sevinc

İnsanların böyük bir hissəsi Allahın varlığına inanmalarına baxmayaraq, Allahın harada olduğu ilə bağlı
yalnış düşüncəyə sahibdirlər

Hazırda cəmiyyətin böyük bir hissəsi, bilərəkdən və ya bilməyərəkdən, materialist dünyagörüşünün təsiri altındadır. Ancaq materialist dünyagörüşündə olmaq, sadəcə Allahın varlığını açıq-aşkar inkar etmək deyil. İnsanların böyük bir hissəsi Allahın varlığını qəbul edirlər. Amma buna baxmayaraq, materialist düşüncəyə sahibdirlər. “Mən dinə inanıram” deyən insanların bəziləri bəlkə də fərqində olmadan, materialistlərin “doğru din” olaraq qəbul etdikləri, əslində isə saxta din yaşayırlar. Bunlardan birincisi, Allahın səmada olduğuna inanılan bir dindir.

Allahın Səmada olduğuna inanılan din

İnsanların böyük bir hissəsi Allahın varlığına inanmalarına baxmayaraq, Allahın harada olduğu ilə bağlı yalnış düşüncəyə sahibdirlər. Çünki materialist dünyagörüşünə görə maddə mütləqdir və maddənin xaricində heç bir varlığın olması mümkün deyil. Bu görüşün təsiri altında olan insan da Allahın bu maddələrin arasında bir yerdə olmasının lazım olduğunu düşünür, ancaq Allahın necə bir məkanı ola biləcəyini zehinində canlandıra bilmir.

Bu yanlış inanca sahib insanlar keçmişdə də mövcud olmuşlar. Qurani-kərimdə Fironun Allaha çatmaq üçün göyə uzanan bir qüllə tikdirmək istədiyindən bəhs edilir. Onun bu azğın inancı Allahın qüdrətini qavraya bilməməsindən və maddəni mütləq hesab etməsindən irəli gəlir.

Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın məbudunun yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm”. (Qəsəs surəsi, 38)

Əslində isə məkanı Allah yaradıb və Özü məkandan münəzzəhdir. Məkana bağlı olan, yalnız yaradılmış olan varlıqlardır. Allahın varlığı hər yeri əhatə edir, buna görə də Allah hər an hər yerdədir.

Materialist dünyagörüşünün təsiri ilə bu həqiqəti dərk edə bilməyən insanların tabe olduqları saxta dinə görə isə Allah səmada bir yerdədir. Bəzi insanların dua edərkən yalnız səmaya baxmalarının bir səbəbi də budur. Halbuki, Allahın hər yerdə olduğunu bilən biri, hara baxırsa-baxsın, Allahın orada olduğunu bilər. Allah bu həqiqəti ayələrində belə bildirir:

“Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, (hər şeydən) Xəbərdardır”. (Ənam surəsi, 103)

(ardı var)

Sevinc Haqverdizadə