elnur

Ok nədi,yes nədi,bir təmiz hə de,
Dilin ətir saçsın,qəlbi oxşa,yar.
Doğma ikən yada dönən millətə,
Bəxti ağı söylər, zaman oxşayar.

Xor baxanlar bölünsün, min dilimə,
Dildən olum,yad söz gəlsə,dilimə.
Mən heyranam,doğma Ana dilimə,
De,hansı dil bu saf dilə oxşayar?

Coşqun,qaya qopar qat-qat,lay-lay a!
Kökü üstə bağlanır hər lay laya.
Mən bu dildə qulaq asdım laylaya,
Söz ruhumu bu dil ilə oxşayar.