Post Views: 81 İnsanlar gələcəyə dair planların xaricində gün içində edəcəkləri bir çox işi düşünüb narahat olur və hətta stressə girirlər. Orta məktəb illərində geyinəcək paltar, yeyiləcək yemək, dostlarla yaşanan problemlər, qrup daxilindəki etibar, məktəbdəki müvəffəqiyyət və ailə əlaqələri insan üçün sanki dünyanın ən böyük və ən əhəmiyyətli problemləridir. Bu mövzulardakı hər hansı bir çatışmazlıq …
İntihar çıxış yoludurmu?
Post Views: 66 Bu il başlayandan bir çox intihar hadisəsi oldu. İntihar edənlər, intihara cəhd edənlər… Bu il başlayandan bir çox intihar hadisəsi oldu. İntihar edənlər, intihara cəhd edənlər… İntihar səbəbləri haqqında yazmadan öncə statistikaya nəzər salmanızı istəyirəm: Statistikaya görə hər 40 saniyədə bir intihar, hər 3 saniyədə isə bir intihar təşəbbüsü baş verir. Gün …
Qadın,hüquqları ilə birgə dünyaya gəlir
Post Views: 116 Qadın, haqları ilə birlikdə dünyaya gəlir. Ona bu haqları Allah verib. Bəzi ölkələrdə müəyyən tarixlərdə qadınlara verilmiş haqlar hər il qeyd edilir. Qadınların kişilərlə bərabər təhsil alma haqqı, dövlət məmuru ola bilmək haqqı, seçilmək və seçmək haqqı buna nümunə ola bilər. Dünyanın normal qəbul etdiyi bu vəziyyətin kökündəki anormal hal isə çox …
Materializmin dinə sirayəti-2
Post Views: 57 Allah məkandan olduğu kimi, zamandan da müstəqildir. Yazımın ilk hissəsində materializmin dinə sirayətindən bəhs etmişdim. Qeyd etdiyim kimi, materialist dünyagörüşünün təsiri altında qalan cəmiyyətin böyük bir hissəsi Allah’ın varlığını qəbul etdiyi halda bəlkə də, özləri belə fərqində olmadan, materialistlərin “doğru din” olaraq qəbul etdikləri, əslində isə saxta, Qurani-Kərimdən uzaq bir dini yaşayırlar. …
Materializmin dinə sirayəti
Post Views: 82 İnsanların böyük bir hissəsi Allahın varlığına inanmalarına baxmayaraq, Allahın harada olduğu ilə bağlı yalnış düşüncəyə sahibdirlər Hazırda cəmiyyətin böyük bir hissəsi, bilərəkdən və ya bilməyərəkdən, materialist dünyagörüşünün təsiri altındadır. Ancaq materialist dünyagörüşündə olmaq, sadəcə Allahın varlığını açıq-aşkar inkar etmək deyil. İnsanların böyük bir hissəsi Allahın varlığını qəbul edirlər. Amma buna baxmayaraq, materialist …
“Birlik zamanı”
Post Views: 63 Azərbaycan dini tolerantlıq mövzusunda, həqiqətən, nümunə göstəriləcək ölkələrin önündə gəlir Azərbaycan dini tolerantlıq mövzusunda, həqiqətən, nümunə göstəriləcək ölkələrin önündə gəlir. Həm bu istiqamətdə aparılan dövlət siyasəti, həm də xalqımızın sevgi və hörmətə dayanan xüsusiyyətləri bu zəminin yaranmasında böyük rol oynamışdır. Azərbaycanda yaşayan müsəlmanlar əsrlərdir ki, dini fərqli məzhəb və təriqətlər şəklində yaşasa …
İslamda Kosmetika
Post Views: 95 Allah hər cür zinətin Özü tərəfindən bir nemət olaraq yaradıldığını bildirir və xurafatçılara işarə edərək “bu zinətləri kim haram etmişdir?” deyə buyurur Xurafatçıların İslamı gözdən salmaq, Müsəlmanları (haşa) pinti, çirkin, rəqsdən, incəsənətdən, elmdən, estetikadan anlamayan cahil insanlar kimi göstərmə strategiyalarına ən yaxşı cavablar Qurandan və Peyğəmbərimizin (sav) sünnətindəndir. Xurafatçılar xüsusilə qadınları hədəf …
Dünya həyatı müvəqqətidir
