234435423665547648

Həyat bir az beşik,
bir az da məzardır..
ölümlə ömür qardaşdılar.
biri beşikdə, o biri məzarda günlənib yağışlanır.
biri sabahlanır, biri axşamlanır.
biri zülmətlənir biri nurlanır.
hər zülmətə gedən yolun başında bir nur oturub təsbeh çevirir
yer kürəsi çevrildiyi kimi.
hər nurun arxasında bir zülmət,
sabaha boylanır.
Bəlkə də pıçıldayır…
qəbrin nurla dolsun dünya sakinləri.
nurla dolsun ki yaşanılsın.
təki sən deyən olsun!
yaşamaq yaşanmamışların içində məzarlanıb
yaşanmışlarda isə bəsit xatirələr mürgüləyir.
hər uzaqlaşan ləpir,
sarı qum dənəciyinə çevrilib üst-üstə yığılıb.
tam olaraq dediklərimə inanmasanız
yeridiyiniz yolun sonunda ayaq saxlayıb
ləpirlərinizin tözunu təmizləmək yetər…