TƏRCÜMEYİ-HAL

Hacıyeva Günel İsrail qızı 1990-cı il aprel ayının 23-də Laçın rayonunda anadan olub.1997-ci ildə Bərdə rayonundakı orta təhsil müəssisələrindən birinə qəbul olub.Bir müddət burada təhsilini davam etdirdikdən sonra Bakı şəhərinə köçmüşdür.Bakı şəhərindəki Kimya-Biologiya Təmayüllü Respublika liseyinə qəbul olub.2008-ci ildə həmin liseyi bitirib.Digər həmyaşlıları kimi, o da həmin il Sumqayıt Dövlət Universitetinin Filologiya qəbul olmuşdur.2012-ci ildə həmin universiteti bitirmişdir.
Poeziyaya çox erkən yaşlarından başlayıb.”Şəkil” adlı ilk şeirini ibtidai təhsilini davam etdirən müddətdə yazıb.Dövri mətbuatda 2003-cü ildən etibarən çıxış edir.Müəllifin “ilk uğurlu qələm təcrübəsi”olan şeiri “Bərdə” qəzetində işıq üzü görüb.Bu uğurdan ruhlanan müəllif gələcək illərdə daha da sanballı əsərlər yazmağa başlayıb.Sonrakı illərdə isə ardıcıl olaraq “Sərbəst düşüncə”, Sumqayıtda şəhərində nəşr olunan”Yüksəliş naminə”,Bakı şəhərində isə Ümid”qəzetlərində şeirləri ilə çıxış edib.
Tələbəlik illərində isə təhsil aldığı Ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin əsas və yeganə mətbu orqanı olan “Sumqayıt Universiteti”qəzetində şeirləri ilə ardıcl olaraq çıxış edib.Həyatının sonrakı illərində məqalələri və digər ictimai-siyasi şeirləri ilə “Yüksəliş naminə” qəzetində periodik olaraq çıxış edib. Sonrakı günlərdə isə şeirləri Bakı şəhərində “Sözün sehri” qəzetində, müxtəlif Mədəniyyət və Ədəbiyyat portallarında dərc olunub.Haqqında yazılan səmimi duyğular və düşüncələr Mədəniyyət və Ədəbiyyat portalında yerləşdirilib. Hal-hazırda “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvüdür.”Sumqayıt Universiteti” qəzeti ilə sıx əlaqə saxlamaqdadır.
Hal-hazırda bir-birindən daha maraqlı şeirləri ilə oxucuları düşündürməyə vadar edən gənc şairə arasıkəsilmədən poeziya nümunələrinin sayını artırmaqdadır. Gənc ədib haqqında onun qələm yoldaşı Kənan Aydınoğlu “Qələmi əlinə götür, ay şair!”,”Sıxılma, büdrəmə illər uzunu”, “Dağılsın gözündən həsrət, ayrılıq!” şeirlərini yazmışdır.
2012-ci ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayədə Heyətlərinin üzvü seçilmişdir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş Redaktorudur.(http://edebiyyat-az.com)

QOY VƏTƏN FƏXR ETSİN,
SƏNLƏ, QARDAŞIM!

Kənan Aydınoğluna.

Dünyaya sığmayan bir ürəyin var,
Hər misran gövhərdi, ləldi, qardaşım.
“Böyük Allah” adlı bir köməyin var,
Haqq yolu ən doğru yoldu, qardaşım.

Parçalanmış bir millətik bilirəm,
Xalqın qara günlərini görürəm.
İçimdə ağlayıb, üzdə gülürəm,
Nolacaq bu xalqın halı, qardaşım?!

Bəzən sədaqətdən, əhddən yazırsan,
Bəzən də dərdlənib dərddən yazırsan,
Bilirəm, yazanda qəlbdən yazırsan,
Var olsun qələmin, sözün, qardaşım.

Kənan! Çəkməyəsən nə ah, nə aman,
Qəddini əyməsin bu qəddar zaman.
Şeir dünyasında yarat xaniman,
Qoy vətən fəxr etsin, sənlə, qardaşım.

Günel İSRAİLQIZI.
22 aprel 2010.Sumqayıt.

EY DOSTUM!

Dinlə dərdlərimi, qoy deyim eşit,
Həyat yaman yorub məni, ey dosutm!
Yamana, yaxşıya körpü olmuşam,
Çox çəkdim kədəri, qəmi, ey dostum.

Yaxşı dedim, yaman dedim yozdular,
Əyrini düz, düzü, əyri yazdılar.
Haqq deyənlər, yolun yaman azdılar,
Heç görmədim ədaləti, ey dostum!

Məndə haqsızlığa vallah dözüm yox,
Haqq yolun gedirəm başqa izim yox.
Nə varda, dövlətdə, pulda gözüm yox,
Təki ağlamasın, qəlbim, ey dostum!

Tanrının quluyuq, haqqa söykənək,
Bu günün, sabahın qədrini bilək.
Nifrətdən yan qaçıb, sevək-sevilək,
Sevgi qalacaqdır bizə, ey dostum!

Allah sevgisiylə yaşayaq gərək,
Cənnət arzusuyla döyünsün ürək.
Hər zaman çalışıb, yaxşılıq edək,
Yamanlıq etməyə nə var, ey dostum!

Günelin qəlbində vallah kini yox,
Düzlükdür imanı, başqa dini yox.
Hamını sevirəm, təkcə səni yox,
Sevgimdir yaşadan məni, ey dostum!