Post Views: 61 Ümidsizliyi Rəbbimiz Quranda qadağan etmiş, bunun ancaq iman etməyənlərin bir xüsusiyyəti olduğunu bildirilmişdir. Qurana görə ümidvar olmaq şərtlərdən asılı olmayaraq, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyindən narahat olmadan hər inkişafın özü üçün ən xeyirli şəkildə nəticələnəcəyinə inanıb Allah’a güvənməkdir. Çünki dünya bir imtahan yeridir. Bu imtahanda insan bir çox çətinlik və sıxıntılarla sınanır. …
Yəhudilər lənətli deyil
Post Views: 101 Xurafatçılar yəhudilərin lənətli olduqlarını, mütləq öldürülməli, sürgün edilməli və insan kimi rəftar edilməməli məxluqlar olduqlarına inanırlar. Xurafatçılar arasında qadın düşmənçiliyindən və təriqət düşmənçiliyindən əlavə daha bir mövhumatçı düşüncə vardır ki, bu da yəhudilərə qarşı duyduqları amansız nifrət hissidir. Xurafatçılar yəhudilərin lənətli olduqlarını, mütləq öldürülməli, sürgün edilməli və insan kimi rəftar edilməməli məxluqlar …
Debüt: Sevil İŞIQ (Qazax).Yeni şeirlər
Post Views: 90 MƏN SƏNƏ CAN ATAN GƏMI Sən liman – mən sənə can atan gəmi, Dəli dalğalarda demə bataram. Səpib ləpələrə hicran yükünü, Sən olan bir yerə lövbər ataram. Kövrəlib sevilmək, sevmək istəyi, Səhra yanğısını yağışlar duymur. Yaşadar gülüşün tənha ürəyi, Bir aşiq ürəyi nələr uydurmur . Ağırdır sənsizlik daşımaq mənə, Coşğun dalğalrın pəncəsindəyəm. …
Biz dünyada imtahan olunuruq
Post Views: 65 Hər insanın həyata keçirmək istədiyi arzusu var. Bəzən bunların zamanı çox yaxın, imkanları da arzusunun reallaşması üçün uyğundur. Böyük səy göstərərək əldə etdiyiniz eviniz, əşyalarınız, geyimləriniz, yediyiniz yeməklər, əlvan rəngləri ilə göz qamaşdıran çiçəklər, yamyaşıl ağaclar, bədəniniz, saçlarınız, dəriniz, qısası, hər şey zaman ərzində köhnəlməyə, xarab olmağa, yaşlanmağa məhkumdur. Heç bitməyəcəkmiş kimi …
Nifrətin təlqinçisi şeytandır
Post Views: 69 Kiçik uşaqlar irqi ayrı seçkiliyi, dinindən, millətindən, mədəniyyətindən asılı olaraq insanları fərqləndirməyi, insanlara zülm etməyi bilmirlər. Nifrətin yayılmasının səbəbləri nədir? Nifrəti necə sevgiyə çevirmək olar? Bütün insanlar sevgini bilərək dünyaya göz açırlar. Kiçik uşaqlar irqi ayrı seçkiliyi, dinindən, millətindən, mədəniyyətindən asılı olaraq insanları fərqləndirməyi, insanlara zülm etməyi bilmirlər. Çünki hər insan dünyaya …
Şairə Cığatel İsaqızı ilə görüş keçiriləcək
Post Views: 69 10 yanvar 2015-ci il tarixdə, saat 16:00-da, Bakı şəhəri, Səbail rayonu, Axın Poeziya Klubunda DGTYB Yönətim Kurulunun üzvü, gənc yazar Emil Rasimoğlunun təşkilatçılığı ilə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Cığatel İsaqızı ilə gənc yazarların görüşü keçiriləcək.Tədbirdə Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir. Ünvan: Azərbaycan Respublikası, Bakı …
Mais TƏMKİN.”Nə var ki?..” (Yeni şeir)
Post Views: 59 Həyatda itirən, uduzan da biz, Talanıb- çapılan yurda nə var ki? Aranı tülkülər, çaqqallar vurur, Adı bədnam olan qurda nə var ki? Haqsızlıq dünyanı bürüyüb gedir, Haqq donub heyrətdən, quruyub gedir. …Gün dəyir, yox olub əriyib gedir, Torpağa ələnən qarda nə var ki?.. Hər naşı sözündə nöqsan aradı, Mais, de, ondanmı qəlbin …
Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər
