Blog

  • Gülnar SƏMA.”Xocalı soyqırımı poemalarımızda”

    Düz 30 il öncə, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırım törədildi. Tarixə Xocalı soyqırımı kimi düşmüş bu faciə demək olar ki, ədəbiyyatın əksər janrlarında təcəssümünü tapdı. Müstəqillik dövründə yazılmış Azərbaycan poemalarında isə xüsusilə qabardılıb. Ermənilərin məqsədli şəkildə türklərə qarşı həyata keçirdikləri həmin soyqırımın bədii əksi olan poema nümunələrinə Zəlimxan Yaqubun “O qızın göz yaşları”, Fəridə Hicranın “Xocalı sülh istəyir”, Elbariz Məmmədlinin “Mən savaşa çağırıram”, Ələkbər Salahzadənin “Xocalı xəcilləri”, Ədalət Əsgəroğlunun “Xocam, Xocalı”, Ələmdar Quluzadənin “Şəhid şəhər”, Nurəngiz Günün “Xocalı simfoniyası” və s. poemaları göstərə bilərik.

             Zəlimxan Yaqubun “O qızın göz yaşları” (2005) poemasında Xocalı uşağının timsalı olaraq Xəzangülün həyat tarixçəsi qələmə alınıb. Həqiqi tarixi hadisəyə istinad edilərək yazılan “O qızın göz yaşları” poemasında real Azərbaycan övladı olan Xəzangülün atası Təvəkkülün, anası Rayanın, bacısı Yeganənin amansızlıqla öldürülməsinin ifadəsi düşmənə nifrət hissini gücləndirir. On yeddi parçadan ibarət olan poemanın özəyini təşkil edən həqiqət barədə müəllif epiqrafda məlumat verib. İlk bölümləri müstəqil şeirlər təsiri bağışlayan poemada üçüncü şeirdən sonra əsas mövzu olan Xocalı soyqırımı haqqında söz açılıb. Əsərə düyün vuran “Qanlı” rədifli qoşmada tökülən qanından qayalara, dağların köksünə xına yaxan türk insanının faciəsindən bəhs edilib. Bir türk uşağının günahsızcasına axıdılan göz yaşları erməni cinayətkarlarının əsl kimliyini tanıtmağa yetib. O qızın göz yaşlarındakı həqiqətlərin içində ermənilərin əllərdən çıxardıqları dırnaqlar, damaqlardan çıxardıqları dişlər, sinələrə basdıqları dağlar da ifadəsini tapıb.

    Poemanın “O qızın göz yaşları” bölümü o qədər həssaslıqla və ürək yanğısı ilə qələmə alınıb ki, oxuyan mütləq həmin misraların təsiri altına düşərək Xocalı faciəsinin dəhşətlərini bir daha yaşamalı olur. Axıdılan göz yaşlarına məxsus qisas hissinin bir gün mütləq hesabat istəyəcəyi poemada inandırıcı şəkildə çatdırılıb. O qız göz yaşları içində Metelərin, Bilgələrin türk ruhunu canında daşıyan övladlar dünyaya gətirəcəyini bəyan etməklə türkün sındırılmaz iradəsinə işarə edib. Xəzangülün əyilməzliyini nümayiş etdirdikdən sonra, müəllif müharibə dövrünün gerçəkliklərinin tablosunu yaradıb. Qızın atasının ağaca necə sarınıb balasının gözü qabağında diri-diri yandırılmağını qovrula-qovrula təsvir edib. Atasının işgəncələrinə dözməyən qızcığazın huşunu itirməsi, göz açanda atasından əsər-əlamət qalmadığını görməsi qorxunc səhnə kimi göz önündə canlandırılıb. Bu amansızlıqları görməyə məhkum edilən bir Azərbaycan qızı sınmır, düşmənə olan nifrətindən daha da güc alır. “Bu qədər inanılmaz əzabların içində Mərd durub sərt dayanmaq düşmənə son sözüydü” misralarını, atası üçün deyilsə də, qızına da şamil etmək olar. Poemanın son bölümü olan altı bəndlik “Xocalı” rədifli divanidə bu qırğının niyə və nə üçün törədilməsinin tarixi köklərinə toxunulub.

    Həmin faciədən bəhs edən Nurəngiz Günün “Xocalı simfoniyası” rekviyemi ingilis və rus dillərinə tərcümə olunaraq 2006-cı ildə kitabça kimi çap olunmuşdur. Əsər müəllifin ritorik sualları şəklində publisistik tonda yazılıb. Poema qafiyəli şeirdən daha çox nəsr əsərini xatırladır. “İlahi! Sən Onlara rahatlıq ver…” çağırışı ilə başlayan əsər “İlahi! Sən Onları rahat et…” yalvarışları ilə tamamlanıb. Poemanın ilk parçaları Rüzgara müraciətlə başlayır. Ümumiyyətlə, bir sıra canlı və cansız varlıqlar obrazlaşdırılıb. Torpağın altındakı dipdiri ölülərin diksinməyini istəməyən müəllif günahsız qətlə yetirilənlərin “dünyadan axan səsləri” eşitmək istəmədiklərini Rüzgarın diqqətinə çatdırıb. Sivil dünyanın bir şey anlaması üçün indi “Böyük Hürkü”yə çevrilmiş həmin öldürülən insanlar “simvolik Marsilyoza vıyıltısı oxumaqla” qatillərinə cəza tələb edirlər. Müəllif ədalətsizliyə üsyanın simvolu kimi mənalandırdığı həmin xoru “Əsrin Simfoniyası – Ölülər himni” adlandırıb. Məlul Xocalı obrazında təqdim olunan şəhər Bəd Qonşu – Yazıq Erməni – Qırmızı Qospodin birliyi tərəfindən Xrosima dəhşətini, Xatın faciəsini çox-çox arxada qoyub, İnsanın ən pik vəhşilik həddini sübut edib. Əsərdə faciəni törədənlərin dini mənsubiyyətini diqqətə çatdırmaq üçün şair Məryəm Anaya, Mariyaya da suallar yağdırıb. Kilsə zənglərinin zorla müsəlman obasına soxulmağını məcazi mənada işlətsə də, əslində Kilsə və Müsəlman sözlərinin obraz kimi təqdim olunması diqqətdən yayınmır. Şair bu işarələrlə xristian birliyinin türklərə qarşı antiinsanlıq siyasəti yürütdüyünə nəzər cəlb edərək, Mariyadan- gözəl anadan etina gözləməyin faydasız olduğunu etiraf edib. Məryəmin diqqətinə çatdırıb ki;

    Ancaq ki, ana məməsi istəyir

    körpələr torpağın altında!

    Heç bir şey anlamır İnqalar!..

    İnqalar ana döşü əvəzinə

    İndicə torpağı əməcəklər!..

    Müəllif xristian birliyi tərəfindən türk körpələrinə qarşı törədilmiş amansızlığı məqsədyönlü işlərin tərkib hissəsi kimi təqdim edib. Ona görə uşaqlar məhv edilir ki, onlar böyüyüb türk soyunu davam etdirməsinlər. Şum edilmiş insanların Kütləvi Qırğınına səbəb budur. Bütün bunları şair “Nəhəng Ana – Ən Nəhəng Qüssə” adlandıraraq “Qlobal Ahın” şəklini çəkib Dünyaya nümayiş etdirmək, “Cahanın Canavar İştahlı Cümlə Adamyeyənlər Kolunun Cümlə Yırtıcılarını” əməllərinə görə cəzalandırılmasını istəyib. Erməni işğalı altındakı torpaqların kilsə səslərinə etiraz etdiklərini, azan səsləri istədiklərini dilə gətirib. Poemada körpələrlə yanaşı, onları itirməyin faciəsi ilə qovrulan anaların hıçqırıqları da obrazlaşdırılıb. Həmin səslər “Cahanşümul Şümürlərə, Cahan Goreşənlərinə, Alış-veriş Əmilərinə” cavabdehsiz! – deyə bağırır. İnsanlığını itirmiş “Bəşəri Zalımlara” “Üşüdürmü Sizləri hərdənbir xərək-xərək Ölülər?” – deyə suallar ünvanlayıb. Sona yaxın müəllif Dünya Kələkbazlarını düşünməyə səsləyərək, onları xəbərdar  edib ki, dünya yalnız sizin deyil!

             Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poeması xroniki torpaq xəstələrinin Xocalını Xrosimadan betər günə qoymaqlarına etiraz əlaməti olaraq yazılıb. Əsərin əvvəlində şair Xocalı qətliyamının dəhşətli səhnələrini  göz önündə canlandırıb:

    … Qanqarışıq qarlı düzdə

    Baş daş üstdə, daş baş üstdə,

    qol bir yanda, qıç bir yanda,

    lent bir yanda, saç bir yanda.

    Axıb körpə dodağından

    donub qalıb süd döş üstdə.

    Hələ də yol çəkə-çəkə

    necə düşüb göz qaş üstə?

    Qoca nə vaxt qaxac olub nəvəsini qucan yerdə,

    bu qarını kim gömüb kim, mərmi çuxur açan yerdə?

    Buz bağlayan bacı-qardaş sanki Siam əkizləri,

    qıpqırmızı çiçək açıb südtək bəyaz köksləri.

    Ananın yarı, balanın yarı cəsədlərindən yaranmış məzarlığa qarğaların qar-qar səsləri ilə hücum etmələri, o boyda hay-küyün Avropada, Asiyada, Amerikada, Afrikada sükutla qarşılanması dünyanın “Sus”u yox “SOS”u kimi mənalandırılıb. Bu fəlakəti onlara hayqırmaq istəyən Çingiz Mustafayevin nəticəsiz qalan çabaları əsərin mərkəzi xəttini təşkil edir. Qan naxışlı buz yorğanlar altında susdurulan anasını çağırıb kiriyən balaların dəhşətli aqibətinə Çingizin hönkürə-hönkürə sarsılması əsərdə son dərəcə təsirlidir. Ayı utanıb gizlənən, ulduzları pörtən gecədə planetin Xocalı boyda yanıb sönməsini Çingizin kamera yaddaşına həkk etməsinin ağrı-acıları inandırıcı formada əksini tapıb. Poemada Xocalı- Çingiz Mustafayev- Səfir üçbucağı xüsusilə nəzərə çarpır. Xocalı vəhşi ədalətsizliyin qurbanı, Çingiz bu vəhşiliyi açıb göstərmək istəyən, Səfir isə ört-basdır etmək istəyən obraz kimi diqqəti çəkir. Şair 20 noyabrlara, 20 Yanvarlara, 26 fevrallara göz yumduqca gec-tez 11 sentyabrların yetişəcəyini Səfirin simasında ədalətsizliyə göz yumanlara bəyan edib. “Üzünə  çıxmaq çox ağır, özünə çıxın Qarabağın” misralarında qətilik və hökm əlamətləri hiss olunur. Müəllif BMT-nin dörd qətnaməsinin kif atıb, qat kəsməsinə qarşı çıxıb. Hətta həmişə türkün qanını tökən ermənilərin özlərini dünyaya haqsızlığa uğramış kimi göstərməklərinə münasibət bildirib. Poemanın daha təsirli məqamlarından biri başını bazarlar qatan, dədə-baba məzarları yuxularına girməyən soydaşlarının unutqanlığına münasibətdir. Poemanın sonunda şair yenidən Çingizin xidmətlərini xatırlayaraq, hətta onun kamerasının başına gələn müsibətləri, öz xilası bilənlərə tənə ilə yanaşıb: “Qırılan lentlərilə çoxlarını şad elədi kamera, yurd-yuvadan erkən qorxub qaçanları sanki azad elədi”. Əsər “XXI əsrin “X” ilinin xronikası” ilə tamamlanıb.

    Ələmdar Quluzadənin “Şəhid şəhər” poeması 1992-1994-cü illərdə yazılsa da, ayrıca kitabça şəklində 1998-ci ildə işıq üzü görüb. Poemanın əvvəllərində Qərvənd, Tuğ, Meşəli, Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Qaradağlı kimi yaşayış yerlərinin faciəvi aqibəti canlandırılıb. Zəngibasar, Xankəndi kimi yerlərdən Xocalıya pənah gətirənlərin başdan elənməsi, dərdlərinə çarə tapılmamağı Xocalı faciəsinin təməli kimi əks olunub. Faciənin baş verməsinə zəmin yaradan şəraitin təfərrüatları “Eşidilməyən haray” bölümündə verilib:

    Evlər də veribdir kürək-kürəyə,

    Ocaq küləklərdən odu borc alır.

    Səsini bayraqtək qaldırıb göyə

    Həyəcan təbili çalır Xocalı.

    Poema ümumilikdə lirik səpkidə yazılsa da, bəzi epiklik əlamətləri nəzərə çarpır. Bu səhnələr daha çox Xocalıdan olan qızın Bakıya həyəcanla zəng edib yardım istəməsində, rəhbərliyi təmsil edənlərin “Lazım olsa, özüm də Şirin candan keçəcəm” kimi bəyanatlarında özünü göstərir. Poemanın bir bölümü “366…” yarımbaşlığı ilə verilib. Həmin rəqəmin mahiyyəti bu misralarla çatdırılıb: “366 – çörəyim ilə Boy atan alçaqdır, piy basan qarın”. Poemada bir məsələ yada salınır ki, həmin 366-nın belə məhvedicilik qüdrətinə malik olması özbaşına deyildi, bunun üçün ona “Vatikan oxuyub xeyir-duanı, Moskva vermişdi icazəsini”. Bu misralar Xocalı faciəsinin yalnız ermənilər tərəfindən deyil, həm də onların havadarları tərəfindən törədildiyini təsdiq edir. Şair eyni zamanda öz şəxsi faciəsini ictimailəşdirib: “Sən mənim atama əl qaldırmısan, Mən sənin atana borcluyam demək”. Bu sətirlər müəllifin atasının timsalında erməni vəhşiliyinin qocalara tutduğu divanı özündə ehtiva edir. Əsərin “Qançiçəyi” bölümündə faciənin real görüntüləri yaradılıb. Şəhidlərimizin qəhrəmanlıqla həlak olmaqları bədii boyalarla verilib. “Əsirlər, girovlar” bölümündə yazılmış “Dili ipə-sapa yatmayanların Ürəyi, böyrəyi xaricdə dollar…” və ya “Əsir düşənləri düşərgələr yox, Hardasa gözləyir qəssabxanalar” misralarında erməni fürsətcilliyinin daha amansız bir tərəfi nümayiş etdirilib. Onların türk insanının cismindən də gəlir əldə etmək üçün vəhşicəsinə istifadə etməyinə hiddətlə etiraz səsi yüksəldilib. Nə qədər ağrılı olsa da, faciənin həqiqətləri çılpaq boyalarla təqdim olunub: “Ananın sinəsi qan çeşməsidir, Körpənin dodağı döş gəzir hələ”. Xalqının başına gətirilmiş müsibətdən sarsılmış müəllif öz atasının da həmin gün erməni vandalizminin qurbanı olduğunu daxili iztirabla qələmə alıb: “88 ili halal yaşadı, Halal zəhmət idi imanı, dini, Allahverdi idi atamın adı, Bəlkə, Allah aldı öz verdiyini”. Erməni qansızlığının qurbanı olmuş qoca atasının cəsədini günlərlə dəfn etmək mümkün olmayıb. “Novruz bayramına bir gün qalanda Atamı torpağa tapşıra bildik” sətirləri 26 fevral və 21 mart tarixləri arasındakı zaman kəsiyinin hansı müsibətlərə şahidlik etdiyini göstərir. Poemanın “Çingiz Mustafayev”, “Təlatüm”, “Xatın-Xirosima-Xocalı yolu” bölümlərində düşmənin məkri və amansızlığı bütün çılpaqlığı ilə təsvir edilib. “Alver dünyası” başlıqlı son bölümdə Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarının işğalının səbəb və nəticələri göstərilib. Bu müsibətlərin sadəcə bir ölkə tərəfindən yox, Azərbaycanı istismar etmək istəyən müstəmləkəçilərin dəstəyi ilə törədilməsi bəyan edilib. Eyni zamanda həyata keçirdikləri soyqırımları ört-basdır etmək üçün özlərini yardımsevər kimi göstərmələrinə bu cür sətirlərdə kinayə ifadə olunub: “Gözü sərvətimdə olan ölkənin Balası balama paltar göndərir”. Digər tərəfdən Ermənistanla Azərbaycana qarşı olan münasibətdəki ayrıseçkilik poemada ifşa hədəfidir. “Qonşum yardım alır mərmini, topu, Mənə gələn yükdə yuxu dərmanı” – misraları həm həqiqi, həm də məcazi mənanı ifadə edib. Heca vəznində yazılmış əsərin dili son dərəcə poetikdir.

    Bu mövzulu əsərlərdə Çingiz Mustafayevin obrazına ayrıca yer verilib, onun xidmətləri diqqətdən yayınmayıb. Digər tərəfdən ilk hərfləri eyni olan Xocalı-Xirosima-Xatın şəhərlərinin tale bənzərliyi əksər poemalarda müqayisə edilib. Faciənin baş vermə zamanına və məkanına görə Xocalı soyqırımı onlardan müsibətli qətliam kimi təqdim olunub.

    Gülnar Səma

  • 14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü

    Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlıyazıçışairtərcüməçissenaristAzərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı

    Ailəsi

    Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim MəmmədxanlıGöyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.
    1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan “Difai” partiyasının yaradıcılarındandır.
    Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.
    1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.

    Həyatı

    Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il[1].

    Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.
    1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.
    Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

    Fəaliyyəti[redaktə | əsas redaktə]

    Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

    Anar və Ziya Bünyadov

    1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.
    1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.
    Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib[2].

    Mükafatları

    Əsərləri

    • Ağ liman
    • Ömür yolu. Yaradıcılığı
    • Beşmərtəbəli evin altıncı mərtəbəsi
    • Əlaqə
    • Vahimə
    • Yaxşı padşahın nağılı
    • Otel otağı
    • Mütləq görüşərik
    • Qırmızı “Limuzin”
    • Gürcü familyası
    • Dantenin yubileyi
    • Şəhərin yay günləri
    • Təhminə və Zaur
    • Mən, sən, o və telefon
    • Macal
    • Sizsiz
    • Ağ qoç, Qara qoç

    Tərcümələri

    Filmoqrafiya

    Filmin adıİlSsenari müəllifiƏsər müəllifiQuruluşçu rejissorAktyorİştirakçıHaqqındaFilmin növü
    Dəniz1965Qısametrajlı sənədli film
    Torpaq. Dəniz. Od. Səma1967Tammetrajlı bədii film
    Qobustan1967Qısametrajlı sənədli film
    Hər axşam on birdə1968Tammetrajlı bədii filmi
    Bu, Səttar Bəhlulzadədir1969Qısametrajlı sənədli televiziya filmi
    Gün keçdi1971Tammetrajlı bədii film
    Nəsimi1971Qısametrajlı sənədli film
    Gecə işıqları1972İki hissəli bədii film
    Yığıncaq1972
    Xatirələr sahili1972Tammetrajlı bədii film
    Var olun, qızlar…1972Tammetrajlı bədii film
    Dədə Qorqud1975Tammetrajlı bədii film
    Daşlar danışanda1976Qısametrajlı sənədli film
    İşgüzar adamlar (film, 1977)1977“Mozalan” süjeti
    Dantenin yubileyi1978Tammetrajlı bədii film
    Ötən ilin son gecəsi1978Tammetrajlı televiziya tamaşası
    Üzeyir ömrü1981Tammetrajlı bədii film
    Ötən ilin son gecəsi1983Tammetrajlı bədii film
    Qəm pəncərəsi1986Tammetrajlı bədii film

    Ssenari müəllifi və quruluşçu rejissor olduğu bədii filmlər

    1. Sözsüz mahnı (film, 1972) (ssenari müəllifi) (quruluşçu rejissor)
    2. Evləri köndələn yar (film, 1982) (ssenari müəllifi)
    3. İmtahan (film, 1987) (ssenari müəllifi);
    4. Əlaqə (film, 1989) (ssenari müəllifi);
    5. Təhminə (film, 1993) (ssenari müəllifi);
    6. Otel otağı (film, 1998) (ssenari müəllifi);
    7. Nigarançılıq (film, 1998) (ssenari müəllifi)
    8. Cavid ömrü (film, 2007) (ssenari müəllifi)
    9. Sübhün səfiri (film, 2012) (ssenari müəllifi)

    Əsərləri əsasında çəkilmiş bədii filmlər

    1. Hər axşam saat 11-də (film, 1969) SSRİ, Mosfilm (Anarın “Mən, sən, o və telefon” əsəri əsasında)
    2. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (Anarın eyniadlı romanı əsasında);
    3. Sizə məktub var (film, 1998) (Anarın “Mən, sən, o və telefon” əsəri əsasında)
    4. Aktyorun əsgisi (film, 2004) TRT. Türkiyə. (Anarın “Dantenin yubileyi” povesti əsasında) (ssenari müəllifi Atilla Engin, quruluşçu rejissor Feyzi Tuna, operator Koksan Kolkal, bəstəkar İlyas Mirzəyev. Rollarda Fərhan ŞensoySuna KesginRasim Öztəkin və b.);
    5. Tilsim (film, 2005) (Anarın “Vahimə” hekayəsi əsasında).
    6. “Ve telefon”. Türkiyə. (Anarın “Mən, sən, o və telefon” əsəri əsasında); rejissor Nuran Evren.
    7. Mən, sən, o və telefon (film, 2014) (Anarın eyniadlı əsəri əsasında)

    Ssenariləri əsasında çəkilmiş sənədli filmlər

    1. Aşıqlar (film, 1983) (ssenari müəllifi);
    2. Daş saatın səsi (film, 1985) (ssenari müəllifi);
    3. Dədə Qorqud dühası (film, 1999) (ssenari müəllifi);
    4. Dağ dağa rast gəlməz. (Mozalan süjeti) (ssenari müəllifi).

