B.İ.Eminli
Sumqayıt Dövlət Universiteti,
Azərbaycan dili və türkologiya kafedrasının baş müəllimi

MÜRACİƏT FORMALARININ SEÇİLMƏ TƏLƏBLƏRİ

Açar sözlər: nitq mədəniyyəti, müraciət formaları, etiket, xitab, ünsiyyət

«Dil ünsiyyət vasitələri sırasında özünün aparıcı yerini qoruyub saxlayır və gələcəkdə də saxlayacaq. O, ifadə olunası və digər insanlara çatdırılası düşünülmüş istənilən məzmunu ifadə etmək qabiliyyəti olan informasiya mübadiləsinin öz imkanlarına görə ən zəngin vasitəsidir. Dil fikrin özünün formalaşması kimi çıxış edir, buna görə də dil ünsiyyəti digbər informasiya mübadiləsi formalarının və növlərinin əsasında dayanır.
Təsadüfi deyil ki, insanın müsbət keyfiyyətlərindən biri də onun aydın və gözəl danışmasıdır. «Hər bir insan öz dilinin arxasında gizəlnmişdir». Gözəl nitqə malik olmaq üçün təbii ki, gözəl natiq doğulmaq lazım deyil. Sadəcə, kifayət qədər ictimai-siyasi, elmi biliyə və zəngin söz ehtiyatına sahib olmaq lazımdır. Ən başlıcası isə Nə demək? Necə demək? Harada demək? prinsipinə düzgün əməl etmək lazımdır. M.T.Siseron yazır ki, şairlər anadan şair doğulurlar, natiqlər isə ictimai-siyasi həyatda sonradan yetişirlər.
M.T.Siseron bunu da qeyd edir ki, xeyirxah olan şəxs hər şeyə qadirdir. Kim gözəl danışırsa, o bütün xeyirxah cəhətləri özündə təcəssüm etdirir və buna görə də müdrikdir. Həqiqi natiq öz müdrikliyi … ilə təkcə nüfuz qazanmır, həm də vətəndaşlara, dövlətə fayda verir, uğurlar gətirir, səadət bağışlayır.
Təbiidir ki, gözəl nitq, rəvan danışıq auditoriya üçün maraqlı mövzunun seçilməsindən, nitqdə işlədilən sözlərin ahəngdarlığından, nitq söyləyənin şəxsiyyətindən, hətta zahiri görünüşündən və s. asılıdır. Gözəl nitq qabiliyyətinə, nitq mədəniyyətinə malik olmaq üçün kifayət qədər söz ehtiyatına, geniş dünyagörüşünə, yaradıcılıq axtarışına, istedada, ciddi səyə malik olmaq lazımdır. Gözəl nitq dinləyicinin qəlbini fəth edir, onu düşündürür, nəticə çıxarmağa vadar edir.
Dinləyicilərə münasibətə görə nitq söyləyənin qarşısında 3 vəzifə qoyulur: a) dinləyicinin diqqətini özünə cəlb etmək; b) diqqəti nitqdə irəli sürülən məsələlərə cəlb etmək – dinləyiciyə psixoloji təsir göstərmək üçün zəmin yaratmaq; c) dinləyicini həyəcanlandırmaq, onu düşünməyə sövq etmək.
Nitqin növlərindən istifadə etmək də dinləyicilərin səviyyəsindən asılıdır. Gözəl danışıq, necə deyərlər, məqamına düşməlidir. Natiq dinləyicilərin hətta yaşını, vəzifəsini, cəmiyyətdəki mövqeyini, vaxtının çoxluğunu, yaxud azlığını da nəzərə almalıdır. Dinləyicilər «müharibə və ya dinc quruculuq dövründə yaşayırlar?» sualı da natiq üçün maraqlı olmalıdır.
