sekil

(divani)

Calış dostum bu dünyada haqq yolundan dönmə, sən,
Yananda da elə yanki tez alışıb sönmə, sən.
Çalışki yaxşılıq eylə dosta, yada, tanışa,
Bir pisliyin ucbatından alçaqlara enmə, sən.

Yaxşılıq et hər insana adın düşsün dillərə,
Qazan elin məhəbbətin, sevgini ver ellərə.
Aşsın, daşsın saf niyyətin ömrü vermə yellərə,
Bu yollarda nə nazilmə, nə incəlib sınma, sən.

Nail deyər sınan könlü sağaltmaq çox çətindi,
Könül var ki, tənələrdən sınan deyil mətindi.
Yaxşı insan elə dayaq, əyilməz bir sütundu,
Boş-boş yalan söyləyəni doğru, dürüst sanma, sən.