    Ssenariləri əsasında çəkilmiş televiziya filmləri

    1. Qədim Gəncə, Yeni Gəncə (1981) (ssenari müəllifi) (rejissor Arif Qazıyev);
    2. Bu, Mircavaddır (film, 1987) (ssenari müəllifi);
    3. Dirsə xan oğlu Buğac boyu (film, 2000)
    4. Salur Qazanın evi talandığı boy (film, 2001)

    Ssenariləri əsasında çəkilmiş cizgi filmlər

    1. Basatın igidliyi (film, 1988) (ssenari müəllifi).

    İdeyası əsasında çəkilmiş filmlər

    1. Evləri göydələn yar (film, 2010) (ideya və süjet)

    Haqqında çəkilmiş sənədli filmlər

    1. Anarla üz-üzə (film, 1988) (Mərkəzi Televiziyanın sifarişi ilə Anar haqqında çəkilmiş iki hissəli sənədli film. Azərbaycantelefilm. Ssenari müəllifi Zeynal Məmmədov, rejissor Ramiz Mirzəyev (Həsənoğlu), operator Adil, bəstəkar Cavanşir Quliyev. Bəstəkarın ifasında səslənən mahnının sözləri Rəsul Rzanındır).
    2. Anarın anları (film, 2008) tammetrajlı sənədli telefilm, rejissor Ramiz Həsənoğlu

    Maraqlı faktlar

    • Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə “Anar” “anmaq” (“xatırlamaq”, “yada salmaq”) feilindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır.
    • Kinoşünas Ayaz Salayevin iddiasına görə rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı “Sizə məktub var” (You’ve Got Mail) filminin ssenarisi Anarın “Mən, sən, o və telefon” əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.[6]

    Mənbə

    • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
    • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
    • Anara kino fenomeni demək olarmı? TƏHLİL

    İstinadlar

    1.  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. president.az, 01.03.2019  (azərb.)
    2.  Anar başqan seçildi
    3.  Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı — anl.az saytı
    4.  Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1980-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il tarixli Qərarı — anl.az saytı
    5.  Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
    6.  “525-ci qəzet“, 7 oktyabr1999
  • 12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü

    Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə12 mart 1906NovxanıBakı qəzası – 10 iyun 1989Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Azərbaycan SSR xalq şairi (1960), II dərəcəli Stalin mükafatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü.

    Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur.

    Həyatı

    Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı[1] kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru (19371938), “Ədəbiyyat qəzeti”nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, “Azərbaycan”“Kirpi” jurnallarının və ” Советский писатель” (sovetskiy pisatel)” redaksiya heyətlərinə üzv seçilmişdir.

    Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki “Qırmızı Əmək Bayrağı” ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. 1971–1989-cu illərdə Azərbaycan SSRİ Ali Sovetinin sədri olmuşdur.

    1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.

    Yaradıcılığı

    Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazmışdır. Ən sevilən əsərlərindən biri Təbrizim əsəridir.

    Əsərləri

    Filmoqrafiya

    1. Qanlı zəmi (film, 1985)

    İstinadlar

    1.  http://www.anl.az/el/r/rs_h.pdf

    Mənbə

    • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.

    Vikimənbədə Süleyman Rüstəm ilə əlaqəli məlumatlar var.

  • 12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü

    This image has an empty alt attribute; its file name is xscn-300x300.jpg

    Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2]

    Həyatı

    Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.[3]

    1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.

    Yaradıcılığı

    Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.

    Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.

    Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.

    Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

    Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi”, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.

    Şeirlərinə yazılmış mahnılar
    Video

    Şövkət Ələkbərova – Məhəbbət – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Bakının qızları – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Mənim duyğularım – musiqi: Oqtay Kazımi
    Zeynəb Xanlarova – Cavanlığım – musiqi: Oqtay Kazımi
    Zeynəb Xanlarova – Bulaq suyu, dağ havası – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Dünya düzələn deyil – musiqi: İqbal Ağayev
    Yalçın Rzazadə – Böyüməyə tələsmə – musiqi: İqbal Ağayev
    Manana Caparidze – Bu nə cür məhəbbətdir – musiqi: Eldar Mansurov
    Aygün Kazımova – Səsim səsinə öyrəşib – musiqi: Eldar Mansurov
    Mübariz Tağıyev – Ömür keçir – musiqi: Eldar Mansurov
    Ruhəngiz Abdullayeva – Məhəbbət ölməyəcək – musiqi: Eldar Mansurov

    Audio

    Ağadadaş Ağayev – Gəlin gələndə – musiqi: Oqtay Kazımi
    Mübariz Tağıyev – Sən oldun – musiqi: Eldar Mansurov
    Brilliant Dadaşova – Gecikmiş məhəbbət – musiqi: Eldar Mansurov
    İlqar Muradov – Sən oldun – musiqi: Eldar Mansurov
    Heydər Anatollu – Tənhalıq – musiqi: Eldar Mansurov
    Abbas Əhməd – Təki sənin səsin gəlsin – musiqi: Eldar Mansurov
    Səbinə Cabbarzadə – Məhəbbət – musiqi: Eldar Mansurov

  • 10 Mart – Milli Teatr Günüdür

    AZƏRTAC

    10 Mart – Milli Teatr Günüdür

    10.03.2022 [09:00]MƏDƏNİYYƏT

    Bu gün milli teatrımız 149 illiyini qeyd edir

    Bakı, 10 mart, AZƏRTAC

    Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
    AZƏRTAC xəbər verir ki, uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
    Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.
    2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
    Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edib.
    Dövlət Proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.
    Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.
    Ötən illər ərzində Azərbaycan teatrları dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Həmçinin Azərbaycana xarici ölkələrdən teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.
    Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar.
    Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.
    Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 149-cu ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.

  • “ƏLƏSGƏR ÇAĞIRDIM, ƏLƏSGƏR DEDİM”

    Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə töhfə kimi “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyi tərəfindən nəşrə hazırlanan və Alik Zahid oğlu Məmmədovun maddi dəstəyi ilə “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən kitab “Ələsgər çağırdım, Ələsgər dedim” adlanır. Kitabda Xalq şairinin müxtəlif illərdə Aşıq Ələsgərə həsr etdiyi şeirlər və iki poema yer alıb.
    Kitabı nəşrə hazırlayan və redaktoru Əməkdar mədəniyyət işçisi, “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri və “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu, məsləhətçi Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və rəyçi isə Beynəlxalq “Alaş” ədəbi mükafatı laureatı Əkbər Qoşalıdır.

  • “44 GÜN” ədəbi-bədii toplu işıq üzü görüb

    “Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində “44 GÜN” ədəbi-bədii topluda işıq üzü görüb.

    Layihənin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatında qələbə ruhlu şeirlərin yazılmasına və nəşrinə, eyni zamanda qələbəmizin təbliğatına dəstək, Qarabağ zəfərinə yaradıcı müstəvidə münasibəti üzə çıxarmaqdır.

    Layihənin informasiya dəstəyi “Mücrü ART” (http://www.mucru.art) portalıdır.

    Rəsmi informasiya dəstəyi: http://edebiyyat-az.com/

  • Xalq şairi Zəlimxan Yaqubun şeiri “Usare” dərgisində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi, Fərdi Prezident təqaüdçüsü Zəlimxan Yaqubun “Şəhidlərim yatan yerdə” adlı şeiriQardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın organı “Usare” iki aylık kültür, edebiyat, sanat dergisi 27-ci sayında dərc olunub.Azərbaycan dilində dərc olunub. 

    “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

    Koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovdur.

    Qeyd edək ki, bundan öncə gerçəkləşdirilən eyniadlı layihə çərçivəsində Sevimli Xalq şairimiz Zəlimxan Yqubun “Ömrün yolları” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat, incəsənət dərgisinin 109-cu sayında Azərbaycan dilində dərc olunmuşdu.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycanlı şairə Güldərən Vəliyevanın şeiri “Usare” dərgisində işıq üzü görüb

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyevanın Anası istedadlı Azərbaycanlı şairə Güldərən xanım VƏLİYEVAnın “Bayatılar”ı Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın Organı “Usare” ikiaylık kültür sanat ve edebiyat dərgisinin 26-cı sayında Azərbaycan dilində dərc olunub. 

    “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, bundan öncə də şairə-publisist Rahilə Dövranın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dərgisində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • “44 GÜN” ədəbi-bədii toplu işıq üzü görəcək

    “Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində cari ilin fevral ayının sonunda “44 GÜN” ədəbi-bədii topluda işıq üzü görəcək.

    Layihənin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatında qələbə ruhlu şeirlərin yazılmasına və nəşrinə, eyni zamanda qələbəmizin təbliğatına dəstək, Qarabağ zəfərinə yaradıcı müstəvidə münasibəti üzə çıxarmaqdır.

    Layihənin informasiya dəstəyi “Mücrü ART” (www.mucru.art) portalıdır.

    Rəsmi informasiya dəstəyi: http://edebiyyat-az.com/

  • Topladığınız ürəkləri “Mücrü”də 35% endirimə çevirə bilərsiniz

    “Mücrü” nəşriyyatı yazıçı-naşir Müşfiq XAN tərəfindən təsis edilmişdir.
    Mücrü Nəşriyyatı MMC rəsmi olaraq 21 dekabr 2019-cu ildə dövlət qeydiyyatından keçmişdir. Nəşriyyat fəaliyyətə başladığı gündən həm yerli, həm də dünya ədəbiyyatının nəşri məşğul olur. Bura bədii kitablarla yanaşı, uşaq ədəbiyyatı, metodik və akademik nəşrlər; habelə bir çox layihə nəşrlər, promonəşrlər aiddir.
    Şirkət fəaliyyətini aşağıdakı istiqamətlərdə davam etdirir:

    1. “Mücrü” nəşriyyatı
    2. “Mücrü ART” ədəbiyyat və sənət portalı
    3. “Mücrü” kitab evi
    4. “Mücrü” kitab klubu
    5. “Mücrü” uşaq dərgisi
    6. “Mücrü” nəşriyyatı
      “Mücrü” nəşriyyatının seriyaları:
      – “Çoxbilmiş” uşaq seriyası
      Seriyada məktəbəqədər yaşdan başlayaraq orta təhsilin yuxarı sinif yaşlarına qədər oxucular üçün metodik və bədii kitabların nəşri həyata keçirilir.
      – “Abituriyent” seriyası
      Bu seriyada ali məktəblərə, habelə magistratura və dövlət qulluğuna, müəllimlərin işə qəbul imtahanlarına hazırlaşan oxucular üçün metodik və akademik kitablar yayımlanır.
      Bədii kitab seriyaları
      – “Proza” seriyası
      Seriya Azərbaycan müəlliflərinin nəsr nümunələrini nəşrə hazırlayır.
      – “Poeziya” seriyası
      Azərbaycan müəlliflərinin nəzm nümunələrindən ibarət kitabları yayımlayır.
      – “Zirzəmi” seriyası
      Dünya ədəbiyyatının nəsr nümunələrini nəşr edir.
      – “Çardaq” seriyası
      Dünya şairlərinin əsərlərini yayımlayır.
      – “Bir Saatda Tarix” seriyası
      Qısa müddətdə oxuya biləcəyiniz araşdırma, xatirə və məşhurlar haqqında maraqlı məlumatlar yer alır. Hazırda bu seriyada 10-dan çox kitab artıq nəşr edilib.
    7. “Mücrü ART” ədəbiyyat və sənət portalı
      Portalın təsisçisi “Mücrü” nəşriyyatı, baş redaktoru yazar-tərcüməçi Cəl
  • QARACAN İSA oğlu KƏRİMLİ (BORÇALI).”Dəmir yumruq yerindədir”

    Azərbaycan Aşıqlar Birliyinin sədri (2004-2008), Azərbaycan Yazıçılar Birliyinin üzvü,

    Fəxri mədəniyyət işçisi, aşıq-şair

    Qan çalxama qarı düşmən
    Qanlı dərya dərindədir.
    Mərd oğullu millətimin
    Ordusu səngərindədir.

    Sinəndə süngü yarası
    Belə alarlar qisası…
    Daha Qarabağ xülyası
    Qulağının dibindədir…

    Qaracan, mərmidir yağan
    Şimşək sürətli parlayan
    İldırım kimi gurlayan
    Dəmir yumruq yerindədir.

                                   27 sentyabr, 2021-ci il
                                   Bakı şəhəri
  • Azərbaycan Aşıqlar Birliyi (AAB)

    Aşıqların I qurultayı 1928-ci ildə, II qurultayı 1938-ci ildə, III qurultayı isə 1961-ci ildə keçirilib. Azərbaycan Aşıqlarının III qurultayı keçirildi. 1984-cü ilin mart ayının 19-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan aşıqlarının IV qurultayı keçirildi və Mədəniyyət nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Aşıqlar Birliyi yaradıldı, xalq şairi Hüseyn Arif Birliyin sədri seçildi. Azərbaycan Aşıqlar Birliyi 1991-ci ilin iyun ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək müstəqil fəaliyyət göstərməyə başladı.
    1992-ci ildə Hüseyn Arifin vəfatından sonra sədrliok üstündə çəkişmələr üzündə Birliyin fəaliyyəti bir növ iflic vəziyyətinə düşdü.
    Uzun zamandan bəri dağınıq və pərişan vəziyyətdə olan Azərbaycan aşıqları axır ki, Qurultay səviyyəsində bir araya gəldi. 2008-ci il avqust ayının 29-da aşıqların V qurultayı keçirildi. 1928-ci ildə çağırılmış Birinci Aşıqlar Qurultayının üstündən səksən, sonuncu – dördüncü Qurul¬tayın üstündən isə iyirmi beş il keçdikdən sonra ortaya gələn bu tarixi toplantı müstəqillik illərinin ilk Aşıq Qurultayı idi. Azər¬baycan aşıq mü¬hit¬lərinin getdikcə ağırlaşan durumu, aşıqların sosial-mə¬işət və yara¬dı¬cılıq problemləri Qurultay çağırılmasını zərurətə çevirmişdi. 1984-cü ildə keçirilən dördüncü Qurultaydan sonra aşıqların yaradıcılıq təşki¬latının dağılmağa başlaması və çəkişmə-ziddiyyət meydanına çevrilməsi bir sıra xoşagəlməz nəticələr ortaya gətirdiyindən məsələnin ciddi və köklü şəkildə həllinə ehtiyac böyük idi. Bu səbəbdən ustad aşıqların və görkəmli ziyalıların müraciətinə cavab olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çağırılan növbəti Qurultay bir çox problematik məsələlərə aydınlıq gətirdi.
    Qurultayı millət vəkili, akademik Nizami Cəfərov açaraq bu mötəbər tədbiri idarə etməyi akademik Bəkir Nəbiyevdən xahiş etdi. Akademik Bəkir Nəbiyev giriş sözü ilə Qurultay iştirakçılarını salamladı və Qurul¬tayın səlahiyyətli olub-olmaması barədə mandat komissiyasının sədri pro¬fessor Bəhlul Abdullanı kürsüyə dəvət etdi. Mandat komissiyasının sədri 225 nəfərdən ibarət olan Qurultay nümayəndələrinin rayon konfrans¬ları tərəfindən seçilərək göndərildiklərini bildirdi. Qurultayın səlahiyyəti təsdiq olunduqdan sonra söz Azərbaycan Respublikasının Mə¬də¬niyyət və Turizm naziri Əbülfəz Qarayevə verildi. Nazir Azər¬baycan Respublikası Prezidenti İlham Əliyev cənablarının təbrikini Qurultay iştirakçılarına çatdırdı.
    Professor Məhərrəm Qasımlı “Aşıq sənətinin müasir vəziyyəti: prob¬lemləri və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi.
    YUNESKO-nun eksperti, sənətşünas Sənubər Bağırova “Aşıq sənə¬tinin qarşısında duran perspektiv vəzifələr” mövzusunda məruzə etdi.
    Məruzələr ətrafında millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşa¬yeva və Rəfael Hüseynov, professor Qəzənfər Paşayev, professor Sədnik Paşayev, xalq şairi Fikrət Qoca, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əli¬zadə, ustad aşıqlardan Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Gülarə Azaf¬lı və başqaları çıxış edərək aşıq sənətinin tarixi-mədəni dəyəri və çağ¬daş durumu barədə öz mülahizələrini bildirdilər. Aşıq sənətinin Azərbaycan xalqına məxsus unikal mədəni-mənəvi sərvət kimi YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi təklifi çıxış¬çıların əksəriyyəti tərəfindən vurğulandı və qurultay iştirakçıları tərə¬findən dəstəkləndi.
    Qurultay nümayəndələri tərəfindən irəli sürülən namizədlər əsasında açıq səsvermə yolu ilə idarə heyəti seçildi. İdarə heyəti xalq şairi Zəlimxan Yaqubun Aşıqlar Birliyinin sədri seçilməsi təklifini irəli sürdü. Qurultay bu təklifi yekdilliklə təsdiq etdi. Professor, Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlı Birliyin birinci katibi seçildi.
    Professor Məhərrəm Qasımlı Qurultayın Qətnaməsini oxudu. Qət¬na¬mə qəbul olundu.
    Qurultay nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Müraciəti qəbul edildi.
    Qurultayın sonunda aşıqlar geniş konsert proqramı ilə çıxış etdilər.

    * * *

    V Qurultaydan sonra Azərbaycan aşıq sənətində yeni inkişaf mərhələsi başladı. Bu sənətə dövlət səviyyəsində qayğı və diqqət artırıldı, onun təbliği istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyev Fondunun rəhbərliyi və Azərbaycan Respublikası Mədə¬niy¬yət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirildi. “Azər¬baycan aşıq sənəti” faylı hazırlanaraq YUNESKO-ya təqdim edildi. Həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verdi – Azərbaycan dövlətinin, xüsusilə YUNESKO və İSESKO-nun xoş¬mə¬ramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın aşıq sənətinin qo¬run¬ması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 2009-cu ilin 28 sentyabr – 02 oktyabr tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Ko¬mitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi

  • Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb

    Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb. “Türkün taleyi” adlı bu kitabda ölməz söz ustadının böyük Türk dünyasına dərin məhəbbətdən doğan və təkcə Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda da sevilə-sevilə oxunan şeirləri və “Mövlana”, “Yunus Əmrə dastanı”, “Aşıq Veysəl dünyası”, “Turan sevgisi”, “İçimdə ağlayan Krım”, “Çanaqqala dastanı” və “Bir kövrək havadı sazımda Kərkük” poemaları yer alıb.

    Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, “Nəfəs” İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindən reallaşdırılan layihənin rəhbəri və ön sözün müəllifi Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, kitabın tərtibçisi və redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, məsləhətçilər “Beynəlxalq “Alaş” mükafatı laureatı Əkbər Qoşalı və “Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva, buraxılışa məsul isə Regional Hüququ və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovadır.

    Xatırladaq ki, kitabın ilk təqdimatı noyabr ayının sonlarında Türkiyənin paytaxtı Ankara şəhərindəki “Türk Ocaqları” Baş Qərəragahında keçirilib.

    Mənbə: https://moderator.az/

  • Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “BORÇALIDAN ŞUŞAYA GEDƏN YOL” adlı yeni kitabı işıq üzü görüb

    44 günlük müharibədə Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbəyə həsr olunmuş növbəti kitab işıq üzü görüb. “Borçalıdan Şuşaya gedeən yol” adlanan kitabda İkinci Qarabağ müharibəsində iştirak etmiş Borçalı əsilli Azərbaycan vətəndaşları olan şəhid və qazilərimizin keçdikləri şanlı döyüş yolundan bəhs olunur. Kitabda 200 nəfərdən çox əsgər və zabitin həyat və döyüş yolundan bəhs olunur ki, onlardan 12 nəfəri şəhidlik zirvəsinə ucalanlardır. Onların hər biri haqda avtobioqrafik məlumat verilməklə yanaşı, iştirak etdikləri döyüşlərdən bəzi epizodlar da yer alıb. Barələrində kitabda yazılanlardan hətta elələri də var ki, ata-oğul müharibənin odlu-alovlu yollarından keçiblər.

    Knyaz Musayevin kitaba yazdığı ön sözdə də vurğulandığı kimi, “bu yazılar ilk baxışda sadəcə avtobioqrafik məlumatlardan ibarət olsa da, hər birinin arxasında bir insan taleyi var. Və bu yazıları oxuduqca qəhrəman Azərbaycan əsgərinin obrazı gözlərimiz önündə öz əzəməti ilə bir daha canlanır, harada doğulmasından asılı olmayaraq damarında Azərbaycan türkünün qanı axan igidlərimizin cəsurluğu, igidliyi və Vətən sevgisi qəlbimizi qürurla doldurur”.

    El ağsaqqalı, xeyriyəçi Knyaz Musayevin maddi dəstəyi ilə Bakıda “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş, üz qabığında Milli Qəhrəman İlqar Mirzəyevin şəkli əks olunan kitabın müəlifi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru Mahal Tükənlidir.

    Xatırladaq ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş əslən Borçalıdan olan soydaşlarımızın sayı da yüzlərlədir və M.Nəbioğlu bildirib ki, növbəti kitabı onlara həsr olunacaq.

