Aqil Kəngərli (Cəfərov Aqil Abbas oğlu) 1972-ci il 1 sentyabrda Göyçayda anadan olub. 1995-ci ildə BDU-nu, 2002-ci ildə Azərbaycan Müəllimlər İstitutunu bitirib.Tarixçidir. Bir neçə il “Azərbaycan” nəşriyyatında, müxtəlif redaksiyalarda jurnalist kimi çalışıb.”Xalq”, “Millət”, “Vətən səsi”, “Press-əks səda”, “Hünər”, Sabaha inamla”, “Hürriyyət”,”Azad yeni fikir” və s.qəzetlərdə müxbir,şöbə müdürü,redaktor işləyib. 2001-ci ildən pedaqoji sahədə çalışır. Hazırda Göyçay şəhər 7 saylı tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir.”Məktəb-Press”qəzetinin əməkdaşıdır. Dövrü mətbuatda çap olunmuş 700-dən çox məqalənin və “Bir Allahın eşqinə” (2004), “Tanrı yolunda” (2005), “Yaxın və uzaq tarix” (2009), “Məni çağır yuxuna”(2013), “Mixaylonun silahdaşı –Partizan Qədir”(2014)və “ Vaxtsız getdi gəncliyim”(2015) adlı 6 kitabın müəllifidir. O, “Qızıl qələm”, “H.B. Zərdabi”, “Xalqın nüfuzlu ziyalısı”diplomlarına, “Xəmsə”ədəbi mükafatına layiq görülüb. Bir sıra kitablarda A. Kəngərlinin şeirləri verilmiş, adı “XX-XXI əsrin yaradıcı və ziyalı insanları” toplusuna , Ginnesin Rekordlar Kitabına namizəd olan “Avrasiya şairləri antalogiyasına”salınmışdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İraq-Tükmən Yazarlar Birliyinin üzvüdür.
YENƏ DƏ BİRLİKDƏYİK
Yenə də birlikdəyik, kədər uzaq, əhval saz,
Elə sarılmışıq ki, bizi ayırmaq olmaz.
Yalnız sevənlər duyar, qəlbi daşlar anlamaz,
Göy otlar üstündəyik, nə lazım yorğan-döşək?
Ağ üzünün rəngini, qardan almısansa, de,
Şölə saçan camalı, nurdan almısansa, de,
İnsaf et, bu baxışı, hardan almısansa, de,
Dərdi-qəmi unudaq, bir şənlənək, gülüşək.
Ömür keçir, il ötür, biz də doluruq yaşa,
Bu fürsətdir, düşübdür, əsla verməyək boşa.
Bu sevgidən məst olub, elə gəlmişəm cuşa,
Gəl, həftədə bir gün yox, günaşırı görüşək.