“Mücrü” nəşriyyatı yeni layihə çərçivəsində gənc yazarların nəsr əsərlərini bir kitabda çap edəcək.

Nəşriyyatdan Kulis.az-a verilən məlumata görə, layihəyə hər bir müəllif yalnız bir əsər təqdim edə bilər. Əsərlər Word formatında, 12 ölçülü “New times roman” şrifti ilə göndərilməlidir.

Yazarlar hekayələrini ruzbeh-1991@mail.ru və nihatpiri@gmail.com e-mail adresslərinə göndərə bilərlər.

Hekayələrin qəbulu üçün son tarix dekabr ayının 31-i nəzərdə tutulub.

Mənbə: https://kulis.az/