ni

BİLİNMİR

Aman Allah bir od düşüb canıma,
Zəli kimi dərd daraşıb qanıma,
Bu zamanın sərt üzünü tanıma,
Nə köhləni, nə yorğası bilinmir.

Oda düşdüm yanar oldum, yanmadım,
Həqiqəti düz söylədim danmadım,
Şair gördüm sözlərini qanmadım,
Nə çobanı, nə qağası bilinmir.

Alovlanır ürəyimdə sözlərim,
Çox haqsızlıq görüb bu kor gözlərim,
Qında gördüm yalan, yaltaq üzləri,
Nə tülküsü, nə bağası bilinmir..

Nəcibə, elə bil düşmüsən tora.
Bu dərd səni nə öldürə, nə yora.
Bir çox oxuyandan üzümüz qara,
Nə bülbülü, nə qarğası bilinmir.

Alışaydın, yanaydın

Məndən uzaqlara çıxıb getmisən,
Könlümə qəm odun yaxıb getmisən,
Bir özgə gözlərə baxıb getmisən,
Nə deyim, bu eşqi kaş ki, anaydın,

Bu eşqimin boy atmadı gülşəni,
Bircə baxışınla yandırdın məni,
Mən yorğun bir yolçu, sən yol gedəni,
Getdiyin yollarda kaş ki, donayadın,

Mənim kimi alışaydın, yanaydın.
Aran oldum, yollarımda kol-tikan,
Dağa döndüm, başım üstə çən-duman,
Ömrümü eylədim ömrünə qurban,

Qalan günlərimi gəlib sanaydın,
Mənim kimi alışaydın, yanaydın.
Bu eşqimin odu düşüm canıma,
İşliyibdi iliyimiə, qanıma,

Bircə dəfə qayıdaydın yanıma,
Həsrətini ürəyimdən yonaydın,
Mənim kimi alışaydın, yanaydın.
Nəcibəyəm, eşq havası içimdə,

Kim olar ki, məntək eşqi seçimdə,
Bu sevgimi qoydun yarı biçimdə,
Eşqinin gölündə üzən sonaydım,
Ay vəfasız, kaş ki, bunu qanaydın,
Mənim kimi alışaydın, yanaydın.