Post Views: 97 QARABAĞIM Düşmənlər əlində əsir qalıbdır, Dörd yanını qara duman alıbdır. O nankorlar, orda məskən salıbdır, Dayanaydı tərs dövran Qarabağım, Gözü yolda qalan can Qarabağım. Min oyun açdılar sənin başına, Qan tökdülər torpağına, daşına. Od vurdular Ağdamına, Şuşana, Məskənlər içində xan Qarabağım, Gözü yolda qalan can Qarabağım. Necə namərddilər, necə pisdilər, Başından qara …
İlkin ABBAS.”Bir gəlin ağlayır yad ocağında…” (Yeni şeir)
Post Views: 65 Ağlayır, qurumur gözünün yaşı, Qovurur qəlbini həsrət dağında. Alnı düyünlənib, çatılıb qaşı, Bir gəlin ağlayır yad ocağında. Donubdur zirvəli dağın buzu tək, Sönübdür taleyi dan ulduzu tək, Boynunu bükübdür yetim quzu tək, Bir gəlin ağlayır yad ocağında. Ocaqtək yanıbdır, közü qalmayıb, Bu eşq dünyasında izi qalmayıb, Daha deyiləsi sözü qalmayıb, Bir gəlin …
Fidan ABBASOVA.”Bütün analara yazdım…” (Yeni şeir)
Post Views: 78 Ömründə doyunca çəkənmədim nazını Həyat qara gətirdi baharımı , yazımı Xoş nəğmələr çaldığım mənim telli sazımı daha dinləndirən yox soyuq odam birdə mən mən yenidən əbədi anamı istəyirəm… Gəlsin mənim başıma əl çəksin o yenidən İsinim nəfəsində bir ah çəkim dərindən Qurtulum bu dünyada ən böyük dərdlərimdən Gözümdəki baxdığım şöləm sənsən nurum …
“SÖZ VƏ AMAL BİRLİYİ” layihəsi
Post Views: 56 “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi və www.vehdet.org elan edir Türk dünyası yazarlarının antologiyası Seriyalar şəklində, I hissə Əziz oxucular, istəkli poeziyasevərlər, bədii yaradıcılıqla məşğul olan həmkarlar! Azad söz, sərbəst və bədii təxəyyülün ifadəsi olan poetik fakir daşıyıcıları daim xalqın görən gözü, yazan əli olub. Bu gün də belədir. Hətta, bu gün …
Hikmət Məlikzadəni doğum günü münasibətilə təbrik edirik! (6 yanvar 1972-ci il)
Post Views: 64 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisini, Gündəlik İnformasiya Agentliyinin Baş redaktorunu, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Mətbuat xidməti …
Şəfa VƏLİYEVA.”Sevimli küçə süpürən” (Hekayə)
Post Views: 59 Limana çatanda dayandı. Yenə gözləyəcəkdi. Yad şəhərdən gələn gəminin bütün sərnişinləri sahilə çıxacaq, hər kəs öz evinə, doğmalarının yanına gedəcək, gələnləri gözləyənlər sevinəcək, bir tək o yenə özündən utanacaqdı. Bura gəldiyi üçün. Hər axşam yeni bir qərar verirdi. Daha o limana getməyəcək, gedənin arxasınca baxmayacaq, vəfasız yoçunu gözləməyəcəkdi. Amma səhər yuxudan durunca …
Fidan ABBASOVA.”Qaçdım sənin yanına” (Yeni şeir)
Post Views: 62 Vida edib tənhalığa qaçdım sənin yanına nə biləydim dolacaq bir zəhər tək qanıma…. Üzümə gülə-gülə qəlbində kin boyütmüş hər gün yalandan mənə çox sevirəm deyirmiş…. Çıxıb getdin viranə qalan yenə mən oldum nə deyim ki , mən sənə mənə qalan mən oldum…. Sən indi ölmüsənmi yaşasan dəyişən nə bir söz deyimmi? indi …
İlkin ABBAS.”Bayraq”(Yeni şeir)
Post Views: 96 Göylərə yüksələn üçrəngli bayraq, Elə ucalıb ki, enməz heç zaman. Saçır şəfəqlərin bir günəş kimi, Onun şəfəqləri sönməz heç zaman. Qılınc da sıyrılar, qınından keçər, İgidlər bayraqçün canından keçər, Qanını axıdar, qanından keçər, Düşmən səsin udar, dinməz heç zaman. Qoruyaq fəxr ilə biz bu bayrağı, Qoymayaq göz tiksin bayrağa yağı, Çəkərik düşmənin …
Debüt: Elnur RƏSULOĞLU (Salyan).Yeni şeirlər
