Qalmayıb ürəyin taqəti, tabı,
Açmamış gül kimi günbəgün solur.
Mən indi bildim ki, həsrət əzabı,
İnsana həyatda ağır dərd olur.
Mən indi bildim ki, bu gedişinlə,
Ürəyim mənimlə barışmayacaq.
Arxanca boylanan yaşlı gözlərim,
Sənin yollarından yığışmayacaq.
Mən indi bildim ki, hər gün boylanıb,
Baxacam həsrətin pəncərəsindən.
Gözlərim ayrıla bilməyəcəkdir
Sənli günlərimin xatirəsindən.
Mən indi bildim ki, ayrılsaq da biz,
Ürəyim yənə də sənlə olacaq.
Qəlbim nə birini sevecek artıq,
Nə də bir kimsədən mədət umacaq.
Mən indi bildim ki, məndən uzaqsan,
Qara saçlarında dən deyilmişəm.
Sənin ürəyinin əsl sahibi,
Başqa bir insanmış, mən deyilmişəm.