaq asırmış…
Tək qalanda Siranuş arvad hərləyib-fırlayıb məndən soruşdu:
— Qutudakı nədir?..
— Bekara şeydi, — dedim.
— Bekara şeydisə, niyə göstərmirsən? — Siranuş qır-saqqız olub qopmadı.
Arvadın inadkarlığı məni həm təəccübləndirdi, həm də cin atına mindirdi. Qutunu gətirib açdım.
— Hə, bax, gözüyün qurdu ölsün! — dedim. — Yoxsa gecə yuxunu qarışdırarsan.
Sür-sümüyü görən kimi Siranuşun çəkiləcəyini düşünürdüm. Əksinə oldu. Arvad sür-sümüyə, saxsı qırıqlarına, paslı dəmir pullara çox həris gözlərlə baxırdı.
Onları bir-bir o tərəf-bu tərəfinə çevirə-çevirə öz-özü ilə danışırmış kimi mızıldandı:
— Hə, doğrudan da, bunlar qədim erməni dövlətinin qalıqlarına oxşayır.
— Onu sənə kim dedi, ay Siranuş?— Mat-məəttəl soruşdum.
— İndicə ərinə sən demirdin? Özcə qulaqlarımla eşitdim.
Mənim də təəssübkeşliyim tutdu.
— Bəs onu eşitmədin ki, ermənilər bu torpaqlara dünən-srağagün gəliblər? —Hirslə qutunun qapağını örtüb ortalıqdan götürdüm.
Bakı səfərinə hazırlaşan baban səbirsizliklə yay tətilini gözləyirdi. Deyirdi, Akademiyadakı alimləri yığıb elimizə-obamıza gətirəcəyəm. Gəlib gəzib-dolansınlar, görüb-götürsünlər, araşdırsınlar. Tariximizin daha bir qaranlıq səhifəsini də işıqlandırsınlar. Bir daha erməniyə anlatsınlar ki, bu torpaqlar türk torpaqlarıdır…
Yay tətilinə az qalmışdı. Bir gün baxdım ki, qutu şkafın üstündə yoxdur. Fikirləşdim ki, yəqin, baban özü götürüb harasa qoyub. Babandan soruşan kimi barmağını dişlədi. Siranuş arvaddan şübhələndi.
— Havayıdan maraqlanmırmış, — dedi. — Gərək qutunu açıb ona göstərməyəydin.
Saymazyana güldüm.
— A kişi, sən də oğru tapdın. Sür-sümük Siranuşun nəyinə gərəkdir?..
— Arvad, ermənini öz arşınınla ölçmə, — baban dedi. — Erməni bizim düşündüyümüzdən də bicdir. Elə şeylərin qədir-qiymətini yaxşı bilir…
Vallah, heç cür inanmırdım ki, Siranuş arvad qutudakılardan nəsə bir şey qana. Axı o da mənim kimi savadsızın biriydi. Bircə elə sür-sümüyü çatmırdı!..
Qaranəfəs Siranuşun üstünə qaçdım. Dili topuq çalsa da, heç nəyi boynuna almadı. Baban sözündə möhkəm adam idi. Siranuşu yoxlamaq üçün təzə bir qutu hazırladı. İçini də zir-zibillə doldurdu. Dedi, Siranuşa xəbər ver ki, kişi mağaradan keçən dəfəkindən də artıq sür-sümük, saxsı qırıqları, qədim pullar yığıb gətirib. Amma çalış, şübhələndirmə. Guya sözgəlişi ağzından qaçırdırsan…
Siranuşla qapı-qonşu, lap bir evli kimiydik. Qapımız qıfıl tanımazdı. Həmişə üzünə açıqdı. Evdə oldum-olmadım, haçan istəsə gələr, gedər, nə istəsə aparar, gətirərdi. Oğurluğunu-filanını da hələ görməmişdim…
Bir gün əvvəl Siranuşu aldatdım ki, qonaq gedəcəyik, ev-eşikdən göz olsun. Samanlıqda gizlənib erməni axçiyini güdməyə başladıq.
Siranuş özünü çox gözlətmədi. Arxayınca evə girib qutunu götürdü. Qoltuğuna vurub bayıra çıxanda qapının ağzında qəfildən yaxaladıq. Özünü itirdi. Qızarıb-bozardı. Çək-çevirdən, hədə-qorxudan sonra o biri qutunu da oğurladığını boynuna aldı. Arvadın hərəkətinə matım-mutum qurumuşdu.
Siranuşun qardaşı İrəvanda adlı-sanlı, məşhur alimdi. O, mağaradan tapılan şeylərin şəkillərini İrəvanda çıxan qəzetlərdə, jurnallarda çap etdirmişdi. Palazqulaq-palazqulaq məqalələr yazmışdı. Gündə bir televizora çıxıb, aləmə səs salmışdı ki, bəs tapdığı mağara (guya özü tapmışdı) qədim erməni məskənlərindəndir. Deməyəsən, bu torpaqların əzəli sakinləri ermənilər imiş.
Moskva, dünya alimləri mağaraya baxmaq üçün tökülüb gəldilər, yazdılar, pozdular, axır çıxıb getdilər. Amma səs-səmirləri eşidilmədi. Elə bil qurbağa gölünə daş atmışdın.
— Səbəbini bilmədiniz, ay nənə?.. — Maraq yenə üstün gəldi.
— Baban soraqlayıb hamısını öyrəndi. Vicdanlı alimlər uzun araşdırmalardan sonra aydınlaşdırmışdılar ki, mağara qədim türklərə məxsusdur. Erməni aliminin yazıb-pozduqları cəfəngiyyatdan başqa bir şey deyilmiş. Demə, Siranuşun qardaşı da elə bacısı ağıldaymış…
— Nənə, bəs sonra babam bizim alimləri Bakıdan çağırmadı?..
— Çağırdı, bala, amma ermənilər aranı qatdılar, bizi dədə-baba torpaqlarımızdan qovdular. Əvvəl Qarabağa pənah apardıq. Ermənilər Qarabağı da əlimizdən aldılar. Bakıda qərar tutduq. O torpaqların adı babanın son nəfəsində də dilindən düşmədi.
Nənəm dərindən köksünü ötürdü:
— Bilirsən, oğul balası, türkün ta qədim dövrlərdən bəri hər şeyi olub. Gözü-könlü tox yaşayıb. Erməni kimi heç nəyin həsrətini çəkməyib. Bəlkə, elə buna görə çox zaman sahib olduğunun qədir-qiymətini qədərincə bilməyib…