Post Views: 66 Elnur RƏSULOĞLU (Əliyev Elnur Rəsul oğlu) 1982-ci ildə Salyan rayonunda zəhmətkeş ailəsində anadan olmuşdur. 1988-ci ildə Salyan rayonundakı Yusif Qasımov adına 4 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1999-cu ildə oranı bitirmişdir. Beşillik fasilədən sonra – 2004-cü ildə 484 balla, ödənişsiz əsaslarla Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin əyani şöbəsinə …
Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər
Post Views: 82 DÜNYA Sən bilər bilməzdən gördün hər işi, Bizidə dərdlərə saldın a dünya. Yalanla yoğrulub binadan kökün, Gör bir, nə günlərə qaldın a dünya. Yerini bilmədi hər gələn, gedən, Çox oldü özünü zorla şah edən. Qul olub fələyə özün bilmədən, Şahları taxtından saldın a dünya. Nə deyəsən səndə olan kələyə, Saldın camaatı dərdə, …
Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər
Post Views: 68 * * * Dağın pıçıltısını, Eşitmir kar olan qulaq. Görmür gözlər, Çəkir başa, Çəkir başa bəyaz duvaq. köksündə qayanı görür, Çınqılı boz daşı görür, Bilmir, bilmir çox heyif ki.. Dağın da qəlbi döyünür. Dağın nəfəsi kəslir, Bağırır səsi kəsilir. Çağırır səsi gəlmir heç, danışan çağı kəslir. Görmür kor olan gözlər, Eşitmir kar …
Əziz MUSA.”QANLI YANVAR GECƏSİ” ( Poema).
Post Views: 82 QANLI YANVAR GECƏSİ (poema) O gecə , qanlı gecə, Güllələndi bir səhər. Bakı qana büründü, Azadlıq doğdu səhər. Bakının üstə gəldi, O gecə qan içənlər. Durdu şərlə üz-üzə, Vətənə and içənlər. Güllələr yağış kimi, Yağırdı hər tətəfə. Düşmənlərin əlinə, Keçmişdi bir girəvə. Soxulmuşdu şəhərə, Ağır tanklar, maşınlar. Şəhərə axışırdı, Dörd tərəfdən qoşunlar. …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 82 YƏQİN Haray yox, bir titrək havaram sənsiz, Çatmaram arzuma – ha varam – sənsiz. Fərqi nə, ya yoxam ya varam sənsiz, Silinməz bu qəlbin yarası yəqin. Səhv etsəm, el-aləm yamanlar məni, Tərk etməz qəlbimə damanlar məni. Alar ağuşuna dumanlar məni, Bilmərəm dünyanın harası yəqin. Əyilməz – bu yurdun nər manı varsa, Tanrının …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 67 QAYITMAZ Dərd məndən elə bezib ki, Bir də üstümə qayıtmaz. Durum bir boylanım baxım, Birdən üstümə qayıtmaz. Şahım gözlər qiyaməti, Ahım gözlər qiyaməti, Ruhum göylər əmanəti, Yerdə üstümə qayıtmaz. Hanı ötən o kef-damaq, Niyə mən səni sevdim, ah… Can çıxdımı – örtün dümağ, Pərdə üstümə – qayıtmaz. NEYLƏYİB AXI Yuvası pərən leyləyik, …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 92 QUBA «SOYQIRIM MƏZARLIĞI» ÖNÜNDƏ DÜŞÜNCƏLƏR Səninləyəm, Türk oğlu, Ruhunu oyaq saxla, Bu yerdən keçən zaman Bir anlıq ayaq saxla. Silahını əldə tut, Patrondaşı saz eylə, Yannıda daraq saxla. Bu dərdləri sözbəsöz, Misra-misra yazmağa Qələm və varaq saxla. Mürəkkəbi heç zaman Qurumasın qələmin, Bir sonluğu olmalı Bu yaşın, bu ələmin! Sonsuz fitnə-fəsaddan, Bəd …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 67 SƏNƏ EHTİYACIM VAR Yaxamı ruzgarların Əlində qoyub getdin. Elə bil ki, vüsalın Gözünü oyub getdin. Mən səndən doymamışdım, Sən nə tez doyub getdin?! Duymadınmı sinəmdə Neçə ağrım-acım var?! Sənə ehtiyacım var. Suvar oldu xoş günüm Yel qanadlı atına, Bülənd oldu fəğanım Göyün yeddi qatına. Daha kim anar məni, De, kim salar yadına?! …
Təranə ŞƏMS.”AY İŞIĞINDA DÖYÜNƏN ÜRƏKLƏR ” (Məqalə).
