1509680_782335231858445_8174014256845948200_n

Dərd üstə inləyən bir saz kimiyəm
Səsimdə bilinər kədərim, qəmim
Sevincdən avazım bəlkə ucalar
Dost mizrabı ilə çalınsa simim

Böyükdür hikməti anlasan əyər
Nadandan soruşma, o uca bilmir
Bir hecaya sığan böyük xisləti
Cümlələr sətirlər tam aça bilmir

Böyük bir ümmandı, dərin dəryadı
Sirrini anlasan qəlbinə dolar
Xəyanət eyləsən əhdi peymana
O yerlər ömürlük məzarın olar

Yaxşı dost insana vüqar kimidi
Mən onu əyilməz bir dağ bilirəm
adına min kərə qara yaxsalar
Dostumu qəlbimdə düm ağ bilirəm

Uğurun qoşası qisməti olsun
Verməsin dubirlər nərdi dostumun
Sevinci mənim də sevincim olar
Sızladar könlümü dərdi dostumun