    Mənbə: http://darvaz.com/

  • Mənim səadətim – Şəfa Vəli yazır


    Qapıların açıldığı bütün otaqlar insanın özünə tikdiyi zindandır…  Bu qapıların üzbəüzündə pəncərələr varsa, zindan daha betər olur. “Qapısız-pəncərəsiz otaqmı olar?” – deməyin… Otaqları sevməyin… Ya da elə sevin ki, onun üzünə qapını, pəncərəni bağlamayın; qoyun içinə çəksin dünyanı… Yalnız o zaman o otaqlar sizin dünyanız olar… O dünyanızın içində də heç vaxt dilinizə “tənhayam” sözü gəlməz… 

    İllər öncə bir hekayə yazmışdım – “Qütb adamı”… Hələ üzə çıxarmamışam onu. Bizim ətrafında fırlandığımızdı qütbümüz, ya sevgiylə, ya məcburən… Nə fərqi var ki?  Hamımızın içində bir fırlanma arzusu, hamımızın həyatında bir “qütb adamı” var. Mütləq var! Təkbaşına dizimizi qucaqlayıb oturduğumuz otaqda da o “qütb adamı” bizimlədir. “Yanımızda” olmaq üçün nəinki otağın, heç ömrümüzün də qapısını-pəncərəsini eyninə almır… 

    …Bir də səadətimiz var… Ölçüsünü özümüz təyin etdiyimiz, lazım bildikdə, qıraq-bucağını yeyələyib hamarlamağa çalışdığımız, istədiyimiz donu geyindirdiyimiz, “Tanrı ərməğanı” desək də, özümüzün uydurduğumuz səadətimiz… Həmişə ovcumuzun içindədi o, istədiyimizdə yox saya bilirik, istədiyimizdə həyatımızın baş köşəsində qırmızıdan taxt düzəldib oturduruq… Amma “tənha” otaqlara heç vaxt onu özümüzlə “aparmırıq”, qoyuruq qapının eşiyində… Qapı məhz bunun üçün lazımdı bizə… 

    Amma bu gün çərçivələdiyim səadətimdən yox, həyatıma əlvan bir bahar küləyilə daxil olmuş Səadətimdən danışmaq istəyirəm. Onunla bağlı bütün xatirələrimi büküb qoyuram bir tərəfə, bitmək bilməyən saatlarla dərdləşdiyimiz illəri də ötürürəm düşüncəmdən… Axtarıb tapıram şeirlərindən, oxuyuram… Oxuyuram… 

    “Tanrı sevgisindən libas geymişəm” – deyir bir şeirində… Doğru deyir… O, bunu daxilində hiss edir, mən illərdi zahirdən müşahidə edirəm. 
    Qışın bu çağında “Yaz nağılı”nı oxuyuram… “Günəş buludlarda alovlanardı” misrasına bükürəm qış hikkəmi… Bu gün qışa ögeyəm. Amma onu da bilirəm ki, yazın  əlvan nağılının fon rəngidi qışın bəyazlığı. Bilirəm, yenə qışdan küsürəm. Yenə yaza tələsirəm… 

    Yolumu kəsən “kədərin udum-udum udmasıdır” məni… Bu da Səadət xanımın misrasıdır, əhvalımı anlatmaqçün “mənimsəyirəm”… Sonra da “xəyalın közərən umudlarıyla”  unudulmadığımı umuram.  Unudulduğumda “yaşıl xatirələrin” daha çox üzdüyünü də oxuyuram Səadətimin şeirində…  

    İçimdə böyüyən “ah”ları yenə “yaz nağılı”na saxlayıram. Taleyin bir günü Səadət xanım üzü Xəzərə dayanıb “Yenə də dənizə tökülər ahım” dediyində, yanında olmaq, “ah”ımı “ah”ına qatmaq niyyətindəyəm… Qəfildən ağlıma gələn fikir də “ağıllı” sayılmaz; görəsən, bu niyyətim qışdan çıxacaqmı? Çiynimi çəkirəm ixtiyarsız… 

    “Gülüm, könlümüzə doldu soyuqluq, Elə bil qar düşüb güllərin üstə” – desə də, Səadət xanım, bizim tərəflərdə qar hələ cilvələnməyib… Soyuqluqmu? Dolu nədi, daşır… Boz rəngi sevməyimə baxmayaraq, ruhumdakı bozluğu “soyunmaq” üçün yazıya cummazdım yoxsa.  Belə anlarımda Səadət xanımdan eşitdiyim bir söz vardı həmişə: “Dərdi də dərd etmə özünə, gülüm…”  Bu dəfə isə özü uzaqdadı, amma mənə xitabən yazılan bir misra tapmışam “Düşüncə” şeirində: “A gülüm, ağlama təbiət kimi…” 

    …”Laləli sevgilərin Duyğusu yaman küskün” olur, bunu laləyə olan heyranlığımdan bilirəm. Amma “zümrüd gülüşü solğun  torpağın zamana küskünlüyü”nü daha dərindən anlamaq istəyirəm. Bunun üçün hansısa ilin hansısa ayında, qarışıq əhvallı bir gündə Səadətimlə üz-üzə oturub özümü sözə təslim etməliyəm… Sözə olan sevgimə xilaskar kimi sarılmaq şahmat oyununda “pat” olmaq kimidir. Bunu qulağıma pıçıldayan səs ürəyimim içindədimi, yoxsa başımın üstündə? Bilmirəm… Duyğularımı yollara salmaq istəmirəm. “Sevgi, sevgi!” bağıran iblislər yola çıxır” çünki…  Əbəs yerə “sevgini talenin bənövşə gülüşü” saymır Səadət xanım. Heç boynunu əyməyən, əzəmətli bənövşə görmüsünüz? Bir rüzgarlıq ömrünü məğlub olaraq yaşayır bənövşələr… Sonra da köçüb gedirlər… Səadət xanım demiş, “köçüb gedənlər Anlatmır ağ nağılı…”

    …Telefonuma gələn zənglə bölünür düşüncələrim. Anamdı…

    – Alo? Neynirsən? 

    – Anam mənim… Yazı yazıram Səadət Ələkbərovadan.

    – Hə… Sənin Səadətindən? 

    – Hə… Mənim Səadətimdən.

    – Qəzetdən oxuyaram… 

    – … 
     

    Mənbə: 525.az

  • Ирена Буланова.«А Боги смеялись все утро и вечер…»

    Прекрасное стихотворение о том, что всё случайное в нашей жизни – не случайно:

    А Боги смеялись все утро и вечер
    Смешила их фраза: «Случайная встреча»…

    Они от души, аж до слёз хохотали:
    Наивные люди! Вам шанс просто дали!

    Случайностей мало, счастливых – тем паче!
    Всю жизнь можно ждать, свято веря в удачу…

    А мы вас столкнули совсем не случайно,
    И что с вами будет, поверьте, не тайна…

    «Случайная встреча» в толпе многолюдной…
    Средь сотен людей… – настоящее чудо!

    Так в жизни бывает порой… невзначай:
    «Случайная встреча» – знак свыше – с луча…

    Совпали маршруты и время, и дни…
    Совсем не случайно столкнулись они.

    Понять бы всё это ещё… чтобы впредь
    Любимых своих – как зеницу беречь!

  • Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın “Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib.

    Tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq “Nizami Gəncəvi ili”ndə Azadə Rüstəmovanın rus dilində çap olunan bu kitabının böyük önəm daşıdığını bildirib. Akademik qeyd edib ki, nizamişünaslıq XX əsrin 30-cu illərindən inkişaf etməyə başlayıb. Buna da üç böyük qərarın təsiri olduğunu diqqətə çatdırıb. 1938-ci ildə verilən qərarla Nizami irsinin tərcümə və nəşri sahəsində canlanma olduğunu, nizamişünaslığın təməli qoyulduğunu vurğulayıb. İkinci qərarın ulu öndər Heydər Əliyev, üçüncünün isə cənab Prezident İlham Əliyev tərəfindən verildiyini və bu istiqamətdə xeyli işlər görüldüyünü əlavə edib. 2021-ci ilin sonuna qədər Prezidentin Sərəncamına uyğun olaraq bu sahədə akademiyada qırx kitabın nəşr olunacağını deyib.

    Akademik İsa Həbibbəli belə sanballı nəşrlərdən birinin Azadə Rüstəmovanın “Nizami Gəncəvi sözünün orbitində” kitabı olduğunu bildirib. Eyni zamanda Azadə Rüstəmovanın iki böyük xidmətindən bəhs edib: “Onun birinci xidməti odur ki, o, 40-cı illərdən başlayan nizamişünaslığı mükəmməl sistemli elm səviyyəsinə qaldırıb. İkincisi isə nizamişünaslığın məktəbini yaratması, gələcək nizamişünaslar yetişdirməsidir. Bu kitab da elmi-nəzəri və azərbaycanşünaslıq baxımından çox önəmlidir. “Nizami Gəncəvi ili”nə Ədəbiyyat İnstitutunun hesabatıdır”.

    Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizamişünaslıqda Azadə Rüstəmova mərhələsi” adlı məruzə edib.

    Ardınca Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxış edərək bildirib ki, “mən çox fəxr edirəm ki, onun ilk aspirantı olmuşam. Azadə xanım klassik nizamişünaslığın son böyük nümayəndələrindən biridir. O, elmin “qara fəhləliyindən çəkinmirdi, çox böyük zəhmətkeş idi. Bu kitab onu göstərir ki, bu gün də Azadə xanımın elmi fikirləri aktualdır”. XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı isə “Azadə xanımın kitabının təqdimatı mənim üçün çox önəmlidir. Mən onun dörd-beş kitabını çap etdirmişəm. Ədəbiyyat tarixi kitabında Azadə xanım haqqında oçerki öz üzərimə götürmüşəm” – deyə məluamt verib. Həm də şair Hüseyn Kürdoğlunun Azadə Rüstəmovaya həsr etdiyi bir şeir səsləndirib. Füzulişünaslıq sektorunun müdiri, filologiya elmləri doktoru Ataəmi Mirzəyev çıxışında qeyd edib ki, “mən onunla 1989-cu ildə diplom işimin müdafiəsində tanış olmuşam. Elmi rəhbərim məni akademiyaya gətirərək Azadə xanımla tanış etdi. Beləliklə, mənə müəllim işləmədən birdəfəlik aspiranturaya qəbul olmaq icazəsi verildi. Mövzum orta əsrlərdən olsa da, Nizamişünaslıq şöbəsinin aspirantı oldum”. Filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova da Azadə xanımla tanışlığından bəhs edib: “Mən 1993-cü ildə BDU-da tələbə olarkən Ədəbiyyat İnstitutuna gəlib-gedirdim. O vaxtlardan da Azadə xanımla tanış olmağa başladım və davamçısı oldum. Onun kitabının yenidən nəşr olunmağı çox əlamətdar hadisədir”.

    Sonda Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova həm də Azadə xanımın ailə üzvü kimi tədbirin təşkilatçılarına və çıxış edənlərə böyük minnətdarlığını bildirib. Onun aspirantlarının öz müəllimlərinə qarşı bu cür sayğısını yüksək qiymətləndirib.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Azərbaycanlı yazıçı Mustafa Çəmənlinin “Xallı gürzə” adlı romanı işıq üzü görüb

    “Mücrü” nəşriyyatının “Proza” seriyasından Azərbaycan Yazıçılar və  Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, Əməkdar mədəniyyət işçisi, nasir, publisist, Azərbaycanlı yazıçı Mustafa Çəmənlinin “Xallı gürzə” adlı romanı işıq üzü görüb

    Pənah xan Azərbaycan tarixində parlaq iz qoymuş şəxsiy­yətdir. O, XVIII əsrin əvvəllərində Nadir şahın sarayından qaçaraq bir müddət Qəbələ, Şəki, Qarabağ dağlarında daldalanmış, az sonra Qarabağ xanlığını yaratmış, öz hakimiyyəti dövründə Bayat, Şahbulaq, Pənahabad (Şuşa) şəhər-qalalarının əsasını qoymuşdur.

    Tarixi qaynaqları bədii təxəyyülünə söykək seçən müəllif görkəmli sərkərdə, müdrik dövlət xadimi Pənah xanın Zəmanəyə diz çökməyən obrazını yaratmışdır. Xalqın dövranı qara gələndə Zaman onun böyük oğullarını xallı gürzə timsalında udub məhv edir. Roman bu qayə ilə – zaman və şəxsiyyətin faciəsi fonunda oxucunun qan yaddaşını oyadır, onu daxili düşüncəyə və yaşanmaya sövq edir.

    Mustafa Çəmənli. Xallı gürzə (Tarixi roman) / Bakı, “Mücrü” nəşriyyatı, 420 səh.

    “Mücrü” nəşriyyatının rəsmi razılığı olmadan kitabın, yaxud onun hər hansı bir hissəsinin təkrar çapı qadağandır.

    Mənbə: https://mucrunesriyyati.az

  • Azərbaycanlı yazıçı Natiq Məmmədlinin “Sev” adlı romanı işıq üzü görüb

    “Mücrü” nəşriyyatının “Proza” seriyasından Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tanınmış yazıçı Natiq Məmmədlinin “Sev” adlı romanı işıq üzü görüb.

    “Mücrü” nəşriyyatının rəsmi razılığı olmadan kitabın, yaxud onun hər hansı bir hissəsinin təkrar çapı qadağandır.

    Natiq Məmmədli. Sev. Roman / Bakı, “Mücrü” nəşriyyatı, 388 səh.

    Mənbə: https://mucrunesriyyati.az/

  • Azərbaycanlı yazıçı Tural SAHABIN “Şeytan” adlı romanı işıq üzü görüb

    “Mücrü” nəşriyyatının “Proza” seriyasından yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Gədəbəy Bürosunun Rəhbəri, şair-publisist, yazıçı Tural Sahabın “Şeytan” adlı romanı “Mücrü” Nəşriyyatı tərəfindən işıq üzü görüb.

    Şaxtalı yaz günlərində dağ kəndlərindən birində körpə uşağın xüsusi qəddarlıqla ödürülməsi xəbəri bütün ölkəni silkələyir.

    Şaxtalı yaz günlərində dağ kəndlərindən birində körpə uşağın xüsusi qəddarlıqla ödürülməsi xəbəri bütün ölkəni silkələyir. Təhlükəsizlik orqanları bu işi araşdırmağı xüsusi əməliyyatçıya – Qara Canavar ləqəbli Polkovnik Kürşad Cahangirliyə və onun qrupuna tapşırır. Müxtəlif əməliyyatları uğurla sonlandıran Polkovnik Cahangirlinin peşəkarlığına güvənən təhlükəsizlik orqanları Qara Canavara qatili tapmaq üçün cəmi yeddi gün vaxt verir. Bu yeddi gün ərzində ucqar dağ kəndində Xeyirlə Şərin savaşı, Mələklə Şeytanın mücadiləsi başlayır. Qara Canavarın rəqibi hiyləgər və peşəkar cinayətkar, ruhunu Şeytana satmış, şeytani əxlaqla böyümüş biridir. Ancaq ədalətin qələbisi qaçılmazdır. Bu roman insanın Şeytana çevrilməsi və Şeytanın gec-tez cəzalandırılması haqqında müəlllifin obyektiv təsbitləridir.

    Tural Sahab. Şeytan. Roman. Mücrü Nəşriyyatı. 124 səh.

    Müəllifin və “Mücrü” nəşriyyatının rəsmi razılığı olmadan kitabın, yaxud onun hər hansı bir hissəsinin təkrar çapı qadağandır.

    Mənbə: https://mucrunesriyyati.az/

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCANIM!”

    This image has an empty alt attribute; its file name is necibexanim.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Bu zəfəri bizə bəxş edən şəhidlərimizi böyük ehtiramla yad edib, ruhları qarşıdında baş əyirəm. Qazilərimizə can sağlığı arzu edirəm.

    Gözün aydın olsun Azərbaycanım,

    Mübarək bu əzmin, azad nəfəsin!

    Şanlı Ordumuzun rəşadətiylə,

    Yayıldı dünyaya qələbə səsin!

    Oğullar doğuldu, böyüdü ər tək,

    Silaha sarılıb, vətən dedilər.

    Doğma torpağını azad etməyə,

    Hər biri ən əziz vətən idilər.

    Ali Baş Komandan bir rəhbər kimi,

    “Qarabağ bizimdir”, bizimdir, dedi.

    Milli Ordumuzun mərd ərənləri,

    Bu yolda qələbə lazımdır, dedi.

    Neçə il işğalda olan Qarabağ,

    Bu gün azadlığın nəfəsin duydu.

    İgid oğullarım, mərd oğullarım,

    Yeni bir tarixin təməlin qoydu.

    Qarabağ adının azadlığını,

    Yazdılar vətənin zəfər adına.

    İgidlik rəmzini bir əsgər kimi,

    Bəzədi qəhrəman türk soyadına.

    Füzuli, Zəngilan, Cəbrayıl, Ağdam,

    Aldı sinəsinə al bayrağını.

    Kəlbəcər, Laçınım, Qubadlı, Şuşam,

    Sildi gözümüzdən həsrət dağını.                 

    Qələbə qazandı Azərbaycanım,

    Bu zəfər tarixin silinməz yaşı.

    Sevindi dünyanın hər bir yerində

    Vətənin can deyən qərib soydaşı.

    Gözün aydın olsun Azərbaycanım,

    Qaliblər içində qalib olmuşuq.

    Vətən səmasında azad göyərçin,

    Vətən torpağında səngər qurmuşuq.

    Biz “Odlar Yurdu”yuq, alovlu, odlu,

    Türk oğlu, türk kimi bir cəngavərik..

    Parça-parça olub paralansaq da,

    Yenə bütövləşib, meydanda nərik.             

    Budur qələbəmiz, bayrağımız tək

    Başımız üstündə hey dalğalanır.

    Dəmir yumruq olan vətən sevgimiz

    Ruhumuz önündə öz haqqın anır.

    Susdurdu düşməni igid, ərənlər,

    Dil açıb hər yerdə qürur, əzmimiz.

    Haqqın sədasında ucalsın hər an,

    Oxunsun hər yanda vətən himnimiz.

    Biz Turan elliyik, türk oğlu türkük,

    Əl-ələ vermişik vətən göyündə.

    Qoy bilsin hər bir kəs qələbəmizlə

    Turan yaradırıq vətən deyəndə.

    Azad yaşayacaq gələcək nəsil,

    Bu zəfər hər kəsə doğma ocaqdı.

    Qələbə qazanan Azərbaycanım,

    Həqiqət yolunda dayanacaqdı!

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Dönub xəyallarım sısqa yağışa”

    This image has an empty alt attribute; its file name is necibexanim.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Dönub xəyallarım sısqa yağışa,

    İlqarım ağlıyır, əhdim ağlıyır.

    Dönüb yollarımda qarlı yagışa,

    Yenicə dil açan bəxtim ağlayır.

    Sən demə aldanıb yaz vədəsinə,

    Indi də baxıram qışa dönmuşəm.

    Uymuşam eşqimin bülbül səsinə,

    Yuvası dagılmış quşa dönmuşəm.

    Yazdıgım məktublar düşür yadıma,

    Danlayır üzümü yazdıgım sözlər.

    Məni öz hökmüylə məhkum eylədi.

    Gözümə yıgılan, o yollar, izlər.

    Həsrətin gözündən asıb özümü,

    Yolçuyam, gedirəm məzar yoluna.

    Dərdimi özumlə kəfənə büküb,

    Girmişəm ölümün şirin qoluna.

  • “Beşmərtəbəli evin altıncı mərtəbəsi” Özbəkistanda

    Özbəkistanda Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı özbək dilində təkrar olaraq “Yanqi asr avlodi” nəşriyyatında kiril, “Global Books” nəşriyyatında latın qrafikası ilə çap olunub.

    Kitab məşhur şair və tərcüməçi, mərhum Usman Kuçkar tərəfindən orijinaldan çevrilmişdi.

    U.Kuçkar uzun illər Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilinə tərcümə edib. O, Xalq yazıçıları Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə” romanlarını, “Baladadaşın ilk məhəbbəti”, “Baladadaşın toy hamamı” povestlərini, Anarın “Mən, sən, o və telefon” kitabını özbək dilinə çevirib və vaxtilə Daşkənddə ayrıca kitab kimi çap olunub.

    Mənbə: https://ayb.az

  • Xalq yazıçısı ANAR.“Təhminənin son sirri”

    Bir ayrılıq, bir ölüm
    Heç biri olmayaydı.
    Ölüm Allah əmridi
    Ayrılıq olmayaydı.

    Tabutu iki tərəfdən dörd kişi çiyinlərinə almışdı. Üçü maskalıydı. İkisi qara, biri çil-çil yaşıl maskada. Dördüncü kişi maskasızdı, amma arxadan üzünü görmək olmurdu. Tabutun qapağı açıqdı. İçində uzadılmış meyit də maskalıydı. Maska ölünün nəyinə gərək? Amma yəqin, başqalarını, məsələn, elə qəbirqazanları yoluxdurmamaq üçün taxıblar üzünə maskanı. Kim bilir, bəlkə elə koronavirusdan ölüb.

    Küçənin tininə yetişdilər. İşıqforda qırmızı işıq yandı. Dayandılar, yaşıl rəngli rəqəmlər bir-bir dəyişirdi: yeddi, altı, beş, dörd, üç, iki, bir… Yaşıl işıq yandı. Tabutu daşıyanlar səkidən küçəyə düşdülər. Küçənin ortasında töyşüməyə başladılar. Tabutu yerə qoydular. Dərhal polis başlarının üstünü aldı: Polis də, təbii ki, maskalıydı.

    – Burda tabut saxlamaq olmaz – dedi – bura nazirliyin stoyankasıdı.

    Tabutu sağ tərəfdən daşıyan maskasını çıxartdı. Bu, Murtuz Balayeviç idi: – Sən kiminlə belə danışırsan? – deyə polisin üstünə qabardı – Mən polkovnikəm. Onun arxasındakı kişi də maskasını çıxartdı: – Mən də KQB-nin mayoruyam – dedi. Dadaş idi. Sol tərəfdəki kişi də maskasını çıxartdı. Polis rişxəndlə: – sən də generalsan yəqin, – dedi. Səfdər dayı: – Yox, mən kassirəm, – dedi.

    Mənbə: https://ayb.az

    Polis: – Mən general-admiral hərləmirəm, – dedi. – Hamınız cərimə verəcəksiniz.

    Ratsiyasıyla harasa xəbər elədi. Murtuz Balayeviç də, Səfdər dayı da, Dadaş da birdən-birə yox oldular. Yox, qaçmadılar, uzaqlaşmadılar, birdən-birə sirab kimi yoxa çıxdılar, havada əriyib itdilər. Polisin çağırdığı evakuator gəldi. Sarı geyimli xidmətçilər tabutu evakuatora yüklədilər. Elə bu an tabutun içindəki meyit başını qaldırıb bağırdı:

    – Zaur, Zaur, bura gəl!

    Zaur – demə, tabutu daşıyan dördüncü adam oymuş – çığırmağa başladı – yox, yox, Məmməd Nəsir, gəlmirəm. Çağırma, gəlmirəm, Məmməd Nəsir!

    Firəngiz Zauru dümsükləyib oyatdı:

    – Nə bağırırsan, Zaur? Dur görək.

    Zaur gözlərini ovuşdura-ovuşdura:

    – Nə bağırırdım ki? – deyə soruşdu.

    Firəngiz:

    – Nə bilim? Məmməd Nəsiri çağırırdın. Məmməd Nəsir sənin o araq dostundu? Onun bir yüz yaşı olar yəqin.

    – Yüz olmasa da, doxsanı çoxdan keçib.

    – Amma yenə araq içməyindən qalmır.

    – Hə də. Deyir ki, dünyada qoca içkibazlar qoca həkimlərdən çoxdu.

    Firəngiz güldü:

    – Onun sözü deyil ki. Yadındadır, Parisdə bir kafeyə getmişdik. Orda divarda yazılmışdı bu sözlər. Bizə tərcümə etdilər. Xeyli güldük – Firəngiz köksünü ötürdü: – Eh, nə gözəl günlər idi… Elə bil yuxuda görmüşəm bütün bunları.

