yenirenglifoto

Səfərlə Fidanın xoşbəxt günləri o gündən başlamışdı. İşdə də hər kəs gəncləri təbrik etdi, Səfər tort aldı, bir yerdə qeyd etdilər.
Aybəniz gələndə anasının danışdıqlarını eşidəndə çox pis oldu. Anasıyla qoşulub ağlaşdılar. Cəmilə başını qızının dizlərinin üstünə qoymuşdu, rahatlıq tapmaq istəyirdi.
Kərim Təhminəylə onun evində nahar edirdilər. Şirin-şirin danışıb gülürdülər
Kərim – Yaxşı ki, həyatımda varsan. Vallah başımı itirərdim.
Təhminə təmkinli idi, Kərimi həmişə anlamağa çalışırdı.
– O adamların kimliyini öyrənə bildin? Xahiş edirəm mənə düzünü de. Hiss edirəm, çox şey gizlədirsən məndən.
– Vallah, billah tapa bilməmişəm. Tapsam o oğraşların ciyərini çıxardacam. Sən buna görə narahat olma. Bir sözdə demək istəyirəm.
– Nə?
– Ola bilsin Cəmilədən boşanım. Əvvəlcə uşaqlarımı yerbəyer etməliyəm sonra.
– Mənə görə ailənin dağılmasını istəmirəm. Belədə xoşbəxtəm.
Kərim ayağa qalxdı. Təhminə də ayağa qalxmalı oldu. Kərim sevgilisinin əlindən öpdü: – Deyəsən, mənim kimi hər dəqiqə darıxmırsan.
– Əksinə, ancaq yanımda olmağını istəyirəm. Təəssüf ki, mümkün deyil.
– Darıxma, o da olacaq. Getməliyəm, işdə olmalıyam. Qızım qayıdıbdı, axşam gələ bilməyəcəm.
– Yaxşı, etiraz eləməsən şəhərə çıxardım, özümə paltar almaq istəyirəm.
– Olar, çalış, axşam tez qayıdasan.
Təhminə Kərimi yola salandan sonra süfrəni yığışdırdı…
Fidanın Təhminə ilə tanışlığı
Səfərin işi olduğu üçün Fidan evə tək getməli oldu. Dayanacaq bir az uzaqdaydı. Yerdə qara, gülləri olan balaca qadın çantası vardı. Fidan təəccüblə çantanı yerdən götürdü, ətrafına baxdı. Yaxınlıqdakı skameykaya yaxınlaşıb oturdu. Çantanı açanda içində pul kisəsi, balaca dəftərçə gördü.dəftərçəni açdı, birinci vərəqdə ev nömrəsi vardı. Nömrədən əvvəl “evimin nömrəsi” yazılmışdı. Fidan nə düşündüsə, çantanı özüylə götürüb yoluna davam etdi.

Cəmilə qonaq otağında var-gəl edirdi. Aybəniz otağa girən kimi üstünə qışqırdı.
– Hardasan bu vaxtı ay qız? Gör saat neçədir?
– Qızlarla kinoya getmişdim.
– Hansı kinoya? De bu deqiqe zeng edib dəqiqləşdirəcəm.
Aybəniz özünü itirdi – Boynuma alıram, onunla görüşdəydim.
Cəmilə – O kimdi?
Bu vaxt ev telefonuna zəng gəldi. Cəmilə cəld dəstəyi götürdü : – Allo, nə? (Pauza) Mən dedim axı, heç nə…
Cəmilə qızına baxdı: Get otağına, sonra danışarıq.
Aybəniz otaqdan çıxdı, pilləkanları bir-iki addım qalxıb dayandı. Anasının nə danışdığı maraqlı idi.
Cəmilə : Qardaşın nə iş gördü? Mən dedim axı, o ləçərin gözünü qorxudun. Düzünü de, öldürməyiblər? Kərimə desə batdım mən? Necə? Əla, əla… Mən zəng etməmiş mənə zəng etmə. Danışarıq. Gecən xeyrə…
Cəmilə dəstəyi yerinə qoyur.
– Bax belə! Görüm sübutlardan sonra danışmağa dilin olacaq Kərim?
Fidan səhər işə gələn kimi tapdığı qadın çantasından balaca dəftərçəni götürdü, nömrəni yığdı.
– Allo
Dəstəyin o biri tərəfindən qadın səsi gəldi. Qadının səsindən ağladığı hiss olunurdu. Qadın Təhminə idi.
– Eşidirəm.
– Salam xanım. Sizi narahat edən Fidandır.
Təhminə – Nə lazımdı Fidan xanım?
Fidan – Dünən yolda qara qadın çantası tapmışam. İçindəki dəftərçədə nömrəniz yazılmışdı.
Təhminə – Hə düzdür. Çantamı itirmişdim.
Fidan – Çantanı nə vaxt qaytara bilərəm?
Təhminə – Siz harada yaşayırsız?
Fidan – Mən indi işdəyəm. Nişanlımla gətirə bilərəm. Siz ünvanınızı verin, biz gətirək.
Fidan Təhminənin dediyi ünvanı vərəqə yazdı. Səfər işə gələndə hər şeyi danışdı.