Post Views: 65 Görkəmli ədəbiyyatşünas, tənqdçi-alim, filologiya elmləri doktoru, bir neçə dəyərli kitabın müəllifi İmamverdi Əbilov tənqidçi olmasına baxmayaraq, Bəxtiyar Vahabzadə yaradıcılığına tənqidi prizmadan deyil, aralarındakı dostluq münasibətlərini önə çəkərək, qəlbində yatan mürgülü xatirələrin toplusu kimi bu kitabda əks etdirərək, oxuculara təqdim etmişdir. Bizlər bu kitabı oxuduqca, hər iki insanı dostluğun zirvəsində görürük. Oxucuların ixtiyarına …
Təranə ŞƏMS.”CAVİDNAMƏ, yaxud HAQQA GEDƏN YOL…” (Məqalə).
Post Views: 76 Bu yaxınlarda görkəmli türkçülərimizdən olan tədqiqatçı-alim Azər Turanın “Cavidnamə” adlı sanballı tədqiqat əsəri ilə tanış oldum. Kitab, adından da göründüyü kimi, unudulmaz millət fədaisi, Böyük Turan sevdalısı Hüseyn Cavidin qaşqabaqlı taleyinə, həyat və yaradıcılıq yollarına ayna tutan ən dəyərli mənbələrdəndir, desək, heç də yanılmarıq. Ədəbi mühitdə şeirə, sənətə marağım olduğundan bu müstəvidə …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 70 YAZIĞIM GƏLİR Bir dərdinə, yüz dərdinə, Vermə belə üz dərdinə. Adam dura öz dərdinə Oynaya – yazığım gəlir. Danda, qürubda baxdığım, Nədən? – sorub da, baxdığım, Hərdən durub da, baxdığım Aynaya yazığım gəlir. Söz kar etməz utanmaza, Yaşarmı haqqı danmasa? Nola, qanım bu qanmaza Qaynaya – yazığım gəlir. OLUNCA Ömür-gün vədədən keçir, …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 63 ÖLDÜ «SONA BÜLBÜLLƏR» Qədir Rüstəmov öldü deyən bir xanıma Özünə yağı deyən, Bir sinə dağı deyən, Dərdinə ağı deyən Dildi «Sona bülbüllər». Tüm sirlərə çəm olan, Həm olmayan, həm olan, Bir yumruqda cəm olan, Eldi «Sona bülbüllər». Ümid yeriydi sanki, Zəfər şeriydi sanki, Tanrı sirriydi sanki, Soldu «Sona bülbüllər». Axdı gözün qorası, …
“Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi
Post Views: 59 “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı tərəfindən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində gənc yazarların ədəbi-bədii nümunələri, poeziya örnəkləri, məqalələri dərc olunub ictimaiyyətin nəzərinə çatdırılacaq.Layihənin Rəhbəri “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 69 OLMAZ Bir gün belə sənsizliyə, Ruhum, tabım olmaz, İnnən belə bir ayrı sitəmkar tapım, olmaz! Haqqa və mürüvvət deyilən ülvi məkana, Girməkçün, inan, sevgidən özgə qapım olmaz. İman işığı yollarıma nur ələməkdə, Bu nurda durum öz yolumu mən sapım, olmaz. Qəlblərdə barış saxlamağın fürsəti varkən, Nifrət və ədavət toxumu mən səpim olmaz. …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 77 HİCRAN MƏNƏ QALDI Getdi yenə vüsal dəmi, hicran mənə qaldı, Tərk etdi könül həmdəmi, hicran mənə qaldı. Sanki yönünü tərsə salıb öz mayakından, Dəryada üzən bir gəmi, hicran mənə qaldı. Aləmlər içrə bir o idi zəndi-gümanım, Güldürdü mənə el-aləmi, hicran mənə qaldı. Heç bilməz idim bir belə sədd var aramızda, Həm həmdəmi, …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 68 GENOSİDDƏN Ermənilərin saxta, qondarma soyqırım iddialarına cavab Dəm vur, Karapet, sən yenə saxta genosiddən, Adətdi, salar hay-həşir axta, genosiddən. Əsla bu kötü vərdişini sən yerə qoyma, Bir gör nə qədər yal düşür baxta genosiddən. Əyləşmədiyin qaldımı bir kimsə qucağı? – Gördüm ki, olub qan gölü latxa genosiddən. Andın keçi andı, uzağı qırx …