    Zaur:

    – Ola bilsin mən danışmışam bunu Məmməd Nəsirə, onun da ürəyindən olub. Elə tez-tez təkrar edir ki…

    Durub tualetə keçdi, sonra əl-üzünü yudu, dişlərini təmizlədi. Diş məcununun lap dibi qalmışdı. Güclə sıxıb bir neçə damcı çıxartdı. «Sabah pasta almalıyam», – deyə düşündü.

    Otağa keçib masanın arxasında oturdu. Firəngiz armudu stəkana çay süzdü:

    – Yenə ölənlərin sayı artıb, – dedi – bu koronavirus nə zibil şeymiş. Hamımızı qırıb çatacaq.

    Zaur pendir-çörəkdən bir dişdəm alıb: – Ağzıvı xeyirliyə aç – dedi.

    – Görmürsən televizorda nə deyirlər? Yüz faiz sübut ediblər ki, süni virusdu, qəsdən düzəldiblər Çində. Bütün dünya əhalisini qıracaqlar. Çinə nə var? Yarıları qırılsa da, yarısı qalacaq – nə bilim neçə yüz milyon. Vay bizim halımıza. Hamımız öləsiyik. İntəhası geci-tezi var.

    Pendir-çörək Zaurun boğazında qaldı. Çeçədi. Loxmanı birtəhər uddu:

    – Dedim axı, ağzıvı xeyirliyə aç. Öləndə öləcəyik də… İndidən niyə yas tutaq?

    Firəngiz:

    – Hamı ölsə də Məmməd Nəsir sağ qalacaq, – dedi, – səninlə araq içmək üçün.

    Zaur araq məsələsini qulaq ardına vurdu.

    – Allah ağzından eşitsin, – dedi. Bir ay olar kişidən xəbərim yoxdu.

    – Araq içməkçün darıxmısan?

    – Yox, sənə söz vermişəm axı, day dilimə vurmayacam.

    Otağına keçib geyindi. – Çıxıb bir az bulvarda hava alım.

    – Gələndə çörək al. Hə, bir də sarımsaq. Deyirlər, sarımsaq virusun qənimidir.

    Əslində, niyyəti bulvarda gəzmək deyil, Məmməd Nəsirlə görüşmək idi. Yox, içməkçün yox. Firəngizə söz vermişdi ki, dilinə vurmayacaq. Hər halda, ən azı bir-iki ay. Məmməd Nəsirlə isə bir ay olardı görüşmürdülər. Bəlkə, aydan da artıq. Bu gecə gördüyü yuxu heç cür başından çıxmırdı. Zalım oğlu prinsipə düşüb telefon almır. Nəinki cib telefonu, heç adi ev telefonu da yoxdu. Görüşmək istəyəndə gərək evinə təşrif buyurasan. O da evdədirsə, yəni ayıqdırsa…

    Küçəylə addımladıqca qarşısına maskalı adamlar çıxırdı. – Çox nizam-intizamlı xalqımız var, – deyə düşündü. – Bütün deyilənlərə riayət edir.

    İnsan sifətləri yalnız gözdən və alından ibarətdi. Görəsən, ancaq gözlərindən insanı tanımaq olurmı? Hardansa ağlına bəzi müsəlman ölkələrindəki çadralı qadınlar gəldi. Onsuz da bütün sifətləri qapalıdır, görəsən, onlar da maska taxır? Çadranın altından, ya üstündən? Öz qəribə fikrinə özü də gülümsədi.

    Qoşa qala qapılarından girən kimi burnunu kabab iyi çaldı. Neçə vaxtdı yolu İçərişəhərdən düşəndə hər tərəfi bürümüş kabab iyindən rəncidə olurdu. Bu qədər kababxana nəyə gərəkdir axı? Kabab çəkənlər də maska taxır, görəsən? Kababı dişinə çəkənlər necə?

    Haçansa uzaq gəncliyində, çox-çox illər bundan öncə, işlədiyi nəşriyyatın yanından keçdi. Binanın qarşısında Zərdabi mağmın-mağmın oturmuşdu. Daha doğrusu, Zərdabinin hələ o vaxtlardan qalan heykəli. İndi bu binada nəşriyyat-filan yoxdu. Restoran açmışdılar burda.

    Zaura elə gəldi ki, Zərdabini də burda restoranın qapıçısı kimi saxlayıblar – gəlib-gedənləri qarşılayıb yola salsın.

    Binanın yanından keçib, dar dalanla üzüyuxarı getməyə başladı. Bu da Məmməd Nəsirgilin həyəti.

    Darvazadan içəri keçdi, donub qaldı. Məmməd Nəsirin birinci mərtəbədəki ikiotaqlı mənzilinin divarında «Market» sözü yazılmışdı. Marketin qapısından içəri girdi, xudmani dükanın piştaxtasında növ-növ ərzaq malları düzülmüşdü.

    Ən çox da sosiskalar asılmış və altında «halal sosiska» sözləri yazılmışdı.

    Orta yaşlı, qarabuğdayı kişi Zauru görüb ayağa qalxdı, tələsik maska taxtı. Gözləri çəp idi. Zaur: – bax bunu maskada da gözlərindən tanımaq olar, – deyə düşündü. Çəp kişi:

    – Xoş gəlmisiz, – dedi.

    Zaur nədən başlamağı, necə soruşmağı bilmirdi. Satıcı:

    – Mən sizi tanıyıram Zaur bəy, – dedi. – Dayımın dostusuz. Mən də Nəsir dayının bacısı oğluyam da… Adım Rizvandır.

    – Bəs Məmməd Nəsir özü,.. – deyə Zaur sözə başlamışdı ki, Rizvan: – Dayım rəhmətlik sizdən hey danışardı… – dedi.

    – Rəhmətlik? – Zaur quruyub qaldı – Məmməd Nəsir rəhmətə gedib?

    Rizvan təəccübləndi:

    – Bəs bilmirdiz? Bir ay olar rəhmətə getdiyi.

    Zaur karıxıb qalmışdı. Nədənsə, ona elə gəlirdi ki, Məmməd Nəsir əbədidir. Heç vaxt vəfat etməyəcək. Elə bayaq Firəngizin dediyi sözləri də xatırladı. Aman Allah, Məmməd Nəsir də ölərmiş. Hannan hana özünə gəlib:

    -Yox, əlbəttə, eşitməmişdim, – dedi və yalan danışmalı oldu: – Mən özüm də xeyli vaxtdı xəstə yatırdım, odur ki, xəbər tutmamışam.

    Rizvan:

    – Allah haqqı, dayım olduğu üçün demirəm, çox xeyirxah adam idi. Bu evi də mənə özü vəsiyyət eləmişdi. Axı məndən başqa heç kəsi yoxdu. Mənim Nardaranda bir balaca dükanım var. Oranı da saxlamışam, amma dedim şəhərdə də bir balaca dükan açım. Savab işdi. Dayımın da ruhu şad olar. Bir şey almaq istəsəz, peşkəşdi sizə, pul-zad da lazım deyil. Bu sosiskaları İrandan təzə gətiriblər, halal maldı. Nə qədər istəsəz büküm.

    Rizvan əlini sosiskalara sarı uzatdı.

    Zaur:

    – Yox, yox, sağ ol, – dedi. – Bizdə sosiska yeyən yoxdu, Allah kişiyə rəhmət eləsin.

    Kabab iyinə qərq olmuş İçərişəhərin bu qədər doğma, tanış və bu qədər yad, özgələşmiş küçələriylə addımlayaraq düşünürdü:

    «Yox, doğrudan da, nədirsə sirli bir qüvvə var, ismarışlarını yuxularımıza göndərir. Niyə Məmməd Nәsir məhz elə bu gecə yuxuma girdi və elə bil hansı qüvvәsə məni bura çağırdı ki, dostuna baş çək.

    Qəflcə ağlına gələn fikirdən Zaur eyməndi. Bəlkə bu yuxu da bir xəbərdarlıq idi. Məmməd Nəsir məni əbəs yerə çağırmırdı ki…

    Hara çağırırdı onu Məmməd Nəsir? O dünyaya? Zaur daha o dünyaya inanmırdı. Haçansa, çox uzaq gənclik illərində inanırmış ki, ölümdən sonra da başqa bir həyat var. Xüsusilə valideynlərini itirəndən sonra bununla təsəlli tapırdı. İnanırdı ki, onlarla hansısa başqa bir aləmdə mütləq görüşəcək. Özü özünü bu başqa aləmin varlığına inandırmışdı. Axı necə ola bilər, mən varam, fikrim, zehnim, xatirələrim, düşüncələrim, duyğularım var. Birdən-birə bütün bunlar necə yox ola bilər? Bu fikirdən təsəlli tapırdı ki, yox, əlbəttə, bütün bunlar bir an içində heç ola bilməz. Amma günlərin bir günü sadədən sadə bir fikir gəldi başına və bütün gümanlarını alt-üst elədi. Yaxşı, sən dünyaya gələnə qədər hardaydın? Başqa bir dünyada? Əlbəttə, yox. Heçsizlikdə, yoxluqda idin də… Valideynlərinin məhəbbəti sayəsində dünyaya gəldin o mübhəm, qaranlıq heçsizlikdən, bir gün, gec-tez ora da qayıdacaqsan, qaranlıq, səssiz-səmirsiz heçsizliyə. Bu qəfil düşüncə Zauru sarsıtmışdı. Belə çıxırdı ki, axırı heçsizliyə yuvarlanan ömrün, həyatın heç bir mənası yoxmuş. Ay «özündən sonra bir iş qoyub get!», ya nə bilim «bir ağac ək, ev tik, oğul-uşaq sahibi ol», bütün bunlar özünə təsəllidir, aldanışdır, vəssalam. Sən ki, olmayacaqsan, səndən sonra qalan sənin nə vecinə, axı sən bunu bilməyəcəksən. Amma, görünür, insan təsəllisiz də yaşaya bilmir, hökmən özünə təskinlik verməkçün bir şey uydurmalıdır. Zaur da bir gün bunu tapıb sakitləşdi. Gəl elə düşünək ki, başqa bir dünya hər halda var. Doğrudan da, varsa, çox gözəl, bakılılar demiş, əmiri. Yox, əgər heç bir başqa dünya mövcud deyilsə, sən ki, öləndən sonra bunu bilməyəcəksən. Yəni xəyal qırıqlığına uğramayacaqsan. Başqa bir dünyanın olmamasından bixəbər gedəcəksən bu dünyadan…

    «Mən də bu yaşımda gör nələr barədə düşünürəm» – deyə öz-özünü qınadı. Hamısı həştatdandı. Nə qəribə ifadədir bu. Bunu yalnız səksən yaşını adlayandan sonra anlayırsan. Hamısı həştatdandı – bildiklərin, bilmədiklərin, qazandıqların, itirdiklərin… hə, yaxşı yadıma düşdü, çörək almalıyam.

    Dükandan təndir çörəyi aldı. Firəngiz ancaq bu çörəyi yeyir. Evlərinə gəldi. Liftə girib altıncı mərtəbənin düyməsini basdı, lift hərəkətə gələndə yadına düşdü ki, sarımsaq almayıb. Geri qayıdıb evlərinin atındakı dükandan sarımsaq almaq istədi, amma elə bu an lift gəlib altıncı mərtəbədə – onların mənzili olan mərtəbədə dayandı, qapıları açıldı. Bir də geri dönməyə ərindi. «Eyb etməz, viruslar da sarımsaqsız bir gün çox yaşayarlar».

    O da ağlına gəldi ki, son zamanlar viruslar haqqında düşünəndə onları şüurlu məxluq sayır və ona elə gəlir ki, bu şüurlu məxluqlar şüurlu surətdə insanlığı məhv edib planetə hakim olmağı qərarlaşdırıb, bu qərarı həyata keçirirlər.

    Firəngiz:

    – Spartak zəng eləmişdi, – dedi, – səninlə görüşmək istəyir.

    – Xeyir ola…

    – Nə bilim, dedi Zaura vacib sözüm var.

    – Sözü var, özü gəlsin də bizə.

    – Dedim, dedi bir az nasazam.

    – Nə olub, olmaya o da…

    Firəngiz Zaurun sözünü yarımçıq kəsib:

    – Allah eləməsin, – dedi – Spartakı tanımırsan, nazik əyirəndi, yanından yel ötən kimi «yəqin, antologiyadı» deyir. Vasvasının biri…

    – Nə olub axı?

    – Nə bilim vallah. Amma nədirsə, israrla xahiş etdi ki, bu gün gedəsən.

    Zaur artıq paltarını soyunmaq istəyirdi, dayandı:

    – Onda bəlkə elə indi gedim. Axşam futbol var, Macarıstanla oynayırıq, evdə baxmaq istəyirəm,

    – Əvvəl yemək ye, sonra get. Kələm dolması bişirmişəm. Sən axı xoşlayırsan kələm dolmasını…

    Zaur masanın arxasına keçdi, Firəngiz xörəyi gətirib boşqaba çəkdi,

    – Elə bilirsən orda Xalabacı səni ləzzətli xörəyə qonaq edəcək? Ay-hay.

    Xalabacı dediyinin adı Qızbəs idi. Spartakın üçüncü arvadı. Birinci arvadını boşamış, ikinci arvadı Tamara xərçəngdən vəfat etmişdi. Ölümündən iki il qabaq kənddən uzaq qohumlarının cavan qızlarını – Qızbəsi Bakıya gətirtmişdi ki, onlara xidmət etsin. Tamaranın ölümündən bir il sonra Spartak özündən otuz yaş cavan olan Qızbəslə evləndi. Firəngiz bunu heç cür qardaşına bağışlaya bilmirdi. Gör bədbəxt Tamaradan sonra kimi aldı da, kəntoşu, qulluqçularını, xalabacını.

    Elə o vaxt Spartak bacısının bu rəftarından gileylənərək ürəyini Zaura boşaltmışdı. Firəngizə deyə bilmədiklərini yeznəsinə deyirdi: Başımın tükü sayı qadınlarım, sevgililərim olub. Hamısı da bir-birindən gözəl, indi mənim bu yaşımda mənə qadın yox, arvad lazımdı…

    Zauru heç cür başa sala bilmirdi ki, qadın ayrıdı, arvad ayrı. . .

    İllər keçdikcə Firəngizin Qızbəsə münasibəti dəyişmirdi ki dəyişmirdi.

    Zaur onu da xatırlayırdı ki, axı Firəngizin özünün də bu uzun illər ərzində xasiyyəti çox dəyişib, elə bil tamam başqa adam olub. Uzaq gəncliklərində, təzə evlənəndə Firəngizin səsi çıxmazdı, kimsə onu dindirənda qıpqırmızı qızarar, sanki danışmağa söz tapmazdı. İndi maşallah elə bil dilotu yeyib. Nə isə…

    Ac olmasa da, Firəngizin dadlı dolmasını ləzzətlə yedi. Düz deyirmişlər ki, iştah diş altındadır.

    Spartak yataqda idi. Qızbəs ərinin yerini yataq otağında çarpayısında yox, qonaq otağında geniş divan üstündə salmışdı. Spartak mixəyi pijamada idi. Zaur maskada içəri girəndə:

    – Əşşi, çıxart bu zibili, – dedi. – Belə də iş olar, adam üzü görməyə həsrət qalmışıq.

    Firəngizin gümanı düz çıxmadı. Qızbəs:

    – Zaur qardaş, – dedi – yaxşı piti bişirmişəm, bir qab çəkim.

    – Çox sağ ol, – dedi Zaur, – nədənsə, adını çəkməkdən çəkinirdi, bir yandan qorxurdu ki, çaşıb onu Firəngizin qoyduğu adla çağırar: Xalabacı. Bir yandan da Zaura elə gəlirdi ki, adı Qızbəs olsa da, ona Qızbəs (ya Qızbəs xanım, Qızbəs bacı) desən inciyər, – elə bil təhqir edirsən, yəni yetər bəsdi, daha qız istəmirik. Neyləməli ki, beş qızdan sonra atası qoymuşdu ona bu adı.

    Spartak amiranə bir tərzdə: – Yemək istəmir, çay gətir, – dedi.

    Qızbəs:

    – Baş üstə, Spartak müəllim – dedi – Mürəbbəylə içəcəksiz? «içəcəksiz» ikisinə, Zaurla Spartaka yox, tək elə Spartaka aiddi. Zaur bilirdi ki, Qızbəs əriylə hələ də «sizlə» danışır. Gülüşünü güclə saxladı: müəllim, siz! Görəsən, yataqda da ərinə siz və müəllim deyir?

    Spartak: Yüz qramla necəsən, Zaur? – dedi.

    – Yox, dilimə vurmuram. Firəngizə söz vermişəm.

    – Əşşi Fira hardan biləcək? Əla konyakım da var, xalis fransız konyakı.

    – Yox, mən elə çay içərəm. Fira dedi mənə vacib sözün var.

    – Deyəcəm, tələsmə. Onda izin ver mən bir balaca vurum. Yoxsa söhbətimiz tutmaz.

    – Axı xəstəsən. Həkim icazə verir içməyə?

    – Kimdi həkimin sözünə baxan.

    Spartak badəyə viski süzdü. – Buz gətir, – deyə Qısbəsi səslədi. – Çərəz də gətir.

    Qızbəs deyilənləri gətirdi. Masanın arxasında oturdu: – Firəngiz bacı necədi?

    – Sağ olun yaxşıdı. Salamı var.

    Spartak badəyə üç parça buz atdı, Qızbəsə:

    – Sən get – dedi – Zaurla söhbətim var.

    Qızbəs dərhal otaqdan çıxdı. Spartak:

    – Sağ ol, – deyə viskini bir içimə hortdatdı.

    – Fira dedi xəstəsən, amma görürəm, kefindən də qalmırsan:

    Spartak:

    – Bu day son kefimdi, Zaur, – dedi və harasa tələsirmiş kimi badəni yenidən ləbaləb doldurub başına çəkdi.

    – Bilirsən, Zaur, – dedi, – mən həyatımdan razıyam. Hər şey olub ömrümdə. Pis günlərim də olub, yaxşı günlərim də. Ən gözəl qadınlarla olmuşam, eşq macəraları-filan, ən dəbli maşınlarım olub. Pula pul deməmişəm, varlı-karlı dost-aşnam, zövqlə geyinib-kecinmişəm. Dünyanın hər üzünü görmüşəm. Türmədə də yatmışam, paraşanın yanında, böyük şəhərlərdə beşulduz otellərdə də qalmışam, məşhur kazinolarda oynamışam, udmuşam, uduzmuşam, day nə deyim, bunları sən də bilirsən. Yəni bir qismini bilirsən, hamısını yox, əlbəttə. Hamısını heç kəs bilmir. Kaş yaşadığım ömrü bir də yaşaya biləydim, hətta türməsiylə belə. Kaş arxada nə olubsa qarşıda olaydı. Kaş…

    Səsi titrədi. Qəhərlənmişdi.

    Zaur:

    – Nə olub sənə? – dedi. – Hələ qabaqda çox ömrün qalıb…

    Spartak xırıltılı gülüşlə qəhqəhə çəkdi:

    – Hardan? Səksən bir yaşında? «Bütün ömrüm qabaqdadı». Bax bircə bu cümləni deyə bilsəydim dünyanın bütün var-dövlətini bu cümləyə dəyişməzdim. Eh, Zaur, sən nə görmüsən axı bu dünyada?

    – Mənim ömrümü müzakirə etməyə çağırmısan məni?

    – Yox, incimə. Qaynım olsan da, indiyə qədər bilmirəm sən mənə necə münasibət bəsləyirsən. Amma mən səni çox istəyirəm. Doğru sözümdü. Özünü aparmağın, gözü toxluğun, ailəcanablığın. Bizim kişilər belə sözü deməz, amma mən deyirəm: bacımın bəxti gətirib.

    Zaur heç nə demədi.

    Spartak badəni üçüncü dəfə doldurdu:

    – İçirəm bunu sənin sağlığına, – badəni başına çəkdi – ağzına bir-iki püstə atdı. – Yadındadır mənə sillə çəkdiyin? Hə, yadındadı? – deyə sərxoş inadıyla təkrar etdi. Gör bu haçan idi, ilahi…

    – Bunu niyə yada salırsan ki. Gör üstündən nə qədər vaxt keçib. Nə qədər ölüm-itim olub.

    – Yox, nahaq yerə yada salmıram. Üç gün bundan qabaq həkimə getmişdim. Axır vaxtlar nədirsə yaddaşım yaman korlanıb. Birdən ən adi sözləri unuduram. Elə bil sözlər məndən qaçıb gizlənir. Həkim köhnə dostumdu, məni əməlli-başlı müayinə etdi. Çekap deyirlər, nə deyirlər və məlum oldu ki…

    Zaur əndişələndi. «Tupoy olmusan» deyibsə də, bu elə düşünüb ki, xərçəngdi, gizlədirlər».

    – Həkim bilirsən nə dedi?

    – Nə?

    – Dedi səndə altsheymer xəstəliyi başlanıb və bunun qabağını almaq olmur. Bilirsən altsheymer nə deməkdi?

    – Yaddaşın itməsidi, deyəsən, Reyqan da bu xəstəliyə tutulmuşdu gərək ki…

    – Bəli. Yaddaş birdən yox, tədricən, yavaş-yavaş itir. Mən artıq görürsən birdən hansısa sözü yadıma sala bilmirəm. Bayaq sən gələndə üzündə nə vardı?

    – Nə? Maska?

    – Hə də. Bax bu söz birdən-birə qaçıb çıxmışdı yadımdan.

    – Bu söz xəstəlikdən yox, visknin təsiriylə çıxıb yadından.

    – Yox, Zaur, zarafatın yeri deyil. Bu çox ciddi söhbətdi. Çooox ciddi. Həkim dedi ki, bir-iki aya az qala öz adını da unudacaqsan.

    Zaur bilmirdi nə desin.

    Spartak: – Orda stolun üstündə siqaret var – dedi, – çəkirsən? Birini də mənə ver.

    Hər ikisinin siqaretini alışqanla odladı.

    Spartak: Həyatda çox günahlarım olub, Zaur, – dedi. – Düzdür, heç kəsə pislik eləməmişəm. Amma olub ki, arvadlar mənim ucbatımdan boşanıblar, ailələri dağılıb.

    Zaur fəhmlə bu söhbətin hara gedib çıxacağını təxmin etdi, mövzunu dəyişmək istədi.

    – Nəvələrin necədir e… onlardan danış.

