r

İsmayıllının Şair oğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü, İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinin  rəhbəri

Bu gün özbək dilindən yeni tərcümə belə alındı.
ИҚБОЛ МИРЗО
БУНЧАЛАР…
Қуёшга интиққан каби ғунчалар,
Юрак сокин-сокин қўнғироқ чалар.
Нима деб куйлайди қўнғироқчалар?
Бунчалар севдирдинг мени, бунчалар?

Оҳу қарашлими, жоду қарашли,
Либоси ярашли, нози ярашли,
Бунча яхши бўлдинг, бунчалар яхши!
Бунчалар севдирдинг мени, бунчалар?

Эртаклар ҳақиқат эканими бу?
Юракка кўкрак тор келганими бу?
Ё висол ё ўлим деганими бу?
Бунчалар севдирдинг мени, бунчалар?

Сенинг кўзинг тушган ғунчалар яхши,
Қанча кўп қарасанг шунчалар яхши,
Бунча яхши бўлдинг, бунчалар яхши!
Бунчалар севдирдинг мени, бунчалар?

Ой – кўкка таваккал чертилган танга,
Ҳолбуки, ҳар икки олам бир менга.
Айт, нима ёмонлик қилувдим сенга?
Бунчалар севдирдинг мени, бунчалар?

İqbal Mirzə

Nə qədər…

Qönçənin Günəşə boylanması var,
Ürək həzin-həzin zınqırov çalar.
Səs salıb, nə deyir zınqırovçalar?
Özünü nə qədər sevdirmək olar?

Sən ahu baxışlı, ya cadukarsan,
Libasın yaraşan, nazın alır can.
Hətta yaxşıdan da xeyli yaxşısan,
Özünü bu qədər sevdirmək olar?

Nağılın həqiqət olması bumu?
Ürəyin qəfəsdə qalması bumu?
Ya vüsal, ya ölüm kəlməsi bumu?
Özünü nə qədər sevdirmək olar?

Sənin gözün düşən qönçələr yaxşı,
Nə qədər çox baxsan, incələr yaxşı.
Bunca gözəlliklə öncələr, yaxşı,
Özünü nə qədər sevdirmək olar?

Bəxtə atılan pul – Ay göy üzünə,
Bil ki, iki aləm eynidir mənə.
Söylə, nə yamanlıq etmişəm sənə?
Özünü nə qədər sevdirmək olar?