“Möhtəşəm Azərbaycan” qəzetinin növbəti buraxılışı işıq üzü gördü
Post Views: 80 Müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzet olan “Möhtəşəm Azərbaycan” qəzeti ayda bir dəfə 16 səhifə olmaqla 1000 tirajla dərc olunur.Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.Əlyazmalar geri qaytarılmır.Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb səhifələnir, “Ekspress-servis” mətbəsində çap olunur.Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.Dərc olunan materiallara müəlliflər cavabdehdirlər. “Möhtəşəm Azərbaycan” qəzeti yalnız Azərbaycan Respublikasında yayımlanmır.Eyni zamanda …
“MÖHTƏŞƏM AZƏRBAYCAN” QƏZETİ HAQQINDA BİLGİLƏR
Post Views: 106 “Möhtəşəm Azərbaycan” Müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzet Azərbayan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının mətbu orqanı Qəzet 2008-ci ildən nəşr olunur. Qeydiyyatı: 2527 Tiraj: 500 Dövrülüyü: ayda 1 dəfə Təsisçi və Baş redaktoru: Rafiq ODAY Telefon: ( 018) 642 01 80; ( 070) 630 88 42 E-mail: Rafiq.Oday70@mail.ru Elektorn orqan: http://edebiyyat-az.com Ünvan: Sumayıt şəhəri, …
Rafiq Odayın yeni kitabı işıq üzü gördü
Post Views: 69 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, ”Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin Rəhbəri, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı Rafiq Odayın “Ədəb-Tənqidi Məqalələr” adlı kitabı “Elm və təhsil” nəşriyyatında …
Rafiq Odayın yeni kitabı işıq üzü gördü
Post Views: 64 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, ”Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin Rəhbəri, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı Rafiq Odayın “Şərur folkloru” ( əsrlərdən gələn səslər) kitabı “Elm …
“Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihəsi
Post Views: 58 Salam, Əziz və Hörmətli Qardaş Türkyəli Yazarlar! İnşallah “Ziyalı Ocağı” İctimi Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı iyun ayının 9-dan iyulun 10-a qədər “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihəsini həyata keçirəcək.Layihənin rəhbəri “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin Rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt …
Təranə ŞƏMS.Məqalə
Post Views: 61 MƏNİM VİCDANIM QƏLƏMİMƏ QARA LƏKƏ DEYİL…..! Hörmətli oxucular, bəzi həmkarlarımın mənə irad tutduqları məsələlərə cavab verməklə sizinlə həmsöhbət olmaq istərdim. Bəzən məndən soruşurlar:”Bu geniş dünyada gözlərin yaxşı heçnə görmür ki, yaxşıdan yazasan, niyə həmişə fikirlərin iradlı olur? Sizləri əmin edirəm, mənim gözümdən zərrə olsa yayınmaz, istər pis , istər yaxşı, bu ALLAHIN …
Qiymət Məhərrəmlinin “Təzadlar” qəzetində dərc olunmuş müsahibəsi
Post Views: 90 Qiymət Məhərrəmli: “Mən başqa cür yaşamağı bacarmadım…” Müsahibimiz filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Qiymət xanım Məhərrəmlidir. – Qiymət xanım, sizinlə həmsöhbət olan jurnalistlər çox olub. Və sizi yetərincə tanımağa və tanıtmağa çalışıblar. Mən suyunu içib, çörəyini yediyimiz bir elin övladı kimi, yəni sizin elliniz kimi, sizi tanıdığım gündən fikirlərimizin üst-üstə düşdüyünü bilirəm. …
İlahə BAYANDUR.Yeni şeirlər
