sekil

Mən sənin eşqinlə elə yanmışam,
Sən mənim hər zaman xəyalımdasan.
Bəzən sevdiyimi səndən danıram,
Çatmayan dağ çəkən vüsalımdasan.

Nə vaxtsa yadıma düşsən, ey mənək,
Elə alışıram bir kürə kimi.
Tərpətmə yaramı tərpətmə görək,
Göynəyir qəlbimin “oof” sarı simi.

Bəzən unutmağa cəhd eyləsəmdə,
Bunu bacarmıram, bilmirəm nədən.
Sənə sevdiyimi söyləməsəmdə,
Sənsiz yaşayıram ruhsuz bir bədən.

Gəl mənim yaramı tərpətmə yenə,
Sənsiz qanadı yox bir quş kimiyəm.
Sən özgə yarısan, heyin yox mənə,
Mən bir ağlı çaşan bihuş kimiyəm.

Qoy ölüm sakitcə səndən aralı,
Onsuzda yanıma gələn deyilsən.
Sənsiz dayanmışam könlü yaralı,
Üzümə sevgiylə gülən deyilsən.

Mən səni sevirəm nə faydası var,
Özgənin malısan, özgə yarısan.
Səni sevdiyimçün oldum gunahkar,
Könlümün qışısan boran-qarısan.

Dostluqdan danışaq sevgini ataq,
Bəlkə biz ünüdaq, nakam sevgini.
Dostluq sevgisini sevgiyə qataq,
Beləcə unudaq bu qəm sevgini.