abdullamemmed

(“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən)

Həsrətimi unutmağa,
Dərd-sərimi ovutmağa,
Urək dolusu udmağa,
Bir doyunca havam da yox.

Ürəyimi yeyə-yeyə,
Haqqım buxarlandı göyə.
Kədərimə qədər yiyə,
Ürək açan havam da yox.

Dəyişib hər yer dəyişib,
Yanılmaqdan ər dəyişib.
Hamı öz gözündə bişib-
Aldanası “avam” da yox.

Qınama məni, umanım,
Çadır olaydır dörd yanım,
ALLAHA qalib gumanim,
Ocaq çatan yuvam da yox.

Hara gedim, hara, gülüm?
Yer ayrılmır yerə girim…
Haqlayıbmı yurdu ölüm,
Hay verəsi adam da yox?!

Azərbaycan. Quba.
22.07.1998-ci il.