
12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə “Öz yazarını seç” adlı onlayn səsvermə keçirilir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, oxucular 50 müəllif arasından seçim edərək sevimli yazıçılarına dəstək ola bilərlər. Səsvermə oktyabrın 25-dək davam edəcək.
Səs vermək üçün yazar.bakubookfair.az saytına daxil olmaq və ya afişadakı QR-kodu skan etmək kifayətdir.
Səsvermənin nəticələrinə əsasən qaliblərin mükafatlandırma mərasimi oktyabrın 26-da keçiriləcək.
Siyahı nəşriyyatların, kitab mağazalarının və kitabxanaların təqdim etdiyi təkliflər əsasında hazırlanıb.
Mənbə: https://azertag.az/