Məmmədov Eyyub Kamran oğlu 1995-ci iliyul ayının 6-da Ağdaş rayonunda anadan olub.İbtidai və orta təhsilini Ağdaş rayonunda alıb.2012-ci ildə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub.Hal-hazırda “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvüdür.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.İlk şeirlərini orta məktəb illərində qələmə alıb.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü,”Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı seçilmişdir.
* * *
Səni anlamaq çətin
Səni anlama üçün
həyata birdə
pəncəresiz baxasan gerek
seni anlamaq ucun
axitdigin goz yasi kimi
damla damla
misra misra
setirlere axasan gerek
seni anlamaq ucun
3 deqiqelik bir mahniya
butov omur sigdirasan
danisdiqca agladiqca
insanlarin bulud kimi
goz yaslarin yagdirasan
seni nece anlasinlar?
seni anlamaq
saqqal buraxmaq deyil
seni anlamaq insanligin halina
yas tutmaqdir
mahnilarda dunya qurub
oz dunyani unutmaqdir
seni anlamaq
insanlardan uzaq qacmaq
qacdiqcada yaxinlasmaqdi
sen basqa bir dunyadansan
o dunyanda yox milletler
yoxdur orda irqler
orda sokulmus serhedler
o dunyada 3 insan var
ucude mesum gunahsiz
sen o dunyani anlatdiqca
sesinden kovreklik duyulur
sanki bu kovreklikde
cirkin ruhlar yuyulur
seni cox qinayacaqlar
hele kafir qalacaqsan
mahnilarla insanlari
ozlerinden alacaqsan
ÜÇ ALMA
Ìndi bənzəyir həyatım
Bir özgənin taleyinə,
Insan naəlac olanda
Qalır deyinə-deyinə.
Eh… indi biz oxşayırıq
Düşmən ikən dost olana,
Özümüzü inandırdıq
Öz dediyimiz yalana.
Îndi mənim bu halımı
Oxşatmağ olmur ki, nədir,
Tanrı vermiş dərd hədiyyə
Təəssüf oda cox kohnedir.
Daha peşman olmuşuq biz
Istəməzdik olsun belə,
Istəməzdik sönsün hər şey
Gözlərimiz görə-görə.
Îndi mənə qalan budur
Uzaqdan seyr etmək səni,
Indi mənə qalan saymaq
Saçlarıma düşən dəni.
Saya, saya ömür gedir
Gün azalır, gecə düsür,
Nağılında çatır sonu
Gör almalar necə düşür;
Almalardan biri mənim
Birinisə sənə verdim,
Çox təəssüf ki üçüncüsün
Səni sevənə deyil də
Sənin sevdiyinə dərdim.
KEÇMİŞ VƏ BU GÜN
Keçmişdən bu günə baxanda hərdən,
bilmirəm ağlayım yoxsa gülüm mən.
Bir vaxt arzum idi rahat yaşayım,-
bu gün arzumdur k,i rahat ölüm mən.
Körpə uşaq idim bilmirdim yeni,
yolumda görməzdim dumaıi çəni.
Dərslər, çalışmalar yoranda mən,i
bilməzdim həyatın dərsi zülüm mən.
Nələri veririk, nələr alırıq,
həyat bir xəyaldır, bizsə dalırıq.
Hərdən qaranlıqda tənha qalırıq,
Göylərə açılan iki elim, mən.
Sən böyük insanı tez itirmişəm,
öləndə uşaqıim dərk etmmişəm.
Gecsə də, qədrini indi bilmişəm,
yer eyle yanında sənə gəlim mən.
SİRAT KÖRPÜSÜ
Sirat körpüsündə dayanmış kimi,
yollar ayrıcında qalmışam bu gün.
Gözümün yaşına baxan düşünər,
Sanki mən anadan olmuşa bu gün.
Bəlkə də istərdim doğulum bu gün,
keçmişdə nələri itirmək olar.
Dünəndə qalardı sevgi qatarı,
yalnız onu bu cür ötürmək olar…
Həyata başlardım sıfırdan onda,
addımla gedərdim müsbətə doğru.
Mənə əzab verən sevgiyə yoxda,
İnamla qaçardım nifrətə doğru.
İnanıb TANRIYA saf bir ürəklə,
Şükürlər, dualar hər sabah üçün.
Səninçün tökdüyüm göz yaşlarımı,
tökərdim işlənən hər günah üçün.
İnsan böyüməyir, insan kiçilir,
böyümək kiçiltdi insanlığımızı.
Qəlblərin qırmızı kitabın cırın,
Yox edib bitirək heyvanlığımızı.
Artıq baş götürüb qaçıram burdan,
gedərkən özümü unudum bəlkə…
Quru bir can ilə axtarışddayam,
yaddaşsız insanlar olan bir ölkə