    – Nəvələrimin adları da bəzən yadımdan çıxır. Nə isə, bu ayrı söhbətdi. Yaddaşım tamam sıradan çıxmamış, sənə bir sirri açmaq istəyirəm. Çünki bu sirr mənim yaddaşsızlığımda itib-bata bilər. Bağışla məni, Zaur.

    – Nəyə görə bağışlamalıyam səni?

    Spartak bir an susdu, siqaretdən dərin bir qullab alıb yavaş səslə:

    – Təhminəyə görə, – dedi.

    Qohum kimi yaşadıqları uzun illər ərzində də Spartakla hər təkbətək görüşdə Zaurun ürəyi səksəkədəydi ki, Spartak bir gün bu söhbəti sala bilər… Bu mövzuya toxunmağı heç cür istəmirdi.

    Araya yenə üzüntülü, nigaranlıq, təşviş dolu sükut çökdü. Sonra…

    – O gün yaxşı yadındadı? – deyə soruşdu Spartak.

    – Hansı gün?

    – Özünü keyliyə qoyma. Çox gözəl bilirsən hansı günü deyirəm. Sənin mənə şillə vurduğun gün.

    – Əvəzini çıxmaq istəyirsən? – Zaur yenə zarafat dalğasına keçməyə cəhd etdi.

    Amma Spartak tam ciddiyyətlə davam etdi.

    – O gün biz Təhminəylə mənim maşınımda bağdan gəlirdik. Yolda səninlə rastlaşdıq. Dalısını da yadına salım?

    Zaur: – Lazım deyil, – dedi, – yadımdadı.

    Bir an içində uzaq illərin dumanından sıyrılıb çıxdı o səhnə. O günün hər saatı, hər dəqiqəsi Zaurun yaddaşına əbədilik həkk olunmuşdu:

    – Yaxşı, tutalım yadımdadı, – dedi, – nə olsun?

    Spartak bir az əvvəlki adda-budda danışığından fərqli olaraq sözlərini bircə-bircə, aramla və aydın tələffüz etdi: – O olsun ki, – dedi – nə o gün, nə ondan əvvəl, nə ondan sonra Təhminəylə mənim aramda heç bir şey olmayıb. Bilirsən də nə mənada deyirəm.

    Zaur sanki quruyub qalmışdı.

    Spartak siqaretini külqabına basıb söndürdü. – Nə gizlədim, – dedi. – Ondan yaman kəsirdim, xoşuma gəlirdi, bu bəyəm günahdı? Hə, – deyə sərxoş inadıyla təkrar etdi: – Günahdı?

    Zaur bu söhbəti davam etdirmədən, daha heç nə demədən durub getmək istədi. Spartak bunu duymuş kimi:

    – Yox, dayan, getmə, – dedi, – hər şeyi bilməlisən. Bir gün mənə zəng elədi. Bağrım çatlayır, – dedi. – Gəl görüşək. Sevindiyimdən bilmirdim nə edim. Təhminə ilk dəfə özü məni görüşə dəvət edirdi. İndi gəlirəm, – dedim. Tələsik: yox, yox, – dedi – maşınla gəl, şəhərdən çıxaq, dəniz qırağına gedək.

    Pirşağı tərəfdə dəqiq bir yeri dedi, ora sürməyimi istədi.

    Heç nə dinib-danışmırdı. Özüm səni soruşdum. Biz ayrıldıq, – dedi, – amma nə qədər soruşdumsa səbəbini söyləmədi. Gedib dəniz kənarına çatdıq. Maşından düşdü.

    – Sən burda qal ,– dedi. Uzun zaman sahildə gəzişdi.

    Sonra qayıtdı – gedək, – dedi.

    Hara, şəhərə? – deyə soruşdum. Heç nə başa düşmürdüm.

    – Yox, əvvəlcə sizin bağa dəyək.

    Təəccüb qaldım, Zaur, nə gizlədim, telefonla məni görüşə çağıranda da, sonra maşında ayrıldığınızı deyəndə də məndə belə bir fikir oyanmışdı ki, mənimlə əlaqə qurmaq istəyir. Ürəyimdə hətta qadın xislətinin etibarsızlığı haqqında bir-iki təmtəraqlı cümlə də hazırlamışdım. Bağımıza getməyi təklif edəndə bu güman bir az da artdı. Hər nəysə, bağa gəldik.

    Spartak danışdıqca Zaur qəribə, özüyçün belə gözlənilməz hisslər keçirirdi. Bu qədər il ötmüşdü, sanki hər şey unudulmuş, solmuş, sönmüş, ömürdən silinib atılmışdı. İllərdi başqa bir həyatla yaşayırdı və o həyatdan bu həyatda heç bir iz, soraq qalmamışdı. Amma indi Spartak o məşum günü təfərrüatıyla yada saldıqca Zaur çoxdan unudulmuş həyəcanla, təlaş və səbirsizliklə söhbətin davamını gözləyirdi.

    – Bağa girdik. İkinci mərtəbəyə qalxdıq. Eyvanda xeyli dayandı, dinib- danışmırdı, uzun-uzun harasa baxırdı. Quruyub qalmışdım. Axı niyə məni bura dartıb gətirmişdi? Bəlkə, mənim tərəfimdən təşəbbüs gözləyirdi.

    Spartak susub badəsinə viski süzdü, amma içmədi.

    – Bağışla məni, Zaur, – dedi. – Bilirəm sən ona necə deyərlər, romantik hisslər bəsləyirdin. Amma mən o vaxt romantik deyildim. – Güldü, – doğrusu, heç indi də romantik deyiləm. Amma sən zənn etdiyin kimi pis adam da deyildim, vallah. Çox-çox üzr istəyirəm, bunu da deməliyəm. Ona yanaşdım, çiyinlərindən yapışdım, özümə tərəf çəkmək istədim, anında dartınıb qollarımın arasından çıxdı. Məni məzəmmət də eləmədi, ancaq bir söz dedi: – Gedək şəhərə.

    – Bəs bura niyə gəlmişdik? Bir az kobud dedim bunu.

    Sakitcə:

    – Vidalaşmağa, – dedi.

    – Mənimlə burda vidalaşmaq istəyirsən?

    – Səninlə yox, – dedi və təkrar etdi – gedək şəhərə.

    Heç nə başa düşmədim.

    Yenə aralığa sükut çökdü. Bu səfər viskidən bir qurtum aldı, sonra:

    – Səninsə ürəyinə tamam başqa şey gəlmişdi, Zaur. Bunu sənə danışmasaydım dünyadan… – Səsi titrədi, sözünə davam edə bilmədi.

    Spartakgildən çıxanda hava artıq qaralmışdı. Zaur qarışıq hisslər içində addımlayırdı. Sanki bütün ömrü bir neçə an içində gözlərinin önündən kino lenti kimi keçirdi. Bu etirafın bir ömür gecikdiyini düşünürdü. Bəlkə bunu vaxtında dərk etsəydi, tamam başqa bir həyat yaşayacaqdı. Amma keçmişin şərti variantı yoxdu. Olan olmuş, keçən keçmişdi. Heç nəyi qaytarmaq, dəyişmək, başqa cür yönəltmək mümkün deyildi. Niyə? Nədən? Neçin? Suallar içində boğulurdu, beyni qaynayırdı. Spartaka həm nifrət edir, həm minnətdar olurdu.

    Evlərinə çatdı. Liftin düyməsini basdı. Lift işləmirdi. Qapıçının yanına çıxdı. – Lift işləmir – dedi.

    – Həri, işləmir. İki saatdı xarab olub. Sabah usta gəlib düzəldəcək.

    Zaur dərk edirdi ki, iki dəfə infarkt keçirmiş ürəyilə altı mərtəbəni çətin qalxa bilər… Küçədə də qala bilməzdi… Bu boyda şəhərdə getməyə yeri yoxdu. Bu ovqatla balalarının evlərinə necə gedəydi? Bir ömür boyu izah edə bilmədiyini onlara necə başa salaydı? Bəlkə yenə Spartakgilə qayıtsın, yox, bu da mümkün deyildi… Yeganə çıxış – nəyin bahasına olur-olsun, mənzilinə qalxmaqdı. Durduğu yerdən altı mərtəbə yuxarıda onu ömrünün son sığnağı, son təsəllisi, son hayanı gözləyirdi. Yavaş-yavaş pilləkanları qalxmalıydı. Bu, Zaurun həyatda bəlkə də son sınağı, qaytarılası son borcu idi. Addım-addım pillələrlə qalxmağa başladı. Yavaş-yavaş ikinci mərtəbəyə çatdı. Dayandı. Töyşüyürdü. Nəfəsini dərdi. Beş dəqiqədən sonra daha artıq töyşüyərək üçüncü mərtəbəyə qalxdı. Burda xeyli müddət dayanmalı oldu, sonra yenə pillə-pillə qalxmağa başladı. Bu da dördüncü mərtəbə. . . Nə qalıb ki? Nəfəsi kəsilirdi. Daha bir addım…

    31 oktyabr 2021

    Müəllifdən:

    Əski personajlarımla vida hekayəsinə sözardı yazmağa da ehtiyac var. Bir müddət bundan əvvəl hansı tədbirdənsə çıxarkən iki gənc – oğlan və qız mənə yanaşdılar. Nişanlı, ya ər arvad idilər. Bilmirəm. Oğlan:

    – Olar sizə bir sual verim, – dedi. – Olar, – dedim.

    Oğlan: – Zəhmət olmasa sən kənara çəkil, – deyə qızın qolundan tutub bir az aralıya apardı. – İnciməyin, – dedi. – Bir şey soruşmaq istəyirəm sizdən. O bağda Təhminəylə Spartakın arasında bir şey olub? Bilirsiz də nə mənada?

    Oğlanın dupduru gözlərinə baxdım, intizarla cavabımı gözləyirdi. – Yox, – dedim. – Əlbəttə, aralarında heç nə olmayıb.

    Oğlanın elə bil çiçəyi çırtladı. – Çox sağ olun, – deyib sevincək qıza tərəf yollandı. – Gördün? Bəs mən nə deyirdim?

    O gündən xeyli vaxt keçdi. Bir gecə yuxumda Təhminəni gördüm. Təhminə həmin o qızdı, sual verən oğlanın nişanlısı (ya arvadı).

    – Bəs bu şübhə mənim üstümdə qalmaqdadır axı – dedi – o oğlana dediyini oxucularına da çatdırsana…

    Səhər durub bu hekayəni yazdım.

  • “Bütün yollar Şuşaya aparır…” kitabı nəşr olundu

    Bu il 30-31 avqustda Şuşada keçirilımiş Vaqif Poeziya Günləri barədə kitab nəşr edilib.

    Kitaba tanınmış qələm və elm adamlarının Poeziya Günləri, eləcə də Şuşa ilə bağlı təssüratları, səfər qeydləri toplanıb.

    “Bütün yollar Şuşaya aparır…” kitabı Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxış nitqi ilə açılır.

    aybKitab layihəsinin nəşri olan kitabın redaktoru və ön sözün müəllifi AYB katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylidir. 

    Kitab Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun dəstəyilə çap olunub və bu yaxınarda təqdimatı nəzərdə tutulur.

    Mənbə: https://ayb.az

  • Elçin Hüseynbəylinin yeni romanı çap olundu

    Tanınmış yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin “Vida” romanı işıq üzü görüb.

    Kulis.az xəbər verir ki, “Qələm” nəşriyyatında çap olunan roman müəllifin məşhur “Gözünə gün düşür” hekayəsi əsasında yazılıb və “doğulduğun yerdə ölməli” ideyasına söykənir.

    Romanın süjeti psixoloji-dramatik fabula ilə müşaiyət olunur. Yurdu erməni tapdağında olan məşhur və xəstə həkim doğma kəndinə gedir. Onun məqsədi babasının vəsiyyətinə əməl eləmək, doğulduğu yerdə ölmək, amma ondan qabaq bir ağac əkməkdir.

    Erməni hərbçiləri həkimi əsir götürürlər…

    Yazıçı bu dəfə də öz üslubuna sadiq qalıb: bədii dillə danışıq dili sintez olunub, təhkiyəsi şirin və axıcıdır…

    Nəşrin rəhbəri Pərviz Əyyubov, redaktoru Dürdanə İbrahimova Hüseynbəyli, dizayneri Ömər Məmmədovdur.

    Romanı şəhərimizin kitab mağazalarından almaq olar.

    Mənbə: https://ayb.az

  • Xalq yazıçısı Anar: “Əvvəllər hamıya inanırdım…”

    Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın APA-ya müsahibəsi

    – Qəlyanınız hardadır, Anar müəllim?

    – Mən dörd il əvvəl ürək əməliyyatı keçirmişəm. Həkimlər dedi ki, mənə bir dənə də siqaret çəkmək olmaz. İndi nə qəlyan, nə siqar çəkirəm. Siqareti isə gənc yaşlarımdan çəkirdim. İndi tərgitmişəm.

    – Siqaretdən başqa nələri tərgitmisiniz?

    – Hamıya inanmağı. Əvvəllər hamıya inanırdım…

    – Kənardan çox sərt adama bənzəyirsiniz.

    – Mən hər adamla cici-bacı ola bilmirəm. Bu da məncə, təbiidir. Çalışıram, adamlarla aramda sərhəd saxlayım. Amma o adamlar ki, mənə yaxındır, o adamlar mənimlə münasibətdə heç bir gərginlik hiss etmirlər. Mən necə varamsa, o cürəm. Bir dəfə mənim şəklimi verib yazıblar ki, görəsən, bu adam heç gülə bilirmi? Ondan sonra hər yerə gülən şəkillərimi verirəm. Siz də mənim gülən yerdə şəklimi çəkərsiniz (gülür).

    – Azərbaycanın ilk Anarısınız. Sizin əsl soyadınız da Rzayev deyil.

    – Bizim baba soyadımız Məmmədxanlıdır. Atam öz atası Mirzə İbrahimi erkən itirdiyi üçün dayısı Məmmədhüseyn Rzayevin himayəsində böyüyüb. Ona görə də onun soyadını götürüb.

    – Məmmədxanlı soyadındakı “xanın” buna təsiri olmayıb ki?

    – Yox, buna görə, yox. Dayısı ona atalıq etdiyi üçün dayısına hörmət əlaməti olaraq bu soyadı götürüb. Mən isə ümumiyyətlə, heç vaxt Rzayev yazmıram. Sadəcə, Anar yazıram. Azərbaycanda tək ad yazan ilk yazıçı mən olmuşam. Məndən sonra Elçin, Qabil və digərləri tək adla yazmağa başladı. Düzdür, mənə qədər tək adı ilə tanınanlar incəsənətdə vardı, məsələn, Niyazi… Ancaq ədəbiyyatda tək adla ilk dəfə yazan mən olmuşam.

    – Bir tərəfiniz Rəfibəylilər, bir tərəfiniz Məmmədxanlılar. Bəlkə buna görə Sizin ədəbi yaradıcılığınız kəndli, fəhlə həyatından uzaqdır? Sizin əsərlərinizdə fəhlə, kəndli obrazları görmürük.

    – Mən heç vaxt bəy, xan prinsipi ilə yazmamışam. Bədii əsərlərdə o adamlardan, o mühitdən yazıram ki, mənə tanışdır. Bu mühit şəhər ziyalıları mühitidir. Teatr işçiləri, televiziya işçiləri, jurnalistlər, memarlar müəllimlər… Əgər mən fəhlə ailəsində anadan olsaydım, yəqin ki, onlardan yazardım. Kasıb-varlı məsələsinə qalanda, mənim əsərlərimdə kifayət qədər kasıb adam var. “Dantenin yubileyi”ndə Kəbirlinski kasıblıqla yaşayır. “Otel otağı”nda Kərim ehtiyac içində yaşayan bir adamdır. Mən varlılardan yazmamışam. Əksinə, mənim qəhrəmanlarımın çoxu aşağı, ya da orta gəlirə malik olan adamlardır.

    – Bəs, özünüz necə? Yoxsulluq görmüsünüz?

    – Yox, görməmişəm. Atam şair olub, anam şairə. Az-çox qazanıblar. Düzdür, biz heç vaxt çox zəngin də olmamışıq. Ehtiyac içində olduğumuz vaxt evdəki xalçanı da satıblar. Ancaq deyə bilmərəm ki, kasıblıq çəkmişəm.

    – İndi necə?

    – İndi mənim nə dəbdəbəli evim, nə bağım, nə də şəxsi maşınım var. Maaşla, bir də deputat və Prezident təqaüdü ilə dolanıram.

    – Çox vaxt Sizi “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri ilə tanıyırlar. Məncə, Təhminənin məşhurluğunda Meral Konratın, Rasim Ocaqovun da ən az Sizin qədər rolu var. Məsələn, bir oxucu kimi Sizin “Mən, sən, o və telefon” hekayəsini daha çox bəyənirəm, nəinki bu əsəri.

    – Təhminənin populyarlığı mənim xeyrimə olmadı, digər əsərlərimi kölgədə qoydu. Konkret olaraq, deyə bilmərəm ki, bu əsər o biri əsərlərimdən güclüdür, ya zəif. Elə əsərlər olub ki, öz dövründə məşhur olub, sonra unudulub, ancaq “Beş mərtəbəli evin altıncı mərtəbəsi” 50 ildir, öz aktuallığını qoruyur. Bu əsər tək məhəbbətdən bəhs etmir, həm də azad olmayan cəmiyyətdə azad insanın faciəsindən bəhs edir. Təhminə azad olmayan bir cəmiyyətdə azad insandır. Onun bədbəxtliyi bundadır.

    – Azərbaycan cəmiyyətində bu gün Təhminə kimi azad qadınların sayı çoxdurmu?

    – Mən bu fikri bu yaxınlarda demişdim, yenə deyirəm. İndi həyatda elə qadınlar var ki, Təhminə onların yanında rahibədir.

    – Yeri gəlmişkən, feminizmə münasibətiniz necədir?

    – Mən hər şeyin dərəcəsində olmağının tərəfdarıyam: qadınların hüquqları qorunsun, qadınlar aşağılanmasın, qadınların əməyinə görə qiymət verilsin, ancaq feminizmi fetişləşdirməyin tərəfdarı deyiləm. “Qadındırsa, mütləq irəli çəkilməlidir” fikri ilə razı ola bilmərəm. İnsana əməyinə görə qiymət verilməlidir. Mənə elə gəlir ki, feminizmdə bir balaca ifrat var. Hər ifrat da həqiqətdən uzaq olur.

    – Təhminə roluna niyə məhz Meral Konratı çəkmişdiniz? Axı, o dövrdə Meral öz ölkəsində də populyar deyildi. Bundan savayı, Azərbaycanda da bu rolda gözü olan aktrisalar vardı.

    – Rasim istəyirdi ki, bu rola mütləq türk aktrisası çəksin. Biz birlikdə Türkiyəyə getdik. Bir neçə aktrisa ilə tanış olsaq da, Rasim Meralı görən kimi dedi ki, onu çəkəcək. Çəkdi də. Zaur roluna isə bir ərəb aktyoru çəkmək istəyirdi. Nəsə o aktyorla alınmadı. Fəxrəddini çəkdi.

    – Bu gün ədəbiyyatda altmışıncılar nəslini qəbul etməyənlər az deyil. Həmin nəslin nümayəndəsi kimi bu Sizi narahat etmir ki?

    – Allah onlara ağıl, sonra da ömür versin. Ona görə ömür versin deyirəm ki, belə bir söz var: “Kim cavanlıqda qiyamçı deyilsə, onun ürəyi, kim qırx yaşında qiyamçıdırsa, onun ağlı yoxdur”. İndi bunlar iyirmi yaşında qiyamçıdırlarsa, altmış yaşında ağıllı olmalıdırlar. Hər nəslin öz məziyyətləri var. Altmışıncılar ədəbiyyatımızda çox böyük yeniliklər edib. Biz nə özümüzdən əvvəlkiləri, nə də sonrakıları danırıq. Bizdən sonrakılar da bizi danmasın. Altmışıncılar olmasaydı, bu gün bizim ədəbiyyatımız olmazdı.

     Altmışıncıların bir növ bəxti gətirmişdi ki, Xruşşovun yumşaldılma siyasəti dövrünə düşmüşdülər. Həmçinin, sizin də. Ümumiyyətlə, özünüzü şanslı adam hesab edirsinizmi?

    – Nankorluq olar həyatımdan narazılıq etsəm. Mən fəxr edirəm ki, Rəsul Rza ilə Nigar Rəfibəylinin oğluyam. Nə yaxşı ki, mən Zemfira xanım kimi bir qadına rast gəlmişəm. Bacılarımdan, övladlarımdan çox razıyam. Ümumilikdə isə insanın həyatında hər şeydən razı olması mümkün deyil.

    – Zemfira xanım, Vaqif Səmədoğlu, Yusif Səmədoğlu və Siz bir məktəbdə oxumusunuz. Səmədoğluları uşaqlıqdan tanıdığınız üçün çox güman Səməd Vurğun haqqında daha artıq məlumata maliksiniz. Bəzən Səməd Vurğunun kimlərdənsə donos yazmağına dair fikirlər səslənir. Bu fikirlərə münasibətiniz necədir?

    – Mən o fikirləri nadan, alçaq fikirlər sayıram. Səməd Vurğun böyük şairdir, Səməd Vurğun heç kimi satmayıb. Bəli, o, dövrünün tələbləri ilə Stalinə də şeir yazıb, partiyaya da şeir yazıb. Onun dövründə kim bunları yazmayıb ki? Səməd Vurğun ən çətin illərdə “Azərbaycan” şeirini yazıb. “Azərbaycan” şeiri Azərbaycanın poetik xəritəsidir. Milli şüurun oyanmasında Səməd Vurğunun böyük rolu var. Hər insanın səhvləri var. Ola bilsin ki, onun da səhvləri olub. Ancaq onun etdiyi böyük işlərin müqabilində səhvlərini qabartmaq lazım deyil. Ona qarşı o cür nankor münasibət yolverilməzdir. Bir də o yazanlar tək Səməd Vurğunun yox, Cəlil Məmmədquluzadənin də, Sabirin də, Axundzadənin də əleyhinə yazırlar. Elə bil ki, bunu yazan adamlar qəsdən erməni siyasətinə xidmət edirlər. Necə ki, ermənilər deyir, Azərbaycanın heç nəyi yoxdur, nə ədəbiyyatı, nə tarixi, nə də incəsənəti olub, bunu yazanlar da erməni deyəni sübut etmək istəyir. Digər tərəfdən, belə şeylər yazmaqla onlar diqqət çəkmək istəyirlər. İstəyirlər ki, bunlar haqqında desinlər ki, “gör e, bu Səməd Vurğunu tənqid edir”. Belə yollarla qazanılan şöhrətin ömrü üç gündür.