Nitqin uğurlu alınması üçün ikinci əsas şərt dinləyicidir. Çünki natiqin sənətini, məharətini düzgün qiymətləndirən məhz dinləyici auditoriyasıdır. Nitqin müvəffəqiyyətini təmin edən başlıca amillərdən biri də natiqlik priyomlarıdır. Bütün bunlar kompleks təşkil edəndə dinləyicilərə xoş təsir bağışlayır və «estetik qida» verir. «İnsan eşitdiyi sözün natiqinə baxıb həmən sözü qəbul edər» (M.S.Ordubadi). Natiqlik priyomlarının bəziləri nitqin bütöv kompozisiyası ilə, bir qismi isə yalnız giriş və ya finalla bağlıdır. Girişlə bağlı olan priyomlar dinləyicilərin diqqətini ələ almaq, əsas məsələyə yönəltmək və sakitlik yaratmaq məqsədi daşıyır.
Nitq dinləyicilərə müraciətlə başlanır. «Necə başlamalı?» sualı ən təcrübəli natiqləri belə düşündürür. Çünki bir sıra hallarda natiqin əvvəlcədən düşündüyü «giriş» auditoriyanın real vəziyyətinə uyğun gəlmir.
Dinləyicinin diqqətini cəlb etmək də nitq söyləyəni düşündürən məsələlərdəndir. Təbii ki, nitqin əvvəlində edilən müraciətdən və onun formalarından çox şey asılıdır. Müraciət formaları istənilən şifahi və yazılı nitqdə dinləyicinin diqqətini cəlb etmək üçün bir vasitə, sonrakı mətnə keçid üçün, mükaliməyə başlamaq üçün bir açar rolunu oynayır. Bu zaman əsas postulatlardan biri odur ki, kim müraciət edir və kimə müraciət edilir?
Həmsöhbətə müraciət ən parlaq, ən geniş yayılmış etiket göstəricisidir, çünki biz insanı ya sosial roluna, ya fərdi əlamətlərinə, ya ona olan şəxsi münasibətlərimizə görə bu və ya digər formada adlandırırıq. Belə etiket göstəricisi ən ümumi ola bilər – bu zaman ünsiyyət rəsmi ünsiyyətin ən yüksək pilləsi olacaq. Məsələn, küçədə və ya nəqliyyatda «Vətəndaş!» – deyə müraciət oluna bilər; müraciət eyni zamanda fərdi-şəxsi ola bilər, bu müraciət isə qeyri-rəsmi ünsiyyətdə (adi danışıqda, məişətdə) mümkün olur: məsələn, Aynuş! (Aynur) – (ana qızına deyir). Bəs müraciət nədir? Yuxarıda göstərdiyi kimi, müraciət nitqin istiqamətləndiyi obyektdir. Deməli, müraciətin spesifik xüsusiyyəti hər şeydən əvvəl ondan ibarətdir ki, o, həmsöhbətin diqqətini cəlb edir, eyni zamanda onu adlandırır. Beləcə, insanlar nitq əlaqəsinə daxil olurlar.
N.İ.Formanovskaya danışanın iki nitq fəaliyyətini ayırmışdır: müraciət olunanı (adresatı) adlandırmaq və çağırmaq (çağırış). Tədqiqatçı göstərir ki, bir çox dillərdə (məs: Ukrayna, bolqar və digər slavyan dillərində) müraciəti formalaşdıran çağırış halı deyilən xüsusi qrammatik vasitələr mövcuddur. Nitqimizdə müraciət xüsusi şəkilçi ilə deyil, yalnız intonasiya, bəzən də frazada yerinə görə müəyyən edilir. Düzdür, bəzi tədqiqatçıların fikrincə, ismin çağırış halını xatırladan müraciət forması var. Bu, sözün son şəkilçisinin ixtisarı, dəyişməsi və sözün təkrarı şəklində özünü göstərir. Məs: Mehri! (Mehriban!), Cəmiş! (Cəmilə!), Eliş! (Elşən!), Murad, a Murad!, Leyla, a Leyla! və s. Əlbəttə ki, bunu hal adlandırmaq düzgün olmazdı, çünki hal qrammatik formadır, əşya, hadisə və şəxsləri adlandıran sözlərin arasında bu və ya digər münasibətləri əks etdirir, bu üsluba təsir edə bilməz. Amma göstərilən müraciət forması yalnız danışıq üslubunda mümkündür, yəni qeyri-rəsmi, qeyri-məcburi ünsiyyətdə mövcuddur. Həm də bu forma yalnız məhdud söz qruplarında, əsasən xüsusi adlar və qohumluq bildirən sözlərdə özünü göstərir. Şifahi nitqdə bu, ad ilə müraciət etdikdə təzahür edir və hətta şifahi nitq norması sayılır. Müraciət zamanı, qeyd etdiyimiz kimi, xüsusi intonasiya olur, bu intonasiya digər nitq etiketi ifadələrində də hiss olunur. Daha dəqiq desək, bu, həmsöhbətin çağırış intonasiyasıdır.
