memmedhacizade

20 Yanvar metrosunun çıxışındakı şəhid abidəsinin qarşısında geniş səkiylə gedərkən kimsə özünü zərbəylə mənə çırpdı.25-30 yaşlarında olan bu adam qəzəblə gözümün içinə baxırdı.Bir kəlməmə bənd idi ki,yumruq-larını bərk-bərk sıxmış ,gözlərini qan örtən bu oğlan məni küçənin ortasında döysün.Düzünü deyim ki,bərk həyə-canlandım.Elə həyəcanla da oradan uzaqlaşdım.Yaxın-lıqdakı dayanacaqda özümü toxtayıb marşuruta min-dim.Avtobus o qədər də basabas deyildi.Bir neçə daya-nacaqdan sonra mənimlə yanaşı dayanmış 40-45 yaş-larında bir kişi biləyimdən yapışaraq bağırdı:
– Boyundan,buxunundan utan,cibə girirsən?.
Bir andaca gözlərimə qaranlıq çökdü.Yerlərdən nalayiq sözlər eşidirdim.Bütün baxışlar mənə yönəlmişdi.Göz-lərim yaşla dolub dayanmışdı.Səslərin içindən qeyri-adi bir səs eşidirdim.“Dinmə!,Sus!” deyirdi kimsə.
Dayanacaqda avtobusun qapıları açıldı.Başımı aşağı salıb avtobusdan düşdüm.Donub qalmışdım.Növbəti avtobusla evə gəldim.İştaham kəsildiyindən yemək yeyə bilmə-dim.Gecəni də yatmadım.Başqa bir adam olmuş-dum.Özümə gələ bilmirdim.Ağlamaq istəsəm də ağlaya bilmirdim.İş zamanı başımı masaya dayayıb mürgülməklə iş saatımı bitirdim.Başıma gələni kimləsə bolüşüb yüngülləşmək fikrindən vaz keçirdim.İşdən çıxarkən dayanacağa yaxınlaşmağa ürək etmirdim.Elə bilirdim məni görən “dünənki cibgirdi” deyir.
İş sonu olduğundan avtobuslar adamla dolur,qapılar çətinliklə bağlanır və yola düşürdü.Nəhayət adam selinə qarışıb mən də avtobusların birinə minə bildim.Avtobus yola düşdükdən sonra salona sakitlik çökdü.Fikirdən halsız olmuşdum.Başımda da küt ağrılar vardı.Yazın gəlməsinə baxmayaraq havaların soyuq keçməsi,sübh tezdən evdən çıxanları gödəkcə geyməyə məcbur edirdi.Havasızlıqdan istiləndiyim üçün gödəkcəmin yaxasını açdım.Avtobus o qədər basdırıq idi ki,adam tərpənə bilmədiyindən hətta yanında dayanan adamın kim olduğunu da bilmirdi.Hami susub durmuşdu.Qəfildən başımın sol nahiyəsində bir zərbə hiss etdim.Əvvəlcə kiminsə əlinin tutacaqdan sürüşüb başıma dəydiyini zənn etdim.dönüb baxırdım ki,30-35 yaşlarında qarayanız oğlan gözləri qızarmış halda,təkrar-təkrar“Şofer saxla avtobusu”deyə bağırdı və yenidən başımın eyni hissəsinə eyni zərbə ilə şillə vuraraq acıqlı tərzdə,aram-aram “Düş! Düş!” dedi.Eyni anda yenə sanki bir qeybdən gələn o qeyri-adi səsi eşitdim.”Dinmə,düş”deyirdi.Avtobus saxladı və qapılar açıldı.Adamları yara-yara avtobusdan düşdüm.Elə bildim mənimlə dava etmək üçün o adam da arxamca düşür.Mən düşdüm,qapılar örtüldü və avtobus getdi.Var gücümlə qışqırmaq istəsəm də bacarma-dım.Hönkür-hönkür ağlayaraq irəliləyirdim.Gözlərimdən çıxan yaşların necə rahatlıq gətirəcəyini ağlıma belə gətirməzdim.Dincəlməliydim.Sabah direktorun qəbulun-da olmalıydım deyə özümdə güc saxlamalıydım.Nəqədər ki bu qalmaqallardan salamat çıxmışam,üz-gözümdə şillə,yumruq izləri yoxdur,deməli avara,yalançı damğasından uzaq düşmüşəm.Axı mən böyük fəlakətin qarşısını ala biləcək bir həqiqəti danışmalıyam..

Bakı. 15.08.2015.