
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi
Şəhid Rusif Ağayevə ithafən…
Sənsiz ad gününü necə keçirək?
Qəlbimiz ağlayır, şəhidim Rusif.
Anan gözü yaşlı yolunu gözlər,
Qəlbimiz ağlayır, şəhidim Rusif.
Balaca Əliyə nə cavab verək?
Zəhranın könlünü necə xoş edək?
Yoxluğun zülmdü, biz necə dözək?
Qəlbimiz ağlayır, şəhidim Rusif.
Aprel döyüşündə itirdik səni,
Canından çox sevdin ana Vətəni.
Niyə yalnız qoydun səni sevəni?
Qəlbimiz ağlayır, şəhidim Rusif.