İkinci xüsusiyyət ondan ibarətdir ki, müraciət yalnız çağırmır, eyni zamanda obyekti adlandırır. Çağırış (apelyativ) funksiyası həmsöhbətə istiqamətlənən nitq pozisiyasında onun rolu ilə əlaqədardırsa, adlandırma (kontativ) funksiyası nəzakətliliklə bağlıdır. «Yəni müraciəti kimə kim hansı şəraitdə edir, həmsöhbətlər hansı münasibətlərdədir». Müraciət forması istənilən bir mətnin dilini şifahi nitqə yaxınlaşdıra da bilər, rəsmi ünsiyyətə çevirə də bilər.
Dinləyicidə bilavasitə təəssürat yaratmaq üçün nitqin başlanğıcında müraciətə diqqət yetirmək lazımdır. Sadə müraciət bu məqsədə nail olmağa bir o qədər imkan vermir. Hər hansı bir müraciətin məqsədsiz və ya yersiz işlənməsi hətta bəzən mənfi effekt (nəticə) də verə bilər.
Müraciət nitqdə emosional təsir vasitəsidir. İnformasiya vasitələrinin sürətlə artdığı bir zamanda yazı dilinə nisbətən şifahi dilin, yaxud danışıq dilinin işləkliyi yüksəlir. Əgər bir zamanlar Azərbaycan danışıq dili Azərbaycan yazı dilinin təsirinə məruz qalırdısa, bu gün əksinədir: danışıq dili yazı dilinə əhəmiyyətli təsir göstərir. Təsadüfi deyildir ki, hər hansı informasiya, adətən, mətbuat səhifələrinə çıxmamışdan əvvəl radioda, televiziyada, müxtəlif xarakterli, miqyaslı yığıncaqlarda və s. (çox zaman məhz birinci şəxsin dilindən) səslənir. Azərbaycan dilində danışan radioların, televiziyaların sayı bu dildə yazan qəzetlərin, jurnalların sayını keçməsə də, etiraf etməliyik ki, dinləyənlərin auditoriyası oxuyanların auditoriyasından çox-çox genişdir.Nitq dilin qanunları əsasında yaradılır, danışanın, yazanın həmin dilə nə dərəcədə yiyələnmə bacarığını əks etdirir. Nitq mədəniyyətinə maraq son zamanlar ünsiyyət problemlərinə diqqətin artması ilə əlaqədardır.
Nitq mədəniyyəti davranış etiketinə xidmət edir və ünsiyyətin geniş stereotiplər sahəsini təşkil edir.
Nitq mədəniyyəti dar mənada nitq davranışının milli spesifik qaydalarıdır ki, bunlar da həmsöhbətlərin əlaqəyə girmə və ünsiyyət şəraitinə uyğun olaraq seçilmiş formada ünsiyyətə qoşulma situasiyalarında tətbiq olunur.
