Neçə gündür məni də narahat edən bir məsələyə öz münasibətimi bildirmək istəyirəm. Neçə gündür “şairlər “Anar”şadlıq sarayında xalqın bu ağır-günündə toy-bayram ediblər” başlıqlı yazılar oxuyuram.Əziz dostlar, mən də o tədbirdə idim, sadəcə şair yox, ictimaiyyət nümayəndəsi və poeziya vurğunu kimi. Məsələ belədir: Əvvəla, Türkiyədən bura gələn insanlar faciədən 1 gün öncə yola düşmüşdülər. Aralarında millət vəkilləri də, sənət adamları da vardı. Onlar AYB-da da, Atatürk mərkəzində də görüşlər keçirtdilər. Son gündə isə həmin şadlıq sarayında tədbirin yekun günü idi. Tədbirdən öncə qonaqlarla birgə yanan binanın qarşısına gedib gül qoyuldu.Tədbir hər 2 dövlətin himni ilə başladı.Sonra faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Qəşəm Nəcəfzadə bu faciə haqda məlumat verərək bir daha belə faciə ilə üzləşməməyimizi arzuladı. Çıxış edən türklər də, yerli yazarlar da faciə qurbanlarını yada saldı.
Bütün bu müddət ərzində məclisdə oturub meyvə şirəsi içən Emil Rasimoğlu da, İntiqam Yaşar da, Çinarə Ömray və başqaları da səslərini çıxartmır, öz şoularının ssenarisini müzakirə edirdilər. Nəhayət məclisin başlanmasından 2 saat sonra onlar çıxış edib üsyankarcasına məclisi tərk etdilər. İndi diqqət edin,dostlar:
1) Əvvəla bu dəhşətli faciə qurbanlarının 3 mərasiminin bitdiyi, xatirələrinin anıldığı bir mərasimdə (faciə isə heç vaxt unudulmayacaq) bu populist çıxışın nəyə xidmət etdiyi sizə aydın deyilmi?
2) “Çırpınırdı Qara dəniz”, “Yenilməz türk dünyası”, “Çanakkala”və s. mahnılar nə vaxtdan şən mahnı oldu?
3) Nə vaxtdan türk dünyası ilə bağlı Türkiyə – Azərbaycan adları çəkiləndə 2 qardaş ölkə nümayəndələrinin əl – ələ tutaraq əllərini yuxarı qaldırmaqları qol-götürüb oynamaq sayıldı?
4) Yaxşı əgər bu gənclər həqiqətən bu faciədən bu dərəcədə sarsılıblarsa, onda nə işləri vardı şadlıq sarayında? Axı, ora əyləncə yeridir.
5) Əgər həqiqətən bu faciəyəyə görə zalı tərk etmişdilərsə,bəs çöldə onların şaqqanaqlarının göyə yüksəlməsini nə ilə izah etmək olardı? (Çünki arzularına çatmış,öz saytlarında, digər saytalrda, qəzetlərdə “patriot” kimi görünəcəklərinə əmin idilər. Həm də hadisədən xəbəri olmayan insanlarda rəy formalaşdıra biləcəkdilər və buna da nail oldular.)
6) Məgər bu gənclər “mənəvi ana” adlandırdıqları Fərqanə Mehdiyevadan, “mənəvi ata” hesab etdikləri Qəşəm Nəcəfzadədən daha üstün şair, yaxud Vətənə bağlıdılar?
7) Məgər bu Emil,İntiqam və.s həmin tədbirdə iştirak edən 20 yanvar və Qarabağ əlili Arif Məhərrəmovdan daha vətənpərvərdimi?
8) Məgər Çinarə, yaxud Şahanə orda iştirak edən Qarabağ əlili Rüxsarə (Tutu) Cumayevadan daha Vətənpərvərdir?
9) Türkiyədə son dərəcə yüksək səviyyədə qarşılanan Azərbaycandan olan antologiya üzvləri sizcə onları necə qarşılamalı idi?
10) Saat 3-də başlanan tədbirin sonunda – saat axşam 10-un yarsında Türkiyəli qonaqlara yemək vermək nə vaxtdan “yeyib-içmək məclisi”sayılır? Məyər E.Rasimoğlunun başçılıq etdiyi bu “Don Kixotlar” evlərinə gələn qonaqları ac yola salırlar? Yaxud bu “patriotlar”ın faciə günlərində belə tərk etmədikləri pivəxanaları nə ilə izah edək? Axı xalqın ağır günü hara, içki məclisi hara?
11) Tədbir mayın 23-də keçirildiyi halda Manera.az saytında 22- i(guya faciənin 3-ü günü ) yazmaqla öz çirkin niyyətlərini ortaya qoymağa çalışdılar.
12) Özlərini Gənc Türk yazarları adlandıranların ,18 ölkənin türklərinin qatıldığı bir tədbirdə belə şou göstərməklərinə nə ad vermək olar?
Sadəcə bu “bolşevik ruhlu” gəncləri artıq şöhrətpərəstlik xəstəliyi tutub.Gənc yaşlarından “gənclərə meydan vermək” adı ilə onları irəli çəkəndə AYB-a üzv qəbul edib, dövlət başçısının təqaüdünü verəndə belə də olmalıydı.Onları irəli çəkən Fərqanə xanımı Mehdiyevanı da heçə alırlar onlar. Amma onlardan fərqli olaraq o masada əyləşən digər gənclər- o cümlədən Vasif Zöhraboğlu və başqaları bu “yalançı patriotlar”a qoşulmadılar.
Vicdanıma and içirəm ki, onların öz saytlarında yazdıqları şöhrətpərəstlik və özlərini vətənpərvər kimi göstərmək üçündür. And içirəm ki, orda şən, oynaq musiqilər deyil, yalnız türkçülük, turançıılqla bağlı mahnılar səslənib. İstənilən şəxs o tədbirin videosuna baxa bilər.O məclisdə iştirak edən şairlər,döyüşçülər bu millətin balalarıdır, faciə də, məsum körpələr də hamımızın dərdimizdir.Əziz dostlar, sizdən artıq dərəcədə xahiş edirəm, gözünüzlə görmədiyiniz halda, bu “yalançı patriotlar”ın, “ facebook qəhrəmanlarının” yaratdığı görüntüyə, paylaşdıqları şəkillərə aldanmayın.
Bu yazıdan sonra onlar mənə qarşı da təhqiredici ifadələrə yol verəcəklər.Mən qələm əhli,şair deyiləm, başqa sahənin adamıyam, eyni zamanda poeziya vurğunuyam.Əlimdə də onlarda olan “Manera.az” imkanı da yoxdur. Onların dedikləri elə öz səviyyəsində olan sözlərdir və öz ünvanlarına da yönəlir.
Antologiyada isə yetərincə ciddi səhvlər, nöqsanlar var ki,bu da başqa söhbətin mövzusudur.