Beynəlxalq əməkdaşlıq çərçivəsində Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş interaktiv plakat hazırlandı

Beynəlxalq əməkdaşlıq çərçivəsində Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş interaktiv plakat hazırlandı

Xəbər verdiyimiz kimi, beynəlxalq əməkdaşlıq çərçivəsində Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Rusiya Federasiyası Orenburq Vilayətinin P-Pokrovka model kitabxanası ilə 2018-ci ilin payızından əməkdaşlıq etməyə başlamışdır. Bu əməkdaşlıq çərçivəsində uğurlu layihələr həyata keçirilir, mühüm hadisələrə həsr olunan interaktiv plakatlar hazırlanır.

Növbəti interaktiv plakat «Böyük qələbə. Великая победа – 75» sovet xalqının Böyük Vətən müharibəsində (1941–1945-ci illər) qələbəsinin 75 illiyinə həsr olunub.

Plakatda Azərbaycan və rus dillərində verilən materiallarda Böyük Vətən müharibəsində Azərbaycan hərbiçilərinin şücayətindən, azərbaycanlıların antifaşist hərəkatında iştirakından, Vətənimizin övladlarının arxa cəbhədə əmək fəaliyyətindən, ölkə iqtisadiyyatı və xüsusilə də Bakı neftinin əhəmiyyətli rolundan bəhs edilir.

         Plakatda Azərbaycan müharibə illərində, Qafqaz uğrunda döyüşlər, milli hərbi bölmələr haqqında ətraflı məlumat almaq olar.

          Burada akademik Yusuf Məmmədəliyevə həsr olunmuş bölmədə onun ixtira etdiyi yüksək oktanlı benzin («Molotov kokteyli») haqqında məlumatlar verilmişdir.

         İnteraktiv plakatda izləyicilər Sovet İttifaqı Qəhrəmanı adını almış 39 azərbaycanlı  ilə də tanış ola bilərlər. Bundan başqa plakatda Mehdi Hüseynzadə, Həzi Aslanov və Rixard Zorge haqqında vikipediyadan götürülmüş məlumatlar da əks olunmuşdur.

         İnteraktiv plakatda həmçinin Yasamal rayon Mərkəzi Kitabxanası tərəfindən ikiqat Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar hazırlanmış informasiya bülleteni, Həzi Aslanova həsr edilmiş şeirlər toplusu, əfsanəvi partizan Mehdi Hüseynzadənin (“Mixaylo”) 100 illik yubileyi münasibəti ilə hazırlanmış videoçarxla da tanış olmaq olar.

         İnteraktiv plakat MDB kitabxanalarına və həmçinin ölkəmizin bir çox kitabxanalarına göndəriləcək.

         Plakat aşağıdakı linkdə verilmişdir:

https://padlet.com/nikitinmihail56/hbw2spzy9jj47uf2