Məzmunlu məlumat mübadiləsinə daxil olmazdan əvvəl, yəni ünsiyyətdən əvvəl, insan hər hansı bir vasitə ilə ünsiyyətə daxil olmalı, həmsöhbətin diqqətini cəlb etməli, ona müraciət etməlidir. Nitq mədəniyyəti başlıca olaraq, məhz bu əlaqəyaradıcı funksiyanı yerinə yetirir, başqa sözlə desək, həmsöhbətə münasibətdə öz mövqeyini müəyyən etməyə imkan verir. Nitq etiketlərinin vahidlərinin tələb edən kontakt yaratma situasiyaları arasında başlıca yeri həmsöhbətə müraciət, onun nitqini cəlb etmə tutur.
Həmsöhbətə müraciət situasiyasında iki aspekti ayırmaq olar: 1) qeyri-tanış adamlara müraciət və 2) tanış adamlara müraciət (buraya az tanış olan adamlardan çox yaxın adamlara qədər daxildir). Bu iki qrup üçün nitq etiketi formalarının məcmusu kimi, dialoq quruluşunun spesifikliyi də fərqlidir. Birinci hal üçün bir qayda olaraq özündə müraciət + məlumat hissəsini (sual, xahiş, məlumat və s.), cavab və mümkün olan lütfkarlıq mübadiləsini cəmləşdirən minimal dialoq xarakterikdir.
İkinci hal üçün bu imkandan əlavə, müraciətin arxasınca kifayət qədər uzun informasiya hissəsi gələ bilər ki, bu da bəzən monoloqa çevrilə bilir. Müraciətlər içərisində müstəqil və asılı müraciətlər fərqləndirilə bilər. Müstəqil müraciətlər vokativ funksiya – həmsöhbətin diqqəti cəlbetmə funksiyasını yerinə yetirir. Müraciət dialoji vahidin ilkin replikası kimi daha çox çıxış edir. Asılı müraciətlər başlanğıc mövqedə olmadıqları üçün söyləmə tamamlayıcı nəzakətlilik verə bilər və bəzən onlar qiymətləndirici rolunu oynayır.
Elə təsəvvür olunur ki, kiminləsə danışmaqdan, ünsiyyət bağlamaqdan təbii və asan bir şey yoxdur. Amma bizim gündəlik məişətimiz sübut edir ki, biz hərdən ünsiyyət saxlaya bilmirik, ya da bunu kifayət qədər yaxşı etmirik.
Ünsiyyət ən azı iki nəfərin mürəkkəb fəaliyyətidir. Buna görə də əsl ünsiyyətin ilkin şərti danışanın öz şəxsi maraqlarını, eləcə də həmsöhbətə, onun xüsusiyyət və tələbatlarına diqqətini nəzərə almasıdır.
«Müraciət – rabitəli nitqin elementlərindən biridir və məntiqə uyğun olaraq o, bu və ya başqa halda nitq mühiti ilə əlaqədardır» [1, 87]. Hər hansı müraciət formalarının işlənmə məqamları bir sıra xüsusiyyətlərdən asılıdır:
1) Müraciət edənlə adresatın arasında tanışlığın (qohumluğun) mövcudluğu və ya qeyri-mövcudluğu;
2) Adresatın yaşı ilə danışanın yaşının nisbəti;
3) Danışana nisbətən adresatın sosial vəziyyəti;
4) Adresatın peşəsi, məşğuliyyəti;
5) Verilən situasiyada müraciət edənin funksiyası;
6) Adresatın verilmiş situasiyada üzə çıxan və ya əvvəlki təcrübələrdən danışana məlum olan şəxsi keyfiyyətləri;
7) Emosional təsir obyekti kimi adresatın xüsusiyyətləri (əlamətləri) və danışan tərəfindən qiymətləndirilməsi və s.
Biz qeyd etdik ki, müraciət ən parlaq etiket göstəricisidir. «Etiket fransız, etika isə latın sözüdür. Etiket sözü fransız dilində iki mənadadır: a) yarlıq, etiket, yazı; b) mərasim. Etika sözü də latın dilində iki mənadadır: a) ictimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə; b) hər hansı sinfin, cəmiyyətin və ictimai təşkilatların əxlaq qaydaları» [2, 33].