     Bu gün niyə Azərbaycan yazıçısı “Nobel” ala bilmir?

    – Bu, nə abstrakt söhbətdir axı? Gərək mən də bu suala sualla cavab verim ki, niyə Kann, Venetsiya film festivallarında Azərbaycan filmləri birinci yerə çıxmır? Niyə Azərbaycan futbol yığması dünya çempionu deyil?

    – Futbol klubu meydana on bir nəfərlik heyətlə çıxır, Yazıçılar Birliyinin isə görün nə qədər yazıçıyam deyən üzvü var. Bu qədər yazıçı arasında “Nobel” almaq bir yana, neçəsi dünyaya çıxa bilir?

    – Çinin milyard yarım əhalisi var, cəmi bir yazıçısı “Nobel” alıb. Hindistanın bir milyard əhalisi var, cəmi bir yazıçısı “Nobel” alıb. “Nobel”i, əsasən, qərb ölkələri alır. Elə bilirsiniz, “Nobel” almaq asan məsələdir? Bunun siyasi tərəfləri də var axı. Ümumilikdə isə “Nobel” meyar deyil. Cəlil Məmmədquluzadə də “Nobel” almamışdı, Tolstoy da almamışdı, Prust da almamışdı, Kafka da. Bu, nəyi dəyişir? Nə olsun hamımızın xaricdə kitabı çıxıb, bu o demək deyil ki, dünya şöhrətli yazıçıyıq. Mən dünya şöhrətli yazıçı deyiləm, Azərbaycan şöhrətli yazıçıyam və bu, mənə bəsdir. Yazıçı birinci növbədə öz ədəbiyyatına xidmət etməlidir, öz xalqının məhəbbətini qazanmalıdır.

    – Amma, məsələn, Cəlil Məmmədquluzadə də vaxtilə xalqının məhəbbətini qazanmamışdı…

    – Niyə qazanmamışdı? Onu tənqid edənlər Şeyx Nəsrullahlar idi. Öz dövründə guya kimi bəyəniblər ki? Yazıçının bədbəxtliyi odur ki, öz dövründə onu daş-qalaq edirlər, öləndən sonra da o daşlardan heykəlini qoyurlar.

    – Siz Çopur Cabbarlardan olmadınız, elə deyilmi?

    – Olmadım. Mən Sovet dönəmində nə yazmışamsa, bu gün bir sətrini də dəyişmədən çap edə bilərəm. Mənimlə eyni dövrdə yaşayan yazıçılardan çoxumu bu sözü deyə bilər?

    – Elçin deyir…

    – Bəli, Elçin də deyə bilər bu sözü.

    – Elçin, Anar və Əkrəm. Altmışıncıların daim adı birlikdə çəkilən dost yazıçıları…

    – Elçinlə indi də dostuq. Əkrəmlə münasibətlərimiz isə sonradan pozuldu. Mən Əkrəm haqqında danışmaq istəmirəm. Çünki bir kəlmə deyirəm, ondan yapışırlar, onu gedib Əkrəmə deyirlər, Əkrəm danışır, sonra mən cavab verməli oluram. Ona görə də bu haqda danışmayacam. Bir vaxt Əkrəmlə dost olmuşuq, indi dost deyilik. Vəssalam.

    – Ortaq türk dili ilə bağlı fikriniz hələ dəyişməyib ki?

    – Xeyr, mənim fikrim bu gün də dəyişməyib. Mən həmişə bu fikirdə olmuşam ki, ortaq türk dili deyilən bir anlayış yoxdur, başqa bir anlayış var, ortaq ünsiyyət dili. Türkiyə türkcəsi türk xalqları arasında ünsiyyət dili ola bilər.

    – Niyə məhz, Türkiyə türkcəsi?

    – Ona görə ki, Türkiyə uzun zaman müstəqil olan tək türk dövlətidir. Türkiyə türkcəsi də uzun müddət inkişaf gələnəyi olan bir dildir. Əgər desələr ki, ortaq ünsiyyət dili Azərbaycan dili olsun, qırğız deyər niyə qırğız yox, Azərbaycan dili? Desək, qazax dili olsun, özbək deyər, niyə qazax dili olmalıdır? Eləcə də tatar dili. Amma Türkiyə türkcəsi ola bilər. Ancaq azərbaycanlı durub niyə türkcə danışmalıdır? Hər dilin özünəməxsusluğu, öz ənənəsi var. Niyə kimsə öz dilindən imtina etməlidir? Əgər biz o prinsiplə hərəkət edib əlifbamızdan “X” hərfini çıxarsaq, gərək “xırıldıya-xırıldıya can verir” əvəzinə “hırıldıya-hırıldıya can verir” deyək.

    – Övladlarınız da yazır…

    – Hə, düzü, istəmirdim ki, onlar yazıçı olsun. Çünki bilirəm bu işin çətinliyini. Ancaq qabiliyyətləri var, yazırlar. Zövqlü adamlar da onların yazdıqlarını bəyənir. Kimin məndən xoşu gəlmir, övladlarımı da bəyənmir. Mən indi deyəcəm ki, onlar istedadlıdır, o dəqiqə deyəcəklər ki, öz övladlarını tərifləyir, bir ailədən neçə yazıçı olar və s. Alçağın biri yazır ki, Anar ailə üzvlərinə də təqaüd verir. Nə mənim oğlum, nə qızım, nə yoldaşım təqaüd alır. Bircə mən alıram. Günelin hekayələri neçə dilə tərcümə olunub. Özü də bu bizim təşəbbüsümüzlə olmayıb. Həmçinin, Turalın istedadlı əsərləri var. Mən bunu demirəm, təbliğ eləmirəm, ancaq bunu danmaq da istəmirəm. Məndən narazı olan kimi ya atamdan yazırlar, ya uşaqlarımdan. Necə ki, bir vaxtlar mənim acığıma Rəsul Rza haqqında artıq-əskik yazırdılar. Belə şeyləri kişi yazırsa, nakişidir, qadın yazırsa, bunun daha da pis adı var. Mənim uşaqlarımın biri narkoman, ya alkoqolik, qumarbaz olsaydı, bunlar necə sevinərdi.

    – Üzeyir Hacıbəylini ən böyük şuşalı adlandırırlar. Üzeyir bəy haqqında filmin ssenari müəllifi və rejissorusunuz. Filmin bəzi hissələri də Şuşada çəkilib. 29 illik işğaldan sonra Üzeyirin vətənində, filmi çəkdiyiniz Şuşada olanda hansı hisslər keçirdiniz? İşğaldan azad olunmuş Şuşanı necə gördünüz?

    – Bəli, Üzeyir bəyin uşaqlığı Şuşada keçdiyi üçün “Uzun ömrün akkordları” filmini Şuşada çəkmişdik. Şuşa, Şuşanın təbiəti elə həmişəki kimi gözəl idi. Ancaq vandallar şəhərdəki tikililəri dağıdıb xarabazara döndəriblər. Ümid onadır ki, Şuşa yenidən bərpa olunaraq əvvəlkindən də gözəl olacaq.

    – Sizcə, bütün olanlardan sonra azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

    – Azərbaycanlılarla ermənilər Moskvada bir yerdə yaşayırlar, Gürcüstanda, Türkiyədə bir yerdə yaşayırlar. Bu avantürist daşnak erməni millətçiləri olmasa, sadə erməni azərbaycanlılarla niyə yaşamasın? Bunları yoldan çıxaranlar var. Amerikada, Fransada, Rusiyada firavan yaşayan erməni varlıların, öz xalqını qızışdırıb pis günə qoyanların nə veclərinə? Mən həmişə deyirəm ki, erməni ana öz uşağına deyirsə ki, “sən böyüyəndə türk öldürməlisən”, deməli, bu ana cani yetişdirir. O, sabah təkcə türk yox, həm də erməni öldürə bilər. Necə ki, öldürür. Necə ki, o vaxt Sumqayıtda ermənilər erməniləri öldürmüşdü. Erməni millətinə yazığım gəlir. Onlar birdəfəlik başa düşməlidir ki, Azərbaycanla Türkiyə ilə düşmən olmaq onlara heç nə qazandırmayacaq. Normal münasibətlər olsaydı, Qafqaz cənnətə çevrilə bilərdi.

    – Ədəbiyyat ideologiyaya xidmət etməlidirmi?

    – Ədəbiyyat həqiqətə xidmət etməlidir. Əgər həqiqət ideologiyaya uyğun gəlirsə, ancaq o halda ədəbiyyat ideologiyaya xidmət edə bilər.

    – Anar niyə Yazıçılar Birliyinin sədri vəzifəsindən getmir?

    – Deyirlər ki, Anar əvəzedilməz adam deyil, mən də onlarla razı. Ümumiyyətlə, əvəzolunmaz adam yoxdur. Hamını əvəz etmək olar, ancaq Siz 32 ildir ki, mənim əvəzimi axtarırsınız, tapmırsınız axı. Tapın da, niyə tapmırsınız? Çünki birinin istədiyini o biri qrup istəmir. Ona görə də deyirlər ki, qoy, elə Anar qalsın. Əgər məni yüz adam sevirsə, üç adam əleyhimədir. Bu gün Yazıçılar Birliyinin 2000 üzvü var. 2000 üzvdən 1900-ü mənim tərəfimdədir. Mən dörd qurultayda yekdilliklə sədr seçilmişəm. İndi kimsə mənim əleyhimədirsə, bu da təbiidir. Çünki onların təmənnaları var. Biri ad istəyir, biri mükafat, biri təqaüd… Hərdən cavanları da çaşdırırlar. Ancaq mən sevinirəm ki, gec-tez cavanlar da ayılırlar. Bir vaxt deyirdilər ki, biz bayrağımızı Yazıçılar Birliyinə sancacağıq, Anarı avtomatla ordan çıxaracağıq. Biz qoymadıq ki, Yazıçılar Birliyi dağılsın. Gərək buna görə bizə minnətdar olsunlar. Biz buranı qorumasaydıq, onlar buranı otaq-otaq satacaqdılar. Elə davaları da o idi ki, gələk buranı dağıdaq, sataq.

    – Anarın gənclərlə arası necədir?

    – Çox yaxşı. Bir də görürsən, deyirlər ki, Anarın gənclərlə arası yoxdur. Halbuki mən gələndən sonra bura nə qədər gənc gəlib. Çingiz də, rəhmətlik Arif Əmrahoğlu da, Rəşad da bura gələndə cavan idi. Bu gün də Yazıçılar Birliyinə gənc kadrlar gəlməkdədir. Bu gün “Ulduz” jurnalı tamamilə cavanların ixtiyarına verilib. “Gənc Ədiblər Məktəbi” var, Gənclər Şurası var, gənclərə təqaüd veririk, kitablarının təqdimatını keçiririk, mükafat veririk. Bundan artıq gənclərə neyniyə bilərik? O, “cavanların tərəfindəyik” deyənlər desinlər görək onlar cavanlar üçün nə ediblər? Ancaq deyinirlər, vəssalam. Mənim haqqımda ağzına gələni yazanlar, mənim qanımı içməyə hazır olanlar bu gün “Ədəbiyyat qəzeti”ndə ən çox çap olunanlardır. Təqaüd üçün cəmi 50 yer var, o 50 yer üçün də 200 ərizə. Deməli, biz o müraciətlərin ¼-nə təqaüd verə biləcəyik, ¾-ü də bizdən narazı qalıb, başlayacaq əleyhimizə yazmağa. Deyirlər ki, mən bu il təqaüd almasam, ölərəm. Bu günə qədər almamısan, necə yaşamısan? Bir tərəfdən Yazıçılar Birliyi dağılsın deyirlər, bir tərəfdən də Birliyə üzv olmaq üçün ərizə yazırlar. Üzvlük üçün 200-dən artıq ərizə var.

    – Növbəti qurultayda da namizədliyinizi verəcəksinizmi?

    – Bəli, növbəti qurultayda da namizədliyimi verəcəm.

    – Yorulmamısınız?

    – Hərdən düşünürəm ki, bəlkə də mən başqa yolla getməliydim ki, çoxlu pulum, sərvətim olsun, keflə yaşayım. Əvəzində yüzlərlə yazıçının qayğısını, hətta nazını çəkməli oldum. Mənim bütün həyatım zəhmətlə keçib. 32 ildir, Yazıçılar Birliyində nə əziyyət çəkirəm, bir Allah bilir. Mən inanıram ki, Allah var, o bunları görür. Mən Allaha uşaqlıqdan inanmışam, həmişə inanmışam.

    – Bəs, o biri dünyaya necə?

    – Allaha inanıramsa, deməli, o biri dünyaya da inanıram. Allah varsa, deməli, başqa bir dünya da var. Bəlkə bu bir az eqoist hissdir, mən Allaha bir də ona görə inanıram ki, məni o dünyada da yaşadacaq.

    – O qədərmi arxayınsınız o dünyanızdan?

    – Arxayın deyiləm. Heç bir şeyə arxayın olmaq olmaz. Burda bir məqam var. Əgər o dünya varsa, biz orda da belə oturub söhbət edə biləcəyik. Əgər yoxdursa, mən bunu bilməyəcəm.

    – Savablarınız çoxdur, yoxsa günahlarınız?

    – Savablarım…

    Mənbə: https://ayb.az

  • Vedat FİDANBOY.”GÖZLER DEĞİL AĞLAR YÜREK”

    (AŞKA AĞIT)

    Gözler değil, ağlar yürek

    Yok olmaya başlarsa aşk.

    Dünyamıza kalmaz gerek;

    Yok olmaya başlarsa aşk.

    Görmez olur oğlan kızı,

    İmhâ eder çoklar azı,

    Âşıklarım çalmaz sazı

    Yok olmaya başlarsa aşk

    Ağyâri yâr, cânân sanır,

    Bülbül gülü pek zor tanır,

    Zevkler biter, dert şahlanır,

    Yok olmaya başlarsa aşk.

    Vermez ışık mehtâp aya,

    Hasret kalır toprak suya,

    Hiçbir gönül tutmaz maya,

    Yok olmaya başlarsa aşk.

  • Ayla Bağ.”UD YAPMA USTASI BASRİ YILDIRIM”

    21 Şubat 2021 günü, bir ulu çınarı, kültür hazinesi ud ustası Basri Yıldırım ustamın vefatını üzüntüyle öğrenmiş bulunmaktayım.

    Kederli ailesine Allah’tan rahmet diliyorum, mekânı cennet olsun yakınlarına sabırlar diliyorum.

    18 Aralık 2016 Pazar günü yaptığım söyleşiyi sizlerle paylaşıyorum.

    “Zanaatkârlarımız; Anadolu’nun mayası olan bu topraklarda yerel tohumların içinde evrensel değerleri barındıran birer hazinedir” Böyle bir güzelliği tanıdığım için çok mutluyum. Güler yüzüyle babacan tavrıyla bizi karşılaması ve misafir etmesi kalbinin kapılarını sonuna kadar açıp duygularını ve tecrübelerini bizimle yürekten paylaşması benim için çok önemli ve mutluluk vericiydi.

    Basri Yıldırım ustamın hayat hikâyesinden öğreneceğimiz çok şey var.

    1934 doğumlu Basri Usta söze şöyle başlıyor:

    “Üç çocuk babasıyım. 15 sene ayakkabıcılık yaptım çocukları okuttum kızım. 15 sene inşaatlarda çalıştım çocuklarımı evlendirdim. Yurt dışında 6 sene kaldım vatan hasretine dayanamadım geri döndüm. Aslen Abaza Çerkezi’yim, Kafkaslardan gelmişiz. Alan köyüne yerleşmişiz. 45 yıldır Tokat’tayım. Emekli olduktan sonra görerek merak üzerine bu sanatı öğrendim. Aslında ayakkabı yapıştırma ustasıyım. 82 yaşındayım 84’üncü udumu yapıyorum.

    Ud yapımında kullandığımız ağaçlar genellikle maun, venge, ceviz, gürgen, şahşup ağacı, selvi ve gül ağacından yapılır.

    Yanımda birçok usta yetiştirdim. Bu sanatı Türkiye’de yapan 300 kişiden birisiyim.

    Eskiden Süryaniler, Ermeniler yaparmış bu sanatı. Şimdi o ustalardan kalmadı. Kültür bakanlığı zanaatçısıyım. İnsanları çok seviyorum.

    Buradan gençlere sesleniyorum. Birbirlerini kırmasınlar, incitmesinler, dedikodu yapmasınlar. Herkesin bir hayali olsun.

    Hayalsiz insan bitkiden sayılır.

    Benim hayalim Türkiye’mizin iyi olmasını hayal ediyorum. Kökenimiz bir, ayrımız gayrımız yok, bir olalım iri olalım, diri olalım.

    Sivas, Tokat, Ankara’yı çok iyi bilirim. Malatya’yı da çok severim. İnsanı halkı temiz şehirlerdir buralar.

    Gül deyince aklıma sevgi gelir. Fedakârlık vara yoğa katlanan insan, karım gelir aklıma.” diyor Basri usta.

    Tokat’ta Taşhan’daki dükkânında zanaatını yaşatmaya çalışan Basri amca aynı zamanda böbrek yetmezliğinden diyalize giriyor ama bu hastalık onu hiç yıldırmamış. “sabahleyin diyalize gidiyorum öğleden sonra dükkânı açıp çalışıyorum kızım üretmek beni mutlu ediyor.” derken ondaki azmi ve hayata bağlılığını görmek yaş yetmiş, iş bitmiş sözünü çöpe attırıyor. Teşekkürler Basri amca bize yaptıklarınla, yaşamınla örnek olduğun için. “Bir işten sıyrıldığında, dinlenmek için başka bir işe koş” ayetinin yaşayan bir örneği olarak bize gerçeği hatırlattığınız için çok çok teşekkür ederim.

    Vefatından altı ay sonra

    25 Ağustos 2021 günü görüştüğüm oğlu Dr. Hasan Yıldırım’dan 86 yaşında hayata gözlerini yuman Basri Yıldırım ustamı dinleyelim:

    “Ben büyüyünce babam gibi olmak istedim. O, çok idealist özel bir adamdı. Herkesin babası özeldir ama benim babam gerçekten çok güzel bir adamdı. Pala bıyıklı, sekiz köşe kasketiyle, ayakkabısı boyalı, takım elbiseli temiz bir adamdı. Bizi çok özgür büyüttü. Baskı yapmazdı. Hiç haram yemedi. İnşaat ustalığı ve ayakkabı ustalığı yaptı yıllarca. Çocukları çok severdi.

    Dükkâna gelen çocuklara şeker ikram eder kolonya dökerdi. Babam emeğiyle yaşayan bir adamdı. Çalıştığı işleri kendi işi gibi yapardı. İşten kaytarmasını bilmezdi. Babam akıllı adamdı. Olumsuz şeylerin olumlu yönlerini gören bir insandı. Kötülüğü dillendirmezdi. Oğlum iyi şeyleri konuşun derdi. Babam bir erendi. Hayatından hiç şikâyet etmedi. Cömert bir adamdı. Eli açıktı. Kendinden düşük olanı gözetleyen bir adamdı. Babam gördüğü şeyi yapardı. Babam bu zanaatkâr yönü ile amcasına benzemiş. Babamın amcası Sabri amcam da çok güzel tüfek dipçiği yapan, köylerde inşaatlarda çalışarak ev yapan usta bir adammış.

    Babam biz çocukken Almanya’ya gurbete çalışmaya gitti. Bir yıl sonra bizi de götürdü. Fakat bizim orada aldığımız eğitimle özümüzü unutacağımıza kanaat getirdi ve bizi bir yıl sonra memlekete geri gönderdi. Kendisi de 6 yıl bu gurbetliğe dayanabildi ve çok sevdiği vatanına ailesine geri döndü.

    Ben burada saz kursuna gittim. Babam sanata çok önem verirdi. İlkokula gitmeden önce bana ilk sazımı Almanya’da miğferden yaptı ve saz çalmasını babam öğretti. Beni de müzik alanında çok destekledi. Ud çalıyorum. Babamın yaptığı iki tane udum var.

    1966 Tokat doğumluyum. İlk, orta ve liseyi burada bitirdim. Erzurum Atatürk Üniversitesi Tıp Fakültesinden mezun oldum. Samsun’da ihtisasımı çocuk üzerine yaptım. Çocuk doktoruyum. 29 yıl devletimizin çeşitli yerlerinde ki hastanelerinde çalıştım. İki yıl önce emekli oldum. Şimdi özel bir hastanede çocuk hastalıkları uzmanı olarak çalışıyorum.

    Bir insanın hayatında aile ve arkadaş çok önemli onların kıymetini iyi bilmek gerekiyor. Ben 2005 yılında çok büyük bir kaza geçirdim ve ailemi eşimi ve çocuklarımı kaybettim. O zor zamanlarımda ailemden, babamdan çok büyük destek aldım. Ailemin varlığı beni mutlu etti. Kötü günlerimde Babam dağ gibi arkamdaydı. Kardeşlerim ihtiyacım olduğunda hep yanımdaydı. Şimdi yeniden evlendim ve iki oğlum var. Eşim beni hayata yeniden bağladı. Birbirimizin yaralarını sardık. Yeni bir hayata başlarken, kazadan önce ve kazadan sonra diye hayatımı ikiye ayırdım. Yaşarken birbirimizin kıymetini bilelim. Anı yaşamayı öğrenelim ve seni seviyorum cümlesini sevdiklerimizden esirgemeyelim. Aile cennettir. Herkes hayatını gereği gibi yaşasın. Hiç bir şeyin sahibi biz değiliz. Verende O, alanda O. Biz emanetçiyiz. Bunu öğrendim bu âlemde. Aldığımız nefese şükretmek lazım. Kimseye muhtaç olmamak için çalışıyorum. Çalışmak en büyük ibadet derdi babam.

    Babam annemi çok severdi. Anneme çok değer verirdi. Kadına saygıyı ben babamdan öğrendim. Bu adam benim babam türküsünü Fatih Kısaparmak benim için söylüyor. Çünkü benim babamı tarif ediyor.