Post Views: 119 Meni basdır gözlərində Gözlərinə qurban olum, Meni basdır gözlerinde. Qoyma bulud teki dolum, Qebir qazdır gözlerinde. Apar meni öz yanına, Hasret kalmışam canına. Susamışam al qanına, Meni basdır gözlərində. Bağlanıb uzanan yolum, Qırılıb qanadım-qolum. Düşmən olub sağım-solum, Meni basdır gözlərində. Dəymiş durub, yaş tökülüb, Şahanə mülküm sökülüb. Ayağım altdan yer çöküb, Meni …
Əlirza HƏSRƏT.Yeni şeirlər
Post Views: 65 SEVDİYİM GÜNAH Gəl ah göndərək dağlara, Dağları bu ah saxlasın. Kasıb daxması könlümdə, Səni də allah saxlasın. Hava eşq,torpaq eşq,su eşq, Ölümə oxuyan Qu eşq. Sevdiyim günahdı bu eşq, Bizi bu günah saxlasın. Ayna tutub ötən çağa,- Belə kim girsə bu bağa, Gözümdə suya qoymağa, Bir cüt ətirşah saxlasın. AHIMLA VERDİM EŞQƏ …
Təranə ŞƏMS.”MƏNİM ANASIZ DÜNYAM!”(Esse).Eksklüziv
Post Views: 115 MƏNİM ANASIZ DÜNYAM! Elə anlar olur ki, insan özünü tək – tənha hiss edir və özünü tanıya bilmır. Lakin bu tənhalıq onun daxili dünyasını tanıyacaq qədər yardımçı olur və hiss edir ki, sonu olmayan boşluqlar onu çəkib aparır. Bu boşluqlar içərisində yşaqlıq illəri istər – istəməz yadına düşür, göz önündə ata – …
Sevinc NOVRUZOVA ( Sumqayıt).Məqalə
Post Views: 73 YODLAŞDIRIMAMIŞ DUZLAR İNSANLARDA BİR ÇOX XƏSTƏLİKLƏRƏ YOL AÇIR Duz məişətdə ən çox işlətdiyimiz nemətlərdən biridir. Duz – çörək anlayışı ümumiyyətlə, biz azərbaycanlılarda çox müqəddəs sayılıb. Duz – çörəyi itirməmək, onun qədrini bilmək kimi ifadələr də xalqımız arasında ən çox işlənən sözlərdən biridir. Bir sözlə məişətimizi duzsuz təsəvvür etmək mümkün deyil. Ancaq keyfiyyəti …
Debüt: Şahinə KÖNÜL (Ağsatafa).Yeni şeirlər
Post Views: 130 Şahinə Könül Ağstafada doğulub.İbtidai və orta təhsilini Ağstafada alıb.Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin məzunudur. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri ilə çıxış edib.Şeirləri “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”, “Elimiz.günümüz”, “Yenilik Press”, “Respublika Gəncləri”, “Təzadlar”, “Azad Qələm”, Qədim Oğuz”, “İlham Çeşməsi”, “Elin sözü”, “Kaspi” qəzetllərində, “Ziyalı Ocağı”, “Azərbaycan”, “Ulduz”,”Məshəti” jurnallarında, “Ana” antologiyasında, …
Şahinə KÖNÜL.Yeni şeirlər
Post Views: 87 Tanrım, yerə sığmıram Tanrım, yerə sığmıram, Göyünə qaldır məni! Bu gen ömrə sığmıram, Ömür daraldır məni. Çaşıb gəldim dünyaya, Mənim yerim deyilmiş. Yazdığım bu şeir də, Mənim şerim deyilmiş. Tanrım, eşit səsimi, Mən ki, sənin bəndənəm. Yalanmış atam, anam, Ruh Səninsə, Səndənəm! Məni Özünə qaytar – Özünə çatsın ruhum. Bəsdi, bu boyda …
Şahinə KÖNÜL.Yeni şeirlər
Post Views: 92 DÜNYA YAMAN SOYUQDU Dünya yaman soyuqdu, İstilər, ay istilər. Başım üstən küləklər, Əsdilər, ay, əsdilər. Yordu məni o ki, var, Boş-bekara qayğılar. Təmiz hisslər, duyğular Küsdülər, ay, küsdülər. Ha dedim, ürək, qorun, Çiçəksən, çiçək, qorun. İndi də korun-korun Tüstülə, ay, tüstülə *** Darıxmışam səninçün, Ay təmiz, ağ ürəyim. Hardasan, ay bənövşə, Nərgiz, …
Şahinə KÖNÜL.Yeni şeirlər
Post Views: 102 NAĞIL Gəlsənə sənə danışam, Bir qaragöz qız nağılı. Gözlərindən axıb getsin, Bir şıdırğı yaz nağılı. Söyləyim, öyrən qədərin Şahididir gör nələrin- Qara-qara gecələrin Dümağ, bəmbəyaz nağılı. Köksü üstdə buludu var, Köksü altda umudu var. Birdən ölər, unudular, Götür, qardaş, yaz nağılı. ALÇAQ ÜRƏYİM Darıxmışam səninçün, Ay təmiz, ağ ürəyim. Hardasan, ay bənövşə, …
