Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi

İgidləri vəsf edirəm şeirlə,
İlqar Mirzəyev də getdi ləpirlə
El-oba yad edir səni fəxrlə,
Tarixə həkk oldu adın, şəhidim!

Unutmaz Poladı heç vaxt xalqımız,
Vətənçün can qoydu generalımız
Səfərbər olmuşuq tək yox, hamımız,
Tarixə həkk oldu adın, şəhidim!

Azərbaycan Mübarizlər ölkəsi,
Hər gəncində vardı vətən sevgisi
Ağır idi doğma torpaq itkisi,
Tarixə həkk oldu adın, şəhidim!

Sona çatdı otuz illik səbrimiz,
Qayıtdı torpaqlar, çalındı zəfər.
Şəhidlik şərbətin içən oğullar,
Bilin ki, qanınız getmədi hədər.