«Etiket sözü holland dilində, əsasən, paycıq mənasında işlədilir. Paycıq əvvəlcə malın, eksponatın üstünə yapışdırılmış kağız, sonralar yazı kağızının özü mənasında işlədilmişdir. Etiket sözünün yazı mənası əsasında mərasimi məna yaranmışdır» [3, 125]. İndi etiket sözündən həm yarlıq, həm də danışıq forması mənasında istifadə edilir. Etiket sözü yarlıq mənasında ilkin danışıq formasında isə törəmədir. Danışıq etiketi deyəndə insanların zahirən bir-birinə olan münasibətləri, ünsiyyəti ilə bağlı əxlaq qaydalarının toplusu başa düşülür. Deməli, biz həmsöhbəti çağırarkən ona şəraitə uyğun daha müvafiq yarlıq seçmiş oluruq. Təbii ki, bu zaman cins, yaş, sənət, peşə mənsubiyyəti, yaşadığı şəhər və ya kənd mühiti də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, bütöv nitq etiketi kimi müraciətimiz də milli xüsusiyyətlərlə müşaiət olunur ki, bu da əcnəbilər tərəfindən, adətən, çətinliklə mənimsənilir.
Müraciət formalarının seçimindəki çətinlikləri aradan qaldırmaq üçün müraciət olunanın tanış və ya qeyri-tanış olduğunu nəzərə almaq lazımdır. Belə ki, tanışlıq dərəcəsindən asılı olaraq müraciət və bu, növbəti süjet xəttinə də təsir edir. Çünki biz tanımadığımız insanla daha formal və daha az müddətli ünsiyyətdə oluruq. Məsələn, Yoldaş, avtobus dayanacağı haradadır? Siz növbəti dayanacaqda düşəcəksinizmi? Zəhmət olmasa, yer verin və s.
Qısa söhbət üçün bizə müraciət olunanın fərdi əlamətləri o qədər də vacib deyildir. Ona görə də biz çox zaman əlaqəyə girərkən ən ümumi nəzakətlilik ifadələri ilə məhdudlaşırıq: «Bağışlayın», «Üzr istəyirəm», «İcazənizlə», «Rica edirəm» və s. Təbii ki, burada bir qədər yaşlı, ziyalı bir insana müraciət olunduğu göstərilir. («Xahiş edirəm», «Zəhmət olmasa», «Deyə bilərsinizmi…» və s.).
Ümumişlək müraciətlərdən müraciət olunanın cins və yaşına görə də fərqlənənləri var: məsələn, cavan oğlan!, gözəl qız! və s.
Ümumişlək müraciətlərdən geniş yayılanları qohumluq bildirən sözlərdir ki, onlar hətta bəzən tanış olmayan insanlara da müraciət edilərkən istifadə olunur (qardaş, bacı, xala, dayı, əmi, ana, ata, nənə, baba, oğul, bəzən qoca, ağsaqqal, dost və s.). Məsələn: Nə olar oğlum, qoy gəlsin, gözümüz üstündə yeri var [4, 73]. Ana, görürsən ki, Firəngiz gəlmək istəmir [4, 141]. Əmioğlu, neçə gündü burdasan? [5, 69]
Bizə tanış olan adamlara etdiyimiz müraciətləri nəzərdən keçirdikdə məlum olur ki, bu sözlərin əksəriyyəti hamı tərəfindən qəbul olunmuş qohumluq bildirən sözlər və xüsusi adlardır. Məsələn: Feyzulla, atam, qardaşım, – deyə sakit və təmkinlə danışmağa çalışdı, – özünə yazığın gəlmir, bizə gəlsin [6, 29]. Axı, Səkinə bacı, siz o qızın yerinə deyilsiz, mən sizi təsvir eləməmişəm [6, 46]. Dost, gəl səninlə açıq danışaq [7, 41].Gülsüm bacı, bir o radionu dindir görək, konsert vaxtıdır [7, 69].
