25 aprel 2022-ci il tarixində saat Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Eyvaz Zeynalov Ağdam rayon 91 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşüb.

Tədbirdə çıxış edən qonaqlar müəllifin zəngin yaradıcılığına nəzər salaraq, müxtəlif illərdə Qardaş Türkiyə Cümhuriyyətində, Gürcüstan Respublikasında, Almaniya Federativ Respublikasında və digər ölkələrdə işıq üzü görən hekayələr, romanlar kitabı haqqında ürəkdolusu danışıblar. Qeyd olunub ki, tanınmış yazıçı Eyvaz Zeynalov həm də uşaqlar üçün yazılmış bir neçə dəyərli kitabın da müəllifidir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunan ümumtəhsil proqramlarında, xüsusilə də Ədəbiyyat dərsliklərində onlarla hekayəsi yer alıb.

Müəllimlərin İşə Qəbulu qaydalarına uyğun olaraq, “Oğru” hekayəsi də proqrama daxil edilib.

Bundan başqa, bir neçə mədəniyyət və ədəbiyyatyönümlü dərgidə dəfələrlə nəşr olunub. Bir sıra müsabiqələrinin qalibdir.

Məktəbin müəllim və şagird kollektivinin suallarını cavablandıran yazıçı bugünkü görüşün təşkil olunmasında göstərdiyi təşəbbüsə görə zəhməti keçən hər kəsə sonsuz təşəkkürünü bildirib, kitablarından imzalayaraq, hədiyyə edib.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi