Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Samirə Abbasova “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində “Azərbaycan, odlar yurdum mənim!” adlı videoçarx hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda ecazkar diyar olan Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən, həmçinin adət-ənənələrindən bəhs olunub.

Mənbə: https://azertag.az