    Bu adam benim babam

    Sekiz köşe kasketiyle

    Omuzunda sekosuyla, hey

    Bu adam benim babam

    Bir gün olsun gülmemiş

    Rahat nedir bilmemiş

    Gözyaşını hiç silmemiş

    Bir lokma ekmek için kimseye eğilmemiş

    Bu adam benim babam, hey

    Ağlama benim babam

    Sızlama naçar babam

    Kara gün geçer babam, hey

    Bir kapıyı kapayan gene açar babam

    Allah büyüktür babam, hey

    Türküsü beni daima hüzünlendirir ve gururlandırır.

    Babam Çerkez’dir. Dedelerimiz Çerkez sürgününde Kafkaslardan gelmişler. Dedemler Alan köyüne yerleşmişler. Nenem Gülpınar köyünden.

    Annem Biskeni köyünden. Annemin babası Erkiletli’dir. Babam rahmetli olalı henüz altı ay oldu onu çok özlüyorum. Allah’tan rahmet diliyorum. Yattığı yerler nurla dolsun.” i.

    86 yıllık bir ömre damgasını çalışarak vuran ve “Hayalsiz insan bitkiden sayılır “kızım diyerek insan olmanın altını çizen” Basri Ustamın hikâyesini oğlundan dinledik. Bu adam benim babam derken:” Harama bakma, haram yeme, haram içme. Doğru, sabırlı, dayanıklı ol. Yalan söyleme. Büyüklerinden önce söze başlama. Kimseyi kandırma. Kanaatkâr ol. Dünya malına tamah etme. Yanlış ölçme. Eksik tartma. Kuvvetli ve üstün durumda iken, affetmesini, hiddetli iken yumuşak davranmasını bil ve kendin muhtaç iken bile başkalarına verecek kadar cömert ol.” derken ahilik kültürünün değerlerini bize hatırlattı.

  • Rasim YILMAZ.”YILDIZ DAĞI”

    Zirvelere sevdalı kışlara âşık gibi

    Bembeyaz umutları taşıyor Yıldız Dağı

    Bulutlar üzerinde gezer al ışık gibi

    Efsanevi düşleri yaşıyor Yıldız Dağı.

    Bilinmez suyunda mı havasında mıdır giz

    Semasında dolanan kuşlar ürkek ve sessiz

    Mısralara seslenen şairin resmini çiz

    Üstüne kar doldukça ışıyor Yıldız Dağı

    Sivas2ın sinesine yaslanınca otağı

    Pir Sultan’ı, Kerem’i yaşatıyor o çağı

    Neşeyle dolaşırken üstünde birlik bağı

    Kederi tasayı aşıyor Yıldız Dağı

    Eğlenir kucağında börtüşü böcekleri

    Doğasını görenler unutur gerçekleri

    Delince toprağını aşkla kar çiçekleri

    Bambaşka umutlarla coşuyor Yıldız Dağı

  • Nəcməddin Mürvətov.”BABAMIN EVİNİN DAŞI”

    Usta, ehmal tərpən, xətrinə dəymə,

    Qoy, qaytar yerinə, olma ha naşı.

    Divara tarazla, zərrəcə əymə,

    İnciyər babamın evinin daşı.

    Bezib laqeydlikdən, biganəlikdən,

    Bax, düşüb getməyə bilmirəm hara.

    Açmaqla, göz dağı böyük dəlikdən

    Geniş yol, köksümdə qəmə, qubara.

    Sarıb varlığımı xəcalət təri,

    Önündə durmuşam səssiz-səmirsiz.

    Məndə vecsizliyin böyük  “hünəri”,

    Daşı da edibmiş demə səbrsiz.

    Arxa-dönənimdən ər dədələrin

    Əli sığallayıb bu çopur daşı.

    Miras nə, qanmayan biz gədələrin

    Ayrı mətləblərə qarışıb başı.

    Diz çöküb, yalvarıb-yaxarsam görən,

    Keçər günahımdan, bağışlar məni?

    Qaytar qoy yerinə, ay divar hörən

    Azaldım özümə sonsuz tənəni.

  • Tovuz rayonunda Vətən Müharibəsi şəhidlərinin ailələrinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

    Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ayan Palace” otelində Vətən Müharibəsi şəhidlərinin ailələrinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin quruluşçu rejissoru Azərbaycan Televiziyasının Telefilm Yaradıcılıq Birliyinin aparıcı rejissoru  Elnurə Kazımovadır. Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra möhtəşəm Zəfərə həsr olunmuş  videoçarx nümayiş etdirilib.

    Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək bildirib ki, “bu gün Azərbaycan xalqı möhtəşəm Zəfər Gününü qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 noyabr tarixini Azərbaycan Respublikasında Zəfər Günü olaraq təsis etmişdir. Xalqımızın qalibiyyət rəmzi  olan Şuşa şəhərinin noyabrın 8-də 28 ildən sonra əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Noyabrın 10-da döyüş əməliyyatları dayandırıldı və atəşkəslə əlaqədar üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat eyni zamanda Azərbaycanın şanlı qələbəsinin elan olunması demək idi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev döyüş meydanındakı qətiyyətini, gücünü, qüdrətini danışıqlar masasında da davam etdirdi, düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kəlbəcər, Ağdam, Laçın əraziləri Ali Baş Komandanımızın sayəsində bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Güclü Xalq-Ordu birliyi və Ali Baş Komandanın məharətli sərkərdəliyi ilə həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində torpaqlarımız işğaldan azad olundu. Tarixi Zəfərimizdə qardaş Türkiyənin və Pakistanın mənəvi-siyasi dəstəyi də xüsusi qeyd olunmalıdır. Bu Zəfər günündə torpaqlarımızın azad olunması üçün hər birimizin Qəhrəman şəhidlərimizə əbədi bir borcumuzun olduğunu xüsusi vurğulayıram. Müharibə dövrü Ali Baş Komandan döyüş cəbhəsi ilə yanaşı, informasiya cəbhəsinə də komandanlığı öz üzərinə götürmüşdü. O, müxtəlif dillərdə erməni yalanlarını və Azərbaycan həqiqətlərini təkzibolunmaz dəlillərlə dünyaya çatdırırdı. Qürurverici haldır ki, Tovuzumuzun yüzlərlə oğulları da Azərbaycanın haqq savaşında igidlik göstərərək Orden və medallarla təltif olundular. Bunlardan iki nəfəri Cabbarov Orxan Rövşən oğlu və Əhmədov Yaşar Mirağa oğlu ən yüksək fəxri ada – Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldülər. Əsrlərdən sonra qazandığımız tarixi Zəfərimiz tariximizə qızıl hərflərlə yazılacaq. Azərbaycan cəmiyyəti, Azərbaycan Xalqı üçün yeni həyat, yeni tarix başlayır. Qarabağa “Böyük Qayıdış” və bölgənin gələcəyi üçün inamlı addımlar atılır. Zəfərimiz dalınca Zəfərlər gəlir”.

    Sonra Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Cabbarov Orxan Rövşən oğlunun anası Yeganə Rüstəmova, şəhid Hüseynov Cavid Natiq oğlunun atası Natiq Hüseynov, şəhid Şirinov Elmar Cəbrayıl oğlunun anası Amana Nəsirova, şəhid Quliyev Ruslan Şaxsəddin oğlunun anası Sədaqət Əliyeva, Şəhid Əhmədov Elmar Elşən oğlunun anası Xoşqədəm Əhmədova, şəhid Hüseynov Cavid Hümbət oğlunun anası Sərəngül Hüseynova, Şəhid Anar Hüseynovun yadigarı Nurlan Hüseynov çıxış edibər. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə cənab Prezidentə sonsuz minnətdarlıqlarını bildiriblər.

    Daha sonra icra başçısı Məmməd Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təltif olunmuş Vətən müharibəsi Şəhidlərinin medallarını onların ailə üzvlərinə təqdim edib.

    Tədbir həm Bakıdan gələn, həm də Tovuzun incəsənət ustalarının geniş konsert proqramı ilə davam edib. Həmçinin Tovuz rayon İcra Hakimiyyəti Heydər Əliyev adına Meydanda Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib. Konsertdən əvvəl rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək tovuzlulara və rayona gələn qonaqlara Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

    Sonra Respublika və rayon incəsənət ustalarının iştirakı ilə keçirilən konsertdə Zəfər Gününə, Ali Baş Komandanımıza, Ordumuza, Vətənimizə həsr olunmuş şerlər, mahnılar səsləndirilmişdir.

    Meydana toplaşan minlərlə rayon sakini qazilərin, Vətən müharibəsi iştirakçılarının çıxışlarını və rəqslərini böyük hərarət və alqışlarla qarşılayıb. Tədbir atəşfəşanlıqla başa çatıb.

  • Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub


    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi” fəaliyyətə başlayıb. Bu münasibətlə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Ədəbiyyat İnstitutunun qonağı olub. Direktorluqda başlayan görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli səfiri salamlayaraq ona İnstitutun Azərbaycan-Pakistan ədəbi əlaqələrinin inkişafı istiqamətində gördüyü işlər və nəzərdə tutduğu fəaliyyət planı ilə bağlı məlumat verib. Alademik İsa Həbibbəyli qeyd edib ki, 44 günlük Vətən savaşında və ondan sonrakı dövrdə Pakistanın Azərbaycana göstərdiyi dəstək əsl qardaşlığın nümunəsidir. Pakistanın Azərbaycandakı səfiri Bilal Haye dəvətə görə akademik İsa Həbibbəyliyə öz minnətdarlığını bildirərək Azərbaycanla Pakistanın ədəbi əlaqələr istiqamətində əməkdaşlığının qurulması üçün dəstək verməyə hazır olduqlarını ifadə edib.

    Daha sonra akademik İsa Həbibbəyli, səfir Bilal Haye və İnstitut əməkdaşları ilə birgə Pakistan ədəbiyyatı mərkəzi”nin açılışını ediblər. Mərkəzdə Azərbaycan və Pakistan bayraqları, hər iki ölkənin görkəmli dövlət və siyasət xadimlərinin şəkilləri və kitabların nümayiş olunduğu sərgi qurulub. Akademik İsa Həbibbəyli qardaş Pakistan dövlətinin səfirinin iştirakı ilə “Pakistan ədəbiyyatı mərkəzi”nin açılmasını ölkələrimiz üçün önəmli hadisə adlandırıb. Bu mərkəzdə Pakistan ədəbiyyatının araşdırılması yönündə işlər aparılacağını bildirib. Pakistanın Azərbaycandakı səfiri Bilal Haye də belə bir mərkəzin açılmasını dostluq və qardaşlığımızın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Xalq şairi Zəlimxan YAQUB.”BƏHMƏN VƏTƏNOĞLUNA MƏKTUBLAR” SİLSİLƏSİNDƏN

    I
    DAĞLAR

    Səndən ayrılanda bir ah çəkmişəm,
    Kərəmtək yandırıb ah məni, dağlar!
    Daramır saçımı sənsiz küləklər,
    Sənsiz heç oxşamır meh məni, dağlar!

    Şirin görüşlərin ömrü kəm olar,
    Gözüm yaşla dolar, könlüm qəm olar.
    Cənnətim çevrilib cəhənnəm olar,
    Olmasam dağların mehmanı, dağlar!

    Hər dərddən xəbərdar, hər işdən halı,
    Şairdi daşıyan min qilü-qalı.
    Zəlimxan düşsə də səndən aralı,
    Saxla gözün üstə Bəhməni, dağlar!

    II
    GÖNDƏRİM

    Bəhmən, hədələrdən qorunmaq üçün
    Yarağın yoxdursa, yaraq göndərim.
    Dərdini deməyə dərdli bir qələm,
    Şerini yazmağa varaq göndərim.

    Qoşun bil, özünü təkləmə, qardaş,
    Ürəyi bu qədər yükləmə, qardaş.
    Qəlbi qəm üstünə kökləmə, qardaş,
    Lazımsa, eşqimi dayaq göndərim.

    Cam olum, içməyə camın yoxdusa,
    Tam olum, dadmağa tamın yoxdusa,
    Gecə yandırmağa şamın yoxdusa,
    İki gözlərimi çıraq göndərim!

    Ellərə doğmadır şairin səsi,
    Mən necə sevməyim el sevən kəsi?
    Geniş aç qapını, ay ev yiyəsi,
    Şair Zəlimxanı qonaq göndərim!

  • Xalq şairi Xəlil Rza ULTÜRK.”Azadlıq”

    Azadlığı istəmirəm
    Zərrə-zərrə, qram-qram
    Qolumdakı zəncirləri qıram gərək
    Qıram! Qıram!
    Azadlığı istəmirəm
    Bir həb kimi, dərman kimi
    İstəyirəm səma kimi,
    Günəş kimi,
    Cahan kimi:
    Çəkil, çəkil ey qəsbkar:
    Mən bu yurdun gur səsiyəm:
    Gərək deyil sısqa bulaq,
    Mən ümmanlar təşnəsiyəm.
    Biz Türküstan elləriyik,
    Biz Türküstan elləriyik,
    Qeyrət, qüdrət selləriyik.
    Daşnakları qovan bizik,
    Dar gözləri ovan bizik.
    Yetər meydan suladılar,
    Yurdumuzu taladılar.
    Bakımızı əzizləyək.
    Əqrəblərdən təmizləyək!
    Şölə versin bu ləl, mərcan –
    Ermənisiz Azərbaycan!
    Bir yanda şahənşah, bir yanda da çar,
    Qan ilə yazdılar sülh qərarını,
    Tikanlı məftillə sarıdı onlar
    Böyük bir millətin yaralarını.
    Gürşad tökdü, tufan oldu,
    Araz daşdı, ümman oldu.
    Qayaları al qan oldu
    O sahildə, bu sahildə.
    Ölkə yandı, vətən yandı,
    Qızıl pultək xırdalandı.
    Dövlət getdi, var talandı
    O sahildə, bu sahildə.
    Bir-birindən cida düşdük,
    Diri gözlü oda düşdük.
    Biz yadlara neynəmişdik
    O sahildə, bu sahildə?
    Füzulim qəmli neydi,
    O bir də mi qara geydi?
    Yarasına kimlər dəydi
    O sahildə, bu sahildə.
    Şəbi- hicran yanar canım,
    Tökər qan çeşmi giryanım,
    Oyadar xəlqi əfqanım,
    O sahildə, bu sahildə.
    Nə həsrət , nə hicran olsun,
    Vahid Azərbaycan olsun!
    Qoy birləşsin bir can olsun
    O sahil də, bu sahil də!…

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Vətən marşı”

    This image has an empty alt attribute; its file name is 118563526_1552827504924140_505143189830121002_n.jpg

    Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
    Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
    Sənin öz dövlətin, öz millətin, öz cəddin var
    Vətən uğrunda ölənlər ölümündən doğular.
    Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
    Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
    Mənim öz ulduzumu bağrına basmış hilalım,
    Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”
    Sən bu gül bayrağm altında məramınca yaşa,
    Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
    Sənin öz bayrağınm kölgəsi cənnətdi sənə,
    Günəş hər gün doğur ancaq içimizdən Vətənə.
    Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
    Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
    Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
    Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni,
    Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
    Tapmar haqqa və insanlığa haqqdan doğulan.
    Bəşərin dərdini öz dərdi bilib millətimiz.
    Bizitn öz niyyətimizdən doğub hürriyyətimiz.

  • Xalq şairi Cabir NOVRUZ.”Sən elə bir vaxtda rast gəldin mənə”

    This image has an empty alt attribute; its file name is xscn-300x300.jpg

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Qurumuş bulağam, bulanmış suyam…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Oxunmuş nəğməyəm, çalınmış toyam.

    Nə gücüm çatdı ki, səndən yapışım,
    Nə gücüm çatdı ki, səndən qaçam mən…
    Nə odum oldu ki, yanam, alışam,
    Nə sehrim oldu ki, cavanlaşam mən…

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Ömrün payız vaxtı, xəzəl çağıydı…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Sənin gəncliyinin gözəl çağıydı…

    Nə deyə bildim ki, tutmaz sevdamız,
    Nə deyə bildim ki, tutar bizimki…
    Bizimdir səmada axan o ulduz,
    O uzaqda itən qatar bizimdi…

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Dayanıb durmuşdum yol ayrıcında…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bir üzüm cavandı, bir üzüm qoca…

    Nə deyə bildim ki, sevən çağımdı,
    Nə dedim sevirəm, mənə dayaq ol…
    Nə deyə bildim ki, mənə yaxın dur,
    Nə deyə bildim ki, məndən uza qol…

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Ömrün eşq badəsi içilmiş idi…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Mənzilimin çoxu keçilmiş idi…

    Nə deyə bildim ki, ürəksən mənə,
    Nə deyə bildim ki, ürək deyilsən…
    Nə deyə bildim ki, gərəksən mənə,
    Nə deyə bildim ki, gərək deyilsən…

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bu necə fəsildi, necə vaxt idi…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bu necə taleydi, necə bəxt idi…

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ: “Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı beynəlxalq tədbirə hazırlıq işlərini davam etdiririk!”

    “Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı beynəlxalq tədbirə hazırlıq işlərini davam etdiririk!”. Bu sözləri Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinə açıqlamasında Xalq şairi Nəriman Həsənzadə deyib. Onun sözlərinə görə, Azərbaycan Milli Aviasiya Akademiyasının rektor, müəllim, tələbə heyəti dünya ədəbiyyatına bənzərsiz sənət inciləri bəxş etmiş, söz sərrafı, fəlsəfi şeirləri ilə oxucuların qəlbində əbədi taxt qurmuş Nizami Gəncəvinin 880 illik yubileyinə böyük həvəslə hazırlaşır. Yaxın günlərdə ictimaiyyət nümayəndələrinin, ziyalıların, media mənsublarının, o cümlədən mədəniyyət, incəsənət xadimlərinin iştirakı ilə gerçəkləşdirilməsi nəzərdə tutulan tədbir barədə ətraflı məlumat veriləcək.

    Qeyd edək ki, sözügedən tədbirin 15-24 noyabr tarixlərində keçirilməsi gözlənilir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Professor Vüqar Əhməd Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib və sözügedən qurumun “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif olunub.

    Vüqar Əhməd bu mükafata Azərbaycan-Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin güclənməsinə verdiyi töhfələrə, eləcə də türk dünyasının ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

    Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, görkəmli alim, şair, professor-doktor Elçin İsgəndərzadə kafedra müdiri olduğu Texniki Universitetdə Vüqar Əhmədə Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görə akademik elmi adına layiq görüldüyünü bildirib.

    Beynəlxalq “Qızıl Ulduz” medalı və akademiyaya üzvlük diplomu professor Elçin İsgəndərzadə tərəfindən Vüqar Əhmədə təqdim edilib. Vüqar Əhməd əməkdaşı olduğu  AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi adından  Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ona səs verən bütün üzvlərinə və namizədliyini dəstəkləyən Elçin İskəndərzadəyə  təşəkkürünü bildirib: “Bu təkcə mənim uğurum deyil, Azərbaycan Milli Elmlər Akademiyasının, Ədəbiyyat İnstitutunun, Azərbaycan elminin uğurudur”.

     Vüqar Əhməd  eyni zamanda Nyu-York Elmlər Akademiyasının üzvüdür. 40-dan çox elmi-ədəbi kitabın, monoqrafiyaların və dərsliklərin müəllifidir.  Elmi və bədii əsərləri rus, fars, ingilis, türk və başqa dillərdə dünyanın tanınmış nəşriyyat və dərgilərində çap olunub.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistanın böyük şairi və mütəfəkkiri Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib. Təqdimatda Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri, şair Elxan Zal Qaraxanlı və fondun əməkdaşı Əfqan Nəsirli və digər ziyalılar iştirak ediblər.

    Tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq qardaş Pakistan dövlətinin səfirinin iştirakı ilə Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatının keçirilməsini yüksək qiymətləndirib. Akademik kitaba “Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı” adlı ön söz yazdığını vurğulayaraq Məhəmməd İqbalın yaradıcılığının özəlliyindən danışıb. Həmçinin instituta aid nəşrlərdən səfirə hədiyyə edib.

    Sonra Pakistanın Azərbaycandakı səfiri Bilal Haye çıxış edərək bildirib ki, mənimçün şərəfdir, sizinlə İnstitutda görüşürəm. Bizim qardaşlıq əlaqələrimiz 1992-ci ildən bəri daha da genişlənib. Nizami Gəncəvi və Məhəmməd İqbal hər iki xalqı bir-birinə yaxınlaşdıran böyük dahilərdir. Elmər akademiyasının bu kitabla bağlı tədbiri məni çox təsirləndiridi. Mən bilirəm ki, bu il “Nizami Gəncəvi ili” elan olunub, biz Nizami Gəncəvini Pakistanda tanıtdırmaq üçün işlər görmüşük. Mən Azərbaycanın İslamabaddakı səfirliyi ilə əlaqə quracağam və tədbirlər keçirməklə bağlı danışıqlar aparacağam. Məhəmməd İqbalın da mesajı tək bir xalqa yönəlik deyildi, bütün xalqlara yönəlik idi. Mən bilirəm ki, həm Pakistan, həm də Azərbaycan Milli Elmlər Akademiyasının qanunları çox ciddidir və biz də səfirlik olaraq hər zaman sizin yanınızdayıq. Sizə və əməkdaşlarınıza bizə ayırdığınız diqqət üçün dərin təşəkkürümü bildirirəm.

    Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Məhəmməd İqbal – milli istiqlal mücahidi” mövzusunda məruzəsində qeyd edib ki, “bu gün Pakistan xalqının böyük siyasət və fikir adamı, istiqlal mücahidi Məhəmməd İqbalın (1877-1938) kitabının işığına toplaşmışıq. Onun yaradıcılığı ilk dəfə deyil ki, Azərbaycanda araşdırılır və nəşr edilir. İlk dəfədir M.İqbalın “Seçilmiş əsərləri” (Bakı, Elm və təhsil, 2021, 250 s.) işıq üzü görür. Bu böyük hadisə üç qardaş-Azərbaycan-Türkiyə-Pakistanın gücüylə qazanılan Qarabağ zəfəri fonunda baş verir; Pakistan xalqının mənəvi ruhu, ortaq dəyərləri ilə Azərbaycan xalqının ruhu birləşir. Azərbaycanı Türkiyədən sonra tanıyan ikinci ölkə Pakistan həm də Ermənistanı bir dövlət kimi tanımayan ölkə kimi də Azərbaycanın hər zaman yanında olmuşdur. Bu kontekstdən baxdıqda Pakistanın təkcə varlığı və duruşu Azərbaycana dayaq, düşmənə göz dağıdır. Pakistan yalnız hərbi gücü ilə deyil, mənəvi ruhu, bədii düşüncəsi, dövlətçilik və islamçılıq fəlsəfəsi ilə də hər zaman Azərbaycanın yanındadır. Azərbaycanın Pakistan sevgisi Türkiyə bayraqları ilə yanaşı, Bakı küçələrində dalğalanan Pakistan bayraqlarında da özünü bir daha göstərdi.

