Yatmadığım yuxular,
Demədiyim qorxular,
Dilimə gətirmədiyim
ağrılar
Tökülür gözlərimdən…
Bilirəm hər dəm
Şeirlərimdən, sözlərimdən
Tökülür dən-dən
Kədərim.
Məni boğan qəhərim.
Məni sıxan kədərim.
Məni yıxan qədərim.
Dərmanı olan dərdlər,
Verməz dərman kimsələr…
Əsirgəyərlər,
Əsir edərlər.
Sonra…
Sonra…
Keçib, gedərlər…