Əli Musa(Qənbərzadə Əli Musa oğlu) 1iyun 1992-ci ildə Kəlbəcər rayon kilsəli kəndində anadan olub.2012-ci ildə Mingəçevir Turizm Kollecini bitirib.Şeir və publisistik məqalələri dövri mətbuatda çap olunur.”Sevgidir yaşadan məni”kitabının müəllifidir
Aldanma
İnanmaq çətindir hər yetən kəsə,
Çoxları dar gündə verər səs-səsə
Əgər dar ayaqda yaxın gəlməsə
Necə dost deyəsən beləsinə sən
Tuş gəlsən taleyin qara yelinə
Qorxma kürəyini söykə elinə
Aldansan yetənin şirin dilinə
Düşərsən namərdin tələsinə sən
Bir azca dözümün inadın olsun
Şirin arzuların qanadın olsun
Gördüyün hər işdə öz adın olsun
Çevrilmə heç kəsin köləsinə sən
Gəzdirər
Bu necə ömürdü bu necə gündü
Bir kəlmə xoş sözə nöhtacıq indi
Adam var hər sözü baldan şirindi
Adam var dilində zəhər gəzdirər
Əli quruyarmı çağlayan bulaq
Tikandan betərdir gərəksiz alaq
Hoppanıb qabağa keçəndə ulaq
Belində palan yox yəhər gəzdirər
Nə dərdim
Halallıq gəzirəm əkinçi kimi
Varlığım bir uşaq sevinci kimi
Elin ürəyində saf inci kimi
Təkcə beş-üç kəlməm qalsa nə dərdim
Yoxdur nisgil adlı dərdin davası
Quşada doğmadır yurdu yuvası
Anam kəlbəcərin yaylaq havası
Yenidən içimə dolsa nə dərdim
Hərdən səsləyəndə taleyi baxtı
Elə bil gözümdə ildırım çaxdı
Anam qız axtarır mənə nə vaxtı
Bir gözəl qismətim olsa nə dərdim