Nəcibə İLKİN.”DEYİRLƏR, NƏVƏ ŞİRİN OLUR!”.Uşaq şeirləri
Post Views: 688 Deyirlər, nəvə çox şirin olur Deyirlər ki, nəvə çox şirin olur, Həyatın ən gözəl mənasıdı o. Ömür bağçasının təbi, loğmanı, Məhəbbət gölünün sonasıdı o. Deyirlər ki, nəvə çox şirin olur, Bənzəmir bu sevgi, ülfət heç nəyə. Dərddən qüssələnib, əsib coşanda, Onun bir gülüşü gəlir köməyə. Deyirlər ki, nəvə çox şirin olur, Atadan, …
Azərbaycan mətbuatında yeni dərgi işıq üzü gördü
Post Views: 67 2013-cü ilin may ayı Azərbaycan mətbuatı üçün önməli hadisələrin cərəyan etməsi ilə yadda qaldı.Belə ki, məhz may ayında Azərbaycan mətbuatında “Ali Ziyalı” dərgisi-jurnalı dünyaya ilk addımlarını atdı.May ayından etibarən dərc olunmağa başlayan dərgi ayda bir dəfə 63 səhifə olmaqla 300 tirajla dərc olunacaq.”Ali Ziyalı” dərgisinin təsisçisi və baş redaktoru Azərbaycan Yazıçılar və …
Təranə Şəmsin yeni kitabı işıq üzü gördü
Post Views: 74 Çağdaş Azərbaycan ədəbi mühitində öz şeirləri və məqalələri ilə dövri mətbuat səhifələrində dərc olunan istedadlı xanım yazar Təranə Şəmsin “Araz” nəşriyyatı tərəfindən “Sevdalıyam bu həyata” adlı ilk kitabı işıq üzü görüb.Kitabın naşiri Əlirza Sayılov, redaktoru Ramin Qurbandır.152 səhifədən ibarət olan kitabda istedadlı və son dərəcə zəhmətkeş müəlliflərdən olan Təranə Şəms son illərdə …
Təranə ŞƏMS.Həyatı və Yaradıcılığı
Post Views: 65 [center][img]http://gundelik.info/uploads/posts/2014-03/1394111443_1378745_1401638060069638_1083618525_n.jpg[/img][/center] Abidova Təranə Nazim qızı 1958- ci ildə Şəkidə şəhərində anadan olub. İbtidai və orta təhsilni öz doğma şəhərlərində alıb. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri dərc olunub.Şeirləri “Elimiz.günümüz”, “Ocaq”, “Pillələr”, məqalələri “Elimiz.günümüz”, “Təzadlar”, “Ədalət”, “Respublika”, “Vaxt”, “Zaman”, “Bütöv Azərbaycan”, “Şəki Bələdiyyəsi” qəzetlərində, “Kirpi” jurnalında, müxtəlif ədəbiyyat, …
Təranə ŞƏMS.Yeni şeirlər
Post Views: 85 Unudacaqsan Mənə sevirəm desən də, Getmə, səninəm desən də, Gəl xəyala dalma sən, Səni mən unudacağam, Səni mən unudacağam! Məni vəfasız sansan da Hicran oduna yansan da Yollarımız ayrıdır Səni mən unudacağam, Səni mən unudacağam! Gözlərim yollarında, Alışdım sənsizliyə. Unutdum mən illəri Dönməz olan günləri, Amma yaman qorxuram Fələk məni səsləyər, Sənə …
Kamran ŞEYXZAMANLI.Yeni şeir
Post Views: 72 Uşaqlıqda Allah baba vardı. Gecədən biraz keçən kimi Gerçək həyatlar yaşanır Şairlər üzünü göz yaşı ilə yuyur Tənha qadınlar oyuncaqlarıyla Baş-başa verərək uyuyur. Gözləri dolmuş buludlar Ağlamaq üçün gecəni gözləyir. Heçkəs görməsin, bilməsin deyə Dərdini dünyaya gecələr söyləyir. Uşaqlığımı düşünürəm gecələr Ey, o zamanlar Allah baba, oyuncaqlar Cizgi filmlər vardı. Sənə yalvardığım …
ETKİNLİK DEDİĞİN BÖYLE OLUR-“CEMAL SAFİ ÖZEL VEFA GECESİ ÜZERİNE”
Post Views: 66 Aylar oldu elime kalemi almayalı nedendir bilmem? Bazen faturayı değerli arkadaşım Eğitimci-Yazar Mahmut Hasgül’e çıkarıyorum. Beni facebook’a bulaştırdın, yazı yazmaya zamanım kalmadı diye. Tokat Gazetesi Yazı İşleri Müdürü Fatih Kılıç da :”Hocam epeyce malzeme topladın, ara sıra yaz” diye mesajını veriyor ama kendisine: ”Haklısın malzeme çok ancak, gün oluyor elimiz kaleme uzanmıyor …