Kərim işdən Təhminəni nə qədər yığsa da Təhminə ev telefonunun səsini eşidir, cavab vermir, ancaq ağlayırdı. Axırda dəstəyi qaldırıb bir kənara qoydu.
Kərim Təhminəyə görə narahat olmağa başladı.
Maşının açarını masasının üstündən götürdü, kabinetindən çıxdı.

Aybəniz də son günlər çox kədərliydi, otağında ağlayırdı, Cəmilə qapını açanda gözlərini sildi.
Cəmilə – Sən niyə ağlayırsan? Nə olub?
Aybəniz elə bil bu suala bənd imiş, hönkür-hönkür ağladı. Cəmilə qızına yaxınlaşdı.
– Nə olub? İmtahanın cavabları çıxdı?
– Nə imtahan? Ona hələ var. Elə belə ağlayıram. Ürəyim doludur.
– Inanmıram sənə. Düzünü de. O görüşdüyün oğlan xetrinə dəyib? Adı nədi? Elçin.
– Bir az sözümüz düz gəlmədi.
– Nəyin üstündə?
– Geyimimin üstündə. Qurban olum ana, indi tək qalmaq istəyirəm.
– Gör nəyə görə ağlayırsan. Çox ürəyinə salma, atanla da az dalaşmamışdıq. Ağlama, səni tək qoyuram. Axşam danışarıq. Getməli yerim var.
– Yaxşı.
Cəmilə qızının otağından çıxıb qapını örtdü.
Aybəniz qarnının üstünə əlini qoydu, dayanmadan ağladı.

Rəfiqəsi Cəmilənin üzünə qapını açanda qardaşı Mahmud da evdəydi. Cəmilə Mahmud haqqında çox eşitmişdi, üzünü ilk dəfə bugün gördü. Birlikdə qonaq otağına keçdilər. Mahmud əlindəki şəkilləri Cəmiləyə uzatdı.
– Dediyinizdən artıq iş görmüşük.
Cəmilə rəfiqəsinin üzünə təəccüblə baxıb şəkilləri Mahmuddan aldı. Bir-bir şəkillərə baxdıqca pis oldu. Ərini əlindən alan qadına nə qədər nifrət etsə də, bir qadının bu cür alçalmağı ölümə bərabər bir şeydi. Bəlkə də ölüm bundan min dəfə yaxşıydı.
– Düzdür, həddindən artıq iş görmüsüz. Bu işin üstü açılsa bilirsinizdə cinayətdi.
– Bizi heç kim ələ verməz. Həm də məcbur idik. Yoldaşınız bizi axtarır. Amma bu qadın gözündən düşsə, bir az da siz bizim xeyrimizə əziyyət çəksəniz, hər kəs rahat nəfəs alar.
– Danışmaq asandı… Nə isə… Bircə işiniz qaldı, o da şəkilləri yoldaşımın iş yerinə göndərəcəksiniz.
– Özünüz göndərə bilmərsiz?
– Sizdən başqa heç kimə etibar edə bilmərəm. Bundan başqa bir təklifim də var sizə. Təhminə kökündən həll olunsun, onda ikiqat artıq pul verəcəm sizə.
Mahmudun gözləri gülür.

Təhminə əlindəki bir qutu dərmanlara baxır, yanaqlarından yaş axır. Dərmanları ovcuna tökür, diqqətlə baxır, gözlərini dərmanlardan çəkmir. Qəfildən Kərim əlindən vurdu, əlindəkilər yerə dağıldı. Kərim üstünə qışqırdı.
– Sən neynirsən Təhminə? Özünü öldürmək istəyirsən?
Təhminə Kərimin ayaqlarını qucaqlayıb hönkürtüylə ağladı. Kərim də diz çökdü, Təhminəni bağrına basdı.
Artıq saat beş idi. Səfərlə Fidan işdən çıxdılar. Fidan maşında Təhminənin ünvanını yazdığı vərəqi Səfərə verdi.
– Buralara yaxındı. Sonra Çiçək xalanı da götürək. Sizi yaxşı yerə aparacam.
– Anama neçə dəfə demişəm. Deyir qaratikan kolu, ya da uşaq deyiləm ki, yanınızda aparasız məni.
Səfər Fidanla zarafat edir.
– O dəqiqə hiss olunur vaxtında romantik olub.
Fidan gülümsəyir – Anamla işin olmasın. Az danış, maşınını sür.
Səfər gülür, maşını xodlayır.

Cəmilə qapını astaca açdı. Halı yox idi, asta-asta içəri keçəndə qızının telefonda ağlaya-ağlaya danışdığını eşitdi.
– Yalvarıram Elçin, məni pis vəziyyətdə qoyma. Sən heç bilmirsən kimin qızıyam. Mən düşündüyün kimi əxlaqsız qız deyiləm. Qardaşım, atam bilsə, öldürərlər məni.
Ev Cəmilənin gözündə elə bil fırlandı. Ürəyi getdi, yerə sərildi. Aybəniz dəstəyi əlindən atıb qapının ağzına qaçdı. ” Ana ” qışqırdı, anasını ayıltmağa çalışdı. Bugün tərslikdən ana-baladan başqa evdə heç kim yox idi.

Ardı var…