    Bu gün isə Azərbaycanın Pakistana sevgi estafetinin gerçək ünvanı Pakistan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd İqbaldır. Onun “Seçilmiş əsərləri”nin nəşr edilməsi bu mənəvi güclərin birləşməsinin gələcəyə ünvanlanmış maddi sübutudur. Bu hadisə Azərbaycan-Pakistan ədəbi əlaqələrində yeni bir səhifədir, keçmişdən bu günə və gələcəyə uzanan şərəfli bir yoldur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və Mahmud Kaşğarlı adına Beynəlxalq Fond bizi Məhəmməd İqbal irsi ilə tanış edir. Burada şairin əsərlərini ilk dəfə dilimizə çevirən və Azərbaycan oxucularını fenomenal səciyyəli bu irslə tanış edən Elxan Zal Qaraxanlının əziyyət və məsuliyyətini, eyni zamanda kitabı nəşr edən və ona “Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı” adlı ön söz yazaraq bu görkəmli fikir adamının obrazını yaradan akademik İsa Həbibbəylinin bu layihəni reallaşdırmasını xüsusi qeyd etmək istəyirəm. Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, akademik İsa Həbibbəyli Pakistan bədii düşüncəsinin dilimizə çevrilməsi və araşdırılması yönündə “Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində yaratdığı “Pakistan ədəbiyyatı mərkəzi”ni Azərbaycan-Pakistan ədəbi əlaqələrində yeni bir mərhələnin başlanğıcı hesab etmək olar.

      Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatının Qarabağ zəfərinin ildönümündə qeyd edilməsi təsadüfi deyil. Həmişə Pakistanı düşünəndə Məhəmməd İqbal yada düşür. Bu zəfərdə qardaş Pakistan xalqının da payı vardır. Bununla vaxtilə qardaş Türkiyənin Çanaqqala savaşı zamanı yardım və dualarını göndərən Məhəmməd İqbalın həmvətənləri bu gün Qarabağ üçün də eyni şeyi etdi. Bu cəhətdən Azərbaycanın qardaş Pakistanın fikir və dövlət adamının yaradıcılığına müraciət etməsi kimi təbii nə ola bilər?! Məhəmməd İqbalın fəaliyyətində yeni bir Pakistanın-bu gün dünyada insanlığın, islamın və Azərbaycanın yanında duran bir ölkənin təməli qoyulmuşdur. İlk dəfə Pakistan ideyası və Pakistan dövlətinin yaranması fikrinin müəllifi də Məhəmməd İqbaldır. Dünyada elə insanlar vardır ki, o xalqının tarixində öz əməli ilə əbədi yaşamaq haqqına sahib olur. Məhəmməd İqbal xalqının tarixində onun qədərini dəyişən insanlardandır. O, yalnız bir şair, filosof deyil, həm də bir dövlət və siyasət adamı kimi Pakistan tarixində həmişəlik yaşayacaq.

    Azərbaycan-Pakistan ədəbi, mədəni əlaqələri tarixən də, bu gün də qarşılıqlı şəkildə davam edir. Bu gün Məhəmməd İqbalın “Seçilmş əsərləri”nin nəşri bu yolda atılmış ilk addımlardandır”.

    Tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək vurğulayıb ki, Məhəmməd İqbalın bütün yaradıcılığını əhatə etmək vaxt aparan məsələdir. Buna görə onu bir siyasətçi kimi təqdim etmək istəyirəm. İqbal Pakistanın mənəvi atası sayılır. 1940-cı ildə Lahor şəhərində mart ayının 23-də keçirilən konfransda Pakistanın gələcəkdə qurulması üçün layihə qəbul olundu. “Lahor bəyannaməsi” ilə Hindistanda iki dövlət qurulması məsələsi qərara alındı. Artıq İqbal vəfat etmişdi, iki il ondan öncə bu ideya həyata keçirildi. On il sonra tam onun istədiyi şəkildə Pakistan quruldu. Bu böyük siyasətçini Qərbdə modernist islamçı kimi tanıyırdılar. O deyirdi ki, Əfqanıstan Asiyanın ürəyidir, əgər Əfqanısanın ürəyi ağrıyırsa, bütün Asiya ağrıyacaq”.

    Sonra kitabın tərcümə edəni və şərhlərin müəllifi Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri, Elxan Zal Qaraxanlı çıxış edib. O, daha çox Məhəmməd İqbalın ruhani aspektindən danışıb. Kitabda Məhəmməd İqbalın urdu və fars dillərində yazılmış şeirlərinin tərcüməsinin yer aldığını diqqətə çatdırıb. “Kurtuba camesi”, “Bəndəginmanə” – qulluq kitabı, “Yeni Gülşəni-raz” əsərləri haqqında məlumat verib.

    Sonda filologiya elmləri doktoru, professor İmamverdi Həmidov çıxış edərək Məhəmməd İqbalın Azərbaycanla bağlılığından bəhs edib.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Gənc yazarlar üçün yeni layihə

    “Mücrü” nəşriyyatı yeni layihə çərçivəsində gənc yazarların nəsr əsərlərini bir kitabda çap edəcək.

    Nəşriyyatdan Kulis.az-a verilən məlumata görə, layihəyə hər bir müəllif yalnız bir əsər təqdim edə bilər. Əsərlər Word formatında, 12 ölçülü “New times roman” şrifti ilə göndərilməlidir.

    Yazarlar hekayələrini ruzbeh-1991@mail.ru və nihatpiri@gmail.com e-mail adresslərinə göndərə bilərlər.

    Hekayələrin qəbulu üçün son tarix dekabr ayının 31-i nəzərdə tutulub.

    Mənbə: https://kulis.az/

  • “44 GÜN” adlı ədəbi-bədii toplu nəşr ediləcək

    “Mücrü” nəşriyyatının elan etdiyi “Qarabağ Zəfəri” adlı qısa hekayə müsabiqəsinin Təşkil Komitəsi müəllliflərin istəyini nəzərə alaraq şərtlərdə dəyişiklik edib. Belə ki, layihənin “müsabiqə” statusu ləğv edilib. Qəbul edilən əsərlər “44 GÜN” adlı ədəbi-bədii topluda nəşr ediləcək. Topluda həmçinin “Səngər” poeziya almanaxı üçün göndərilmiş şeirlər yer alacaq.

    Layihə rəhbəri Müşfiq XAN layihələrin birləşdirilməsi ilə bağlı açıqlamasında bildirib: “Bir halda ki xalq olaraq şanlı zəfər tariximizin – Zəfər Gününün bir illiyini qəbul etməyə hazırlaşırıq, o zaman nəzərdə tutduğumuz müsabiqəni ayrı dönəmlərdə keçirməyi məqsədəuyğun hesab edirik. Bu hamımızın, bütün Azərbaycanın zəfəridir. Müsabiqəni də buna görə ləğv edirik, hamının əsəri yayımlanacaq, hamı qalibdir!”

    Xatırladaq ki, “44 GÜN” ədəbi-bədii toplusunda dərc olunmaq istəyən müəlliflər öz əsərlərini (şeirlərini yaxud 44 sözdən ibarət qısa hekayələrini) info@mucrunesriyyati.az ünvanına adları, ədəbi təxəllüsləri və telefon nömrələri qeyd olunmaqla 8 noyabr tarixinə qədər göndərməlidirlər.

    Əsərlər yalnız Azərbaycan dilində qəbul edilir və yaş məhdudiyyəti yoxdur. Hər müəllifdən yalnız bir əsər qəbul edilir.

    “Mücrü” nəşriyyatı bütün müəlliflərə yaradıcılıq uğurları arzu edir.

    Hər kəsin kitabı olacaq!

    Qaynar xətt: 0555028932 (whatsapp və zəng)

    Mənbə: https://mucru.art/

  • Azərbaycanlı şairə Güldərən Vəliyevanın şeiri “Usare” dərgisində işıq üzü görüb

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyevanın Anası istedadlı Azərbaycanlı şairə Güldərən xanım VƏLİYEVAnın “Bayatılar”ı Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın Organı “Usare” ikiaylık kültür sanat ve edebiyat dərgisinin 26-cı sayında Azərbaycan dilində dərc olunub. 

    “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, bundan öncə də şairə-publisist Rahilə Dövranın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dərgisində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Gənc xanım yazar Şəfa Eyvazın şeiri “Usare” dərgisində işıq üzü görüb

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, şairə-publisist, gənc xanım yazar Şəfa Eyvazın şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın Organı “Usare” ikiaylık kültür sanat ve edebiyat dərgisinin 25-ci sayında Azərbaycan dilində dərc olunub. 

    “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, bundan öncə də şairə-publisist Şəfa Eyvazın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin (Tokat şəhəri) 41. sayısında “Ehtiyac” şeiri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Sevgili ve Değerli Kardeşimiz Yalçın YÜCEL Hocamızın doğum gününü kutluyoruz! (1 Kasım)

    175054_178868168822977_4360000_o

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Şair ve yazar, dergi yönetmeni. 1 Kasım 1953, Kahramanmaraş doğumlu. Şair ve yazar Şevket Yücel (1930-2001)’in
    oğludur. İlk, orta ve lise öğrenimini doğduğu kentte yaptı. 1973 Adana Eğitim Enstitüsü Matematik Bölümünde eğitimini
    sürdürdü. 1977 yılında ise Kahramanmaraş MYO makine-motor bölümünden mezun oldu. 1978-79 Kahramanmaraş’ta ki
    okullarda öğretmen olarak görev aldı. 1979-80 askerliğini yedek subay olarak İstanbul’da yaptı. Askerlik dönüşü Dokumacılar
    Un Fabrikasında müdür olarak çalıştı. 1981 Devlet Su İşleri XX. Bölge Müdürlüğü’nde teknik personel olarak çalışmaya
    başladı. Yirmi beş yıl makine işletme şe olarak çalıştıktan sonra, 2006 yılında kendi isteğiyle emekliye ayrıldı.
    Yalçın Yücel, ortaokul öğrenciliği yıllarında başlayan yazma uğraşına, lise öğrenciliği yıllarında resim çalışmalarını da
    ekledi. İlk yazıları 2002 yılında Adana’da çıkan Söylem dergisinde yayımlandı. Daha sonra aynı derginin yönetiminde de yer
    aldı. Alkış, Zeytin Dalı, Edebiyat Yaprağı, Ekin Sanat, Öğretmen Dünyası, Sarı Zeybek ve Yorum Edebiyat Sanat Eki, Avrupa
    Olay, Edik, Usare, Güzlek, Mevsimler gibi dergilerde ve Azerbaycan Kültür ve Edebiyat Portalı’nda şiir, deneme, öykü ve
    eleştiri yazıları yer aldı.
    2010 yılında, Kahramanmaraş Ekspres gazetesinin genel yayın yönetmenliğini yaparak; bu gazeteye kültür, sanat ve
    edebiyat ağırlıklı bir nitelik kazandırdı. Bunun ardından birer yıl ara ile iki şiir kitabı yayımladı. 2013 yılında Yorum Gazetesi
    edebiyat / sanat ekinin genel yayın yönetmenliğini yapmaya başladı. Bir dönem Kahramanmaraş Kültür Sanat Evi’nin ve Alkış
    dergisinin yönetiminde de görev aldı. 2015 yılında Döş Cebim ve Çocuklar Bir Başka Güzel adlı iki şiir yapıtı daha yayımlandı.
    2015 Usare dergisinin (Edebiyat-sanat) yayın yaşamını başlattı. 2016 Güzlek dergisini (Edebiyat-Sanat) çıkardı. Türkiye
    Yazarlar Birliği üyesi olan Yücel halen bu iki derginin genel yayın yönetmenliğini de yürütmektedir.
    Yalçın Yücel, Kahramanmaraş’ta ikamet etmekte olup, Selma Yücel ile evli; Pelin, Yeşim, Batur Kutay adlarında da üç
    çocuk babasıdır.
    ESERLERİ (Şiir):
    Yaşamı Aralamak (2011),
    İçimde Üşüyor Günlerim (2012),
    Döş Cebim (2015),
    Çocuklar Bir Başka Güzel (2015).
    KAYNAKÇA: Adil Bozkurt / Çok Başlıklı Bir Irmak (Alkış Dergisi, Sayı: 64, 2012), Osman Nuri Poyrazoğlu (Şair Yalçın
    Yücel’den İki Yapıt (Öğretmen Dünyası, Sayı: 2012), Bilgi Formu ve Teyidi (2014, 2017), İhsan Işık / Resimli ve Metin Örnekli
    Türkiye Edebiyatçılar ve Kültür Adamları Ansiklopedisi (C. 12, 2017).

  • “Kümbet” dergisinin 56. sayısı yayında

    DERGİMİZİN 56. SAYISIYLA SİZLERLE BİRLİKTEYİZ.EDİTÖRDEN

    2021 yılının son sayısı ile sizlerle birlikteyiz. Bütün dünyada olduğu gibi ülkemizde de korona virüs adı verilen salgın hastalık sebebiyle sosyal ve kültürel etkinlikler azaltılmak zorunda kalındı. Bu olumsuzluklar kültür sanat dergilerini de maliyet, basım ve dağıtım açısından önemli ölçüde etkiledi.

    Böyle bir tablo içerisinde kültür sevdalıları olarak –bir araya gelememenin ötesinde-yolumuza devam etmeğe gayret ettik.

    56.Sayımızda da çok değerli kalemler yazı, araştırma ve makaleleriyle, şairlerimiz de şiirleriyle sizlerle buluştular.2021 yılı Yunus Emre’nin vefatının 700.yılı, Hacı Bektaş-ı Veli’nin vefatının 750.yılı münasebetiyle UNESCO Tarafından anma ve kutlama yıldönümleri arasına alındı. Cumhurbaşkanlığı da 2021 yılını yayınladığı genelge ile “Yunus Emre ve Türkçe Yılı “ ilan ederken, Hacı Bektaş-ı Veli’nin de yurt içinde ve dışında etkinliklerle anılmasına dair bir genelge yayınlayarak gerekli maddi desteği sağladı. Biz de bu sayımızda ağırlıklı olarak bu iki değeri konu edinen yazılara ağırlık verdik.İşte 56. Sayımızda bizleri yalnız bırakmayan birbirinden değerli akademisyen ve yazarlarımız; Prof. Dr. Nurullah Çetin, Prof. Dr. Ali Akar, Prof. Dr. Levent Bayraktar, Prof. Dr. Atabey Kılıç, M. Halistin Kukul, Dr. Mehmet Yardımcı, Abdullah Satoğlu, Bedrettin Keleştimur, Kemal Bilsel Sarısözen, Pınar Ayşe Gidiş, Nihat Aymak, M. Necati Güneş, Ahmet Divriklioğlu, Burhan Kurddan, Hami Karslı, Kumrugül Türkmen Akın, Nurdane Özdemir Sağkan, Deniz Garipcan, Ayla Bağ, Dursun Arslan, Yeliz Yıldırım, Levent Konyar, Şerare Kıvrak Yağcıoğlu, Yılmaz Celepoğlu, Bahattin Güneri, Mehmet Bozkurt, Mustafa Akkaya, Atila Avşar.

    Sonbaharın ağaçlardan döktüğü sarı yapraklar arasından duygularını sizlerle paylaşan şairlerimiz arasında; Aysen Akdemir, Vedat Fidanboy, Saffet Arıkan Bedük, Âşık Eşref Tombuloğlu, Mahmut Hasgül, Sündüs Arslan Akça, Hızır İrfan Önder, Rasim Yılmaz, Bekir Yeğnidemir, Mustafa Erol Kerimoğlu, Rahmi Usta, Ömer Tonbul, İbrahim Sağır, Yunus Kara, Hüseyin Öztürk, Hasan Koçak, Gülden Taş, Kenan Aydınoğlu ve Hakan Göksun yer aldı.

    “Gelin tanış olalım,İşi kolay kılalım.Sevelim, sevilelimDünya kimseye kalmaz” mısralarıyla gönüllerimizi fetheden Yunus Emre ve “Bir olalım, iri olalım, diri olalım “ sözleriyle büyük tasavvuf ehli Hacı Bektaş- Veli’nin birlik ve beraberlik mesajı veren en güzel duygularıyla selam ve saygılarımızı sunuyor;

    2022 yılında yeni sayımızla sizlerle birlikte olabilmek dileğiyle esenlikler diliyoruz.

    Hasan Akar

    Tokat Şairler ve Yazarlar Derneği Başkanı

  • Azərbaycanlı şairə Aynur QAFARLININ şeirləri “Kardelen” dərgisində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının əməkdaşı, Azərbaycanın istedadlı xanım şairəsi ynur QAFARLININ “Boynubükük arzular”, “Bizdən bizə kim düşə?” adlı şeirləri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat, incəsənət dərgisinin 110-cu sayında Azərbaycan dilində dərc olunub. 

    “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycanlı şairə Xuraman HÜSEYNİN şeiri “Kardelen” dərgisində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində  Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Poeziya şöbəsinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanlı şairə Xuraman HÜSEYNİN “Sarışın payız” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat, incəsənət dərgisinin 110-cu sayında Azərbaycan dilində dərc olunub. 

    “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycanlı gənc şair Nemət TAHİRİn şeiri “Kardelen” dərgisində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri, “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvü, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu (2006-2010), “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri, gənc yazar Nemət Tahirin “Elə bu axşam…” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat, incəsənət dərgisinin 110-cu sayında Azərbaycan dilində dərc olunub. 

    “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində gənc yazar Nemət Tahirin “Yıxıla” adlı şeiri Osmanlı türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin yeni 19-cu sayında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycanlı gənc şair İlham MİKAYILIN şeiri “Kardelen” dərgisində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Aran bürosunun rəhbəri, “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvü, Sumqayıt Dövlət Universitetinin Filolofiya fakültəsinin məzunu (2007-2011), “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri, gənc yazar İlham Mikayılın “Qocalır” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat, incəsənət dərgisinin 110-cu sayında Azərbaycan dilində dərc olunub. 

    “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində gənc yazar İlham Mikayılın “Ala yurdumu” adlı şeiri Osmanlı türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin yeni 19-cu sayında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Aynur QAFARLI.Yeni şeirlər (2021) IV hissə

    *Yazmaq istəyirdim dərdimi göyə*

    Sən mənə nə əcəb zəng eləmisən?!

    Səndən nə müddətdir soraq yox idi.

    Ot-alaq basmışdı könül bağçamı,

    Biçib qurtarmağa oraq yox idi.

    İndi o yollarda hər dəfə çaş qal,

    Xatırla, sızılda, gözündə yaş qal,

    Özün bilirdin ki, əlindən başqa,

    Mənim saçlarımda daraq yox idi.

    Nə qarğıya bildim, nə də ki söyə,

    Qaldım gözlərimi hey döyə-döyə.

    Yazmaq istəyirdim dərdimi göyə,

    Qələm olanda da varaq yox idi.

    Qoymadım üstündən quş belə səkə,

    Heç vaxt gətirmədim adıma ləkə.

    Səni başqaları çəkirdi, bəlkə,

    Məndə özgəsinə maraq yox idi.

    Canımı buz tutdu o odlu yayda,

    Aynuram, desəm də daha nə fayda,

    Onda həmin gecə batmışdı Ay da,

    O zülmət gecəmə çıraq yox idi.

    *Səpim sərçələrə qəlbimi dəntək*

    Kimsə öyünməzdi “mənimdir” deyə,

    Gizli saxlamışdım qəlbimi bərk-bərk.

    Bir gün heç bilmədən bəlalı eşqin,

    Endi gözlərimə dumantək, çəntək.

    Dərd alın yazımı oxuyub silər,

    Yoluma buludlar göz yaşı çilər,

    Qayıdıb yenidən kim ala bilər,

    Ehh, məni özümdən bir daha səntək.

    Ayrılıq araya düşdü mərmitək,

    Sənsiz nə gününə yaşasın ürək,

    Didim, tikə-tikə eləyim gərək,

    Səpim sərçələrə qəlbimi dəntək.

    Vardı səadətim, bəli, sən adda,

    O gündən nələrsə qaldımı yadda?

    Get ara, get axtar gör bu həyatda,

    Kim çəkər bu qədər həsrəti məntək.

  • Aynur QAFARLI.Yeni şeirlər (2021) III hissə

    GÖYÇƏ

    Min rəngdən doğulub gözəlliklərin,

    Bu rəngə bərabər rəng hanı, Göyçə.

    Vermərəm dünyanın yüz cənnətinə,

    Səndə keçirdiyim tək anı, Göyçə.

    O ötən illərin qızıl çağısan,

    Ağlar gözümüzün qəm ortağısan,

    Qərib könlümüzün ləl yatağısan,

    Zümrüdün, yaqutun kənkanı Göyçə.

    Aman bu həsrətin, aman əlindən,

    Xəyalım dolanıb keçər çölündən,

    Yuyunub çıxıbsan Göyçə gölündən,

    Dünyada sənintək pak hanı, Göyçə?!

    Varsan ömrümüzün nağıllarında,

    Qalıbsan hamının ağıllarında,

    Görmüşəm ziyalı oğullarında,

    Mən sənin işıqlı zəkanı Göyçə.

    Şöhrətin dolanır eli, mahalı,

    Titrəyir dinəndə könlümün xalı,

    Səndə yaşa dolub Ələsgər, Alı,

    Ağır kişilərin məkanı Göyçə.

    *Qayıt gəl*

    Yolda qalıb gözlərim,

    Qulaqlarım səsdədi.

    Hardasan, ay sevgilim,

    Könlüm səni istədi.

    Mən bir az səbirliyəm,

    Bir azca da qərarsız.

    Qəlbim səni istəyir,

    Səni istəyir yalnız.

    Sənsən könül həmdəmim,

    Səndən özgə kimim var?!

    Bu gen dünya başıma,

    Sən gedəndən olub dar.

    Həsrətindən sübhədək,

    Sıxılıram, qayıt gəl.

    Eşqinin zirvəsindən,

    Yıxılıram, qayıt gəl.

    Civə kimi heç yerdə,

    Qərar tutmuram bir an.

    Nə olar, gəl sən məni,

    Qurtar bu sıxıntıdan.