YODLAŞDIRIMAMIŞ DUZLAR İNSANLARDA BİR ÇOX XƏSTƏLİKLƏRƏ YOL AÇIR

Duz məişətdə ən çox işlətdiyimiz nemətlərdən biridir. Duz – çörək anlayışı ümumiyyətlə, biz azərbaycanlılarda çox müqəddəs sayılıb. Duz – çörəyi itirməmək, onun qədrini bilmək kimi ifadələr də xalqımız arasında ən çox işlənən sözlərdən biridir. Bir sözlə məişətimizi duzsuz təsəvvür etmək mümkün deyil. Ancaq keyfiyyəti yoxlanılmamış, yodlaşdırılmamış duzlar insan orqanizmi üçün çox zərərlidir. Yodlaşdırılmamış duzlar insanlarda bir çox xəstəliklərə yol açır. Bütün bu problemləri nəzərə alan “Azərsun – Holdinq” şirkəti illər öncə Masazır Duz gölünün yanında duz zavodu tikib istifadəyə verdi.
May ayının 17 – də “Azərsun Holdinq” şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afiq Səfərovun təşkilatçılığı ilə bir qrup jurnalistlər və şagirdlər Masazır Duz Zavoduna ekskursiya etdilər.
Afiq Səfərov çıxışı zamanı şagirdlərə və jurnalistlərə açıqlama verərək, bildirdi ki, biz inanırıq ki, gələcəkdə bu zavodun müdiri işləyəcək, istehsalatda mühəndis olacaq insanlar elə bizim aramızdadır. Bu zavodda bizim duz məhsullarımız olan “Azərduz” istehsal olunur. Masazır Duz Zavodunun əməkdaşları 43 № – li liseyin şagirdlərini zavodla, istehsalatla yaxından tanış etdilər. Zavodun məsul səxsləri şagirdləri maraqlandıran bütün suallara aydınlıq gətirdilər. Zavod uşaqların cox marağına səbəb oldu. Onlar zavodun məsul şəxsləri tərəfindən təlimatlandırılandan sonra, zavoda eksuskursiyaya getdilər.
Masazır Duz Zavodunun direktoru Ceyhun Salmanov geniş açıqlamasında bildirdi ki, zavodumuz 3 ilə yaxındır ki, fəaliyyət göstərir. Zavodun istehsal etdiyi duzlar Azərbaycan mətbəxtinin əvəzedilməz nemətinə çevrilib. Zavodu işə salan vaxtlarda günlük gücü 100 ton idi, indi isə bu rəqəm 300 tona qədər artırılıb. İlliyi isə 90 min tona çatdırılıb. İlk əvvəllər biz “Azərduz” və “Bizim Duz” markaları altında süfrə duzları istehsal edirdik. İnsanların tələbatları yoxlanılaraq, nəyə ehtiyacları olduqları araşdırılaraq qarşımıza məqsəd qoyduq ki, bütün sahələrdə istifadə olunan duzları biz öz zavodumuzda istehsal edək. Xaricdən hər hansı bir duzun gətirliməsinə ehtiyac qalmasın. Öz mədənlərimizlə öz ehtiyaclarımızı qarşılayaq. Müxtəlif yerlərdən, yüksək səviyyədə avadanlıqlarla təmin olunub.
Artıq neçə müddətdir yodlaşdırılmış duz Azərbaycan ailələrində süfrələrin bəzəyidir. Aparılan statistikalara görə Masazır Duz Zavodu istifadəyə veriləndən və yodlaşdırılmış “Azərduz” un məişətimizə daxil olmasından sonra insanlarda duzla bağlı baş qaldırılmış xəstəliklərdə artıq azalma müşahidə olunur.

Hal – hazırda bizim məhsul çeşidlərimiz həddindən artıq çoxdur. Bütün Azərbaycanın duza olan tələbatını ödəyəcək gücdəyik. Burada əlavə sənaye duzları var, hansı ki, qazanxanalarda, neft sənayesində istifadə olunur. Bu duzlar xüsusi duzlar sinifinə aiddir. Bu duzları istehsal etmək üçün əlimizdə hər imkan var.
“Azərduz” markası yüksək keyfiyyəti ilə bir çox ölkələrə ixrac olunmaqdadır.
Hətta Gürcüstan, Orta Asiya, Qazaxıstan və s ölkələrə. Yəni, məqsəd bazara çıxaracağımız duz, dünya iqtisadiyyatına uyğun olmalıdır. Məqsəd, Azərbaycan mədənində çıxarılan duzları xaricə də ixrac etmək, Azərbaycan iqtisadiyyyatının gücünə – güc qatmaqdır.
Bununla belə bir çox yaraşıqlı qablarda istehsal olunan, lakin tərkibində yod olmayan duzları istehsal şirkətləri əhalini çaşdırırlar. Duzun göldən necə çıxarılması, onun sudan və digər artıq maddələrdən necə təmizlənməsi və bütün bu prosesin kompyüter mərkəzindən idarə edilməsi olduqca maraqlı proses idi. Zavodun tikilişinə qədər yerli əhali kustar üsulla göldən duzu çıxararaq heç bir emal prosesi aparılmadan mağazalara verilirdi. Lakin, zavod tikilib istifadəyə veriləndən sonra həmin adamlar işsiz qalmadılar. Duz çıxarılması ilə məşğul olan insanların əksəriyyəti zavoda yüksək əmək haqqı ilə işə qəbul olundular. İşə qəbul olunmayanlar isə müqavilə əsasında çıxardığı duzları zavod onlardan çox yüksək qiymətlə qəbul edir. Deməli, bir çoxlarının dediyi kimi zavod yerli əhaliyə heç bir ziyan vurmayıb. Əksinə məhz zavodun sayəsində həmin insanlar həm işə qəbul olunub, həm də duzlar artıq kustar üsulla yox, müasir avadanlıqlarla göldən çıxarılır. Biz “Azərduz” duzlarına 9 ay vaxt qoymuşuq.

Daha sonra jurnalistlər önündə kiçik bir təcrübə keçirilfi. Zavodla tanış olan jurnalistlərin müxtəlif sualları cavablandırıldı.