Soldu gülüm, baharım,
Bağda məhv oldu barım.
Muğamatlı diyarım,
Sənsiz qanadsız quşam.
Mənim yaralı Şuşam.

Söndürüldü öcağım,
Tapdalandı torpağım.
Küsdü çəmənim, dağım,
Sanki, sınıq bir daşam.
Mənim yaralı Şuşam.

Qərib oldun yerində,
Bilinmədi sirrin də.
Yandı qəbirlərin də,
Buza börünmüş qışam.
Mənim yaralı Şuşam.

Yetim qaldı çöllərin,
Xəzan oldu güllərin.
Susdu Xan bülbüllərin,
Bilməm nədən danışam.
Mənim yaralı Şuşam.

Zeynəbəm, qəlbim sızlar,
Məhv oldu gəlin, qızlar.
Susdu kamanlar, sazlar,
Mən, necə nəğmə qoşam?
Mənim yaralı Şuşam.

24.06.2014.