Bəzən belə sözlərə əzizləmə, kiçiltmə bildirən şəkilçilər də artırılır. Məsələn: anacan, balacan, körpəciyəz, anaş, ataş, Kamış (Kəmalə), Cəmiş (Cəmilə), Nazı (Nazilə, Nazlı, Nəzakət). Bəzən əzizləmə bildirən xüsusi ifadələrdən də istifadə olunur. Məsələn,
Qaşların qurar divanı,
Taxtdan salar Süleymanı.
Xəstə Qasımın canını
Al, başına dolandığım. [8, 83]

Ey günəş camallım, sən nə gözəlsən,
İstəsən ki, tənə Aya qılasan.
Ahu gözlüm, hər bir qıya baxanda
Bir örkü salırsan, ay aqiləsən. [8, 459]

Danışıq dilində müraciət formaları arasında neqativ münasibət bildirən ifadələrə də rast gəlinir. Məsələn:
Niyaz: Səsini kəs, itin balası, vurram dişlərin tökülər qarnuva [9, 39]. Şərəbanı: Köpək oğlu, qolçomaq köpək oğlu, burda da istəyirsən məni dəstimar eləyəsən, güc ver deyirəm sənə [9, 41] İmamyar: Nə olmuşdur axı, ay gic oğlu gic?… [9, 44]. Niyaz: Oxu, zalımın qızı! İgidin sözü sınmaqdansa, namərdin beli sınsın [9, 63].
Pasport adı ilə müraciət bəzən ünsiyyətə rəsmi ton verir, söhbətin ciddiliyini bildirir, hətta danışanın narazılığını da ifadə edə bilir.
Göründüyü kimi, tanıdığımız adama müraciət edərkən biz elə bir ifadə vasitəsi seçirik ki, qarşılıqlı münasibətlərin xarakterindən, şəraitin rəsmi və qeyri-rəsmiliyindən asılı olaraq danışanın xüsusiyyətləri ilə əlaqədar müvafiq məqamda ünsiyyət tələbatlarına daha çox uyğun gəlsin.
Biz tanışlara dost, qohum, həmkar və yaxud yoldan ötənlərə müraciət edərkən sanki çox mürəkkəb musiqi alətində çalmış oluruq. Bu zaman rəngarəng, mürəkkəb qarşılıqlı nitq şəraitində bu və ya digər ünsiyyət registrini daxil edir, bu və ya digər tonu seçirik. Bütün bu nyüans bolluğu müxtəlif müraciətlər yaradır.
Yüksək nitq mədəniyyətinə yiyələnmək üçün hər bir azərbaycanlı, ilk növbədə doğma dilinin lüğət tərkibinə, xalqın söz xəzinəsinə dərindən bələd olmalı, ədəbi dil normalarını, qanun və qanunauyğunluqları bilməlidir. Ayrı-ayrı şəxslərin yüksək fərdi nitq mədəniyyətinə yiyələnməsi ümumi dil mədəniyyətinin zənginləşməsini şərtləndirir. Xalqın ümumi dil mədəniyyətinin inkişafı, nəzakətli ünsiyyətin tələblərinin hamı tərəfindən gözlənilməsi nitqin lüzumsuz alınmalardan, təhqiramiz söz, ifadə və cümlələrdən təmizlənməsinə, başqa sözlə, nitqin aydınlığına təminat verir.
Nitq mədəniyyətində mədəni danışıq etikası və müraciət qaydaları mühüm yer tutur. Hər bir adam ictimai yerlərdə, kollektivdə və ailədə danışıq etikasını gözləməli və kimə necə müraciət etmək qaydalarını bilməlidir.

Eminli BÖYÜKXANIM.
“Azərbaycan dili və Türkologiya” kafedrasının baş müəllimi.